Məhkəmə qərarları › İş №2-1(3-8)-862/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-862/2026

22.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-862/2026 22.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “cavabdehin onun əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, onun əlillik dərəcəsinin etibarsız hesab edildiyi vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ** nömrəli Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2018-ci il tarixli qərarı ilə İddiaçı ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 X1 Sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış məktubuna əsasən müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imanları məhddluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq ##.##.2018-ci il tarixdə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Bununla əlaqədar İddiaçı dair aparılmış əlillik təyinatı qərarı ##.##.2019-cu il tarixdən ləğv edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “cavabdehin onun əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, onun əlillik dərəcəsinin etibarsız hesab edildiyi vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı qan azlığı (talassemiya) xəstəliyi səbəbindən uşaqlıqdan müalicələr almışdır. Tibbi-Sosial Ekspert Komissiyasında ##.##.2018-ci il tarixdə “Forma 88” göndərişi üzrə iddiaçı İddiaçı xəstəliyi qiymətləndirilmiş və üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik dərəcəci ümumi xəstəlik, diaqnoz isə “Betatalassemiya, subklinik əlamətlərdə gedən Talassemiyaminor, davamlı anemiya ilə müşayət olunan, tez-tez baş verən hemolitik krizlərlə, Xroniki hepatexolestesist, xroniki pankreatit” olmuşdur. Əlilliyin müddəti isə “müddətsiz” müəyyən edilmişdir. Lakin cavabdeh inzibati orqan heç bir inzibati akt qəbul etmədən, iddiaçıya hər hansı bir məlumat təqdim etmədən ##.##.2019-cu il tarixdən etibarən əlilliyin qiymətləndirilməsi etibarsız hesab edilmiş və Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən əlilliyə görə aldığı əmək pensiyası dayandırılmışdır. Iddiaçı İddiaçı tərəfindən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəfələrlə şifahi müraciətlərindən sonra ##.##.2024-cü il tarixdə yazılı ərizə ilə (##.##.2024-cü il tarixdə çatmışdır) müraciət edərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qanunsuz olaraq etibarsız hesab edilmiş əlilliyin bərpa olunmasını xahiş edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən ərizəyə baxılmış və qaldırılan məsələ müsbət həll edilməmişdir. Inzibati orqanın imtina məktubunu iddiaçı e-sosial.az portalı vasitəsi ilə almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının ilk öncə inzibati orqana müraciət etməsi mümkünlüyün ilk və əsas şərtidir. Hazırkı iş üzrə iddiaçının inzibati orqana müraciəti olmadığından mümkünsüz hesab olunmasını məhkəmədən xahiş edilir. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Rahim Həsənov) ##.##.2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, təqdim edilən iş materiallarından görünür ki, iddiaçı barəsində ##.##.2018-ci ildən ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli müddətsiz əlillik təyinatı aparılmışdır. Daha sonra iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmış və DIN Tibb Idarəsinin ##.##.2019-cu il tarixli məktubuna əsasən Naziliyin tibbi müəssisələri tərəfindən verilmiş göndərişlərinin əsassız olması müəyyən edilmişdir. Bu səbəbdən cavabdeh inzibati orqan tərəfindən ##.##.2019-cu ildə İddiaçı təyin edilmiş ** nömrəli TSEK-in qərarı etibarsız hesab edilmişdir. Göründüyü kimi, iddiaçıya onun əlilliyinin ləğv edilməsi artıq 2019-cu ildən məlum olmuş, belə ki, keçən müddət ərzində iddiaçı əlilliklə bağlı pensiya almadığı üçün hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, 2019-cu ildən 2024-cü ilə qədər bu halı mübahisələndirməmişdir (Analoji mövqe Ali Məhkəmənin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında öz əksini tapmışdır). Iddiaçının hazırkı tələbi inzibati orqanın üzərinə onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasından ibarətdir. Bu növ iddialarda imperativ norma olan 30 günlük müddət şamil olunur. Iddiaçı İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Qərarın məhkəmədə mübahisələndirilməsinə dair iddia müddətinin bərpa edilməsi barədə ərizənin verilməsi barədə hüquqi yardımın edilməsinə də lüzum qalmamışdır. Belə ki, prosessual müddətin ötürülməsi 5 ildən çox müddəti əhatə etmişdir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan ##.##.2018-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “Inzibati icraat haqqında” Qanunun normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən, həmin akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Lakin birinci instansiya məhkəməsi nəticəyə gələrkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Belə ki, məhkəmə tərəfindən ##.##.2018-ci il tarixli inzibati aktın qüvvədə olmasını nəzərə alınmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü yoxlayarkən iddia tələbinin mübahisələndirmə haqqında və məcburetmə haqqında iddia kimi qeyd etmiş və o qənaətə gəlmişdir ki, iddiaçının hazırkı tələbi inzibati orqanın üzərinə onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmırıq. Belə ki, bizim iddia tələbimiz öhdəliyin icrası haqqında iddiadır və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini tələb edirik. Yəni, iddiaçıya ömürlük əlillik təyin edilmiş və əliliyə görə pensiyanın (ödəncin) ödənilməsi inzibati orqanın öhdəliyidir. Ali Məhkəmədə kifayət qədər baxılmış analoji işlərdə kassasiya insansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, şəxsə əliliyin təyin edilməsi barədə inzibati akt ləğv edilməmiş və qüvvədədir. Hazırkı işdə də ##.##.2018-ci il tarixli inzibati akt bu günədək qüvvədə olduğundan iddia tələbində iddia növü öhdəliyin icrası haqqında iddiadır. Yəni iddianın mahiyyəti iddia tələbində yeni inzibati aktın qəbul edilməsini bağlı deyil, inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa edilməsidir. b) Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinəəsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbuletmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibatiaktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isəşikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlarhaqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) vəya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmiadın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlarqəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdimedildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.Təqdim edilən iş materiallarından görünür ki, iddiaçı barəsində ##.##.2018-ci ildənümumi xəstəlik səbəbindən üçüncü dərəcəli müddətsiz əlillik təyinatı aparılmışdır.Daha sonra iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmış və DIN Tibb Idarəsinin ##.##.2019-cu il tarixli məktubuna əsasən Naziliyin tibbi müəssisələri tərəfindən verilmiş göndərişlərinin əsassız olması müəyyən edilmişdir. Bu səbəbdən cavabdeh inzibatiorqan tərəfindən ##.##.2019-cu ildə İddiaçı təyin edilmiş ** nömrəli TSEK-in qərarı etibarsız hesab edilmişdir. Müddət keçdiyindən apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaq. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin məqsədi inzibati orqanların fəaliyyətindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılmasını təmin etmək olsa da, iddianın mahiyyəti üzrə araşdırılmasının zəruri ilkin şərti onun mümkün sayılmasıdır. Iddianın mümkünlüyü məhkəmə tərəfindən ilk növbədə yoxlanılmalı olan prosessual şərt olub, həmin şərtlər mövcud olmadıqda mübahisəyə mahiyyəti üzrə baxılması istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının hüquqi mövqeyinə görə, məhkəmələr ilk növbədə iddiaçının həmin tələb üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin tələbə cavab verməli olub-olmamasını, qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın imtinasının mövcudluğunu, eləcə də iddia müddətlərinə riayət olunmasını araşdırmalıdırlar. Mümkünlük şərtlərinin mövcudluğu müəyyən edilmədən iddianın əsaslılığına qiymət verilə bilməz. Iş materiallarından müəyyən olunur ki, iddiaçıya ##.##.2018-ci il tarixdə ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmiş, sonradan aparılmış araşdırma nəticəsində Daxili Işlər Nazirliyinin Tibb Idarəsinin ##.##.2019-cu il tarixli məlumatı əsasında həmin əlillik təyinatının hüquqi əsaslarının mövcud olmadığı müəyyən edilmiş və ##.##.2019cu il tarixdə əlilliyin qiymətləndirilməsi etibarsız hesab edilmişdir. Nəticədə iddiaçının əlilliyə görə aldığı sosial ödənişlərin verilməsi həmin vaxtdan dayandırılmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı ən geci sosial ödənişlərin dayandırıldığı andan (2019-cu ildən) etibarən öz hüquqlarının pozulduğunu bilməli idi. Çünki, əlillik statusunun mövcudluğu ilə bağlı hüquqi nəticələrdən biri məhz əlilliyə görə sosial təminat hüququnun həyata keçirilməsidir. Həmin ödənişlərin dayandırılması iddiaçı üçün onun hüquqi vəziyyətinin dəyişdiyini açıq şəkildə göstərən hal olmuşdur. Buna baxmayaraq, iddiaçı 2019-cu ildən etibarən yaranmış vəziyyəti qanunla müəyyən edilmiş müddətlərdə məhkəmə qaydasında mübahisələndirməmiş, yalnız 2024-cü ildə inzibati orqana müraciət etmiş və bundan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu tarixlə məhkəməyə müraciət etdiyi tarix arasında uzun müddət (5 ildən artıq) keçmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş iddia müddətləri hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə xidmət edir və həmin müddətlərə riayət olunması inzibati mübahisələrin həllində mühüm prosessual təminatdır. Hazırkı iş üzrə iddiaçı həmin müddətlərə əməl etməmiş, müddətin ötürülməsinin üzrlü səbəblərini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətində göstərilən əsas dəlil ondan ibarətdir ki, cavabdeh tərəfindən əlilliyin ləğv edilməsinə dair ayrıca inzibati akt qəbul edilməmiş, həmçinin ##.##.2018-ci il tarixli əlillik təyin olunması barədə inzibati akt formal olaraq qüvvədə qalmışdır. Kollegiya həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, hazırkı mərhələdə mübahisənin predmeti əlilliyin təyin edilməsinin və ya ləğv edilməsinin qanuniliyinin mahiyyət üzrə qiymətləndirilməsi deyil, iddianın mümkünlüyünün müəyyən edilməsidir. Iddianın mümkünlüyü yoxlanılarkən məhkəmə ilk növbədə iddia müddətlərinə riayət olunub-olunmadığını araşdırır. Iddiaçı tərəfindən isə hüquqlarının pozulduğunu bildiyi vaxtdan uzun müddət keçdikdən sonra məhkəməyə müraciət edildiyi müəyyən edilmişdir. Buna görə də, əlilliyin etibarsız hesab edilməsinin maddi-hüquqi əsaslarının, inzibati icraat qaydalarına riayət olunub-olunmamasının və digər analoji halların araşdırılması iddianın mümkünlüyü mərhələsində nəticəyə təsir edən hal hesab edilə bilməz. Kollegiya həmçinin apellyasiya şikayətində iddia tələbinin öhdəliyin icrası haqqında iddia kimi qiymətləndirilməli olması barədə mövqeni də əsaslı hesab etmir. Çünki, iddiaçının məqsədi faktiki olaraq əlilliyin etibarsız hesab edilməsinin nəticələrinin aradan qaldırılması və əvvəlki hüquqi vəziyyətin bərpasıdır. Belə tələb isə iddiaçının hüquqi vəziyyətini dəyişdirən inzibati qərarın nəticələrinin mübahisələndirilməsi ilə sıx bağlıdır və bu halda da qanunvericilikdə müəyyən edilmiş iddia müddətlərinə əməl olunması tələb edilir. Apellyasiya şikayətinin digər dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir, həmin dəlillər iddianın mahiyyəti ilə bağlı olub, mümkünlük şərtlərinin mövcudluğu barədə məhkəmənin nəticəsini təkzib etmir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (Inzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. IPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar