Məhkəmə qərarları › İş №2-1(3-8)-886/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-886/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-886/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının Azərbaycan Respublikasının suverenliyi, Konstitusiya quruluşu və ərazi bütövlüyünün müdafiəsi nəticəsində aldığı hərbi travmaya görə 2015-ci ildə təyin edilmiş müddətsiz 2-ci dərəcə əlilliyinin əlillik altsistemində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. IŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1999-cu ildən 2000-ci ilədək müddətli, 2000-ci ildən 2015-ci ilədək "ümumi xəstəliklə əlaqədar" ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. ##.##.2015-ci il tarixdə səhiyyə müəssisəsinin göndərişi (** nömrəli forma) əsasında əlilliyin səbəb əlaqəsi dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman məlum olmuşdur ki, müddətsiz əlilliyi elektron altsistemdə əsasız olaraq əlillik müddəti ##.##.2021-ci ilə kimi göstərilmişdir. Halbuki, 2000-ci ildən müddətsiz əlil olmuşdur və 2016-cı ildə 5 il müddətinə əlillik dərəcəsinin təyin edilməsindən xəbəri olmayıb, çünki ona əlillik səbəbi dəyişdirilməklə 2015- ci ildə müddətsiz əlillik təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2015-ci il tarixdən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ona 1999-cu ildən 2000-ci ilədək müddətli, 2000-ci ildən 2015-ci ilədək "ümumi xəstəliklə əlaqədar" ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. ##.##.2015-ci il tarixdə səhiyyə müəssisəsinin göndərişi (** nömrəli forma) əsasında cavabdeh tərəfindən əlilliyin səbəb əlaqəsi dəyişdirilərək mənə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. 2021-ci ilin noyabr ayının 11-i Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman məlum olmuşdur ki, müddətsiz əlilliyi elektron altsistemdə əsassız olaraq müddəti ##.##.2021-ci ilə kimi göstərilmişdir. Halbuki, 2000-ci ildən müddətsiz əlildir. Cavabdeh tərəfindən onun 2015-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlil olmağının elektron altsistemində bərpa edilməsi ilə bağlı Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin ## ###### 2024-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, ona dair ## ###### 2015-ci il tarixindən ikinci dərəcə "Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi" ilə əlaqədar müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci Instansiya Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası ##.##.2025-ci il tarixli 2-1(105)- 110/2025-ci il tarixli Qərarı qəbul etmiş və birinci inqstansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır, məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, «iddiaçıya ilk dəfə 1999-cu ildən ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, dah sonra onun əlilliyi 2000-ci ildən müddətsiz olaraq müəyyən edilmiş, növbəti dəfə iddiaçıya təyin edilmiş əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək, ##.##.2015-ci il tarixdən 5 il müddətinə ##.##.2021-ci il tarixdən ona "Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi" ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Hazırkı mübahisə ondan ibarətdir ki, iddiaçı tələbinin əsası kimi müvafiq sənədləri təqdim etməklə, ona ##.##.2015-ci il tarixdən "Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edildiyini bildirir və bu baxımdan, ##.##.2015-ci il tarixdən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" müddətsiz alilliyinin elektron altsistemə daxil edilməsini tələb edir.Cavabdeh isə iddiaçıya 2015-ci ildən müddətsiz əlillik təyin edilməsi barədə əlillik altsistemində məlumatların olmadığını əsas gətirərək iddiaçının bununla bağlı müraciətindən imtina etmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər departamentinə ünvanlanmış ##.##.2015-ci il tarixli, **** nömrəli məktubdan görünür ki, iddiaçıya "Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi" ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik bildirişi departamentin sərəncamına göndərilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq DSMF-nin Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə iddiaçının müavinət işi təqdim edilmişdir. Müavinət işindən görünür ki, müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ##.##.2015-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya ikinci qrup əlil kimi ##.##.2015-ci il tarixdən müddətsiz olaraq müavinət təyin edilmişdir. DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər departamentinin rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının ##.##.2016-cı il tarixli, **/**** nömrəli qərarına əsasən mənə ikinci qrup əlil kimi ##.##.2016-cı il tarixdən ömürlük 351.20 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın təyin edilməsinə əsas olmuş sənədlərdə müavinət işində olduğu kimi TSEK-nin ##.##.2015-ci il tarixli, *******0001 nömrəli müayinə aktının çıxarış ("müddətsiz" qeydi ilə düzəliş edilən) tasbit edilmişdir. Cavabdeh tərəfindən mana ##.##.2015-ci il tarixdən "Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi" ilə əlaqədar ikinci dərəcəli əlillik müddətsiz təyin edilmiş, cavabdehin müddətsiz əlillik təyinatı barədə məhz bu qərarı əsasında aidiyyəti orqanlar tərəfindən mənə 2015-2016-cı illərdə müddətsiz olaraq əlilliyə görə sosial müavinət və pensiya təyin edilmişdir. Lakin, buna baxmayaraq, ##.##.2015-ci il tarixdən mənə müddətsiz əlillik təyinatı əlilliyin elektron altsistemə daxil edilməmişaıp, yalnız müddətli aralıqlarla ##.##.2015-ci il tarixdən 1 il müddətinə ##.##.2016-cı il tarixədək, bu əlilliyin müddəti bitdikdən sonra isə ##.##.2016-cı il tarixdən 5 il müddətinə ##.##.2021-ci il tarixədək əlillik təyinatları aparılmışdır. "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh "əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu" müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.» Cavabdeh məhkəmə qərarından kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli 2-1(102)- 1786/2025-ci il tarixli Qərarı ilə cavabdeh orqan tərəlindən verilmiş kassasiya şikayəti təmin edilmiş iddia tələbinin rədd edilməsi barədə Qərar qəbul olunmuşdur. Kassasiya instansiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, «iddiaçıya 2000-ci ildən müddətsiz əlillik təyin olunmuş və 2015-ci ildə ona təyin edilmiş əlillik səbəbi "Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi" ilə əlaqədar dəyişdirilməklə bir il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə əlillk dərəcəsi təyin olunmuşdur 2015-ci ildə təyin edilmiş 1 il müddətinə əlillik barədə arayışda dəyişiklik edilməklə müddətsiz əlillik sözü yazılsa da 2016-cı ildə ona yenidən 5 il müddətinə əlillik dərəcəsi təyin edilmiş və həmin müddət 2021-ci ildə başa çatmışdır. Belə olan 2015ci ildən sonrakı inzibati icraat qüvvədə olduğu üçün o özündən əvvəlki inzibati icraatı qüvvədən saldığı üçün iddiaçının 2015-ci ildən ona təyin edilmiş müddətsiz əlilliyin əlillik altsistemində bərpa edilməsi barədə iddiası əsassız sayılmalıdır». Sonuncu dəfə 2015-ci ildə mənə təyin edilmiş müddətsiz əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı inzitbati orqana müraciət etmiş və həmin vaxt forma 88 arayışı ilə əlillik səbəbinin və əlilliyinin qiymətləndirilməsi aparılmış və müddətsiz əlillik təyin olunmuşdur. Bundan sonra inzibati orqana müraciət etməmiş əyani müayinədə olmamış və əlilliyinin qiymətləndirilməsi aparılmamış, barəsində tibb müəssisəsi tərəfindən forma 88 arayışı tibbi göndəriş inzibati orqana göndərilməmişdir, bütün bunlar məhkəmə araşdırması zamanı məlum olmuşdur, barəsində son qiymətləndirmə 2015-ci ildə aparılmış və müddətsiz əlillik təyin olunmuşdur, belə olan halda əlilliyinin yenidən qiymətləndirilməsini arzulamamış və 2016-2021-ci illər üzrə 5 illik əlillik dərəcəsinin təyin olunması ilə bağı inzibati icraat msaterialları inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Ümumiyyətlə barəsində 5 illik, yəni 2016-2021-ci illər üçün əlillik dərəcəsinin təyin olunması ilə bağlı guya inzibati icraatın aparıldığını məhkəmədə bilmiş və özü də belə bir icraatdan məlumatsız olmuşdur. Cavabdeh orqana ərizə ilə müraciət edərək 2016-cı ildə qəbul etdiyi inzibati icraat materiallarının surətini verməsini və həmin qərarın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh həmin sənədləri, qərarın surətini göndərməmişdir. Halbuki qeyd etdiyi kimi bu inzibati icraatda iştirak etməmiş, əlilliyinin qiymətləndirilməsini arzulamamışdır, 2016-cı ildə forma 88 arayışı tibb müəssisəsi tərəfindən cavabdeh orqana daxil olmamış və əsaslar olmadığı halda və dəvət etmədən müddətsiz əlil olduğu halda belə bir qiymətləndirmənin aparılması qanunsuz olmuşdur, hətta cavabdeh əgər belə bir qərar var idisə onu digər dövlət orqanlarına da göndərməmişdir, hətta bütün dövlət orqanlarında əlilliyi müddətsiz əlillik kimi qeyd olunmuşdur. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyası): Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydası" 1.1. Bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, iş üzrə AR Ali Məhkəmənin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh qarşı “müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. Həmçinin iddiaçının əlilliyinin dayandırılması barədə cavabdeh tərəfindən qərar qəbul edilməmişdir. Iddiaçıya sonuncu dəfə ##.##.2016-ci il tarixdə əlillik 5 il müddətinə təyin edilmişdir və müddəti bitdiyi üçün əlillik dayanmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, o, qeyd olunan inzibati icraatda iştirak etməmiş, ona təyin edilmiş müddətsiz əlilliyin yenidən qiymətləndirilməsindən xəbəri olmamış, tibbi göndəriş verilməmiş və cavabdeh orqan onun iştirakını təsdiqləyən hər hansı bir sübutu təqdim etməmiş və inzibati qərarın ona göndərilməsi ilə bağlı hər hansı bir sübut da yoxdur, bu halda o haradan bilə bilərdi ki, belə bir icraat aparılmış və müddətsiz əlillik olduğu halda əlillik müddətli təyin olunmuşdur. Birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində işə baxılan zaman qarşı tərəf inzibati icraat materiallarını təqdim etməmiş və həmin məhkəmələr də belə bir icraatın aparılmasını qanuna uyğun bilməmiş, iddianı təmin etmişlər, bu mövqenin dəyişdirilməsi Ali Məhkəmənin qəbul etdiyi qərardan sonra olmuş və o da məhkəmənin tövsiyəsi əsasında əlilliyin müddətli təyin olunmasına dair həmin qərarları məhkəmədə mübahisələndirmək üçün cavabdeh orqana müraciət etmiş, lakin həmin qərarlar ona verilməmiş və o da yeni iddia ilə məhkəməyə müraciət etmişdir. Bu halda belə hesab edir ki, tərəfindən hər hansı bir müddət ötürülməsinə yol verilməmiş, lakin məhkəmə düzgün nəticəyə gəlməmişdir. b) Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Inzibati Prosessual Məcəllənin 38.1- ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Inzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2025- ci il tarixli 2-1(102)-1786/2025-ci il tarixli qərarı preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli 2-1(102)-1786/2025-ci il tarixli qərarı ilə iddiaçının “müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Qərar belə əsaslandırılmışdır ki: “31. Iş materiallarında olan sənədlərə əsasən inzibati orqanın ##.##.2015-ci il tarixli qərarı əsasında iddiaçının 1 il müddətində ikinci dərəcə əlilliyi müəyyən edilmişdir. Sonradan bu qərara əllə düzəliş edilərək müvafiq qurumun möhürü vurulmaqla əlilliyin müddətsiz olduğu qeyd edilmişdir. Sonradan ##.##.2016-cı il tarixdə iddiaçının əlilliyi müddətli, yəni 5 il müddətinə##.##.2021-ci il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli 2020-ci il ## ###### tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1- dək əlilliyi olan şəxs hesab edilir. 33. Başqa sözlə iddiaçı ##.##.2021-ci il tarixinədək əlilliyi olan şəxs olmuş, bu tarixdən sonra yeni göndəriş təqdim edilmədiyindən onun bu statusu aradan qalxmışdır. 34. Inzibati orqanın ##.##.2016-cı il tarixli qərarı ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2016-cı il tarixli qərar “Inzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. (...) 37. Məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin müəyyən edilməsi barədə ##.##.2015- ci il tarixli qərar 1 illik müddəti əhatə etmiş, həmin qərarda düzəliş edilərək əlilliyin müddətsiz olması barədə qeyd aparılsa da, əlilliyin müddətli, yəni 5 il müddətinə müəyyən olunmasına dair daha sonra ##.##.2016-cı il tarixli inzibati akt qəbul edilmişdir. Iddiaçı inzibati orqanın ##.##.2016-cı il tarixli qərarını heç vaxt mübahisələndirməmişdir. Göründüyü kimi ##.##.2016-cı il tarixli inzibati aktın qəbul edilməsi ilə ##.##.2015-ci il tarixli qərar öz hüquqi qüvvəsini itirmiş olur. 38. Beləliklə, ##.##.2015-ci il tarixli qərar sonradan hüquqi qüvvəsini itirmiş inzibati akt olduğundan (ondan sonra ##.##.2016-cı il tarixli yeni inzibati akt qəbul edilmiş və inzibati hüquq münasibətləri məhz bu aktla tənzimlənməkdə davam etmişdir) iddiaçının “## ###### 2015-ci il tarixindən ikinci dərəcə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsaslı olmamışdır.” Bundan əlavə, iddiaçının yeni açılmış hallara dair ərizəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli 2-1(102)-1786/2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qərarda ifadə olunmuş hüquqi mövqe ondan ibarət olmuşdur ki, iddiaçının yeni açılmış hal kimi istinad etdiyi hal (iddiaçı barəsində 5 illik, yəni 2016-2021- ci illər üçün əlillik dərəcəsinin təyin olunması ilə bağlı inzibati icraatın aparıldığının Ali Məhkəmənin qərarının surətini aldıqdan sonra bilməsi) iş materiallarında mövcuddur və ərizədə qeyd edilmiş xüsusatlar məhkəmə baxışının predmeti olmuşdur. Beləliklə, ##.##.2016-cı il tarixli qərarın əvvəlki məhkəmə baxışının predmeti olması və iddiaçının həmin qərardan məlumatlı olması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən olunur. Iddiaçının nümayəndəsi izahatında cavabdeh inzibati orqanın ##.##.2016-cı il tarixli qərarından iddiaçının yalnız Ali Məhkəmənin qərarından sonra məlumatlı olduğunu bildirsə də məhkəmə qeyd edir ki, ##.##.2016-cı il tarixli qərarla iddiaçıya 5 il müddətinə əlillik təyin edilmişdir. Beləliklə, iddiaçı 2021-ci ildən pensiyasını almadığı üçün əlilliyinin dayandırıldığı faktiki olaraq ona məlum olmuşdur. Lakin iddiaçı tərəfindən ilkin olaraq əlilliyin bərpası ilə bağlı tələbi ##.##.2023-cü il tarixli ərizə ilə məhkəmə icraatına ##.##.2023-cü il tarixdə qəbul edilmişdir. Beləliklə, iddiaçı ##.##.2016-cı il tarixli inzibati aktı nə “Inzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də IPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür. Əlilliyin bərpa edilməsi tələblərinə iddia müddətinin şamil edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarında ifadə edilmiş hüquqi mövqe də bu istiqamətdə olmuşdur. Qeyd edilənlərə əsasən hesab edirik ki, iddia mümkün sayılmamalıdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı olaraq məhkəmə prosesində iştirakı edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2. Inzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. Iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəfin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Inzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) iddialara baxılır. “Inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 8.6- cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. IPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Inzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Iddiaçının yeni açılmış hallara dair ərizəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli 2-1(102)-1786/2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qərarda ifadə olunmuş hüquqi mövqe ondan ibarət olmuşdur ki, iddiaçının yeni açılmış hal kimi istinad etdiyi hal (iddiaçı barəsində 5 illik, yəni 2016-2021ci illər üçün əlillik dərəcəsinin təyin olunması ilə bağlı inzibati icraatın aparıldığının Ali Məhkəmənin qərarının surətini aldıqdan sonra bilməsi) iş materiallarında mövcuddur və ərizədə qeyd edilmiş xüsusatlar məhkəmə baxışının predmeti olmuşdur. Beləliklə, birinci instaniya qərardadda düzgün olaraq qeyd etmişdir ki, ##.##.2016-cı il tarixli qərarın əvvəlki məhkəmə baxışının predmeti olması və iddiaçının həmin qərardan məlumatlı olması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən olunur. Iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsindəki izahatında cavabdeh inzibati orqanın ##.##.2016-cı il tarixli qərarından iddiaçının yalnız Ali Məhkəmənin qərarından sonra məlumatlı olduğunu bildirsə də məhkəmə haqlı olaraq qeyd etmişdir ki, ##.##.2016-cı il tarixli qərarla iddiaçıya 5 il müddətinə əlillik təyin edilmişdir. Beləliklə, iddiaçı 2021-ci ildən pensiyasını almadığı üçün əlilliyinin dayandırıldığı faktiki olaraq ona məlum olmuşdur. Lakin iddiaçı tərəfindən ilkin olaraq əlilliyin bərpası ilə bağlı tələbi ##.##.2023-cü il tarixli ərizə ilə məhkəmə icraatına ##.##.2023-cü il tarixdə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gələrək hesab etmişdir ki, iddiaçı ##.##.2016-cı il tarixli inzibati aktı nə “Inzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də IPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür. Əlilliyin bərpa edilməsi tələblərinə iddia müddətinin şamil edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarında ifadə edilmiş hüquqi mövqe də bu istiqamətdə olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli 2-1(102)-1786/2025-ci il tarixli qərarı preyudisial əhəmiyyət daşıyır. Inzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. Iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Inzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar