Məhkəmə qərarları › İş №2-1(3-8)-877/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-877/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-877/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Masazır bələdiyyəsinə qarşı (Üçüncü şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: bələdiyyəyə məxsus torpaq sahəsinin sənədləşdirilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs Üçüncü şəxs iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Masazır bələdiyyəsinə qarşı “torpaq sahəsinin sənədləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Cavabdeh # ####### 2023-cü il tarixli, **/**-**/**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Masazır bələdiyyəsi tərəfindən ərazidə aparılan torpağın inventarlaşması zamanı məlum olmuşdur ki, Masazır kəndi, Sarı Aşıq küçəsində yerləşən 106 kv.m torpaq sahəsi tərəfindən zəbt olunması müəyyən edilmişdir. Zəbt olunmuş torpaq sahəsində lazımi icazə almadan qanunsuz olaraq torpaqdan istifadə olunmuş və ərazidə tikinti işəri həyata keçirilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Eyni zamanda, həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu baxımdan Masazır kəndi, Sarı Aşıq küçəsi ünvanında yerləşən 106 kv.m zəbt edilən torpaq sahəsini 3 gün müddətində boşaldılaraq Masazır bələdiyyəsinə təhvil verilməsi nəzərinə çatdırılmış, əks təqdirdə qanunvericiliyə müvafiq olaraq aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Abşeron Rayon Polis Idarəsinin # ####### 2023-cü il tarixli, **/*-*****/**** nömrəli Masazır bələdiyyəsinə göndərilmiş məktubundan görünür ki, Üçüncü şəxs müraciəti ilə bağlı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin əməkdaşları ilə birgə Abşeron rayonu, Masazır kəndi, Sarı Aşıq küçəsində yerləşən 106 kv.m torpaq sahəsinin müəyyən edilməsi zamanı ictimai asayişin mühafizə edilməsi ilə bağlı idarənin aidiyyəti əməkdaşları təlimatlandırılmışlar. Əlavə olaraq bildirilmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Sarı Aşıq küçəsində yerləşən mübahisəli torpaq sahəsi ilə bağlı mülki qaydada məhkəmə prosesi gedir. Abşeron rayonu Masazır bələdiyyəsinin # ###### 2023-cü il tarixli, ** saylı iclas protokolunun * saylı qərarından çıxarışdan görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin alqı-satqı predmeli olan 0,0106 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır. Abşeron rayonu Masazır bələdiyyəsinin ## ###### 2023-cü il tarixli, **/**-**/*** nömrəli məktubundan görünür ki, Üçüncü şəxs Masazır kəndi, Sarı Aşıq küçəsində yerləşən, ona məxsus və istifadəsində olan 106 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması ilə bağlı Masazır bələdiyyəsi ## ###### 2023-cü il tarixli, **/** saylı qərar qəbul etmiş və eyni zamanda yerquruluşu planından çıxarış tərtib etmişdir. Qeyd edilir ki, torpaq sahəsi ilə bağlı sənədləşmə işləri vətəndaş Üçüncü şəxs adına davam edir. Abşeron Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı Üçüncü şəxs cavabdeh İddiaçı qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Üçüncü şəxs qaytarılmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi Idarəsinin # ####### 2023-cü il tarixli, **/***/*-*****/** nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndi, Sarı Aşıq küçəsində yerquruluşu planında göstərilən koordinatlarda yerləşən 106 kv.m torpaq sahəsinin TEKUIS (torpaqların elektron kadastr uçot informasiya sistemi) məlumatlarında bələdiyyə mülkiyyəti olaraq qeyd olunmuşdur. Abşeron Rayon Məhkəməsinin # ###### 2024-cü il tarixli, e-**(***)-***/**** nömrəli qərardadı ilə Masazır bələdiyyəsinin ## ###### 2023-cü il tarixli, **/** saylı qərarının icrası ilə bağlı torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və torpaq sahəsinin planının tərtib edilməsi və digər torpaq ayırma sənədlərinin hazırlanması məqsədi ilə Masazır kəndi, Sarı Aşıq küçəsində (“Azərcity” marketin arxasında) yerləşən və qanunsuz zəbt olunan 0,0106 ha torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi Idarəsinin əməkdaşları tərəfindən müvafiq texniki işlərin görülməsinə maneəçilik yaradılması cavabdeh İddiaçı və digər şəxslərə qadağan edilmişdir. ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardadn görünür ki, Üçüncü şəxs, İddiaçı və X1 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin ##.##.2026-cıil tarixli iclasın ** saylı protokolunun ** saylı qərarından çıxarışdan görünür ki, Masazır bələdiyyəsinin “Hüquq şöbəsi”nin təqdimatı nəzərə alınsın, Masazır bələdiyyəsi tərəfindən 106 kv.metr torpaq sahəsinin vətəndaş İddiaçı tərəfindən zəbt edildiyindən və bələdiyyə tərəfindən torpaq sahəsinin zəbti ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edildiyindən və eyni zamanda həmin əmlakın və torpağın dövlət qeydiyyatından keçmədiyindən vətəndaş İddiaçı alınmış 30 manat əmlak və 1,75 manat torpaq vergisi vətəndaşa geri qaytarılsın, Masazır bələdiyyəsi tərəfindən bələdiyyənin BAMS proqramında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198 və 203cü maddəsinə zidd olduğundan vergi ödəyicisi kimi qeydiyyata alınmış vətəndaş İddiaçı qeydiyyatı ləğv edilsin, Masazır bələdiyyəsinin bu qərarı ilə bağlı vətəndaş İddiaçı məlumatlandırılsın. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri qeyri-qanuni hesab edilməklə, 2017-ci ildən istifadəsində olan 106 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildən ünvan 2 ünvanında yerləşən 0,5 ha torpaq sahəsini tanışından almış, həmin torpaq sahəsi daş hasarla hörülmüş idi. Həmin vaxtdan halhazıra kimi həmin torpaqdan istifadə edir. Torpaq sahəsində 2017-ci ildən 3 otaqlı ev tikib ailəsi və uşaqları ilə birlikdə orada yaşayır. Evdə yaşadığı müddətdən bələdiyyənin torpaq vergisini vermiş, amma bələdiyyənin işçiləri çekləri sonradan verəcəklərini vəd etmiş, daha sonra verməmişlər. Cavabdeh orqanın sədrinə dəfələrlə müraciət edərək tikib yaşadığı evi və torpağın onun adına sənədləşdirib, satılmasına icazə verilməsini xahiş etmişdir. Lakin cavabdeh # ####### 2023-cü il tarixdə məktub ünvanlayaraq həmin torpaq sahəsinin zəbt edildiyini bildirib, torpaqdan çıxarılmağına vaxt təyin etmiş, eyni zamanda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, 2014-cü il tarixdə mübahisəli torpaq sahəsində iddiada göstərildiyi kimi, 0,5 ha torpaq sahəsi mövcud olmamış, bələdiyyə mülkiyyətində olan 0,5 ha torpaq sahəsinin qanunsuz olaraq satın alınması özü cinayət əməlidir. Tərəflər arasında alqı-satqı olmuşdursa, bu əqd məhkəməyə təqdim olunmalıdır. Cavabdehin mülkiyyətində olan 0,0106 ha torpaq sahəsinin satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması ilə bağlı Masazır kəndi, Sarı Aşıq küçəsində (“Azərcity” marketin arxasında) yerləşən 0,0106 ha torpaq sahəsinə dair Masazır bələdiyyəsi tərəfindən ## ###### 2023-cü il tarixli, **/** saylı qərarı qəbul edilmişdir. Qərarın icrası ilə bağlı * saylı Abşeron Ərazi Idarəsinə torpağın müayinə aktının tərtib edilməsi məqsədilə müraciət olunmuşdur. Lakin idarənin əməkdaşları və bələdiyyə qulluqçuları əraziyə baxış keçirmək istərkən iddiaçı tərəfindən torpaq sahəsinin zəbt edildiyi müəyyən olunmuşdur. Iddiaçı idarənin əməkdaşlarının vəzifə borclarını yerinə yetirilməsinə maneəçilik törətmiş, onların əraziyə daxil olunmasının qarşısını almışdır. Iddiaçı ilə aparılan danışıqların hərhansı bir nəticəsi olmamışdır. Məsələ ilə bağlı Abşeron Rayon Polis Idarəsinə Masazır kəndi, Sarı Aşıq küçəsində yerləşən 0,0106 ha torpaq sahəsini zəbt etmiş iddiaçıya qarşı qanuni tədbir görülməsini və həmin ərazidə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi Idarəsinin əməkdaşlarının torpaq sahəsinin müayinə edilməsinə şəraitin yaradılmasına köməklik göstərilməsi üçün müraciət edilmişdir. Lakin Abşeron Rayon Polis Idarəsi tərəfindən məsələnin mülki qaydada həll olunmalı olması bələdiyyəyə bildirilmişdir. Masazır kəndi, Sarı Aşıq küçəsi ünvanında yerləşən 0,0106 ha zəbt edilən torpaq sahəsini 3 gün müddətində boşaldılaraq, Masazır bələdiyyəsinə təhvil verilməsi ilə bağlı **/**-**/**** saylı, # ####### 2023-cü il tarixdə müraciət olunmuşdur. Iddiaçı cavabdehin bu müraciətinə əhəmiyyətsiz yanaşmış və ərazi boşaldılmamışdır. Iddiaçı torpaq sahəsini zəbt ilə bağlı torpaq qanunvericiliyinin pozulmasına görə yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188ci maddəsinə əsasən torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozması ilə bağlı məsuliyyət daşıdığından, torpaq sahəsinin zəbti ilə əlaqədar cavabdeh tərəfindən 4 sentyabr tarixli akt tərtib edilmişdir. Lakin iddiaçı ona edilmiş xəbərdarlıqlara əhəmiyyət verməmişdir. Iddiaçının torpaq sahəsinə dair vergi ödəməsi ilə bağlı bildirilmişdir ki, 2015-ci il tarixdən torpaq, əmlak vergisi, icarə haqları və digər ödənişlər vətəndaşlara verilmiş, kod və Respublika üzrə tətbiq olunmuş BAMS proqramı vasitəsi ilə bələdiyyələrin hesabına birbaşa vergi ödəyiciləri tərəfindən həyata keçirilir. Hər bir vergi ödəyicisi onlar tərəfindən ödənişləri, vergiləri və digər rüsumları poçt, müvafiq ödəniş aparatları vasitəsi ilə həyata keçirirlər. Ödənişlər vergi qanunvericiliyin müddəaları ilə tənzimlənir və hər bir vergi ödəyicisi bələdiyyə tərəfindən ona təqdim edilmiş kod əsasında torpaq və əmlak vergisini ödəyir. Cavabdeh tərəfindən torpaq sahəsini zəbt etmiş fiziki və ya hüquqi şəxslərdən torpaq və əmlak vergisi almır. Bu qanunla qadağan edilmişdir. Əgər belə hal mövcud olsa idi, iddiaçı müvafiq hüquqmühafizə orqanlarına müraciət edərdi. Belə hal olmadığından iddia tələbində göstərilən vergi ödənişinə dair qeyd əsassız və qanunsuzdur. Əraziyə “Google” xəritə vasitəsi ilə baxıldıqda məlum olur ki, bu torpaq sahəsi 2020-ci il tarixədək boş sahə olmuş və yalnız 2021-2022-ci illərdə həmin ərazidə 3 fərdi yaşayış evi inşa edilmişdir. Mübahisəli torpaq sahəsi və ikinci fərdi yaşayış evinin altındakı və ətrafındakı 0,0106 ha torpaq sahəsidir. Bəzi şəxslər tərəfindən ərazidə lazımi icazə almadan torpaq sahəsində fərdi yaşayış evləri tikilərək fiziki şəxslərə satılmışdır. Fərdi yaşayış evləri tikərək vətəndaşlara satmaqla məşğul olan şəxs (hal-hazırda həbs edilmişdir) 2022-ci il tarixdə 0,0106 ha torpaq sahəsində tikdiyi 3 otaqlı fərdi yaşayış evini üçüncü şəxsə satmış və o, həmin torpaq sahəsinin sənədləşdirilməsi məqsədilə Masazır bələdiyyəsinə müraciət etmişdir. Masazır bələdiyyəsi mülkiyyətində olan Masazır kəndi, Sarı Aşıq küçəsində yerləşən 0,0106 ha torpaq sahəsinə dair ilkin olaraq ## ###### 2023-cü il tarixli, **/** saylı qərarı qəbul edilmişdir. Cavabdehin mülkiyyətində olan 0,0106 ha torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılması, yəni icra qurumlarının əməkdaşlarının yerquruluşu planın, müayinə aktının hazırlanmasına iddiaçı tərəfindən maneəçilik yaradıldığından bələdiyyə tərəfindən sənədləşmə işləri müvəqqəti olaraq dayandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndi, Sarı Aşıq küçəsində yerləşən 0,0106 ha torpaq sahəsi faktiki olaraq iddiaçının verdiyi izahatına əsasən 2014-cü ildən hazıradək tərəfindən istifadə olunur, üzərində fərdi yaşayış evi inşa edilmiş, hazırda da iddiaçı tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə sənədləşdirilməsi iddia olunur. Lakin torpaq sahəsinin qanuni istifadəsinə, istinad etdiyi şəxsdən satın aldığına dair hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bununla da torpaq sahəsinin üzərində iddiaçının hüququ müəyyən edilməmişdir. Əksinə, iddiaçı tərəfindən torpaq sahəsinin satılması ilə bağlı müraciətlər edilmiş, cavabdeh tərəfindən isə təqdim edilən məlumata əsasən müəyyən edilir ki, iddia edilən torpaq sahəsi onun tərəfindən qanunsuz olaraq zəbt edilmiş, bununla bağlı edilmiş xəbərdarlıqlara baxmayaraq, torpaq sahəsinin əsassız olaraq istifadə edilməsi davam edilmişdir. Torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi üçün hərracın və ya müsabiqənin elan edilməsi inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilmişdir. Qeyd edilməlidir ki, qanunverici bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirməyi bələdiyyələrin müstəsna hüququ kimi müəyyən etsə də, bu hüququn həyata keçirilməsinin konkret mexanizmlərini müəyyən etmişdir. Qanunvericilikdən göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Mübahisələndirilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları qeydiyyata alındığı təqdirdə, keçiriləcək hərrac və ya müsabiqə nəticəsində iddiaçıdan başqa müraciət edən digər şəxslərin həmin torpaq sahəsinə dair hüquqları bərabər olacaqdır. Bu səbəbdən də hərrac və ya müsabiqə nəticəsində alqı-satqı müqaviləsinin məhz iddiaçı ilə bağlanılması tələbi təmin edilə bilməz. Bundan əlavə qeyd edilməlidir ki, mübahisələndirilən torpaq sahəsi ilə əlaqədar üçüncü şəxsin müraciəti olmuş, nəticədə cavabdeh orqan tərəfindən # ###### 2023-cü il tarixli, **/* saylı qərarı qəbul edilərək, torpaq sahəsinin satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmış, torpaq sahəsi ilə bağlı sənədləşmə işləri üçüncü şəxsin adına davam edir, eyni zamanda da Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki işin mübahisə predmetidir. Göründüyü kimi, torpaq sahəsinin iddiaçıya satılaraq sənədləşdirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hər hansı hal müəyyən edilməmiş, iddiaçının iddia tələbinin qanuni əsası mövcud olmamışdır. Qərarla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının nümayəndəsinin və vəkilinin apellyasiya şikayətini onunla əsalandırılmışdır ki, 2014cü ildən etibarən ünvan 2 ünvanında yerləşən 0, 5 ha torpaq sahəsini daş hasarlarla hörülmüş halda evində usta kimi işlədiyi şəxsdən əl muzdu müqabilində almışdır. Tərəflər arasında alqı-satqı sadə formada yəni, evində usta kimi işlədiyi şəxsin ona ödəyəcəyi muzdun müqabilində 2014-cü ildə onun faktiki sahibliyinə və istifadəsinə verilməsi ilə bağlanmışdır. Həmin vaxtdan iddia edilən torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin faktiki sahibliyində və istifadəsindədir. Indiyədək iddiaçı ailə üzvləri ilə birgə həmin evdə yaşayışını davam etdirir. Azərsu, Azərişıq və Azəriqazla olan bütün abonent müqavilələri də iddiaçının adınadır (alınan arayışlar şikayətə əlavə edilirlər). Torpaq vergisini də iddiaçı ödəyir (vergiyə dair ödəniş qəbzidə şikayətə əlavə edilir və qeyd edək ki, abonent koduda iddiaçının adınadır). Tərəflər arasında mübahisəsi predmeti olan torpaq sahəsi iddiaçının evində usta işlədiyi şəxs Çıraqov Qoşqar (Bu şəxs heç məhkəmə iclaslarına şahid kimi çağrılmayıb) tərəfindən ona verildikdən sonra makler işləyən Ayxan adlı şəxslə sözü gedən 0, 05 ha olan torpaq sahəsində 3 ev tikilmiş biri iddiaçının torpağı müqabilində ona verilmiş və hazırda ailəsi ilə birgə yaşadığı evdir, digər evlər isə iddiaçıyla maklerin əvvəlki razılığına əsasən, yəni mənim torpağımda 3 ev tikirsən, biri torpaq müqabilində mənim, digər evlərin xərcini sən çəkdiyinə görə isə başqa şəxslərə makler tərəfindən satılmışdır. Makler Ayxanın hər evi birdən artıq şəxslərə satması ilə bağlı hazırda barəsində cinayət işi var və bu səbəblə də həbs edilib. Iddiaçı dəfələrlə Masazır bələdiyyəsinə yazılı və şifahi müraciətlər edərək, faktiki sahibliyində və istifadəsində olan yaşadığı evi və onun faktiki mülkiyyətində olan torpağın onun adına sənədləşdirilib qanuni şəkildə iddiaçıya satılmasına icazə verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan isə, həmin müraciətə məhəl qoymayaraq, 3 oktyabr tarixində həmin torpaq sahəsinin zəbt edildiyini bildirərək, iddiaçının ona təyin edilmiş vaxtda həmin torpaq sahəsini boşaltmağını və bununla bağlı məhkəməyə müraciət edərək iddiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsindən çıxarılması üçün Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Masazır Bələdiyyəsi qanunsuz və əsasız şəkildə iddiaçının faktiki sahibliyində və istifadəsində olan ünvan 2 ünvanında yerləşən 0, 5 ha torpaq sahəsində olan 106 k.m olan evdən çıxarılmasını tələb etmişdir. Bundan sonra isə, iddiaçı Qərib Quluyev tərəfindən ilkin olaraq o evdə onun yaşamasını və üstünlük hüququnun onda olması səbəbi ilə, Sumqayıt Inzibati Məhkəməsində Abşeron Rayonu Masazır Bələdiyyəsinin üzərinə 2017-ci ildən onun faktiki sahibliyində və istifadəsində olan 106 kv.m torpaq sahəsi üzərində tikilmiş evin və torpağın onun adına sənədləşdirilməsi öhdəliyinin qoyulması barədə iddia qaldırılmışdır. Həmin iş üzrə Sumqayıt Inzibati Məhkəməsi tərəfindən ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə X2 “üçüncü şəxs” qismində məhkəmə icraatına cəlb edilmişdir. Işin faktiki hallarından və cavabdeh tərəfindən verilən etirazda da göründüyü kimi, üçüncü şəxs kimi cəlb edilən Üçüncü şəxs makler tərəfindən aldadılan şəxslərdən biridir. Masazır Bələdiyyəsi tərəfindən təqdim edilən etiraz ərizəsində də 0,0106 ha torpaq sahəsinin məqsədli təyinatının ərzinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xəttlərinin mühafizə zolağına və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi ilə bağlı Masazır kəndi, Sarı aşıq küçəsində (“Azərcity” marketin arxasında) yerləşən 0, 01106 ha torpaq sahəsinə dair Masazır bələdiyyəsi tərəfindən ## ###### 2023-cü il tarixli, **/** saylı qərar qəbul edilmişdir. Lakin anlaşılmayan və təəccüb doğuran hal ondan ibarətdir ki, necə ola bilər ki, vəməhkəmə tərəfindən də araşdırlmaya bilər. Həmin torpaq sahəsi və üzərində olan ev faktiki sahiblikdə və istifadədə ola-ola, həmin faktiki istifadə sahibi şəxs maraqlı üçüncü şəxsdən öncə müraciət edərkən ona imtina verilir və onun həmin torpaq sahəsinin boşaldılaraq həm torpaqdan, həm də evdən çıxarılması ilə bağlı məhkəmə qaydasında iddia qaldırılır və yuxarıdakı xüsusatlar etiraz ərizəsinə yazılaraq Üçüncü şəxs satılması ilə bağlı qərar qəbul edilir. Istər bələdiyyə tərəfindən qəbul edilən qərar, istərsə də məhkəmə tərəfindən qəbul edilən qərar qanunsuz və əsassızdır. Çünki həmin torpaq və ev artıq fiziki şəxsin istifadəsində və sahibliyindədir. Eyni zamanda həmin şəxs ilkin olaraq ev qurub yaşadığı həmin torpağın və evin ona satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi ilə bağlı müraciət etmişdir. Bu hansı haqq-ədalətə, mənəviyyata və istər yerli, istərsə də beynəlxalq hüquqi aktlara sığır ki, məhkəmə üstünlük hüququnu nəzərə almadan qərar qəbul etsin. Məhkəmə ümumiyyətlə, Inzibati Prosesual Məcəllənin 12-ci maddəsinin bütün tələblərinin pozulması ilə nəticələnən hüquqi akt qəbul edərək, haqq-ədaləti pozmuşdur. Sözügedən torpaq sahəsi bələdiyyələrə aid torpaq sahəsi hüdudlarındadırmı? • Bələdiyyələrə ayrılmış torpaq Aktı və həmin Aktdan Çıxarış və X9 Əmlak Məsələləri Dövlət Xidmətindən alınıbmı? Daha sonra əldə edilən məlumatlara əsasən ekspertiza keçirilibmi, keçirilibsə Ekspertiza qarşısında qoyulan suallar hansılar olub? Sözügedən torpaq sahəsinin Google kordinatları əsasında GPS koordinatları kimin istifadəsində olub? Daha sonra əldə edilən məlumatlar müqayisə edilibmi və müqayisəli təhlil aparılıbmı? Əgər bütün bunlar aparılmayıbsa, Ayrıca cavabdeh və üçüncü şəxs qarşısında aşağıdakı suallar qoyulmayıbsa hansı ədalətli məhkəmə araşdırmasından və ədalətli məhkmə qərarından söhbət gedə bilər suallar və məsələlər hələ də, öz cavabını tapmamış qalır. Belə ki, vəkil sorğusu ilə Masazır Bələdiyyəsinə müraciət etdiyi zaman cavabdeh bələdiyyə inzibati orqan olduğunu unudub sanki mülki məhkəmə icraatında olan sadə bir tərəf və ya vətəndaş kimi çıxış edərək qarşısında qoyulan sualları cavablandırmaqdan imtina etmişdir. Sanki bələdiyyə Azərbaycan Dövlətini və maraqlarını təmsil etmir, sanki bələdiyyə yalnız və yalnız haqqsız və ədalətsiz şəkildə öz maraqlarını təmsil etmək üçün, yerlərdə təşkil olunan soaial ədalətsiziliyi bərqərar edən bir qurumdur. Lazımı məlumatları özü əldə etmişdir. Bələdiyyəyə ünvanladığı Masazır Bələdiyyəsində qeydiyyat varmı? Varsa, hansı tarixdə və hansı əsasla? Digər şəxslərdə qeydiyyatda varsa, ilkin qeydiyyatın ardıcıllığına dair məlumatlar və əsaslar varmı? Həmin torpaq sahəsi üzrə onun sahibi müvafiq vergi subyekti kimi qeydiyayta alınıbmı? Qeydiyyata alınıbsa hansı tarixdən və hansı əsasla? Həmin torpaq sahəsi üzrə müvafiq vergilər ödənilibmi? Ödənilibsə hansı tarixdən və kim tərəfindən sualların cavabı isə həllə də bələdiyyə tərəfindən cavablandırılmamış qalır. Bundan əlavə, iddiçının torpaq sahəsini aldığı gündən bu günə qədər torpaq vergisini ödəməsi faktı və YVÖK 311015SZEGH4 kodlu şəhadətnamənin iddiaçıya verilməsi faktı istər dövlət orqanları, istərsə də bələdiyyə tərəfindən iddiaçının torpaq üzərində mülkiyyət hüququnun tanındığını sübut edir. Beləliklə sübut edilir ki, iddia predmeti olan torpaq sahəsi və üzərində tikilmiş olan iddiaçı Qərib Quluyevə məxsus olan ünvan 2, ev 924-D ünvanında yerləşən, 106 kv m olan evə və onun altındakı torpaq sahəsi 0# ###### 2023-cü il tarixindən öncə iddiaçının daimi və aralıqsız faktiki sahibliyində və istifadəsində olduğundan həmin 0# ###### 2023-cü il tarixli, **/* saylı qərar qanunsuz və əsasız hesab edilərək ləğv edilməli, iddiaçının adına rəsmiləşdirilməlidir. Belə ki, cavabdeh tərəf etiraz ərizəsində qeyd edir ki, bələdiyyə tərəfindən təqdim edilən torpaq vergisi ilə bağlı ödənişlər vətəndaşlara verilmiş kod üzrə tətbiq olunmuş BAMS proqramı vasitəsilə bələdiyyənin hesabına bir başa vergi ödəyiciləri tərəfindən həyata keçirilir. Ödənişlər AR Vergi Məcəlləsinin 197, 198 və 203-cü maddələri ilə tənzimlənir və hər bir vergi ödəyicisi bələdiyyə tərəfindən ona təqdim olunmuş kod əsasında torpaq və əmlak vergisi ödəyir. Bələdiyyə qeyd edir ki, Masazır bələdiyyəsi torpaq sahəsini zəbt etmiş fiziki və hüquqi şəxslərdən torpaq və əmlak vergisi almır. Lakin torpaq və əmlak vergisinin alınmasına dair həmin qəbzlər hazırda mövcuddur (şikayətə əlavə edilir). X10X5 18.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Həmin qanunun 18.2-ci maddəsinə əsasən, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Həmin qanunun 18.3-cü maddəsinə əsasən, Rezident və qeyri-rezident fiziki şəxslər torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra ərazi üzrə müvafiq bələdiyyələrdə bir ay ərzində uçota durmalıdırlar. Iddiaçı tərəfindən həmin ödənişlər edilib və qəbzlər alınıb və sübutlardan biri hesab edilir ki, cavabdeh tərəfindən mübahisə predmeti torpaq sahəsinin faktiki sahibliyi və istifadəsi tanınıb. Lakin məhkəmə bunuda araşdırmayıb ki, cavabdeh orqan haqqlıdır ya haqqsız. Dövlət yerlərdə öz nəzarətini həyata keçirmək üçün bələdiyyələri-inzibati orqanları təşkil edir. Əgər bələdiyyə dövlətin nəzarət mexanizmlərindən biridirsə, niyə və hansı səbəbə görə, ərazisində torpaq zəbt edilən zaman, bunu da keçək həmin torpağın üzərində ev tikilən zaman bələdiyyə nəzarəti harda idi? Niyə göz yumurdu!? Problemi ən başından niyə həll etməyə çalışmırdı. Bələdiyyənin bu davranışı vətəndaşın gözlənti hüququnun pozulması ilə bağlı Avropa Insan HüquqlarıMəhkəməsinin qərarlarının pozulması deməkdir. Hesab edirik ki, bələdiyyənin bu iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Əgər həmin tarixlərə nəzər salsaq və müqayisə etsək bələdiyyənin etirazları ilə işin faktiki halları qəti şəkildə üst-üstə düşmədiyi aydın olur. Belə ki, AR Masazır Bələdiyyəsi tərəfindən yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında YVÖK 311015SZEGH4 kodlu ŞƏHADƏTNAMƏYƏ əsasən, QuluyevQərib Qorxmaz oğlununun kodlu torpaq vergisi ödəyici olduğu və həmin ödənişi qəbul edən təşkilatın isə, Azərpoçt MMC, Sumqayıt RPF, Abşeron Masazır PŞ olduğu aydın və sübut olunur. Vergi ödənilməsi faktı faktiki sahibliyi vurğulayan amillərdən biri hesab edilir. Digər şəkildə adlandırsaq, elə bələdiyyənin Idiaçının faktiki istifadəsini qəbul etmiş olduğunu görürük. Inzibati Icraat Haqında Qanunun 22.1-ci maddəsinə əsasən, inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Yuxarıda qeyd edilənlərə əsasən deyə bilərik ki, inzibati orqan qərəzli mövqe sərgiləyir. Həmin torpaqda yaşayan, necə deyərlər yurd-yuva salan iddiaçını qanunsuz zəbt adıyla çıxarır. Ilk olaraq o evdə qeydiyyata düşən, abonent müqavilələri ilk olaraq və hələdə onun adına olan şəxsi, eyni zamanda abonent kodu olan illik torpaq vergisi ödəyən vergi ödəyicisini, üstünlük hüququna sahib olan şəxsin hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Sumqayıt Inzibati Məhkəməsi ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı Qərarın 47-ci bəndində qeyd edir ki, torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi üçün hərracın və ya müsabiqənin elan edilməsi inzibati orqanın diskresion səlahiyyətinə aid edilmişdir. Lakin məhkəmə unudur ki, Inzibati Icraat Haqqında Qanunun 14.2-ci maddəsinin tələblərinə əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Yəni inzibati orqan ona tanınmış səlahiyyətlərdən başqa məqsədlər üçün kənara çıxa bilməz deyə imperativ norma daxilində tənzimləyir. Elə həmin qanunun 14.3-cü maddəsinə əsasən, diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Lakin məhkəmə isə, qanun maddəsinin əksinə, inzibati orqan olan bələdiyyənin həmin torpaq sahəsinin satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi ilə bağlı Masazır kəndi, Sarı aşıq küçəsində (“Azərcity” marketin arxasında) yerləşən 0, 01106 ha torpaq sahəsinə dair Masazır bələdiyyəsi tərəfindən ## ###### 2023-cü il tarixli, **/** saylı qanunsuz və əsassız qərarla fiziki şəxs olan iddiaçı Qərib Quluyevin hüquq və azadlıqlarını məhdudlaşdıran qərar qəbul edilməsini dəstəkləyir. Belə ki, Sumqayıt Inzibati Məhkəməsinin də nəzər etmədiyi və araşdırmağı əsaslardan biridə Google xəritə vasitəsilə baxdıqda torpaq sahəsinin 2020-ci ildən boş olduğunu və 2021-2022-ci illərdə həmin ərazidə 3 fərdi yaşayış evinin tikilməsini qeyd edir və məhkəmə isə, bu hissəni qəbul edir. Lakin bildirmək istəyirik ki, Google xəritədən Masazır kənd IƏD-si üzrə nümüyəndəsi Ş.Həsənov tərəfindən öz əl yazısı və imzasıyla təsdiq edilmiş çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən evinQuliyevQərib Qorxmaz oğluna məxsus fərdi yaşayış evi olduğunu təsdiq edilir (Google mapdan çıxarış şikayətə əlavə edilir.) Lakin məhkəmə tərəfindən hər hansı bir hüquqi qiymət verilməyib. Eyni zamanda qeyd etmək istəyirəm ki, Abşeron rayon Icra hakimiyyətinə vəkil sorğusu ilə müraciətimə verilən ## ######## 2025-ci il tarixli, *-**/*-****/**** saylı cavabdan da bir daha aydın olur ki, ünvan 1 ünvanında yerləşən tikili uzun müddət öncə tikilən tikilidir. Nəzərimizə çatdırır ki, son 5 ilə aid olan arxiv sənədləri RIH-nin arxivində mühafizə edilir. Buradan da aydın olur ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi tarixlərlə üst-üstə düşür. Lakin məhkəmə tərəfindən araşdırılmayıb. Digər bir məsələ isə, iddiaçıAbşeron Rayonu, Masazır kənd inzibati Ərazi Nümayəndəliyindən aldığı ##.##.2023-cü il tarixli, A/**** saylı və ##.##.2023 tarixli və A/**** saylı arayışlardan da göründüyü kimi, İddiaçı həqiqətəndə Abşeron rayonu, Masazır kəndində yaşadığı aydın olur. Inzibati Icraat Haqqında qanunun 24.1-ci maddəsinə əsasən, Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin ## ######## 2025-ci il tarixli, ***/** saylı vəkil sorğusuna və bələdiyyənin qarşında qoyulmuş suallara cavab vermədi. Bu da onun qərəzli davranışının göstəricilərindən biri idi (Şikayətə sorğuda, sorğuya cavabda əlavə edilir). X10 X5 16.3-cü maddəsinə əsasən, BuQanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. X10 X5 16.4-cü maddəsinə əsasən, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınmasımümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. X10 X5 3.0.3-cü maddəsinə əsasən, torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi bələdiyyələrin fəaliyyətinin əsas prinsiplərindən biridir. Lakin işin faktiki halları və sübutları üzrə bələdiyyə tərəfindən sosial ədalət pozulur və məhkəmə tərəfindən bütün bunlara alqış tutulur. Həmin qanunun 4.0.11-ci maddəsinə əsasən, bələdiyyələr öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarınımüdafiə etməlidirlər. Həmin qanunun 4.0.4-cü maddəsinə əsasən, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq hüququna malikdir. Bu səbəblə də, torpaq vergisi ödəyicisi olan iddiaçının istifadə hüququnu tanımalıdır. Birinci instansiya məhkəməsi icraat zamanı təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, bundan əlavə işin obyektiv həlli üçün əhəmiyyət kəsb edən və işin faktiki halları ilə bağlı verilmiş məlumatları təhrif olunmuş şəkildə qeyd etmişdir. Inzibati məhkəmə cavabdeh və 3-cü şəxs Üçüncü şəxs qızı tərəfindən qeyd edilən xüsusatları kifayət qədər ətraflı araşdırmamış, hüquqi faktlar əsasında düzgün nəticəyə gəlməmişdir. AR MPM 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığınımüəyyən edir. Işə baxan hakim hazırkı iş üzrə qərar qəbul edərkən sübutları tam və düzgün qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin edilib-edilmədiyini müəyyən etməmişdir. Inzibati Prosesual Məcəllənin 15-ci maddəsinə əsasən, Inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Mən hesab edirəm ki, bu hüququmuz pozulub. Belə ki, cavabdeh orqan tərəfindən sistemə vəsatət vurulmuşdu ki, proses təxirə salınsın. Mən də proses günü ##.##.2026-cı il tarixində prosesin təxirə salınması ilə bağlı sistemə vəsatət yerləşdirdi. Lakin proses təxirə salınmadı. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Maddə 8.Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ..... Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ ....

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “Bələdiyyələrin statusu haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 33. Bələdiyyə mülkiyyəti.

1. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyəyə məxsus hüquqi şəxslər, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

2. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.

3. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özgəninkiləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.

4. Qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər. .... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;.... Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;... Maddə 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 61.3. Inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı istifadəsində olan torpaq sahəsinin onun adına sənədləşdirilməsinə (ona satılmasına) nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh bələdiyyə torpaq sahəsinin iddiaçı tərəfindən zəbt olunması, zəbt olunmuş torpaq sahəsində lazımi icazə almadan qanunsuz olaraq torpaqdan istifadə olunması və ərazidə tikinti işəri həyata keçirilməsi halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi (106 kv.m. ölçüdə) iddiaçının faktiki istifadəsində olmaqla, orada fərdi yaşayış evi inşa edilmişdir. Torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmamışdır (bu hal işin mübahisəsiz halıdır). Indiki halda iddiaçı sözügedən torpaq sahəsinin 2014-ci ildən onun faktiki istifadəsində olması, tanıdığı şəxsdən ödəniş edərək, satın alması, torpaq sahəsinin daş hasar daxilində yerləşməsi, həmin vaxtdan hazıradək istifadəsində olması, orada 2017-ci ildən ev tikərək, orada yaşaması kimi hallara istinad edərək, cavabdeh tərəfindən həmin torpaq sahəsinin onun adına sənədləşdirilərək, satılmasını istəyir, tələbin əsası kimi də həmin hallara istinad etmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh bələdiyyə iddiaçı tərəfindən həmin sahənin qanunsuz zəbt edildiyindən, torpaq sahəsinin boşaldılaraq, ona təhvil verilməsini tələb etmiş, daha sonra mülki məhkəmə icraatı qaydasında torpaq sahəsinin geri qaytarılmasına dair iddia tələbi irəli sürmüşdür (hazırda icraatdadır). Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh bələdiyyə sözügedən torpaq sahəsinin hərraca çıxarılaraq, satılması məqsədilə onun üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə ## ###### 2023-cü il tarixli **/** saylı qərar qəbul etmiş, lakin iddiaçının torpaq sahəsini zəbt etməsi halı mülkiyyət hüququnun qeydə alınması prosesinin aparılmasına maneçilik törətdiyindən, bələdiyyə tərəfindən iddiaçıya qarşı mülki məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürülmüş, həmin icraat çərçivəsində məhkəmə qərardadı ilə iddiaçıya torpaq sahəsi ilə bağlı texniki işlərin görülməsinə maneçilik törədilməsinin qadağan edilməsi qərara alınmışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi TEKUIS-də bələdiyyə mülkiyyəti kimi qeydə alınmışdır. Kollegiya ilk növbədə iddianının əsaslılığının qanunvericilik normasının və prinsiplərinin tələbləri baxımından dəyərləndirərək, onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın əsaslılığına məhz cavabdehin diskresion səlahiyyətləri, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı prinsiplərinin tələbləri baxımından düzgün dəyərləndirərək, həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verərək, ətraflı qeyd etdiyindən, bu əsasla iddia tələbinin əsaslılığının dəyərləndirməsi ilə kollegiya razı olduğundan, həmin halların təkrarən qeyd edilməsi zərurəti mövcud olmamışdır. Bundan əlavə, kollegiya iddianın əsaslılığının digər halları ilə bağlı onu qeyd edir ki, indiki halda mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qeyri-qanuni istifadəsindədir. Nəticə etibarilə iddiaçı onun qeyri-qanuni istifadəsində olan torpaq sahəsinin öz adına rəsmiləşdirilməsinə nail olmaq istəyir (torpaq sahəsinin məhz ona satılmasını tələb edir). Bu baxımından kollegiya hesab edir ki, iddianın əsaslılığı məhz yuxarıda istinad edilən müvafiq Qanunun 9.1-ci maddəsi və 16-cı maddəsinin dispoztiv şərtləri ilə uzlaşıb-uzlaşmaması əsasları ilə də yoxlanılmalıdır. Qeyd edilən normanın dispoztiv şərtinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***-)****/**** saylı ##.##.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “.... Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd edilməlidir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki,həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər.....“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsi anlamında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsi kimi qiymətləndirilə bilməz. Belə ki, Qanunun bu normasına görə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasıdır....” Indiki halda isə iddiaçıya münasibətdə sözügedən torpaq sahəsinin ona qanuni əsaslar məxsus torpaq sahəsi ilə vahid hasar daxilində yerləşməsi halı və həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması kimi şərtlərin mövcudluğu müəyyən edilməmişdir. Əksinə işin müəyyən edilmiş halları (iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənədin olmaması, iddiaçının torpaq sahəsinin hüquqi bağlılığının olmaması, qanuni əsas olmadan istifadə etməsi, iddiaçının zəbt etdiyi torpaq sahəsindən çıxarılmasının tələb edilməsi və s.) əsasında iddiaçının sözügedən torpaq sahəsinə qanuni əsas olmadan sahiblik etməsi halını təsdiq edir. Hansı ki həmin hal özlüyündə iddianın əsaslılığını təkzib edən hal kimi çıxış etmişdir. Həmçinin, kollegiya iddiaçının istinad etdiyi arqumentləri ilə bağlı onu qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsini başqa şəxsə ödəniş etməklə satın aldığını qeyd etsə də, başqa şəxsin torpaq sahəsi üzərində hüququnun olması və bu hüququn iddiaçıya qanunla müəyyən edilmiş qaydada ötürülməsi halına dair heç bir sübut (başqa şəxsin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlər, alqı-satqı müqaviləsi və s.) təqdim edilməmişdir. Hansı ki yalnız həmin sənədlərin mövcudluğu iddianın əsaslılığının müəyyən edilməsinə imkan verə bilərdi. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı həmin hallara istinad etməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki, iddiaçı həmin torpaq sahəsi ilə bağlı yerli vergi ödinişlərini ödəməsi, kommunal xidmətlərə görə müqavilə bağlanılması, xidmət haqqlarının ödənilməsi kimi hallara istinad edir. Bununla bağlı, kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasında bələdiyyə tərəfindən başqa şəxslərə torpaq sahəsi üzərində hüququn verilməsinin yalnız açıq hərrac və ya müsabiqə vasitəsilə mümkünlüyü dəqiq və imperativ norma şəklində müəyyən edilmiş, habelə hərracdan kənar qaydada verilmənin mümkün ola bildiyi hallar isə istisna norma şəklində dəqiq müəyyən edilmişdir. Indiki halda isə iddiaçının istinad etdiyi həmin hallar qanunvericilikdə torpaq sahəsi üzərində hüququn yaranmasına və ya qanuni sahibliyin (qanuni istifadə etməsinin) yaranmasına əsas olan, habelə bələdiyyə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun hərracdan kənar qaydada iddiaçıya verilməsinə əsas olan hallar kimi çıxış etməmişdir. Başqa sözlə desək, həmin hallar iddiaçının sözügedən torpaq sahəsinə qanuni sahiblik etməsinə və ya qanuni əsaslarla istifadə etməsinə və ya torpaq sahəsinin məhz ona satılmalı olmasına səbəb olmur. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının qanuni əsas olmadan torpaq sahəsinə sahiblik etməsi və onun nəticələrinə (ev tikməsi, orada yaşaması, kommunal xidmət haqqı ödəməsi, yerli vergi ödənişləri etməsi və s.) istinad etməsi halı mahiyyət etibarilə qanunsuz etdiyi davranışa (qanunsuz hərəkətlərinə) və onun nəticələrinə əsaslanır, qanunazidd davranış isə özlüyündə iddianın əsaslılğının müəyyən edilməsi əsası qismində çıxış edə bilmir, qanunu bilməmək isə qanunsuz davranışın nəticələrinə görə məsuliyyətdən azad etmir (iddiaçı qanunsuz davranışının nəticələrinə görə məhz özü məsuliyyət daşıyır). Bundan əlavə, kollegiya hesab edir ki, iddiaçı həmin torpaq sahəsini zəbt edərək, orada tikili inşa edərək, yaşamağa başlayaraq, sonra da qanunsuz sahibliyində olan torpaq sahəsində tikili inşa edib, yaşaması ilə bağlı hüquqi nəticələrə istinad etməsi halı özlüyündə hüquqdan sui-istifadə kimi çıxış etmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları (qanunsuz zəbt edilmə, qanunsuz sahibliyində olma, bu hallar barədə məlumatlı olması, heç bir hüquqmüəyyənedici sənədi olmadan istifadə etməsi) özlüyündə iddiaçının həmin hala istinad etməsini hüquqdan sui-istifadə kimi dəyərləndirilməsinə əsas verdiyindən, bu əsasla da həmin halın qanunun normasının dispozitiv şərtinin ödənilməsinin əsası kimi qəbul edilməsi məqsədəmüvafiq deyildir. Nəticə etibarilə kollegiya işin müəyyən edilmiş halları əsasında hesab edir ki, cavabdeh bələdiyyə tərəfindən iddiaçıya sözügedən torpaq sahəsinin hərracdan kənar satılması üçün qanunla müəyyən edilmiş əsaslar olmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki halda işin yuxarıda müəyyən edilmiş halları əsasında aparılmış dəyərləndirmə əsasında cavabdehin iddiaçı barəsində etdiyi hərəkətlərin icrası zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olması halı müəyyən edilməmişdir. Bu hal da özlüyündə iddianın əsaslılığını müəyyən etməyə imkan verməmiş, habelə həmin hallar əsasında həmin hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri təkzib olunmuşdur. Həmçinin, kollegiya iddiaçının şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, səlahiyyətli inzibati orqan tərəfindən verilmiş məlumatda TEKUIS-da sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmışdır, hansı ki, torpaq sahəsinin mülkiyyət növü məhz həmin elektron kadastr uçot məlumatları əsasında müəyyən edilir. Iddiaçı tərəfindən isə həmin halı təkzib edən heç bir sübut təqdim edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının şikayətinin dəlili həmin hissədə əsassız olmuşdur. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı “google məlumatları əsasında torpaq sahəsinin kimin istifadəsində olması, bələdiyyədə nə vaxt qeydiyyatda olması, vergiləri ödəyib-ödəməməsi və s. ” kimi hallara istinad edərək, həmin halların araşdırılmalı olmasını bildirmişdir. Bununla bağlı, kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi həmin hallar hazırki iddianın əsaslılığının müəyyən edilməsinə təsir edən hallar kimi çıxış etmədiyindən və həmin halların mübahisə predmeti ilə bağlı araşdırılması zəruri olmadığından, habelə əks yanaşmanın tətbiq edilməsi isə əsassız işin araşdırılmasına gətirib çıxartdığından, iddiaçının həmin hissədə də istinad etdiyi arqumentləri əsassız olmuşdur. Həmçinin, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçı sözügedən torpaq sahəsinin hərrac vasitəsilə satılması prosesinin həyata keçirilməsi halında, qanunla müəyyən edilmiş qaydada və şərtlərə riayət etməklə, digər şəxslərlə bərabər həmin prosesdə iştirak etmək hüququna malikdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı və şikayətin dəlilləri təkzib edildiyindən, apellyasiya şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar