Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-922/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X5 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı iddiaçı2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat bağlar massivində X4 istifadəsində olan 2171 A nömrəli bağ sahəsinə və iddiaçı1 istifadəsində olan B-****A nömrəli bağ sahəsinə X2 adına 309013026328 və 309013026327 reyestr nömrələri ilə qeydə alınmış mülkiyyətə dair çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz olunmasını xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 1990-cı ilin əvvəllərindən Sumqayıt şəhəri, Corat bağlar massivində ümumi sahəsi 0,20 ha (20 sot) olan 2171 A nömrəli bağ sahəsi Mustafa Qarayevin istifadəsində olmuş, həmin sahədə abadlaşdırma və yaşıllaşdırma işləri görərək həmin sahəni bağ şəklinə salmış və hal-hazıradək həmin bağdan istifadə etmişdir. Mustafa Qarayevin vəfatından sonra ## ### 2005-ci ildə Sumqayıt şəhər Bələdiyyəsinə həmin torpaq sahəsinin alqı-satqısı üçün seriya DGM ****** nömrəli mədaxil qəbzi ilə hər birimiz 2.750.000 manat pul ödəmiş və şəhər Bələdiyyəsi tərəfindən iddiaçılara istifadələrində olan 2171 “A” nömrəli bağ sahəsinin plan və ölçüsü tərtib edilərək mənə sahəsi 0,10 ha olan 2171 “A” nömrəli, iddiaçı1 adına da sahəsi 0,10 ha olan B-2171 “A” nömrəli bağ sahəsi verilmişdir. Iddiaçılar istifadələrində olan mübahisəli torpaq sahəsinə görə torpaq vergisini də vaxtlı-vaxtında ödəmişdir. 2017-ci ilin sonlarında istifadələrində olan Corat bağlar sahəsi 2171 A saylı bağ sahəsinin iddiaçıların mülkiyyətinə qeydiyyata alınmaqla çıxarış verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsinə müracət edəndə ## ###### 2017-ci il tarixli ************ nömrəli məktubla bildirilmişdir ki, Sumqayıt şəhər Icraiyyə Komitəsinin Bağ Təsərrüfatı sahəsinin ## ###### 1998-ci il tarixli **** nömrəli icarə müqaviləsi və ## #### 2008-cı il tarixli, A № ****** nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşən 2171 A nömrəli bağ evi üzərində daşınmaz əmlakın dövlət reyestrində ## ######## 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış X6 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Iddiaçılar X6 adına daşınmaz əmlakın dövlət reyestrində ## ######## 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışın ləğvi barədə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi vermiş, lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, qeyd edilən 2171 A nömrəli bağ sahəsinin istifadədə olan bağ sahəsi ilə heç bir bağlılığı yoxdur. Bundan sonra iddiaçılar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsinə istifadələrinə verilmiş bağ torpaq sahəsinin dəqiq yerləşdiyi yerin müəyyən edilməsi barədə rəsmi müraciət etmiş və müraciətə əsasən, onlara verilmiş ## ##### 2019- cu il tarixli ************ nömrəli cavab məktubunda bildirilmişdir ki, onların iştirakları ilə idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş və istifadələrində olan torpaq sahəsi Corat bağlar ərazisi 2174B ünvanı ilə Sumqayıt XDS IK-nin Bağ Təsərrüfatı Idarəsi tərəfindən verilmiş ##.##.1978-ci il tarixə **** nömrəli bağ sahəsinin icarəyə verilməsi bərədə müqavilə əsasında X1 adına qeydiyyata alınmışdır. Sonradan torpaq sahəsi vərəsəlik şəhadətnamələri əsasında vərəsələrin adına qeydiyyata alınmış və iki hissəyə bölünərək özgəninkiləşdirilmişdir. Halbuki 2006-cı ildən istifadələrinə verilmiş bağ sahəsinin onların adına rəsmiəşdirilməsi barədə Sumqayıt Şəhər Icra Hakimiyyətinə, şəhər Bələdiyyəsinə, habelə Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokurora və başqa instansiyalara ərizələrlə müraciət etmiş və onlara rəsmi verilən cavab məktublarında qeyd edilmişdir ki, guya Sumqayıt şəhər ərazisində istifadəyə yararlı torpaq sahəsi olmadığından iddiaçılara bağ sahəsi verilməsi mümkün deyildir. Başqa bir cavab məktubunda isə bildirilmişdir ki, istifadələrində olan və mülkiyyətlərinə almaq istədikləri torpaq sahəsindən yeraltı kommunikasiya xətləri keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən rəy verilmədiyindən bələdiyyə tərəfindən qərar verilməsi mümkün olmamışdır. Ancaq bağ sahəsi 1990-cı ilin əvvəllərindən iddiaçıların istifadəsində olmuş və 2005-ci ildə Sumqayıt şəhər Bələdiyyəsi həmin sahənin plan və ölçüsünü tərtib etməklə sxemi hər birinə təqdim etmişdir. Eyni zamanda, 2005-ci ildən bağ sahəsinə görə torpaq verigisini ödəmişlər. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən iddia tələbi üzrə işə baxılarkən 2 dəfə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə vəsatət təmin edilmiş, lakin pandemiya səbəbindən bağ sahəsinə baxış keçirilməsi mümkün olmamışdır. ##.##.2021-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin hər iki ekspertiza icra edilmədən geri qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və həmin qətnamə ilə izah edilmişdir ki, istifadələrində olan torpaq sahəsinə çıxarışın alınması ilə bağlı inzibati qaydada məhkəməyə müraciət edilməlidir. Iddiaçılar mübahisələndirilən bağ sahələrinə müliyyətə dair çıxarışın verilməsinin həvalə edilməsi barədə 2023-cü ilin avqust ayında Sumqayıt Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi özünün ## #### 2024-cü il tarixli 3-21-3-31/2- KOL-***-*/** nömrəli məktubu ilə bildirmişdir ki, həmin torpaq sahələrinə müvafiq olaraq 309013026328 və 309013026327 reyestr nömrələri ilə vətəndaş X2 adına qeydiyyat aparılmışdır. Eyni zamanda, bildirilir ki, torpaq sahələrinin 0,0141 və 0,0144 ha hissələri yaxınlıqdan keçən orta gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Həmin məktubda daha sonra qeyd edilmişdir ki, mübahisə edilən torpaq sahələri üzərində hüquqların qeydiyyatına əsas olan hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilmədiyi aşkar olunduğundan müraciətinin icrası təmin olunmur. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin nəzərinə çatdırır, istifadələrində olan 0,10 ha sahədən ibarət olan 2171 “A” nömrəli və digər sahəsi 0,10 ha olan B-2171 “A” nömrəli bağ sahələri mişar daşı ilə hasarlanmış, bağ sahəsinin dəmir darvazası vardır, bağ sahəsinin içərisində ağaclar əkilmişdir. Istifadələrində olan bağ. sahəsinə dair Sumqayıt Bələdiyyəsinin Bağ Təsərrüfatı Idarəsi tərəfindən ##.##.2005-ci il tarixdə tərtib edilmiş Bağ sahəsinin planında iddiaçıların istifadəsində olan iddiaçı2 adına olan ****A saylı bağın Əvəz Hüseynova məxsus **** saylı bağla, Nazim Cəfərova məxsus **** nömrəli bağ sahəsi və anası iddiaçı1 istifadəsində olan B-****A saylı bağla sərhəd olması qeyd edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı iddia ərizəsi Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli sərəncamına əsasən (hakim - Mehriban Mahmudlu-Abbaszadə) Idarəyə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən, hər biri 0.10 ha olan 2171A və B- ****A nömrəli bağ sahələri üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh1 publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi Idarəsinə daxil olmuş ərizəyə baxılmışdır. Müəyyən olunmuşdur ki, aparılan araşdırma nəticəsində ərizəyə torpaq sahələri üzərində hüquqların qeydiyyatına əsas olan hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilmədiyi aşkar olunduğundan müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Bildirilir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” əsasında aparılır. Bundan əlavə, sözügedən torpaq sahələrinin müvafiq olaraq 309013026328 və 309013026327 reyestr nömrələri ilə vətəndaş X2 adına qeydiyyata alındığı aşkar edilmişdir. Həmçinin bildirilir ki, torpaq sahələrinin 0.0141 və 0.0144 ha hissələri yaxınlıqdan keçən orta gərginliki elektrik xəttinin mühafizəsində yerləşir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, ##.##.2026-cı il tarixli 3-21-3-31/2-Kol-003- */**** nömrəli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia mümkün sayılmamışdır. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Həmin qərarla razılaşmayan iddiaçı iddiaçı2 qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iş mahiyyəti üzrə baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Ididaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, X13 tələblərinə görə, qəbul ediləcək məhkəmə aktı digər şəxslərin hüquqlarına təsir edirsə, həmin şəxslər mütləq işə üçüncü şəxs qismində cəlb edilməlidir. Mübahisəli çıxarışlar X2 adına qeydiyyata alınmışdır. Məhkəmə onun hüquqlarına birbaşa təsir edən məsələyə baxsa da, onu IPM-in 11-ci maddəsinin tələblərinə zidd olaraq işə cəlb etməmiş, prosesi onun iştirakı olmadan aparmışdır. Məhkəmə qərardadın əsas hissəsində reyestrin hansı hüquqmüəyyənedici sənəd (inzibati akt və ya mülki müqavilə) əsasında yarandığını dəqiq tədqiq etməmişdir. IPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə xidməti vəzifəsinə görə bütün faktiki halları araşdırmağa borclu olduğu halda, sadəcə fərziyyələrə əsaslanaraq iddiaçıların hüquqi marağının olmadığını və iddianın qeyri-mümkünlüyünü irəli sürmüşdür. Qərardadın 5-ci bəndində cavabdehin imtina məktubunun ##.##.2026-cı il tarixli olduğu qeyd edilmişdir. Məhkəmə qərardadı isə ##.##.2026-cı ildə çıxarılmışdır. Məhkəmənin hələ mövcud olmayan, gələcəkdə veriləcək bir sənədə istinadən qərar qəbul etməsi məhkəmə aktının qeyri-ciddiliyindən və qanunsuzluğundan xəbər verir. Iddiaçıların mülki məhkəməyə müraciəti zamanı (Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi) onlara inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Inzibati məhkəmənin isə iddianı mümkünlük şərtlərinə görə rədd etməsi iddiaçıları çıxılmaz vəziyyətdə qoyaraq, onların Konstitusiya ilə təmin olunmuş məhkəmə müdafiəsi hüququnu tamamilə iflic edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. TƏTBIQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2. Inzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. Iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Iddia tələbinin mümkün sayılması üçün: 1) inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2) inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3) inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı, yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4) hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalıdır. Kollegiya qeyd edir ki, iddianın qeyd edilən mümkünlük şərtləri, eləcə də mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Hazırda iddiaçının hüquqi marağı X2 adına 309013026328 və 309013026327 reyestr nömrələri ilə qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi ilə bağlıdır. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015ci il tarixli * nömrəli qərarının 17-ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Iddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülkihüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Işdən görünür ki, iddiaçının hazırda mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar mülki-hüquqi əqd, yəni alqı-satqı müqaviləsi əsasında aparıldığından Plenum Qərarında qeyd edildiyi kimi, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş müqavilə mübahisələndirilməklə həyata keçirilməlidir. Belə işlərə isə mülki məhkəmə icraatı qaydasında baxılır. Plenum Qərarının 15.3-cü bəndində isə nəzərdə tutulmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, bağ sahəsinə dair çıxarışların etibarsız hesab edilməsinə dair iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayıla bilməz. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Bundan əlavə iddiaçılar torpaq sahələrinin onların istifadəsində olduğunu bildirsələrdə, bununla bağlı iş materiallarında hər hansı sübut yoxdur. Eyni zamanda iddiaçıların torpaq sahələri ilə bağlı subyektiv hüquqlarının olmasını müəyyyən edən torpaqayırma sənədləri də mövcud deyil. Bu halda kollegiya qeyd edir ki, iddiaçıların digər hüquqmüdafiə vasitəsi seçə bilməsi üçün ilk növbədə subyektiv hüquqlarının olmasını sübut etməlidirlər. Kollegiya qeyd edir ki, iddiaçıların iddia etdikləri torpaq sahələri ilkin olaraq inzibati akt nəticəsində mülkiyyətə verilmişdirsə, subyektiv hüququn olmasının sübut edilməsi şərti ilə ilkin olaraq həmin inzibati akt inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Beləliklə işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.