Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-916/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X1rşı “cavabdeh orqanın ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X1rşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində xxxxnin “əlilliyin ləğvi barədə qərarının ləğv edilməsi və əlilliyin həmin tarixdən bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın ##.##.2024- cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1982-ci ildə “Metallurq-Tımiri- 1” ATSC-də əmək fəaliyyətinə başlamış, 1993-cü ildə peşə xəsarəti almaqla əmək qabiliyyətini itirmişvə xəstəliyi ilə əlaqədar təşkilatın ##.##.1993-cü il tarixli, ***/K saylı əmrinə əsasən işdən azad olunmuşdur. Bu səbəbdən ona ikinci dərəcə əlillik verilmişdir. Azərbaycan rEspublikası ƏƏSMN * saylı zona TSEK-nin ##.##.2002-ci il tarixli cə ##.##.2003-cü il tarixli müayinə aktından çıxarışlarına əsasən əmək qabiliyyətini itirmə faizi 20 faiz müəyyən edilməklə ona müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Cavabdeh orqan tərəfindən rəsmi şəkildə dəvət edildiyi zaman səhəti ilə bağlı müəyyən problemləri olduğuna görə ##.##.2023-cü il tarixində dəvət olunduğu müayinədə iştirakı mümkünsüz olmuşdur. Belə ki, iddiaçı ##.##.2023-cü və ##.##.2023-cü il tarixlərində Sumqayıt tibb mərkəzi X1 “* nömrəli şəhər xəstəxanasın”da qaldığı müdddətdə müəyyən müalicələr almışdır. Iddiaçı müayinədə iştirak edə bilməyəcəyini ##.##.2023-cü il tarixində poçt vasitəsi ilə teleqram göndərmişdir (müalicə aldığı xəstəxana ilə əlaqədar sənədləri və bildirişin poçt qəbzini qoşmaya əlavə edilmişdir). Daha sonra iddiaçıya cavabdeh orqan tərəfindən *-**-*/*-F-*****/**** saylı, ##.##.2023-cü il tarixli 2-ci məktub ünvanlanlanaraq bildirilmişdir ki; “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020- ci il 16 yanvar tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra-Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibi-Sosial ekspertizsa komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin (bundan sonra - Agentlik) əlilliyi müəyyən edilmiş Şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq siz ##.##.2023-cü il tarixində Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç., 134) əyani müayinəyə dəvət olunmuşunuz. Həmin bildirişdə əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, sizə peçə xəstəliyi səbəbindən ##.##.2002-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz.” Iddiaçı hal-hazırda hesab edir ki, cavabdeh tərəfindən onun əlilliyinin dayandırılmasına dair hərəkətləri qanunsuz hesab edilməli və bununla bağlı qəbul edilmiş qərar ləğv edilməli, bundan başqa həmin tarixdən iddiaçıya eyni qaydada və tam şəkildə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərarın qəbul edilməsi zəruridir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X1rşı Agentliyin ləğvi barədə qərarın ləğv edilməsi və əlillik dərəcəsinin həmin tarixdən bərpa edilməsi tələbinə dair iş üzrə bildirirlər ki, Sumqayıt şəhər sakini, ##.##.1965-ci il təvəllüdlü RÜstəmov Ilqa Dilavər oğlunun əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən qiymətləndirilmiş və ona “Toksiki toz mənşəli bronxit.Ağ ciyərlərin emfizeması. TÇ II dərəcə. Mədənin 1/3 hissəsinin rezeksiyasından sonrakı vəziyyət” diaqnozu ilə peşə xəstəliyi səbəbindən müddətsiz ikinci dərəcə əlillik və əmək qabiliyyətinin 80 faiz itirilməsi təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş ##.##.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirilmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqinin tapmadığından tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı aparılan ##.##.2002-ci il tarixindən “diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X1 tərəfindən İddiaçı barəsində qəbul edilmiş ## #### 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçı İddiaçı təyin edilmiş əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X1 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarı ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. Ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının hüquqi marağı cavabdehin ləğv edilmiş əlilliyinin bərpa edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdən görünür ki, iddiaçıya ## ####### 2002-ci il tarixindən “Toksiki toz mənşəli bronxit. Ağciyərlərin emfizeması. TÇ II dərəcə. Mədənin 1/3 hissəsinin rezeksiyasından sonrakı vəziyyət” diaqnozu ilə peşə xəstəliyi səbəbindən müddətsiz ikinci dərəcə əlillik və əmək qabiliyyətinin 80 faiz itirilməsi müəyyən edilmişdir. Həmin qərar hüquqi qüvvədə olmuş və iddiaçının əlillik statusu müvafiq elektron informasiya sistemində əks etdirilmişdir. Eyni zamanda əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə iddiaçı ## ###### 2023-cü il tarixdə əyani müayinəyə dəvət edilmiş, gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində inzibati akt qəbul ediləcəyi bildirilmişdir. Iddiaçı sağlamlıq vəziyyətinə görə müayinədə iştirak edə bilmədiyini həmin tarixdə teleqramla cavabdehə çatdırmış, sonrakı günlərdə müalicə almasını təsdiq edən tibbi sənədləri də təqdim etmişdir. Buna baxmayaraq, cavabdehin ## ###### 2023-cü il tarixli məktubu ilə ona müddətsiz təyin edilmiş əlilliyin ləğv olunduğu bildirilmişdir. Sonradan Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli qərardadı əsasında iddiaçı yenidən əyani müayinəyə cəlb edilmiş və cavabdeh tərəfindən ## #### 2024-cü il tarixli qərar qəbul edilmişdir. Iş materiallarında həmin qərarın əsası bir tərəfdən “tam reabilitasiya olunması”, digər tərəfdən isə “diaqnozun öz təsdiqini tapmaması” kimi göstərilmiş, bunun nəticəsində iddiaçının əvvəllər müəyyən edilmiş müddətsiz əlillik statusu aradan qaldırılmışdır. Iddiaçı həmin qərarın ləğvini və əvvəlki əlillik məlumatlarının ləğv tarixindən bərpasını tələb etməklə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əlilliyin təyin edilməsi ilə bağlı qərar barədə müvafiq hərəkətlər aparılması imkanını tanımışdır. Istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçıya əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh əlilliyin təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin təyin olunması barədə qərarın ləğv olunması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və digər normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “Inzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Eyni zamanda, “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə və ya başqa səbəbdən qüvvədən düşənədək hüquqi qüvvəsini saxlayır. Şəxs üçün əlverişli xarakter daşıyan, müddətsiz əlillik müəyyən edən əvvəlki qərarın dəyişdirilməsi və ya ləğvi zamanı inzibati orqan yalnız maddi əsasların mövcudluğunu deyil, həm də inzibati icraatın qanunla nəzərdə tutulmuş prosedur təminatlarına riayət edilməsini əsaslandırmalıdır. Hazırkı işdə isə cavabdeh 2002-ci ildə qəbul edilmiş qərarın düzgünlüyünü şübhə altına alan konkret və əsaslı sübutların nədən ibarət olduğunu göstərməmişdir. Iddiaçının hansı risk meyarına əsasən yoxlamaya cəlb edildiyi, əvvəlki tibbi sənədlərin hansı hissəsinin mötəbər sayılmadığı, həmin qərarın qəbuluna əsas olmuş diaqnoz və funksional pozuntuların hansı obyektiv məlumatlarla təkzib edildiyi iş materiallarından müəyyən olunmur. Iddiaçının ## ###### 2023-cü il tarixli müayinəyə gəlməməsi də özlüyündə onun diaqnozunun təsdiqini tapmaması və ya tam reabilitasiya olunması nəticəsinə gəlmək üçün kifayət edən əsas sayıla bilməz. Bundan başqa, kollegiya qeyd edir ki, mübahisələndirilən qərarda iddiaçının tam reabilitasiya olunması və ya əvvəlki diaqnozun öz təsdiqini tapmaması barədə nəticəyə hansı tibbi müayinələrin, klinik göstəricilərin, funksional pozuntuların ağırlıq dərəcəsinin və qanunvericiliklə müəyyən edilmiş meyarların qiymətləndirilməsi əsasında gəlindiyi göstərilməmişdir. Eyni qərarda mahiyyət etibarilə fərqli faktiki halları ifadə edən “tam reabilitasiya olunma” və “diaqnozun öz təsdiqini tapmaması” əsaslarına paralel şəkildə istinad edilməsi isə cavabdehin gəldiyi nəticənin faktiki əsaslarının ziddiyyətli olduğunu göstərir. Bundan əlavə birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı əsasında alınmış Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ## ###### 2025-ci il tarixli, T***/**** nömrəli rəyində iddiaçıda peşə təsirindən yaranmış qarışıq formalı, nəzarət edilməyən və kəskinləşmə mərhələsində olan bronxial astma, habelə ağır ventilyasiya pozğunluğu müəyyən edilmişdir. Rəydə ağciyərlərin emfizemasının aşkar edilmədiyi göstərilsə də, iddiaçıda tənəffüs sisteminin ciddi funksional pozuntusunun mövcudluğu təsdiqlənmişdir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya əvvəllər təyin edilmiş müddətsiz əlillik barədə qərarın düzgünlüyünü şübhə altına alan konkret və əsaslı sübutları təqdim etməmişdir. Cavabdeh “diaqnozun öz təsdiqini tapmaması” nəticəsinə istinad etsə də, bu nəticənin hansı tibbi müayinə, sənəd və obyektiv məlumatlara əsaslandığını qərarında göstərməmiş, iddiaçının sağlamlıq vəziyyətini əyani müayinə yolu ilə qiymətləndirməmişdir. Buna görə də həmin nəticə əvvəlki əlillik qərarının ləğv edilməsi üçün kifayət edən əsas kimi qəbul oluna bilməz. Kollegiya onu qeyd edir ki, iş üzrə alınmış məhkəmə-tibbi ekspertiza rəyi əlilliyin müəyyən edilməsi sahəsində TSEK-ə verilmiş səlahiyyətlərin məhkəmə və ya ekspert tərəfindən həyata keçirilməsi məqsədi daşımamışdır. Həmin rəy iddiaçıya yeni əlillik təyin edilməsinin müstəqil əsası kimi deyil, mübahisələndirilən inzibati aktın faktiki əsaslarının mövcudluğunun və yetərliliyinin yoxlanılması zamanı iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Ekspert rəyində müəyyən edilmiş hallar cavabdehin iddiaçının tam reabilitasiya olunması barədə gəldiyi nəticənin kifayət qədər tibbi və faktiki əsaslarla təsdiqlənmədiyini göstərdiyindən, məhkəmə tərəfindən bu xüsusda sübut əhəmiyyəti daşıyan hal kimi nəzərə alınmışdır. Beləliklə, cavabdeh iddiaçının əvvəllər müəyyən edilmiş müddətsiz əlillik statusunun ləğvini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğunu sübuta yetirməmiş, işin iddiaçının xeyrinə olan hallarını tam və obyektiv araşdırmamış, qəbul etdiyi əlverişsiz inzibati aktı aydın və yoxlanıla bilən tibbi məlumatlarla əsaslandırmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsinin aldığı ekspert rəyi ilədə iddiaçının xəstəliklərinin davam etməsi təsdiq edillmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, ## #### 2024-cü il tarixli qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslıdır. Kollegiya qeyd edir ki, mübahisələndirilən ## #### 2024-cü il tarixli qərarın ləğvi həmin inzibati aktın doğurduğu hüquqi nəticələrin aradan qaldırılmasını və onun qəbulundan əvvəl mövcud olmuş hüquqi vəziyyətin bərpa edilməsini zəruri edir. Əlilliyin qiymətləndirilməsi nəticələrinin və bu sahədə qəbul edilmiş qərarların Əlillik altsistemində rəsmiləşdirildiyi nəzərə alındıqda, iddiaçıya əvvəllər təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyə dair məlumatların həmin qərarın qəbul edildiyi tarixdən etibarən altsistemdə bərpa olunması qanunsuz inzibati aktın nəticələrinin aradan qaldırılmasının icra üsulu kimi çıxış edir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərarının nəticəvi hissəsində işlədilmiş “əlilliyin bərpa edilməsi” ifadəsi iddiaçıya məhkəmə tərəfindən yeni əlillik dərəcəsinin təyin olunması mənasında deyil, əvvəllər müəyyən edilmiş və mübahisələndirilən qərarla aradan qaldırılmış müddətsiz əlillik barədə məlumatların Əlillik altsistemində ləğv edildiyi tarixdən etibarən yenidən əks etdirilməsi kimi qiymətləndirilməlidir. Əlavə olaraq yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki iddianın təmin edilməsi üçün iddiaçının sağlamlıq vəziyyətinin yoxlanılmasına zərurət olmasa da, birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəyi və ekspertin izahatı ilə də iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin mövcudluğu öz təsdiqini tapmışdır. Kollegiya cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətində diaqnozun mövcudluğunun özlüyündə əlillik təyin edilməsinə əsas vermədiyini, bunun üçün müvafiq ağırlaşma və funksional pozuntuların olmalı olduğunu, məhkəmənin isə xüsusi tibbi bilik tələb edən məsələyə müdaxilə etməklə inzibati orqanın diskresion səlahiyyətini əvəz etdiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, IPM-in 74cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “Inzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Bu baxımdan cavabdehin məhkəmənin xüsusi tibbi bilik tələb edən sahədə qərar qəbul etməsi və diskresion səlahiyyətə müdaxilə etməsi barədə dəlili əsaslı sayıla bilməz. Məhkəmə əlilliyin tibbi meyarlarını özü müəyyən etməmiş, mübahisələndirilən aktın qəbulunda qanunla müəyyən olunmuş hədlərə, prosedur qaydalara və obyektiv əsaslandırma tələbinə əməl olunub-olunmadığını yoxlamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.