Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-896/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları: N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, xəstələrin müayinəsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalından ezam olunmuş aşağıda adları çəkilən hərbi qulluqçular ## ######## 2020-ci il tarixdən gəlmiş hesab olunsunlar və ## ######## 2020-ci il tarixdən hərbi hissənin qazan təminatına qoyulmuşdur - 12. R İddiaçı; Əsas: Hərbi qulluqçuların ##.##.2020-ci il tarixli 4573, 4584, 4583, 4580, 4578, 4577, 4593, 4588 və **** nömrəli ezamiyyət vəsiqələri. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, yaralıların müayinə və müalicəsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalından ezam olunmuş aşağıda adları çəkilən hərbi qulluqçular ## ###### 2020-ci il tarixdən getmiş hesab olunmuş və hərbi hissənin qazan təminatından çıxarılmışdır - 13. R İddiaçı; Əsas: Hərbi qulluqçuların ezamiyyət vəsiqələri. N nömrəli hərbi hissənin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, “Vətən müharibəsi” zamanı Müdafiə Naziriliyinin Baş Klinik Hospitalından N nömrəli hərbi hissəyə ezam olunmuş R İddiaçı ezamiyyətdə olduğu müddət ərzində fəaliyyəti barədə əmrdən çıxarışları ünvana göndərilmişdir. Qeyd: Tibb xidməti R İddiaçı oglu, ##.##.2020-ci il və ##.##.2020-ci il tarixlərində N nömrəli hərbi hissənin tabeliyində xidmət etmədiyi üçün hərbi hissənin döyüş əmrində adı yoxdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən verilən ##.##.2026-cı il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək aparılan döyüş əməliyyatlarında iştirakına dair Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim olunmuş arayış-məlumatın 7-ci bəndində şəxsin ezam olunduğu N nömrəli hərbi hissənin Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrinə əsasən döyüş əməliyyatlarına cəlb olunaraq döyüş tapşırıqlarını yerinə yetirdiyi qeyd olunmuşdur. Lakin İddiaçı adının qeyd olunduğu döyüş əmrindən çıxarış təqdim olunan sənədlərə əlavə edilməmişdir. Sorğuda adları göstərilən hərbi qulluqçulara müharibə veteranı adının verilməsinə əsas olmuş sənədlər nazirliyə geri qaytarılmır, Azərbaycan Respublikasının Nazirlər Kabinetində saxlanılır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Cavabdeh tərəfindən verilən ##.##.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən məqsədəuyğun hesab edilmişdir. Komissiya tərəfindən İddiaçı baxılıb siyahıya daxil edilmiş sənədlərinin təsdiq olunmuş surətləri ünvanlara göndərilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Cavabdeh tərəfindən verilən ##.##.2026-cı il tarixli məktubdan görünür ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair sənədləri razılaşdırılması məqsədilə 2022-ci ildə ilk siyahıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş, lakin göndərilən sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olmadığına görə geri qaytarılmışdır. Əlavə olaraq bildirilir ki, vətəndaş İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair sənədlərinin yenidən razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən məqsədəuyğun hesab edilmiş və siyahıya daxil edilmişdir, lakin hal-hazırki tarixədək göndərilməmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 ildən çox müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, 2018-ci ilin fevral ayından ##.##.2023-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında intensiv terapiya bölməsinin baş ordinatoru vəzifəsində xidmət etmiş, Azərbaycan Respubikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən R hərbi rütbəsində ehtiyata buraxılmışdır. Baş ordinator vəzifəsində xidmət edərkən 44 günlük Vətən müharibəsində iştirak etmişdir. Belə ki, iddiaçı Cavabdeh Tibbi Baş Idarəsinin *** №-li, ##.##.2020-ci il tarixli teleqramı əsasında Silahlı Qüvvələrin Baş Klinik Hospitalı rəisinin müvafiq əmri ilə cəbhə zonasında yerləşən N №-li hərbi hissəyə, N №-li hərbi hissədən isə N №-li hərbi hissəyə (Sarıcallı hərbi hospitalına) ezam olunmuşdur. Ezamiyyət müddəti ##.##.2021-ci il tarixdə başa çatmışdır. Ezamiyyət vaxtı iddiaçının vəzifəsi Ağdam rayonu, Tərtər rayonu, Ağdərə rayonu istiqamətlərində gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsindən, yaralıların döyüş meydanından çıxarılmasında reanimasiya tədbirlərindən, cərrahiyyə əməliyyatlarında və ondan sonrakı müalicəsində iştirak etməkdən ibarət olmuşdur. Lakin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə ##.##.2023-cü il tarixdə cavabdehə və Cavabdeh Aparatı nəzdində yaradılmış müvafiq komissiyaya etibarnamə üzrə vasitəsi ilə müraciət etmişdir. Lakin müraciətinin cavablandırılmadığını görərək məhkəməyə müraciət etmişdir. Məhkəmənin gedişatında cavabdeh məhkəməyə məktub ünvanlayaraq müvafiq komissiya tərəfindən 2024cü ilin oktyabr ayında müsbət rəy verildiyini və sənədlərinin tezliklə razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəyini bildirmişdir. Bundan sonra Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2-1(112)-5382/2024-*** №-li qərardadı ilə icraata xitam verilmişdir. Lakin bu günə qədər iddiaçının sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli 420 Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin meyarlarına uyğun olduğuna görə, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrindən çıxarışda iddiaçı İddiaçı hərbi hissənin siyahısına daxil edildiyi və ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarıldığı qeyd edilmişdir. Bundan başqa inzibati iş materialında olan iddia ərizəsində və hərbi hissə komandirinin təsdiq etdiyi ##.##.2022-ci il tarixli aktın surətində görünür ki, 44 günlük Vətən müharibəsi zamanı N nömrəli hərbi hissəyə ezam edilmiş İddiaçı Ağdam rayonu, Tərtər rayonu Suqovuşan qəsəbəsi, Çaylı kəndi və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə yaralanmış yaralıların ilkin tibbi yardımın göstərilməsindən, cərrahi əməliyyatlarında, reanimasiya tədbirlərindən və ondan sonrakı müalicəsində iştirak etdiyi qeyd edilmişdir. Iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçı İddiaçı Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuş və Ağdam rayonu, Tərtər rayonu Suqovuşan qəsəbəsi, çaylı kəndi və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə yaralanmış yaralıların ilkin tibbi yardımın göstərilməsindən, cərrahi əməliyyatlarında, reanimasiya tədbirlərindən və ondan sonrakı müalicəsində iştirak etmişdir. Iddiaçı İddiaçı Vətən müharibəsi zamanı Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində yerləşən N nömrəli hərbi hissədə döyüş əməliyyatlarının tibbi təminat üzrə tapşırıqlarını yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci abzaslarına istinad edərək aşağıda qeyd edilən qaydaları göstərmək istəyirik: - 10cu abzas - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 11-ci abzas - ## ######## 2020ci il tarixdən ## ###### 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. - 2-ci bəndə əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən N hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteram” adı və vəsiqəsi verilir: 1) 2020-ci il ########ın ##-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların dövüs təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteram” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. Işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan vəzifəsini icra etdiyi ərazi Ağcabədi rayonu Sarıcalı kəndində olmuşdur. Göründüyü kimi Ağcabədi rayonu Sarıcalı vasavıs məntəqəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki. iddiaçı dövüs əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının tibbi təminatları üzrə tapşırıqları yerinə yetirmiş və tibbi təminat üzrə tapşırığı yerinə yetirərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il ########ın ##-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin xüsusatlarını araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçının iddia tələbi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə yönəlmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən iddiaçı müharibə veteranı adının verilməsi üçün nəzərdə tutulmuş qanunvericilik tələblərinə cavab vermədiyindən onun barəsində müvafiq qərar qəbul edilməmişdir. Iddiaçı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə bilavasitə iştirak etməmiş, Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissədə tibbi təminat üzrə xidmət göstərmiş, həmin ərazi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında göstərilən ərazilərə aid olmadığından ona müharibə veteranı adının verilməsi üçün hüquqi əsas yaranmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə kollegiyası ümumilikdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq Əsasnaməyə əsasən mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunaraq müharibə veteranı verilir. Həmçinin müvafiq Əsasnamədə qeyd edilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Əsasnamənin 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən o halda verilir ki, həmin mülki şəxs yuxarıda göstərilən orqanların hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam edilmiş olsun. Iş materiallarından müəyyən edilir ki, iddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından N nömrəli hərbi hissəyə ezam edilmiş, həmin müddətdə Vətən müharibəsi zamanı yaralı hərbi qulluqçulara tibbi yardım göstərilməsi məqsədilə hərbi hissənin tərkibində xidmət etmişdir. Bu hal ##.##.2020-ci il tarixli *** nömrəli və ##.##.2020-ci il tarixli *** nömrəli əmrlərdən çıxarışlarla, ezamiyyət sənədləri, habelə hərbi hissənin məktubu ilə təsdiq olunur. Həmçinin Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı sənədləri Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən Komissiya tərəfindən araşdırılmış, onun sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. Sonradan verilmiş ##.##.2026-cı il tarixli məktubda da həmin sənədlərin yenidən razılaşdırılması məqsədilə Komissiya tərəfindən müsbət qərar qəbul edildiyi, lakin sənədlərin hələ də Nazirlər Kabinetinə göndərilmədiyi göstərilmişdir. Bu sənədlərdən göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının ezam olunmasını, hərbi hissənin tərkibində xidmət etməsini və tibbi təminat üzrə tapşırıqları yerinə yetirməsini mübahisələndirməmiş, əksinə həmin halları özü də rəsmi sənədlərlə təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində Əsasnamənin müddəalarını formal şəkildə şərh etmişdir. Belə ki, Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında yalnız döyüşlərdə silahla bilavasitə iştirak etmiş şəxslər deyil, həm də döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, eləcə də döyüş əməliyyatları aparan hərbi hissələrə həmin tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Tibbi təminat isə Əsasnamənin 2-ci bəndində döyüş əməliyyatlarının bütün təminat növlərindən biri kimi ayrıca göstərilmişdir. Buna görə də iddiaçının döyüş bölgəsində yaralı hərbi qulluqçulara tibbi yardım göstərməsi və həmin məqsədlə döyüş əməliyyatları aparan hərbi hissəyə ezam olunması onun yalnız döyüş bölgəsində silahla iştirak etmədiyi əsas gətirilərək müharibə veteranı statusundan məhrum edilməsinə səbəb ola bilməz. Iş materiallarına əlavə edilmiş N saylı hərbi hissənin komadiri tərəfindən təsdiq edilmiş R İddiaçı Vətən müharibəsində iştirakı haqqında yaradılmış komissiya tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli aktdan görünür ki, komissiya üzvləri 44 günlük Vətən müharibəsi zamanı R İddiaçı Silah Qüvvələrin Baş X2 rayonu Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəyə ezam olunduğu müddətdə Ağdam rayonu, Tərtər rayonu Suqovuşan qəsəbəsi, Çaylı kəndi və Ağdərə rayonu istiqamətində gedən döyşlərdə yaralanmış yaralıların cərrahi əməliyyatlarında və ondan sonrakı müalivə dövründə fəal iştirak emtişdir. Cavabdehin özü tərəfindən təqdim edilən arayış-məlumatdan görünür ki, iddiaçı N saylı hərbi hissəyə ezam olunmuş, ##.##.2020-ciil tarixdən ##.##.2020-ci il tarixədək ezamda olmuş, ezam zamanı döyüş əməliyyatlarının zamanı yaralıların qəbulu, çeçidlənməsi, ilkin cərrahi işlənməsində, dayaq-hərəkət orqanlarının yaralanmasına görə aparılmış cərrahi əməliyyatlarda, təxirəsalınmaz travmatoloji əməliyyatlarında ansetezioloq həkim kimi ağır xəstələrə reanimasiya və intensiv terapiya tədbirlərinin göstərilməsində və yaralıların təxliyyə olunmasında yaxından köməklik etmişdir. “Ezam olunan ərazilər” qrafasında isə Ağdam hərbi hospitalı, Tərtər rayonu Suqovuşan qəsəbəsi, Çaylı kəndi, Ağdərə rayonu, N nömrəli hərbi hissə komandirinin ##.##.2023-cü il tarixli *** nömrəli aktına əsasən, N nömrəli hərbi hissə komandirinin *** nömrəli ##.##.2024-cü il tarixli arayışına əsasən Tərtər rayonu Talış kəndi və Suqovuşan yaşayış məntəqəsi göstərilmişdir. ##.##.2020-ci il tarixdə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcə medalı ilə təltif edilmişdir. Bundan başqa iddiaçının ezam olunduğu N saylı hərbi hissə komandiri tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *** saylı arayışdan görünür ki, iddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə N nömrəli hərbi hissənin səyyar tibb qrupunun tərkibində Tərtər rayonununb Talış kəndi və Suqovuşan yaşayış məntəqələrində döyüş əməliyyatlarında ağır yaralanan hərbi qulluqçulara yerində ilkin tibbi yardım göstərmiş, həmçinin ağır yaralıların digər xəstəxana və hospitallara təxliyyə olunmasının həyata keçirilməsində fəal iştirak etmiş, döyüş təminatı üzrə tapşırıqları yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. Beləliklə, iş üzrə topanmış sübutların məcmuusu ilə iddiaçının Ağcabdi rayonu Sarıcalı qəsəbəsində yerləşən hərbi hospitala ezam olunmasına baxamayaraq səyyar tibb qrupunun tərkibində bilavasitə döyüş əməliyyatları gedən ərazilərdə olması, orada ağır yaralanan hərbi qulluqçulara yerində ilkin tibbi yardım göstərməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşr və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməlidir. IPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-896/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-896/2026
01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver