Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-923/2026 06.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur Ikram oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “minik avtomobili ilə təmin edilmə” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun 3-cü dərəcəli müharibə əlili kimi imtiyazlı əsaslarla avtomobil ilə təmin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1995-ci ildə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuş, lakin valideynləri ilə 7 yaşından Sumqayıt şəhərinə köçmüş və yaşadığı Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən Laçın rayonu F.Cəfərov adına Cicimli kənd orta məktəbində 3-cü sinifdən 11-ci sinfə kimi təhsil almışdır. Iddiaçı orta təhsilini başa vurmaqla hərbi xidmətə yollanmış və 44 günlük Vətən müharibəsində hərbçi zabit (R rütbəsində) döyüşmüş, döyüşdə fərqlənməyinə görə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı, “Müharibə veteranı” vəsiqəsi ilə təltif olunmuşdur. Iddiaçı R, N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 4-cü tağımın komandiri vəzifəsində ##.##.2023-cü ildə keçirilmiş lokal tipli Antiterror əməliyyatlarında iştirak etmiş və bu əməliyyatlar zamanı Xocalı-Aşağı Yemişanlı istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən postunda düşmən tərəfindən basdırılmış minaya düşmüş və minanın partlamasından sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli *** saylı şəhadətnaməsinə əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı hesab olunmuşdur. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (##.##.2023) nəticəsində sol ayağın travmatik qopmasına, qamış sümüyünü distal epivizinin, daban sümüyünün açıq yerdəyişmiş sınıqlarına görə aparılmış sol ayağın Şopar oynağı səviyyəsindən ekzartikulyarizasiyası, güdülün formalaşdırılması, (##.##.2023 əməliyyatdan sonrakı vəziyyət). Sol aşağı ətrafın aşıq-baldır oynağı səviyyəsində postravmatik amputasion güdülü. Xroniki ağrı sindromu. Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Stresə qarşı kəskin reaksiya diaqnozu ilə TSERA tərəfindən ona 2024cü ilin fevral ayından Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin edilmişdir. Iddiaçı minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi barədə cavabdeh orqana müraciət etmişdir. Tərəfindən tələb olunan sənədlər cavabdehə təqdim olunmuşdur, lakin cavabdeh iddiaçıya ünvanladığı *-**-*/*-H-*****/**** saylı, ##.##.2025-ci il tarixli məktubunda qoyulan diaqnozun (##.##.2023 əməliyyatdan sonrakı vəziyyət) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan, şəxslərin reablitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinin təyinatına əsas vermədiyini bildirmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının müraciəti əsasında ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, iddiaçıya ##.##.2024-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən əsas diaqnoz (Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (##.##.2023) nəticəsində sol ayağın travmatik qopmasına, qamış sümüyünü distal epivizinin, daban sümüyünün açıq yerdəyişmiş sınıqlarına görə aparılmış sol ayağın Şopar oynağı səviyyəsindən ekzartikulyarizasiyası, güdülün formalaşdırılması (##.##.2023) əməliyyatından sonrakı vəziyyət) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinin təyinatına əsas vermir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2-1(4-8)-180/2026nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə 30. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra - Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra - Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X6 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik Istehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X6 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra - “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEIS-də X7 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. 3.4. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə 6.1. Minik avtomobilləri aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1) ikinci (II B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2) ağciyər çatışmazlığı, II dərəcəli; 3) bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi; 4) hemiplegiya, nəzərəçarpan hemiparez; 5) nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; 6) hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, II dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda II-III dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7) hər iki aşağı ətrafın fillik xəstəliyi; 8) hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9) aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10) hər iki bud-çanaq oynağının ankilozu; 11) onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları; 12) onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan III-IV dərəcəli əyilmələr; 13) bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 14) aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 15) hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 16) əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, MN Mərkəzi Hərbi Poliklinikasının ## ###### 2024-cü il tarixli xəstəlik haqqında şəhadətnaməsinə əsasən iddiaçı aşağıdakı qaydada şəhadətlənmişdir: Diaqnoz: “Partlayış travması (##.##.2023) nəticəsində sol ayağın travmatik qopmasına, qamış sümüyünün distal epifizinin, daban sümüyünün açıq, yerdəyişmiş sınıqlarına görə aparılmış sol ayağın şopar oynağı səviyyəsində ekzartikulyasiyası, yaraların İ (birincili) cərrahi işlənməsi, (##.##.2023); yaraların II (ikincili) cərrahi işlənməsi, güdülün formalaşdırılması (##.##.2023) cərrahi əməliyyatdan sonrakı kafi bitişməkdə olan sınığı və sol ayağın güdülü, aşıq-baldır oynağının kontrakturası. Partlayış travması (##.##.2023) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət ... Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ##.##.2024-cü il tarixdə orqanizm funksiyalarının 50% pozulması ilə müddətsiz əlillik təyin edilmişdir. Iddiaçıya qoyulmuş diaqnoz aşağıdakı kimi olmuşdur: “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması (##.##.2023) nəticəsində sol ayağın travmatik qopmasına, qamış sümüyünü distal epivizinin, daban sümüyünün açıq yerdəyişmiş sınıqlarına görə aparılmış sol ayağın şopar oynağı səviyyəsindən ekzartikulyasiyası, güdülün formalaşdırılması (##.##.2023) əməliyyatından sonrakı vəziyyət. Sol aşağı ətrafın aşıq-baldır oynağı səviyyəsində postravmatik amputasion güdülü. Xroniki sindromu. Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri. Stresə qarşı kəskin reaksiya”. Iddiaçı minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, əlillik təyinatına əsas verən diaqnoz Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq minik avtomobilinin təyinatına əsas verməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sənədlər və “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilən tibbi göstərişlər iddiaçıya əllilik təyininə əsas olan diaqnozu özündə əhatə etdiyindən iddianın təmin edilməsi əsaslı olmuşdur. Işin halları ilə müəyyən olunur ki, iddiaçı ##.##.2023-cü il tarixdə lokal tipli antiterror əməliyyatı zamanı aldığı xəsarətlərlə əlaqədar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, *** nömrəli arayışdan görünür ki, İddiaçı ##.##.2023-cü il tarixdə lokal tipli antiterror əməliyyatı zamanı Xocalı-Aşağı Yemişcanlı istiqamətində döyüş tapşırığı yerinə yetirərkən düşmən postuna girərkən düşmən tərəfindən basdırılan minanın partlamasından sonra sağ sağrı, sağ baldırın və sağ daban nahiyəsinin zədələnməsi ilə nəticələnən xəsarət almışdır. Ilk tibbi yardım döyüş meydanında göstərildikdən sonra yaralı ##.##.2023-cü il tarixində Şuşa şəhərindəki səhra tibb hospitalına və daha sonra N nömrəli hərbi hissə və son olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. ##.##.2023-cü il tarixədək xəstə “Mina partlayış travması (##.##.2023) nəticəsində sol ayağın Şopar oynağı səviyyəsində travmatik qopmasına, sağ ayağın içəri topuq nahiyəsinin yumşaq toxuma defekti yarasına, yumşaq toxumaların yad cisminə görə aparılmış yaraların birincili cərrahi işlənməsi (##.##.2023), yaraların debridmanı, nekrektomiyası, yad cismin xaric edilməsi (##.##.2023), VAC aparatının montajı (##.##.2023), güdülün Piroqov üsulu ilə formalaşdırılması, VAC aparatının montajı (##.##.2023) cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. Iş materiallarında olan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli müayinə aktına əsasən müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz olmaqla orqanizm funksiyalarının 50% pozulması ilə əlillik dərəcəsi verilmişdir. Əlilliyin müəyyən olunma meyarı kimi “ayaq pəncəsinin və aşıqbaldır oynağının qazanılma olmaması, bir pəncənin xroniki residivləşən xoralı çatışmazlığı” qeyd olunmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”-na əlavənin 6.1-ci bəndinə əsasən aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi üçün hüquqi əsas yaranır. Bu normanın məqsədi aşağı ətrafın ağır anatomik və funksional zədələnməsi nəticəsində şəxsin sərbəst hərəkət imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdığı hallarda onun sosial reabilitasiyasını təmin etməkdir. Iddiaçının tibbi sənədlərində isə sadəcə sümük defekti deyil, bütövlükdə sol ayağın Şopar oynağı səviyyəsində amputasiyası (ekzartikulyasiya), amputasiya güdülünün formalaşdırılması, aşıq-baldır oynağının funksional pozuntusu və daimi hərəkət məhdudiyyəti təsbit olunmuşdur. Ayağın amputasiyası anatomik və funksional baxımdan Qaydanın 6.1-ci bəndində nəzərdə tutulan böyük sümük defektindən daha ağır nəticə doğuran vəziyyət olmaqla həmin normanın tənzimləmə məqsədinə tam uyğundur. Belə olan halda cavabdehin normanı yalnız diaqnozun terminoloji ifadəsinə formal yanaşmaqla tətbiq etməsi hüququn məqsədinə və mahiyyətinə uyğun hesab edilə bilməz. Bundan başqa, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin müəyyən edilməsinə əsas kimi məhz ayaq pəncəsinin və aşıq-baldır oynağının olmaması göstərilmişdir ki, bu da aşağı ətrafın ağır və geri dönməyən anatomik qüsurunu təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya təyin edilmiş əlillik əsasları “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğun olduğu üçün iddia əsaslı hesab edilməlidir. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi minik avtomobili ilə təmin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh səlahiyyətinə reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi aiddir. Müvafiq göstəriş verildikdən sonra Sosial Xidmətlər Agentliyi iddiaçını minik avtomobili ilə təmin etməlidir. Kollegiya qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsinin vəsaiti, dövlət icbari şəxsi sığorta vəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının ## ### 2018-ci il tarixli ****-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 2018-ci il tarixli, *** nömrəli Fərmanının 1.1.18-ci bəndinə əsasən, həmin Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”-na əsasən reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbisosial ekspert komissiyalarının qərarı əsasında X6 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik Istehsalat və Reabilitasiya Mərkəzi tərəfindən səyyar, ambulator və stasionar formada “HYPERLINK "http://e-qanun.az/framework/39591" \o "Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli ****-VQ nömrəli Qanunu"Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://e-qanun.az/framework/44232" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı"2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Göründüyü kimi əlilliyi müəyyən edilmiş şəxsin minik avtomobili ilə təmin edilməsi üçün ilk növbədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən müvafiq tibbi göstəriş verilməlidir. Yuxarıda istinad olunan normaların tələbləri nəzərə alınmaqla məhkəmə iclasında Inzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, barəsində reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ilk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR IPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, IPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilərək iddiaçı barəsində reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı barəsində reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-923/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-923/2026
06.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver