Məhkəmə qərarları › İş №2-1(3-8)-9/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-9/2026

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-9/2026 05.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(118)-2901/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aldığı xəsarətlə əlaqədar olaraq ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt ŞHK tərəfindən xx.xx.1994cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli məktubuna əsasən hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma diaqnoz: “Qapalı kəllə-beyin travması. Asteno-nevrotik vəziyyət” və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticəsi diaqnoz: “Asteno-nevrotik vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin xx.xx.2015-ci il tarixli 1916 saylı göndərişi, xx.xx.2015-ci il tarixli 1168 saylı arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, N saylı hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi xəstəlik tarixlərindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı xəsarətlərlə əlaqədar olaraq cavabdehə müraciət etməyinə baxmayaraq, cavabdeh orqan əlilliyin təyin olunmasından imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaşın əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********6). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS:3-17-4/3-1-14880/2023). Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 317-4/3-1-586/2024). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 513 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə beyin travması. Asteno-nevrotik vəziyyət' diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Müayinə zamanı nevroloji statusda kəllə-beyin-sinir tərəfindən ocaqlı patologiya izlənilməmiş, Romberqdə yüngül səndələmə, reflekslər normal çağırılmış, parez və iflic qeyd edilməmişdir. Əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra, vətəndaş xx.xx.2023cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnezində təsvir etdiyi tutmaların xarakteri epitutmalara xarakterik olmamış, əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkar edilməmiş, funksional sınaqları düzgün yerinə yetirmişdir. Medikamentoz preparatlardan Depakin və Furasemid qəbul etdiyini, hətta, 1994-cü ildən Furasemid qeydiyyatında olduğunu bildirmişdir. Psixi dəyişikliklər aşkar edilməmiş, dinamikada ağırlaşma izlənməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başaqrıları, qıcolma tutmalarından şikayətlənmiş, işdə dalaşdığı üçün Psixiatrik xəstəxanaya yönləndirildiyini bildirmişdir. Anamnezində 1994-cü ildən özünü xəstə hesab etdiyini bildirsə də, hərbi qərarı sonrakı dövrə aid olmuş, 2016-cı ildən əlillik təyinatı aparılmışdır. Medikamentoz preparatlardan gündə 3 dəfə Depakin 500 mq qəbul etdiyini söyləmişdir. Qıcolma tutmaları zamanı özündə olmadığını, tutmaların 20-25 saniyə davam etdiyini, tutmadan sonra bədəninin sol nahiyəsində keyimə, yerişində axsama olduğunu bildirmişdir. Vətəndaşın Maşinist, doğrama qurqusu/minerallar kimi əmək müqaviləsinin olması məlum olmuş, lakin özü psixi vəziyyəti ilə əlaqədar işdən qovulduğunu bildirmişdir. Psixi statusunda adekvat olmuş, koqnitiv fəaliyyətdə eniklik müşahidə edilməmiş, mühakimə qabiliyyəti saxlanılmış, şəxsiyyətin patoloji inkişafı izlənilməmiş, bununla bağlı şikayətlər (konfliktlər, əhval-ruhiyyə fonu, mühakimədə eniklik) bildirməmişdir. Hazırda əlilliyə səbəb olacaq psixi pozuntu izlənilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmaları, baş ağrıları, yuxusuzluqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında 2014-cü il tarixində avtoqəza keçirdiyini, bu hadisədən sonra psixiatrik şikayətlərinin başladığını, əsəbi olduğu zaman yaxınlarını tanımadığını, yaddaşının pozulduğunu, hissiyyatının itdiyini bildirmiş, medikamentoz preparatlardan “Depakin”, “Fenazepam” qəbul etdiyini, qıcolma tutmalarını 15-20 gündən bir baş verdiyini qeyd etmişdir. Nevroloji statusunda kəllə-beyin sinirləri tərəfindən patologiya müşahidə edilməmiş, yuxarı və aşağı ətraflarda sümüküstü və vətər refleksləri canlı alınmış D=S, əzələ gücü ətraflarda 5 (beş) bal olaraq dəyərləndirilmiş, əzələ tonusu norma daxilində olmuşdur. Koordinator sınaqları düzgün icra etmiş, Romberq vəziyyətində dayanıqlı olmuşdur. Əsəbləşdikdən sonra qıcolması olduğunu, ayda iki dəfə tutduğunu, aşağı ətraflarında yığılma olduğunu, dilinin şişməsi kimi təsvir etmişdir. Hal- hazırda başbeynin instrumental müayinə nəticəsində (EEQ) epiaktivlik aşkarlanmamışdır. Psixoloji statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı, ünsiyyətə həvəslə daxil olmuş, lakin xəstəlik barəsində şikayətləri formalaşdırıb təhlil edə bilməmişdir. “Depakin”, Fenazepam” qəbul etdiyini qeyd etmiş, emosional labil, təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsinə əsasən (KT) yaşla bağlı dəyişikliklər qeyd olunmuş, hal-hazırda aktiv əmək müqaviləsi mövcuddur. X3 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz "Qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət. Pentgenoloji patologiya aşkar edilmədi" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 4250 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, depressiv daxilolmalar, intihar fikirləri, funksional tutmalarla” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Bakı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12372740 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nizami Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli Baş beynin Nativ KT müayinəsinin nəticəsi “Hər iki alın paylarında, dərin periventrikulyar ağ maddə içərisində, səpələnmiş görümümdə 10-15 mm ölçülərdə qlioz ocaqlar. Gicgah paylarında Silvian fissurlarda mülayim genişlənmələr. Sağ beyin yarımkürəsində xroniki mikrovaskulyar işemik dəyişikliklər” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nizami Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Fon yazısında beta ritmin üstünlüyü ilə şərtlənən fragmental 11-12Hz, 25mk.v alfa ritm izlənilir. Aktivasiya reaksiyası çox zəifdir. Beyin gabığının bioelektrik aktivliyi yüksək ifadə olunur. Fon mənzərə paroksizmallığa meyillidir” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərarı mübahisələndirməmişdir. Həmin qərarı mübahisələndirməklə əlaqədar iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Vətəndaş barəsində xx.xx.2024-cü il tarixli qəbul edimiş qərar ona ********** nömrəli mobil telefona SMS bildiriş vasitəsilə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 513 saylı qərarına əsasən Sumqayıt ŞHK tərəfindən xx.xx.1994-cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006cı il tarixli məktubuna əsasən hərbi qeydiyyata görürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma diaqnoz: “Qapalı kəllə-beyin travması. Asteno- nevrotik vəziyyət” və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticəsi diaqnoz: “Asteno-nevrotik vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər İdarəsinin xx.xx.2015- ci il tarixli 1916 saylı göndərişi, xx.xx.2015-cı ıl tarixli 1168 saylı arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi) N saylı hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixlərindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR.” Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, xoşxassəli kəllədaxili hipertenziya, epilepsiya, qıcolma sindromu (ayda 4-5 dəfə), vestibulo-beyincik ataksiyası, yerişin pozulması ilə, üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, depressiv daxilolmalar, intihar fikirləri, funksional tutmalarla. 20 sentyabr 2024-cü il tarixli 3-17-4/3-3-6803/2024 saylı Qərar əsasında diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2366 saylı məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 1067 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar olunur. - Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Xoşxassəli kəllədaxili hipertenziya. Epilepsiya. Qıcolma sindromu (ayda 4-5 dəfə). Vestibulo-beyincik ataksiyası, yerişin pozulması ilə. Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, depressiv daxillolmalar, intihar fikirləri, funksional tutmalarla. Cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T659/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı "Sumqayıt Psixiatriya Xəstəxana”sı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, N00197595RZD nömrəli Forma TQS №-088 göndərişdə XBT 10 kodu ilə qeyd edilən Əsas diaqnoz: G93.8-baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, sonrakı vəziyyət. Ağırlaşmalar: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, depressiv daxilolmalar, intihar fikirləri, funksional tutmalarla. Yanaşı xəstəliklər: G40epilepsiya, qıcolma sindromu (ayda 4-5 dəfə təkrarlanır). R26-hərəkətin və yerişin pozulmaları, vestibulo beyincik ataksiyası, yerişin pozulması ilə, G93.2-xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya” diaqnozu ona stasionarda anamnestik. klinik və laborator instrumental müayinələri nəticəsində qoyulmuşdur. “Sumqayıt Tibb Mərkəzi”ndə tərtib edilmiş 5484M489 saylı xəstəlik tarixinin çıxarış epikrizindən görünür ki, İddiaçı 22.08-xx.xx.2025-ci il tarixlərdə “Partlayış travması nəticəsində qapalı kəllə-beyin travması, beyin silkələnməsinin qalıq əlamətləri(1994), posttravmatik ensefalopatiya, teztez təkrarlanan epileptik qıcolma tutmaları ilə (şöbədə 5 dəfə), vertebrobazilyar çatmamazlıq, kortikal atrofiya, hipertoniya xəstəliyi İİİ dərəcə, hipertonik ensefalopatiya, asteno-nevrotik sindrom, postkontuzion sindrom (T90.5, G93.8. G40.3, G45.0, G31.0, İ10, İ67.4, F48.0, F07.2)” diaqnozu qoyulmuşdur. Diaqnoz instrumental müayinə üsulları ilə təsdiq edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Yuxarıda qeyd edilən diaqnozlar ümumən eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(118)-2901/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi xx.xx.2024-cü il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazını belə təhrif edərək, guya etiraz şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı ilk dəfə 09 fevral 2016-cı il tarixində TSEK-də müayinədən keçmiş və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, 26 fevral 2021-ci il tarixdə. 01 iyun 2021-ci il tarixdə, 16 mart 2022-ci il tarixdə, 15 aprel 2023-cü il tarixdə, 20 oktyabr 2023-cü il tarixdə əlillik təyin edilməsindən imtina olunmuşdur. Daha sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli, N00197595RZD nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu –G93.8 “Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri”, ağırlaşmaları: T90.5 “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət“, F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, depressiv daxilolmalar, intihar fikirləri, funksional tutmalarla”, yanaşı xəstəlikləri: G40 “Epilepsiya, qıcolma sindromu (ayda 4-5 dəfə təkrarlanır)”, R26 “Hərəkətin və yerişin pozulmaları, vestibulo beyincik ataksiyası yerişin pozulması ilə”, G93.2 “Xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 513 saylı qərarından görünür ki, Sumqayıt ŞHK tərəfindən xx.xx.1994-cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli məktubuna əsasən hərbi qeydiyyata görürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə-beyin travması. Asteno- nevrotik vəziyyət” və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticəsi diaqnoz: “Asteno-nevrotik vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər İdarəsinin xx.xx.2015-ci il tarixli 1916 saylı göndərişi, xx.xx.2015-cı ıl tarixli 1168 saylı arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi) N saylı hərbi hissədən verilmiş xx.xx.1994cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixlərindən çıxarışlar, MN MHHK-nın həkimmütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR.” Eləcə də Həkim Psixiatr komissiyasının 15 aprel 2024-cü il tarixli, 4276 nömrəli rəyindən görünür ki, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi. Depressiv daxilolmalar, intihar fikirləri, funksional tutmalarla F07.0. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-2901/2025 nömrəli, 07 mart 2025-ci il tarixli qərardadı ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 1067 nömrəli, 08 aprel 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar olunur. - Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Xoşxassəli kəllədaxili hipertenziya. Epilepsiya. Qıcolma sindromu (ayda 4-5 dəfə). Vestibulo-beyincik ataksiyası, yerişin pozulması ilə. Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, depressiv daxillolmalar, intihar fikirləri, funksional tutmalarla. Cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” müəyyən edilir. Daha sonra Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2901/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T659/2025 nömrəli, 09 sentyabr 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı "Sumqayıt Psixiatriya Xəstəxana”sı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, N00197595RZD nömrəli Forma TQS №-088 göndərişdə XBT 10 kodu ilə qeyd edilən Əsas diaqnoz: G93.8-baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, sonrakı vəziyyət. Ağırlaşmalar: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, depressiv daxilolmalar, intihar fikirləri, funksional tutmalarla. Yanaşı xəstəliklər: G40-epilepsiya, qıcolma sindromu (ayda 4-5 dəfə təkrarlanır). R26-hərəkətin və yerişin pozulmaları, vestibulo beyincik ataksiyası, yerişin pozulması ilə, G93.2-xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya” diaqnozu ona stasionarda anamnestik. klinik və laborator instrumental müayinələri nəticəsində qoyulmuşdur. “Sumqayıt Tibb Mərkəzi”ndə tərtib edilmiş 5484M489 saylı xəstəlik tarixinin çıxarış epikrizindən görünür ki, İddiaçı 22.08-xx.xx.2025-ci il tarixlərdə “Partlayış travması nəticəsində qapalı kəllə-beyin travması, beyin silkələnməsinin qalıq əlamətləri(1994), posttravmatik ensefalopatiya, teztez təkrarlanan epileptik qıcolma tutmaları ilə (şöbədə 5 dəfə), vertebrobazilyar çatmamazlıq, kortikal atrofiya, hipertoniya xəstəliyi İİİ dərəcə, hipertonik ensefalopatiya, asteno-nevrotik sindrom, postkontuzion sindrom (T90.5, G93.8. G40.3, G45.0, G31.0, İ10, İ67.4, F48.0, F07.2)” diaqnozu qoyulmuşdur. Diaqnoz instrumental müayinə üsulları ilə təsdiq edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Yuxarıda qeyd edilən diaqnozlar ümumən eynilik təşkil edir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və ekspert rəyi ilə öz təsdiqini tapmış xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Meyarların 7.6.2.1-ci və 6.7.3-cü bəndlərinə uyğun olaraq) əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Eləcə də cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2024-cü il tarixli, N00197595RZD nömrəli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – G93.8 “Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri”, ağırlaşmaları: T90.5 “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət“, F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, depressiv daxilolmalar, intihar fikirləri, funksional tutmalarla”, yanaşı xəstəlikləri: G40 “Epilepsiya, qıcolma sindromu (ayda 4-5 dəfə təkrarlanır)”, R26 “Hərəkətin və yerişin pozulmaları, vestibulo beyincik ataksiyası yerişin pozulması ilə”, G93.2 “Xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 1067 nömrəli, 08 aprel 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar olunur. Eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T659/2025 nömrəli, 09 sentyabr 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki,İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı "Sumqayıt Psixiatriya Xəstəxana”sı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, N00197595RZD nömrəli Forma TQS №-088 göndərişdə XBT 10 kodu ilə qeyd edilən Əsas diaqnoz: G93.8-baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, sonrakı vəziyyət. Ağırlaşmalar: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, depressiv daxilolmalar, intihar fikirləri, funksional tutmalarla. Yanaşı xəstəliklər: G40-epilepsiya, qıcolma sindromu (ayda 4-5 dəfə təkrarlanır). R26-hərəkətin və yerişin pozulmaları, vestibulo beyincik ataksiyası, yerişin pozulması ilə, G93.2-xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya” diaqnozu ona stasionarda anamnestik. klinik və laborator instrumental müayinələri nəticəsində qoyulmuşdur. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Beləliklə də, müvafiq göndəriş zamanı iddiaçıya qoyulmuş müvafiq diaqnozlu xəstəliklərin hazırda da davam etməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının əlilliyinə əsas olmuş xəstəliklər ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliklərin mövcudluğunun təsdiqini tapması onun tələbində haqlı olduğunu müəyyən edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Beləliklə də, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşıyır. Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2024-cü il tarixdən təyin edilməlidir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(118)-2901/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar