Məhkəmə qərarları › İş №2-1(3-8)-914/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-914/2026

07.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-914/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 X4 iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı Ilə təsdiq edilmiş "xxxx"na uyğun olaraq dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilir. Müəyyən edilmişdir ki, müraciətiniz əsasında Siz ##.##.2024-cü il tarixində * nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, ##.##.2024-cü ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. cavabdeh2 ** nömrəli Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və Patoloji Anatomiya Birliyi X4 ##.##.2026-cı il tarixli, T***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına “Sumqayıt Tibb Mərkəzi” * nömrəli şəhər xəstəxanası tərəfindən tərtib edilmiş ****** saylı xəstəlik tarixinin çıxarış epikrizindən görünür ki, o, 31.01-##.##.2025-ci il tarixlərdə nevrologiya şöbəsində “Əsas diaqnoz: G61.8- idiopatik xroniki iltihabı demielinzəedici senso-motor poliradikulopatiya, proqressivləşən gedişli; Ağırlaşmalar: G82.3-distal süst tetraparez (2 bala qədər), R26-hərəki funksiyaların və yerişin ağır dərəcədə pozulması, R20.1-səthi və dərin hissiyyatın pozulması, nevrotik ağrılarla, R27- orta-ağır dərəcəli sensitiv ataksiya, Z74.1-kənar şəxslərin köməyinə və qulluğuna ehtiyacı var” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Vətəndaş İddiaçı adma “Sumqayıt Tibb Mərkəzi” tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, V********RGG nömrəli Forma 88 göndərişində XBT-10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: G61.8-digər iltihabi polineyropatiyalar, idiopatik xroniki iltihabı demielinzəedici senso-motor poliradikulopatiya, proqressivləşən gedişli. Ağırlaşmalar: G82.3-süst tetraplegiya, tetraparez, R27-digər koordinasiya pozğunluğu, orta-ağır dərəcəli sensitiv ataksiya, Z74.1 -özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxslərin köməyinə və qulluğuna ehtiyacı var, R20.1-dərinin hipesteziyası, səthi və dərin hissiyyatın pozulması, nevrotik ağrılarla, R26-hərəkətin və yerişin pozulmaları, hərəki funksiyaların və yerişin ağır dərəcədə pozulması. Qeyd edilən diaqnoz onun “Sumqayıt Tibb Mərkəzi” * nömrəli şəhər xəstəxanasında 31.01-##.##.2025-ci il tarixlərdə stasionar müalicədə olduğu diaqnozla tam eynilik təşkil edir və hazırda da o, həmin xəstəliklərdən əziyyət çəkir. -Qərardadda ekspertiza qarşısında müvafiq bənd və yarımbəndlərdə qoyulmuş bütün suallar qiymətləndirmə meyarlarına aid olduqlarından onların həlli məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, 1 * nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona əlilliyin müəyyən edilməsi elə əlaqədar cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2025-ci il tarixdən ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyalarının 65- 80 faiz pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ###### 1965-ci il təvəllüdlüdür. Uzun müddətdir ki, səhhətində yaranmış ciddi ağırlaşmalar səbəbi ilə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunla müəyyən edilmiş qaydada dəfələrlə cavabdeh təşkilata müraciət etmişdir, lakin bütün müraciətlərinə baxmayaraq, onun sağlamlıq vəziyyəti obyektiv qiymətləndirilməmiş, bir sıra hallarda isə tibbi və hüquqi baxımdan qeyri-peşəkar və laqeyd münasibətə məruz qalmışdır. Sağ əli işləmir, sol əli isə gücdən düşüb, sol gözü 2 görür. Oturub-dura bilmir. Daimi köməyə ehtiyacı vardır. Vəziyyəti ağırdır. Bununla bağlı müalicələrdə olmuşdur. Əlavə olaraq bildirir ki, 4 dəfə sənədləri 7 №- li TSEKna göndərilib. 4-də də əsassız olaraq imtina gəlib. Imtinanın səbəbini onunla əsaslandırılar ki, xəstəliyə əlillik düşmür, ya da ki, Forma 88 düzgün doldurulmayıb. 2024-cü ilin # ###### tarixindən etibarən Sumqayıt şəhər * nömrəli xəstəxanada stasionar müalicədə olmuşdur. Ardınca müalicə sənədlərini təqdim edərək işlədiyi STP-AH MMC-yə xəstəlik vərəqələrini vermişdir. ## #### 2024-cü il tarixində həkimi tərəfindən Forma 88 (R00201110BR) vasitəsilə əlillik təyinatı üçün xxxxnin Komissiyasına (TSEK) göndəriş edilmiş və canlı baxışa çağrılmışdır. ##.##.2024-cü ildə Bakı şəhərində yerləşən X18 əyani müayinəyə çağrılsa da, orada sənədlərinə baxılmamış, həkimlər tərəfindən “idman et, sağalacaqsan” kimi ifadələrlə onu məsxərə obyektinə çeviriblər. Sistemdə cavabdeh şəxslər X5 və X1 olaraq qeyd olunmuşdur. Həmin gün Dövlət Tibbi-Sosial Reablitasiya Agentliyinə (DTSRA) etdiyi müraciət əsasında icraçı şəxslər X8 və X6 olmuşdur. Müraciətinə cavab olaraq bildirmişdir ki, iddiaçı Agentlikdə qəbulda iştirak etmiş və əsassız olaraq müalicəni davam etməyi tövsiyə olunmuşdur. Kərimova Günel tərəfindən ##.##.2024-cü ildə yenidən göndəriş (I00214632SCB) sistemə daxil edilsə də, nəticədə müalicənin davam etdirilməsi bahanəsiylə qərar verilmişdir. Daha sonra, Sumqayıt şəhər * nömrəli xəstəxanada təkrar müayinədən keçmişdir. ##.##.2024-cü il tarixində R********GHB nömrəli Forma 88 təqdim edilmiş, ##.##.2024-cü il tarixində isə Sumqayıt şəhər * saylı TSEK-da X3 tərəfindən müayinə olunmuşdur. Rəydə bildirilmişdir ki, təqdim olunan sənədlər Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun gəlmir. ##.##.2024-cü ildə DTSERA-da Anar Bayramovun qəbulunda olmuş və sənədlərinə baxılacağı bildirilsə də, heç bir nəticə verməmişdir. ##.##.2025-ci ildə isə iddiaçıya qarşı qeyri-etik davranışlarla bağlı şikayət etmişdir. Icraçı X11 bu şikayəti qeydə almış, lakin araşdırmanın nəticəsi barədə məlumat verməmişdir. ##.##.2025-ci ildə həkim tərəfindən N********SHD №-li Forma 88 göndərilmiş, lakin sənədlərin düzgün tərtib olunmaması bəhnəsi ilə geri qaytarılmışdır. ##.##.2025-ci ildə Prezident Administrasiyasının göstərişi ilə DTSERA-da keçirilən qəbulda özünü baş nevroloq kimi təqdim edən Ülkər xanım tərəfindən əyani müayinə olunmuşdur. O da əlilliyin təyin olunmaması barədə qanunsuz, ədalətsiz rəy vermişdir. ##.##.2025-ci ildə sənədlərinə düzəliş edilərək, yenidən V00270361ERQQ № Forma 88 göndərilmiş, lakin ##.##.2025-ci ildə bu göndərişə də imtina cavabı verilmişdir. Qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti müəyyən etmir. Bütün müraciət və sənədləri e-sosial sistemində mövcuddur. Hesab edir ki, cavabdehin iddiaçıya qarşı olan hərəkətləri qanunsuz və ədalətsizdir. Onda olan xəstəliklərlə əlaqədar əlilliyin müəyyən edilməsinə hüququ vardır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazlarında qeyd etmişdir ki, vətəndaş tibb müəssisinin sonuncu göndərişi əsasında qiymətləndirilmiş və ##.##.2025-ci il tarixli qərarla Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Əlillik səviyyəsində deyil. Göndəriş qanunvericiliyin tələbləri nəzərə alınmadan rəsmiləşdirilib səbəbilə əlillik təyinatının aparılmasından imtina edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEKin sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Əlillik səviyyəsində deyil. Göndəriş qanunvericiliyin tələbləri nəzərə alınmadan rəsmiləşdirilib. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 X4 üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: Sinir sistemi xəstəlikləri. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri – 6.8.3. - təzahür edən əzələ zəifliyi (əzələ gücünün 2 bala qədər azalması, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının ağır dərəcəli pozulması, yerişin çətinləşməsi); kobud dərəcəli hissi pozulmalar; neyropatik tipli ağrılar; statodinamik funksiyanın əhəmiyyətli pozuntusu əlilik təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. 29.Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla, iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq bizim etirazılarını belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə xxxx tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X19-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Iddiaçının apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Bənd 6.5.1. serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya)- XBT kodu G81-G83 Qiymətləndirmə üzrə əlamətləri:.....6.5.1.4. təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyrimümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6-7 dərəcəyə qədər) ilə);əhəmiyyətli təzahür edən statodinamik pozuntular.... Bənd 6.8 Iltihabi polinevropatiya- XBT kodu G61 Qiymətləndirmə üzrə əlamətləri: ....6.8.3.təzahür edən əzələ zəifliyi (əzələ gücünün 2 bala qədər azalması, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının ağır dərəcəli pozulması, yerişin çətinləşməsi); kobud dərəcəli hissi pozulmalar; neyropatik tipli ağrılar; statodinamik funksiyanın əhəmiyyətli pozuntusu... Bənd 6.1.10. sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr- XBT kodu R25- R29 “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı onun barəsində orqanizmin funskiyasının 65-80 faiz dərəcə pozulmasına görə müddətsiz əlilliyinin müəyyən edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Həmçinin, kollegiya bu hissədə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlilliyin müəyyən edilməsindən imtinaya dair qərarı ##.##.2025-ci il tarixdə qəbul edilmiş, həmin tarixdə sistemə yerləşdirilmiş, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi üzrlü hesab edilərək, bərpa edilmişdir. Cavabdeh tərəfindən də həmin hal mübahisələndirilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə iddianın mümkünlük şərti olaraq iddia müddətinə aid şərt hazırki iş üzrə ödənilmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş (##.##.2025-ci ildə) tərtib edilmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi Digər iltihabı polinevropatiyalar, idiopatik xroniki iltihabı demielinizedici senso-motor poliradikulonevropatiya,proqressivləşən gedişli (XBT kodu G61.8), ağırlaşmaları “Sust tetraplegiya,tetraparez (XBT kodu G82.3)”, “Digər koordinasiya pozğunluğu,orta-ağır dərəcəli sensitv ataksiya (XBT kodu R27)”, “Özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxslərin qulluğuna və köməyinə ehtiyac (XBT kodu Z74.1)”, “Dərinin hipestiziyası, sərhi və dərin hissiyatın pozulması, neyropatik ağrılarla (XBT kodu R20.1)”, “Hərəkətin və yerişin pozulması, hərəkət funksiyalarının və yerişin ağır dərəcədə pozulması (XBT kodu R26)” kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan həmin tibbi göndəriş əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” barədə ##.##.2025-ci il tarixli imtina qərarı qəbul etmişdir. Kolegiya hesab edir ki, indiki halda işin mübahisəli halı iddiaçıda aşkar edilmiş diaqnoz xəstəliklərin və onların əlamətlərinin müvafiq Qərarda əks olunmuş əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik qismində çıxış edib-etməməsi ilə bağlı olmuşdur. Bununla bağlı, kollegiya qeyd edir ki, indiki halda iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərdən XBT kodu G61.8, G82.3, R27, R26 olan diaqnoz xəstəliklər və onların qiymətləndirmə üzrə əlamətləri müvafiq Meyarlarda əlilliyin müəyyən edilməsi üçün əsa solan xəstəliklər kimi nəzərdə tutulmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, həmin xəstəliklərin özünün mövcudluğu əlilliyin müəyyən edilməsi üçün əsas qismində çıxış etmir, yalnız meyarlarda əlilliyin müəyyən edilməsi üçün əsas olan əlamətləri aşkar olunmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıda XBT kodu G61.8, G82.3, R27, R26, Z74.1, R20.1 olan diaqnoz xəstəliklərin əlamətlərinin (əzələ gücünün 2 bala qədər azalması, tetraparez, tetraplageyia, hərəkətin aktiv məhdudluğu, kənar şəxsin köməyinə ehtiyacın olması) mövcudluğu təsdiq edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçı barəsində tərtib edilmiş ambulator kartadan çıxarış, digər tibbi sənədlərin məzmunundan görünür ki, iddiaçıda G61.8, G82.3, R27, R26, Z74.1, R20.1 olan diaqnoz xəstəliklərin əlamətlərinin mövcudluğu müəyyən edilmiş, xəstəlik əlamətləri kimi “....əzələ gücünün 2 bala qədərə azalması, tetraparez, aşağı ətraflarda sağda 1,5-2 bal, solda 2-2,5 bal yuxarı ətraflarda 3-2,5 bala qədər azalma, ümumilikdə 2 bala qədər azalma, süst tetraplegiya, aktiv hərəkətlərin məhdudlaşması, əzələ tonusunun enməsi, ayaq pəncələrinə əzələ hipotrofiyalarının olması, səthi və dərin hissiyat polinevrotik tipli pozulub sensetiv ataksiya əlamətlərinin olması, sərbəst yeriyə bilməməsi, kənar şəxsin köməyilə yeriyə bilməsi....” qeyd edilmişdir. Göründüyü kimi tədqiq edilmiş ekspert rəyi və digər tibbi sənədlər əsasında iddiaçıda XBT kodu G61.8 və G82.3 olan diaqnoz xəstəliyinin əzələ gücünün 2 bala qədər azalması, tetraparez, tetraplegiya, hərəkətin aktiv məhdudluğu, kənar şəxsin köməyinə ehtiyacın olması kimi əlamətlərinin mövcudluğu aşkar müəyyən edilmişdir. Hansı ki, müvafiq Meyarların 6.5.1.4-cü bəndinə XBT kodu G82.3 olan diaqnoz xəstəliyin əlilliyin müəyyən edilməsi üçün “təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyri-mümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6-7 dərəcəyə qədər) ilə);əhəmiyyətli təzahür edən statodinamik pozuntular” qiymətləndirmə üzrə əlamətləri, 6.8.3-cü bəndində XBT kodu G61.8 olan diaqnoz xəstəliyin əlilliyin müəyyən edilməsi üçün “təzahür edən əzələ zəifliyi (əzələ gücünün 2 bala qədər azalması, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının ağır dərəcəli pozulması, yerişin çətinləşməsi);kobud dərəcəli hissi pozulmalar;neyropatik tipli ağrılar;statodinamik funksiyanın əhəmiyyətli pozuntusu” qiymətləndirmə üzrə əlamətləri ehtiva edilmiş və həmin əlamətlərin mövcudluğu orqanizmin funksiyasının pozulmasının 65-80 faiz dərəcəsi ilə müddətsiz əlilliyin müəyyən edilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçıda XBT kodu G61.8 və G82.3 olan diaqnoz xəstəliklər və onun müvafiq Meyarların 6.5.1.4 və 6.8.3-cü bəndlərində əks olunmuş əlamətlərinin mövcudluğu tədqiq edilmiş iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, ambulator kartadan çıxarış, müayinə və müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, habelə işin müəyyən edilmiş həmin hallarını təkzib edən heç bir tibbi sənəd təqdim edilməmişdir. Başqa sözlə desək, cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnoz xəstəliyin və qiymətləndirmə üzrə əlamətlərinin öz təsdiqini tapmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddiaçıda aşkarlığı müəyyən edilmiş və əlliyin müəyyən edilməsi üçün əsas olan diaqnoz xəstəlik və onun qiymətləndirmə üzrə əlamətlərini əsas götürdükdə, orqanizmin funskiyasının pozulmasının 65-80 faiz dərəcəsi ilə müddətsiz əlilliyin təyin edilməsi üçün əsasın olduğu aşkar olunduğundan, iddianın bu hissədə əsaslılığı müəyyən edildiyindən, cavabdehin həmin hissədə şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndəriş ##.##.2025-ci il tarixdə tərtib edilmiş, cavabdeh inzibati orqan iddiaçı barəsində məhz həmin tibbi göndəriş əsasında aparılmış yoxlamanın nəticəsinə dair ##.##.2025-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul etmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əlilliyin hansı tarixdən müəyyən edilməsi üçün məhz müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsini ehtiva edən əlilliyin təyin edilməsindən imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarın tarixi əsas götürülməli olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçı barəsində əlilliyin müəyyən edilməsinə əsas olan xəstəlik XBT kodu G61.8 və G82.3 olan xəstəliklə bağlı müvafiq Qaydaların 1.5.1-ci bəndinin tələbinə əsasən tibbi göndərişin tərtib edilməsi üçün şəxsin son 6 ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına dair şərtin ödənilməsi tələb olunur. Indiki halda iddiaçının sözügedən diaqnoz xəstəliklə hazırki vaxtadək mütəmadi olaraq, ambulator və stasionar müalicədə olması halı iş materiallarında olan ambulator kartadan çıxarış, müalicə sənədləri və digər tibbi sənədlər əsasında öz təsdiqini tapmışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda iddianının əsaslılığı işin yuxarıda müəyyən edilmiş halları əsasında öz təsdiqini tapdığından, habelə həmin hallar əsasında cavabdehin apellyasiya şikayətinin dəlilləri təkzib edildiyindən, apellyasiya şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar