Məhkəmə qərarları › İş №2-1(3-8)-884/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-884/2026

01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-884/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Iddiaçı ##.##.1958-ci il təvəllüdlüdür. Iddiaçıya aid əmək kitabçasına görə o, ##.##.1974-cü il tarixdən ##.##.1975-ci il tarixədək Ağdam rayonu Kinoteatr və kinoqurğular birliyində mexanik köməkçisi, ##.##.1976-cı il tarixdən ##.##.1977-ci il tarixədək Avtoekspedisiya Trestinin * nömrəli Sumqayıt Ərazi Nəqliyyat kontorunda işləmiş, ##.##.1977-ci il taridən ##.##.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, ##.##.1979-cu il tarixdən ##.##.1980-ci il tarixədək N saylı hərbi hissədə çilingər, ##.##.1980ci il tarixdən ##.##.1982-ci il tarixədək **** saylı avtokolonda, ##.##.1982-ci il tarixdən ##.##.1983-cü il tarixədək Sumqayıt Üst Trikotaj fabrikində, ##.##.1983-cü il taridən ##.##.1985-ci il tarixədək **** saylı avtokolonda,##.##.1985-ci il tarixdən ##.##.1991-ci il tarixədək Azərbaycan Boruprokat zavodunda, ##.##.1991-ci il tarixdən ##.##.1991-ci il tarixədək “xxxx” layihə istehsalat tikinti quraşdırma firmasında, ##.##.1991-ci il tarixdən ##.##.1993-cü il tarixədək * №-li Trestin Təsərrüfat hesablı tikinti sahəsində anbar müdiri, mühəndis, ##.##.1993-cü il tarixdən ##.##.2000-ci il tarixədək “xxxx” Dövlət Konserni Bakı Toxuculuq-Trikotaj Birliyində, ##.##.2000-ci il tarixdən ##.##.2002-ci il tarixədək “Azmənzilsənayetikintitəmir Birliyi” Bakı Təmir-Tikinti Quraşdırma Idarəsində çilingər işləmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot Idarəsinin ## ###### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** saylı “Azərbaycan Respublikası “xxxx” Dövlət Konserninin ləğv edilməsi haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə Dövlət Əmlak Komitəsinin ##.##.1997-ci il tarixli *** nömrəli sərəncamına əsasən Bakı Xalq tələbatı malları istehsal edən təsərrüfat hesablı eksperimental təcrübə müəssisəsinin bazasında Bakı “xxxx” X1 Cəmiyyəti yaradılmışdır. Hüquqi şəxs ##.##.1997-ci il tarixdə “xxxx” X1 Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmışdır, ##.##.2009-cu il tarixdə adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) kimi adlandırılmışdır. Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1 Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) barədə sənəd surətləri qoşmaya əlavə edilir. Bundan başqa “Azmənzilsənayetikintitəmir” Birliyinin Bakı Təmir- Tikinti Quraşdırma Idarəsi ##.##.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi varisliyi barədə məlumat aşkar edilməmiş, hüquqi ünvanı qeydiyyat qovluğuna əsasən ünvan 2 kimi qeyd olunmuşdur. Eyni zamanda hüquqi şəxsin fəaliyyət dövrləri və işçiləri barədə məlumatlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının ## ###### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi “* saylı Trest”in Təsərrüfat Hesablı Tikinti sahəsinin, “xxxx” dövlət konserninin və “Azmənzilsənayetikintitəmir Birliyi” Bakı Təmir-Tikinti Quraşdırma Idarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ###### 2025-ci il tarixli *- **-*/*-*****/**** saylı məktubunda qeyd edilmişdir ki, “xxxx” Dövlət Konserni Azərbaycan Respublikası Prezidentinin ## #### 1997-ci il tarixli *** saylı sərəncamı ilə ləğv edilmiş, “* saylı Trestin təsərrüfat hesablı tikinti sahəsi” və “Azərmənzilsənayetikintitəmir Birliyi” Bakı Təmir- Tikinti Quraşdırma Idarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin ## ###### 2026-cı il tarixli *-**-DA/*-**/**** saylı məktubunda qeyd edilmişdi ki, Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyi “xxxx” Dövlət Konserninin arxiv fondunda 1993-1997-ci illərə dair əmək haqqı cədvəllərində İddiaçı barədə məlumat aşkar edilməmişdir. 1993-2002-ci illər şəxsi heyət üzrə əmr kitabları, 1998-2002-ci illər əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona 65 yaşı tamam olan tarixdən, yəni ## ###### 2023-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ## ###### 1958-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə ##.##.1976-cı ildə başlamışdır. ##.##.1977-##.##.1979-cu illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. ##.##.2002-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Işdən çıxan tarixə ümumi iş stajı 26 ildən artıq olmuşdur. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə görə 65 yaşı tamam olmuş kişilər, ümumi 25 il iş stajına malik olduqda yaşa görə əmək pensiyası hüququ qazanmış olurlar. 65 yaşı tamam olan tarixdə, yəni ##.##.2023-cü ildə yaşa görə əmək pensiyasının təyini üçün sənədlərini DSMFnin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh ## #### 2025-ci il tarixli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyası təyinindən imtina etmişdir. Imtinaya səbəb kimi iddiaçıya məxsus əmək kitabçasının doldurulması qaydalarının pozulması göstərilmişdir. Cavabdeh hesab edir ki, ##.##.2000-ci il tarixində və ##.##.2002-ci il tarixində xitam əmrləri “kiril” qrafikası ilə verilmişdir. Həmçinin həmin dövrlərin əmək fəaliyyətinin araşdırılması arxiv məlumatlarının saxlanmadığına görə mümkün olmadığı bildirilmişdir. Iddiaçı cavabdehin imtinasını aşağıdakılara görə əsassız hesab edir. Beləki, iddiaçının 1976- 2002-ci illərdə müxtəlif idarə və müəssisələrdə işlədiyini “Əmək kitabçası” təsdiq edir. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə görə “Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən onun hərbi xidmət dövrü də (##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək) nəzərə alınmaqla ümumi sığorta stajı 25 ildən (14 il 8 ay 23 gün) azdır. Belə ki, “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1991-ci il tarixdən ##.##.1993-cü il tarixədək olan dövrün (işdən azad olma qeydi kiril qrafikalı möhürlə təsdiqləndiyindən), ##.##.1993-cü il tarixdən ##.##.2000-ci il tarixədək olan dövrün, ##.##.2000-ci il tarixdən ##.##.2002-ci il tarixədək olan dövrün doldurulma qaydaları pozulduğu üçün (xitam əmrləri ## ###### 1999cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə əsasən verilmişdir) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan başqa ##.##.1991-ci il tarixdən ##.##.1993-cü il tarixədək olan dövrün, ##.##.1993-cü il tarixdən ##.##.2000-ci il tarixədək olan dövrün araşdırılması məqsədilə Dövlət Arxivinin Bakı Filialına, həmçinin Bakı Təmir-Tikinti Quraşdırma Idarəsinə sorğular verilmişdir. Lakin müəssisənin arxiv sənədləri aşkar edilməmişdir. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2024 tarixli qərarında qeyd olunur ki, 23. Iddiaçının "xxxx" ASC-də işlədiyinə dair arxiv sənədlərinin aşkarlanmadığı, müəssisə tərəfindən iddiaçı barədə verilmiş və işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli *** №-li arayışdakı məlumatların həmin müəssisənin arxiv məlumatları əsasında deyil, iddiaçının əmək kitabçasının məlumatları əsasında yazıldığı mübahisəsizdir.

24. Cavabdeh də işin məhz həmin hallarına istinadla qeyd edir ki, “...apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının işlədiyi müəssisənin hansı tarixdən qeydiyyatdan keçməsi, eyni zamanda hansı tarixdən özəlləşdirilərək fəaliyyət göstərməsi ilə bağlı araşdırma aparmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan məktubda da qeyd edildiyi kimi Iddiaçı müvafiq müəssisədə işlədiyi dövrlərlə bağlı arxiv sənədləri aşkar edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən müəssisənin mövcudluğu deyil, iddiaçının həmin müəssisədə işləməsi faktı mübahisələndirilmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası tərəfindən bununla bağlı araşdırma aparılmadan, yalnız müəssisənin mövcudluğu ilə bağlı məsələyə istinad edərək həmin dövrləri sosial sığorta stajına daxil etmişdir.”. 25. Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il # ###### tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasmdakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. 26. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü- özlüyündə, qeydşərtsiz təsdiq etmir. 27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. 28. Iddiaçının işlədiyi qeyd olunan müəssisənin mübahisələndirilən dövrdə fəaliyyətinə dair işdə olan məlumatlarda həmin müəssisinin 2003cü ildə təşkilati hüquqi formasının dəyişməsi, müəssisinin tam özəlləşdirilməsi qeyd olunsa da, həmin məlumatlar müəssisənin qeyd olunan ildə və ondan sonra faktiki fəaliyyətini, iddiaçının həmin müəssisədəki əmək prosesində faktiki iştirakını özü-özlüyündə təsdiq etmir. Həm də bu səbəbdəndir ki, məhkəmə sorğusuna cavabında Əmlak Məsələləri Dövlət Xidməti müraciətdə qeyd olunan məsələlərlə bağlı əlavə məlumat almaq üçün aidiyyəti üzrə müəssisənin idarəetmə orqanlarına və ya Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Vergi orqanının cavabı isə, məhkəmə sorğusunda qeyd olunan 1999-2010-cu illərə deyil, 2014cü və ondan sonrakı illərə aid olmuşdur. Beləliklə, müəssisənin iş üçün zəruri olan 1999-2005ci illər üzrə faktiki fəaliyyəti, buradan, həm də iddiaçının həmin müəssisədəki əmək prosesində faktiki iştirakı barədə suallar açıq qalmışdır. 29. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı IPM-in 12.1,12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir. Bundan başqa iddiaçının 1976 - 1985-ci illərdə Sumqayıt Dövlət Universitetində təhsil aldığı dövr də araşdırılmış və məlum olmuşdur ki, iddiaçı qiyabi təhsil almışdır. Ona görə də həmin dövrlər də iddiaçının sığorta stajına daxil edilməmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» əsasnamənin 3-cü maddəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə almır. Lakin hazırki iş üzrə iddiaçının əmək kitabçasının mötəbərliyini təsdiq edən arayış, əmrdən çıxarış, əmək haqqı verilməsi üçün şəxsi hesab və əmək haqqı cədvəli və digər hər hansı bir sənəd mövcud deyildir. Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından kiril əlifbasına keçirilməsi haqqında" ## #### 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə ## ###### 1991-ci il tarixli tarixədək qüvvədə olmuşdur. Bundan sonra ölkə ərazisindəki bütün sənədləşmələr latın qrafikalı Azərbaycan əlifbası ilə aparılmışdır. Iddiaçıya proaktiv qaydada ## ###### 2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş və hal- hazıradək ödənilir. Iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 65 yaşının tamam olduğu ## ###### 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın ##.##.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdehin imtinasını əsaslandırdığı hallar iddiaçının təqsiri kimi qiymətləndirilib onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Azərbaycan Respubliası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot Idarəsinin ## ###### 2025-ci il tarixli məktubundan “xxxx” dövlət konserninin (sonradan ASC) və “Azmənzilsənayetikintitəmir Birliyi” Bakı Təmir-Tikinti Quraşdırma Idarəsinin mübahisələndirilən dövrlərdə fəaliyyətinin olduğu müəyyən edilir. Bundan əlavə, ##.##.1993-cü il tarixdən ##.##.2000-ci il tarixədək olan dövrün, ##.##.2000-ci il tarixdən ##.##.2002-ci il tarixədək olan dövrün doldurulma qaydaları pozulması ilə bağlı cavabdehin imtina əsasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd edilən ##.##.2000-ci il tarixli və ##.##.2002-ci il tarixli işdənçıxma əmrlərində ## ###### 1999-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə istinadın edilməsi müəyyən edilməmişdir. Arxiv məlumatların aşkar edilməməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin ## ###### 2026-cı il tarixli *-**-DA/*-**/**** saylı məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyi “xxxx” Dövlət Konserninin arxiv fondunda olan məlumatlar natamamdır. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilən dövrlərdə işləmədiyini təsdiq edən mötəbər və təsdiqedici sənədlər, arayışlar təqdim edilməmiş və məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Beləliklə, mübahisəli dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyi zaman onun 25 il ümumi iş stajı yaranmış olur. (##.##.1976-##.##.1977-ci il, ##.##.1977-##.##.1979 (hərbi xidmət dövrü), ##.##.1979-##.##.1980-ci il, ##.##.1980-##.##.1982-ci il, ##.##.1982- ##.##.1983-cü il, ##.##.1983-##.##.1985-ci il, ##.##.1985-##.##.1991-ci il, ##.##.1991- ##.##.1991-ci il, ##.##.1991-##.##.1993-cü il, ##.##.1993-##.##.2000-ci il, ##.##.2000- ##.##.2002-ci il tarixləri, cəmi: 25 il, 3 ay, 9 gün) Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmənin qərarında qeyd edilir ki, cavabdehin imtinasını əsaslandırdığı hallar iddiaçının təqsiri kimi qiymətləndirilib onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Məhkəmənin bu arqumenti ilə bağlı bildirilir ki, bu situasiyada diqqətəlayiq hal təqsirin kimdə olduğu deyil, təqdim edilmiş sənədlərin mötəbərliyi və iddiaçının həqiqqətən də faktiki olaraq işlədiyinin sübut edilməsidir. Ona görə də əmək kitabçasındakı pozuntular üzrə, həmçinin müəssisənin sənədlərinin aşkara çıxmaması ilə bağlı iddiaçının təqsirinin olmaması, əmək kitabçasının mötəbər sayılmalı olduğu və ya müəssisənin sənədlərinin qaydasında sayılmalı olduğu anlamına gəlmir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, ümumi iş stajı 26 ildir. ##.##.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanuna və hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” qanuna görə vətəndaşın iş stajını təsdiq edən sənəd onun əmək kitabçasıdır. Həmçinin hal-hazırda qüvvədə olan Əmək Məcəlləsinin 87.1-ci maddəsinə görə “işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır”. ##.##.1999-cu ilə kimi qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab olunur. Hesab edir ki, cavabdeh apellyasiya şikayətini formal mülahizələr əsasında qurmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il ######ın #-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ...

Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 65 yaşının tamam olduğu ## ###### 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən iddiaçının təqdim etdiyi əmək kitabçasında ##.##.1991-ci il tarixdən ##.##.1993-cü il tarixədək, ##.##.1993-cü il tarixdən ##.##.2000-ci il tarixədək və ##.##.2000-ci il tarixdən ##.##.2002-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməmişdir. Belə ki, birinci dövr üzrə işdən çıxarılma qeydi kiril qrafikalı möhürlə təsdiqlənmiş, sonrakı iki dövr üzrə isə əmək kitabçasında göstərilən xitam əmrlərinin qüvvədən düşmüş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə əsaslandığı bildirilmişdir. Bundan başqa, həmin müəssisələrə dair arxiv sənədləri aşkar edilmədiyindən iddiaçının həmin dövrlərdə faktiki işləməsi təsdiq olunmamış və nəticədə mübahisələndirilən dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Cavabdehin hesablamasına əsasən, hərbi xidmət dövrü nəzərə alınmaqla iddiaçının sosial sığorta stajı 14 il 8 ay 23 gün təşkil edir və bu səbəbdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. Iddiaçı ##.##.1958-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaşına çatması işin mübahisəsiz halıdır. Mübahisəli hal iddiaçının ##.##.1991-ci il tarixdən ##.##.1993-cü il tarixədək, ##.##.1993-cü il tarixdən ##.##.2000-ci il tarixədək və ##.##.2000-ci il tarixdən ##.##.2002-ci il tarixədək olan əmək stajı ilə bağlıdır. Cavabdeh tərəfindən iddiaçının sığorta stajının yalnız əmək kitabçasında formal uyğunsuzluqlar nəzərə alınmaqla hesablanması və bir sıra dövrlərin staja daxil edilməməsi barədə mövqe tutulmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən halların mövcudluğu iddiaçının sosial sığorta hüquqlarının məhdudlaşdırılması üçün hüquqi əsas kimi çıxış edə bilməz. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əmək kitabçasının düzgün aparılması və rəsmiləşdirilməsi işəgötürənin vəzifəsidir və bu vəzifənin icrasında yol verilmiş nöqsanlar işçinin hüquqlarının, o cümlədən sosial təminat hüququnun pozulmasına səbəb olmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin II bölməsinin 3-cü maddəsində göstərilir ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçası əmək fəaliyyətini təsdiq edən əsas sənədlərdən biridir və qanunvericiliyə görə, orada aparılmış qeydlər əksini sübut edən mötəbər dəlillər təqdim edilmədiyi halda etibarlı hesab olunur. Kollegiya qeyd edir ki, müvafiq arxiv sənədlərinin mövcud olmaması və ya saxlanılmaması iddiaçının məsuliyyəti kimi qiymətləndirilməməlidir. Müəssisənin arxiv sənədlərinin itirilməsi, məhv olması və ya ümumiyyətlə saxlanılmaması dövlət və ya işəgötürən tərəfindən sənədləşdirmə qaydalarının pozulması ilə bağlıdır və bu, iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilməz. Eyni zamanda, əmək kitabçasında qeydiyyat aparılarkən texniki və ya formal xarakterli uyğunsuzluqların (məsələn, işdən azad olma qeydinin kiril qrafikalı möhürlə təsdiqlənməsi, məcəllənin adının səhv göstərilməsi ya göstərilməməsi, hansı ki hazırki halda iddiaçının barəsində 1993-2000,2000-2002-ci illərə aid qeydlərdə ümumiyyətlə hər hansı məcəllınin adı göstərilməmişdir) mövcudluğu həmin qeydlərin tamamilə etibarsız hesab olunmasına səbəb ola bilməz. Belə uyğunsuzluqlar, əksinə, sənədin doldurulması qaydalarına riayət olunmaması ilə bağlıdır və bu qaydaların pozulmasına görə məsuliyyət işçinin deyil, işəgötürənin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında iddiaçının qeyd olunan müddətdə işləmədiyini təsdiq edən mötəbər sübut mövcud deyildir. Əmək kitabçasındakı qeydlər onun müvafiq dövrdə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyən əsaslı və yetərli sübut kimi qəbul edilməlidir. Eyni zamanda, cavabdehin arxiv sənədlərinin mövcud olmaması ilə bağlı istinadları da məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Belə ki, müəssisələrin sənədlərinin dövlət arxivinə təhvil verilməməsi həmin müəssisələrdə əmək fəaliyyətinin həyata keçirilmədiyini sübut edən hal kimi qiymətləndirilə bilməz və bu hal əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini aradan qaldırmır. Iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot Idarəsinin ## ###### 2025-ci il tarixli məktubundan “xxxx” dövlət konserninin (sonradan ASC) və “Azmənzilsənayetikintitəmir Birliyi” Bakı Təmir-Tikinti Quraşdırma Idarəsinin mübahisələndirilən dövrlərdə fəaliyyətinin olduğu müəyyən edilir. Bundan əlavə, ##.##.1993-cü il tarixdən ##.##.2000-ci il tarixədək olan dövrün, ##.##.2000-ci il tarixdən ##.##.2002-ci il tarixədək olan dövrün doldurulma qaydaları pozulması ilə bağlı cavabdehin imtina əsasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd edilən ##.##.2000-ci il tarixli və ##.##.2002-ci il tarixli işdənçıxma əmrlərində ## ###### 1999-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə istinadın edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır və həmin sənəddə iddiaçının mübahisələndirilən dövrlərdə əmək fəaliyyəti göstərməsi açıq şəkildə əks olunmuşdur. Bu qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı təkzibedici sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarına münasibətdə qeyd edir ki, həmin qərarda baxılan iş üzrə faktiki hallar hazırkı işin hallarından fərqlənmişdir. Belə ki, həmin işdə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan hallar tam araşdırılmadığından iş yeni apellyasiya baxışına göndərilmişdir. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən əmək kitabçasındakı qeydlər, vergi orqanının məlumatları, arxiv məlumatları və digər sübutlar birlikdə qiymətləndirilmiş, həmin qeydlərin həqiqiliyini təkzib edən hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Buna görə də cavabdehin istinad etdiyi məhkəmə təcrübəsi hazırkı mübahisə üzrə fərqli nəticəyə gəlmək üçün əsas vermir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının qanunvericiliklə tələb olunan minimum sığorta stajına malik olduğu müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmişdir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar