Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-859/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı, müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. IŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin təqdim etdiyi arayışlara əsasən 723 (N) nömrəli hərbi hissənin ##.##.1992-ci il tarixli əmri ilə N nömrəli hərbi hissəyə köçürülmüşdür. 722 (N) nömrəli hərbi hissənin ##.##.1992-ci il tarixli əmri ilə şəxsi heyətə qəbul edilmiş, bütün təminatlarla təmin olunmuş və xidmətinin ##.##.1992ci ildən hesablanması təsdiq edilmişdir. N saylı hərbi hissənin ##.##.1993-cü il tarixli əmrinə əsasən hərbi xidmət keçdiyi dövrdə xəstəxanaya göndərildiyi qeyd olunmuşdur. Bundan əlavə, Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyası rəsmi şəkildə təsdiq etmişdir ki, döyüş bölgəsində xidmət zamanı ##.##.1992-ci ildə güllə yarası almış, ##.##.1992-##.##.1992 tarixlərində Cəbrayıl rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuşdur. Aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” (MN MHHK-nın *** saylı protokolu). Bu fakt özü-özlüyündə döyüş bölgəsində xidmət etdiyini, döyüş tapşırıqlarını yerinə yetirdiyini, döyüş əməliyyatlarında iştirak etdiyini tam şəkildə sübut edir. “Müharibə Veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyinin ##.##.2025- ci il tarixli qərarı ilə “Müharibə Veteranı” adının verilməsindən imtina edilmişdir. Imtinanın əsası kimi guya ##.##.1993-cü ildən sonrakı xidməti və ehtiyata buraxılmağı barədə məlumatın olmaması göstərilmişdir. Halbuki, döyüş bölgəsində xidmət etdiyi Müdafiə Nazirliyinin öz arxiv arayışları ilə təsdiq olunmuş, döyüşdə yaralanması rəsmi qərarla təsdiqlənmişdir. “Müharibə Veteranı” adı üçün qanunvericilik şəxsən döyüşmək və ya döyüş bölgəsində ezamiyyətdə olmaq faktını tələb edir, “ehtiyata buraxılma haqqında arxiv məlumatı” isə hüquqi şərt deyil. Hesab edir ki, Müdafiə Nazirliyinin imtinası qanunsuz və əsasızdır, çünki, “Müharibə Veteranı” adının verilməsi üçün döyüşdə iştirak faktı əsas şərtdir. MN MHHK-nm *** saylı protokolu ilə təsdiq olunub ki, mən ##.##.1992-ci ildə döyüş tapşırığı yerinə yetirərkən güllə yarası almışdır. Bu, döyüş əməliyyatlarında faktiki iştirakının başlıca sübutudur. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçı qanuni əsasla ehtiyata buraxılmamışdır, bu hal müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün birbaşa əsas təşkil edir. Belə ki: Iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2026-cı il tarixli 3- **-**/*-***/**** nömrəli məktubunda göstərilmişir ki, İddiaçı N nömrəli hərbi hissəyə köçürüldüyünə görə 723 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır; 723 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1993- ##.##.1992-ci il, N nömrəli hərbi hissə komandirinin ##.##.1992-##.##.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin 1992-ci il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır; Raportuna əsasən İddiaçı 722 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** nömrəli əmrilə hərbi hisənin şəxsi heyət üzvlüyünə qəbul edilərək, bütün növ təminatlarla təmin edilmiş və qəbul edilmə tarixi ##.##.1992-ci il tarixdən hesablanmışdır; N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli **** nömrəli əmrində şəxsi heyət üzvü sıravi İddiaçı hərbi xəstəxanaya göndərildiyinə görə hərbi hissənin isti yemək siyahısından çıxarılması barədə məlumat qeyd olunmuşdur; Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin ##.##.1993-##.##.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2012-ci il tarixli *** nömrəli qərarında göstərilmişdir ki, Sumqayıt ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1992-ci ildə fərarilik etmiş, Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1997-ci il tarixli amnistiya qərarına əsasən əfv olunmuş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1992ci il tarixdə aldığı və ##.##.1992-ci il tarixdən ##.##.1992- ci il tarixədək Cəbrayıl rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma diaqnoz: “Sağ budun yuxarı 1/3 hissədən dəlib-keçən güllə yarası” (Sumqayıt şəhər idarəsinin ##.##.2021-ci il tarixli **** nömrəli göndərişi, ##.##.2012-ci il tarixli */*** nömrəli arayışı, Cəbrayıl rayon mərkəzi xəstəxanasının verdiyi ##.##.1992-ci il tarixli epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Daha sonra Mərkəzi Hərbi Həkim Komissiyasının qeyd edilən qərarı ##.##.2021-ci il tarixli *** nömrəli qərarı ilə ləğv olunmuşdur. Bunun da təzahürüdür ki, hazırda iddiaçının ikinci dərəcə əlilliyinin təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” deyil, ##.##.2021-ci il tarixdən 5 il müddətə “ümumi xəstəlik səbəbindən” olaraq qeyd edilmişdir (istinad: iş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli məktubu). Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə nəzər salaq: Ali Məhkəmənin ##.##.2024-cü il tarixli 2-1 (***)-***/**** nömrəli qərarında göstərilmişdir ki, “iddiaçının (2016-2021-ci il tarixlərdə o, müharibə əlili hesab olunmuşdur) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin həmin dövrdə deyil, 2016-2021-ci illərdə müəyyən edildiyi, həmin dövrdən sonra onun növbəti müddətə əlilliyinin müəyyən olunmadığı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı (hazırkı halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyası) tərəfindən bu qərarın qəbul edildiyi tarixdən və həmin qərarda müəyyən olunmuş müddətə əlilliyi olan şəxs hesab edilir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, iddiaçı ona “müharibə veteranı” adının verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Bu baxımdan, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir”. Odur ki, qeyd edilən halda Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli 3- **-**/*-*-****-**/**** nömrəli imtina xarakterli məktubu da qanuni olmaqla, imtinanın əsası kimi iddiaçının döyüş əməliyyatları aparılan dövrdə ##.##.1993-cü il tarixdən (müalicədən) sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmaması göstərilmişdir. Hərbi qanunvericiliyə əsasən, şəxsin həqiqi hərbi xidmətdən qanuni əsasla buraxılmış hesab edilməsi üçün onun müvafiq əmr əsasında ehtiyata və ya istefaya buraxılması faktı olmalıdır. Əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; Əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılmışlarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Ehtiyata və ya istefaya buraxılmanın konkret əsasları qanunvericilikdə göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” ##.##.1997-ci il tarixli *** nömrəli Fərmanına əsasən, 1994-cü il ####un ##-na qədər ordu sıralarına çağırılmış əsgərlər, matroslar və Rlar; ali təhsili olan və ordu sıralarında 1 il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və Rlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun və birləşmələrinin sıralarından ehtiyata buraxılmışdır. Qanuni əsasla ehtiyata buraxılma faktoru olmadığına görə müharibə veteranı adının və vəsigəsinin verilməsindən imtinanı əsaslı hesab edən Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli 2-1 (***)-***/**** nömrəli gərarına nəzər salag: Həmin qərarda apellyasiya instansiyası məhkəməsinin yanaşması qanuni və əsaslı hesab edilərək göstərilmişdir: “Müharibə veteranı” adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçməsi faktının sübuta yetirilməsi kifayət deyildir, bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması faktı da tam sübuta yetirilməlidir. Ehtiyata və ya istefaya buraxılma barədə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul edir və belə bir qərar qəbul edildikdən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının müdafiə naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin istefaya və ya ehtiyata buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti ##.##.1991-ci il tarixdən etibarən müxtəlif vaxtlarda başlaya bilər, lakin onun dövrü ##.##.1994-cü il tarixi əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir; yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” *** nömrəli Fərmanı ##.##.1996-cı il tarixdə, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” *** nömrəli Fərmanı ##.##.1996-cı il tarixdə qəbul olunmuşdur; Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçunun ehtiyata buraxılması 1996-cı ildən başlamışdır və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər; iddiaçının istinad etdiyi hərbi biletdəki müvafiq qeydlər digər rəsmi sənədlərlə təsdiq edilməmiş,_ən əsası isə ##.##.1992-ci il tarixdə ordudan tərxis edilməsinə dair hər hansı güzəştli əsasının olması heç bir sübutla müəyyən edilməmişdir; Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmuşdur”. Beləliklə, Ali Məhkəmənin formalaşdırdığı mövqeyə əsasən, şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkünlüyü üçün onun ehtiyata buraxılması qanuni əsaslara söykənməli və tam sübuta yetirilməlidir. Hazırkı halda iddiaçıya münasibətdə bu fakt müəyyən olunmamaqdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden ve medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi haqda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Yuxarıda qeyd olunanlar və presedent kimi istinad olunan Ali Məhkəmənin qərarı iddiaçının qanuni əsasla ehtiyata buraxılması faktoru olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkünlüyünü aradan qaldırır. Odur ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın imtina məktubu qanuni və əsaslı olmaqla, göstərilən amillər iddianın rəddini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin araşdırmasının predmetini təşkil edən sənədlər: Iddiaçının hərbi biletinin surəti iş materiallarına əlavə edilmişdir. Cavabdeh Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, 723 (N) nömrəli hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli ** №-li əmrilə (əsas: §-1 ,səh-116) İddiaçı N nömrəli hərbi hissəyə köçürüldüyü üçün şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. 722 (N) nömrəli hərbi hissə komandirinin ## ####### 1992-ci il tarixli ** №-li əmrilə (əsas: §-3,səh-38) İddiaçı raportuna əsasən şəxsi heyət üzvlüyünə qəbul edilərək, bütün növ təminatlarla təmin edilmiş və qəbul edilmə tarixi ##.##.1992-ci il tarixdən hesablanmışdır. N nömrəli hərbi hissə komandirinin ## #### 1993-cü il tarixli **** №-li əmrində (əsas: §-4,səh-181; qeyd: əmrdə atasının adı tam yazılmamışdır) hərbi xəstəxanaya göndərildiyi üçün sıravi İddiaçı M. oğlunun hərbi hissənin isti yemək siyahısından çıxarılması barədə məlumat vardır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin ##.##.1992-##.##.1992-ci il, N nömrəli hərbi hissə komandirinin ##.##.1992-23.08*1992ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin 1992-ci il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və N nömrəli hərbi hissə komandirinin ##.##.1993- ##.##.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2012-ci il tarixli *** saylı qərarında qeyd edilmişdir ki, Sumqayıt ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1992-ci ildə fərarilik etmiş, Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1997-ci il tarixli amnistiya qərarına əsasən əhv olunmuş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1992-ci ildə aldığı və ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək Cəbrayıl ravon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Sağ budun yuxarı 1/3 hissədən dəlib-keçən güllə yarası» (Sumqayıt şəhər idarəsinin ##.##.2012-ci il tarixli **** nömrəli göndərişi, ##.##.2012-ci il tarixli */*** nömrəli arayışı, Cəbrayıl rayon mərkəzi xəstəxanasının verdiyi ##.##.1192-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin nəvləri ilə təsdiq edilir), «HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ZAMANI ALINMIŞDIR». ƏSAS:Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci ıl tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin a) bəndi. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2021-ci il tarixli *** saylı Qərarında qeyd edilmişdir ki, Sumqayıt ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1997-ci il tarixli amnistiya qərarına əsasən əhv olunmuş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1992- ci ildə aldığı və ##.##.1992-ci ildən ##.##.1992-ci ilə kimi Cəbrayıl rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanrna-diaqnoz “Sağ budun yuxarı 1/3- nin dəlib-keşən güllə yaralanması”, 1993-cü ildə aldığı və ##.##.1993-cü ildən ##.##.1993- cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz “Sağalma ilə nəticələnmiş aksentuasiya olunmuş şəxsin isterik vəziyyəti” (Azərbaycan Respublikası SXÇDX Sumqayıt şəhər idarəsinin ##.##.2021-ci il tarixli *** nömrəli göndərişi, ##.##.2021-ci il tarixli **** nömrəli arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının 1993-cü il tarixli çıxarış epikrizi, Cəbrayıl rayon mərkəzi xəstəxanasının verdiyi ##.##.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHKnın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ZAMANI ALINMIŞDIR” . MN MHHK-nın ##.##.2012ci il tarixli *** nömrəli qərarı ləğv edilir. ƏSAS: Azərbaycan Respublikası Nəzirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7,2. bəndinin a) yarımbəndi Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** saylı məktubu məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş Idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinə daxil olmuş sorğunuza əsasən bildiririk ki, ##.##.1971-ci il təvəllüdlü İddiaçı ##.##.1992-ci il tarixdən könüllü olaraq N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş, ##.##.1993-cü il tarixdə hərbi xəstəxanaya göndərildiyi üçün onun adı hərbi hissənin siyahılarından çıxarılmışdır ##.##.2001-ci il tarixdə AR HP-nun qərarı ilə “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə ” AR Milli Məclisinin ##.##.1997-ci il tarixli amnistiya qərarına əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Cavabdeh ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı N №-li hərbi hissəyə köçürüldüyünə görə, 723 (N) №-li hərbi hissə komandirinin ##.##.1992- ci il tarixli ** №-li əmrilə (əsas: §-1, səh-116, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 723 (N) №-li hərbi hissə komandirinin ##.##.1992- ##.##.1992-ci il, N №- li hərbi hissə komandirinin ##.##.1992-##.##.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin 1992-ci il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Raportuna əsasən, İddiaçı 722 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrilə (əsas: §-3, səh-38, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilərək, bütün növ təminatlarla təmin edilmiş və qəbul edilmə tarixi ##.##.1992-ci il tarixdən hesablanmışdır. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli 0140 №- li əmrində (əsas: §-4, səh-181, əmrdə atasının adı tam yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) şəxsi heyət üzvü, sıravi İddiaçı M. oğlunun hərbi xəstəxanaya göndərildiyinə görə, hərbi hissənin isti yemək siyahısından çıxarılması barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin ##.##.1993-##.##.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 702 (723, N) №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək, N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1993-cü il tarixədək, ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq üzərinə qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi bir tərəfdən, Ali Məhkəmənin müvafiq qərarına istinad edərək, əlilliyin ləğv edilməsinin əhəmiyyəti olmadığını qeyd etmiş, digər tərəfdən isə Ali Məhkəmənin istinad etdiyimiz ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarına əhəmiyyət verməmiş, həmin qərarda göstərilmiş “iddiaçının (2016-2021-ci il tarixlərdə o, müharibə əlili hesab olunmuşdur) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin həmin dövrdə deyil, 2016-2021-ci illərdə müəyyən edildiyi, həmin dövrdən sonra onun növbəti müddətə əlilliyinin müəyyən olunmadığı məhkəmə tərəfindən nəzərə alınmamışdır” mövqeyindən yan keçmiş, bununla da əsassız qərar çıxarmışdır. Məhkəmənin bir daha nəzərinə çatdırırıq ki, iddiaçının hazırda əlilliyinin təyinatı “ümumi xəstəlik” səbəbi ilə əlaqədardır. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ OLUNAN HÜQUQ: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir)
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;
Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. (-).
Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir Iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 9 və 10-cu abzalarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında əsasında müharibə veteranı adı verilir. Sözügedən Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2021-ci il tarixli *** saylı Qərarında qeyd edilmişdir ki, yaralanma-diaqnoz “Sağ budun yuxarı 1/3-nin dəlib-keşən güllə yaralanması” və xəstəlikdiaqnoz “Sağalma ilə nəticələnmiş aksentuasiya olunmuş şəxsin isterik vəziyyəti” “HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ZAMANI ALINMIŞDIR” . Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026cı il tarixli 3-17-4/2- ****/**** saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı ilkin olaraq ##.##.2013-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 (bir) il müddətinə (##.##.2014-cü il tarixinədək), sonrakı dövrdə isə təkrar olaraq ##.##.2014-cü il tarixindən ümumi xəstəlik səbəbilə ikinci dərəcə 1 il müddətinə (##.##.2015- ci il tarixinədək) əlillik təyinatı aparılmışdır. Əlillik səbəbinin dəyişdirilməsi məqsədilə İddiaçı əlillik vəziyyəti ##.##.2014-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin *******AABNL nömrəli göndərişi əsasında ##.##.2015-ci il tarixində qiymətləndirilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə (##.##.2016-cı il tarixinədək) əlillik təyinatı aparılmışdır. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə əlillik təyinatı ##.##.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (##.##.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixindən sonra dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında vətəndaş ##.##.2021-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2021-ci il tarixli *** nömrəli şəhadətnamədə göstərilən xəstəliklərin əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilmədiyindən, xüsusi səbəbdən əlilliyin təyin olunmaması, ümumi xəstəlikdən səbəbindən isə göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ##.##.2021-ci il tarixindən ikinci dərəcə 5 il müddətinə (##.##.2026-cı il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik səbəbinin dəyişdirilməsi məqsədilə dövlət tibb müəssisəsinin göndərişləri və müraciəti əsasında İddiaçı ##.##.2022-ci il və ##.##.2023-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Nəticə olaraq hər iki halda ##.##.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş Idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1971-ci il təvəllüdlü İddiaçı ##.##.1992-ci il tarixdən könüllü olaraq N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş, ##.##.1993-cü il tarixdə hərbi xəstəxanaya göndərildiyi üçün onun adı hərbi hissənin siyahılarından çıxarılmışdır. ##.##.2001-ci il tarixdə AR HP-nun qərarı ilə “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə” AR Milli Məclisinin ##.##.1997-ci il tarixli amnistiya qərarına əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlər əsasında müəyyən edir ki, iddiaçı birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və yaralanmış, bu səbəblə onun əlilliyi müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Normanın məzmunundan göründüyü kimi qanunverici Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etməyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş, barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə münasibətdə Əsasnamənin tələblərinə uyğun olaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsini qadağan etmiş, belə şəxslər dairəsindən isə məhz Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri istisna etmişdir. Yəni, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər hətta döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdikləri halda belə, onlara münasibətdə bu qayda tətbiq edilir. Yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin məzmunundan görünür ki, cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası həmin əsasnamənin tələblərinə uyğun olmamışdır. Belə olan halda, cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaçının yuxarıda istinad edilən Əsasnamənin müddəalarından irəli gələn hazırkı məzmunda tələb hüququna təsir edə bilməz. Kollegiya əlavə olaraq qeyd edir ki, hazırki işin halları ilə oxşar mübahisələrlə bağlı formalaşmış vahid məhkəmə təcrübəsinə dair kassasiya instansiyası məhkəməsinin digər qərarı (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı) mövcuddur və həmin qərardan da göründüyü kimi həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.