Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-902/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Cabbarova Gülnar İnqilab qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı Bağıyev İlham Qurbanəli oğlu və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bağıyev İlham Qurbanəli oğlunun cavabdeh Cavabdeh qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı Bağıyev İlham Qurbanəli oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, * nömrəli evin * nömrəli mənzili ilə bağlı kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 3, ümumi sahəsi, 38.04 kv.metr olan * nömrəli mənzil X3 həmkarlar təşkilatının ##.##.1990-cı il tarixli iclas protokoluna və order əsasında növbə üzrə mərhum X22 və ailə üzvlərinə verilmişdir. ASAN Sumqayıt tərəfindən verilmiş 2№-li forma arayışdan göründüyü kimi iddiaçı daxil olmaqla ailə üzvləri həmin mənzildə daimi qeydiyyatdadırlar. *** saylı MKİS tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı və ailə üzvləri 1990-cı il tarixindən həmin mənzildə yaşayır. Eyni zamanda *** saylı MKİS tərəfindən verilmiş şəxsi hesab vərəqindən də görünür ki, mənzil 1990-cı ildə iddiaçıya məxsus olmuş və həmin mənzildə yaşayırlar. İddia ərizəsinə əlavə olunmuş ölüm haqqında şəhadətnamələrdən göründüyü kimi atası X22 və anası X18 ölmüşlər. *** saylı MKİS tərəfindən tərtib edilmiş mənzilin eskiz lahiyəsi iddiaçıya təqdim olunmuşdur. DƏDRX-nin * saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının adına daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. İddiaçı və ailə üzvlərinin yeganə yaşadığı mənzil sözügedən mənzildir. Mənzildə qeydiyyatda olan, yetkinlik yaşına çatan şəxslər X4, X5, X23, X2, X6, X12, X7, X24 mənzilə dair onunla daimi mənzil kirayə müqaviləsi bağlanmasına etiraz etməmişlər. Qeyd olunan binada yalnız iddiaçı mənzilə dair mülkiyyət hüququ əldə edə bilməmişdir. Buna səbəb kimi mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın olmaması və həmin sərəncamın əldə edilməsi üçün etmiş olduğu cəhdlərin mümkünsüz olması olmuşdur. İddia ərizəsinə əlavə etmiş olduğu hüquqmüəyyənedici sənədlər əsasında cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı Departamentinə və Departamentin tabeliyində olan iddia ərizəsi üzrə üçüncü şəxs * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüfatı Birliyinə müraciət edərək mənzilə dair iddiaçı ilə mənzil kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə imtina məktubu verilərək mənzilə dair order və müvafiq sənədlərin olmadığı göstərilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Cavabdeh imtinasında qeyd etmişdir ki, yaşayış sahəsinə dair münasibətlərin yarandığı zaman qüvvədə olan mənzil qanunvericiliyinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsinin verilməsi təsbit edilmişdir. Belə ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsinin siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq verilməsi müəyyən edilmiş, idarə mənzil fondu evlərində isə yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin təşkilatın, müdüriyyətin və həmkarlar ittifaqı komitəsinin rayon XDS icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. Həmin qərar əsasında yerli İcra Hakimiyyəti orqanı tərəfindən vətəndaşa order verilir və bu order yaşayış sahəsinə keçmək üçün yeganə əsas hesab edilir. Qanunvericiliyə uyğun olaraq mənzilin istifadəyə verilməsi barədə order təqdim edilmədiyindən təmin etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: ##.##.1990-cı il tarixli orderə əsasən ünvan 1 X22 və ailə üzvlərinə verilmişdir. X19 Həmkarlar Təşkilatının ##.##.1990-cı il tarixli protokol qərarından görünür ki, Xırdalan 25-ci məhəllə, * saylı binanın 3-cü mərtəbəsi * saylı mənzili sahəsi 38.04 kv.m-dən ibarət olan ev uzun müddət karxanada işləyən və ev mənzil növbəsi əsasında olan X22 ailəsi ilə birlikdə verilmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş razılıq ərizələrindən görünür ki, X8, X13, Bağıyev İlham Qurbanəli oğlu, X4, X16, X23, X2, X6, X24 rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 3, mənzil 5 ünvanında yerləşən mənzilin Bağıyev İlham Qurbanəli oğlunun adına kirayə müqaviləsinin bağlanmasına etiraz edilməmişdir. AZ-II 402265, AZ-II ****** saylı ölüm haqqında şəhadətnamələrdən görünür ki, X22 ##.##.2024-cü il tarixdə, X18 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, * nömrəli binada yerləşən mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. 3 ədəd mənzilə dair sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999- cu il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş siyahı üzrə əvvəllər "xxxx" Dövlət Şirkətinə məxsus olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 ünvanında yerləşən beşmərtəbəli yataqxana binası balansa qəbul edilmiş, həmin bina və orada yerləşən * saylı mənzil * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsəttüfatı Birliyinin balansındadır. Bina balansa qəbul edilərkən mənzilə dair hüquqmüəyyənedici sənəd (order, qərar, protokol və sair) təhvil verilməmişdir. Cavabdeh tərəfindən həmin binada yerləşən heç bir mənzilə dair hər hansı şəxsin adına mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" ## #### 2007-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisindən kənarda yerləşən qeyd edilən yataqxana binasının ərazi aidiyyəti üzrə istismarının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Abşeron Rayon İcra Hakimiyyətinin balansına verilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin ##.##.2026-cı il tarixli *-**-**-**/*-**/**** saylı məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25ci məhəllə, * saylı ev Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı və Cavabdeh ##.##.2007-ci il tarixli, ** saylı Sərəncamına əsasən * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Həmin bina balansa qəbul edilən zaman mənzillər barədə heç bir sənəd təhvil verilməmişdir. Hal-hazırda həmin ünvanda yaşayan sakinlərin heç birisi ilə kirayə müqaviləsi bağlanılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, * nömrəli evin * nömrəli mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Cavabdeh həvalə edilməsi qərara alınmışdır (hakim Aynur Axundova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş siyahı üzrə əvvəllər "xxxx" Dövlət Şirkətinə məxsus olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 ünvanında yerləşən beşmərtəbəli, 2 girişli, 40 mənzilli yaşayış binası dövlət mənzil fonduna daxil edilməklə balansa qəbul edilmiş və hazırda * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bina balansa qəbul edilərkən mənzilə dair hüquqmüəyyənedici sənəd (order, qərar, protokol və sair) təhvil verilməmişdir. Cavabdeh tərəfindən həmin binada yerləşən heç bir mənzilə dair hər hansı şəxsin adına mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməmişdir. İş materiallarına əlavə edilmiş, keçmiş Abşeron rayon XDS-nin icrayiyyə komitəsinin ##.##.1990-cı il tarixli, *** saylı qərarı ilə verilmiş ##.##.1991-ci il tarixli, *** saylı orderə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən * saylı evin, yaşayış sahəsi 37,04 kv.metr olan 3 otaqlı * saylı mənzil X9 4 nəfər ailə üzvü ilə (özü, arvadı-X17, oğlu- X10 və qızı-X14) verilmişdir. ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan aydın olur ki, İ.Q.Bağıyevin iddia ərizəsində qeyd etdiyi * saylı mənzil vətəndaş X17 xüsusi mülkiyyətindədir. Məhkəmə tərəfindən bu məsələ hərtərəfli, obyektiv və tam şəkildə araşdırılmadan, özgənin mülkiyyətində olan mənzilə dair İ.Q.Bağıyevlə kirayə müqaviləsinin bağlanması barədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. ## ####### 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 36-cı maddəsi ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsinin siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq verilməsi təsbit edilmişdir. Mənzil Məcəlləsinin 37-ci maddəsinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatda uçotunun vəziyyətinə yerli xalq deputatları sovetinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. Bu Məcəllənin 50-ci maddəsinə görə, ölkə ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını müvafiq icra hakimiyyəti orqanı (keçmiş Nazirlər Soveti) təsdiq etmişdir. Qanunvericiliyə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon XDS icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. Həmin qərar əsasında yerli icra hakimiyyəti orqanı tərəfindən vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Order blankları ciddi hesabat sənədidir. ## ####### 1983-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları"nın 4-cü hissəsi ilə orderin forması və verilməsi qaydası təsdiq edilmişdir. Həmçinin, "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları"nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil novbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə uyğun sənədlər iddiaçı Bağıyev İlham Qurbanəli oğlu tərəfindən təqdim edilməmiş və onun yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanması barədə müraciəti Cavabdeh daxil olmamışdır. Həmin qərar çıxarılarkən məhkəmə maddi hüquq normalarını kobud şəkildə pozaraq düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir. b) İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 3, ümumi sahəsi, 38.04 kv. metr olan * nömrəli mənzil X3 həmkarlar təşkilatının ##.##.1990-cı il tarixli iclası protokoluna və order əsasında növbə üzrə iddiaçının atası mərhum X22 və ailə üzvülər olaraq onlara verilmişdir. ASAN-Sumqayıt tərəfindən verilmiş 2№-li forma arayışdan göründüyü kimi iddiaçı da daxil olmaqla ailə üzvləri həmin mənzildə daimi qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi rayonu *** saylı MKİS tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı və ailə üzvləri 1990-cı il tarixindən həmin mənzildə yaşayır. Eyni zamanda *** saylı MİKS tərəfindən verilmiş şəxsi hesab vərəqindən də görünür ki, mənzil 1990-cı ildə iddiaçının mərhum atasına məxsus olmuş və iddiaçı da daxil olmaqla adları siyahıda göstərilən ailə üzvləri həmin mənzildə yaşayırlar. Mənzildə qeydiyyatda olan, yetkinlik yaşına çatan iddiaçının yaxın qohumları X4, X5, X23, X2, X11, X12, X7, X24 mənzilə dair iddiaçı ilə daimi mənzil kirayə müqaviləsi bağlanmasına etiraz etməmişlər. Apellyasiya şikayətində gstərilən birinci arqument binanın balansa qəbul edilərkən mənzilə dair hüquqmüəyyənedici sənəd (order, qərar, protokol və sair) təhvil verilməmişdir. Cavabdeh tərəfindən həmin binada yerləşən heç bir mənzilə dair hər hansı şəxsin adına mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməmişdir. Qeyd edilir ki, sözügədən bina Abşeron rayonu, Xırdalan şəhərində yerləşsə də, həmin bina Bakı şəhəri Mənzil Koomunal Təsərüfat Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Mənzil mərhum atasına verilərkən mənzilin verilməsinə dair protokol, order və s. sənədlər Bakı şəhəri Binqədi rayonu *** saylı MKİS-nə təhvil verilmiş və həmin sənədlər MİKS-də saxlanılır. Mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə uyğun sənədlər iddiaçı Bağıyev İlham Qurbanəli oğlu tərəfindən təqdim edilməmiş və onun yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanması barədə müraciəti Cavabdeh daxil olmamışdır. Halbuki cavabdeh tərəfindən idiaçıya verilmiş Bakı şəhəri Mənzil Kommunal Təsərüfatı Departamentinin * saylı XTMKTB-nin imtina məktubunundan görünür ki, iddiaçı mənzil kirayə müqaviləsinin bağlanması üçün ilk əvvəl cavabdeh Bakı şəhəri Mənzil Kommunal Təsərüfatı Departamentinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh ərizəyə baxılmasını Bakı şəhəri Mənzil Kommunal Təsərüfatı Departamentinin * saylı XTMKTB-nə göndərmiş və imtina məktubu verilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin # #### 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və # ####### 2009-cu il tarixədək qüvvədə olan): Maddə 5. Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Maddə 44. Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 83. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Maddə 85. İcarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, * nömrəli evin * nömrəli mənzili ilə bağlı kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. Belə ki, mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin # #### 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və # ####### 2009-cu il tarixədək qüvvədə olmuş) dövlət mənzil fondundan yaşayış sahələrinin verilməsi, həmin yaşayış sahələrindən istifadə hüququnun həyata keçirilməsi və yaşayış sahəsinə dair icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən etmişdir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin və dövlət idarəetmə orqanlarının ixtiyarında olmuşdur. Məcəllənin 10-cu maddəsinə görə isə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Göründüyü kimi Azərbaycan SSR vətəndaşları dövlət və ictimai mənzil fondunda yaşayış sahəsi almaq hüququna malik olmuş, həmin yaşayış sahələri onlara müddətsiz istifadə üçün verilmişdir. Bu isə onu deməyə əsas verir ki, mübahisəli dövrdə qüvvədə olan qanunvericilik normaları bununla dövlət mənzil fondunda yaranan yaşayış hüququnun daimi xarakter daşıdığını və yalnız qanunda nəzərdə tutulmuş əsaslarla dəyişdirilə və ya məhdudlaşdırıla biləcəyini müəyyən etmişdir. Məcəllənin 44-cü maddəsinə əsasən dövlət mənzil fondundan yaşayış sahəsinin vətəndaşlara verilməsi müvafiq icraiyyə komitəsinin qərarı ilə həyata keçirilmiş, 48-ci maddəyə əsasən isə həmin qərar əsasında verilən order yaşayış sahəsinə köçmək üçün yeganə hüquqi əsas hesab olunmuşdur. Sözügedən məcəllənin sistemli təhlili göstərir ki, qanunverici yaşayış sahəsindən istifadə hüququnu yalnız orderdə adı göstərilən şəxslə məhdudlaşdırmamışdır. Əksinə, 53-cü maddə ilə icarədarın ailə üzvlərinə müstəqil hüquqi status verilmişdir. Belə ki, sözügedən maddədə qeyd edilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Eyni zamanda Məcəllənin 54-cü maddəsi müəyyən edir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bundan başqa, Məcəllənin 83-cü maddəsi yaşayış sahəsinin icarə müqaviləsinin dəyişdirilməsinin ümumi qaydasını müəyyən etmiş, 85-ci maddə isə bu qaydanın xüsusi halını tənzimləyərək icarədarın ailə üzvünə əvvəl bağlanmış icarə müqaviləsinin onun adına dəyişdirilməsini tələb etmək hüququ vermişdir. İcarədarın vəfat etdiyi halda isə bu hüquq onun ailə üzvlərinin hər birinə məxsus olur. Həmin normaların məzmunundan aydın görünür ki, qanunverici ailə üzvünün hüququnun yaranmasını onun adına ayrıca orderin verilməsi ilə şərtləndirməmişdir. Əksinə, ailə üzvünün bu hüququ ilkin order əsasında yaranmış yaşayış münasibətlərindən və ailə üzvü statusundan irəli gəlir. Hazırkı iş üzrə də müəyyən edilmişdir ki, ## #### 1990-cı il tarixli order əsasında ünvan 1 X22 və ailə üzvlərinə verilmişdir. İş materiallarında olan şəxsi hesab vərəqəsi də həmin mənzil üzrə məhz X22 adına açıldığını və onun həmin yaşayış sahəsinin qanuni icarədarı olduğunu təsdiq edir. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, iddiaçı uzun illərdir ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsində qeydiyyatdadır, faktiki olaraq orada yaşayır və bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Bundan əlavə, iş materiallarında olan notariat qaydasında təsdiq edilmiş razılıq ərizələrindən görünür ki, mənzildə yaşayan digər ailə üzvləri mübahisəli yaşayış sahəsinə dair sosial kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına etiraz etməmiş, əksinə, buna açıq razılıqlarını ifadə etmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin yaşayış sahəsində daimi yaşaması, ailə üzvü statusuna malik olması, digər ailə üzvlərinin razılığının mövcudluğu və yaşayış sahəsindən uzun müddət fasiləsiz istifadə etməsi iş üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Cavabdeh isə iddiaçının müraciətini yalnız onun adına order təqdim edilməməsi ilə əsaslandıraraq təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu mövqeyi qanunun mahiyyətinə uyğun deyildir. Belə ki, order yalnız yaşayış sahəsinə ilkin köçürülmənin hüquqi əsasıdır. Sonrakı mərhələdə yaranan ailə üzvlərinin hüquqları isə birbaşa qanundan irəli gəlir. Buna görə də ailə üzvünün icarə müqaviləsinin öz adına dəyişdirilməsi hüququnun həyata keçirilməsi onun adına ayrıca orderin mövcudluğundan asılı hesab edilə bilməz. Əlavə olaraq da hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. - 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, həm əvvəl qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 85-ci maddəsi, həm də hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 81.2-ci maddəsi eyni hüquqi konsepsiyanı ifadə edir. Hər iki norma yaşayış sahəsində qanuni əsaslarla yaşayan ailə üzvünün hüquqlarının davamlılığını təmin edir və onun ilkin kirayəçinin əvəzinə sosial kirayə münasibətlərinin tərəfi olmasına hüquqi təminat verir. Bu səbəbdən cavabdehin yalnız iddiaçının adına orderin olmamasına istinad etməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsinin nəticəsidir. Cavabdeh iddiaçının ailə üzvü statusunu, faktiki yaşayışını, uzunmüddətli qeydiyyatını və digər ailə üzvlərinin razılığını təkzib edən heç bir mötəbər sübut təqdim etməmişdir. Kollegiya əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan aydın olur ki, İ.Q.Bağıyevin iddia ərizəsində qeyd etdiyi * saylı mənzil vətəndaş X17 xüsusi mülkiyyətindədir. Məhkəmə tərəfindən bu məsələ hərtərəfli, obyektiv və tam şəkildə araşdırılmadan, özgənin mülkiyyətində olan mənzilə dair İ.Q.Bağıyevlə kirayə müqaviləsinin bağlanması barədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Kollegiya həmin dəlili əsassız hesab etməklə qeyd edir ki, iş materiallarına əlavə edilmiş * saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən tərtib olunan ## #### 2026cı il tarixli, ** nömrəli aktdan göründüyü kimi istinad olunan ünvanlar fərqlidir. Belə ki, həmin aktda qeyd edilmişdir ki, mərhum X20 order əsasında verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, bina 3, mənzil 5 order əsasında X9 verildiyi və hal-hazırda X17 mülkiyyətində olan bina nömrəsi və mənzil nömrəsi eyni ünvan kimi göstərilsə də, əsl həqiqətdə göstərilən binaların yerləşdiyi ünvanlar fərqli ərazilərdə (ünvanlarda) yerləşir. Belə ki, mərhum X20 məxsus order əsasında Xırdalan şəhəri, 25-ci məhəllə, bina 3, mənzil 5 ünvanı hal-hazırdakı ünvanı Abşeron rayon Xırdalan şəhəri, 25-ci məhəllə, Nizami küçəsində yerləşir. Order əsasında X9 verilmiş və hal-hazırda X17 məxsus Xırdalan şəhəri, 25-ci məhəllə, B-3, mənzil 5 ünvanı isə Xırdalan şəhəri, 25-ci məhəllə, M.Hüseynzadə küçəsi, B-3, mənzil 5 ünvanında yerləşir. * saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən təqdim olunan ## #### 2026-cı il tarixli, ** nömrəli məlumatdan görünür ki, Xırdalan şəhəri * saylı MTİİTS-nın xidməti ərazisində 25-ci məhəllədə 2 binanın nömrələri və mənzil nömrələri eynidir. Hər iki bina * nömrəli binadır, ayrı-ayrı küçələrdə yerləşir. M.Hüseynzadə küçəsi, 25-ci məhəllə, bina 3, mənzil 5 ünvanına tərəflərindən baxış keçirildi. Bina 3, Xırdalan şəhər * saylı MTİİTS-nın balansındadır. Mərhum X9 məxsus olan, M.Hüseynzadə küçəsi, bina 3, mənzil 5 ünvanı hal-hazırda mərhumun həyat yoldaşı X17 məxsusdur. 25-ci məhəllə ünvan 2 ünvanı mərhum X33 məxsusdur. Göstərilən B-3, Xırdalan * saylı MTİİTS-nın balansında deyil. Xidməti ərazilərində olduğu üçün bina sakinlərinə xidmət göstərilir. İddiaçı Bağıyev İlham Qurbanəli oğlunun yaşadığı Nizami küçəsi, B- 3, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatının balansındadır. Eləcə də məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi də izahatında bildirmişdir ki, söhbət tamamilə fərqli ünvanlarda yerləşən mənzillərdən gedir. Cavabdehin istinad etdiyi və təqdim etdiyi order çıxarışında göstərilən mənzil Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Mehdi Mehdizadə küçəsində yerləşir. İddiaçıya məxsus mənzil isə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, Nizami küçəsində yerləşir. Buna görə də həmin order çıxarışının iddiaçıya məxsus mənzilə aid edilməsi hüquqi və faktiki baxımdan mümkün deyildir. Bildirir ki, sözügedən iki bina arasında təxminən 300–400 metr məsafə mövcuddur və onlar fərqli ünvanlarda yerləşirlər. Mənzil-istismar sahəsinə müraciət etdiyi zaman həmin şəxsin çıxarış aldığı halda ünvanını dəyişməmə səbəbini soruşmuşdur. Ona izah edilmişdir ki, ünvanın dəyişdirilməsi üçün təxminən 130–140 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin şəxs bu rüsumu ödəmədiyinə görə ünvan dəyişikliyi həyata keçirilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli yaşayış sahəsinə dair sosial kirayə müqaviləsinin iddiaçının adına bağlanması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi və faktiki şərtlər mövcuddur. Cavabdehin imtinası yalnız formal əsaslara söykənir, qanunun məqsədinə və mahiyyətinə uyğun gəlmir, iddiaçının qanunla təmin edilmiş hüquqlarının həyata keçirilməsinə əsassız maneə yaradır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-902/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-902/2026
30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver