Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-856/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (Açar sözlər: daşınmaz əmlaka (torpaq sahəsinə) dair mülkiyyət hüquqların dövlət qeydiyyatına alınmasından imtina; bələdiyyə torpağının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə satılması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Abşeron rayonu Məmmədli bələdiyyəsinin ##.##.2008-ci il tarixli, **/** nömrəli qərarından görünür ki, İddiaçı Bələdiyyənin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız kənd altı torpaq sahəsindən ev tikmək məqsədi ilə 0,10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş ##.##.2008-ci il tarixli, *** nömrəli rəydən görünür ki, torpaq sahəsinin bələdiyyənin alqı-satqı predmeti olan torpağa aid olduğunu nəzərə alaraq vətəndaş X1 etiraz etmir. Abşeron rayonu Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. ** nömrəli, ##.##.2008-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu Məmmədli bələdiyyəsinin hesabına 500 manat torpağın dəyəri ödənilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, 3-21-3-32/2- ****/**** saylı məktubdan görünür ki, İddiaçı inzibati işi ilə əlaqədar Məmmədli kəndində yerləşən, mübahisə predmeti olan 0.10 ha torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubundan görünür ki, 1) Məmmədli Bələdiyyəsi tərəfindən ## ###### 2008-ci il tarixli, **/** saylı qərarı ilə 0,10 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satılması, 2) sözügedən torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin müraciətə əlavə edilməməsi, 3) sözügedən torpaq sahəsinə dair müraciət üzrə təqdim edilmiş qərarın arxiv arayışının müraciətə əlavə olunmaması, 4) əlavə edilmiş yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada tərtib edilməməsi (döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi), 5) sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasım müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmaması. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Bələdiyyənin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız kənd altı Abşeron rayonu, Məmmədli kəndində, Badamlıq deyilən ərazində ev tikmək məqsədilə verilmiş 0,10 ha torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdeh Cavabdeh Abşeron * saylı Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Abşeron rayonu Məmmədli Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, **/** saylı qərarı ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında” və “Torpaq bazarı haqqında” qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli Fərmanı ilə təsdiq edilmiş “Torpaq alqı-satqı qaydalarına” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1998- ci il tarixli, *** saylı İddiaçı bələdiyyənin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız kənd altı Badamlıq deyilən ərazinin torpaq sahəsindən ev tikmək məqsədilə 0,10 ha torpaq sahəsi satılması barədəki ərizəsini, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin hazırladığı rəyi və digər sənədləri əsas tutaraq bələdiyyənin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız kənd altı Badamlıq deyilən ərazinin torpaq sahəsindən ev tikmək məqsədilə 0,10 ha torpaq sahəsini ev tikmək məqsədilə İddiaçı verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin ##.##.2008-ci il tarixli rəyinə əsasən həmin torpaq sahəsinin bələdiyyənin alqı-satqı predmeti olması əsas götürülərək satılmasına etiraz edilməmişdir. Bunun müqabilində iddiaçı İddiaçı tərəfindən “xxxx” ASC-ə ** saylı qəbzlə 500 manat ödəniş edilmişdir. Iddiaçı İddiaçı nümayəndəsi ona verilmiş torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Abşeron * saylı Ərazi Idarəsinə müraciət etmişdir. Iddiaçının müraciətinə cavab olaraq cavabdeh Abşeron * saylı Ərazi Idarəsi tərəfindən 35 gündən çoxdur cavab göndərilməmişdir. Lakin Məmmədli bələdiyyəsi sözügədən hərəkətləri qanunsuz şəkildə etməmişdir. Qərarın icrası ilə bağlı aparılan bütün prosses sənədləşdirilmişdir. Iddiaçı İddiaçı 2008-ci ildən bələdiyyə qərarı ilə ona verilmiş torpaq sahəsi üzərində sərbəst şəkildə mülkiyyət hüquqlarını həyata keçirmək istəyir. Ona görə də, iddiaçı İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Məmmədli Bələdiyyəsi tərəfindən ## ###### 2008-ci il tarixli **/** saylı qərarı ilə 0,10 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, sözügedən torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin müraciətə əlavə edilmədiyi, sözügedən torpaq sahəsinə dair müraciət üzrə təqdim edilmiş qərarın arxiv arayışının müraciətə əlavə olunmadığı, əlavə edilmiş yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada tərtib edilmədiyi (döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi), sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyqun olubolmamasım müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Eyni zamanda, bələdiyyə torpaq sahəsini özgəninkiləşdirməzdən əvvəl həmin sahə üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmalı və yalnız bundan sonra torpaq sahəsini hərrac və ya müsabiqə yolu ilə satmalı idi. Iş materiallarından isə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan, açıq hərrac və ya müsabiqə keçirilmədən bilavasitə bələdiyyə qərarı və alqı-satqı aktı əsasında özgəninkiləşdirilmişdir. Belə olan halda, həmin qərar və ona əsaslanan sənədlər qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz və onların əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı mümkün deyildir.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyəyə 2007-ci ilin dekabr tarixinədək müraciət etməmiş, yalnız 2008-ci ildə müvafiq müraciətlə çıxış etmişdir. Bu hal onu göstərir ki, mübahisəli hüquq münasibətlərinə iddiaçının müraciət etdiyi dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir və həmin dövrdə qüvvədə olan normalar torpaq sahələrinin açıq hərrac və ya müsabiqə yolu ilə özgəninkiləşdirilməsini nəzərdə tuturdu.Eyni zamanda, Abşeron rayonu Məmmədli bələdiyyəsinin ## ###### 2008-ci il tarixli qərarının məzmunundan da görünür ki, torpaq sahəsinin açıq hərrac və ya müsabiqə keçirilmədən, yəni istisna qaydada satılmasına dair hər hansı əsaslandırma və ya qeyd mövcud deyildir. Bu isə həmin qərarın qanunvericiliyin imperativ tələblərinə zidd olaraq qəbul edildiyini bir daha təsdiq edir.Cavabdeh inzibati orqanın hüququn dövlət qeydiyyatından imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur Qərarla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2005-ci il tarixdə Məmmədli BələdiyyəsiHəsənov Məqsəd Mövsüm oğlu adlı şəxsə 0.10 ha torpaq sahəsi ayrılmışdır. ##.##.2008-ci ildə həmin şəxs Bələdiyyəyə müraciət edərək həmin torpaqdan imtina etdiyini qeyd etmişdir. Bundan sonra həmin torpaq sahəsi iddiaçıya ayrılmışdır. Hazırki halda iddiaçının bələdiyyənin torpaq ayırmasına dair hüquqmüəyyənedici sənədi təqdim etməsinə baxmayaraq Məhkəmə tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddənin tələbi pozularaq iddia rədd edilmişdir. Məhkəmə qərar qəbul edərkən qarşılıqlı etimad prinsipini nəzərə almaq istəməmişdir. Vətəndaş bələdiyyət qərarına etimad göstərərək ona ayrılmış torpağa 20 ilə yaxındır ki sahiblik və istifadə edir. Inzibati Icraat haqqında Azərbaycan Respublikasının Qanunu 64.2-ci maddəsinin tələbi məhkəmə tərəfindən kobud şəkildə pozularaq qüvvəyə olan inzibati akt əsasından hüququ qeydə almaqdan imtina etmişdir. Hazırki işdə qeyd edilən imtina əsaslarının heç biri mövcud deyildir. Buna baxmayaraq məhkəmə iddianı rədd edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəni tətbiq etməmişdir. “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Hətta qanunvericilik Qanunsuz əlverişli aktın ləğv olunmasına belə məhdudiyyət qoymuşdur. Hazırki qərar isə qüvvədə ola-ola məhkəmə iddia tələbini rədd edir. Iddiaçının hüququnun qeydə alınmalıdır çünki 20 il əvvəl ödəniş edib torpaq alıb illərdir hüququnun qeydə alınacağına ümid edir. Məmmədli bələdiyyəsinin # #### 2008-ci il tarixli, ** saylı qərarı qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə Bələdiyyənin hazırki aktının qüvvədə olmadığını nəzərə almamışdır. Akt qüvvədə olmasına baxmayaraq onun hüququnun qeydə alınmasından imtina etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı məhkəməyə daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (iddiaçıya bələdiyyənin ## ###### 2007-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrılarkən qüvvədə olan redaksiyası) Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (## ####### 2007-ci il tarixli 466- III QD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı bələdiyyə qərarı əsasında onun adın ayrılmış 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satılması, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin müraciətə əlavə edilməməsi, qərarın arxiv arayışının müraciətə əlavə olunmaması, əlavə edilmiş yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada tərtib edilməməsi (döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi), müayinə baxışının keçirilməsinə şərait yaradılmaması halına istinad edərək, müraciətin təmin edilməsinə etiraz etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi ## ###### 2008-ci il tarixli bələdiyyə qərarı ilə iddiaçıya satılmış, bu barədə ödəniş qəbzi, torpaq sahəsinin yerini müəyyən edən texniki sənəd, habelə DT və XK tərəfindən tərtib edilmş rəy mövcud olmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, sözegedən torpaq sahəsi naturada mövcud olmaqla, ona dair müayinə aktı və ortofoto görünütsü təqdim edilmişdir. Kollegiya ilk növbədə onu qeyd edir ki, iddianın əsaslılığı baxımından ilkin dəyərləndirmə mərhələsində iddiaçının sözügedən hüquqmüəyyənedici sənəd əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranıb-yaranmaması halına hüquqi qiymət verilməlidir. Bununla bağlı kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsasları və bu hüququn qeydə alınması əsasları yuxarıda istinad edilən qanunvericilik normasında dəqiq və birmənalı şəkildə ehtiva edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən bələdiyyə qərarı əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas hesab edilir. Lakin həmin inzibati akt yalnız mötəbər hüquqmüəyyənedici sənəd qismində çıxış etdikdə (qanunla müəyyən edilmiş qaydada qəbul edildikdə, qanunla müəyyən edilmiş qaydada onun etibarzılığına əsas olan hallar aşkar edilmədikdə, qanunazidd olaraq qəbul edilmədikdə və s.) hüququn yaranması üçün əsas ola bilər. Kollegiya qeyd edir ki, sözügedən bələdiyyə qərarının mötəbər hüquqmüəyyənedici sənəd qimsində çıxış edib-etməməsi məhz onun qəbul edidliyi dövrdə qüvvədə olan qanunvericilik normasının tələblərinə əsasən dəyərləndirilməlidir. Iddiaçıya torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin norma imperativ xarakter daşımaqla torpaq sahələrinin birbaşa inzibati qərarla satılmasını istisna edirdi. Bundan əlavə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin mübahisəli qərarın qəbul edildiyi vaxt qüvvədə olan redaksiyasına görə torpaq sahəsinin özgəninkiləşdirilməsi alqı-satqı aktı ilə deyil, qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydada təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməli idi. Eyni zamanda bələdiyyə torpaq sahəsini özgəninkiləşdirməzdən əvvəl həmin sahə üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmalı və yalnız bundan sonra torpaq sahəsini hərrac və ya müsabiqə yolu ilə satmalı idi. Göründüyü kimi həmin dövrdə qüvvədə olan qanunvericilik normasında bələdiyyələr tərəfindən torpaq sahəsinin hansı prosedur qaydalara əməl etməklə, hansı sənədləşmə işləri aparılmaqla, satılmasının mümkünlüyünə dair şərtlər dəqiq şəkildə müəyyən edilmişdir. Indiki halda isə işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan, açıq hərrac və ya müsabiqə keçirilmədən, notariat qaydasında təsdiq edilmiş müqavilə bağlanmadan bilavasitə bələdiyyə qərarı əsasında özgəninkiləşdirilmişdir. Nəticə etibarilə sözügedən torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya qanunla müəyyən edilmiş qaydada satılmamışdır. Başqa sözlə desək, qanunla imperativ norma şəklində müəyyən edilmiş tələblərə zidd olaraq qəbul edilmiş həmin qərar və ona əsaslanan sənədlər qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz və onların əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı mümkün deyildir. Belə olan halda kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları əsasında iddianın əsaslılığı müəyyən edilmədiyindən, habelə mülkiyyət hüququnun yaranması və bu hüququn qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçı həmin bələdiyyə qərarına istinad etməklə belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı onunla eyni vəziyyətdə olan şəxslərə münasibətdə mülkiyyət hüququnun qeydə alınması halına istinad etmiş, bununla bağlı oxşar iş üzrə məhkəmə qərarına istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddianın əsaslılığı məhz qanunvericiliyin norma və prinsipləri əsasında dəyərləndirmə aparılmaqla, müəyyən edilir. Bu halda isə iddianın əsaslılığına bərabərlik prinsipinin qanuni əsasları üzrə hüquqi qiymət verilməli, həmin qiymətvermə qanunsuz hərəkətlərə əsaslanmamalıdır. Başqa sözlə desək, qanunazidd olan hallara istinad etməklə, bərabərlik prinsipinin tələblərinin tətbiq edilməsi və bu əsasla iddianın əsaslılığının müəyyən edilməsi halının özü qanunvericiliyin tələbinə ziddir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddianın qanuni əsası qimsində çıxış edən normanın dispzotiv şərtləri aşkar olduğundan, habelə bu şərtlər imperativ xarakter daşıdığından, bərabərlik prinsipinin tətbiqinin mümkünlüyü qanuni əsaslara söykəndiyindən, iddiaçı həmin arqumentə istinad etməkdə haqlı olmamışdır. Həmçinin, kollegiya onu qeyd edir ki, iddiaçının istinad etdiyi “oxşar işlər üzrə qəbul edilmiş məhkəmə qərarların”da əks olunmuş işin halları hazırki işin halları ilə eynilik təşkil etməmişdir. Belə ki, həmin işlər üzr iddia tələbinin qanuni əsası qismində müvafiq Qanunun 9.1-ci maddəsinin sonrakı redaksiyada qəbul edilmiş dispozitiv şərti çıxış etmişdir (Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilməsinin əsasları). Indiki halda isə iddiaçıya münasibətdə torpaq sahəsinin ayrıldığı vaxtda həmin norma qəbul edilməmiş, nəticə etibarilə qüvvədə olmamışdır. Hətta həmin norma mövcud olmuş olsa idi belə, işin müəyyən edilmiş halı əsasında iddiaçıya münasibətdə “daimi yaşayan və ya ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olma” şərtinin öədnilmədiyi aşkar olunduğundan, bu hal da iddianın əsaslılığını müəyyən etməyə imkan verməyəcəkdi. Bundan əlavə, kollegiya qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır.Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hazırki mərhələdə oxşar işlər üzrə məhkəmə təcrübəsini müəyyən edən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2026ci il tarixli qərarında öz əksini tapmış, həmin hüquqi mövqeyə əsasən iddianın əsaslılığının məhz onun qanuni əsası qismində çıxış edən maddi hüquq normasının dispozitiv şərtllərinin ödənilibödənilməməsi əsasında dəyərləndirilməsi qeyd edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının şikayətinin dəlili kimi bu hissədə istinad etdiyi arqumentləri əsassız olmuşdur. Bundan əlavə, kollegiya iddiaçının istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsinin ## #### 2005-ci il tarixdə Həsənov Məqsəd adlı şəxsə ayrıldığını, həmin şəxs tərəfindən ərizə yazılaraq torpaq sahəsindən imtina etdiyini, bu barədə yazılı ərizə veridyini, iddiaçıya torpaq sahəsi yeni torpaq sahəsi kimi satılmadığını, addan-ada keçdiyini bildirərək, həmin normanın ona tətbiq edilməməli olduğunu bildimişdir. Bununla bağlı kollegiya qeyd edir ki, qanunvericilikdə hüququn yaranması və yaranmış hüququn hansı qaydada ötürülməsinin əsasları dəqiq şəkildə müəyyən edilmişdir. Indiki halda sözügedən əmlak üzərində başqa şəxsə hüququnun yaranması və bu hüququn iddiaçıya qanunla yol verilən qaydada ötürülməsi halı müəyyən edilməmişdir. Iddiaçı tərəfindən də həmin hala dair heç bir sübut (bağışlama, alqı-satqı müqaviləsi və s.) təqdim edilməmiş, əksinə həmin sənədlərin mövcud olmadığı bildirilmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı bu hissədə başqa şəxsin təqdim etdiyi ## ###### 2008-ci il tarixli ərizəyə istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, həmin ərizə mahiyyət etibarilə “əmlakdan imtina etməklə bağlı olmaqla”, hüququn ötürülməsi üçün qanunla müəyyən edilmiş əsas qismində çıxış etməmişdir. Başqa sözlə desək, bu ərizənin hüquqi nəticəsi yalnız torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə geri qaytarılması kimi çıxış edə bilərdi. Nəticə etibarilə kollegiya hesab edir ki, həmin ərizənin mövcudluğu torpaq sahəsinə dair hüququn daha əvvəlki tarixdə yaranması və sonradan bu hüququn iddiaçıya ötürülməsi kimi qiymətləndirilməsinə səbəb olmur.Bu baxımından kollegiya hesab edir ki, iddiaçının həmin hissədə də istinad etdiyi arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya iddiaçının istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki, iddiaçı 20 il əvvəl ödəniş edərək, torpaq sahəsi alması, hüququnun qeydə alınmasına ümid etməsi kimi hallara istinad etmişdir. Bununla bağlı, kollegiya qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən etimadın qorunması qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı qanunla yol verilən qaydada torpaq sahəsini əldə etmək hüququna malik olmaqla, bu hüququn qanunvericiliklə müəyyən edilmiş qaydada realizə edilməməsinin hüquqi nəticələrinə görə də özü məsuliyyət daşıyır, qanunu bilməmək isə onun məsuliyyətdən azad edilməsinə səbəb olmur. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddiaçı özünün məsuliyyət daşıdığı halın nəticələrinə (qanuna uyğun davranmamasının nəticələrinə) istinad etməkdə haqlı olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halalrı əsasında iddianın əsaslılığı təkzib edildiyindən, cavabdehin imtina ilə bağlı hərəkətləri qanunauyğun olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, aplleyasiya şikayəti əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.