Məhkəmə qərarları › İş №2-1(3-8)-857/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-857/2026

03.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-857/2026 03.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya ayrılmış 2.5 ha torpaq sahəsinin müayinə aktına əsasən meşə fondu torpaqları kimi qeyd edilmiş 0.154 ha və 0.09 ha (cəmi 0.244 ha) hissəsi çıxılmaqla, yerdə qalan 2.012 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin ehtiyat fondundan vətəndaş İddiaçı sahibkarlıq məqsədilə Xaçmaz rayonu Əhmədoba kəndinin ərazisindən 25000 kv.m. yararsız torpaq sahəsi satılmışdır. ##.##.2005-ci il tarixli **** nömrəli torpaqların alqı-satqısına dair akt ilə Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən Xaçmaz rayonu Əhmədoba bələdiyyəsi ərazisindən 2,5 ha torpaq sahəsi 12.561.250 (on iki milyon beş yüz altmış bir min iki yüz əlli) manata (AZM) İddiaçı satılmışdır. X1 və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində ##.##.2005-ci il tarixdə 3620 nömrə ilə qeydə alınmışdır. İddiaçı torpaq sahəsinin dəyərini ##.##.2005-ci il tarixli ** nömrəli qəbzlə Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin hesabına əvvəlcədən ödəmişdir. Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış Xaçmaz rayonu Əhmədoba kəndində yerləşən 2,5 ha torpaq sahəsinə dair yerquruluşu planı 1:10000 miqyasda tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin İddiaçı sahibkarlıq məqsədilə 2,5 ha torpaq sahəsinin satılması barədə təqdim edilmiş sənədlərə dair verdiyi ##.##.2005-ci il tarixli ****/* nömrəli rəyində göstərilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi bildirir ki, sahibkarlıq məqsədilə nəzərdə tutulmuş torpaq sahəsi Əhmədoba bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Həmin torpaq sahəsi Əhmədoba bələdiyyəsinin yararsız torpaqlarına aid olmaqla bu məqsəd üçün satılması qanuna müvafiqdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 1:5000 miqyasda tərtib edilmiş A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən edilir ki, ünvan 1 ünvanda yaşayan İddiaçı Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə Xaçmaz rayonu Əhmədoba kəndinin ərazisindən 25000 kv.m. torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin təyinatı sahibkarlıq fəaliyyəti üçündür. Torpaq sahəsinin planı və ölçüsü sənədi X4 kitabında ##.##.2009-cu il tarixdə 5005 nömrəsi ilə 30205018000050 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin koordinatları və döngə nöqtələri torpaq sahəsinin planı və ölçüsü sənədində öz əksini tapmışdır. Mexaniki tərkibi ağır gilli, məhsuldarlığı “0”-dır. Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin ##.##.2024-cü il tarixli ** saylı arayışından görünür ki, həqəqətən də Bakı şəhər sakini İddiaçı mülkiyyətinə Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı sahibkarlıq fəaliyyəti məqsədilə 250000 kv.m və ya 2,5 ha torpaq ahəsi satılmışdır. Hal-hazırda yuxarıda qeyd olunan qərar öz qüvvəsindədir. Iddiaçı ərizə ilə cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edərək, Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən ona satılmış Xaçmaz rayonu Əhmədoba kəndi ərazisində yerləşən 2,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli *-**-*-**/*-*-*-****/**** nömrəli məktubu ilə aparılan araşdırma zamanı Xaçmaz rayon Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında sahibkarlıq fəaliyyəti üçün satılmış 2,5 ha torpaq sahəsinin bir hissəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı (örüş), digər bir hissəsi isə X2 torpaqlarının üzərinə düşdüyü üçün, həmçinin, ərizəyə əlavə olunmuş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş ************** nömrəli torpaq sahəsinin planı və ölçüsünün arxiv nüsxəsi və qeydiyyatı Ərazi Idarəsində aşkar edilmədiyindən iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “Xaçmaz rayon Əhmədoba bələdiyyəsinin ## ###### 2005-ci il tarixli ** saylı qəran ilə iddiaçıya ayrılmış Xaçmaz rayonu Əhmədoba kəndi ərazisində yerləşən 2,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Daha sonra iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək, “Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya ayrılmış 2.5 ha torpaq sahəsinin müayinə aktına əsasən meşə fondu torpaqları kimi qeyd edilmiş 0.154 ha və 0.09 ha (cəmi 0.244 ha) hissəsi çıxılmaqla, yerdə qalan 2.012 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş edir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti məqsədilə torpaq sahəsinin alınması üçün ərizə ilə Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində müvafiq sənədlər hazırlanmışdır. ## ###### 2005-ci il tarixində bələdiyyənin hesabına torpağın dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Əhmədoba Bələdiyyəsində ərizəsi və Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin hazırladığı sənədlər nəzərə alınmış və bələdiyyənin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti məqsədilə həmin bələdiyyənin ərazisindən 2,5 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərara uyğun olaraq ## ###### 2005-ci ildə Əhmədoba bələdiyyəsinin nümayəndəsinin, iddiaçının və Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdirinin iştirakı ilə “torpaqların alqı-satqısına dair akt” tərtib və təsdiq edilmiş, torpaq şöbəsində 3620 nömrə ilə qeydə alınmışdır. Həmin sahənin Əhmədoba bələdiyyəsinin mülkiyyətində olması, alqı-satqı predmeti olması, həmçinin yararsız torpaqlara aid olmaqla bu məqsəd üçün satılmasının qanuna müvafiqliyi barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin rəyi verilmişdir. Torpaq sahəsinin planı və ölçüsü hazırlanmış, X4 kitabında ##.##.2009-cu il tarixində 5005 nömrə ilə uçota alınmışdır. Beləliklə, iddiaçı Xaçmaz rayon, Əhmədoba bələdiyyəsinin ## ###### 2005-ci il tarixli qərarı əsasında qanunla müəyyən edilmiş qaydada pulunu ödəməklə Əhmədoba Bələdiyyəsinin ərazisindən 2,5 hektar torpaq sahəsini almışdır. Torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Hal-hazırda həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmişdir. Həmin idarənin ## #### 2025-ci il tarixli *-**-*-**/*- Ə-****/**** saylı cavabı ilə ərizəmin icrasında imtina edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə daxil olmuş məktubuna baxılmışdır. Bildirilir ki, İddiaçı Xaçmaz rayonu Əhmədoba kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən, Xaçmaz rayon Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında sahibkarlıq fəaliyyəti üçün iddiaçıya satılmış 2.50 ha torpaq sahəsinin bir hissəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı (örüş), torpaq sahəsi digər bir hissəsi isə X2 torpaqlarının üzərinə düşür. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Bundan əlavə, torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş ************** nömrəli torpaq sahəsinin planı və ölçüsünün arxiv nüsxəsi və qeydiyyatı Əraz Idarəsində aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-Ə-****/**** nömrəli məktubla imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya ayrılmış Xaçmaz rayonu Əhmədoba kəndi ərazisində yerləşən 2.5 ha torpaq sahəsinin müayinə aktına əsasən meşə fondu torpaqları kimi qeyd edilmiş 0.154 ha və 0.09 ha (cəmi 0.244 ha) hissəsi çıxılmaqla yerdə qalan 2.012 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 üzərinə vəzifə olaraq qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Mübahisəli torpaq sahəsi vətəndaşa Xaçmaz rayon Əhmədoba bələdiyyəsinin ** saylı, ##.##.2005-ci il tarixli qərarına əsasən satılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin ## ###### 2005-ci il tarixli, ****/* saylı rəyi ilə torpaq sahəsinin satılmasına etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni ## ###### 2005-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Iddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır. Xaçmaz rayon Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Torpaq sahəsinin iddiaçıya satılmasına dair qərarın və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Məhkəmə sorğularına əsasən təqdim edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: “Araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz rayon Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı İddiaçı ayrılmış 2.5 ha torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUIS) sistemində 2.256 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir, uqodiyası örüşdür, 0.154 ha və 0.09 ha hissəsi X2 torpaqları kimi göstərilmişdir. Elektron baza məlumatlarında (DWG) 2.5 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası örüşdür. Kommunikasiya xətlər keçmir, mühafizə zonalarına düşmür, iddiaçıya ayrılmış 2.5 ha torpaq sahəsinin ətrafında (dörd bir yanında) olan torpaq sahələrinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmamışdır, çıxarışlar verilməmişdir”. Məhkəmə cavabdeh orqanın qeyd etdiyi dəlilinin hərtərəfli araşdırılması məqsədilə müvafiq sorğular ünvanlamışdır. Cavabdeh orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2026-cı il tarixli məktuba əlavə edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: Xaçmaz rayon Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı İddiaçı ayrılmış 2.5 ha torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUIS) sistemində 2.256 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir, uqodiyası örüşdür, 0.154 ha və 0.09 ha hissəsi X2 torpaqları kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinin ilkin ayrıldığı dövrdə kateqoriyası elektron baza məlumatlarında (DWG) 2.5 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olmuşdur. Məhkəmə cavabdeh orqana təkrar sorğu ünvalayaraq mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, qonşu torpaq sahələri (2812006394, 2823022879, ********** qeydiyyat nömrəli çıxarışlar) daşınmaz əmlakın dövlət reyestrində kənd təsərrüfatı təyinatlı torpaqlar olaraq qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini, imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Iddiaçı məhkəməyə teleqram üvanlayaraq işə onun iştirakı olmadan baxılaraq, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-in 62.3-cü maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarı). Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasənə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;.......... 67-ci maddənin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67-ci maddənin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddənin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə: 5-ci bənd. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ...

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “cavabdeh1n nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində xxxx (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), X4nın tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ...

“Inzibati icraat haqqında” Qanun: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı

64. 2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş üzrə materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin ##.##.2005ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya sahibkarlıq məqsədilə satılmış 2,5 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından cavabdehin imtinası təşkil edir. Iddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xaçmaz rayon Əhmədoba bələdiyyəsinin ** saylı, ##.##.2005-ci il tarixli qərarı ilə İddiaçı Xaçmaz rayon Əhmədoba bələdiyyəsinin alqısatqı predmeti olan torpaq sahəsindən 2.5 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün satılması qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin ## ###### 2005-ci il tarixli ****/* saylı rəyi ilə iddiaçıya torpaq sahəsinin ayrılması məqsədə müvafiq hesab edilmişdir. Buna dair iddiaçının adına A № ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, rəy, o cümlədən alqı-satqı aktı ilə də təsdiq edilir. Iddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh ## #### 2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsinə, digər bir hissəsinin isə X2 torpaqlarının aid olduğunu, torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş ************** nömrəli torpaq sahəsinin planı və ölçüsünün arxiv nüsxəsinin və qeydiyyatının Əraz Idarəsində aşkar edilmədiyi göstərilir. Apellyasiya şikayətində cavabdeh əsas etibarilə mübahisəli torpaq sahəsinin bir hissəsinin elektron kadastr məlumatlarında örüş, digər hissəsinin isə X2 torpaqları ilə üst-üstə düşdüyünü, həmçinin torpaq sahəsinin plan və ölçüsünün arxiv nüsxəsinin aşkar edilmədiyini göstərərək birinci instansiya məhkəməsinin nəticəsinin səhv olduğunu bildirmişdir. Lakin bu dəlillər birinci instansiya məhkəməsində araşdırılmış, onların hüquqi əhəmiyyəti qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin sorğularına əsasən təqdim edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: “Araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz rayon Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə iddiaçı İddiaçı ayrılmış 2.5 ha torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUIS) sistemində 2.256 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir, uqodiyası örüşdür, 0.154 ha və 0.09 ha hissəsi X2 torpaqları kimi göstərilmişdir. Elektron baza məlumatlarında (DWG) 2.5 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası örüşdür. Kommunikasiya xətlər keçmir, mühafizə zonalarına düşmür, iddiaçılara məxsus hər birinə ayrılmış 2.5 ha torpaq sahəsinin ətrafında (dörd bir yanında) olan torpaq sahələrinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmamışdır, çıxarışlar verilməmişdir”. Növbəti dəfə cavabdeh orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2026-cı il tarixli məktuba əlavə edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: Xaçmaz rayon Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı İddiaçı ayrılmış 2.5 ha torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUIS) sistemində 2.256 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir, uqodiyası örüşdür, 0.154 ha və 0.09 ha hissəsi X2 torpaqları kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinin ilkin ayrıldığı dövrdə kateqoriyası elektron baza məlumatlarında (DWG) 2.5 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olmuşdur. Həmçinin, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin verilməsi ilə əlaqədar məhkəmə sorğusuna cavab olaraq cavabdeh orqanın məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, qonşu torpaq sahələri (2812006394, 2823022879, ********** qeydiyyat nömrəli çıxarışlar) daşınmaz əmlakın dövlət reyestrində kənd təsərrüfatı təyinatlı torpaqlar olaraq qeydiyyata alınmışdır. Kollegiya hesab edir ki, iddiaçı torpaq sahəsini ##.##.2005-ci il tarixdə həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətli bələdiyyə orqanının qərarı əsasında dəyərini ödəməklə əldə etmişdir. Torpaq sahəsi satılan zaman sədahiyyətli dövlət orqanı olan - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi İddiaçı sahibkarlıq məqsədilə 2,5 ha torpaq sahəsinin satılması barədə təqdim edilmiş sənədlərə dair verdiyi ##.##.2005-ci il tarixli ****/* nömrəli rəyində göstərir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi bildirir ki, sahibkarlıq məqsədilə nəzərdə tutulmuş torpaq sahəsi Əhmədoba bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Həmin torpaq sahəsi Əhmədoba bələdiyyəsinin yararsız torpaqlarına aid olmaqla bu məqsəd üçün satılması qanuna müvafiqdir. Torpaq sahəsinin yerqruluşu xəritəsindən çıxarış verilmişdir. Sonradan elektron kadastr məlumatlarında aparılmış dəyişikliklər və ya uyğunsuzluqlar, həmin dəyişikliklərin yaranmasında iddiaçının təqsiri müəyyən edilmədiyi halda, onun qanuni əsaslarla əldə etdiyi sahibkalıq məqsədilə alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpraq sahəsinin elektron kadastr məlumatlarında sonradan örüş kimi göstərilməsi, iddianın mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina edilməsi üçün əsas ola bilməz. “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə uyğun olaraq, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Buna görə də, hazırda qüvvədə olan bələdiyyə qərarına əsaslanan hüququn dövlət qeydiyyatından imtina edilməsi qanunauyğun hesab oluna bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən inzibati icraat zamanı iştirak xarakterli sənədlərlə bağlı mümkün prosessual çatışmazlıqlar yekun inzibati aktın hüquqi qüvvəsinə öz-özlüyündə təsir göstərmir və belə akt qanunla müəyyən olunmuş qaydada ləğv edilmədiyi müddətdə etibarlı hesab olunur. Eyni hüquqi mövqedən irəli gələrək dövlət orqanlarının fəaliyyətində yol verilmiş mümkün nöqsanlar vicdanlı əldəedicinin hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Digər tərəfdən, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə bərabərlik (bərabər yanaşma) prinsipi də pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh orqanın məhkəməyə təqdim etdiyi sənədlərdən mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, qonşu torpaq sahələrinin (2812006394, 2823022879, ********** qeydiyyat nömrəli çıxarışlar) daşınmaz əmlakın dövlət reyestrində kənd təsərrüfatı təyinatlı torpaqlar olaraq qeydiyyata alındığı müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçıya ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsivəkili iddia tələbini dəqiqləşdirərək, cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktında X2 torpaqları kimi göstərilmiş 0,154 ha və 0,09 ha (cəmi 0,244 ha) hissə üzrə tələb irəli sürməyərək, həmin hissələr çıxılmaqla qalan 2,012 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi meşə fondu torpaqları kimi qeyd olunan 0,244 ha hissə üzrə hər hansı öhdəlik müəyyən edilməmiş, cavabdehin üzərinə yalnız iddiaçının dəqiqləşdirilmiş tələbinə uyğun olaraq qalan 2,012 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və həmin sahəyə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi qoyulmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktında X2 torpaqları kimi göstərilmiş 0,154 ha və 0,09 ha (cəmi 0,244 ha) hissə çıxaldıqdan sonra, qalan torpaq sahəsinin ölçüsü 2,256 ha təşkil etsə də, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində torpaq sahəsinin 2,012 ha hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyinə və iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyinə görə məhkəmə kollegiyası iddia tələbindən kənara çıxmır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. Inzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Inzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Inzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrıseçkilik olmadan təmin edilməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə ## #### 2012-ci il tarixli qərar, §§ 85-86). Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən davamlı imtina edilməsinin “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Xaçmaz rayonu Əhmədoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarına, alqı-satqı aktına və əlavə edilmiş sənədlərə əsaslanır. Istinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bələdiyyənin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar