Məhkəmə qərarları › İş №2-1(3-8)-885/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-885/2026

02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-885/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “imtinalarının qanunsuz hesab edilməsi, 1.0 ha torpaq sahəsinə dair iddiaçının adına dövlət qeydiyyatına alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1) qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdeh orqanın ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli “mahiyyəti saxtalaşdırılmış” cavablarının, imtinalarının qanunsuz hesab edilməsi, 1.0 ha torpaq sahəsinə dair iddiaçının adına dövlət qeydiyyatına alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı alqı satqı qaydasında 1.0 ha torpaq sahəsi əldə etsədə, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatını aparılmamış, həmin torpaq sahəsi daxil 1.65 ha torpaq sahəsi üzərində əvvəlki mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət reystrində qeydiyatı aparılmış, məhkəmə qaydasında 1,0 ha torpaq sahəsinin əvvəlki mülkiyyətçilərinin qeydiyyatı ləğv edilmiş, lakin satılan 1.0 ha torpaq sahəsinin bölgü-sxemi olmadığına görə iddiaçının mülkiyyət hüququnun qeydiyyatında hazırkı problem yaranmışdır. Işdən görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-0057, KOD ******** saylı Dövlət Aktına əsasən Qusar rayon Aqrar Islahat Komissiyasının ## #### 2000-ci il tarixli **/** saylı qərarı ilə Qusar rayonu Gican kəndində yerləşən 5.51 ha torpaq sahəsi X10, X4, X9, X5 və X6 xüsusi mülkiyyətinə verilmişdir. ## ##### 2008-ci il tarixli reyestr nömrəsi 4ə-1-10 olan alqı-satqı müqaviləsi ilə Quba rayon Gican kəndində yaşayan X10, X4, X9, X5, X6 JN-0057 KOD ******** saylı ## ####### 2000-ci il tarixli Dövlət Aktına əsasən onlara məxsus Qusar rayonu Gican kəndində yerləşən 1.0 ha torpaq sahəsini Qusar rayonu Quxur oba kəndində yaşayan X3 2500 manata satmışdır. RX seriyalı, ******* saylı, reyestr nömrəsi 301013060158, qeydiyyat nömrəsi 2815015918, qeydiyyat tarixi ##.##.2015-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu, Gican kəndində yerləşən 1.65 ha torpaq sahəsi X11, X4, X9, X5, X6 ümumi birgə mülkiyyətinə verilmişdir. Qusar rayon Məhkəməsinin *(***)**/**** saylı, ##.##.2021-ci il tarixli Qətnaməsi ilə X7 X3 və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin eibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarına əsasən iddiaçı İddiaçı tələbi qismən təmin edilmiş, “X12, X4, X9, X5, X8 adına olan Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 1.0 ha hissədə ləğv edilməsi”, iddia tələbinin qalan hissəsə təmin edilməməsi qərara alınmışdır. Daha sonra məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin *-(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı dəyişdirilərək, “Qusar rayonu, Gican kəndində yerləşən 1.65 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında X10, X4, X9, X5 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2015-ci il tarixdə 2815015918 nömrə ilə aparılmış qeydiyyatın qismən - notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmalı olan 1.00 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” qərar alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin *- (***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadına əsasən Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı qismən “İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı torpaq sahəsinə dair çıxarış verilməsi tələbinə dair iddianın təmin edilməyən hissəsində ləğv edilməsi” və iddianın həmin hissədə mümkün sayılmaması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin *-(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarından cavabdeh orqan tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin *-(***)***/**** saylı, ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı Qusar rayon Dövlət Notariat Kontorunun ## ##### 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Qusar rayonu Gican kəndi ərazisindən 1.0 ha pay torpaq sahəsini Əhmədxanovlardan satın almışdır. Qusar rayon Məhkəməsinin ##.## 2021-ci il tarixli qətnaməsi və qərardadı ilə sabiq mülkiyyətçi Cəbrayılova (Əhmədxanova) Asiyat Zaliddin qızının İddiaçı və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası təmin edilməmiş, İddiaçı X13 və qeyrilərinə qarşı çıxarışın 1.0 ha hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddia üzrə mülki işin icraatına xitam verilmiş, müvaifiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş X13 və digərlərinin adına olan Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 1.0 hektar hissəsində ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli qərarı ilə cavabdeh orqanın Apellyasiya şikayəti təmin edilməmiş, 1.0 ha torpaq hissəsində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəsi təmin olunaraq - Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli qərarı dəyişdirilmiş və Əhmədxanovlara aid ##.##.2015-ci il tarixli 2815015918 nömrə ilə aparılmış qeydiyyatın qismən notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmalı olan 1.0 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi, cavabdeh Iqtisadiyyat Nazirliyi yanında cavabdeh1n 5 sayh Xaçmaz Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır. Ali Məhkəmənin ## ###### 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2023-cü il tarixli icra sənədinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarı icra olunması üçün cavabdeh Iqtisadiyyat Nazirliyi yanında cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə göndərilmişdir. Cavabdeh orqanın rəisi məhkəmə qərarının icrası ilə bağlı icra sənədinin icrasını təmin etmək əvəzinə, məhkəmənin icra sənədini gizlədərək guya elektron kadastr uçotu sistemində uyğunsuzluqların olması torpaq sahəsinin digər qonşu pay torpaq sahələrinin üzərinə düşməsi və 0.13 ha hissədə azalma mövcud olması barədə məlumat verməklə qəsdən məhkəmə aktının icrasından imtina etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə daxil olmuş məktubunuza baxılmışdır. Bildirirlər ki, İddiaçı oğlunun etibarnamə üzrə üzrə nümayəndəsi vətəndaş nümayəndə2 Quba rayonu Gican kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, məhkəmə qərarı ilə mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz 1.0 ha torpaq sahəsi üçün təqdim edilmiş sənədlərdə torpaq sahəsinin bölünməsinə dair hər hansı bir bölgü sxemi aşkar edilməmişdir. Bildiririk ki, tərəfinizdən torpaq sahəsinin planı və ölçüsünün koordinatlarını naturada “63” metr enində və “159” metr uzunluğunda tələb edilmişdir. Bu səbəbdən də, həmin ölçüləri və faktiki koordinatları torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) dəqiqləşdirdikdə uyğunsuzluqlar yaranmışdır. Bundan əlavə, torpaq sahəsinin faktiki koordinatlarını və tərəfinizdən tələb etdiyiniz torpaq sahəsinin ölçülərini torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) araşdırdıqda digər qonşu pay torpaq sahələrinin cizgilərinin üzərinə düşür və torpaq sahəsində 0.13 ha ölçüdə azalma mövcuddur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Leyla Mirzəyeva) Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xəritələrə inteqrasiya olunan zaman torpaq sahəsinin 0.13 ha azalma ilə qeydə alınması cinəyət məsuliyyəti sayılır. Ikincisi IPMnin maddə 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin məhkəmə TEKUS və AZCAD modelinə inteqrasiya olunmuş məlumat bazasında 0.13 hektar azalma ilə uçota alınması səbəblərini araşdırmamış , xəritələrin həmin konturda kı koordinatlarını təsdiq edən ortofofoto görüntüləri tələb edərək müqayisəli məqəmları araşdırmadan saxlamaqla, maddi hüquq normalarının pozmuşdur. Cavabdeh orqan vəzifəli şəxslərinin səlahiyyət hədlərini aşaraq vətəndaşlarımızı ayrılmış py torpaq sahələrinə yeni tipli arayış, texniki pasportlun işlənilməsi zamanı azalma sözü ilə kütləvi şəkildə 0.3-tutmuş 30.0 sota qədər pay torpaqlarına imtina barədə notariat qaydasında ərizələri alındıqdan sonra mülkiyyətlərində məhrum edilərək çıxarışların işlənilməsi mülkiyyət əleyhinə olan ən ağır çinayət əməli deyilmi ? Yer kürəsinin səthinin 3/1 hissəsi torpaq-sahəsi ilə örtülüdür. AR -nın torpaq sahəsi isə 86.6 min kv/m- dir. Cavabdeh orqan ərazisində paylı mülkiyyətçilərin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında AR Prezidentinin # #### 2016-cı il *** nömrəli Fərmanına zidd qanunsuz əməllərinin qarşısını almaq əvəzinə bilə- bilə belə qanunsuz qərarları nəyə xidmət edir ? Əgər bu davam etsə AR -nın torpaq sahəsi azalıb 86 min kv/m olsa kim məsuliyyət daşıyacaq. Möhtərəm Kollegiya Iddiaçı 1.0 hektar torpaq sahəsini satın alıb . Ilkin mülkiyyətçinin islahat komissiyasının qərarı ilə mülkiyyətinə verilən 1.65 ha torpaq sahəsinin qəsdən, qanunsuz elektron xəritədə azaldılaraq qeydə alınmasına iddiaçının həmin torpaq sahəsindən aldığı 1.0 ha torpaq sahəsinə hansı aidiyyatı var. Məhkəmə qeyd edir ki, bölgü sxemi olmadığından guya qanuni qüvvəsini almış məhkəmə qərarının icrasından imtina əsaslıdır, mülki qaydada həll edilməlidir. Ilk olaraq qeyd edirəm ki, 2008-ci ildə bölgü sxemi tələb edilmirdi, belə olan halda bölgü sxemi neçə alına bilərdi? b) Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının hazırkı iş üzrə hüquqi marağı ## ##### 2008-ci il tarixli, 4Ə-1-*** reyestr nömrəli notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına və ona müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı alqı satqı qaydasında 1.0 ha torpaq sahəsi əldə etsədə, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatını aparılmamış, həmin torpaq sahəsi daxil 1.65 ha torpaq sahəsi üzərində əvvəlki mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət reystrində qeydiyatı aparılmış, məhkəmə qaydasında 1.0 ha torpaq sahəsinin əvvəlki mülkiyyətçilərinin qeydiyyatı ləğv edilmiş, lakin satılan 1.0 ha torpaq sahəsinin bölgü-sxemi olmadığına görə iddiaçının mülkiyyət hüququnun qeydiyyatında hazırkı problem yaranmışdır. Belə ki, işdən görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-0057, KOD ******** saylı Dövlət Aktına əsasən Qusar rayon Aqrar Islahat Komissiyasının ## #### 2000-ci il tarixli **/** saylı qərarı ilə Qusar rayonu Gican kəndində yerləşən 5.51 ha torpaq sahəsi X10, X4, X9, X5 və X6 xüsusi mülkiyyətinə verilmişdir. ## ##### 2008-ci il tarixli reyestr nömrəsi 4ə-1-10 olan alqı-satqı müqaviləsi ilə Quba rayon Gican kəndində yaşayan X10, X4, X9, X5, X6 JN-0057 KOD ******** saylı ## ####### 2000-ci il tarixli Dövlət Aktına əsasən onlara məxsus Qusar rayonu Gican kəndində yerləşən 1.0 ha torpaq sahəsini Qusar rayonu Quxur oba kəndində yaşayan X3 2500 manata satmışdır. RX seriyalı, ******* saylı, reyestr nömrəsi 301013060158, qeydiyyat nömrəsi 2815015918, qeydiyyat tarixi ##.##.2015-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu, Gican kəndində yerləşən 1.65 ha torpaq sahəsi X11, X4, X9, X5, X6 ümumi birgə mülkiyyətindədir. Qusar rayon Məhkəməsinin *-(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli Qətnaməsi ilə X7 X3 və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin eibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarına əsasən iddiaçı İddiaçı tələbi qismən təmin edilmiş, “X12, X4, X9, X5, X8 adına olan Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 1.0 ha hissədə ləğv edilməsi”, iddia tələbinin qalan hissəsə təmin edilməməsi qərara alınmışdır. Daha sonra məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin *-(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı dəyişdirilərək, “Qusar rayonu, Gican kəndində yerləşən 1.65 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında X10, X4, X9, X5 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2015-ci il tarixdə 2815015918 nömrə ilə aparılmış qeydiyyatın qismən - notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmalı olan 1.00 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” qərar alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin *- (***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadına əsasən Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı qismən “İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı torpaq sahəsinə dair çıxarış verilməsi tələbinə dair iddianın təmin edilməyən hissəsində ləğv edilməsi” və iddianın həmin hissədə mümkün sayılmaması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin *-(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarından cavabdeh orqan tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin *-(***)***/**** saylı, ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Belə ki, kollegiyanın qənaətinə görə, iş üzrə mübahisə iddiaçının alqı-satqı müqaviləsinin etibarlılığı və ya onun 1,0 ha torpaq sahəsi alması faktı ilə deyil, həmin sahənin naturada və kadastr məlumatlarında hansı konkret sərhədlər daxilində yerləşdiyinin müəyyən edilməməsi ilə bağlıdır. Iddiaçı ## ##### 2008-ci il tarixli, 4Ə-1-*** reyestr nömrəli alqı-satqı müqaviləsi ilə 1,0 ha hissəsi iddiaçıya satılsada, dövlət aktı ilə satan şəxlərə məxsus torpaq sahəsinin hansı hissəsinin satılması qeyri müəyyəndir. Kollegiya əvvəlki məhkəmə aktlarının hüquqi nəticələrinə ayrıca münasibət bildirərək qeyd edir ki, Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə üçüncü şəxslərin adına aparılmış qeydiyyat 1,0 ha hissədə ləğv edilmiş, çıxarış verilməsi barədə tələb isə təmin edilməmişdir. Həmin məhkəmə qərarında notariat işində, cavabdehin təqdim etdiyi sənədlərdə və iş üzrə digər materiallarda bölgü sxeminin olmadığı, razılaşdırılmış bölgü mümkün olmadıqda isə torpaq hissəsinin naturada yerinin müəyyənləşdirilməsi barədə mübahisənin mülki məhkəmə icraatı qaydasında həll edilməli olduğu izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə əvvəlki sahiblərin adına ## ###### 2015-ci ildə aparılmış qeydiyyat notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən iddiaçının adına qeydə alınmalı olan 1,0 ha torpaq sahəsinə dair hissədə ləğv edilmişdir. Bununla yanaşı, həmin tarixli ayrıca qərardadla birinci instansiya məhkəməsinin çıxarış verilməsi tələbinə dair hissəsi ləğv edilmiş və iddia həmin hissədə mümkün sayılmamışdır. Ali Məhkəmənin ## #### 2023-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə apellyasiya məhkəməsinin qeydiyyatın ləğvinə dair qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəlki apellyasiya qərarında işlədilmiş “iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmalı olan 1,0 ha torpaq sahəsi” ifadəsi qərarın nəticə hissəsində ləğv edilməli qeydiyyatın həcmini və onun alqı-satqı müqaviləsi ilə əlaqəsini göstərir. Həmin ifadə cavabdehin üzərinə iddiaçının adına yeni dövlət qeydiyyatı aparılması və çıxarış verilməsi barədə ayrıca öhdəlik qoyulması kimi şərh edilə bilməz. Əksinə, çıxarış verilməsi tələbinin ayrıca qərardadla mümkün sayılmaması göstərir ki, əvvəlki iş üzrə cavabdehə belə bir icra öhdəliyi müəyyən edilməmişdir. Iddiaçı əvvəlki məhkəmə aktlarından sonra ## ###### 2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək 1,0 ha sahə üzərində hüququnun dövlət qeydiyyatına alınmasını və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını tələb etmişdir. Cavabdeh # ##### 2024-cü il və ## ######## 2024-cü il tarixli cavablarında təqdim edilmiş sənədlər arasında torpaq sahəsinin bölünməsinə dair sxemin olmadığını və iddiaçının göstərdiyi ölçülərin elektron kadastr məlumatları ilə uzlaşmadığını və tələb edilən sahənin qonşu torpaq sahələri ilə üst-üstə düşdüyünü bildirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinin mənasına görə dövlət qeydiyyatı konkret daşınmaz əmlak obyekti üzərində hüququn dövlət tərəfindən tanınması və təsdiq edilməsidir. Həmin Qanunun 7.1, 9.1.2, 9.1.3 və 11.1-ci maddələri isə qeydiyyat zamanı daşınmaz əmlakın texniki göstəricilərinin müəyyən olunmasını, təqdim edilən məlumatların reyestr məlumatları ilə uyğunluğunun yoxlanılmasını və bəyan olunan hüquqla mövcud hüquqlar arasında ziddiyyətlərin araşdırılmasını tələb edir. Bu normaların qarşılıqlı məzmunundan irəli gəlir ki, dövlət qeydiyyatının predmeti yalnız sahəsi rəqəmlə göstərilən abstrakt torpaq payı deyil, yerləşdiyi yer, sərhədləri və koordinatları müəyyən edilmiş ayrıca daşınmaz əmlak obyektidir. Qeydiyyat orqanı hüququ tanımaqla yanaşı həmin hüququn hansı məkan hüdudlarına aid olduğunu da reyestrdə dəqiq əks etdirməlidir. Daşınmaz əmlakın sərhədləri müəyyən edilmədən aparılan qeydiyyat reyestrin dürüstlüyünü pozmaqla yanaşı, qonşu torpaq sahələri üzərində mövcud hüquqlara müdaxilə yarada bilər. Hazırkı işdə isə 1,0 ha sahənin 1,65 ha ölçülü ilkin konturun hansı hissəsində yerləşdiyini müəyyən edən razılaşdırılmış bölgü sxemi, plan-ölçü sənədi və ya tərəflərin sərhədlər barədə iradəsini təsdiq edən başqa texniki sənəd təqdim edilməmişdir. Iddiaçının sonradan sahəni 63 metr enində və 159 metr uzunluğunda göstərməsi də torpaq hissəsinin hüquqi və texniki fərdiləşdirilməsi üçün kifayət etmir. Bu ölçülərin ## ##### 2008-ci il tarixli müqavilənin tərkib hissəsi olması, satıcılarla razılaşdırılması, notariat qaydasında təsdiqlənməsi və ya səlahiyyətli qurum tərəfindən hazırlanmış bölgü sənədinə əsaslanması iş materialları ilə təsdiq olunmur. Buna görə həmin ölçülər tərəflərin vaxtında formalaşmış ortaq iradəsini deyil, iddiaçının sonrakı mərhələdə birtərəfli qaydada göstərdiyi yerləşmə variantını ifadə edir. Kollegiya nəzərə alır ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim edilmiş müayinə aktı da qeyd olunan qeyri-müəyyənliyin real texniki ziddiyyətlər yaratdığını təsdiq edir. Akta görə, iddiaçının göstərdiyi 1,0 ha sahənin 0,0134 ha hissəsi 23B planşet nömrəli 2,64 ha torpaq sahəsi ilə, 0,1667 ha hissəsi 56B planşet nömrəli 0,33 ha torpaq sahəsi ilə, 0,0165 ha hissəsi isə ************ reyestr nömrəli 0,99 ha torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə, iddiaçının seçdiyi yerləşmə variantı mövcud kadastr və reyestr məlumatlarına görə üçüncü şəxslərin hüquqlarına toxunur. Müayinə aktında, həmçinin iddia edilən 1,0 ha sahənin TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş məlumat bazasında ayrıca obyekt kimi əks olunmadığı, əvvəlki sahiblərin adına verilmiş çıxarışın əsasını təşkil edən 57B planşet nömrəli sahənin isə 0,13 ha azalma ilə 1,52 ha ölçüdə uçota alındığı göstərilmişdir. Kollegiya hesab edir ki, bu məlumatlar reyestr orqanının qarşısında sadə texniki əməliyyat deyil, ilkin konturun ölçüsü və tələb edilən hissənin qonşu sahələrlə sərhədləri barədə həll edilməmiş ziddiyyətlərin mövcud olduğunu göstərir. Apellyasiya şikayətində 57B konturunun elektron xəritədə 0,13 ha az göstərilməsinin qanunsuz olduğu bildirilsə də, həmin dəlil hazırkı iddianın təmin edilməsi üçün yetərli deyildir. Belə ki, ilkin konturun TEKUIS-də 1,65 ha deyil, 1,52 ha göstərilməsinin səbəbləri ayrıca araşdırma və zərurət olduqda ayrıca hüquqi müdafiə predmeti ola bilər. Lakin həmin uyğunsuzluğun aradan qaldırılması belə, 1,0 ha hissənin 57B konturunun məhz hansı tərəfində və hansı koordinatlar daxilində yerləşdiyi məsələsini həll etmir. Başqa sözlə, 0,13 ha azalma ilə bağlı mübahisə ilkin 57B konturunun ümumi sahəsinə aiddir, hazırkı qeydiyyat tələbinin əsas problemi isə həmin konturun daxilindən satılmış 1,0 ha hissənin məkan hüdudlarının müəyyən edilməməsidir. Bu iki məsələ eyniləşdirilə bilməz. Iddiaçının tələb etdiyi konkret yerləşmə variantının qonşu sahələrlə üst-üstə düşməsi də göstərir ki, sadəcə ilkin konturun sahə göstəricisinin düzəldilməsi iddia tələbinin icrasını mümkün edən nəticə yaratmır. Məhkəmə kollegiyası qeyd edir ki, qeydiyyat orqanı 1,65 ha sahənin daxilindən 1,0 ha hissəni öz mülahizəsi ilə seçmək, həmin hissənin sərhədlərini müəyyən etmək və bununla satıcılar, alıcı və qonşu torpaq sahələrinin mülkiyyətçiləri arasında mülki hüquq münasibətlərini yenidən formalaşdırmaq səlahiyyətinə malik deyildir. Belə seçim inzibatitexniki qeydiyyat əməliyyatının hüdudlarını aşaraq tərəflərin mülki hüquqlarının həcminin müəyyən edilməsinə gətirib çıxarardı. Iddiaçının 2008-ci ildən torpaq sahəsindən faktiki istifadə etməsi, əkin aparması, vergi və sosial sığorta ödənişləri etməsi, habelə subsidiya alması barədə dəlillər onun müəyyən ərazidən faktiki istifadə etdiyini göstərə bilər. Lakin həmin hallar istifadə edilən sahənin hüquqi sərhədlərini, onun 57B konturu daxilində dəqiq yerini və qonşu sahələrlə üst-üstə düşmədiyini təsdiq edən mərzçəkmə və ya bölgü sənədini əvəz etmir. Faktiki istifadə dövlət reyestrində mövcud olan və üçüncü şəxslərin hüquqlarına təsir göstərə biləcək məkan ziddiyyətlərini aradan qaldırmır. Kollegiya, həmçinin hesab edir ki, bölgü və koordinat sənədinin tələb edilməsi sırf formal xarakter daşımır. Bu sənəd qeydiyyatın predmetinin müəyyən edilməsi, reyestr məlumatlarının dürüstlüyünün qorunması və üçüncü şəxslərin hüquqlarına müdaxilənin qarşısının alınması üçün zəruri olan əsas şərtdir. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya icraatı zamanı torpaq sahəsindən mübahisəsiz qaydada istifadə olunması halı müəyyən edilməmişdir. Apellyasiya şikayətində əvvəlki məhkəmə qərarının icra edilmədiyi barədə dəlilə münasibətdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, ## ###### 2023-cü il tarixli qərarın nəticə hissəsində cavabdehin üzərinə yalnız üçüncü şəxslərin adına aparılmış qeydiyyatın 1,0 ha hissədə ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərarda iddiaçının adına dövlət qeydiyyatının aparılması və çıxarış verilməsi barədə göstəriş yoxdur. Odur ki, hazırkı imtinanı əvvəlki məhkəmə aktının icrasından yayınma kimi qiymətləndirmək mümkün deyil, iddiaçının adına yeni qeydiyyatın aparılması ayrıca inzibati icraatın və bu icraatda təqdim edilmiş sənədlərin qanunauyğunluğunun qiymətləndirilməsinin predmetidir. Iddiaçının 2008-ci ildə bölgü sxeminin tələb edilmədiyi barədə dəlili də birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas yaratmır. Hazırkı mübahisənin həlli baxımından sənədin məhz “bölgü sxemi” adlandırılması həlledici deyil. Həlledici olan satılmış hissənin sərhədlərini və koordinatlarını etibarlı şəkildə müəyyən edən, tərəflərin razılığını və digər hüquqlarla ziddiyyətin olmadığını təsdiqləyən sənədin mövcudluğudur. Belə sənədin müqavilə bağlanan vaxt tərtib edilməməsi sonradan dövlət qeydiyyatı zamanı daşınmaz əmlakın fərdiləşdirilməsi zərurətini aradan qaldırmır. IPM-in 12.1-ci maddəsinin pozulması barədə dəlilə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi yalnız tərəflərin təqdim etdiyi sənədlərlə kifayətlənməmiş, cavabdehdən müayinə aktını tələb etmiş, torpaq sahəsinin faktiki vəziyyəti, elektron kadastr məlumatları, üst-üstə düşmələr və ilkin konturun sahəsi barədə məlumatları araşdırmışdır. Məhkəmənin xidməti vəzifəsinə görə araşdırma prinsipi ona tərəflərin əvəzinə bölgü barədə razılıq yaratmaq, üçüncü şəxslərin mülki hüquqlarının hüdudlarını müəyyən etmək və ya mövcud olmayan hüquqmüəyyənedici sənədi formalaşdırmaq səlahiyyəti vermir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin inzibati məhkəmə icraatı qaydasında həll edilə bilməməsinin əsas səbəbini iddiaçı və onun torpaq aldığı şəxslər arasında mübahisənin olması və konkret olaraq 1.0 ha torpaq sahəsinin bolgü sxeminin olmaması təşkil edir. Işdən görünür ki, həm cavabdeh inzibati orqan, həmdə birinci instansiya məhkəməsi zəruri araşdırma aparmışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəkəməsində cavabdeh inzibati orqanın mütəxəssisi dinlənilmiş, torpaq sahəsinin sahibləri arasında torpaq sahəsinin bölgüsü ilə bağlı razılaşmanın olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müqavilədən irəli gələn hüququnun həyata keçirilməsi istisna olunmur. Satıcılar və digər maraqlı şəxslərlə razılaşdırılmış, səlahiyyətli qurum tərəfindən təsdiq edilmiş bölgü və mərzçəkmə sənədi təqdim edildikdə, yaxud digər formada müvafiq razılıq mümkün olduqda, bu hallar olmadıqda isə 1,0 ha hissənin naturada yerinin və sərhədlərinin müəyyən edilməsi barədə mübahisə mülki məhkəmə icraatı qaydasında həll olunduqda, iddiaçı həmin sənədlər əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün yenidən müraciət edə bilər. Hazırkı iş materiallarında isə bu nəticəyə gəlməyə imkan verən sənədlər mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar