Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-904/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv olunması, əvvəlki pensiya məbləğinin bərpa olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv olunması, əvvəlki pensiya məbləğinin bərpa olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları “Əmək pensiyasının yenidən hesablanması”na dair ##.##.2025-ci tarixli, 3-17-1/3-3- *****/**** nömrəli qərarından görünür ki, iddiaçıya əmək pensiyasının yenidən hesablanması və 603.17 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubdan görünür ki, barənizdə ## ######## 2025-ci il tarixindən inzibati icraat başlanıb. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən müraciətiniz əsasında # #### 2022-ci il tarixindən əmək pensiyanız yenidən hesablanaraq 420,81 manat (Qanunun 26.4-cü maddənin tələbləri və illər üzrə indeksləşdirilmələr nəzərə alınmaqla hazırda 603,17 manat) məbləğində müəyyən edilməli olduğu halda, 534,46 manat məbləğində müəyyən edildiyi aşkar olunub. Sizə ## #### 2022-ci ii tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyanız yenidən hesablanarkən, fərdi hesabınızın sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 156 aya (65 il-58 il =84 ay+ (144 ay-72 ay)) bölünməli olduğu halda, 72 aya bölünüb. Göstərilənlərlə əlaqədar, əmək pensiyanızın növbəti aydan etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 603,17 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “##.##.2025-ci il tarixədək ona ödənilən əmək pensiyasının məbləğinin azadılmasında və hazırda ödənilən pensiya məbləğindən tutulma aparılmasında ifadə olunan hərəkətlərinin qanunsuz hesab olunmasına, ##.##.2025-ci il tarixinədək ona ödənilən məbləğin (759.82 manat) bərpa olunmasına və pensiya məbləği bərpa olunana qədər əskik ödənilmiş məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin onun əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, 3-17-1/3-3- *****/**** nömrəli qərarının ləğv olunması, əvvəlki hesabat qaydasının bərpa olunması və pensiya məbləği bərpa olunana qədər əskik ödənilmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1964-cü il tarixdə anadan olmuşdur. Hal-hazırda hər ayın 22-i əmək pensiyası alır və əmək pensiyasının məbləği 759.82 manat təşkil edir. Sonuncu dəfə ##.##.2025-ci il tarixdə həmin məbləği almışdır. Cavabdeh təşkilat ona ##.##.2025-ci il tarixli məktubunu göndərərək bildirmişdir ki, 26.09.205- ci il tarixdən inzibati icraat başlanmışdır və bu icraatın gedişindən müəyyən edilib ki, ##.##.2022-ci il tarixdə ona əmək pensiyası yenidən hesablanarkən cavabdeh təşkilat tərəfindən səhvə yol verilmiş və artıq hesablanmaya yol verilmişdir. Buna görə də bildirilmişdir ki, növbəti aydan etibarən əmək pensiyası 603,17 manat məbləğinə azaldılacaq. Cavabdeh təşkilatın əməlləri tam qanunsuz və əsassızdır. Pensiyanın yenidən hesablanması ilə bağlı cavabdeh təşkilata müraciət olmamışdır. Bu məsələ ilə bağlı inzibati icraatın başlanması barədə ümumiyyətlə məlumat verilmir. Fondun apardığı yoxlamaların nədən ibarət olması, hüquqi əsasları və ona aidiyyatı barədə qeydlər aparılmamışdır. Həmçinin qanunsuz və qondarma inzibati icraat zamanı guya hansısa səhvlərin aşkar edilməsinin vətəndaş olaraq heç bir aidiyyatı yoxdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı imtina məktubuna uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın gətirdiyi arqumentlər məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, inzibati orqanını hərəkətləri qanuni olmuşdur. Iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmasına dair qayda tətbiq edilməlidir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin qərarında iddia tələbinin nəyə görə təmin edilməməsi ilə bağlı əsaslandırma hissəsi ümumiyyətlə başadüşülən deyil. Məhkəmə bu işlərlə bağlı məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədi ilə çıxarılmış Ali Məhkəməsinin Plenumunun ##.##.2026-cı il tarixli qərardadına əsaslanmış və məhkəmə təcrübəsinin kökündən dəyişməsi ilə əlaqədar yeni təcrübə əsasında onun iddia tələbini rədd etmişdir. Çünki həmin qərardadda qeyd edilir ki, bu qərardadın hüquqi nəticəsi həmin vaxtı birinci instansiya məhkəməsində baxılmaqda olan işlərə də aiddir. Məhkəmə birbaşa həmin qərardada əsaslanmasa da, əsaslandırmanın mahiyyətindən belə başa düşülür ki, həmin qərardada istinad olunmaqla iddia tələbi rədd edilmişdir. Mövcud təcrübənin dəyişilməsi ilə əlaqədar onun mübahisə üzrə ##.##.2017-ci tarixdən ##.##.2022-ci il tarixinədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 45.2-ci maddəsinin tətbiq olunmasını düzgün hesab etmir. Belə ki, həmin qanunvericliyin normasının qüvvəyə mindiyi ##.##.2017-ci il tarixdən əvvəl yəni, ##.##.2016-cı il tarixdə pensiyaya çıxmışdır. Əmək pensiyanın yenidən hesablanması ilə bağlı qərar da ##.##.2025-ci il tarixli olmaqla həmin Qanunvericiliyin normasının qüvvədə olma tarixindən sonraya aiddir. Əvvəla bildirilir ki, halhazırda da işləyir və pensiyanın yenidən hesablanması ilə bağlı cavabdeh təşkilata müraciəti olmamışdır. Bu məsələ ilə bağlı inzibati icraatın başlanması barədə ümumiyyətlə məlumat verilmir. Fondun apardığı yoxlamaların nədən ibarət olması, hüquqi əsasları və ona aidiyyatı barədə qeydlər aparılmamışdır. Həmçinin qanunsuz və qondarma inzibati icraat zamanı guya hansısa səhvlərin aşkar edilməsinin vətəndaş olaraq ona heç bir aidiyyatı yoxdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazının əsasını mahiyyətcə onun imtina məktubunun dəlilləri təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Maddə 37.3. Işləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... Maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti HYPERLINK "https://e-qanun.az/framework/11617" \t "_blank" \o "Azərbaycan Respublikasının Prezidenti" müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. (## ###### 2023-cü il tarixdən qüvvədə olan redaksiyada). Maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti HYPERLINK "https://e-qanun.az/framework/11617" \t "_blank" \o "Azərbaycan Respublikasının Prezidenti" müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (“Əmək pensiyaları haqqında” zərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında # #### 2006-cı il tarixli *** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur) (##.##.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) “Əmək pensiyalar haqqında” Qanunun 45-ci maddəsinə ##.##.2017-ci il tarixli ***-VQD nömrəli Qanunla (##.##.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. ##.##.2022-ci il tarixli ***-VIQD nömrəli Qanunun (##.##.2022-ci ildən qüvvəyə minmişdir) 1.11ci maddəsi ilə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə # ###### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanunla 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və IV hissələrinə, 38-ci maddəsinin İ və III hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarının ləğv olunması, əvvəlki pensiya məbləğinin bərpa olunması və ödənilməmiş fərqin ödənilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində əmək pensiyasını yenidən hesablanarkən, fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 156 aya (65 il-58 il =84 ay+ (144 ay-72 ay)) bölünməli olduğu halda, 72 aya bölünməsi (səhv hesablanma) aparıldığından, qanunun tələbinə uyğun sonradan düzgün hesablanma aparılması (pensiya kapitalının 156 aya bölməklə hesablandığından) halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçıya ## #### 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı işləyən əmək pensiyaçısı olmaqla, hazırda da işləyir. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçı barəsində ##.##.2016-cı il tarixdən ##.##.2022-ci il tarixədək işlədiyi 6 il müddəti əsas götürərək, Qanunun 37.3.1ci maddəsinin tələbinə əsasən əmək pensiyasının yenidən hesablanmasını həyata keçirmiş (toplanmış pensiya kapitalının 72 aya bölünməklə hesablanma qaydası tətbiq edərək), bu barədə ##.##.2022-ci il və ##.##.2023-cü il tarixli qərarlar qəbul etmişdir. Daha sonra cavabdeh inzibati orqan iddiaçı barəsində həmin dövrdə apardığı hesablanma zamanı səhvə yol verilməsi, Qanunun 37.3.1-ci maddəsi ilə yanaşı, 45-ci maddəsinin də tətbiq edilməklə hesablanmalı olması, yəni toplanmış pensiya kapitalının 156 aya bölünməklə hesablanmalı olduğu halda, 72 aya bölünməklə hesablandığından, səhv hesablanma qaydasının tətbiq olunmasının aşkar edilməsini əsas götürərək, inzibati icraatı təzələmişdir. Daha sonra cavabdeh inzibati orqan yenidən inzibati icraat aparmaqla, iddiaçı barəsində əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2022 və ##.##.2023-cü il tarixli qərarlarının ləğv edilməsi, həmin dövr üzrə toplanmış pensiya kapitalının Qanunun 45 və 37.3.1-ci maddəsinin tələbinə əsasən 156 aya bölünməklə yenidən hesablanma həyata keçirmiş, pensiya məbləğini 759,82 manat məbləğdən 603,17 manatadək azaltmış, bu barədə ##.##.2025-ci il tarixli qərar qəbul etmişdir. Indiki halda iddiaçı məhz onun barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsini, əvvəlki hesablanma qaydası, yəni Qanunun 45-ci maddəsi tətbiq edilmədən, yalnız 37.3.1-ci maddəsinin tələbinə əsasən hesablanma aparılmasını, onun əsasında müəyyən edilmiş pensiya məbləğinin bərpa edilməsini və ödənilməmiş fərq məbləğinin ona ödənilməsini istəyir. Kollegiya hesab edir ki, iddianın əsaslılığı və cavabdehin hərəkətlərinin qanunliyi baxımından hazırki iş üzrə araşdırılmalı olan hal məhz iddiaçının işləyən əmək pensiyaçısı olduğu və əmək pensiyasının yenidən hesablanması predmeti olduğu ##.##.2016-##.##.2022-ci ilədək dövrdə topladığı pensiya kapitalının hansı hesablanma qaydası (yalnız Qanunun 37.3.1-ci maddəsinin tələbi əsasında və ya həm 37.3.1, həm də 45-ci maddə tətbiq edilməklə) əsasında hesablanmalı olması ilə bağlı haldır. Başqa sözlə desək, hazırki iddia tələbinin qanuni əsası qismində yalnız Qanunun 37.3.1-ci maddəsinin dispzotiv şərtinin yoxsa Qanunun 37.3.1 və 45-ci maddəsinin dispozitiv şərtinin çıxış edibetmədiyinin aydınlaşdırılması zəruridir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il ## ### tarixli,***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müəddalarının 2.2-ci maddəsinin tətbiqinə dair ## ##### 2020-ci il tarixli Qərardadında məhz həmin hesablanma qaydası ilə bağlı oxşar işlər üzrə formalaşıdırılmış vahid məhkəmə təcrübəsinə dair hüquqi mövqe əks olunmuşdur. Həmin Qərardadda qeyd edilmişdir ki, ““Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 2022-ci il ## #### tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya onların əmək pensiyasının yenidən hesablanması zamanı həmin Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022-ci il ## #### tarixədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır. 2. Hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair müəyyən edilmiş yeni hüquqi mövqelər bu Qərardadın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni iddia ərizələrinə, habelə bu Qərardadın qəbul edildiyi tarixədək verilmiş, lakin birinci instansiya məhkəmələrində icraatı yekunlaşdırılmamış iddia ərizələrinə münasibətdə tətbiq edilməlidir. 3. Apellyasiya və ya kassasiya məhkəməsinin icraatında olan işlər üzrə əgər şikayət verilmiş məhkəmə aktları qanunvericiliyin tətbiqinə dair əvvəlki hüquqi mövqelərə uyğun çıxarılmışlarsa, yalnız yeni müəyyən edilmiş hüquqi mövqelərə istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Yeni hüquqi mövqelərə istinadla məhkəmə aktının qanuniliyinə qiymət verilməsi bu Qərardadın qəbul edildiyi tarixdən sonra birinci instansiya məhkəmələri tərəfindən yekunlaşdırılmış işlər üzrə veriləcək apellyasiya və ya kassasiya şikayətlərinə münasibətdə tətbiq edilməlidir.” Göründüyü kimi şəxsin pensiya hüquq və ya işləyən əmək pensiyaçısı kimi fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanma hüququ ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan dövrdə yaranmışdırsa, bu halda pensiya məbləğinin hesablanması məhz Qanunun 45 və 37.3.1-ci maddəsinin tələbinə əsasən “gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla” həyata keçirilməlidir. Başqa sözlə desək, şəxsin əmək pensiyasının yenidən hesablanma hüququnun yaranma tarixi həmin dövrə (##.##.2017-##.##.2022-ci il arasında olan dövrə) təsadüf edirsə, bu halda əmək pensiya məbləği toplanmış pensiya kapitalının 72 aya bölünməklə deyil, “gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla” müəyyən edilməklə (bu hal hər bir işləyən əmək pensiyaçısına münasibətdə fərdi xarakter daşımaqla, fərdi qaydada müəyyən edilir), pensiya kapitalı həmin qaydada müəyyən edilmiş aya bölünməklə, əmək pensiya məbləğinin yenidən hesablanması aparılmalıdır. Indiki halda iddiaçı barəsində ##.##.2016-cı il tarixdə pensiya təyinatı aparılmış, həmin tarixdən də iddiaçı hazıradək işləyən əmək pensiyaçısı olmuş (hazırda da işləyir). Bu halda, kollegiya hesab edir ki, Qanunun 37.3.1-ci maddəsinin dispoztiv şərtinə əsasən 6 il işlədikdə toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanma hüququ yarandığından, iddiaçının əmək pensiyasının yenidən hesablanma hüququ məhz ##.##.2022-ci il tarixdə yaranmışdır. Cavabdeh tərəfindən də məhz iddiaçı barəsində ##.##.2022-ci il tarixdə ##.##.2016-##.##.2022-ci il tarixədək olan dövr üzrə toplanmış pensiya kapital əsasında əmək pensiyasının yenidən hesablanması aparılmışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanma hüququ ##.##.2022-ci il tarixdə yarandığından, formalaşdırılmış məhkəmə təcrübəsində əks olunmuş hüquqi mövqeyə və həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqan məhz Qanunun 37.3.1 və 45-ci maddəsinin dispozitiv şərtinə əsasən əmək pensiyasının yenidən hesablanmasını həyata keçirməlidir. Belə olan halda, kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində ##.##.2022-ci il tarixdə Qanunun 37.3.1-ci maddəsinin tələbi əsasında (45-ci maddə tətbiq edilmədən) əmək pesiyasının yenidən hesablanması ilə bağlı hərəkətləri (pensiya kapitalının 72 aya bölünməklə bağlı hesablanma qaydası səhv olmuşdur) qanunauyğunolmadığından, cavabdeh inzibati orqan həmin vaxtda səhv hesablanma aparılması halına istinad etməklə, inzibati icraatı təzələməkdə haqlı olmuşdur. Həmçinin, kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın həmin səhv hesablanma qaydası əsasında aparılmış əmək pensiyasının yenidən hesablanmasına dair özünü qəbul etdiyi əvvəlki qərarlarını ləğv etməklə, daha sonra Qanunun 37.3.1. və 45-ci maddəsini tətbiq etməklə, qanunvericilyin müəyyən etdiyi qaydada əmək pensiyasını yenidən hesablamaqla bağlı hərəkətləri, habelə bu barədə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarı qanunauyğun olmuşdur. Başqa sözlə desək, cavabdehin iddiaçı barəsində əmək pensiyasının yenidən hesablanması barədə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarı və onunla bağlı hərəkətləri (pensiya məbləğinin azaldılması ilə bağlı) qanunauyğun olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş həmin halları iddia tələbinin əsası kimi istinad edilən halları (toplanmış pensiya kapitalının 72 aya bölünməklə hesablanmasının aparılması, 156 aya bölünməklə aparılmış hesablanmanın qanunazidd olması, əvvəlki hesablanma qaydası əsasında aparılmış pensiya məbləğinin bərpa edilməsi, yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı halları) təkzib etməklə, iddianın əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçıya münasibətdə əmək pensiyasının yenidən hesablanması və pensiya məbləğinin azaldılması ilə bağlı cavabdehin hərəkətlərində qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Həmçinin, kollegiya iddiaçının istinad etdiyi arqumenti (pensiya təyinatının ##.##.2017-ci ildən öncə aparılması, əmək pensiyasının yenidən hesablanmasının 2025-ci ildə aparılması, hər iki halın 2017- 2022-ci ilə aid dövrdə baş verməməsi ) ilə bağlı onu qeyd edir ki, formalaşdırılmış vahid məhkəmə təcübəsinin tələbinə əsasən əmək pensiyasının yenidən hesablanma hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericilik normasının tələbi əsas götürüldüyündən, indiki halda iddiaçının yenidən hesablanma hüququ ##.##.2022-ci il tarixdə yarandığından (yaranma anı 2017-2022-ci ilə aid dövrə düşdüyündən), ##.##.2022-##.##.2022-ci il tarixdə qüvvədə olan qanunun normasınında ehtiva edilən hesablanma qaydası tətbiq edilməlidir (Qanunum 37.3.1 və 45-ci maddəsi). Bu baxımından iddiaçının istinad etdiyi arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, oxşar işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun yeni hüquqi mövqeyi əks etdirən müvafiq Qərardad ##.##.2026-cı il tarixdə qəbul edilmişdir. Həmin Qərardadın 2-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan işlər üzrə iddia ərizələri həmin qərardadın qəbul edildiyi tarixdən öncə verilsə də, iş üzrə yekun məhkəmə aktı həmin Qərardadın qəbul edilmə tarixindən sonra çıxarılmışdırsa, bu halda məhkəmə məhz yeni hüquqi mövqeyi əsasında iddianın əsaslılığına hüquqi qiymət verməlidir. Kollegiya hesab edir ki, iIndiki halda hazırki iş üzrə iddia ərizəsi ##.##.2025-ci il tarixdə verilsə də, iş üzrə yekun məhkəmə aktı ##.##.2026-cı il tarixdə qəbul edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən iddianın əsaslılığına yeni hüquqi mövqe nəzərə alınmaqla, hüquqi qiymət verməkdə haqlı olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələblərinə uyğun olmuş, işin müəyyən edilmiş halları iddianın əsaslılığını və apellyasiya şikayətinin dəlillərini təkzib etdiyindən, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-904/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-904/2026
08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver