Məhkəmə qərarları › İş №2-1(3-8)-913/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-913/2026

07.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-913/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: cavabdeh orqanın qərarının ləğvi) Sədrlik edən və məruzəçi hakim X8, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli, ************** nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərardan görünür ki, iddiaçı İddiaçı aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlanmalı malların məcburi nişanlanma ilə nişanlanmadan satılmasına görə 10152 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli, ************** nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2011-ci ildən fərdi sahibkar kimi fəaliyyət göstərir və həmin vaxtdan vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyət növünün “ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı” ilə məşğul olur. ##.##.2024-cü il tarixində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini tərəfindən qəbul edilmiş ************** nömrəli Qərarla ona 10100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti şikayət vermişdir. Inzibati şikayətlərə baxılması baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən baş idarə rəisinin müavini, Rnin ##.##.2024-cü il tarixli, ***************** nömrəli qərarı ilə şikayəti təmin edilməmişdir. Qeyd olunan qərar qanunsuz və əsassızdır. Belə ki, sahibkar kimi fəaliyyət göstərdiyi köşk Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, “Neapol” şadlıq evinin yanında yerləşir və pərakəndə satış obyektidir. Həmin obyekti şifahi razılaşma əsasında X4 alıb işlədir. Icarə müqaviləsi yoxdur. Köşkün qeydə alınıb-alınmaması barədə məlumatı yoxdur. Köşkün sahəsi 3,0 kv metrdir. Köşkdə tütün məmulatları satılır. ##.##.2024-cü il tarixdə köşkdə 1600 manat dəyərində tütün məmulatları olmuşdur. ##.##.2024-cü ildə X6nin əməkdaşları onun iştirakı olmadan köşkə baxış keçirmiş və guya 5633 ədəd 10152,75 manat məbləğində malların aksiz markasının olmadığını və ona məxsus olmasını müəyyən ediblər. Bu barədə onun ##.##.2024-cü ildə məlumatı olub. “X6nin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** №-li qərarda və ona əlavə edilmiş sənədlərdə, o cümlədən markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məmulatların DVX seriyalı ****** saylı, ##.##.2024-cü il tarixli siyahıda olan imzalar onun tərəfindən imzalanmamışdı, aktda adları qeyd olunan şəxsləri tanımır. ##.##.2024-cü ildə Idarəyə dəvət edilmiş, onun adından izahat yazılmış və imzalanmağa verilmişdir. O da materiallarla tanış olmadan imzalamışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə Bakı Inzibati Məhkəməsinin icraatında olan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 X2 Baş Idarəsinin ##.##.2024-ci il tarixli ************** nömrəli “X6nin həyata keçirilməsi haqqında” qərarın icrasının təmin edilməsi məqsədi ilə İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi, Neapol şadlıq evinin yanı ünvanında yerləşən KÖŞK-də Aksiz markası ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markası ilə satışının və ya saxlanılmasının aşkar edilməsi, Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti və Təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və (vəya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə vergi ödəyicilərinin aşkar edilməsi məsələləri üzrə OVN tədbiri keçirilmişdir. Vergi ödəyicisi İddiaçı “X6nin həyata keçirilməsi haqqında” Qərarla və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışla tanış olmuş, “OVN keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında-Tələbnamə” ni imzalamış və bir nüsxəsin qəbul etmişdir. Keçirilən tədbir zamanı vergi ödəyicisinin fəaliyyət göstərdiyi köşkdə Aksiz markası ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markası ilə satışı, Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti və Təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və (vəya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsin halı tərəflərindən müəyyən edilərək Vergi Məcəlləsinin 58.14-cu , 58.7.1-ci və 58.2.1-ci maddələrinə əsasən 11192,75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən X6 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uygun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı" nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb- satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; Çıxarılmışdır. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” “Sadələsdirilmis vergi üzrə sabit məbləgin, məcburi dövlət sosial sıgorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatıs ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satıs qaydasında rəsmiləsdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmus mallarının saxlanıldıgı (bosaldıldıgı) yerə baxıs keçirilməsi; “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Veri Məcəlləsinin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət- kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində cavabdeh orqan tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar əsaslı olaraq qəbul edildiyindən, onun iddiası təmin edilməməlidir. Iş materiallarında olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli, **************** saylı “Inzibati şikayətin təmin edilməməsi haqqında” qərarında qeyd edilmişdir ki, vətəndaşın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 araşdırmaya təqdim etdiyi ##.##.2024-cü il tarixli izahatında İddiaçı lal-kar olduğunu, bu səbəblə verdiyi izahatı mahiyyətini dərk etmədən imzaladığını, onun lal-kar olmasını təsdiq edən sənədlərin ##.##.2024-cü il tarixdə onlayn kargüzarlıq vasitəsilə göndərəcəyini bildirsə də, göndərməmişdir. Beləliklə, cavabdeh tərəfindən yuxarıda qeyd olunan normaların tələbinə uyğun olaraq həyata keçirilmiş operativ vergi yoxlaması nəticəsində iddiaçının barəsində ##.##.2024cü il tarixli, ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. X6nin nəticəsi üzrə tərtib olunmuş aktda aksiz markası olmayan tütün məmulatlarının ümumi dəyəri müəyyən edilmiş, mallar götürülmüş və həmin əsasla iddiaçı barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Iddiaçı məhkəməyə müraciət edərək qərarın ləğvini xahiş etmiş, faktiki olaraq malların dəyərinin 10152.75 manat deyil, təxmini 1600 manat olduğunu, anadangəlmə nitq qüsurlu lal-kar olması səbəbindən aktın məzmununu anlamadığını və sənədlərin vergi əməkdaşları tərəfindən məcburi imzalatdırıldığını bildirmişdir. Məhkəmə iddia tələbinin əsaslı olmadığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin X6ni tənzimləyən müddəalarına əsasən vergi orqanları aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinə nəzarət etmək, aşkar edilmiş pozuntular üzrə akt tərtib etmək səlahiyyətinə malikdirlər. Iş materiallarından görünür ki, X6 zamanı tərtib olunmuş akt iddiaçı tərəfindən imzalanmış, aktda aşkar edilmiş malların miqdarı və ümumi dəyəri göstərilmişdir. Iddiaçı aktın tərtibi zamanı hər hansı etiraz qeydi etməmiş, aktı imzalamaqdan imtina etməmiş və sənədin məzmununun ona izah edilmədiyi barədə həmin vaxt hər hansı qeyd verməmişdir. Inzibati orqan tərəfindən tərtib edilmiş rəsmi sənədlər onların həqiqətə uyğun olmamasını təsdiq edən kifayət qədər və inandırıcı sübut təqdim edilmədiyi halda mötəbər sübut qüvvəsinə malikdir. Iddiaçı tərəfindən malların faktiki dəyərinin başqa məbləğdə olmasını təsdiq edən inventar sənədlər, alış sənədləri, alternativ hesablamalar və yaxud X6 aktının həqiqətə uyğun olmadığını təsdiqləyən digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Inzibati Prossesual Məcəllənin sübutetmə yükü ilə bağlı müddəalarına görə inzibati aktın qanunsuzluğunu iddia edən şəxs öz tələbinin əsaslandığı halları sübut etməlidir. Hazırki iş üzrə iddiaçı yalnız ehtimal xarakterli izahatlarla kifayətlənmiş, lakin vergi orqanının müəyyən etdiyi faktiki halları təkzib edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş maliyyə sanksiyası barədə qərar qanunun tələblərinə uyğun qəbul edilmiş, qərarın ləğvi üçün hüquqi saslar müəyyən olunmamışdır. Qərarla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçının məhkəməyə müraciət edərək qərarın ləğvini xahiş etmiş, faktiki olaraq malların dəyərinin 10152.75 manat deyil, təxminən 1600 manat olduğunu, anadangəlmə nitq qüsurlu lal-kar olması səbəbindən aktın məzmununu anlamadığını və sənədlərin vergi əməkdaşları tərəfindən məcburi imzalatdırıldığını bildirsə də, məhkəmə buna hüquqi qiymət verməmişdir. Iddiaçı sağlamlıq imkanları məhdud əlil şəxsdir. Azərbaycan Karlar Cəmiyyətinin üzvüdür. Lal-kar şəxs barəsində vergi və ya inzibati xəta protokolu tərtib edilərkən icraat onun öz dilində deyil, jest dili tərcüməçisinin (mütəxəssis) iştirakı ilə aparılmalıdır. Protokol tərtib edilərkən şəxsə hüquqları, xətanın mahiyyəti izah edilməli, imtina halları və izahatlar mütəxəssis vasitəsilə rəsmiləşdirilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 50.1. X6 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: .... 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi. ...... Maddə 58.14. Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə 1 4 . Tütünün və tütün məmulatının idxalı və ixracı 14.1. Xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət reyestrində qeydiyyata alınmış, müəyyən edilmiş qaydada verilmiş uyğunluq sertifikatı və ya onun tanınması barədə şəhadətnaməsi olan və bu Qanunla müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən tütün və tütün məmulatı idxal oluna bilər. 14.2. Fiziki şəxslər tərəfindən öz şəxsi istehlakı üçün Azərbaycan Respublikasına gətirilməsinə icazə verilən tütün məmulatının miqdarı müvafiq qanunvericiliklə müəyyən edilir. Maddə 15. Tütünün və tütün məmulatının ticarəti 15.1. Azərbaycan Respublikasında keyfiyyət göstəriciləri normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə cavab verən, müvafiq sertifikatları olan tütün və tütün məmulatı ticarət dövriyyəsinə daxil edilə bilər. 15.2. Tütünün və tütün məmulatının ticarəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq topdan və pərakəndə satış formasında həyata keçirilir. 15.3. Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur: 15.3.1. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda; 15.3.2. tütün məmulatı aksiz markası ilə markalanmadıqda; 15.3.3. tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda; 15.3.3-1. tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda; ... Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cl il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən onun barəsində qəbul edilmiş maliyyə sanksiyasının tətbiqi barədə ##.##.2024-cü il tarixli ************** nömrəli qərarın ləğv edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən qərarın qəbul edilməsini iddiaçının aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlanma ilə nişanlanmalı malların məcburi nişanlanma ilə nişanlanmadan satılmasına, satış məqsədilə saxlanılmasına,istehsal binasının hüdudlarından kənara buraxılmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 10152,75 manat maliyyə sanksiya tətbiq edilməsi ilə əsaslandırmışdır. Iddiaçı isə həmin qərarın qanunazidd olduğundan ləğv edilməsini istəyir, tələbin əsası kimi onun iştirakı olmadan köşk baxış keçirilməsi, siyahıda olan məlumatı onun tərəfindən imzalanmaması, aktda adları qeyd edilən şəxsləri tanımaması, onun adından izahat yazılması, materiallarla tanış olmadan imzalanması kimi hallarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı fərdi qaydada sahibakrlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla, “ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı” ilə məşğul olur. Işin müəyyən edilmiş hallarından görünür ki,cavabdeh vergi orqanı tərəfindən ##.##.2024-cü il tarixdə iddiaçı barəsində X6 növündə yoxlama həyata keçirilmiş, yoxlama zamanı iddiaçının fəaliyyət göstərdiyi köşkə baxış keçirilmiş, baxış zamanı 5633 ədəd 10152,75 manat dəyərində olan aksiz markası ilə marakalanmalı olan malın markalanmadan saxlanılması və satılması halı müəyyən edilmiş, bu barədə akt tərtib edilmiş, malların siyahıya alınması həyata keçirilmiş, ona dair akt tərtib edilmiş, aşkar edilmiş mallara dair onların eyniləşdiməsinə imkan verən məlumatları özündə əks etdirən məlumatlar əks olunmuş, malların götürülməsinə dair protokol tərtib edilmiş, həmin yoxlama zamanı iddiaçının izahatı alınmış, habelə cavabdeh tərəfindən tərtib edilmiş bütün məlumatlar və sənədlər iddiaçı tərəfindən imzalanmışdır. Indiki halda iddiaçı sağlamlıq vəziyyəti ilə bağlı (lal-kar olması) hallara istinad edərək, imzaladığı sənədlərin məzmunu barədə məlumatının olmaması, köşkdə 5633 ədəd deyil 1600 manat dəyərində olan malların aksiz markası ilə markalanmadığını bildirmiş, 10152,75 manat dəyərində malın qeyd edilməsi ilə razı olmadığını qeyd etmiş, tələbin əsası kimi həmin hallaar istinad etmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə işin faktiki və hüquqi halları baxımından iddianın əsaslılığının müəyyən edilməsi üçün ilkin olaraq sübutetmə yükünün bölgüsü aparılmalı, ona uyğun hüquqi dəyərləndirmə aparılmalıdır. Bununla bağlı kollegiya qeyd edir ki, hazırki iş üzrə sübutetmə yükü hər iki tərəfin üzərinə düşür, yəni hər bir tərəf özünün istinad etdiyi halları sübutetmək öhədliyi daşıyır. Indiki halda cavabdeh inzibati orqan iddiaçı barəsində 5633 ədəd ümumi dəyəri 10152,75 manat olan malın aksiz markası ilə markalanmaması halının müəyyən edilməsinə istinad edərək, maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar qəbul etmiş, bu hala dair iddiaçının özünün iştirakı ilə tərtib edilmiş sənədlərə (aktlar, fotoşəkil, protokol, malların siyahıya alınması, götürülməsi və s.) istinad etmişdir. Iddiaçı isə tələbin əsası kimi istinad etdiyi hallarla bağlı (malların dəyərinin 1600 manat olması ilə bağlı) heç bir sübut məhkəməyə təqdim etməmiş, habelə cavabdeh tərəfindən tərtib edilmiş sənədlərin mötəbərliyini şübhə altına alan heç bir sübut təqdim etməmiş, bununla bağlı yalnız “iddiaçının lal-kar olması səbəbindən həmin sənədlərin məzmunu ilə tanış olmaması, məcburi şəkildə sənədlərə imza etdirilməsi və s.” hallara istinad etmiş, həmin halları “ümumi söz şəklində” ifadə edərək, ona dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçının sağlamlıq vəziyyətinin məhdudluğu onun lalkar olması ilə əsaslandırılmış, bu hal isə onun görmə qabiliyyətinin məhdudlaşması kimi çıxış etməməklə, həmin sənədlərin məzmununu gözlə görmək imkanına və bu vasitə ilə sənədlərin məzmununu ilə tanış olmaq imkanına malik olmuşdur. Hətta iddiaçı sənədləri özü imza edərkən görmə vasitəsilə nəyə imza etməsini aşkar müəyyən etmək imkanına malik olmuş, malların sayı və dəyərini gördüyü halda, bu məlumatın həqiqəti əks etdirmədiyini bilirdisə, ən azı həmin sənədləri imza etməkdən imtina etmək imkanına malik olmuş və ya buna dair etiraz (qeyd) yazılmasını tələb etmək və ya özünün qeyd yazmaq imkanına malik olmuşdur. Indiki halda isə iddiaçı tərəfindən həmin imkandan məhrum olmasına dair heç bir sübut təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı da iddiaçı bu imkanlardan məhrum olmasını müəyyən etmək mümkün olmamışdır. Iddiaçı tərəfindən cavabdehin onun barəsində tərtib etdiyi heç bir sənədin (malların siyahsı, aşkar edilməsinə dair aktlar, götürülməsinə dair protokol və s.) məzmununda hazırda istinad etdiyi məlumata dair heç bir qeyd yazılmamış (etiraza dair məlumat olmamış), əksinə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı həmin sənədləri məcburi şəkildə imza edilməsini, ona təzyiq və ya təsirin edilməsi nəticəsində imza edilməsi halına istinad etsə də, həmin hala da dair heç bir sübutu (cavabdehin hərəkətləri nəticəsidə təzyiqə məruz qalması, məcburiyyət qarşısında qalmasına yönələn hərəkətlərin mövcudluğuna, bu halların qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada hüquqi müdafiə vasitlərindən istifadə edilməsi və s.) məhkəməyə təqdim etməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının maliyyə sanksiyasının tətbiq edilməsinin əsasını təşkil edən həmin sənədlər barədə məlumatlı olmaması və özü tərəfindən imza edilməməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Bu hallar isə iddianın əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Bu baxımından kollegiya hesab edir ki,cavabdehin müvafiq qərarın qəbul edilməsinə əsas olan məlumatları və ona dair sənədləri iddiaçının iştirakı ilə tərtib edildiyindən, indiki halda isə həmin sənədlərin və məlumatların mötəbərliyini şübhə altına alan halın mövcudluğunun müəyyən edilməsi və ya iddiaçının həmin sənədlər barədə məlumatlı olmaması, özünün imza etməməsi halının müəyyən edilməsi mümkün olmadığından, cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərarı və onunla bağlı hərəkətləri qanunauyğun olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, cavabdeh iznibati orqan tərəfindən iddiaçı barəsində sözügedən qərarın qəbul edilməsi ilə bağlı inzibati icraat və vergi qanunvericiliyinin tələblərinin pozulması halı da müəyyən edilməmiş, aksiz markası ilə markalanmalı olan və markalanmayan malların dəyəri 10152,75 manat olduğundan, tətbiq edilən maliyyə sanksiyasının məbləği Vergi Məcəlləsinin 58.14-cü maddəsinin dispoztiv şərtinə (aşkar edilmiş malın bazar dəyərinin 1 misli miqdarında) uyğun olmuşdur. Qeyd edilən hallara kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılğı müəyyən edilmədiyindən, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar