Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-911/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızının və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə *-**-*/*-Ə-******/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarın ləğv olunması, əvvəlki hesabat qaydasının bərpa olunması və pensiya məbləği bərpa olunana qədər əskik ödənilmiş məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehin barəsində qəbul etdiyi əmək pensiyasının azaldılması və artıqödəmə ilə bağlı qərarının ləğv olunması və əskik ödənilmiş məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə *-**-*/*-Ə-******/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarın ləğv olunması, əvvəlki hesabat qaydasının bərpa olunması və pensiya məbləği bərpa olunana qədər əskik ödənilmiş məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1951-ci il tarixdə anadan olmuşdur. ##.##.2014-cü il tarixdə pensiyaya çıxmışdır. Həmin vaxtdan bu günədək əmək pensiyası alır. Bu müddət ərzində pensiya məbləğində müxtəlif səbəblərdən hər zaman artım olmuşdur. Bir müddət əvvəl əmək pensiyasında olan artımların düzgün hesablanmadığı və pensiya kapitalının artımının nəzərə alınmadığı qənaətinə gələrək cavabdeh təşkilata əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə müraciət edərək pensiyanın artırılacaqlarına ümid etmişdir. Lakin cavabdeh təşkilat ərizəni əsas gətirərək əmək kitabçasında qeyd edilmiş ##.##.1989 -##.##.1989-cu il tarixinədək dövrdəki sosial sığorta stajının mötəbərliyinə şübhə olduğunu əsaslandıraraq araşdırma aparacağını bildirmişdir. Həmin dövrdə əmək pensiyasının məbləği 674,27 manat olmuşdur. Daha sonra indeksasiya edilərək bu ilin aprel ayına qədər 725 manat əmək pensiyası almışdır. Daha sonra aprel ayından etibarən onun əmək pensiyası qanunsuz olaraq 592 manata azaldılmışdır. Cavabdeh təşkilatın ünvanladığı ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilir ki, "Əmək pensiyaları haqqında" Qanunun (bundan sonra-Qanun) 34 və 7-ci maddəsinin ##.##.2014-cü il tarixində qüvvədə olmuş redaksiyasına əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən ##.##.1966-cı il tarixdən ##.##.1970-ci il tarixinədək və ##.##.1970-ci il tarixdən ##.##.1974-cü il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla ##.##.2014-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 6285,21 manat (2014-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı və Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən ##.##.2016-cı il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyiylə əlaqədar ##.##.2014-cü il tarixindən ##.##.2016-cı il tarixinədək 2163,76 manat (2016-cı il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2021-ci il tarixindən (Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən ##.##.2024-cü il tarixli müraciətimdən 3 il əvvələ) 399,78 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2022-ci il tarixindən 413,38 manata, ##.##.2023-cü il tarixindən 493,25 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), ##.##.2024- cü il tarixindən 548,49 manata, ##.##.2025-ci il tarixindən 592,92 manata çatdırılmışdır. Sözügedən Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ##.##.2016-cı il tarixində əmək pensiyasının məbləği Qanunun 37.3.1-ci madəsinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyiylə əlaqədar yenidən hesablanarkən ##.##.2014-cü il tarixindən ##.##.2016-cı il tarixinədək fərdi şəxsi hesabımın sığorta hissəsində qeydə alınmış 2163,76 manat (2016-cı il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı 115-ə bölünməli olduğu halda, ##.##.2006-cı il tarixindən ##.##.2016-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 72-yə bölünərək hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə pensiyanın məbləğində ##.##.2021-ci il tarixindən ##.##.2025-ci il tarixinədək artıq ödəmə müəyyən edilmişdir Daha sonra iddiaçıya ##.##.2025-ci il tarixli məktubla vəsaitin geri qaytarılması bildirilmişdir. Cavabdeh təşkilatın bu hərəkətləri tam qanunsuz və əsassızdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı ##.##.2001-cil tarixindən II dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. ##.##.2014-cü il tarixli müraciəti əsasında İddiaçı əmək pensiyasının növü dəyişdirilərək ona ##.##.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman iddiaçının təqdim etdiyi ****** №-li diplomun surətində olan məlumata əsasən ##.##.1966-cı il tarixindən ##.##.1970-ci il tarixinədək, ****** №-li diplomun surətində olan məlumata əsasən ##.##.1970-ci il tarixindən ##.##.1974-cü il tarixinədək təhsil aldığı dövrlər,##.##.1974-cü il tarixindən ##.##.1976-cı il tarixinədək, ##.##.1976-cı il tarixindən ##.##.1988-ci il tarixinədək, ##.##.1989-cu il tarixindən ##.##.1989-cu il tarixinədək, ##.##.1989-cu il tarixindən ##.##.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla onun ##.##.2006-cı il il tarixinədək 38 il 4 ay 27 gün sığorta stajı müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) ##.##.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. İddiaçı ##.##.2006-cı il tarixinədək 38 il 4 ay 27 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 6529,42 manat təşkil edir: (38+(4+27/30)/12)x170=6529,42 İddiaçı ##.##.2006-cı il tarixinədək olan sığorta stajına əsasən hesablanan pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 15417,16 manat təşkil edir. Eyni zamanda, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən pensiya təyin edilən ##.##.2014-cü il tarixinədək 8289,36 manat, ##.##.2014-cü il tarixindən ##.##.2016-cı il tarixinədək 2706,07 manat pensiya kapitalı (2019-cu il üzrə indeksləşdirilmiş məbləğlər) qeydə alınmışdır. Qeyd olunanlara əsasən 2019-cu il tarixinə iddiaçının əmək pensiyasının sığorta hissəsi aşağıdaki məbləğlərdə hesablanmışdır: SH-15417,16/144=106,94, SH-8289,36/144- 57,56,SH-2706,07/115=23,52 Qeyd olunanlara əsasən vətəndaşın əmək pensiyasının məbləği 2019-cu il tarixinə 307,78.manat hesablanmışdır: ##.##.2019 107,06+57,56+23,52+119,76(baza hissə)=307,78 Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. ##.##.2020 - 307.78 + 307.78 x 16.6% = 358.87 ##.##.2021 - 358.87 + 358.87 x 11.4% = 399.78 ##.##.2022 - 399.78 + 399.78 x 3.4% = 413.38 Qanuna ##.##.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 430,04 manat müəyyən edilmişdir:413,37+(200/12)=430,04 manat Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2023-cü il tarixindən 493,25 manata (430,04 +430,03x14,7%=493,25), ##.##.2024-cü il tarixindən 548,49 manata (493,25+493,25x11,2%=548,49), ##.##.2025-ci il tarixindən 592,92 manata il (548,49+548,49x8,1%=592,92) çatdırılmışdır. Iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı ##.##.2024-cü il tarixli müraciətinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ##.##.2016-cı il tarixində onun əmək pensiyasının məbləği Qanunun 37.3.1- ci maddəsinə əsasən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar yenidən hesablanarkən ##.##.2014-cü il tarixindən ##.##.2016-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 2163,76 manat (2016-cı il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı 115-ə bölünməli olduğu halda, ##.##.2006-cı il tarixindən ##.##.2016-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 72-yə bölünərək hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə onun pensiyasının məbləğində ##.##.2021-ci il tarixindən ##.##.2025-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Inzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Belə ki, pensiya təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata Keçirilməlidir.Bildiririk ki, iddiaçı iddia ərizəsində pensiya məbləğindən tutulma aparıldığını qeyd etsə də, bu günədək heç bir tutulma aparılmamışdır. Bu zaman azaldılmış pensiya məbləğinin ödənilməsi və tutulma aparılması anlayışlarını fərqləndirmək lazımdır. Belə ki, Mərkəzi Filial inzibati orqan kimi özünün əvvəlki qərarını ləğv etmək səlahiyyətinə malikdir. Bu səbəbdən pensiyanın yenidən hesablanması nəticəsində qanunvericiliyə müvafiq olaraq yeni müəyyən edilmiş məbləğin, başqa sözlə azaldılmış pensiya məbləğinin ödənilməsi tam qanunidir. Hazırkı iş üzrə iddiaçıya münasibətdə artıq ödəmə müəyyən edilsə də, heç bir tutulma aparılmamışdır. Lakin bu hal Mərkəzi Filialı "Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulmanın həyata keçirilməsi üçün tədbirlər görmək hüququndan məhrum etmir. Cavabdehin hərəkətləri qanuni olduğundan iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması barədə *-**-*/*-Ə-******/**** nömrəli, ##.##.2025- ci il tarixli qərarı ləğv edilmiş və əvvəlki hesabat qaydasının bərpa olunması və pensiya məbləği bərpa olunana qədər əskik ödənilmiş məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır(hakim Rahim Həsənov). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçının bu müraciəti əsasında aparılan araşdırma zamanı məlum olmuşdur ki, ##.##.2016-cı il tarixində onun əmək pensiyasının məbləği Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar yenidən hesablanarkən ##.##.2014-cü il tarixindən ##.##.2016-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 2163,76 manat (2016-cı il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı 115-ə bölünməli olduğu halda, ##.##.2006-cı il tarixindən ##.##.2016-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 72-yə bölünərək hesablanmışdır. Göründüyü kimi, əvvəlki inzibati aktın ləğv edilməsi şərtləndirən hal cavabdehə ilk dəfə yalnız iddiaçının ##.##.2024-cü il tarixli müraciətinin araşdırılması zamanı məlum olmuşdur. Bu hal müəyyən edildiyi andan dərhal sonra, yəni ##.##.2025-ci il tarixdə (cəmi 4 ay sonra) mübahisələndirilən *-**-*/*-Ə-******/**** nömrəli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qərarında hüquqi münasibətlərin sabitliyindən və müəyyənliyindən bəhs etsə də, aşkar olunmuş qanunsuz hesablama nəticəsində dövlət büdcəsinə (Fondun vəsaitlərinə) ziyan vurulması faktına və bu səbəbdən "Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin (artıq ödənilmiş məbləğin son üç il üçün geri tutulması) tətbiqinin məcburiliyinə hüquqi qiymət verməmişdir. Inzibati orqanın yol verilmiş aşkar riyazi/hüquqi səhvi dövlət vəsaitinin mühafizəsi məqsədilə 1 illik qanuni müddət daxilində düzəltməsi qanunsuzluq yox, məhz inzibati fəaliyyətdə qanunçuluq prinsipinin təmin edilməsidir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməyərək, 1 illik müddətin başlama anını səhv təfsir etmiş və cavabdehin qanunauyğun hərəkətlərini əsassız olaraq qanunsuz hesab etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; ... 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; ... 1.0.12. əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13. əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... 37.3. Işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; “Inzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-) Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) Maddə 28. Inzibati icraatın başlanılması üçün əsaslar 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması (-) 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya ##.##.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra ##.##.2016-cı il tarixində iddiaçının əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə əsasən yenidən hesablanmışdır. Bundan sonra cavabdeh inzibati orqan tərəfindən yenidən hesablanma aparılmaqla ##.##.2025-ci il tarixli qərar qəbul edilmiş və iddiaçının əmək pensiyasının məbləği azaldılmışdır. “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli *-**- */*-Ə-******/**** nömrəli qərardan görünür ki, iddiaçıya təyin olunmuş pensiyanın hazırki məbləği 728,88 manat, yenidən hesablanmış pensiya məbləği isə 592,92 manat olaraq qeyd edilmişdir. Sözügedən qərarın qeyd hissəsindən görünür ki, vətəndaşın müraciəti əsasında hüququ yarandığı tarixdən ##.##.2014-cü ildən pensiyası yaşa görə pensiyaya dəyişdirilmişdir. 2016-cı ildə işdən çıxma ilə bağlı müraciət edərkən pensiya kapitalının ##.##.2006-cı il tarixindən nəzərə alınaraq və 72 aya bölünərək hesablanması səbəbindən artıq vermə yaranmışdır. Hazırda iddiaçı cavabdehin ##.##.2025-ci il tarixli *-**-*/*-Ə-******/**** nömrəli qərarının ləğv edilməsi, eyni zamanda əvvəlki pensiya məbləğinin bərpa edilməsini tələb edir. Cavabdeh inzibati orqan mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2016-cı il tarixində iddiaçının əmək pensiyasının məbləği Qanunun 37.3.1-ci maddəsinə əsasən onun işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar yenidən hesablanarkən ##.##.2014-cü il tarixindən ##.##.2016-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 2163,76 manat (2016-cı il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı 115-ə bölünməli olduğu halda, ##.##.2006-cı il tarixindən ##.##.2016-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 72-yə bölünərək hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə onun pensiyasının məbləğində ##.##.2021-ci il tarixindən ##.##.2025-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi hüquqi nəticəni əsaslı hesab etməklə aşağıdakıları qeyd edir. ##.##.2025-ci il tarixli *-**-*/*-Ə-******/**** nömrəli qərarın qəbul edilməsi ilə nəticələnən inzibati icraat zamanı cavabdeh tərəfindən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı tələblərə riayət edilməmişdir. Nəzərə almaq lazımdır ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. Ikinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Iş materiallarından görünür ki, inzibati orqan ilk dəfə iddiaçıya ##.##.2014-cü ildə yaşa görə əmək pensiyası təyin etmişdir. Daha sonra ##.##.2016-cı il tarixində iddiaçının əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə əsasən yenidən hesablanmışdır. Bundan sonra cavabdeh inzibati orqan tərəfindən yenidən hesablanma aparılmaqla ##.##.2025-ci il tarixli qərar qəbul edilmiş və iddiaçının əmək pensiyasının məbləği azaldılmışdır. Cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixli *-**-*/*-Ə-******/**** nömrəli qərarı qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, imtina ərizəsində, iddiaya etirazında və şikayətində hansı hallara görə ##.##.2016-cı il tarixdə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz mübahisələndirilən qərarları qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir. Iddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın ləğv edilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində 1 illik müddətin ötürülmədiyini qeyd edərək mövqeyini onunla əsaslandırmışdır ki, əvvəlki inzibati aktın ləğv edilməsi şərtləndirən hal cavabdehə ilk dəfə yalnız iddiaçının ##.##.2024-cü il tarixli müraciətinin araşdırılması zamanı məlum olmuşdur. Bu hal müəyyən edildiyi andan dərhal sonra, yəni ##.##.2025-ci il tarixdə (cəmi 4 ay sonra) mübahisələndirilən *-**-*/*- Ə-******/**** nömrəli qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası həmin dəlili əsassız hesab etməklə qeyd edir ki, iddiaçının pensiyanın artımı ilə bağlı müraciəti, inzibati orqanın 2014-cü ildə qəbul etdiyi qərarın ləğvi vəya dəyişdirilməsinə tətbiq edilən müddət məhdudiyyətini ortadan qaldıra bilməz. Qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “Inzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının düzgün təyin edilmədiyini aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Beləliklə, cavabdehin istinad etdiyi əmək pensiyasının təyin edilməsinin düzgün olmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv təyin edilməyə səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “Inzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-911/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-911/2026
09.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver