Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-889/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X8 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi və tövlə üzərində mülkiyyət hüquqlarının mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları 1988-ci ilin aprel ayında tərtib edilmiş inventar nömrəsi 11 olan texniki pasportun surəti iş materiallarına əlavə edilmişdir. Həmin texniki pasport iddiaçının mərhum atası X1 adına tərtib edilmiş, Şamaxı rayonu Dədəgünəş kənd nümayəndəliyinin 1 Çağan kəndində yerləşən ümumi sahəsi 48.5 kv m olan iki otaqlı fərdi yaşyış evinə dair tərtib edilmiş, evin həyətyanı torpaq sahəsinin 2500 kv m təşkil etdiyi həmin torpaq sahəsində 42 kv m tövlənin də mövcud olduğu qeyd edimişdir. X6 filialının Şamaxı RIH-nin Dədəgünəş IƏD nümayəndəliyinin 1977-1979-cu illərə aid Çağan kəndi üzrə qaytanlanmış təsərrüfatbaşına kitablarından ## ### 2024-cü il tarixli arxiv çıxarışında X2 təsərrüfatında həyətyanı torpaq sahəsi 0.25 ha, o cümlədən tikinti altında 0.01 ha qeyd edilmişdir. X3 adına verilmiş AZ № ****** saylı ölüm haqqında şəhadətnamədən görünür ki, o, ##.##.2001-ci il tarixdə vəfat etmişdir. Şamaxı Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin ##.##.2024-cü il tarixli *** saylı məktubunda X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar İddiaçı oğıu tərəfindən müraciət daxil olduğu qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh1n ** saylı Şamaxı Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsi Şamaxı rayonu İ Çağan kəndi ərazisində yerləşir. ** saylı Şamaxı Ərazi Idarəsinin mütəxəssisləri iddiaçının iştirakı ilə Şamaxı rayonu İ Çağan kəndi ərazisində yerləşən mübahisə predmeti olan torpaq sahəsinə və iddia olunan evə naturada baxış keçirərək müayinə (baxış) aktı tərtib etmişlər. Tərtib edilmiş müayinə (baxış) aktının surəti cavab məktubuna əlavə olunur. Torpaq sahəsi üzərində faktiki olaraq fərdi yaşayış evi mövcud deyildir. Naturada koordinatları müəyyənləşdirilmiş torpaq sahəsi 0.25 ha təşkil edir. Iş materiallarına əlavə edilmiş X1 adına olan texniki pasportda göstərilən fərdi yaşayış evi naturada mövcud deyildir. Iddiaçı texniki pasportda göstərilən fərdi yaşayış evinin yerini naturada göstərmişdir. Naturada göstərilən fərdi yaşayış evinin yeri daş qalaqlarından ibarətdir. Iddiaçının naturada göstərdiyi torpaq sahəsinin sərhədləri daxilində 42 kv m tikintialtı sahəsi olan köhnə tövlə mövcuddur. Naturada mövcud olan tövlə tikilisi texniki pasportun “tikililərin və qurğuların xarakteristikası” qrafasında qeyd olunsa da, torpağın plan və ölçüsü sxemində sərhəddən kənar göstərilmişdir. Torpaq sahəsinin faktiki yerləşmə mövqeyini əks etdirən ortofoto görüntüsü cavab məktubuna əlavə olunur. ##.##.2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsində çöl-ölçmə işləri aparılan müddətdə heç bir mübahisə baş verməmişdir. Torpaq sahəsinin üzərində əvvəllər mövcud olmuş fərdi yaşayış evinin qalıqları var. Torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti keçir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh1n ** saylı Şamaxı Ərazi Idarəsinin ## #### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, X1 adına olan Şamaxı rayonu, Cağan kəndində yerləşən fərdi yaşayış evinə dair 11 inventar nömrəli, aprel 1988-ci il tarixli texniki pasportun arxiv surətinin təsdiq olunmuş surəti təqdim edilmişdir. ##.##.2003-cü il tarixdə dublikat verilməsinin səbəbləri barədə məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, 11 inventar nömrəli, aprel 1988-ci il tarixli texniki pasporta əsasən 0.25 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini bir neçə dəfə dəqiqləşdirilmiş, sonuncu ərizəsində texniki pasportda göstərilən 0.25 ha torpaq sahəsi və üzərində yerləşən 42 kv m tikintialtı sahəsi olan tövlə üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh cavabdeh1n ** saylı Şamaxı Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxs ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X4 ##.##.2010-cu il tarixdə, mərhum atası X3 isə ##.##.2001-ci il tarixdə vəfat etmişlər. 1988-ci ildə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən mərhum atasına məxsus olan fərdi yaşayış evinin ölçü və planı öz əksini tapmışdır. Milli Arxiv Idarəsi X5 Filialı tərəfindən təqdim edilmiş arxiv çıxarışına əsasən, Şamaxı RIH-nin Dədəgünəş IƏD-i nümayəndəliyinin 1977-1979-cu illərin Çağan kəndi üzrə qaytanlanmış təsərrüfatbaşına kitablarında kənd sakini, şəxsi hesab №-si 110 olan X3 təsərrüfatında həyətyanı torpaq sahəsi 0,25 ha, o cümlədən tikili altında 0,01 ha olaraq qeyd edilmişdir. Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin notariusu Yaşar Eyyubov tərəfindən ## ##### 2024-cü il tarixdə cavabdehə müraciət olunaraq mərhum X3 məxsus Şamaxı ərazisində yerləşən daşınmaz əmlaka yüklülüyün və məhdudiyyətin olub-olmması barədə arayış və ya çıxarış verilməsini xahiş etmişdir. Mərhum atasının adına olan 0.25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Dədəgünəş kəndi ərazisində yerləşən fərdi yaşayış evi sürüşmə nəticəsində məhv olmuşdur. Eyni zamanda məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi sürüşmə zonasında yerləşir. Həmçinin sözügedən torpaq sahəsinə dair baza arxiv xəritəsində (Torpaq Islahatının nəticələrini əks etdirən DVJ) və elektron uçot xəritəsində (TEKUIS) məlumatlar aşkar edilməmişdir. Fərdi yaşayış evi sürüşmə nəticəsində məhv olunduğuna və onun yerləşdiyi həyətyanı torpaq sahəsi sürüşmə zonasında yerləşdiyinə görə iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilərək, 11 inventar nömrəli, aprel 1988-ci il tarixli texniki pasporta əsasən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, 11 inventar nömrəli, aprel 1988-ci il tarixli texniki pasporta əsasən torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.25 ha qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh1n ** saylı Şamaxı Ərazi Idarəsinin ## #### 2026-cı il tarixli məktubu ilə X1 adına olan Şamaxı rayonu Cağan kəndində yerləşən fərdi yaşayış evinə dair 11 inventar nömrəli, aprel 1988-ci il tarixli texniki pasportun təsdiq olunmuş arxiv surəti məhkəməyə təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) hüquqların əldə edilməsini təsdiq edən sənədlərə aid edilmişdir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qeydə alınmasının hüquqi əsası mövcuddur. Tələbin digər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, müayinə aktından müəyyən olunur ki, naturada mövcud olan tövlə tikilisi texniki pasportun “tikililərin və qurğuların xarakteristikası” qrafasında qeyd olunsa da, torpağın plan ölçüsü sxemində sərhəddən kənar göstərilmişdir. 11 inventar nömrəli, aprel 1988-ci il tarixli texniki pasportdan görünür ki, torpaq sahəsi 0.25 ha olaraq qeyd edilmiş, torpaq sahəsinin planında B-tövlə tikilisi torpaq sahəsinin xaricində qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda A-fərdi yaşayış evi mövcud olmadığından və texniki pasportda B-tövlə tikilisi 0.25 ha torpaq sahəsindən kənarda yerləşdiyindən tələb həmin hissədə təmin edilə bilməz. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləriinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə texniki pasportdakı torpaq sahəsinin planında B-tövlə tikilisi torpaq sahəsinin xaricində qeyd edilməsinə istinad etmişdir. Qeyd olunan həmin tikili (tövlə) cizgidən kənar göstərilsə də, faktiki 0.25 ha torpaq sahəsinin hüdudlarının tam daxilində yerləşir. Bununla əlaqədar birinci instansiya məhkəməsində yerli baxışın keçirilməsi ilə bağlı heç bir addım atılmamış və onun yerli baxış keçirilməsi ilə əlaqədar şifahi tələbinə işə baxan məhkəmə heç bir əhəmiyyət verməmişdir. Torpaq sahəsinin üzərində olan həmin tikilinin torpaq sahəsinin koordinatları daxilində olmasını müəyyən etmək üçün hesab edir ki, məhkəmə yerli baxış keçirməli və mübahisəli tikiliyə münasibətdə düzgün hüquqi qiymət verməli idi. Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasının oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda hüquqi mövqeyi məhz onun apellyasiya şikayətində qeyd etdiyi dəlillərə uyğun olmuşdur. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə prossesi zamanı birinci instansiya məhkəməsində iddia olunan torpaq sahəsinin sürüşmə zonasında yerləşməsi nəzərə alınmamışdır. Iddia predmeti olan torpaq sahəsi sürüşmə zonasında yerləşdiyinə görə, sözügedən torpaq sahəsinə dair məlumatlar torpaq islahatının nəticələrini əks etdirən (DVJ) və elektron uçot xəritəsində (TEKUIS) qeyd olunmamışdır. Torpaq sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mülkiyyət sahibinə gələcəkdə həmin torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmasına şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2015-ci il tarixli ** nömrəli Qərarı sürüşmə təhlükəsi olan zonalarda tikintini sərt şəkildə məhdudlaşdırır və qanunsuz tikililərin qarşısının alınması üçün xüsusi mexanizmlər müəyyən edir. Onlardan biri də, həmin ərazilərdə əhalinin həyat və sağlamlığına, həmçinin ətraf mühitə təhlükə yarada biləcək obyektlərin (xüsusən yaşayış binalarının və kommunikasiya xətlərinin) tikintisi, mövcud sürüşmə proseslərini aktivləşdirə biləcək (məsələn, qrunt sularının axıdılması, yamacların kəsilməsi) hər hansı fəaliyyət ciddi şəkildə qadağan olunur və ya məhdudlaşdırılır. Əgər ərazi təhlükəli zonaya düşürsə, əmlakın sənədləşdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə monitorinq aparılmalı və müsbət rəy verilməlidir. Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə işə baxarkən aidiyyəti qurumların mütəxəssislərinin rəyləri alınmamış, maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarına düzgün qiymət verməmiş, qanunvericilik normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız və qeyri-obyektiv qərar qəbul etmişdir. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən, iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; ... Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: (...) 2.3. 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; HYPERLINK "https://eqanun.az/framework/29097" \l "_edn12" \o "" 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi 11 inventar nömrəli, aprel 1988-ci il tarixli texniki pasportda göstərilən 0.25 ha torpaq sahəsi və 42 kv m tikintialtı sahəsi olan tövlə üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsinə yönəlmişdir. Cavabdeh sözügedən torpaq sahəsinin sürüşmə zonasında yerləşdiyinə, tikilinin isə 0.25 ha torpaq sahəsinin plan ölçü sxemində göstərilən torpaq sahəsindən kənarda yerləşdiyinə istinad edərək iddiaçıya imtina cavabı vermişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə yalnız 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymuş, tövlə ilə bağlı hissədə isə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinsi instansiya məhkəməsinin mövqeyi ilə razışalaraq aşağıdalıları qeyd eytməyi zəruri hesab edir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahının 2.3-cü bəndinə görə 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; HYPERLINK "https://e-qanun.az/framework/29097" \l "_edn12" \o "" 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas hesab edilir. Iş materialları ilə müəyyən edilir ki, mübahisəsi gedən 0.25 ha torpaq sahəsi 1977- 1979-cu illərə aid təsərrüfatbaşına kitabda iddiaçının mərhum atası X3 adına qeydə alınmış, bundan başqa 1988-ci ildə tərtib edilmiş texniki pasportda evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüləri 2500 kv m kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hər iki hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Cavabdehin torpaq sahəsinin sürüşmə zonasında yerləşməsi ilə bağlı dəlili ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh bu dəlili təsfdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bundan başqa bu hal torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün müstəqil əsas sayıla bilməz. Daşınmaz əmlakın, o cümlədən torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola biləcək hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində sadalanmışdır. Imtinanın qanuni olması üçün qanunda nəzərdə tutulmuş konkret əsas mövcud olmalıdır. Torpaq sahəsinin sürüşmə zonasında yerləşməsi torpaq sahəsinin hüquqi rejimi, ondan istifadə və həmin sahədə tikinti fəaliyyətinin həyata keçirilməsi ilə balı müəyyən məhdudiyyətlər yarada bilsə də, bu hal özlüyündə mülkiyyət hüququnun reyestrdə qeydə alınmasından imtina üçün səbəb ola bilməz. Iş materiallarında torpaq sahəsinin qanunvericiliyin tələblərinə zidd qaydada ayrıldığını, iddiaçının hüquqmüəyyənedici sənədlərini etibarısz olduğunu və ya dövlət qeydiyyatından imtinanın şərtəndirən digər qanuni əsasların mövcudluğunu təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir. Cavabdehin istinad etdiyi sürüşmə zonasında yerləşmə faktı isə mübahisənin predmetini təşkil edən hüququn mövcudluğunu aradan qaldırmır. Hazırkı mübahisə torpaq sahəsində yeni hüququn yaranması və ya yeni tikintiyə icazə verilməsi ilə deyil, əvvəllər yaranmış mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən arayışın verilməsi ilə bağlıdır. Sürüşmə zonasında yerləşmə və ya gələcək tikinti fəaliyyətinə münasibətdə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüququn tanınmasına maneə hesab edilmir. Eyni zamanda cavabdehin DVJ və TEKUIS elektron bazalarında məlumatın olmamasına dair istinadları da hüquqi əhəmiyyət daşımır. Həmin məlumat bazalarında qeydin olmaması öz-özlüyündə hüququn mövcud olmaması demək deyildir və hüquqmüəyyənedici sənədlərin hüquqi qüvvəsini aradan qaldırmır. Məhkəmə kollegiyası iddianın rədd edilən hissəsi ilə bağlı da məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəsi gedən tövlə müstəqil təyinatlı daşınmaz əmlak obyekti deyil, yaşayış evinə xidmət edən yardımçı tikili xarakteri daşıyır. Eyni zamanda müəyyən edilmişdir ki, fərdi yaşayış evi sökülmüşdür, artıq mövcud deyildir. Bu halda yaşayış evinə xidmən edən yardımçı tikilinin hüquqi taleyi əsas tikilidən ayrı qiymətləndirilə bilməz. Bundan başqa iş materiallarında olan texniki pasportda göstərilən torpaq sahəsinin plansexmindən də aydın görünür ki, mübahisəli tövlə sözügedən 0.25 ha torpaq sahəsinin hüdudları daxilində deyil, yol kənarında yerləşir. 0.25 ha daxilində yalnız “A” tikilisi kimi qeyd edilən fərdi yaşayış evi göstərilmişdir. Iddiaçı tövlə tikilisinin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüququnun mövcudluğunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Bununla bağlı kollegiya iddiaçının məhkəmənin yerində baxış keçirilməməsi barədə dəlilini əsassız hesab edir. Beləliklə, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olduğuna dəlalət etmir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün halları düzgün müəyyən etmiş, sübutlara düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətlərində göstərilən hallar qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuş əsasları yaratmadığından, həm iddiaçının, həm də cavabdehin apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.