Məhkəmə qərarları › İş №2-1(3-8)-895/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-895/2026

01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-895/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ünvan 2 binanın qarşısındakı qanunsuz, sənədsiz qeyri-qanuni dəmirlərlə quraşdırılmış talvarın və xalçayuma yerinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 binanın qarşısındakı qanunsuz, sənədsiz qeyri-qanuni dəmirlərlə quraşdırılmış talvarın və xalçayuma yerinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən binanın qarşısında həmin binada yaşayan İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən qanunsuz olaraq piyada keçidinin üzərini zəbt edilərək təxminən 13 m uzunluğu, 6 m eni olan üzüm talvarı quraşdırılmışdır. Üzümlər illərdir qurumuşdur. Bina ilə talvarın ortasından qaz borusu keçir və binaya təhlükə yaradır.DYNX-nin rəyindən də görünür ki, ##.##.2024-cü il tarixli *-**-*/*-****/**** saylı müraciətin icrası ilə əlaqədar Sumqayıt Regional DYNI-nin əməkdaşları tərəfindən araşdırılma aparılmışdır. Araşdırma zamanı ünvan 1 ünvanında yaşayış binasında yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı aşkar olunmuşdur. Aşkar olunmuş nöqsanlara görə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Buna baxmayaraq şəxs narahatçılıq, söz-söhbət və mübahisələr yaradır. Keçən il bu hadisələrə görə həmin şəxs tərəfindən döyülmüşdür. Buna görə ##.##.2024-cü il tarixdə CM-nin 157-ci maddəsi ilə təqsirləndirilmişdir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs xoşagəlməz hərəkətlər edir, əsassız, qanunsuz, qərəzli olaraq böhtan xarkterli məlumatlar verir. Dövlət Idarəsinin ETSN-nin qaynar xəttini məşğul edir. Onları aldadaraq yalan məlumat verir, narahatçılıq yaradır, normal yaşamağa imkan vermir, yaşamaq hüququnu qanunsuz, əsassız əməlləri, hərəkətləri ilə pozur. Binanın giriş-çıxış yolu kəsilmişdir. Qanunsuz sənədsiz xalça yuma yeri düzəldilmişdir. Bu isə antisanitariyaya, xəstəliyə səbəb olur. Bütün sabunlu çirkli sular ətrafa axıdılır, ağacların qurumasına səbəb olur. Skamyalarda oturmaq olmur, həşəratların sayı artır. Binaya bir təhlükə yaranarsa bir maşın, bır kran, yanğınsöndürən maşın təhlükənin qarşısını ala bilməz. Hər tərəf bağlıdır. Evin açarını itirdiyi zaman pəncərədən daxil olmaq üçün kran gətirsə də, kranın binaya yaxınlaşması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Rahim Həsənov). Qərardad onunla əsaslandırılmışdır ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. Iddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, ünvan 2 binanın qarşısındakı qanunsuz, sənədsiz qeyri-qanuni dəmirlərlə quraşdırılmış talvarın və xalçayuma yerinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən qərəzli olaraq sübutlar gizlədilmiş, heç bir sübuta baxılmamışdır. Bir ilə yaxın məhkəmə prosesi davam etmiş, sonda iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nəyə görə məhkəmə iclasına çağırıldı? Bu qanunsuzluqlara görə narahat olub stress keçirmiş, xəstəliyə düşmüş, psixologiyası pozulmuşdur. Onun vətəndaş kimi haqqları pozulmuşdur. Illərdir bu qanunsuzluqlara görə ona böhtanlar atılır. Bu qanunsuz dəmirlərə, qurumuş və solmuş kollara görə niyə səfərbər olublar? Qanunlar pozularaq törədilən saxtakarlıqlar gizlədilir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti Idarəsi rəy verib piyada keçidini zəbt edərək binaya təhlükə yaradır. Rəydə də quraşdıran şəxs cəzalandırılıb. FHN nəzarət etmir, verdiyi rəyə sahib çıxmır. Bu qanunsuz əməllərinin üstü örtülür və gizlədilir. Sumqayıt Inzibati Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardad ilə iddia mümkün sayılmasa da, Sumqayıt şəhəri Icra Hakimiyyəti başçısının müavini F.Ələkbərov tərəfindən ona göndərilən məktubda * saylı MKS-nin rəisi Təbriz Ağayevin işdən çıxarıldığı bildirilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib- etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən binanın qarşısında quraşdırılmış üzüm talvarının və xalçayuma yerinin sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının narazılığı üçüncü şəxs tərəfindən quraşdırıldığı iddia edilən tikili və qurğuların mövcudluğu ilə bağlıdır. Bu hal isə özlüyündə cavabdeh inzibati orqanın iddiaçı qarşısında qanunla müəyyən edilmiş konkret öhdəliyinin pozulmasını təsdiq etmir. Iddiaçı apellyasiya şikayətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmasının müəyyən edildiyini və üçüncü şəxsin inzibati məsuliyyətə cəlb olunduğunu göstərsə də, həmin hallar cavabdehin mübahisə predmeti olan tikililərin sökülməsi barədə inzibati qərar qəbul etmək və ya həmin söküntünü həyata keçirmək vəzifəsinin mövcudluğunu təsdiq etmir. Inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi ilə söküntü tədbirlərinin həyata keçirilməsi müxtəlif hüquqi institutlar olmaqla, birincinin tətbiq olunması ikincinin həyata keçirilməsinin məcburiliyini yaratmır. Bundan başqa, apellyasiya şikayətində məhkəmə tərəfindən sübutların araşdırılmaması, işə uzun müddət baxılması və digər prosessual iradlar göstərilsə də, həmin dəlillər iddianın mümkünlüyünə dair hüquqi qiymətləndirməyə təsir göstərmir. Çünki iddianın mümkünlüyü hər şeydən əvvəl iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğunun və həmin hüququn məhz cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulmasının ehtimalının müəyyən edilməsini tələb edir. Belə ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” 2008-ci il ## #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə (bax yuxarıda § 48) görə, ...işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir...Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti ... hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Ali Məhkəmənin Plenum Qərarının 6-7-ci bəndlərinə görə, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Kollegiya hesab edir ki, hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. Iddiaçı öz məqsədinə çatmaq üçün vətəndaşa qarşı mülki məhkəmə icraatı qaydasında və ya düzgün seçilmiş inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı cavabdeh inzibati orqanın onun qarşısında qanunla müəyyən edilmiş konkret vəzifəni yerinə yetirmədiyini, bunun nəticəsində öz subyektiv hüququnun pozulduğunu təsdiq edən kifayət qədər hüquqi əsas irəli sürməmişdir. Belə olan halda iddiaçının talvarın və xalçayuma yerinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu təsdiqlənmədiyindən və cavabdehin düzgün seçilməməsi səbəbindən məhkəmə kolegiyası birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə qənaəti ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar