Məhkəmə qərarları › İş №2-1(3-8)-869/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-869/2026

22.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-869/2026 22.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Cabbarova Gülnar İnqilab qızı və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Quba rayonu Notariat Kontorunda bağlanmış, reyestrdə 4Ə-*** nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi əsasında aldığı Quba şəhəri, 8-ci məhəllə ünvanında olan 0,0384 ha torpaq sahəsinin və orada yerləşən yarımçıq tikili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, qeyd edilən torpaq sahəsi və tikili ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını, Quba rayonu Notariat Kontorunda (ofisində) ## ### 2006cı il tarixdə bağlanmış, reyestrdə 4Ə-*** nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, Quba şəhəri, 8-ci məhəllə ünvanında olan 0,0384 ha torpaq sahəsinə mülkiyyət hüququnun Daşınmaz Əmlakı Dövlət Reyestrində qeydiyyata alınması, qeyd edilən torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, əri X3 ##.##.2017-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. ##.##.2006-cı il tarixdə qonşuluqda yaşayan Üçüncü şəxs Quba şəhəri 8-ci məhəllədə yerləşən 0,0384 ha (3,84 sot) torpaq sahəsini və üzərində yerləşən yarımçıq tikilini ümumilikdə 3000 manata almışdır. İddiaçı oraya 2006-cı ildən bu günə kimi sahiblik, istifadə və sərəncam hüquqlarını müstəqil həyata keçirir və kiçik də olsa kommersiya obyekti də tikmişdir. Həmin torpaq sahəsində obyekt tikmək üçün Quba RİHnə də müraciət etmişdir. 2007-ci ildə Quba RİH-nin Memarlıq və Tikinti Şöbəsi tərəfindən obyektin layihəsi də (obyektin eskiz layihəsi) təsdiq edilmişdir. Bundan sonra, iddiaçıya həmin layihə əsasında obyekt tikintisi üçün Quba RİH-nin Başçısı tərəfindən ##.##.2008ci il tarixdə *** nömrəli sərəncam da verilmişdir. ##.##.2010-cu ildə həmin obyekt üçün “Daşınmaz əmlakın texniki qiymətləndirilməsi” də həyata keçirilmişdir (sərbəst auditor Ş.Gülməmmədov). Qeyd edir ki, Üçüncü şəxs da satıcı tərəf olmasını, o cümlədən iddiaçıdan pul almasını inkar etmir. Belə ki, Üçüncü şəxs ##.##.2024-cü il tarixdə Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun (Cəmil Hüseynov) iştirakı ilə həmin torpaq sahəsi ilə bağlı iddiaçıya qarşı heç bir şikayət və tələbinin olmaması, o cümlədən gələcəkdə də qarşı heç şikayət və tələbinin olmaması ilə bağlı ərizə vermişdir. Başqa sözlə, hər ikisinin azad iradə sərbəstliyi bağladığı müqavilədə təcəssüm olunmuşdur. İddiaçı həmin yerə çıxarış əldə etmək istədikdə məlum olmuşdur ki, iddiaçı ilə Üçüncü şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi arxivdə yoxdur. Buna görə də, iddiaçı çıxarış ala bilmir. Həmin müqavilənin arxivdə olub-olmaması ilə bağlı Azərbaycan Respublikası X4 filialına müraciət etmiş, X4 filialının ##.##.2024-cü il tarixli, *-**-DA-*F/*-***-**/**** nömrəli məktubundan aydın olur ki, Quba rayon Dövlət Notariat Kontorunun 1992-ci ildən sonrakı dövr üzrə sənədləri X4 filialına təhvil verilməmişdir. Lakin Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəliyinin ##.##.1999-cu il tarixli, ** nömrəli sərəncamını arxivdən alıb ərizəyə əlavə etmişdir. Bundan sonra, iddiaçı çıxarış və plan-ölçü sənədinin alınmasından ötrü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, heç bir xeyri olmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, İddiaçı Quba rayonu, Mirzəqışlaq kəndi ərazisində yerləşən 0,0384 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Cavabdeh * saylı Xaçmaz Ərazi idarəsinə ##.##.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə ##.##.2025-ci il tarixli, *-**-*-**/*-M-****-*/**** nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Müraciətinizə cavab olaraq bildiririk ki, daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərin əsli (arxiv çıxarışı), dövlət rüsumu və xidmət haqqının ödənilməsi haqqında sənəd rəsmi olaraq Ərazi İdarəsinə müraciət edərək təqdim edəcəyiniz təqdirdə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır.”. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Ərazi İdarəsi tərəfindən vətəndaşa verilmiş cavab məktubunda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanunu ilə nəzərdə tutulan qaydada sənədlərin təqdim edilməsi və müraciət olunması göstərilir və həmin məktub mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir və bununla da inzibati akt mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan çıxarışın və plan-ölçü sənədinin verilməsindən imtina edilməsi barədə məktubunda “qanunla müəyyən edilmiş qaydada sənədlərin təqdim edilməsi və müraciət olunması iddiaçıya bildirilmiş, çıxarışın verilməsindən imtina edilmədiyini, buna görə də inzibati aktın qəbul edilmədiyini” qeyd etməklə onun müraciətinin təmin edilməməsinə haqq qazandırır. Cavabdehin bu mövqeyi ilə əlaqədar bildirir ki, iddia tələbi hər hansı inzibati aktın qəbul edilməsi ilə bağlı deyil, öhdəliyin icrası ilə əlaqədardır. O, çıxarışın, plan və ölçü sənədinin verilməsini xahiş etmişdir, bunun üçün də torpaq sahəsinin əldə olunması ilə bağlı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsini təqdim etmişdir. Hər hansı başqa konkret bir sənədin təqdim olunmasını cavabdeh inzibati orqan təklif etməmişdir. Əgər təqdim edilmiş müqavilənin mötəbərliyini yoxlamaq gərəkdirsə, bunu inzibati orqan özü səlahiyyətləri daxilində etməlidir. Məhkəmənin bu mövqeyi ilə bağlı qeyd edir ki, dövlətin nəzarəti altında olan notariat kontorunda alqı-satqı müqaviləsi imzalamışdır. Notariusun təsdiq etdiyi müqavilənin qanuniliyinə, həmin müqavilənin qeydiyyatdan keçirilməsinə, notariat işinin, o cümlədən müqavilənin saxlanmasına, arxivə təhvil verilməsinə dair vəzifələri və məsuliyyəti qanunvericiliklə - “Notariat haqqında Qanun” ilə və Mülki Məcəllə ilə müəyyən edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Quba rayonu Notariat Kontorunda (ofisində) ## ### 2006-cı il tarixdə bağlanmış, reyestrdə 4Ə-*** nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, Quba şəhəri, 8-ci məhəllə ünvanında olan 0,0384 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınması, qeyd edilən torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsində araşdırma zamanı zəruri sorğular edilmiş və iddiaçının hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi müqavilənin mötəbərliyi müəyyən olunmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ## ### 2006-cı il tarixli, *Ə-*** nömrəli müqavilədən göründüyü kimi Quba şəhəri, 8-ci məhəllə ünvanında yerləşən 3,84 ha torpaq sahəsində yerləşən yarımçıq tikinti Üçüncü şəxs tərəfindən İddiaçı satılmışdır. Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ## ###### 2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli məktubundan görünür ki, Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, arxivə təhvil verilmiş 4-Ə/*** reyestr nömrəli müqavilənin ## ### 2006-cı il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Həmin müqavilənin kserosurəti məlumat üçün göndərilmişdir. Təqdim edilmiş ## ### 2006-cı il tarixli, *Ə/*** nömrəli müqavilədən görünür ki, Quba rayonu Pirvahid kəndində yerləşən 0,76 ha torpaq sahəsi X5, X8 və X6 tərəfindən X1. Göründüyü kimi iddiaçının hüquq müəyyənedici sənəd qismində istinad etdiyi alğısatqı müqaviləsinin tərəfləri fərqli olmaqla hazırki mübahisənin predmetini təşkil edən torpaq sahəsinə aidiyyatı yoxdur. Eləcə də apellyasiya instansiyasında icraat zamanı məhkəmə iclasında online video-bağlantı vasitəsilə cavabdeh inzibati orqanın mütəxəssisinin (mühəndis) iştirakı təmin edilmişdir. Mütəxəssis ona verilən suallara cavab olaraq bildirmişdir ki, üçüncü şəxs Üçüncü şəxs adına sistemdə iki çıxarış görünür. Bunlardan biri mənzilə dair çıxarışdır, digəri isə 0,4 ha torpaq sahəsi üzərində yerləşən 169 kv.metr fərdi yaşayış evinə dair çıxarışdır. Həmin çıxarışlara dair həm mənzil, həm digər yaşayış evi Quba şəhərində yerləşir. 0,4 ha torpaq sahəsində olan fərdi yaşayış evi də Heydər Əliyev prospekti, 35 ünvanında yerləşir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı isə izahatında bildirmişdir ki, mütəxəssisin qeyd etdiyi ünvan üçüncü şəxs Üçüncü şəxs öz evidir. İddiaçının evi isə Əliqulu ünvan 1 ünvanında yerləşir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alğı-satqı müqaviləsində qeyd olunan torpaq sahəsinə dair üçüncü şəxsə məxsus çıxarış olmamış, eləcə də sözügedən müqavilə Dövlət Notariat Arxivində mövcud olmamışdır. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi ## ### 2006-cı il tarixli, *Ə-*** nömrəli müqavilənin həqiqiliyi – həqiqətən də, müqavilədə qeyd edilən torpaq sahəsinə dair ilkin mülkiyyətçi ilə İddiaçı arasında qeyd edilən tarixdə notariat qaydasında alğı-satqı həyata keçirilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddiaçı tələbində haqlı olmamışdır. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki cavabdehin imtinası əsaslı olmuşdur. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar