Məhkəmə qərarları › İş №2-1(3-8)-872/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-872/2026

02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-872/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu A.Bakıxanov adına sovxoz Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı iclas protokolu ilə verilmiş Quba rayonu Amsar kəndində 0,10 ha torpaq sahəsində yerləşən 1 ədəd dalan və 1 ədəd meyvə qurudan sex üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və planölçü sənədlərinin hazırlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını, Quba rayonu A.Bakıxanov adına sovxoz Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı iclas protokolu ilə verilmiş Quba rayonu Amsar kəndində 0,10 ha torpaq sahəsində yerləşən 1 ədəd dalan üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədlərinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı keçmiş Quba rayonu A.Bakıxanov adına sovxozda fəhlə işləmiş və Quba rayonu A.Bakıxanov adına sovxoz Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı iclas protokolunun qərarı ilə iddiaçıya əmlak payı kimi Quba rayonu, Amsar kəndində yerləşən 1 ədəd dalan və meyvə qurudan sex və əmlakda yerləşən torpaq payı verilmiş və həmin vaxtdan hal-hazıra kimi torpağa və əmlaka sahiblik edir. Iddiaçı əmlak payı olaraq iddiaçının mülkiyyətinə verilmiş əmlakları öz adına rəsmiləşdirmək üçün hüquqmüəyyənedici sənədləri cavabdeh təşkilata təqdim edib əmlakların üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanmasını xahiş etmiş, lakin cavabdeh təşkilat iddiaçıya formal bəhanələr gətirərək çıxarış və plan-ölçü sənədlərinin verilməsindən imtina etmişdir, ona görə də, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Iddia ərizəsinə əlavə etdiyi keçmiş Quba rayonu Bakıxanov adına sovxoz Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı iclas protokolundan və protokol əlavə edilmiş sənədlərdən aşkar olunur ki, qeyd edilən iclas protokol qərarına əsasən, iddiaçıya əmlak payı kimi Quba rayonu, Amsar kəndi ərazisində 1 ədəd dalan və meyvə qurudan sex qiymətləndirilərək əmlak payı kimi təhvil verilmişdir. Iddia ərizəsinə əlavə etdiyi Quba rayonu Amsar bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu sxemindən aşkar olunur ki, Quba rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli qərarı ilə ayrılmış bina və qurğuların altında olan torpaq 0,10 ha təşkil edir və qeyd edilən sənədlərdə torpağın miqyası və konturları qeyd edilmişdir. Iddia ərizəsinə əlavə etdiyi eskiz sxemdən aşkar olunur ki, qeyd edilən sənəddə iddiaçıya ayrılmış bina və qurğuların faktiki vəziyyəti qeyd edilmişdir. Iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının ## ####### 2023-cü il tarixli məktubundan aşkar olunur ki, Quba rayonu A.Bakıxanov adına Sovxoz Aqrar Islahat Komissiyasının arxiv nüsxələri arxivdə qeydə alınmışdır. Iddia ərizəsinə əlavə etdiyi cavabdeh təşkilatın ##.##.2025-ci il tarixli məktubundan aşkar olunur ki, iddiaçının əmlakları Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədlərinin verilməsinə imtina edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X2 rayonu, Amsar kəndi ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən, ərizənizə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxiuvinin Quba filialı tərəfindən verilmiş ##.##.2023-cü il tarixli *-**-flA-*F/*-S-****-**/**** nömrəli arxiv arayışında göstərilən “A. Bakıxanov adına sovxoz Aqrar Islahat Komissyasının ##.##.1998-ci il tarixli ** saylı iclas protokolundan çıxarış” və “##.##.1998-ci il tarixli Akt” ayrılmış əmlakdan əmlak payının verilməsi barədədir. Bildirilir ki, Qeyri-yaşayış binasına dair Rayon Aqrar Islahat Komissiyasının qərarı və qeyri-yaşayış binası dair isə sxem ərizəyə əlavə edilməmişdir. Həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair tərəfinizdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin tikintialtı hissəsi X3 uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Nəzərə çatdırılır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, ərizənin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Torpaq sahəsinin yerquruluşu sxemlərindən görünür ki, İddiaçı məxsus 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, 3-21- *-**/*-****/**** saylı məktubdan görünür ki, sözügedən məktubla əlaqədar Quba rayonu Amsar kəndində yerləşən mübahisəli torpaq sahəsində olduq və həmin torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0.18 ha təşkil edir. Sözügedən torpaq sahəsinin 0.0534 ha hissəsi (1 ədəd dalan və 1 ədəd meyvə qurudan sexin yerləşdiyi hissə) baza məlumatlarında olan xəritə materiallarına (TEKUIS) əsasən, kategoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyasi Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və Ictimai Tikinti Altında Olan Torpaqlar və bələdiyyə mülkiyyəti kimi göstərilmiş, digər 0.1266 ha hissə baza məlumatlarında olan xəritə materiallarına (TEKUIS) əsasən, X6 kateqoriyalı, uqodiyasi Tikinti altında olan torpaqlar kimi qeyd edilmiş mülkiyyət növü isə bələdiyyə mülkiyyət kimi qeyd edilmişdir. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və (TEKUIS) əsasən heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin Şimal Şərq və Qərb qonşuluğlarında yerləşən torpaq sahələri üzərində 303013086076-10301, 303013161641-10301 və ************ reyestr nömrəli çıxarışlara əsasən, digər şəxslərin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair tərəfimizdən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı Quba rayonu A.Bakıxanov adına sovxoz Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı iclas protokolunun və ona əlavə sənədlərin ksero surətləri göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə) Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində torpaq sahəsi deyil, torpaq sahəsində olan əmlaklara mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsini xahiş olunub. Bununla müvafiq sənədləri, Aqrar Islahat Komissiyasının qərarını təqdim edilmişdir. Lakin məhkəmə iddia tələbinə qiymət verməmişdir. Həmçinin məhkəmə tərəfindən də, müvafiq sorğular verilmiş, arxivdən cavabları almışdır. Əmlak faktiki olaraq iddiaçının sahibliyində olmaqla, istifadəsindədir. Əmlak üzərində hüquqlarını qeydə aldıra bilmədiyi üçün, onun üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. b) Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarının araşdırılması nəticəsində ilk növbədə qeyd edir ki, hazırkı mübahisə öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu iddia növü çərçivəsində cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi, o cümlədən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin qoyulması yalnız iddiaçının tələb etdiyi inzibati hərəkətin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün maddi-hüquqi şərtlərin mövcud olduğu halda mümkündür. Kollegiya qeyd edir ki, belə mübahisələrə baxılarkən məhkəmənin araşdırması yalnız inzibati orqanın imtina məktubunda göstərilən əsasların qanuniliyinin və əsaslılığının yoxlanılması ilə məhdudlaşmır. Məhkəmə, eyni zamanda, iddiaçının tələb etdiyi inzibati hərəkətin həyata keçirilməsini və müvafiq inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi halların mövcud olub-olmadığını müəyyən etməlidir Bu baxımdan, hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri hüquqmüəyyənedici sənədlər mövcud olmalı, həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilməli, onların hüquqi qüvvəsi şübhə doğurmamalı, sənədlərdə göstərilən əmlak naturada fərdiləşdirilə bilməli və tələb edilən qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində mövcud olan məlumatlarla hüquqi ziddiyyət yaratmamalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, öhdəliyin icrası haqqında iddianın təmin edilməsi üçün cavabdeh inzibati orqanın imtinasının kifayət qədər əsaslandırılmamasının müəyyən edilməsi özlüyündə iddia tələbinin təmin olunması üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz. Məhkəmə cavabdehin üzərinə yalnız qanunvericiliyin tələblərinə uyğun olan və həyata keçirilməsi üçün nəzərdə tutulmuş bütün maddi-hüquqi şərtlər mövcud olan hərəkətin edilməsi öhdəliyini qoya bilər. Tələb edilən inzibati aktın qəbulunu və ya inzibati hərəkətin həyata keçirilməsini şərtləndirən zəruri hallardan hər hansı biri mövcud olmadıqda, imtina məktubunda göstərilən əsasların tam və ya qismən düzgün olmaması iddia tələbinin təmin edilməsi üçün müstəqil və yetərli hüquqi əsas yaratmır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı yeni əşya hüququ yaradan hüquqi mexanizm deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəldən yaranmış hüququn dövlət tərəfindən tanınması və təsdiq olunması formasıdır. Bu baxımdan, qeydiyyat orqanının, eləcə də öhdəliyin icrası haqqında iddiaya baxan məhkəmənin vəzifəsi natamam və ya hüquqi nəticə doğurmaq üçün kifayət etməyən sənədlər əsasında yeni hüquq formalaşdırmaq deyil, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi hüququn əvvəlcədən qanuni əsaslarla yaranıb-yaranmadığını müəyyən etməkdən ibarətdir. Buna görə də müvafiq hüququn yaranmasını və dövlət qeydiyyatına alınmasını mümkün edən qanuni əsaslar mövcud olmadıqda, cavabdehin üzərinə həmin hüququn dövlət qeydiyyatına alınması öhdəliyi qoyula bilməz. Hazırkı işdə iddiaçının hüquqi marağı Quba rayonu, Amsar kəndində yerləşən və A.Bakıxanov adına sovxoz Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı iclas protokolunda əmlak payı kimi göstərilmiş 1 ədəd “dalan” üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Cavabdeh inzibati orqan ## ### 2025-ci il tarixli imtina məktubunda təqdim edilmiş arxiv sənədlərinin əmlak payının verilməsinə aid olmasına, qeyri-yaşayış obyektinə dair ayrıca rayon Aqrar Islahat Komissiyasının qərarının və sxemin təqdim edilməməsinə, habelə obyektin yerləşdiyi torpaq sahəsinin tikintialtı hissəsinin X3 X4 kənd təsərrüfatı təyinatlı və bələdiyyə mülkiyyətində olan torpaq kimi göstərilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının ## ####### 2023-cü il tarixli arxiv arayışını, həmin arayışa əlavə edilmiş Quba rayonu A.Bakıxanov adına sovxoz Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı iclas protokolundan çıxarışı və eyni tarixli aktı qiymətləndirərək qeyd edir ki, həmin sənədlərdə İddiaçı Quba rayonu, Amsar kəndi ərazisində yerləşən 1 ədəd dalanın və 1 ədəd meyvə qurudan sexin qiymətləndirilərək əmlak payı kimi təhvil verildiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə praktikasındanda görsənir ki, aqrar islahatın həyata keçirilməsi qaydasından irəli gələn tələblərə görə yerli Aqrar Islahat Komissiyasının əmlak paylarının bölüşdürülməsinə dair qərarları müvafiq rayon Aqrar Islahat Komissiyasının qərarı ilə təsdiq edilirdi. Hazırkı işin materiallarında isə A.Bakıxanov adına sovxoz Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı iclas protokolu ilə aparılmış bölgünün Quba Rayon Aqrar Islahat Komissiyası tərəfindən təsdiq edildiyini göstərən qərar və ya həmin qərardan çıxarış mövcud deyildir. Bu baxımdan, yerli komissiyanın protokolu və ona əlavə edilmiş akt mübahisəli əmlakın əmlak payı kimi iddiaçıya verilməsi barədə iradəni əks etdirsə də, həmin sənədlər hüququn yaranması üçün tələb olunan inzibati prosedurun tam başa çatdırıldığını özlüyündə təsdiq etmir. Rayon Aqrar Islahat Komissiyasının təsdiqedici qərarının mövcud olmaması təqdim edilmiş sənədlərin hüquqmüəyyənedici əsas kimi tamlığına və onların dövlət qeydiyyatı üçün kifayət edib-etməməsinə ayrıca qiymət verilməsini zəruri edir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, ## ###### 1998-ci il tarixli protokolda və həmin tarixli aktda “dalan” adlandırılan obyektin ümumi və tikintialtı sahəsi, uzunluğu və eni, sərhədləri, yerləşmə istiqaməti, konstruktiv quruluşu, tikinti materialları, torpaq sahəsi üzərində tutduğu yer və onu naturada digər obyektlərdən ayırmağa imkan verən fərdiləşdirici göstəricilər qeyd edilməmişdir. Iş materiallarında obyektin əmlak payı kimi verildiyi dövrə aid texniki pasport, inventar planı, ölçü cədvəli, yerquruluşu planı, tikintialtı sahəni göstərən sxem və ya digər ilkin xarakterli texniki sənəd də mövcud deyildir. Buna görə arxiv sənədlərində göstərilən “dalan” ilə hazırda iddiaçının istifadəsində olan qurğunun eyni obyekt olduğunu, habelə onun ilkin ölçü və konstruktiv xüsusiyyətlərinin dəyişmədən qaldığını həmin sənədlər əsasında müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası iş materiallarında olan eskiz layihəyə və yerquruluşu sxeminə münasibətdə qeyd edir ki, həmin sənədlər mübahisəli əmlakın 1998-ci ildə əmlak payı kimi verildiyi vaxt tərtib edilməmiş, sonrakı dövrdə ərazidə mövcud olan faktiki vəziyyətə əsasən hazırlanmışdır. Bu sənədlər hazırda istifadə edilən sahənin yerləşməsini, konturlarını və qurğuların mövcud vəziyyətini göstərsə də, yerli Aqrar Islahat Komissiyasının qərarı qəbul edilərkən konkret olaraq hansı ölçülərə və konstruktiv xüsusiyyətlərə malik obyektin verildiyini, həmin obyekt üçün hansı torpaq sahəsinin ayrıldığını və hazırkı qurğunun ilkin obyektlə eyniliyini təsdiq etmir. Buna görə də sonradan tərtib edilmiş eskiz layihə və sxem ilkin hüquqmüəyyənedici və texniki sənədlərin çatışmazlığını aradan qaldıran sənədlər kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, təqdim edilən sənəd səlahiyyətli qurumlar tərəfindən təsdiq edilməmişdir. Təqdim edilən sənəd, yerli qurumlar akt formasında tərtib edəcəyi sənəd kimi qiymətləndirilə bilər ki, cavabdeh inzibati orqan haqlı olaraq təqdim edilən sənədi hüquqi əsası olmayan sənəd kimi nəzərə almamışdır. Torpaq sahəsinin TEKUIS məlumatlarında kənd təsərrüfatı təyinatlı və bələdiyyə mülkiyyətində göstərilməsi ilə bağlı dəlilə münasibətdə isə məhkəmə kollegiyası iş materiallarında olan müayinə aktını nəzərə alır. Həmin aktdan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ümumilikdə 0,18 ha təşkil edir. Torpaq sahəsinin 0,0534 ha hissəsi, 1 ədəd dalanın və 1 ədəd meyvə qurudan sexin yerləşdiyi hissə TEKUIS məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasında, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsinin qalan 0,1266 ha hissəsi isə X6 kateqoriyasında, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin elektron kadastr məlumatlarında müxtəlif kateqoriyalarda və uqodiyalarda göstərilməsinin, yerli komissiyanın qərarının rayon Aqrar Islahat Komissiyası tərəfindən təsdiq edilib-edilməməsinin, habelə sonradan tərtib edilmiş sxemlərlə ilkin sənədlərdəki obyektin eyniliyinin ayrıca araşdırılması zəruri ola bilərdi. Bununla belə, hazırkı işdə mübahisə predmeti olan “dalan”ın öz konstruktiv xüsusiyyətlərinə görə daşınmaz əmlakın dövlət reyestrində müstəqil qeydiyyat obyekti hesab edilə bilməməsi iddia tələbinin təmin olunmasını istisna edən əsasdır. Belə olan halda, qeyd edilən məsələlər üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialına, Quba Rayon Icra Hakimiyyətinə, “xxxx” MMC-yə və digər aidiyyəti orqanlara əlavə sorğuların verilməsinə, eləcə də sonradan tərtib edilmiş eskiz layihə və sxemin hazırlanma əsaslarının əlavə araşdırılmasına prosessual zərurət qalmamışdır. Çünki həmin araşdırmaların nəticəsi mübahisəli qurğunun daşınmaz əmlakın dövlət qeydiyyatının predmeti olmaması barədə gəlinən nəticəni dəyişdirməyəcəkdir. Məhkəmənin işin hallarını xidməti vəzifəsinə görə araşdırmaq vəzifəsi mübahisənin nəticəsinə təsir göstərə bilən hallara şamil olunur və nəticəni dəyişdirməyəcək məsələlər üzrə formal araşdırmanın davam etdirilməsini tələb etmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, sonradan tərtib edilmiş sxemin iş materiallarına əlavə edilməsi cavabdehin sxemin mövcud olmaması barədə iradını faktiki baxımdan aradan qaldırsa da, həmin sənədin mübahisəli əmlakın verildiyi dövrə aid olmaması və ilkin hüquqmüəyyənedici sənədlərin tərkib hissəsini təşkil etməməsi nəzərə alınmalıdır. Bu səbəbdən sonrakı sxemin mövcudluğu iddiaçının tələb etdiyi qeydiyyatın aparılması üçün çatışmayan hüquqi və texniki əsasları tamamlamır. Eyni zamanda o da nəzərə alınmalıdır ki, həmin sənədlər ümumiyyətlə hazırki məsələni tənzimləməli olan səlahiyyətli orqan tərəfindən hazırlanmamışdır. Beləliklə, hazırkı işdə iddiaçının tələbinin üç istiqamət üzrə qiymətləndirilməsi zəruridir. Birincisi, yerli Aqrar Islahat Komissiyasının qərarının rayon Aqrar Islahat Komissiyası tərəfindən təsdiq edilib-edilməməsi, ikincisi, mübahisəli obyektin verildiyi dövrə aid ilkin fərdiləşdirici və texniki sənədlərin mövcudluğu, üçüncüsü isə “dalan”ın hüquqi təbiətinə görə daşınmaz əmlakın dövlət reyestrində müstəqil qeydiyyat obyekti olub-olmamasıdır. Kollegiya qeyd edir ki, hüquqmüəyyənedici sənədin mövcudluğu ilə dövlət qeydiyyatının predmeti ola biləcək müstəqil daşınmaz əmlak obyektinin mövcudluğu ayrı-ayrı hüquqi şərtlərdir və həmin şərtlərdən hər hansı birinin olmaması cavabdehin üzərinə tələb edilən qeydiyyatın aparılması öhdəliyinin qoyulmasını istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan digər əşyalar daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan, ondan ayrıla bilməyən əşya vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti hesab edilir. Məhkəmə kollegiyası həmin normanın məzmunundan çıxış edərək qeyd edir ki, əşyanın torpaq üzərində yerləşməsi və ya torpaqla müəyyən fiziki əlaqəyə malik olması onun daşınmaz əmlak hesab edilməsi üçün kifayət etmir. Əşyanın daşınmaz əmlak kimi qiymətləndirilməsi üçün onun torpaqla möhkəm və ayrılmaz bağlılığı, təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsinin mümkün olmaması, habelə müstəqil qeydiyyat obyekti kimi fərdiləşdirilməsinə imkan verən konstruktiv və funksional xüsusiyyətlərə malik olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası bu baxımdan qeyd edir ki, arxiv sənədlərində mübahisəli əşyanın “dalan” kimi göstərilməsi və əmlak payının tərkibinə daxil edilməsi onun daşınmaz əmlak hesab olunması üçün özlüyündə kifayət deyildir. Həmin əşyanın daşınmaz əmlakın dövlət reyestrində müstəqil qeydiyyat obyekti olub-olmaması sənədlərdə işlədilmiş ifadəyə görə deyil, onun faktiki konstruktiv xüsusiyyətləri, torpaqla bağlılıq dərəcəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsində nəzərdə tutulmuş meyarlar əsasında müəyyən edilməlidir. Iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “dalan” adlandırılan obyekt əsasən dam örtüyündən və həmin örtüyü saxlayan dayaq sütunlarından ibarət olmaqla, onun ön və yan hissələri açıq saxlanılmışdır. Fotoşəkillərdə obyektin ayrıca qapalı həcmə, müstəqil xarici divarlara, fasada, giriş qapısına, pəncərə sisteminə, otaqlara və ayrıca qeyri-yaşayış binasını xarakterizə edən digər konstruktiv elementlərə malik olması müşahidə edilmir. Təqdim edilmiş görüntülərdən obyektin daxilində taxta yeşiklərin, müxtəlif təsərrüfat materiallarının, digər əşyaların və nəqliyyat vasitəsinin saxlanıldığı da görünür. Məhkəmə kollegiyasının qənaətinə görə, obyektin zahiri görünüşü və faktiki istifadə forması onun müstəqil qeyri-yaşayış binası deyil, təsərrüfat əşyalarının, materialların və nəqliyyat vasitələrinin saxlanılmasına, eləcə də onların xarici təsirlərdən qorunmasına xidmət edən köməkçi qurğu xarakteri daşıdığını göstərir. Kollegiya qeyd edir ki, obyektdə dam örtüyünün, dayaq sütunlarının və ayrı-ayrı tikinti elementlərinin mövcudluğu onun özlüyündə daşınmaz əmlak hesab edilməsi üçün əsas yaratmır. Obyektin torpaqla müəyyən fiziki əlaqəyə malik olması ilə onun dövlət reyestrində ayrıca daşınmaz əmlak kimi qeydiyyata alınmasını şərtləndirən möhkəm və ayrılmaz bağlılıq eyni hüquqi məzmuna malik deyildir. Torpaq üzərində yerləşdirilmiş hər bir sütunlu və dam örtüklü konstruksiyanın müstəqil daşınmaz əmlak hesab edilməsi daşınmaz əşya anlayışının qanunvericilikdə müəyyən edilmiş mahiyyətinə uyğun olmazdı. Bunun üçün obyektin sökülməsinin və ya yerinin dəyişdirilməsinin onun təyinatına tənasübsüz zərər vurması, konstruktiv bütövlüyünü aradan qaldırması və funksional mahiyyətini itirməsi iş materialları ilə müəyyən edilməlidir. Hazırkı iş üzrə təqdim edilmiş fotoşəkillərdən isə “dalan”ın daşıyıcı və örtük elementlərindən ibarət açıq konstruksiya olduğu görünür. Həmin görüntülər obyektin yerinin dəyişdirilməsinin və ya sökülməsinin onun təyinatına tənasübsüz zərər vuracağı barədə nəticəyə gəlmək üçün əsas vermir. Iş materiallarında da həmin halı təsdiq edən texniki və ya digər mötəbər sübut mövcud deyildir. Məhkəmə kollegiyası fotoşəkillərdə obyektin arxa və bəzi yan hissələrində görünən daş hörgülü elementlərə münasibətdə qeyd edir ki, həmin elementlərin məhz mübahisəli “dalan”ın müstəqil daşıyıcı divarları olduğu, yoxsa ərazidə əvvəlcədən mövcud olmuş sərhəd divarına, başqa təsərrüfat tikilisinə və ya digər konstruksiyaya aid olduğu iş materiallarından müəyyən edilmir. Bununla yanaşı, daş hörgülü elementlərin görünməsi də obyektin bütövlükdə qapalı, konstruktiv cəhətdən müstəqil və ayrıca qeyri-yaşayış binası kimi formalaşdığını təsdiq etmir. Fotoşəkillərin ümumi görünüşündən obyektin əsas hissələrinin açıq olduğu və ayrıca binaya xas konstruktiv bütövlüyə malik olmadığı aydın şəkildə görünür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan fotoşəkillərdə bilavasitə müşahidə edilən zahiri və konstruktiv əlamətləri qiymətləndirmiş, xüsusi texniki bilik tələb edən məsələlər barədə nəticəyə gəlməmişdir. Belə ki, fotoşəkillərdən obyektin tərəflərinin açıq olduğu, dam örtüyünün dayaq sütunları üzərində yerləşdiyi, ayrıca qapalı həcmə və müstəqil binaya xas konstruktiv elementlərə malik olmadığı aydın şəkildə görünür. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi obyektin bünövrəsinin texniki vəziyyətini, tikinti materiallarının möhkəmliyini, yükdaşıma qabiliyyətini və ya konstruktiv dayanıqlığını müəyyən etməmiş, yalnız təqdim edilmiş görüntülərdə açıq şəkildə əks olunan hallara hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunan halların müəyyən edilməsi xüsusi texniki bilik və ekspert araşdırması tələb etmir, iş üzrə təqdim olunmuş sübutların məhkəmə tərəfindən bilavasitə araşdırılması və qiymətləndirilməsi səlahiyyəti çərçivəsində həyata keçirilir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iş materiallarında “dalan”ın ayrıca daşınmaz əmlak obyekti kimi inventarlaşdırıldığını, müstəqil texniki göstəricilərə, ayrıca sərhədlərə və inventar nömrəsinə malik olduğunu, torpaqla ayrılmaz şəkildə bağlılığını və təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsinin mümkün olmadığını təsdiq edən texniki pasport, inventar planı, tikinti layihəsi, istismara qəbul sənədi və ya digər mötəbər sübut mövcud deyildir. Iş üzrə müəyyən edilmiş hallar birlikdə qiymətləndirildikdə görünür ki, yerli Aqrar Islahat Komissiyasının qərarının rayon Aqrar Islahat Komissiyası tərəfindən təsdiq edildiyini göstərən sənəd təqdim olunmamış, mübahisəli obyektin verildiyi dövrə aid onun ölçülərini, sərhədlərini və konstruktiv göstəricilərini müəyyən edən ilkin texniki sənədlər mövcud olmamış, sonradan səlahiytəli qurumlar tərəfindən tərtib edilməmiş eskiz layihə və yerquruluşu sxemi isə həmin çatışmazlıqları aradan qaldırmamışdır. Bundan əlavə, fotoşəkillərdə əks olunan qurğunun zahiri və konstruktiv xüsusiyyətləri onun müstəqil daşınmaz əmlak obyekti kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı yeni hüquq yaratmır, qanunvericiliyə uyğun olaraq əvvəlcədən yaranmış hüququ tanıyır və təsdiq edir. Buna görə də hüququn yaranmasını təsdiq edən zəruri sənədlər mövcud olmadıqda və təqdim edilmiş texniki sənədlər əmlakın verildiyi vaxt deyil, sonradan tərtib edildikdə, həmin sənədlər iddiaçının mübahisəli obyekt üzərində mülkiyyət hüququnun yarandığını təsdiq edən hüquqi əsas kimi qəbul edilə bilməz. Bundan əlavə, mübahisəli obyekt daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyata alınmalı müstəqil obyekt hesab edilmədiyindən, həmin obyekt üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, habelə ona dair reyestrdən çıxarışın verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması üçün hüquqi əsas mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası nəticəyə gəlir ki, cavabdehin imtina məktubunda göstərilən əsaslar iş materialları ilə birlikdə qiymətləndirildikdə iddiaçının tələb etdiyi hüquqi nəticənin yaranması üçün zəruri olan şərtlərin tam şəkildə mövcud olmadığı müəyyən edilir. Xüsusilə, yerli komissiyanın qərarının rayon komissiyası tərəfindən təsdiqi, obyektin ilkin texniki fərdiləşdirilməsi və onun müstəqil daşınmaz əmlak statusu təsdiq olunmadığından, cavabdehin üzərinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyula bilməz. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi yekun nəticə qanuni və əsaslıdır. Yuxarıda aparılmış araşdırma və verilmiş hüquqi qiymət nəzərə alınmaqla, apellyasiya şikayətində iddiaçının mübahisəli əmlaka uzun müddət faktiki sahiblik və istifadə etməsi, həmin əmlakın onun ixtiyarında qalması və bununla bağlı arxiv sənədlərinin mövcud olması barədə irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas vermir. Belə ki, göstərilən hallar iddiaçının əmlakla faktiki əlaqəsini təsdiq etsə də, tələb edilən qeydiyyat hərəkətinin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri hüquqi əsasların mövcudluğunu özlüyündə təsdiq etmir. Əmlakdan uzun müddət istifadə edilməsi və ona faktiki sahiblik olunması hüququn dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədləri və qanuni şərtləri əvəz edə bilməz. Buna görə də apellyasiya şikayətinin bu istiqamətdə irəli sürülmüş dəlilləri əsaslı hesab edilmir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin üzərinə tələb edilən qeydiyyatın aparılması öhdəliyinin qoyulmasını zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğunu sübuta yetirməmişdir. Iş materialları ilə müəyyən edilən çatışmazlıqlar iddiaçının tələb etdiyi hüquqi nəticənin əldə olunmasını istisna etdiyindən, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan qanunsuz inzibati hərəkət kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün qənaətə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar