Məhkəmə qərarları › İş №2-1(3-8)-88/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-88/2026

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-88/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin ## ####### 2006-cı il tarixli ** saylı qərarından görünür ki, İddiaçı sahibkarlıq məqsədilə Xaçmaz kəndin ərazisindən 30 kv m torpaq sahəsi satılmışdır. ## ###### 2006-cı il tarixli, **** nömrəli Xaçmaz bələdiyyəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon şöbəsinin nümayəndələrinin iştirakları ilə Xaçmaz bələdiyyəsinin ## ####### 2006-cı il tarixli ** saylı qərarı ilə İddiaçı satılmış 0,0030 ha torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair akt” tərtib edilmişdir. İddiaçı sahibkarlıq məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsinin Xaçmaz şəhərinin baş planından çıxarış (miqyas 1:10.000) nəzərdə tutulmuşdur. Xaçmaz rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti Işlər Şöbəsinin # ######## 2006-cı il tarixli, **** nömrəli rəyindən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti məqsədilə satılması nəzərdə tutulan 30 kv m torpaq sahəsi Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aiddir. Sahibkarlıq fəaliyyəti məqsədilə satılması nəzərdə tutulmuş həmin torpaq sahəsinin mövcud şəhərsalma norma qaydalarına və tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq satılması qanuna müvafiqdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon şöbəsinin ## ######## 2006-cı il tarixli, **** nömrəli rəyindən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti məqsədilə satılması nəzərdə tutulmuş 30 kv m torpaq sahəsi Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi Xaçmaz bələdiyyəsinin şəhərdaxili ehtiyat fondunun torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Xaçmaz bələdiyyəsinin # ####### 2006-cı il tarixli, ** nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 43 manat məbləğində torpaq satışı üçün kassaya mədaxil etmişdir Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin *-**-*-**/*-Ə-****-*/**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, məktuba əlavə edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir. Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin ## ###### 2024-cü il tarixli, ** nömrəli məktubundan görünür ki, Xaçmaz bələdiyyəsi tərəfindən ## ####### 2006-ci il tarixli ** saylı qərara əsasən 30 kv m torpaq sahəsinə aid olan sənədlərin qeydiyyatdan keçmədiyinə görə, sənədin ayrılması ilə bağlı arayış verilməsi mümkün deyildir. Xaçmaz rayon Dövlət Arxivinin ## #### 2024-cü il tarixli, *-**-**DA/*-**-**/**** nömrəli məktubu ilə Xaçmaz bələdiyyəsinin ## ####### 2006-cı il tarixli ** saylı protokolunun tam mətni göndərilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin # ###### 2024-cü il tarixli, 3-21-3-60/2- ****/**** nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı Xaçmaz bələdiyyəsinin ## ####### 2006-cı il tarixli, ** saylı qərarı ilə İddiaçı 30 kv m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin *-**-*-**/*-****/**** nömrəli, ## ##### 2026 -cı il tarixli məktubu ilə torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktı göndərilmişdir. Müayinə aktında aşağıdakılar qeyd edilmişdir : “Daşınmaz Əmlakın Dövlət Kadastrı ye Reyestri publik huquqi şəxsin 5 sayli Xacmaz Ərazi Idarəsi tərəfindən məktubda göstərilən Xacmaz bələdiyyəsinin ## ####### 2006-cı il tarixli ** nömrəli qərari ilə Xaçmaz şəhərində yerləşən X2 ayrılmış 0.0030 ha torpaq sahəsinə baxış keçirilmiş və kameral şəraitdə faktiki istifadə vəziyyətinə uyğun müəyyən edilmiş koordinatlara əsasən torpağların elektron kadastr informasiya sistemində (TEKUIS) olan məlumatlarından istifadə edilməklə araşdırıldı. Məlum oldu ki, Xaçmaz bələdiyyəsinin ## ####### 2006-ci il tarixli ** nömrəli qərari ilə Xaçmaz şəhərində yerləşən İddiaçı ayrılmış 0.0030 ha torpaq sahəsinin kateqoriyası torpağların elektron kadastr informasiya sistemində (TEKUIS) olan məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqlarına aiddir, uqodiyası (digər) ümümi istifadədə olan torpaqları kimi göstərilmişdir. Kommunikasiya xətləri keçmir. Müayinə zamanı mübahisə qeydə alınmayıb.” Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin *** nömrəli, ##.##.2026-cı il tarixli məktubunda İddiaçı torpaq sahəsi ayrılması aşkar edilmədiyi üçün indiki halda ## ####### 2006-cı il tarixli ** saylı qərarın heç bir hüquqi qüvvəsinin olmadığını hesab edirlər. Arxivdən əldə edilən həmin protokoldan başqa İddiaçı Xaçmaz bələdiyyəsində, o cümlədən Xaçmaz bələdiyyəsi hesabına həmin dövrdə 43 manat pul vəsaitinin ödənilib-ödənilməməsi barədə heç bir maliyyə sənədi mövcud deyildir. Xaçmaz rayonu Dövlət Arxivinin ## #### 2026-cı il tarixli, *-**-**RA/***-**-**** nömrəli məktubuna əsasən Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 2006-cı ilin sentyabr-oktyabr aylarından (## ######## 2006-cı il tarixli ** saylı və ## ####### 2006-cı il tarixli ** saylı) protokollarında iddiaçının adına torpaq sahəsi ayrılması barədə qərar aşkarlanmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəmsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş imtinanı qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ünvan 1 ünvanına 0,0030 ha torpaq sahəsi sahibkarlıq məqsədilə Xaçmaz rayon bələdiyyəsinin ehtiyat fondundan Xaçmaz şəhərindən 30 kv m tikmək üçün Xaçmaz rayon bələdiyyəsinin ## ####### 2006-cı il tarixli ** saylı qərarına əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Xaçmaz rayon bələdiyyəsinin ## ####### 2006-cı il tarixli, ** saylı qərarına əsasən sahibkarlıq məqsədilə Xaçmaz rayon bələdiyyəsinin ehtiyat fondundan 30 kv m tikinti aparmaq məqsədi ilə iddiaçıya ayrılmış ünvan 1 ünvanına yerləşən 0,0030 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi işin hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon bələdiyyəsinin ehtiyyat fondundan Xaçmaz şəhərindən 30 kv m torpaq sahəsinin satılmasına ## ####### 2006-ci il tarixli ** saylı qərarı əsasında icazə verildiyinə, bundan əlavə sözügedən torpaq sahəsinin uzun müddət iddiaçının istifadəsində və sahibliyində olduğuna baxmayaraq, cavabdeh tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina verilmişdir. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 141.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddələrinə, “Azərbaycan Respublikası torpaq münasibətlərin tənzimləməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1, 2.5, 6.1-ci bəndlərinə istinad edilmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda göstərilən hallara istinad etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9.1.1, prosessual hüquqi əsası kimi IPM-in 2.2, 35.1, 35.3-cü maddələrinə istinad olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin # #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçını cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış və plan-ölçü sənədin verilməsi” tələbinə dair iş üzrə Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin üçüncü şəxs qismində (adi cəlbetmə) cəlb edilməsi qərara alınmışdır. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı hazırkı iddia tələbinin əsasında dayanan Xaçmaz bələdiyyəsinin ## ####### 2006-cı il tarixli, ** saylı qərarının iddiaçıya münasibətdə qəbul edilməsi, bununla yanaşı iddiaçının təqdim etdiyi sənədlərin əsllərin həqiqiliyi arxiv materiallarında və müvafiq orqanların qeydiyyatdan keçmiş sənədlərə dair məlumatlarında öz təsdiqini tapmamışdır. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Xaçmaz şəhər bələdiyyəsinin ## ####### 2006-cı il tarixli ** saylı qərarı ilə ona Xaçmaz kəndin ərazisindən 30 kv m torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin ona satılmasına dair tərtib edilmiş “Torpaqların alqı-satqısına dair akt” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon şöbəsinin nümayəndələrinn iştirakı ilə İddiaçı sahibkarlıq fəaliyyəti məqsədilə satılması nəzərdə tutulmuş 30 kv.m torpaq sahəsi Xaçmaz bələdiyyəsinin ## ####### 2006-cı il tarixli, ** saylı qərarı ilə 0.0030 ha torpaq sahəsinə dair akt tərtib edilmişdir. Lakin Xaçmaz şəhər bələdiyyəsi tərəfindən mülkiyyətinə verilmiş həmin 30 kv m torpaq sahəsini Dövlət qeydiyyatına alınıb çıxarış və sair hüquqmüəyyənedici sənədlərin alınması üçün DƏDK və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etdiyi zaman ona imtina verilmiş və bildirilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, təkrar torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün müraciət etdiyi torpaq sahəsinin faktiki istifadə vəziyyəti torpaqların elektron kadastr uçotu informasiya sistemində kəskin fərqlidir. Məhkəmənin nəzərinə çatdırılır ki, o sıravi bir vətəndaş kimi sahibkarlıq məqsədilə qanuna uyğun surətdə Xaçmaz şəhər bələdiyyəsinə müraciət etmiş və bütün tələb olunan sənədləri təqdim etmiş və ödəniş rüsumları ödəmişdir. Odur ki, o həmin zaman bələdiyyənin səlahiyyətlərini və torpaq sahələrini hansı qaydada verilməsini bilməmiş və bilə də bilməzdi. Bələdiyyədən verilən sənədlərə tam etibar edib ona ayrılmış torpaq sahəsindən istifadə edib sahiblik edə bilər. Ona görə də DƏDK və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin imtinası əsassızdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə üçüncü şəxsin və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Xaçmaz rayon bələdiyyəsinin ## ####### 2006-cı il tarixli, ** saylı qərarına əsasən sahibkarlıq məqsədilə Xaçmaz rayon bələdiyyəsinin ehtiyat fondundan 30 kv m tikinti aparmaq məqsədi ilə ayrılmış ünvan 1 ünvanına yerləşən 0,0030 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və plan və ölçü sənədinin verilməsinə yönəlmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəzlənmişdir. Iş materiallarından müəyyən edilir ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində hüququnun Xaçmaz bələdiyyəsinin ## ####### 2006-cı il tarixli, ** saylı qərarı əsasında yarandığını bildirərək cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinasını qanunsuz hesab edir. Lakin iş üzrə toplanmış sübutların məcmusu həmin halın öz təsdiqini tapmadığını göstərir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılmış qeydiyyat kitablarında qeydiyyatdan keçməmiş, Xaçmaz bələdiyyəsində həmin torpaq sahəsinin ayrılmasına dair qeydiyyat müəyyən edilməmiş, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin arxivində iddiaçıya mübahisəli torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar olunmamış, həmçinin Xaçmaz rayon Dövlət Arxivindən təqdim edilmiş ## ####### 2006-cı il tarixli, ** saylı protokolun surətində iddiaçının adı torpaq sahəsi ayrılmış şəxslərin siyahısında müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş müayinə aktından görünür ki, mübahisəli torpaq sahəsi elektron kadastr informasiya sistemində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla ümumi istifadədə olan torpaq kimi uçota alınmışdır. Həmin akt torpaq sahəsinin faktiki vəziyyətini əks etdirsə də, iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada yarandığını və ya rəsmiləşdirildiyini təsdiq etmir. Bundan əlavə, Xaçmaz bələdiyyəsinin ## #### 2026-cı il tarixli, *** nömrəli məktubunda iddiaçının adına torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin aşkar edilmədiyi, bələdiyyənin arxivində həmin qərarın hüquqi əsaslarını təsdiqləyən materialların, o cümlədən iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin ödənilməsini təsdiq edən maliyyə sənədlərinin mövcud olmadığı bildirilmişdir. Həmçinin, Xaçmaz rayon Dövlət Arxivinin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, 2006-cı ilin sentyabr-oktyabr aylarına aid protokolların təkrar araşdırılması zamanı da iddiaçının adına torpaq sahəsinin ayrılması barədə hər hansı qərar aşkar edilməmişdir. Nəzərə alınmaldıır ki, iddiaçının təqdim etdiyi bələdiyyə qərarının tarixi və nömrəsinə uyğun qərar Xaçmaz rayon Dövlət Arxivində aşkar edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək qərarın tam mətni məhkəməyə təqdim edilmişdir. Həmin qərarda torpaq sahəsinin sahibkarlıq və ya fərdi yaşayış evinin tikinitisi üçün bir sıra vətəndaşlara torpaq sahəsinin ayrılması, vətəndaşların adlı siyahısı və ayrılan torpaq sahəsinin ölçüləri dəqiq göstərilsə də, iddiaçının adı həmin siyahıda aşkar edilməmişdir. Beləliklə, həm birinci instansiya məhkəməsində araşdırılmış sübutlar, həm də apellyasiya baxışı zamanı əldə edilmiş əlavə sübutlar birlikdə qiymətləndirildikdə, iddiaçının hüququnun yaranmasının əsası kimi istinad etdiyi Xaçmaz bələdiyyəsinin ## ####### 2006-cı il tarixli ** saylı qərarının və həmin qərar əsasında hüquq əldə etməsini təsdiq edən halların mötəbər sübutlarla təsdiq olunmadığı müəyyən edilir. Bu baxımdan, iddiaçının təqdim etdiyi sənədlər ayrı-ayrılıqda və digər sübutlarla birlikdə qiymətləndirildikdə, həmin sənədlərin həqiqiliyinin və hüquqi əsas kimi etibarlılığının rəsmi arxiv və qeydiyyat məlumatları ilə təsdiq olunmadığı müəyyən edilir. Rəsmi dövlət orqanlarının və arxiv müəssisələrinin təqdim etdikləri məlumatlar isə iddiaçının irəli sürdüyü halları təsdiq etmir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9 və 11-ci maddələrinin tələblərinə əsasən dövlət qeydiyyatı zamanı hüquqların yaranmasını təsdiq edən sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmalı, 15-ci maddəsinə əsasən isə belə sənədlər mövcud olmadıqda hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun yaranmasını təsdiq edən qanunvericiliyin tələblərinə cavab verən hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, cavabdeh inzibati orqanın dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar