Məhkəmə qərarları › İş №2-1(3-8)-917/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-917/2026

01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-917/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Cabbarova Gülnar İnqilab qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1rşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçıya 2015-ci ildə 1 il, ##.##.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində 5 il müddətinə ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. TSEK-də müayinə aktından çıxarışdan görünür ki, ##.##.2025-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026cı il tarixli T**/**** saylı ekspert rəyindən görünür ki, 1,3,5,7. vətəndaş İddiaçı adına “Respublika Endokrinoloji Mərkəzi” PHŞ tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ambulator* çıxarışdan görünür ki, o, həmin tarixdə Mərkəzdə müayinə olunmuş və “E11.7-insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla insulin tələbli, E78.9- hiperxolesterenemiya” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı adına “Quba rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, H********TNH nömrəli Forma 88 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: M5 1.1 -bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-S1 diskogen bel-oma radikulopatiyası, daimi kökçük ağrıları ilə. Ağırlaşmalar: G83.1- aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın distal parezi, əzələ gücü 3.5 bal, G63.2*-diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü. 4 işarəsi ilə), sensomotor polineyropatiya. Yanaşı xəstəliklər: E11.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulin tələbi, M19-digər artrozlar, sağ aşıq-baldır oynağının artrozu, M24.5-oynaqların kontrakturası, onurğanın və sağ aşıq-baldır oynağının kontrakturası, E21.3-əlin və ya pəncənin sallanması (qazanılma), sağ pəncənin sallanması, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş funksiyasının pozulması, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ baldır əzələlərinin hipotrofiyası, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ baldır sümüklərinin aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı əməliyyatından sonrakı vəziyyət, R52.2-digər daimi ağrı, daimi ağrı sindromu, M47- spondilyoz, onurğanın Th12-L1 fəqərələrinin pazvari deformasiyası, yayılmış spondilyoz, G57-aşağı ətrafın mononevropatiyaları, sağ aşağı ətrafın mononevropatiyası, çanaq funksiyalarının pozulması, M84.0-sümük sınığının pis bitişməsi, sağ baldır sümüklərinin aşağı 1/3-nin qeyri-düzgün bitişməsi” diaqnoz ona stasionarda anamnestik, klinik-laborator və instrumental müayinələr əsasında qoyulduğundan və xəstəliklər xroniki olduğundan o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. 2,4,6,8. Qərardadda ekspertiza qarşısında qoyulmuş bütün yarımbəndlərdə olan hallar və digər suallar əlilliyin təyini və qiymətləndirinə meyarlarına aid olduqlarından onların həlli məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR ƏƏSMN-nin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibb müəssisəsinin H******O*TNH saylı, ##.##.2025-ci il tarixli tibbi göndərişi əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə qəbul etdiyi əlliliyin təyin olunmasından imtinaya dair qərarını ləğv etməklə orqanizmin funksiyasının pozulması faizinə uyğun əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1969-cu ildə anadan olmuş və səhhətində yaranmış problemlərlə bağlı ##.##.2015-ci ildə 1 illik müddətə 2 dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur, TSEK tərəfindən müəyyən edilmiş diaqnoz-diskogen (L4-S1) radikulopatiya iki tərəfli ağrı sindromu, hərəkətlərin məhdudlaşması ilə. Eyni diaqnoz əsasında iddiaçıya 2016-cı ildən 2021-ci il tarixə kimi 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Lakin sonradan ailə vəziyyəti ilə əlaqədar iddiaçı əlilliyin təyin olunması ilə bağlı cavabdeh orqana müraciət etməmiş və bu müddət ərzində ağrıları daha da artdığı üçün və əmək qabiliyyətini itirdiyi üçün yenidən tibb müəssisəsinə müraciət edərək tibbi göndərişin cavabdeh orqana göndərilməsini istəmiş və bu əsasla da tibb müəssisəsi tərəfindən göndərilmiş H********TNH saylı göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə qaytarılmış və bu barədə iddiaçıya ##.##.2025-ci ildə SMS məlumatı gəlmişdir. Lakin iddiaçı yenidən ##.##.2025-ci ildə cavabdeh orqanda əyani müayinədə olmuş və ona cavab veriləcəyi bildirilmiş, cavab verilmədiyi halda ##.##.2025-ci ildə cavabdeh orqana gedərək rəsmi arayış istəmiş və həmin tarixdə arayışı alan zaman bilmişdir ki, cavabdeh tibbi göndərişin natamam doldurulması səbəbindən geri qaytarılması barədə SMS məlumat göndərsə də, əslində diaqnozunun əlillik dərəcəsi təyin etməməsi barədə qərar vermişdir, yəni onu düzgün məlumatlandırmamışdır. İddiaçı cavabdehin bu hərəkəti ilə razılaşmayaraq məhkəməyə müraciət edir, belə ki, onun xəstəliyi əlillik dərəcəsinin təyin edilməsinə əsas verdiyi halda cavabdeh qanunsuz qərar çıxarmışdır. Belə hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və əlilliyin təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, vətəndaşın əlillik vəziyyəti sonuncu dəfə tibb müəsissəsinin ##.##.2025-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və ##.##.2025-ci il tarixdə göndərişin natamam doldurulması - səbəb “Əlillik hüquqlarının dəqiqləşdirilməsi üçün ərazi üzrə TSEK-ə yaxınlaşması məsləhətdir” məzmunlu qərar qəbul edilmişdir. Qeyd olunan göndəriş əsasında vətəndaş agentlikdə əyani müayinə olunmuş və ##.##.2025-ci il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir” məzmunlu qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq, “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia müddəti üzürlü səbəbdən ötürülmüş hesab edilərək bərpa edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1 üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu- Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: Sinir sistemi xəstəlikləri - serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) - G81-G83. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri – 6.5.1 - serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya), - 6.5.1.1. ayrıayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 smlik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular əlilik təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla, iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də, iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, xxxx tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona ##.##.2025-ci il tarixdən ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh tərəfin mövqeyinə görə isə ##.##.2025-ci il tarixli qərar əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin ediməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya 2015-2021-ci illərdə diskogen (L4-S1) radikulopatiya iki tərəfli ağrı sindromu, hərəkətlərin məhdudlaşması diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra cavabdeh “diaqnozun əlillik əlamətləri təyin etmir” səbəbi ilə imtina cavabı vermişdir. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ##.##.2026-cı il tarixli T **/**** nömrəli ekspert rəyi alınmışdır. Həmin ekspert rəyindən müəyyən olunur ki, iddiaçının adına “Quba rayon mərkəzi xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, H********TNH nömrəli Forma 88 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: M5 1.1-bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5- S1 diskogen bel-oma radikulopatiyası, daimi kökçük ağrıları ilə. Ağırlaşmalar: G83.1- aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın distal parezi, əzələ gücü 3.5 bal, G63.2*-diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü. 4 işarəsi ilə), sensomotor polineyropatiya. Yanaşı xəstəliklər: E11.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulin tələbi, M19-digər artrozlar, sağ aşıq-baldır oynağının artrozu, M24.5-oynaqların kontrakturası, onurğanın və sağ aşıq-baldır oynağının kontrakturası, E21.3-əlin və ya pəncənin sallanması (qazanılma), sağ pəncənin sallanması, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş funksiyasının pozulması, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ baldır əzələlərinin hipotrofiyası, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ baldır sümüklərinin aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı əməliyyatından sonrakı vəziyyət, R52.2-digər daimi ağrı, daimi ağrı sindromu, M47- spondilyoz, onurğanın Th12-L1 fəqərələrinin pazvari deformasiyası, yayılmış spondilyoz, G57-aşağı ətrafın mononevropatiyaları, sağ aşağı ətrafın mononevropatiyası, çanaq funksiyalarının pozulması, M84.0-sümük sınığının pis bitişməsi, sağ baldır sümüklərinin aşağı 1/3-nin qeyri-düzgün bitişməsi” diaqnoz ona stasionarda anamnestik, klinik-laborator və instrumental müayinələr əsasında qoyulduğundan və xəstəliklər xroniki olduğundan o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, əlilliyin müəyyən edilməsi yalnız diaqnozun mövcudluğu ilə deyil, həmin diaqnozun şəxsin həyat fəaliyyətinin əsas kateqoriyalarına – o cümlədən sərbəst hərəkət, özünəxidmət, əmək qabiliyyəti və sosial adaptasiya imkanlarına təsir dərəcəsi ilə müəyyən olunur. Həmin Qərarın “İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri” adlanan 2-ci bəndinə görə insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

3. III dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;

2. II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;

3. III dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; Yuxarıda istinad olunan Qərarın 6.5.1.1-ci bəndində G81-G83 kodu altında nəzərdə tutulan ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1.5-2 sm-lik əzələ hipotrofiyası, yixarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biliyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular nəzərdə tutulmuşdur. Həmin patofunskional əlamətlərin mövcud olması orqanizm funksiyalarının 40 % pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsi üçün əsasdır. İş üzrəverilmiş məhkəmə-tibb ekspertizasının rəyinə görə iddiaçıda əsas diaqnozun ağırlaşması kimi G83.1-aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın distal parezi, əzələ gücü 3.5 bal və s.xəstəliklər müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iş materiallarında iddiaçının vəziyyətinin məhz qeyd olunan ağır meyarlara tam uyğun gəldiyini təsdiq edən kifayət qədər mötəbər və qəti sübutlar mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyi xüsusi bilik tələb edən məsələlər üzrə əldə edilmiş obyektiv sübut olmaqla, iş üzrə mövcud digər sübutlarla əlaqəlidir, onların heç biri ilə təkzib edilmir və cavabdeh tərəfindən də həmin rəyin düzgünlüyünü şübhə altına alan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı, cavabdeh inzibati orqanın qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarda yalnız "diaqnoz əlillik əlaməti təyin etmir" göstərilmiş, lakin iddiaçının mövcud xəstəliyinin funksional pozuntular yaratmaması, əmək qabiliyyətinə təsir etməməsi və ya "Əlilliyin müəyyən olunması meyarları"na uyğun gəlməməsi hansı tibbi və hüquqi əsaslarla müəyyən edildiyi əsaslandırılmamışdır. Halbuki, inzibati akt yalnız formal nəticə ilə deyil, onu şərtləndirən faktiki və hüquqi əsaslarla da əsaslandırılmalıdır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı uzun illər ərzində sağlamlıq problemləri ilə əlaqədar əlillik statusuna malik olmuş, sonrakı dövrdə isə həmin xəstəliyin nəticələrinin aradan qalxmasını və ya funksional pozuntuların əhəmiyyətli dərəcədə azalmasını təsdiq edən hər hansı tibbi sənəd iş materiallarında mövcud deyildir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnozun öz təsdiqini tapmaması qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “diaqnoz əlillik əlaməti təyin etmir” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (diaqnozun əlillik əlaməti təyin etməməsi) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş ekspert rəyi əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən diaqnozun əlillik əlaməti təyin etməməsi halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla bağlı apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar