Məhkəmə qərarları › İş №2-1(3-8)-881/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-881/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-881/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “cavabdehin plan və ölçü sənədinin ləğv edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, plan və ölçü sənədinin məhkəmə qətnaməsinə uyğun olaraq bərpa edilməsi və ona 0.2263 ha torpaq torpaq sahəsinə münasibətdə məhkəmə qətnaməsinin bitmiş hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin plan və ölçü sənədinin ləğv edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, plan və ölçü sənədinin məhkəmə qətnaməsinə uyğun olaraq bərpa edilməsi və ona 0.2263 ha torpaq torpaq sahəsinə münasibətdə məhkəmə qətnaməsinin bitmiş hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ona məxsus 10 sot torpaq sahəsi üzərində mülkiyyət hüququm Ali Məhkəmənin 2010-cu il tarixli qətnaməsi ilə tanınmışdır və qüvvədə olan çıxarışla təsdiqlənir. 2007-ci ildə dövlət tərəfindən verilmiş çıxarış və kadastr planı ilə tanınmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2010-cu il tarixli qətnaməsi ilə bir daha təsdiq edilmişdir. Ali Məhkəmənin qeyd olunan qətnaməsində açıq şəkildə göstərilmişdir ki, onun X5 əldə etdiyi 10 sot torpaq sahəsi Masazır kəndi, Dərəqoruq küçəsində yerləşir və mülkiyyət hüququ qanunidir. Buna baxmayaraq, 2011-ci ildə Şuşa Rayon Məhkəməsində iddia hüququ olmayan şəxs tərəfindən əsassız iddia qaldırılmış, nəticədə ilkin iddiaçı məhkəmə tərəfindən iddia hüququ olmayan şəxs kimi tanınaraq Abşeron rayon Masazır Bələdiyyəsi üçüncü şəxs qismində işə cəlb edilmiş və birinci instansiya məhkəməsi tərəfindən belə bir qərar qəbul edilmişdir ki, Şuşa Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsinə əsasən mübahisə predmetinə müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayonu Masazır Bələdiyyəsinin cavabdehlər X5 və İddiaçı qarşı iddiası təmin edilmiş:a) X5 adma ************ reyestr nömrəsi qeydə alınmış, MH seriyaiı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş ayrılmış 0,10 ha torpaq sahəsinin yerinin qeyd edildiyi yerquruluşu planından çıxarış və X2 Kitabında ##.##.2007-ci il tarixdə, 4430 nömrəsi ilə uçota alınmış A ****** saylı torpaq sahəsinin planı və ölçüsü ləğv edilmiş;b) Abşeron rayon Icra Hakimiyyəti başçısının ## ###### 1993-cü il tarixli *** nömrəli sərəncamına əsasən X5 ayrılmış, ünvan 1 ** saylı ünvanda yerləşən 0,10 ha torpaq sahəsinin yerquruluşu planından çıxarışın və torpaq sahəsinin -plan və ölçüsünün yenidən hazırlanması DT və XK-nın Abşeron rayon şöbəsinə həvalə edilmiş;q)X5 ayrılmış 0,10 ha torpaq sahəsinin yerləşdiyi yerə dair yerquruluşu planından çıxarış və torpaq sahəsinin plan və ölçüsü hazırlandıqdan sonra həmin koordinatlar əsasında İddiaçı adma ************ reyestr nömrəsi ilə qeydə alınmış, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa düzəlişlər edilməsi DƏDRX-nin Abşeron rayon Ərazi Idarəsinə həvalə edilmiş; d) İddiaçı tərəfindən ünvan 1 ** saylı ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətinə aid özbaşına tutulmuş (zəbt edilmiş) 0,2263 ha torpaq sahəsi qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən Masazır bələdiyyəsinin mülkiyyətinə qaytarılması və İddiaçı ailə üzvləri ilə birlikdə özbaşına tutulmuş (zəbt edilmiş) 0,2263 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi və icra vərəqəsi ilə Şuşa rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdehlər X5 və İddiaçı qarşı Azərbaycan Respublikası DT və XK-nin Abşeron Rayon şöbəsinin tərtib etdiyi yer quruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, yer quruluşu planından çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün yenidən hazırlanmasının DT və XK-nin Abşeron Rayon şöbəsinə həvalə olunması, habelə İddiaçı verilmiş MH seriyalı, ******* saylı, reyestrdən çıxarışa düzəliş edilməsinin DƏDRX-nin Abşeron Ərazi Idarəsinə həvalə olunması barədə iddiasının təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, qətnamə İddiaçı Masazır kəndi, Füzuli küçəsindəki 25 və ** saylı ünvanda yerləşən, 0.10 ha torpaq sahəsinə bitişik 0.2263 ha torpaq sahəsinin Masazır bələdiyyəsinin mülkiyyətinə qaytarılması, İddiaçı ailə üzvləri ilə bilrilkdə 0.2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilmiş, Masazır bələdiyyəsinin iddiası bu hissədə təmin olunaraq mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28.55 metr olan torpaq sahəsinin Masazır bələdiyyəsinə qaytarılması qət edilmişdir. DƏDRX-nin cavab məktubundan görünür ki, ünvan 1 ** saylı ünvanda yerləşən fərdi yaşayış evlərinin və həmin evlərin yerləşdiyi 0,0844 ha torpaq sahəsinin başqa fiziki şəxslərin adlarına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir. Belə ki, X6 rayon Icra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli, 584 nömrəii sərəncamına əsasən Masazır kəndi, Fizuli küçəsi ərazisində yerləşən 0.0844 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən 308013085127 reyestr nömrəii çıxarış əldə etmiş, alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan 0.0844 ha torpaq sahəsindən 0.04 ha olan hissəsini X1, yerdə qalan 0.044 ha hissəsini isə X3ma satmışdır. X3 * saylı Ərazi Idarəsinə müraciət edərək alqı satqı müqaviləsinə əsasən əldə etdiyi 0.044 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnu təsdiq edən 308013085818-***** reyestr nömrəli, çıxarış əldə etmişdir. X1 da öz növbəsində sözügedən alqı satqı müqaviləsinə əsasən əldə etdiyi 0.04 ha torpaq sahəsi və onun üzərində yerlgşən fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnu təsdiq edən 308013085817-***** reyestr nömrəli çıxarış əldə etmişdirlər.Dərə Qorqud küçəsində yerləşən 10 sot torpaq üzrə ona verilmiş çıxarış və plan-ölçü ləğv edilsin;həmin mülkiyyət hüququ Fizuli küçəsində yerləşən **-** nömrəli yaşayış evlərinin altına təyin edilsin. Məhkəmə bu qərara gəlməklə Ali Məhkəmənin qanuni qüvvədə olmuş Qətnaməsini nəzərə almaması və faktiki olaraq Dədə Qorqud küçəsində 10 sot torpaq üzərində olan mülkiyyət hüquqlarım **-** saylı evlərin altında yerləşən 0.0844 ha torpaq sahəsinə dəyişdirilməklə bir daha mülkiyyət hüququmu pozmuşdur. Belə ki, dövlət tərəfindən 10 sot mülkiyyət hüququ var. Məhkəmə hansı hüquq normalarına istinad edərək onu 0.0844 ha torpaq sahəsinə köçürülməsi haqqında qərar qəbul etmişdir. Onun digər 2 sot olan mülkiyyət hüququ hansı hissədən təmin olunmalı idi. Mülkiyyətimdə və istifadəsində olan 0,2263 ha torpaq sahəsindən onun ailə üzvləri ilə birlikdə çıxarılma və həmin həmin torpağın Masazır Bələdiyyəsinə qaytarılması qət edilmişdir. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsi bu qətnaməni qismən qüvvədə saxlamış, lakin:0,2263 ha sot torpağın (10 sot mülkiyyət + 12 sot istifadə) onun üzərindən çıxarılaraq bələdiyyəyə verilməsi hissəsini ləğv etmişdir; bununla da onun mülkiyyət hüququ ləğv edilməmiş, yalnız ünvan dəyişmə yolu ilə icra olunmalı olduğunu təsdiqləmişdir. Cavabdeh qurum tərəfindən qeyd olunan torpaq sahəsi üzrə plan-ölçü ləğv edilmiş, lakin məhkəmə qətnaməsinin tələbinə baxmayaraq, həmin torpaq sahəsi alternativ ünvan üzrə (Fizuli küçəsi, 25-27) bərpa edilməmişdir. Bu hal nəticəsində mülkiyyət hüququm faktiki olaraq icrasız qalmış, hüququndan istifadəm mümkünsüz edilmiş, Konstitusiyanın 29-cu maddəsi və Mülki Məcəllənin mülkiyyətin toxunulmazlığına dair normaları pozulmuşdur. Şuşa Rayon Məhkəməsində məhkəmə çəkişmələri getdiyi zaman Masazır kənd Dədə Qorqud küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin üzərinə hər hansı bir hərəkətlərin aparılması barədə ilkin iddiaçı X7 ərizəsi əsasında həbs qoyulmuşdur. Mülkiyyət sahibi kimi mülkiyyətinin həbsdən azad edilməsi üçün məhkəməyə müraciət etməmiş, lakin, DƏDRXnm plan və ölçünün ləğv edilməsi üçün həbsin götürülməsi vacib amil olduğundan kim tərəfindən ərizə verilməsi və hansı məhkəmədə həmin həbsin baxılaraq götürülməsi tam qanuna ziddi və bütün hüquq normalarının qırmızı xəttinin keçirilməsidir. Sumqayıt Apellyasiya Məhkbəməsinin yekun Qərarı ilə 0.2263 ha torpaq sahzəsi üzrə mübahisə tam şəkildə bitmiş hesab edilmişdir. Bu isə icra predmeti mövzusu deyil. Azərbaycan Respublikasının Icra haqqında Qanununda - icra məmuru səlahiyyəti yalnız mövcud və qüvvədə olan məhkəmə qərarım icra etmək ilə məhdudlaşır. Mənim aid olmadığım torpaq sahəsi üzrə icra tərəfi kimi (borclu) göstərmək qanunsuz səlahiyyət tədbiridir və icra hüququna ziddir. Sumqayıt Apellyasiya Məhkəməsinin yekun Qərarı icra üçün qəti hüquqi bazadır. Bu qərara zidd hərəkət qanunsuzdur və inzibati iddia predmeti ola bilər. Məhkəmə Qərarı eyni anda icra olunmalıdır, icra haqqında Qanun - qanunsuz inzibati aktlar etibarsızdır. Sumqayıt Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qoyaraq tələbini ona yönəltsə də, həmin orqana eyni tələb ilə müraciətləri olduğu iş materialları ilə müəyyən olunmur. Müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddianın mahiyyəti araşdırılmadan, iş üzrə faktiki hallara hüquqi qiymət verilmədən, iddia tələblərinin dəqiqləşdirilməsi üçün ona real imkan yaradılmadan iddianın "mümkün sayılmaması” barədə qərardad qəbul edilmişdir. Hazırkı mübahisə cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququmun pozulması, plan və ölçü sənədinin qanunsuz ləğvi, habelə əvvəlki məhkəmə qətnaməsinin nəticələrinin faktiki icra edilməməsi ilə bağlıdır. Mübahisə real inzibati hüquq münasibətindən irəli gəlir və inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan açıq hüquqi mübahisədir. Birinci instansiya məhkəməsi iddianın mahiyyətinə keçmək əvəzinə həddindən artıq formal yanaşma tətbiq etmiş, prosessual normaları iddiaçının məhkəməyə çıxış hüququnu məhdudlaşdıracaq şəkildə şərh etmişdir. Məhkəmə qərardadda göstərmişdir ki, iddia tələbi tam aydın deyil. Halbuki, iddianın məzmunundan açıq şəkildə görünür ki:-cavabdehin plan və ölçü sənədinin ləğvi ilə bağlı hərəkətləri mübahisələndirilmiş; -həmin hərəkətlərin qanunsuz hesab edilməsi, hüquqi vəziyyətin əvvəlki vəziyyətə qaytarılması inzibati orqanın üzərinə müəyyən vəzifələrinə qoyulması tələb edilmiş; -mülkiyyət hüququnun bərpası ilə bağlı hüquqi nəticələrin tətbiqi istənilmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə mahiyyətini qarışdırıb. Iddianın mümkünlüyü məsələsində məhkəmə yalnız prosessual şərtləri yoxlamalıdır. Məhkəmə isə faktiki olaraq işin mahiyyəti üzrə qiymətləndirmə apararaq nəticəyə gəlib ki, iddiaçının tələb etdiyi nəticə əldə edilə bilməz. Bu isə mümkünlük mərhələsinin hüdudlarından kənardır. Eyni zamanda məhkəmə iddiaçının məhkəməyə çıxış hüquqlarını məhdudlaşdırıb. Iddianın mümkün sayılmaması barədə qərardad onun mahaiyyəti üzrə məhkəmə araşdırmasından məhrum etmişdir. IPM-in mahiyyətinə uyğun olaraq məhkəmə formal qeyri-dəqiqlikləri əsas gətirərək iddiaya baxmaqdan imtina etmək əvəzinə iddiaçının hüquqlarının müdafiəsinə yardım etməli, zərurət olduqda iddia tələbinin dəqiqləşdirilməsi üçün müddət verməli idi. Məhkəmə iddia tələbini qeyri-dəqiq hesab edirdisə ən sərt tətbiq olunan iddianın mümkün sayılmaması nəticəsinə gəlməzdən əvvəl iddiaçının tələblərinin dəqiqləşdirilməsinə şərait yaratmalı idi. Məhkəmə bu istiqamətdə lazımi prossesual tədbirlər görmədən iddianın mümkün saymamışdır. Bundan əlavə, məhkəmə iddiaçının məhkəmə iclasında iştirak etməməsini də nəzərə almışdır. Lakin o proses tarixini yanlış anladığından məhkəmə iclasında iştirak edə bilməmişdir. Bu hal iddiaya baxılmaması üçün əsas sayıla bilməzdi. Məhkəmə iddiaçının iştirakı təmin edilmədən və işin mahiyyəti üzrə izahatları alınmadan iddianın mümkün sayılmaması barədə nəticəyə gəlmişdir ki, bu da ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Məhkəmə iddia tələbinin qeyri-müəyyən olduğunu göstərsəs də Qərardadda iddia ərizəsinin hansı hissəsinin qeyri-müəyyən olduğunu konkret göstərməyib. Məhkəmənin formal əsaslarla iddiaya mahiyyəti üzrə baxmaqdan imtina etməsi həmin hüquqların pozulmasına səbəb olmuşdur. Hazırkı iş üzrə mübahisənin predmetinin və hüquqi marağın mövcudluğu açıq şəkildə müəyyən olunur. Buna baxmayaraq, məhkəmə iddianın mümkünlüyünü həddindən artıq dar və formal şəkildə qiymətləndirmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi — X2nda və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. ....

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi . ...

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “X2, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.Yerquruluşu- torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Maddə 8. Torpaqların texniki uçotu Torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir. Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 10. Torpaq-kadastr işlərinin yerdə (naturada) aparılması müddətləri Torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Maddə 12. X2 fondu X2 fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. X2 fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. X2 fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Maddə 17. Torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerqurluşu işləri nəzərdə tutur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan 0,10 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının cavabdeh inzibati orqana müraciətinin olmaması əsası ilə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kollegiya qeyd edir ki, qanunvericilik normasının və formalaşdırılmış məhkəmə təcrübəsinin tələbinə əsasən iddianın mümkünlüyü mərhələsində mümkünlük şərtlərinə riayət edilib-edilməməsi üzrə dəyərləndirmə aparılarkən, ilk növbədə iddiaçının hüquqi marağının nədən ibarət olması, hüquqi müdafiəyəyə ehtiyacının olub-olmaması, arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə edib-etməməsi, hüquqa müdaxilənin aşkar şəkildə mövcud olub-olmaması kimi hallar aydınlaşdırılmalıdır. Kollegiya iddianın mümkünlüyü mərhələsində bu istiqamətdə araşdırma apararaq, qeyd edir ki, məhkəmə araşıdırması zamanı iddiaçının hüquqi marağının nədən ibarət olması aydınlaşdırılmış, iddiaçı ************ reyestr nömrəli Çıxarışla xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan 0,10 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsini istəyir. Iddiaçı tələbinin əsası kimi o hallara istinad etmişdir ki, onun adına çıxarış və plan-ölçü sənədi mövcud olmuş, faktiki istifadəsində xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan 0,10 ha torpaq sahəsi ilə yanaış, ona bitişik qnaunsuz zəbt etdiyi 0,1263 ha torpaq sahəsi də olmuş, Şuşa Rayon Məhkəməsinin *(***)-*/** saylı ##.##.2012-ci il tarixli qətnaməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının *(***)-****/**** saylı ##.##.2015-ci il tarixli qətnaməsinin icra edilməsi nəticəsində zəbt sahə geri qaytarılmış, habelə onun adına tərtib edilmiş plan və ölçü sənədi ləğv edilmişdir, yeni plan və ölçü sənədinin veirlməsi həmin qətnamələrin məzmununda qət edilsə də, indiyədək xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib edilməmiş, cavabdeh inziabti orqan başqa şəxslərin mülkiyyət hüququnun qeydə alınması halına istinad edərək, qətnamənin həmin hissədə icra edilməsinin mümükn olmadığını bildirmişdir, hazırda istədiyi də də torpaq sahəsinin yerini müəyyən edən sənədin tərtib edilməsinə nail olmaqdır. Cavabdeh inzibati orqan bildirmişdir ki, sözügedən məhkəmə qətnamələrinin icrası təmin edilmiş, iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədi ləğv edilmiş, lakin iddiaçının adına yeni planölçü sənədinin tərtib edilməsi mümkün olmamış, buna səbəb isə həmin torpaq sahəsinə dairbaşqa şəxslərin adına mülkiyyət hüququnun qeydə alınmaısnın aşkar edilməsi olmuş, bununla bağlı məhkəmə qətnaməsinə izah veirlməsinə dair ərizə ilə müraciət edilsə də, həmin məsələnin həllinin ayrıca iddia icraatı qaydasında mümkün olduğu əsas gətirilərək, məhkəmə qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır, hazırki halda qeyd edilən səbəblərdən həmin məhkəmə qətnamələrinin bu hissədə icra edilməsi mümkün olmamışdır. Şuşa Rayon Məhkəməsinin *(***)-*/** saylı ##.##.2012-ci il tarixli qətnaməsinin “qət etdi hissəsində” qeyd edilmişdir ki, “..... cavabdeh İddiaçı qarşı “Torpağın alqı-satqı müqvailəsinin ləğv edilməsi”nə dair iddiası təmin edilməsin....Mübahisə predmetinə müstəqil tələb irəli sürən üçüncü şəxs-Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdehlər X5 və İddiaçı qarşı “DT və XK-nin Abşeron rayon şöbəsinin tərtib etdiyi “yerquruluşu planından çıxarışın,torpaq sahəsinin plan v ölçüsünün ləğv edilməsi,DƏDRX-nin Abşeron Ərazi idarəsi tərəfindən verilmiş ************ reyestr №li çıxarışa düzəliş edilməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin: a) X5 adına ************ reyestr nömrəsi ilə qeydə alınmış,MH seriyalı,******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş ayrılmış 0,10 ha torpaq sahəsinin yerinin qeyd edildiyi yerquruluşu planından çıxarış və X2 kitabında ##.##.2007-ci il tarixdə,4430 nömrəsi ilə uçota alınmış A№****** saylı torpaq sahəsinin planı və öçüsü ləğv edilsin. b)...... torpaq sahəsinin plan və ölçüsünün yenidən hazırlanması DT və XK-nin Abşeron rayon şöbəsinə həvalə edilsin. q) X5 ayrılmış torpaq sahəsinin yerləşdiyi yerə dair yerquruluşu planından çıxarış və torpaq sahəsinin plan və ölçüsü hazırlandıqdan sonra həmin koordinatlar əsasında İddiaçı adına ************ reyestr nömrəsi ilə qeydə alınmış MH seriyalı,******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa düzəlilər edilməsi DƏDRX-nin Abşeron rayon ərazi idarəsinə həvalə edilsin.d) İddiaçı tərəfindən ünvan 2 ** saylı ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətinə aid özbaşına tutulmuş (zəbt edilmiş) 0,2263 ha torpaq sahəsi qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən Masazır bələdiyyəsinin mülkiyyətinə qaytarılsın və İddiaçı ailə üzvləri ilə birlikdə özbaşına tutulmuş (zəbt edilmiş) 0,2263 ha torpaq sahəsindən çıxarılsınlar və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməklə, bələdiyyəyə təhvil verilsin.....” Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının *(***)-****/**** saylı ##.##.2015-ci il tarixli qətnaməsinin “qət etdi hissəsində” qeyd edilmişdir ki, “Şuşa Rayon Məhkəməsinin bu iş üzrə ##.##.2012-ci il tarixli qətnaməsi mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdehlər X5 və İddiaçı qarşı Azərbaycan Respublikası DT və XK-nin Abşeron rayon Şöbəsinin tərtib etdiyi N.M.Məmmədova verilmiş “yeruquruluşu planından çıxarışın,torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi,yerquruluşu planından çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün yenidən hazırlanmasının DT və XK-nin Abşeron rayonu şöbəsinə həvalə olunması, habelə İddiaçı verilmiş MH seriyalı,******* saylı,reyestrdən çıxarışa düzəliş edilməsinin DƏDRXnin Abşeron Ərazi idarəsinə həvalə olunması barədə iddiasının təmin eidlməsi hissəsində dəyişdirilmədən saxlanılsın.Qətnamə İddiaçı Masazır kəndi,Füzuli küçəsindəki 25 və ** saylı ünvanda yerləşən, 0,10 ha torpaq sahəsinə bitişik 0,2263 ha torpaq sahəsinin Masazır bələdiyyəsinin mülkiyyətinə qaytarılması,İddiaçı ailə üzvləri ilə birlikdə 0,2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilsin.Masazır bələdiyyəsinin iddiası bu hissədə təmin olunsun, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28,55 metr olan torpaq sahəsi Masazır bələdiyyəsinə qaytarılsın...” Işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən məhkəmə qətnamələrinin icra edilməsi nəticəsində iddiaçının adına tərtib edilmiş ************ reyestr nömrəli Çıxarışa dair plan-ölçü sənədi ləğv edilmiş, həmin məhkəmə qətnamələri əsasında iddiaçının adına yeni plan-ölçü sənədinin hazırlanması qət edilsə də, həmin hissədə qətnamə hazırki vaxtadək icra edilməmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən məhkəmə qətnamələrinin iddiaçının adına yeni plan-ölçü sənədinin hazırlanması hissəsində icra edilməməsinə səbəb icra mərhələsində cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair başqa şəxslərin adına mülkiyyət hüququnu qeydə alınması halı olmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan qeyd edilən səbəbdən məhkəmə qətnaməsinin icrasında qeyri-müəyyənlik yarandığından, qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə qərardadı ilə müraciətdə qaldırılan məsələlər qətnamənin məzmununa izah verilməsi çərçivəsindən kənara çıxdığından və bu məsələlərin həlli yalnız müstəqil iddia qaydasında mümkün olduğundan, ərizəsi təmin edilməmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin aldığı vaxtdan hazıradək istifadə etdiyi, hazırda da faktiki istifadəsində olduğunu bildirmişdir. Göründüyü kimi indiki halda iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsinə nail olmaqdır, buna dair cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. Kollegiya iddianın mümkün sayılmamasının əsası ilə bağlı qeyd edir ki, indiki halda işin müəyyən edilmiş halları əsasında iddiaçının hazırki tələblə cavabdeh inzibati orqana müraciətinin olduğu müəyyən edilmişdir. Nətiə etibarilə iddiaçının cavabdeh inzibati orqana müraciət etməsi və müraciətinə dair imtina eidlməsi halı müəyyən edildiyindən, bu hissədə də iddianın mümkünlük şərti yerinə yetirilmiş olur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına həmin hissədə düzgün hüquqi qiymət verməmiş, iddiaçının cavabdeh inzibati orqana müraciətinin və ona dair imtina cavabının olmaması əsası ilə iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə işin halın auyğun olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının şikayətinin dəliləri məhkəmə qərardadının ləğv edilməsi və yenidən baxılması üçün məhkəməyə göndərilməsi hissəsində əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Bundan əlavə, kollegiya qeyd edir ki, iddianın mümkünlüyü mərhələsində indiki halda iddiaçının adına yeni plan-ölçü sənədinin hazırlanması məhz müvafiq məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə öhdəlik kimi qoyulduğundan, hazırki iş üzrə iddiaçının çatmaq istədiyi məqsədə həmin məhkəmə qətnaməsinin icrasına dair icra icraatı qaydasında ərizə ilə müraciət etməklə və ya ayrıca iddia icraatı qaydasında müraciət etməklə, həmin məsələnin həll edilməli olmasına hüquqi qiymət verilməsi zəruridir. Bununla bağlı kollegiya qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının adına yeni plan-ölçü sənədinin hazırlanmasına dair müvafiq məhkəmə qətnaməsinin cavabdeh tərəfindən icrasının mümkünsüzlüyü aşkar olunmuşdur. Buna isə başqa başqa şəxslərin adına mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehin hərəkətləri səbəb olmuşdur. Cavabdehin həmin hərəkətləri isə müvafiq məhkəmə qətnaməsinin premdeti olmadığından, cavabdehin plan-ölçü sənədinin tərtib edilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrasının mümkünsüzlüyü ilə bağlı hissədə hərəkətlərinin qanuniliyinin icra icraatı çərçivəsində araşdırılması və hüquqi qiymət verilməsi icra haqqında qanunvericiliyin tələbi baxımından mümkün deyildir. Nəticə etibarilə hazırda iddiaçının adına plan-ölçü sənədinin tərtib edilməsinə mane olan hallar icra icraatının predmeti olmadığından, həmin məsələlər isə həll edilmədən iddiaçının adına plan-ölçü sənədinin verilməsi mümkün olmadığından, həmin hallar məhz ayrıca iddia icraatı qaydasında araşdırılmalıdır. Bu baxımından kollegiya hesab edir ki, hazırki halda iddiaçının çatmaq istədiyi məqsədə məhz ayrıca iddia icraatı qaydasında tələb irəli sürməklə nail olmaq mümkün olduğundan, bu tələb “məhkəmə qətnaməsinin icrasına dair icra icraatı qaydasında” baxılmalı olmadığından, bu əsasla iddianın mümkün sayılmama əsası mövcud olmamışdır. Kollegiya işin müəyyən edilmiş hallarını nəzərə alaraq, onu da qeyd etməyi zəruri hesab edir ki, torpaq haqqında qanunvericiliyin tələbinə əsasən torpaq sahəsinin plan və ölçüsü onu xarakterizə edən əsas göstəricilərindən biri olmaqla, torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir, Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir, habelə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (müvafiq Fərmanla qeyd edilən icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi həyata keçirir). Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqları mövcud olmaqla, yaranmış mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanması cavabdehin qanunla müəyyən edilmiş öhdəliyi kimi ortaya çıxır. Bu baxımından kollegiya prosessual qənaət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxılması zamanı diqqət yetirilməli və araşdırılmalı olan halların aşağıda qeyd edilməsini zəruri hesab edir: - iddiaçının hüquqi marağına uyğun olaraq (çıxarışa aid plan-ölçü sənədinin tərtib edilməsi) iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilməli; - dəqiqləşdirilmiş tələb çərçivəsində cavabdehin imtina ilə bağlı hərəkətlərinin qanuniliyinə qanunvericiliyin tələbi baxımından hüquqi qiymət verilməli , imtina üçün qanuni əsasın olub-olmaması aydınlaşdırılmalı, plan-ölçü sənədinin verilməsinə mane olan halın cavabdehin başqa şəxslərin adına hüququn qeydiyyatını düzgün işləməməsi və ya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halı nəzərə almadan başqa şəxslərin adına hüququn qeydiyyatını işləməsi ilə bağlı ortaya çıxıb-çıxmamasını, başqa şəxslərlə bağlı qeydiyyatın aparılmasında cavabdehin təqsirli davranışının olub-olmaması (qeydiyyata almamalı olduğu halda, alması və s.), cavabdehin hansı hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulması halının olub-olmaması aydınlaşdırmalı; - iddiaçıya məxsus çıxarışın (onun verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd üzrə) bağlı olduğu torpaq sahəsinin naturada mövcud olub-olmaması, naturada mövcud olduğu halda üstüstə düşmə halının yaranması əsasları (dürüstləşmə işlərinin görülməsi, sürüşmə ərazisi olması,TEKUIS-in düzgün işlənilməməsi ilə bağlı yaranması və ya yerinin dəyişməsi və s. səbəbdən yaranması ) araşdırılmalı, həmin halların araşdırılması nəticəsində müəyyən edilmiş işin hallarına uyğun olaraq tələbə iddianın mümkünlüyü və ya iddianın əsaslılığı baxımından hüquqi qiymət verilməli, naturada mövcud olmadığı halda, onun səbəbləri aydınlaşdırılmaqla, iddianın mümkünlüyü və ya iddianın əsaslılığı baxımından tələbə hüquqi qiymət verilməli; - işin müəyyən edilmiş halları əsasında vahid sənəd prinsipinin tələblərinə uyğun olaraq iddianın əsaslılığının yoxlanılaraq, əsaslar olduğu halda, bununla bağlı formalaşdırılmış vahid məhkəmə təcrübəsinin və qanunvericiliyin tələbinə uyğun tələbə hüquqi qiymət verilməli; -iddianın mümkünlüyü məsələsi məhkəmə icraatının istənilən mərhələsində yoxlanılmalı olduğundan, məhkəmə araşdırmasının gedişatı zamanı işin müəyyən edilmiş halları əsasında tələb üzrə digər mümkünlük şərtlərinə riayət edilib-ediməməsini yoxlamalı. Bundan əlavə, kollegiya onu qeyd edir ki, indiki halda iddiaçı şikayətinin məzmununda iddianın mümkün sayılmasını xahiş etdiyindən, iddianın mümkünlük məsələsi məhkəmə icraatının istənilən mərhələsində yoxlanılmalı olduğundan, həmin hissədə şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı qarşı “cavabdehin plan və ölçü sənədinin ləğv edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, plan və ölçü sənədinin məhkəmə qətnaməsinə uyğun olaraq bərpa edilməsi və ona 0.2263 ha torpaq torpaq sahəsinə münasibətdə məhkəmə qətnaməsinin bitmiş hesab edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar