Məhkəmə qərarları › İş №2-1(3-8)-852/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-852/2026

03.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-852/2026 03.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil2, Üçüncü şəxs üçüncü şəxs2 nümayəndəsi və vəkili vəkil1, Üçüncü şəxs üçüncü şəxs1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə qarşı “ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən X1 adına 32,63 ha torpaq sahəsinə dair verilmiş JN-426 KOD 30124018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının hissəvi, yəni iddiaçının mülkiyyətində olan 4,95 ha hissədə ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: JN-105 KOD 301240188 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qusar Rayon AIK-nin ##.##.1997-ci il tarixli **/* saylı qərarına əsasən Qusar rayonu Şirvanovka kəndində yerləşən cizgidə göstərilən sərhəd daxilində olan 4.95 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Vəkil sorğusuna cavabdeh tərəfindən verilmiş ##.##.2022-ci il tarixli cavab məktubundan görünür ki, JN-105 KOD 301240188 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə Qusar rayonu Şirvanovka kəndində yerləşən 4,95 ha torpaq sahəsinə dair Qusar Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***a saylı qətnaməsinə əsasən ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən Qusar şəhər sakini X1 adına Qusar rayonu Şirvanovka kəndində yerləşən 32,63 ha torpaq sahəsinə dair JN-426 KOD 30124018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmiş və həmin dövlət aktı əsasında X1 adına 5,5039 ha torpaq sahəsinə dair dövlət reyestrində ##.##.2021-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. ##.##.2006-cı il tarixdə 09-IV nömrə ilə qeydiyyata alınmış ##.##.2006-cı il tarixli JN **** nömrəli Kod 30124018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə Qusar Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***a saylı qətnaməsinə əsasən Qusar rayonu Şirvanovka kəndində ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədli 32,63 ha torpaq sahəsi mülkiyyət hüququ ilə Qusar şəhər sakini X1 adına qeydiyyata alınmışdır. Qusar rayon Məhkəməsi ##.##.2022-ci il tarixli G(***)-***/**** nömrəli məktubla vəkilin sorğusuna cavab verərək bildirmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində *-***a/**** saylı mülki iş mövcud deyildir. Məhkəmə sorğusuna cavab olaraq Qusar rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli məktubda qeyd edilir ki, ayrı-ayrılıqda Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli **/* saylı qərarlarına əlavə edilmiş adlı siyahılarda X1 adı aşkar edilmədi; sözügedən qərar ilə təsdiq edilmiş Qusar rayon Nizami adına sovxozun bazasında yaradılmış X10 Istehsalat Kooperativi üzrə torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısının ** nömrəli sırasında İddiaçı adı aşkar edilmişdir. Qusar rayonu Şirvanovka Inzibati Ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000, 2001-2005 və 2006-2010-cu illərin Təsərrüfatbaşına kitablarında X1 adı aşkar edilməmişdir. İddiaçı xüsusi mülkiyyətində isə torpaq sahəsinin olması qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, rayon arxivində saxlanılan Qusar Rayon Məhkəməsinin 1962-ci illərin sənədlərindən sonrakı heç bir il üçün sənədlər rayon dövlət arxivinə təhvil verilmədiyindən məhkəmənin ##.##.2006-cı il tarixli *-***a saylı qətnaməsinin təsdiq edilmiş surətinin təqdim edilməsi imkan xaricindədir. Qusar rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli G(***)-***/**** nömrəli məktubuna əsasən Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında *-***a/**** saylı iş mövcud deyildir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “xxxx” MMC-nin ##.##.2003-cü il tarixli məktubuna əsasən Mərkəzin arxivində saxlanılan Qusar rayonu Şirvanovka kəndi (indiki Şirvanlı) üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında X1 adı, onun adına verilmiş JN-426 KOD ******** nömrəli Dövlət Aktı, eləcə də Şirvanovka kəndi üzrə Qusar rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli qərarı aşkar edilməmişdir. Qusar rayonu Şirvanovka kəndi (indiki Şirvanlı) üzrə İddiaçı adına verilmiş JN- 105 KOD ********* nömrəli Dövlət Aktının işlənilməsinə əsas olmuş pay torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışın surəti təqdim edilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli məktubda göstərilir ki, JN-426 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir. Həmin dövlət aktının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilən JN-426 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, həmin dövlət aktı Qusar Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli 2-621a/2006-cı il nömrəli qətnaməsinə əsasən cizgidə göstərilən sərhəd daxilində yerləşən 34.36 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X3 verilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli məktubda göstərilmişdir ki, ünvan 1ndə yerləşən 5.5039 ha torpaq sahəsinə dair ##.##.2021-ci il tarixli çıxarışın və onun verilməsi üçün əsas olmuş X1 adına tərtib edilmiş JN-426 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd edilir ki, həmin torpaq sahəsi hal-hazırda ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla üçüncü şəxs3 mülkiyyətindədir. Qusar Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli G(***)-***/**** saylı məktubundan müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2012-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***a/**** saylı qətnaməsi ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2012-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq ## ### 2024-cü il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: 1.“Torpağa mülkiyyət hüququna dair” JN-105 KOD ******** saylı dövlət aktına əsasən Qusar rayonu Şirvanovka kənd sakini İddiaçı iddia etdiyi 4.95 ha torpaq sahəsinin naturada iddiaçı tərəfindən faktiki istifadə yeri mövcud deyildir. 2.“Torpağa mülkiyyət hüququna dair” JN-105 KOD ******** saylı dövlət aktına əsasən Qusar rayonu Şirvanovka kənd sakini İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 4.95 ha torpaq sahəsinin üçüncü şəxs X4 məxsus olmuş JN-426, KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən 32.63 ha torpaq sahəsinin ***V nömrəli parseldəki 5.50 ha torpaq sahəsi ilə bütövlükdə üst-üstə düşür, lakin torpaq sahəsinin həmin üst-üstə düşən hissəsi hal-hazırda üçüncü şəxs3 mülkiyyətinə aid olmaqla 5.50 ha təşkil edir və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli çıxarış verilmişdir.

3. Üst-üstə düşən torpaq sahəsinin ölçüsü 4.95 ha təşkil edir və koordinatları torpaqların elektron kadastrı uçotu informasiya sisteminə əsasən müəyyən edilmişdir. Iddiaçı İddiaçı nümayəndəsi ərizə ilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edərək, X1 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsi ##.##.2022-ci il tarixli məktubla İddiaçı ərizəsini təmin etməkdən imtina etmiş və çıxarışın ləğvinə verilmiş göstərişin yalnız məhkəmə qərarı ilə mümkün olacağını bildirmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “Ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən X1 adına Qusar rayonu Şirvanovka kəndində ərazisində yerləşən 32,63 ha torpaq sahəsinə dair verilmiş JN-426 KOD 30124018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və həmin dövlət aktı əsasında X1 adına 5,5039 ha torpaq sahəsinə dair dövlət reyestrində ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın iddiaçının mülkiyyətində olan 4,95 ha hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən X1 adına Qusar rayonu Şirvanovka kəndində yerləşən 32,63 ha torpaq sahəsinə dair verilmiş JN-426 KOD 30124018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının hissəvi, yəni iddiaçının mülkiyyətində olan 4,95 ha hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Rayon AIK-nin ##.##.1997-ci il tarixli **/* saylı qərarına əsasən ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-105 KOD 301240188 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qusar rayonu Şirvanovka kəndində yerləşən 4,95 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. Qeyd olunan dövlət aktı üzrə torpaq sahəsinin hər hansı hissəsinə digər şəxsin adına dövlət aktının və ya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilib-verilməməsi, verildiyi təqdirdə hansı əsasa görə (alqı-satqı, bağışlama, məhkəmə qətnaməsi və ş.) işlənməsi barədə məlumatların (dövlət aktı, çıxarış) verilməsi barədə vəkil sorğusuna cavabdeh tərəfindən verilmiş ##.##.2022-ci il tarixli cavab məktubundan görünür ki, qeyd olunan dövlət aktı üzrə 4,95 ha torpaq sahəsinə Qusar Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli *-***a saylı qətnaməsinə əsasən ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən X1 adına 33,63 ha torpaq sahəsinə dair JN-426 KOD 30124018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmiş və həmin dövlət aktı əsasında X1 adına 5,5039 ha torpaq sahəsinə dair dövlət reyestrində ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış işlənmişdir. Qusar rayon Məhkəməsi tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubundan isə görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində *-***a/**** saylı mülki iş mövcud deyildir. Göründüyü kimi, ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən iddiaçı və ailə üzvlərinə verilmiş JN-105 KOD 301240188 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 4,95 ha torpaq sahəsinə digər şəxsin adına dövlət aktının işlənməsi mövcud olmayan məhkəmə qətnaməsi əsasında baş vermişdir. Bildirir ki, iddiaçı mülkiyyətindəki qeyd olunan 4,95 ha torpaq sahəsini heç kimə satmamışdır, X1 adında şəxsi də tanımır. Ona görə də ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən X1 adına 32,63 ha torpaq sahəsinə dair JN-426 KOD 30124018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və həmin dövlət aktı əsasında X1 adına dövlət reyestrində ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın hissəvi, iddiaçıya aid 4,95 ha hissədə ləğv edilməsinə dair ərizə ilə cavabdeh1n * saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmişdir. cavabdeh1n * saylı Xaçmaz Ərazi idarəsinin ərizəsinə verdiyi ##.##.2022-ci il tarixli, ************ saylı cavab məktubu ilə ərizə təmin edilməmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirirlər ki, İddiaçı etibarnamə ilə səlahiyyətli nümayəndəsi vəkil2 Qusar rayonu, Şirvanlı yerləşən torpaq sahəsinə dair vətəndaş X4 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə ##.##.2022-ci il tarixli ************ nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətə cavab olaraq bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Şirvanlı kəndində yerləşən torpaq sahəsinə dair X4 adına verilmiş çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür." “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlar” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edirlər ki, iddia ərizəsində göstərilən X4 adına olan ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışda göstərilən 5.5039 ha torpaq sahəsi notariat qaydasında təsdiq edilmiş vərəsəlik haqqında şahədətnamə və müqavilə əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bununlada ləğv edilməsi tələb olunan torpaq sahəsinə dair mülkiyyət hüququ X4 tərəfindən itirilmişdir. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. 1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2023-cü il tarixli qərardadı ilə X5, *-*(***)-****/**** saylı ## ##### 2023-cü il tarixli qərardadı üçüncü şəxs4, üçüncü şəxs7, üçüncü şəxs6, üçüncü şəxs5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs3 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. AN-İ № ******* saylı, ##.##.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı və onun ailə üzvləri ünvan 1 ünvanda yerləşən 4,95 ha torpaq sahəsini üçüncü şəxs1 satmışlar. Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli *-*(*- *)-***/**** nömrəli qərardadı ilə məhkəmənin icraatında olan *-*(*-*)-***/**** saylı inzibati iş üzrə üçüncü şəxs1 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən X1 adına 32,63 ha torpaq sahəsinə dair verilmiş JN-426 KOD 30124018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”ı hissəvi, yəni İddiaçı mülkiyyətində olan 4,95 ha hissədə ləğv edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə yuxarıda qeyd edilən hər iki dövlət aktının JN 105 KOD******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” və JN 426 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın tərtib edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi üçün müvafiq sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq Qusar rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş ## ##### 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “ayrı-ayrılıqda ## ######## 1997-ci il tarixli, **/* saylı qərarlara əlavə edilmiş adlı siyahılarda X1 adı aşkar edilmədi; sözügedən qərar ilə təsdiq edilmiş Qusar rayon Nizami adına sovxozun bazasında yaradılmış X10 Istehsalat Kooperativi üzrə torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısının ** nömrəli sırasında İddiaçı adı aşkar edilmişdir. Qusar rayonu Şirvanovka Inzibati Ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000, 2001-2005 və 2006-2010-cu illərin Təsərrüfatbaşına kitablarında X1 adı aşkar edilməmişdir ”. Məhkəmə yuxarıda qeyd edilən hər iki dövlət aktının JN 426 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın tərtib edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi üçün cavabdeh orqana da müvafiq sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq sözügedən sənədlər ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. nzibati işin araşdırılması zamanı JN 426 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın iki fərqli nüsxədə iki fərqli şəxsin adına X3 və X1 adına tərtib edildiyi məlum olmuşdur. Məhkəmə qeyd edilən halın araşdırılması məqsədilə yuxarıda qeyd edilən dövlət aktının X3 adına tərtib edilməsinə əsas olan Qusar Rayon Məhkəməsinin *-***a/**** saylı, ##.##.2006-cı il tarixli qətnaməsinin təqdim edilməsi üçün Qusar rayon Milli Arxivinə məhkəmə sorğusu ünvanlanmışdır. Həmin məhkəmə sorğusuna cavab olaraq Qusar Rayon Məhkəməsindən daxil olmuş G(029)- ***/**** saylı, ## ######## 2023-cü il tarixli məktubda sözügedən qətnamənin Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2012-ci il tarixli qətnaməsi ilə ləğv edildiyi qeyd edilmişdir. Bununla yanaşı iş materiallarında olan Qusar rayon Məhkəməsi tərəfindən iddiaçının nümayəndəsi-vəkili vəkil2 ünvanlanmış G(029)- ***/**** saylı, ## ####### 2022-ci il tarixli məktubda da qeyd edilmişdir ki, “Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində *-***a/**** saylı mülki iş mövcud olmadığından *-***a/**** saylı, ##.##.2006-cı il tarixli qətnaməsinin surətinin verilməsi qeyri-mümkündür.” Eyni zamanda qeyd edilən halın araşdırılması zamanı məhkəmə tərəfindən ünvanlamış sorğuya cavab olaraq daxil olmuş Qusar rayon Məhkəməsinin G(***)-***/**** saylı, ## ##### 2023-cü il tarixli məktubunda da eyni məzmunlu məlumat verilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi JN 426 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın hər iki nüsxəsinin tərtib edilməsinə əsas olmuş Qusar rayon Məhkəməsinin *-***a/**** saylı ##.##.2006-cı il tarixli və *-***a/**** saylı ##.##.2006-cı il tarixli qətnamələri mövcud deyildir. Bununla yanaşı inzibati işin araşdırılması zamanı məlum olmuşdur ki, ##.##.2022- ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında sözügedən torpaq sahəsi X1 vərəsəsi olaraq üçüncü şəxs2 tam mülkiyyət hüququ ilə verilmişdir. Daha sonra isə sonuncu ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini üçüncü şəxs üçüncü şəxs3 satmışdır. üçüncü şəxs3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli çıxarış tərtib edilmişdir. Iş materiallarında olan cavabdeh orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq ## ### 2024-cü il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: 1.“Torpağa mülkiyyət hüququna dair” JN-105 KOD ******** saylı dövlət aktına əsasən Qusar rayonu Şirvanovka kənd sakini İddiaçı iddia etdiyi 4.95 ha torpaq sahəsinin naturada iddiaçı tərəfindən faktiki istifadə yeri mövcud deyildir. 2.“Torpağa mülkiyyət hüququna dair” JN-105 KOD ******** saylı dövlət aktına əsasən Qusar rayonu Şirvanovka kənd sakini İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 4.95 ha torpaq sahəsinin üçüncü şəxs X4 məxsus olmuş JN-426, KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən 32.63 ha torpaq sahəsinin ***V nömrəli parseldəki 5.50 ha torpaq sahəsi ilə bütövlükdə üst-üstə düşür, lakin torpaq sahəsinin həmin üst-üstə düşən hissəsi hal-hazırda üçüncü şəxs3 mülkiyyətinə aid olmaqla 5.50 ha təşkil edir və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ reyestr nömrəli çıxarış verilmişdir. 3. Üst-üstə düşən torpaq sahəsinin ölçüsü 4.95 ha təşkil edir və koordinatları torpaqların elektron kadastrı uçotu informasiya sisteminə əsasən müəyyən edilmişdir. X8 adına tərtib edilmiş JN 426 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın əsasını təşkil edən Qusar rayon Məhkəməsinin *-***a/**** saylı, ##.##.2006-cı il tarixli qətnaməsi mövcud olmadığından və mübahisələndirilən dövlət aktı hər hansı hüquqi əsasa malik olmadığından, həmin dövlət aktının hər hansı hüquqi qüvvəsidə qalmamışdır. Üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Inzibati Məhkəməsi ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarı ilə ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən X1 adına 32,63 ha torpaq sahəsinə dair verilmiş CN-426 KOD ******** saylı “Torpağa mülkiyyət hüququnadair dövlət aktı” hissəvi, yəni iddiaçı İddiaçı mülkiyyətində olan 4,95 ha hissəsi ləğv edilmişdir. Həmin iş üzrə ##.##.2023-cü il tarixli qərardadla 3-cü şəxs qismində işə cəlb edilsə də, məhkəmə bildirişləri və qərarları sonüncuya çatmamış, yekun məhkəmə aktından xəbərsiz olmuşdur. Belə ki, məhkəmə bildirişləri və digər sənədlər qeydiyyatda olduğu ünvan 2 ünvanına yox, Qusar rayonunun Yasab kəndinə göndərilmişdir. Qusar Rayon Icra Hakimiyyəti başçısının Yasab kənd Inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin ## ##### 2026-cı il tarixli *-**-**/*-A-***- **-***/**** saylı arayışından da görünür ki, ##.##.1984-cü il təvəllüdlü üçüncü şəxs2 nə əvvəllər, nə də hal-hazırda Qusar rayonu Yasab kəndində qeydiyyatda olmayıb, nə də yaşamayıb və hal-hazırda da yaşamır. Beləliklə, işdə 3-cü şəxs kimi işdə iştirak etməli olduğu halda məhkəmə prosesindən kənarda qalmış, yekun məhkəmə aktından məlumatı olmamış, yalnız 2026-cı ilin mart ayında təsadüfən (Novruz bayramı ərəfəsində) məhkəmə tərəfindən Dövlət aktının ləğv edilmiş 4,95 ha torpaq sahəsinə dair sonuncu hüquq sahibi olan, qohumluq əlaqələri olduğu və artıq vəfat etmiş üçüncü şəxs3 vərəsələri vasitəsilə məhkəmə qərarı barədə şifahi məlumat almışdır. Bu barədə iş üzrə iddiaçı kimi təmsil olunan İddiaçı məlumat almaq istədikdə sonuncu anlaşılmazlıq baş verdiyini, əslində mübahisəli 4,95 ha torpaq sahəsini faktiki olaraq satdığını, imza etdiyi etibarnamənin mahiyyəti barədə məlumatı olmadığını, məhkəmədə iddia qaldırmadığını, heç bir iddia və tələbinin olmadığını bildirmiş, bu barədə notarial təsdiq olunmuş ərizə təqdim etmiş, (həmin ərizənin əsli bundan əvvəl Sumqayıt Inzibati Məhkəməsinə təqdim olunmuşdur) bundan başqa lazım gələrsə məhəmədə müvafiq izahatı verməyə hazır olduğunu bildirmişdir. Bundan əlavə məlumat üçün bildirir ki, İddiaçı əvvəlcə Qusar rayon Polis Şöbəsində, hazirda isə Qusar Rayon Prokurorluğunda qulluq mövqeyindən sui-istifadə, dələduzluq, vəzifə saxtakarlığı faktı üzrə aparılan araşdırma zamanı da eyni məzmunlu izahat vermişdir. (Bu barədə təhqiqat orqanının qərarı əlavə olunur) Beləliklə, qeyd olunan səbəbdən, 3-cü şəxs üçüncü şəxs3 isə uzun çəkən ağır xəstəlik və bunun nəticəsində bir müddət sonra vəfat etməsi səbəbilə, yəni özlərindən asılı olmayan səbəblərə görə bir sıra sənədləri məhkəməyə təqdim etmələri mümkün olmamış, yekun məhkəmə aktına mahiyyət etibarilə təsir edən mühüm hallar araşdırılmamışdır. Odur ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 100cü maddəsinə əsaslanaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi, 3-cü şəxs üçüncü şəxs2 nümayəndəsi vasitəsilə inzibati icraatda iştirakının təmin olunması xahişi ilə ərizə ilə müraciət etsə də, Sumqayıt Inzibati Məhkəməsi ## ### 2026-cı il tarixli məktubla yekun məhkəmə aktından apellyasiya şikayəti verilməsini tövsiyə etmişdir.

b) Iddiaçı tərəf apellyasiya şikayətinə etirazı onunla əsaslandırmışdır ki, iddianın məhkəməyə hazırlanması mərhələsində artıq məlum idi ki, iş üzrə 3-cü şəxs kimi cəlb olunmalı X1 vəfat etmişdir və ona görə də iddia ərizəsində onun varisi kimi oğlu, yəni üçüncü şəxs2 3-cü şəxs kimi göstərilməklə qeydiyyat ünvanı məlum olmadığına görə doğulduğu yer olan Qusar rayonunun Yasab kəndi onun ünvanı kimi və əlavə olaraq telefon nömrəsi də qeyd edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərardadına əsasən üçüncü şəxs2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və qeyd olunan qərardad iddia ərizəsində qeyd olunan ünvana poçt vasitəsilə göndərilmiş, xəbərnaməli məktub sonuncunun qaynı olan “Hüseynov” soyadlı şəxs tərəfindən ##.##.2023-cü il tarixdə imza edilməklə təhvil alınmışdır. üçüncü şəxs2 qeyd olunan məhkəmə qərardadından xəbərdar olsa da, məhkəmə iclaslarına qatılmamış və tələsik mübahisəli torpaq sahəsini ##.##.2023-cü il tarixdə üçüncü şəxs3 adına özgəninkiləşdirmişdir. Apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, guya iddiaçı İddiaçı qeyd olunan iddia barədə məlumatın olmadığını, həmin torpaq sahəsini faktiki başqa şəxsə satdığını və vəkilə verdiyi etibarnamənin məzmunundan xəbərinin olmadığını bildirmişdir. Bununla əlaqədar bildirirlər ki, Qusar Rayon AIK-nin ##.##.1997-ci il tarixli, **/* saylı qərarına əsasən ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-105 KOD 301240188 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə iddiaçı İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 4,95 ha torpaq sahəsi ## ### 2021-ci il tarixdə bütün mülkiyyətçilərin iştirakı və razılığı ilə üçüncü şəxs1 satılmış və bu barədə Qusar rayon notariat ofisində AN-İ 0944889 nömrəlı alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Həmin alqı-satqı müqaviləsinin məzmunundan da görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2021-ci il tarixli, qeydiyyat nömrəsi 5/200 olan arayışa əsasən qeyd olunan müqavilə bağlananadək həmin torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamış, yəni həmin tarixə kimi heç kimə satılmamışdır. Sonradan, qeyd olunan alqı-satqı müqaviləsi əsasında iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan, 4,95 ha torpaq sahəsini qanuni əsaslarla satın almış vətəndaş üçüncü şəxs1 öz adına dövlət reyestrindən çıxarış almaq istərkən həmin torpaq sahəsinə digər şəxsin adına mülkiyyət sənədinin verildiyi məlum olmuş, bundan sonra iddiaçı İddiaçı vəkil vasitəsilə sorğu verilməsinə nail olmuş və sonradan vəkilə etibarnamə verməklə məsələnin araşdırılmasını ona etibar etmişdir. Ona görə də hesab edirlər ki, apellyasiya şikayətində qeyd oluna bu xüsusatlar da həqiqəti əks etdirmir və İddiaçı apellyasiya baxışı iclasında bu barədə izahat verəcəkdir. Ona görə də hesab edirlər ki, iş üzrə qəbul edilmiş Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı qanuni və əsaslıdır, iş üzrə məhkəmə araşdırmaları iki ilə yaxın müddətdə davam etməklə bütün zəruri sənədlər tələb edilərək iş materiallarına əlavə edilmiş və sonda iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş edirlər.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs2 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, İddiaçı üçüncü şəxs2 ilə birlikdə notariat kontoruna getmiş və iddiadan imtina barədə ##.##.2026-cı il tarixdə ərizə vermişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Dövlət aktı əsasında X1 adına verilmiş çıxarışın ləğv ilə bağlı ayrıca iddia qaldırmışlar. Birinci instansiya məhkəməsində baxılır. Iddiaçı İddiaçı əlavə olaraq bildirdi ki, o torpaq sahəsini ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs1 satmışdır. üçüncü şəxs2 onu aldadaraq notariat kontoruna aparmış və iddiadan imtina barədə ##.##.2026-cı il tarixdə ərizəyə imza etdirmişdir. O, iddiadan imtina barədə ərizəsindən imtina edir və iddia tələbini müdafiə edərək, işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Bu barədə məhkəmə kollegiyasına yazılı ərizə təqdim edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, torpaq sahəsini ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı İddiaçı almışdır. Çıxarış almaq üçün cavabdehə müraciət edən zaman ona məlum olmuşdur ki, onun aldığı torpaq sahəsi saxta məhkəmə qətnaməsi ilə üçüncü şəxs2 atası X1 adına sənədləşdirilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə razıdır. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Cavabdeh inzibati orqana və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin həmin şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-in 62.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ... Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “cavabdeh1n nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində xxxx (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ...

“Inzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: ... 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; ...

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 16. Dövlət reyestrində düzəlişlər ... 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Iş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan Qusar rayonu, ərazisində yerləşən 4.95 ha torpaq sahəsi Qusar rayon Aqrar Islahat Komissiyasının **/* saylı, ## ######## 1997-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı və onun ailə üzvlərinə ayrılmış, həmin vaxtdan qeyd olunan torpaq sahəsi onların istifadəsində olmuşdur. Qeyd edilənlərə əsasən JN 105 KOD******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Iddiaçı hüquqmüəyyənedici sənədlər əsasında mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, məlum olmuşdur ki, iddiaçı və ailə üzvlərinə verilmiş 4.95 ha torpaq sahəsi üzrə sonradan X1 adına JN 426 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Iddiaçı həmin dövlət aktının ləğv edilməsi üçün cavabdeh orqana müraciət etsə də, ## ###### 2022-ci il tarixdə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı JN-426 KOD ******** saylı dövlət aktının iki müxtəlif nüsxədə, müxtəlif şəxslərin - X3 və X1 adına tərtib edildiyi müəyyən edilmişdir. Həmin dövlət aktının X1 adına tərtib edilməsinə əsas kimi göstərilən Qusar Rayon Məhkəməsinin ## #### 2006-cı il tarixli *-***a/**** saylı qətnaməsinin mövcudluğu iş materialları ilə təsdiq olunmamışdır. Əksinə, Qusar Rayon Məhkəməsinin ## ####### 2022-ci il və ## ##### 2023-cü il tarixli məktublarından həmin məhkəmənin 2006-cı il üzrə arxivində *-***a/**** saylı mülki işin mövcud olmadığı və həmin qətnamənin surətinin təqdim edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Bundan başqa, Qusar Rayon Dövlət Arxivinin ## ##### 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, ##.##.1997-ci il tarixli **/* saylı qərara əlavə edilmiş torpaqdan pay almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı mövcud olduğu halda, X1 adı aşkar edilməmişdir. Həmçinin Qusar rayonu Şirvanovka Inzibati Ərazi vahidi üzrə təsərrüfatbaşına kitablarda da X1 adına rast gəlinməmişdir. Bununla yanaşı inzibati işin araşdırılması zamanı məlum olmuşdur ki, ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında sözügedən torpaq sahəsi X1 vərəsəsi olaraq üçüncü şəxs2 tam mülkiyyət hüququ ilə verilmişdir. Daha sonra isə sonuncu ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini üçüncü şəxs üçüncü şəxs3 satmışdır. üçüncü şəxs3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli çıxarış tərtib edilmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-105 KOD ******** saylı dövlət aktına əsasən Qusar rayonu Şirvanovka kənd sakini İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 4.95 ha torpaq sahəsinin üçüncü şəxs X4 məxsus olmuş JN-426 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən 32.63 ha torpaq sahəsinin ***V nömrəli parseldəki 5.50 ha torpaq sahəsi ilə bütövlükdə üst-üstə düşür, lakin torpaq sahəsinin həmin üst-üstə düşən hissəsi hal-hazırda üçüncü şəxs3 mülkiyyətinə aid olmaqla 5.50 ha təşkil edir və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ reyestr nömrəli çıxarış verilmişdir. Mütəxəssis rəyindən göründüyü kimi, Dövlət aktları bötövlükdə üst-üstə düşür, yəni üst-üstə düşən hissənin ölçüsü 4,95 ha təşkil edir və bu hal torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatları əsasında müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə mübahisələndirilən X1 adına olan JN-426 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının tərtib edilməsinə əsas kimi göstərilən məhkəmə qətnaməsinin mövcud olmadığı, əksinə, həmin torpaq sahəsinin 4,95 ha hissəsinin İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan JN-105 KOD ******** saylı dövlət aktında göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlara düzgün hüquqi qiymət verilmiş və X1 adına olan JN-426 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının hüquqi əsasının mövcud olmadığı barədə gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-16.5-ci maddələri ilə dövlət reyestrinin məzmununun həqiqi hüquqi vəziyyətə uyğun olmadığı hallarda reyestrin mötəbərliyinə qarşı etiraz edilməsi və müvafiq düzəlişin məhkəmə qərarı əsasında aparılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı qərarı icra olunmuş, Ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən X1 adına 33,63 ha torpaq sahəsinə dair verilmiş JN-426 KOD 30124018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” hissəvi, yəni İddiaçı mülkiyyətində olan 4,95 ha hissədə ləğv edilmişdir. Apellyasiya şikayətinin dəlilləri də məhkəmə kollegiyasının gəldiyi nəticəni təkzib edən sübutlarla təsdiq olunmur. Belə ki, mübahisələndirilən dövlət aktının tərtib edilməsinə əsas olan ##.##.2006-cı il tarixli *-***a/**** saylı qətnamənin mövcud olmadığından həmin aktın hüquqi əsasının mövcudluğu barədə nəticəyə gəlmək mümkün deyildir. Əksinə, iş üzrə toplanmış sübutlar mübahisə predmeti olan 4,95 ha torpaq sahəsinin iddiaçıya aid olduğunu və mübahisələndirilən dövlət aktında göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyünü təsdiq edir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermiş, tətbiq edilməli hüquq normalarını düzgün müəyyən etmiş və iddianın təmin edilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin nəticələrinin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Bu səbəbdən apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar