Məhkəmə qərarları › İş №2-1(3-8)-924/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-924/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-924/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iş üzrə (Açar sözlər:növbətir səyyar vergi yoxlaması, əlavə dəyər və ÖMV üzrə əlavə vergi məbləğinin hesablanmasına dair qərarın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarının əmlak vergisi istisna olmaqla qalan hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarından görünür ki, iddiaçıya 2020-2023-cü illər üzrə ümumilikdə artıq hesablama nəzərə alındıqdan sonra 1139277.57 manat əlavə vergi məbləği və 666978.92 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan səyyar vergi yoximası aktında vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim olunan istehsal olunan məhsulun hərəkət cədvəlləri, alış, satış hesabatları, ilkin sənədlər yoxlanıldı. 2022 və 2023- cü illər üzrə alış dəyəri 405133.76 manat xammalın uçotdan silməsi, 8196.94 malın təqdim edilməməsi halı müəyyən edilmdi. 179304,34 manat dəyərində xammalın uçotdan silməsi üzrə vergidən yayınma üəyyən edilmədi. Yuxarıda göstərilən mal-material silgisi, hesabat göstəricilərinin azaldılması, vergiyə cəlb olunan dövriyyənin, material silgi hesabatları üzrə üzləşdirilməsi nəticəsində dövriyyənin kənarlaşdırılması halı müəyyən edilmədi. Təqdim edilmiş "xxxx" MMC-nin 2023-cü ilin Avqust ayı üzrə ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə göstəricilər əsasən təqdim edilən bəyannamədə 1810173.76 manat təqdim edilmə üzrə və 2 763 661.92 manat daxil olma üzrə məbləğ qeyd edilmişdir. Vergi məcəlləsinin 175.1-ci maddəsinə əsasən elektron qaimə- fakturalara üzrə 735 248.33 manat nağdsız ödəniş və əldə edilmiş yük gömrük bəyənnaməli üzrə 273 908.34 manat ödəniş qeyd edilmişdir. Yekunda büdcəyə 315810.95 manat vergi məbləği hesablanmışdır. Yəni ƏDV-nin az və ya artıq hesablanması halı müəyyən edilməmişdir. Iş materiallarına əsasən yoxlamanın əhatə etdiyi dövr üzrə 2023-cü ilin Mart ayı ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 830807,89 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 832877,09 manat olduğu və balansda olan qalıq dəyəri müvafiq olaraq 118753,83 və 172589,94 manat olan AUDI A8 və Mercedes-Benz PKW S 500 4MAT1C Sedan Long markalı nəqliyyat vasitələrini əsas vəsaitlərin hərəkəti cədvəllərinə əsasən təqdim etməsinə baxmayaraq vergi tutulan dövriyyəyə cəlb etmədiyi üçün 52814.34 manat ((830807,89- 1124220.87)* 18%) vergi məbləği üzrə kənarlaşma müəyyən edilir. Qeyd edilir ki, SVY aktına əsasən yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş AUDI A8 və MercedesBenz PKW S 500 4MATIC Sedan Long markalı avtomobillərin ümumi qalıq dəyəri 291.343,77 manat (118.753,83 + 172.589,94) olduğu və qeyd olunan vəsaitin rəsmi qaydada vergi ödəyicisinin bank hesabına və ya kassasına mədaxil edilmədiyi müəyyən edilir. Yəni, tədqiqatla MMC tərəfindən 2023-cü ilin mart ayı üzrə AUDI A8 və MercedesBenz PKW S 500 4MATIC Sedan Long markalı avtomobillərin satışı üzrə 52.814,34 manat ƏDV-nin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən edilir. Iş materiallarına əsasən MMC-tərəfindən yoxlamanın əhatə etdiyi dövr üzrə 2020-ci ilin 3-cü 2023-cü ilin 1-cü rübü üzrə beynəlxalq daşıma ilə bağlı vergi məcəlləsinin 125.1.4- cü maddəsinin tələblərinə riayət edilməməsi səbəbilə, ümumilikdə 44.193,92 manat məbləğində Ödəmə mənbəyində tutulan verginin dövlət büdcəsinə ödənilməkdən yayındırılığı müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarına əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə ƏDV bəyannamələri üzrə ümumilkdə 58800.82 manat ƏDV-nin azaldılması və eyni zamanda 16968.46 manat artıq hesablanması müəyyən edilir. Qeyd edilir ki, azaldılmış və artıq hesablanmaş məbləğlər aylar üzrə ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində öz əksini tapmışdır. Ekspertiza qarşısında qoyulan qeyd edilən suallarla bağlı qeyd edilir ki, Sentyabr 2020-avqust 2023 dövrü üzrə kameral hesablanmış ƏDV məbləğlərini səyyar vergi yoxlaması davam edərkən azaldaraq şəxsi hesab vərəqəsində qərar olmadan azaldaraq, yenidən səyyar vergi yoxlaması üzrə hesablayıb maliyyə sanksiyası tətbiq etmək Vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən aşağıdakılar nəzərdə tutulmuşdur: 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergiödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4- cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Bu bənddə göstərilənlər hüquqi məsələ olduğundan Məhkəmə tərəfindən münasibət bildirilə bilər. Iş materiallarına əsasən səyyar vergi yoxlaması başlananadək kameral vergi yoxlaması olaraq MMC-yə 2023 yanvar ayı üzrə 305 484.01 manat ƏDV hesablanmışdır. Daha sonra ##.##.2023 tarixində vergi ödəyicisi İddiaçı MMC tərəfindən dəqiqləşdirilmiş bəyannamə ilə şəxsi hesab vərəqəsində 180 000.00 manat azalma qeydə alınmışdır. Lakin ##.##.2023 tarixində 2023 yanvar ayı ƏDV bəyannaməsi üzrə hesablanmış kameral ƏDV məbləği ##.##.2024 tarixdə ləğv olunaraq 305 484.01 manat ƏDV-nin azaldılması şəxsi hesab vərəqəsində qeydə alınmış və bəyannamə təsdiq edilmişdir. Azalma ilə bağlı əsaslandırılmış qərarın iş materiallarında mövcud olmadığı müəyyən edilir. Iş materiallarına əsasən səyyar vergi yoxlaması başlananadək kameral olaraq MMCyə 2023 fevral ayı üzrə 426 734.49 manat ƏDV hesablanmışdır. ##.##.2023 fevral ayı Ədv bəyannaməsi üzrə İddiaçı MMC tərəfindən dəqiqləşdirilmiş bəyannamə ilə şəxsi hesab vərəqəsində 527 708.39 manat azalma qeydə alınmışdır. Lakin ##.##.2024 tarixində 2023 fevral ayı ƏDV bəyannaməsi üzrə şəxsi hesab vərəqəsində kameral hesablanmış məbləğ ləğv edilmiş və həmin tarixdə 426 734.49 manat məbləğ azaldılmışdır. Azalma ilə bağlı əsaslandırılmış qərarın iş materiallarında mövcud olmadığı müəyyən edilir. Iş materiallarına əsasən səyyar vergi yoxlaması başlananadək kameral olaraq MMCyə 2023 iyul ayı üzrə 193 457.73 manat ƏDV hesablanmışdır. ##.##.2023 tarixində vergi ödəyicisi İddiaçı MMC tərəfindən dəqiqləşdirilmiş bəyannamə ilə şəxsi hesab vərəqəsində 318 734.99 manat azalma qeydə alınmışdır. ##.##.2024 tarixində isə 2023 iyul ayı Ədv bəyannaməsi üzrə şəxsi hesab vərəqəsində kameral hesablanmış məbləğ ləğv edilmiş və həmin tarixdə 193 457.73 manat məbləğ azaldılaraq bəyannamə təsdiq edilmişdir. Azalma ilə bağlı əsaslandırılmış qərarın iş materiallarında mövcud olmadığı müəyyən edilir. Iş materiallarına əsasən Səyyar vergi yoxlamasının aparıldığı ##.##.2023- ##.##.2024-cü il müddətdə, kameral olaraq ƏDV 2023 yanvar ayı üzrə **************** saylı qərara əsasən hesablanmış 305 484.01 manat, ƏDV 2023 fevral ayı üzrə **************** saylı qərara əsasən hesablanmış 426 734.49 manat, 2023-cü ilin iyul ayı 193 457.73 manat və digər kameral ƏDV hesablamaları qərarlarının cavabdeh * saylı Ərazi Vergilər Baş Idarəsi ləğv edərək ##.##.2024 tarixində 2023 yanvar ayı üzrə ƏDV 173 881.08 manat, 2023 fevral ayı üçün Ədv 541 246.01 manat, 2023 iyul ayı üçün Ədv 320 481.47 manat vergi məbləğləri əlavə olaraq hesablanmış, maliyyə sanksiyalarının hesablanması tətbiq edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində çıxarılmış vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ilə bağlı qeyd edilir ki, ##.##.2024-cü il tarixində yoxlama başlamış, ##.##.2024-cü il tarixində başa çatmışdır. ##.##.2024-cü il tarixində akt tərtib edilmiş, məsuliyyətə cəlb etmə qərarı isə 55 gün müddətində deyil, 59 gün ərzində çıxarılmışdır. Belə ki, VM-nin 39.5, 39.6, 49.1 maddələrinin tələblərinə əsasən qərar ##.##.2024-cü il tarixindən gec çıxarılmamalı idi. Lakin vergi ödəyicisinin və yasığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **************** saylı qərar qərar ##.##.2024-cü il tarixində çıxarılmışdır. Qeyd edilir ki, yuxarıda göstərilən hallar hüquqi xarakter daşığından, həmin hallara Məhkəmə tərəfindən qiymət verilməlidir. Iş materiallarında olan Elektron qaimə faktura və ixrac yük bəyannaməsi ilə təqdim edilmiş mala və xidmətə (işə) görə yoxlama ilə əhatə olunan dövr ərzində ayrı-ayrılıqda aylar üzrə bank hesabına daxil olmuş pul vəsaiti (həmçinin avans pul vəsaiti) 33730102,91 manat (ƏDV-siz), NKA ilə 84058.66 ƏDV-siz manat təşkil etdiyi müəyyən edilir. Vergi ödəyici tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində təqdim edilmiş ƏDV bəyannamə məlumatlarında təqdim edilmiş və göstərilmiş iş, xidmət dəyəri və bu iş xidmətlə bağlı ödənilmiş məbləğ (bəyannamənin 301-ci sətri) 33814161,57 manat (ƏDV-siz) olduğu müəyyən edilir. ş materiallarına əsasən yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisinin bank hesabına, ƏDV hesabına və NKA ayrı-ayrılıqda aylar üzrə daxil olmuş vəsaitlər rəyin tədqiqi hissəsində olan cədvəl məlumatlarında öz əksini tapmışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarının əmlak vergisi (182483.15 manat artıq hesablama) istisna olmaqla qalan hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2023-cu il tarixli **************** saylı qərarı ilə "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə ## ####### 2024-cü il tarixli "Səyyar vergi yoxlaması" Aktı tərtib edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq ## ###### 2024-cü il tarixdə **************** saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Beləliklə, yoxlamanın nəticəsi üzrə qəbul edilmış qərarla: 1. ƏDV üzrə 2022-ci il üzrə 90599.62 manat, 2023-ci il üzrə 1194023.29 manat, cəmi 1284622.91 manat azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 644881.94 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2. ÖMV üzrə 2020-2023-cü illər üzrə cəmi 46 337,26 manat azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 22096.96 manat maliyyə sanksiyası tətbiq edilmiş; 3. Əmlak Vergisi üzrə 2020-ci,2021-ci, 2022-ci illər üzrə 182483.15 manat artıq hesablama tətbiq edilmiş; ümumilikdə artıq hesablama nəzərə alındıqdan sonra 1139277.57 manat əlavə vergi məbləği və 666978.92 manat maliyyə sanksiyası tətbiq edilmişdir ki, bu da cəmi 1806256.49 manat məbləğ təşkil edir. Inzibati aktın əsassız və qanunsuz olmasına dair əsaslar bunlardır: 1. Səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan dayandırılmışdır. Belə ki, yoxlama aktından görünür ki, 16 dəfə, ümumilikdə 270 gün müddətinə vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertizanın keçirilməsi əsası ilə dayandırılmışdır.Məlumdur ki, VM-nin 38.7-ci maddəsində səyyar vergi yoxlamasının dayandırılması qaydaları və əsasları müəyyən olunmuşdur. Həmin normaya görə səyyar vergi yoxlaması yoxlama barədə qərar qəbul etmiş vergi organının əsaslandırılmış qərarına əsasən dayandırılır. VM-nin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması 9 aydan çox olmayan müddətə dayandırılır (təxirə salınır). Qeyd edilən normada qanunverici yoxlamanın dayandırılması anının başa çatmasını mütəxəssisin və ya ekspertin rəyinin təqdim edilməsi anı ilə müəyyən etmişdir. Yoxlama aktının 1.9.4cü bəndində qeyd olunub ki, aktın məzmunundan görünür ki, cavabdeh vergi orqanı ## #### 2024-cü il tarixdə ekspertizanın təyin edilməsi haqqında qərar qəbul etsə də, ekspertiza yalnız 6 aydan çox müddət keçdikdən sonra ## ####### 2024-cü il tarixdə bəyan etmişdir. Belə çıxır ki, ekspert qüya 7 ay ərzində satış qiymətləri üzrə dəqiq istinad maddələri göstərilməmişdir ki, bu hal da açıq-aşkar cavabdeh vergi orqanın öz hüquqlarından suiistifadə etməklə yoxlama müddətinin lüzumsuz olaraq dayandırılmasına dəladət edir. Yoxlama aktının 1.9.5-ci bəndində qeyd olunub ki, aktın məzmunundan görünür ki, cavabdeh vergi orqanı ## ###### 2024-cü il tarixdə mütəxəssisin təyin edilməsi haqqında qərar qəbul etsə də, ekspertiza yalnız 8 aydan çox müddət keçdikdən sonra ## ####### 2024-cü il tarixdə bəyan etmişdir. Belə çıxır ki, mütəxəssis güya 9 ay ərzində avadanlıqların fasilələrlə işlənməsi səbəbi göstərilməmişdir ki, bu hal da açıq-aşkar cavabdeh vergi orqanın öz hüquqlarından sui-istifadə etməklə yoxlama müddətinin lüzumsuz olaraq dayandırılmasına dəladət edir. Beləliklə, yoxlama zamanı cavabdeh vergi orqanı qanunla nəzərdə tutulmuş əsaslar olmadan dəfələrlə yoxlamanın dayandırılması hallarına yol vermiş və süni qaydada yoxlamanın lüzumsuz olaraq uzanmasına yol verməklə vergi qanunvericiliyinin normalarını kobud şəkildə pozmuşdur. 2. Yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 75- 7.10-cu, 8-ci, 11. 1-ci, 12- ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY********* saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi ##.##.2023, sona çatma tarixi ##.##.2023 tarixidir. Halbuki, yoxlama ##.##.2023-cü il tarixində başlasa da, yoxlama müddəti 16 dəfə dayandırılmış (təxirə salınmışdır), bir dəfə artırılmış və yalnız yoxlamanın başlanmasından 1 (bir) il keçdikdən sonra ##.##.2024-cü il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi ##.##.2023 göstərilsə də, faktiki olaraq yoxlama ##.##.2024- cü il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY********* saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyetrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə birinci qərar ümumiyyətlə düzgün tarixdə qeydiyyata alınmamışdır. Belə ki, çıxarışın yoxlamanın müddətinin artırılması hissəsində yoxlamanın ilk dəfə ##.##.2023-cü il tarixdən ##.##.2024- cu il tarixədək (76 gün müddətinə) uzadılması göstərilmişdir. Halbuki yoxlamanın müddəti ##.##.2023-cü il tarixli qərarla 60 iş günü müddətinə uzadılmış və müddət uzatma qərarı qəbul edildiyi andan 1 gün sonra ##.##.2023-cü il tarixdə yoxlamaların reyestr məlumatlarında qeydiyyata alınmışdır. Göründüyü kimi, vergi yoxlaması müddətinin uzadılması ilə bağlı qərarın dövlət reyestrində düzgün qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 3.4.18-ci yarımbəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub- olunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yarımbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. Sözügedən Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Qanunvericiliyinin sözügedən müddəalarına baxmayaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə ## ###### 2024-cü il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Eyni zamanda, nəinki yoxlamanın, həmçinin yoxlamaya aid digər məlumatların dövlət reyestrində qeydiyyata alınmaması yoxlamanın tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir.

3. Məsuliyyətə cəlb edilməsi haqqında qərar VM-nin 49-cu maddəsinin tələblərinin kobud pozulması ilə qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Eynı zamanda, Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən. bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" ## ###### 2003-cü il tarixli * saylı Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, Vergi Məcəlləsinin 49.5-ci maddəsi imperativ xarakter daşıdığından həmin maddədə nəzərdə tutulmuş hallar mövcud olduqda, yəni vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Göstərilən normaların tələblərinə zidd olaraq, cavabdeh vergi orqanı səyyar vergi yoxlamanın materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarda aktda qeyd olunanları sadalamaqla kifayətlənmişdir. 4. Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktında aparılmış hesablamaların aşağıdakı səbəblərə görə qanunsuz və əsassız hesab edirlər: X4 üzrə Səyyar vergi yoxlaması aktında ƏDV-yə dair hissə ilə bağlı bildirilir ki, yoxlama aktında əks olunmuş ƏDV-nin müqayisəli cədvəlindən müəyyən olunur ki, cavabdeh iddiaçının 2023- cü ilin yanvar, fevral, mart, aprel, iyul ayları üzrə büdcədən qaytarılan(Əvəzləşmələr) ƏDV-ni ləğv etməsinə baxmayaraq akta əvəzləşmələrin ləğvinə dair heçbir əsaslanma verməmişdir. Belə ki, səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, təqdim edilən mallar üçün ödəmənin bank hesabına və NKA aparatının göstəricilərinə əsasən təşkil etdiyı bildirilmişdir. Səyyar vergi yoxlamasında bank hesabına olan ödənişlər və NKA aparatının göstəriciləri düzgün müəyyən olunmayaraq iddiaçıya əsassız vergi öhdəliyi yaradılmışdır. Həmçinin cavabdeh svy aktında hansı əməliyyatlar üzrə əvəzləşmərin ləğv etdiyini qeyd etməyərək sadəcə Vergi Məcəlləsinin 175-ci maddəsini sadalamaqla kifayətlənmişdir. Halbuki, cavabdeh özünün yoxlama aktında əvəzləşmərin ləğvinın səbəbini, hansı əməliyyatlar və sənədlər(qaimə və s.) uzrə əvəzləşmələrin ləğvinə dair açıqlama verməliydi. Həmçinin cavabdeh aktda hesablamaya əsas verən dövriyyənin təqdim edilən mallar üçün ödəmənin bank hesabına və NKA aparatının göstəricilərinə əsasən müəyyən edildiyini qeyd etsədə bu barədə heçbir açıqlama verməmişdir. Vergi orqanı ƏDV-nin aylıq hesabat olmasına dair Vergi Məcəlləsinin müəyyənləşdirdiyi tələbləri pozmuşdur. ƏDV üzrə vergi dövrü təqvim ayıdır və vergi öhdəliyi təqvim ayı ərzində aparılan əməliyyatlara görə müəyyən olunmalıdır. Başqa sözlə təqvim ilinin müxtəlif aylarında aparılan əməliyyatlara görə vergi məbləğləri həmin əməliyyatların aparıldığı təqvim ayları üzrə hesablanmalıdır. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24. 1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən "Inzibati icraat haqqında" Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı ışın düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilır. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Svy aktında 2023-cü ilin mart ayı üzrə ƏDV məbləğinin azaldılmasının əsası kimi balansda olan qalıq dəyəri müvafiq olaraq 118753.83 və 172589.84 manat olan 2 ədəd nəqliyyat vasitəsinin təqdim edilməsini əsas göstərərək vergi tutulan dövriyyəyə cəlb edilməsi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 166 1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh müvafiq təqdim olunma üzrə hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur. Svy aktında vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim olunan istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları və əmtəə-material ehtiyatlarının uçotu sənədlərinə əsasən 2022 və 2023-cü illər üzrə alış dəyəri 405133.76 manat xammalı uçotdan silməsinə, 8196.94 malı təqdim etməsinə baxmayaraq gəlirə cəlb etmədiyi, dəyəri 179304.34 manat dəyərində xammalı uçotdan silməsinə baxmayaraq gəlirə cəlb etmədiyi üçün kənarlaşma aşkar qeyd edilsə də, bu düzgün müəyyən edilməmə nədən ibarət olduğu ümumiyyətlə açıqlanmamış, pozuntu halların mahiyyəti izah edilməmiş və bu halları təsdiq edən sənədlərə istinad edilməmiş, yalnız sadə ümumi sözlərlə qanun pozuntusuna yol verildiyi göstərilmişdir. O zaman sual yaranır ki, cavabdeh orqan xammal və material sərfi normalarını necə və hansı qanunvericilik aktı ilə müəyyən etmiş? müəyyən etmək üçün mütəxəssis rəyi almışmıdır? uçotdan silinmiş malın 8196.94 manata təqdim etməsini haradan müəyyən etmişdir? Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Qanunvericiliyin tələbindəndə göründüyü kimi cavabdeh öz fəaliyyət dairəsinə aid olmayan məsələlərə qiymət vermişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** saylı qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr əhatə edilməklə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və ##.##.2023-cü il tarixli **************** saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi müxtəlif plastik məhsulların istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı Vergi məcəlləsinin 153-cü maddəsinə əsasən X4 (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, vergitutma obyektidir. Vergi Məcəlləsinin 161-ci maddəsinə əsasən Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Yuxarıda qeyd olunan Məcələnin 166.1- ci maddəsinə əsasən Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt 166.1.1-1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarət-kassa aparatı çekinin vurulduğu tarix hesab edilir. Eyni zamanda Həmin məcəllənin 174.1-cü maddəsinə əsasən Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Həmin Məcəllənin 175.1-ci madəsinə əsasən Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaiməfaktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. Nəticədə Vergi ödəyicisinin təqdim edilən mallar, xidmətlər (işlər) üzrə ödəmələri bank məlumatları və Nəzarət kassa aparatını göstəriciləri ilə müqayisəsi zamanı aşağdakı kənarlaşmalar yaranmışdır. 2020 sentyabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 71222.64 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 73 772.17 manat olduğu üçün 458.92 manat ((73 772.17-71 222.64)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 229.46 manat (458.92*50%) kənarlaşma aşkar edilmişdir. 2020 oktyabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301ci sətrinin daxil olmuş məbləğ sütununda 87618.5 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 87 110.64 manat olduğu üçün 91.41 manat ((87 618.5-87 110.64) *18%) vergi məbləği artıq hesablanmışdır. 2020 noyabr ƏDV üzrə üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 41366,31 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 41 069,29 manat olduğu üçün 53.46 manat ((41366,31 - 41069,29)*18%) vergi məbləği artıq hesablanmışdır. 2020 dekabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 31753,08 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 29922.08 manat olduğu üçün 329.58 manat ((31753,08 - 29 922.08)*18%) vergi məbləği artıq hesablanmışdır. 2021 yanvar ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 904,73 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 802.21 manat olduğu üçün 18.45 manat ((904,73 - 802.21* 18%)) vergi məbləği artıq hesablanmışdır. 2021 Fevral ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 11 186,44 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 4366,76 manat olduğu üçün 1227.54 manat ((11 186,44 - 4366,76*18%)) vergi məbləği artıq hesablanmışdır. 2021 mart ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 8046,19 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 9346,18manat olduğu üçün 234 manat ((8046,19- 9346,18)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 117 manat (234*50%) kənarlaşma aşkar edilmişdir. 2021 aprel ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 7577,44 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 243.36 manat olduğu üçün 1227.54 manat ((7577,44 - 6225,46 *18%)) vergi məbləği artıq hesablanmışdır. 2021 avqust ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 36 053,96 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 5834,89manat olduğu üçün 5439.43 manat ((36 053,96 - 5834,89*18%)) vergi məbləği artıq hesablanmışdır. 2021 sentyabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 9697,12 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 9057.12 manat olduğu üçün 115.2 manat ((9697,12- 9057.12 )*18%) vergi məbləği artıq hesablanmışdır. 2021 oktyabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 799 398 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 798741,79 manat olduğu üçün 118.12 manat ((799 398- 798741,79) *18%) vergi məbləği artıq hesablanmışdır. 2021 noyabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 1176750,96 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 1175537.11 manat olduğu üçün 218.49 manat ((1176750,96 - 1175537.11)*18%) vergi məbləği artıq hesablanmışdır. 2021 dekabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 2 157 658,43 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 2158247,49 manat olduğu üçün 106.03 manat ((2 157 658,43 - 2158247,49)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin Məcələnin 58.1-ci maddəsinə əsasən 53.02 manat (106.03 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 yanvar ƏDV üzrə təqdim edilən bəyannamənin 301ci sətrinin daxil olmuş məbləğ sütununda 166074,23 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 165129.54 manat olduğu üçün 170.04 manat ((166074,23- 165129.54)*18%) vergi məbləği artıq hesablanmışdır. 2022 fevral ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 1 124 386,66 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 1 125 531,99 manat olduğu üçün 206.16 manat ((1124386,66 - 1 125 531,99)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 103.08 manat (206.16 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 mart ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 3304640,15 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 3306157,23 manat olduğu üçün 273.08 manat ((3304640,15- 3306157,23)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 136.54 manat (273.08 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 aprel ƏDV üzrə təqdim edilən bəyannamənin 301ci sətrinin daxil olmuş məbləğ sütununda 2576417,93 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 2587475.29 manat olduğu üçün 1990.32 manat ((2576417,93- 2587475.29 3)*18% vergi məbləği Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 995.16 manat (1990.32 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 may ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 1105104,1 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 1106458,25 manat olduğu üçün 243.75 manat ((1105104,1- 1106458,25)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin Məcələnin 58.1-ci maddəsinə əsasən 121.87 manat (243.75 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 iyun ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 1328616,56manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 1335550,08 manat olduğu üçün, eyni zamanda SUMQAYIT TELEKOMMUNIKASIYA QOVŞAĞI (VÖEN **********) alınmış HT seriyalı ****** nömrəli əsas məbləği 93.65 ƏDV məbləği 16.86 manat olan faktura Vergi məcəlləsinin 175-ci maddəsinə uyğun əvəzləşdirilə bilmədiyi ü ödənilmədiyi 1264.9 manat ((1328616,56- 1335550,08-93.65)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 632.45 manat (1264.9 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 iyul ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 1648680,85 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 1650495,64manat olduğu üçün 326.66 manat ((1648680,85- 1650495,64)*18% vergi məbləği Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 163.33 manat (326.66 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 Avqust ƏDV üzrə təqdim edilən bəyannamənin 301ci sətrinin daxil olmuş məbləğ sütununda 2613756,33 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 2618661.42 manat olduğu üçün 882.92 manat ((2613756,33- 2618661.42)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1ci maddəsinə əsasən 441.46 manat (882.92 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 Sentyabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 2359470,45 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 2849510,59 manat olduğu üçün 88 207.23 manat ((2359470,45- 2849510,59)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 44 103.61 manat (88 207.23 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 Oktyabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 2820586,26manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 2820151,67 manat olduğu üçün 78.23 manat ((2820586,26- 2820151,67)*18%) vergi məbləği artıq hesablanmışdır. 2022 Noyabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 2161233,45 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 2163646,17 manat olduğu üçün 434.29 manat ((2161233,45- 2163646,17)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin Məcələnin 58.1ci maddəsinə əsasən 217.15 manat (434.29 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 Dekabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 7042184,64 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 7025621.25 manat olduğu üçün 2981.41 manat ((7042184,64 - 7025621.25)*18%) vergi məbləği artıq hesablanmışdır. 2023 yanvar ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 975651,83 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 1941657.86 manat olduğu üçün 173881.09 manat ((975651,83 - 1941657.86)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 86940.54 manat (173881.09 *50%) kənarlaşma aşkar edilmişdir. 2023 fevral ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 0.0 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 17026189.62 manat olduğu üçün, Əvəzləşdirilən əsas məbləğinin 2370747,16 ƏDV məbləğinin 426734,49 qeyd olunmasına baxmayaraq əvəzləşdirilən əsas məbləğin 1090014 ƏDV məbləğin 196202,52 olduğu üçün 541246.1 manat ((0.0 - 17026189.62+2370747,16 - 1090014 )*18% vergi məbləği Vergi Məcəlləsinin 166 və 175-ci maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 270 623.05 manat (541246.1 *50%) kənarlaşma aşkar edilmişdir. 2023 mart ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 830807,89 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 832877,09 manat olduğu və balansda olan qalıq dəyəri müvafiq olaraq 118753,83 və 172589,94 manat olan AUDI A8 və Mercedes-Benz PKW S 500 4MATIC Sedan Long markalı nəqliyyat vasitələrini əsas vəsaitlərin hərəkəti cədvəllərinə əsasən baza məlumatlarına əsasən təqdim etməsinə baxmayaraq vergi tutulan dövriyyəyə cəlb etmədiyi üçün 52814.34 manat ((830807,89- 1124220.87)*18% vergi məbləği Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin Məcələnin 58.1-ci maddəsinə əsasən 26407.17 manat (52814.34 *50%) kənarlaşma aşkar edilmişdir. 2023 Aprel ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 797024,09 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 797234,05 manat olduğu üçün 37.79 manat ((797024,09 - 797234,05)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 18.9 manat (37.79 *50%) kənarlaşma aşkar edilmişdir. 2023 May ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 943493,77 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 945227,06 manat olduğu üçün 311.99 manat ((943493,77- 945227,06)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 156 manat (311.99 *50%) kənarlaşma aşkar edilmişdir. 2023 iyun ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 1404142,26manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 1397950,01manat olduğu, AZ SMART MƏHDUD MƏSULIYYƏTLI CƏMIYYƏTI (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBDG seriyalı ****** nömrəli elektron qaimə-faktura artıq məbləğdə əvəzləşdiyi üçün 1112.3 manat ((1404142,26 - 1397950,01)*18%) vergi məbləği artıq hesablanmışdır. 2023 Iyul ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 23863,99 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 1804316,49 manat olduğu üçün 320481.45 manat ((23863,99- 1804316,49)*18% vergi məbləği Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 160 240.73manat (320481.45 *50%) kənarlaşma aşkar edilmişdir. 2023 Avqust ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 2763661,92 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 2761828,19 manat olduğu və vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim olunan istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları və Əmtəə-material ehtiyatlarının uçotu sənədlərinə əsasən 2022 və 2023-cü illər ərzində alış dəyəri 405 133,76 manat xammalı uçotdan silməsinə, 8196,94 malı təqdim etməsinə baxmayaraq gəlirə cəlb etmədiyi, dəyəri 179 304.34 manat dəyərində xammalı uçotdan silməsinə baxmayaraq gəlirə cəlb etmədiyi üçün 106362.83 manat ((2763661,92 – 3354566.55)*18% vergi məbləği Vergi məcəlləsinin 159 və 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 53181.42manat (106362.83 *50%) kənarlaşma aşkar edilmişdir. Yekun olaraq 1 922 448.73 manat (əsas məbləğ üzrə 1 277 566.81 manat sanksiya üzrə 644 881.92 manat) kənarlaşma aşkar edilmişdi. ÖMV üzrə Vergi məcəlləsinin 125.1-ci maddəsinə əsasən Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyrirezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz Yoxlamaya zamanı vergi ödəyicisi tərəfindən aktivlərin daşınması zamanı Beynəlxalq daşımayla bağlı qeyri rezidentin xaricdəki bank hesablarına ödəmələr etməsinə baxmayaraq qeyd edilən Məcəllənin 125.1.4-cü maddəsinə əsasən aşağdakı kənarlaşmalar aşkar edilmişdir: 2020-ci il 3 rüb üzrə manat ekvalentində 4080 manat ödəniş etməsinə baxmayaraq həmin dövr bəyannamə məlumatlarında vergiyə cəlb edilmədiyi üçün 4080*6%=244.8 manat Vergi məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən, 58.1-ci maddəsinə əsasən 122.4 (244.8*50%) maliyyə sanksiyası kənarlaşmalar aşkar edilmişdir. 2020-ci il 4 rüb üzrə manat ekvalentində 8797,5 manat ödəniş etməsinə baxmayaraq həmin dövr bəyannamə məlumatlarında vergiyə cəlb edilmədiyi üçün 8797,5*6%=527.85 manat Vergi məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən, 58.1-ci maddəsinə əsasən 263.93 (527.85 *50%) maliyyə sanksiyası kənarlaşmalar aşkar edilmişdir. 2021-ci il 1 rüb üzrə manat ekvalentində 1700 manat ödəniş etməsinə baxmayaraq həmin dövr bəyannamə məlumatlarında vergiyə cəlb edilmədiyi üçün 1700*6%=102 manat Vergi məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən və 58.1-ci maddəsinə əsasən 51 (102 *50%) maliyyə sanksiyası kənarlaşmalar aşkar edilmişdir. 2021-ci il 4 rüb üzrə manat ekvalentində 7259 manat ödəniş etməsinə baxmayaraq həmin dövr bəyannamə məlumatlarında vergiyə cəlb edilmədiyi üçün 7259*6%=435.54 manat Vergi məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən və 58.1-ci maddəsinə əsasən 217.77 (435.54*50%) maliyyə sanksiyası kənarlaşmalar aşkar edilmişdir. 2022-ci il 1 rüb üzrə manat ekvalentində 55488manat ödəniş etməsinə baxmayaraq həmin dövr bəyannamə məlumatlarında vergiyə cəlb edilmədiyi üçün 55488*6%=3329,28 manat Vergi Məcəlləsinin 125.1.4cü maddəsinə əsasən və 58.1-ci maddəsinə əsasən 1664,64 (3329,28*50%) maliyyə sanksiyası kənarlaşmalar aşkar edilmişdir. 2022-ci il 2 rüb üzrə manat ekvalentində 263884,02 manat ödəniş etməsinə baxmayaraq həmin dövr bəyannamə məlumatlarında vergiyə cəlb edilmədiyi üçün 263884,02*6%= 15833,04 manat Vergi məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən və 58.1- ci maddəsinə əsasən 7916,52 (15833,04 *50%) maliyyə sanksiyası kənarlaşmalar aşkar edilmişdir. 2022-ci il 3 rüb üzrə manat ekvalentində 383796,78 manat ödəniş etməsinə baxmayaraq həmin dövr bəyannamə məlumatlarında vergiyə cəlb edilmədiyi üçün 383796,78*6%= 23027,81 manat Vergi məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən və 58.1- ci maddəsinə əsasən 11513,9 (23027,81*50%) maliyyə sanksiyası kənarlaşmalar aşkar edilmişdir. 2023-ci il 1 rüb üzrə manat ekvalentində 11560 manat ödəniş etməsinə baxmayaraq həmin dövr bəyannamə məlumatlarında vergiyə cəlb edilmədiyi üçün 11560*6%= 693.6 manat Vergi məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən və 58.1-ci maddəsinə əsasən 346.8 (693.6*50%) maliyyə sanksiyası kənarlaşmalar aşkar edilmişdir. Yekun olaraq maliyyə sanksiya daxil 66 290.88 manat kənarlaşma aşkar edilmişdir. Əmlak vergisi üzrə Vergi məcəlləsinin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.Həmin məcəllənin 197.1.3-ci madəsinə əsasən müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər vergitutma obyekti sayılır Yuxarıda qeyd olunan Məcəllənin 199.11-ci maddəsinə əsasən Investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Bu maddə ilə müəyyən edilmiş azadolma investisiya təşviqi sənədi alınan tarixədək əldə edilmiş və hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilmiş əmlaklara tətbiq edilmir. Bu maddə ilə müəyyən edilən azadolma investisiya layihəsi çərçivəsində sahibkarlıq fəaliyyətinə cəlb edilən və əvvəllər vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilməyən binalara da şamil edilir. Yuxarıda qeyd olunan nəzərə alaraq vergi ödəyicisi tərəfindən hesablanan 2020-ci il üzrə 42 275.59 manat 2021-ci il üzrə 65563.15 manat 2022-ci il üzrə 74 644.41 manat olmaqla yekun olaraq Vergi ödəyicisi tərəfindən Investisiya təşviqi sənədini 2017-ci ildə aldığı üçün 182483.15 manat vergi məbləği azaldılmışdır. Yoxlama ##.##.2023-cü il tarixdə başlanılmış, ##.##.2024-cü il tarixdə başa çatdırılaraq, ##.##.2024-cü il tarixli **************** nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli Qərar qəbul edilmişdir. Həmçinin, Səyyar vergi yoxlaması dayandırılması ilə bağlı bildirilir ki, Vergi Məcəlləsinin 44.1 və 45.1-ci maddələrinə əsasən Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda mütəxəssis və ekspert dəvət oluna bilər. Eyni zamanda həmin Məcəllənin 38.7.3-ci maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlamasının dayandırmaq hüququ vardır. Vergi Məcəlləsinin 44.5-ci maddəsinə əsasən ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir. Yoxlamaya dəvət olunan mütəxəssis tərəfindən rəyin verilməsindən imtina barədə məktub vergi ödəyicisinə əlbəəl təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarının əmlak vergisi (182483.15 manat artıq hesablama) istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, * saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2023-cu il tarixli **************** saylı qərarı ilə "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə ## ####### 2024-cü il tarixli "Səyyar vergi yoxlaması" Aktı tərtib edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq ## ###### 2024- cü il tarixdə **************** saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Qərara əsasən ümumilikdə artıq hesablama nəzərə alındıqdan sonra 1139277.57 manat əlavə vergi məbləği və 666978.92 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən “Ekspertizanın təyin edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** saylı Qərar qanunda nəzərdə tutulmuş qaydada əsaslandırılmamışdır. Yoxlama aparılan dövrdə ekpertizanın keçirilməsinə əsas verən Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinin qüvvədə olan redaksiyasında göstərilirdi ki, malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Yəni, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, cavabdeh vergi orqanı əvvəl “sonrakı (təkrar) satış qiymətinə əsasən”, sonra “dəyərin toplanma üsuluna əsasən” bazar qiymətini müəyyənləşdirməli idi. Bazar qiymətini göstərilən üsullarla müəyyələşdirmək mümkün olmadıqda bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Cavabdeh vergi orqanı bazar qiymətinin ekspertizanın təyin edilməsi mərhələsinədək tətbiq edilməli normaların mümkün olmaması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə “Ekspertizanın təyin edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** saylı Qərarın mətnində ekpertizanın keçirilməsi əsasları da düzgün göstərilməmişdir. Bununla da ekspertizanın təyin edilməsi zamanı qanun pozuntusuna yol verilmişdir. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsində vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək yoxlama dayandırılır. Yoxlama aktının 1.9.4-cü bəndində göstərilir ki, “Ekspertizanın təyin edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** saylı Qərar çıxarılmış və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinin nümayəndələri X1 və X2 ekspert təyin edilmişlər. Qeyd olunan qərar əsasənda “Azərekspertiza” birliyi tərəfindən ekspertiza aparılmış və ## ####### 2024cü ildə rəy təqdim edilmişdir. Lakin aktda qeyd olunur ki, yoxlama zamanı ekspert rəyindən istifadə olunmamışdır. Buradan görünür ki, 18 martdan ## ####### 2024-cü ilədək yoxlama müddəti sonda istifadə olunmayan rəyə görə müxtəlif vaxtlarda dayandırılmışdır. Yoxlama aktının 1.9.5-ci bəndində göstərilir ki, cavabdeh vergi orqanı ## ###### 2024-cü ildə **************** saylı “Mütəxəssisin təyin edilməsi haqqında” qərar çıxarmış və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinin nümayəndələri X1 və X2 ekspert təyin edilmişlər. Halbu ki, həmin şəxslər mütəxəssis təyin edilməli idilər və aktda bu barədə düzgün qeyd aparılmalı idi. Eyni şəxslərin həm mütəxəssis, həm də ekspert təyin edilməsi cavabdeh vergi orqanının bu rəylərə səthi yanaşdığını göstərir. “Azərekspertiza” birliyi tərəfindən ## ####### 2024-cü ildə təqdim edilmiş məlumatda göstərilir ki, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən müxtəlif plastik məmulatlarının istehsalı sahəsində istehsal avadanlıqlarının və istehsal olunmuş məhsulun çeşid sayının çox olması səbəbindən və avadanlıqların fasilələrlə işləməsi səbəbindən ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üçün istehsal olunmuş məhsulların həcminin və təqdim edilmiş malların real bazar qiymətlərinin müəyyən edilməsi imkanımız xaricindədir. “Azərekspertiza” birliyinə bu məlumatı yazmaq üçün İddiaçı MMC-nin avadanlıqlarına və sənədlərinə ekspert və mütəxəssis qərarları qəbul edildikdən sonra bir neçə dəfə baxış keçirmək kifayət edərdi. Lakin yoxlama müddətləri ##.##.2024- ##.##.2024 tarixlərində mütəxəssislər üçün, ##.##.2024-##.##.2024-cü il tarixlərdə isə ekspertlər üçün, son nəticədə isə eyni şəxslər tərəfindən rəy verilməsi üçün uzadılmşdır. Mütəxəssis və ekspert rəylərinin uzun müddətdən sonra dayandırılmaqla verilə bilməməsi və ya verilən rəydən istifadə edilməməsi cavabdeh vergi orqanın öz hüquqlarından suiistifadə etməklə yoxlama müddətinin lüzumsuz olaraq dayandırıldığını, bununla da vergi qanunvericiliyinin normalarını kobud şəkildə pozduğunu sübut edir. Zərurət olmadan ekspertiza təyin olunmasına ve buna rəğmən ekspert reyindən istifadə edilmədən verginin hesablanmasına dair Ali Məhkəmənin *-*(***)-***/**** nömrəli inzibati iş üzrə qərarında ifadə olunmuş hüquqi mövqeyə görə "...qanunverici dayandırmanın konkret əsasların göstərməklə inzibati icraatın aparlma müddətlərinə əsassız müdaxiləni məhdudlaşdırmış və inzibati icraatın ağlabatan müddətdə yekunlaşmasına maneçilik törədə biləcək halların qarşısını almışdır. Vergi qanunvericiliyində yoxlamanın dayandırılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin edilməsiməqsədlərinə xələl gətirmir (əksinə həmin məqsədlərə xidmət edir), lakin o şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan əsasların mövcudluğu öz təsdiqini tapsın. Əks hal, Vergi Məcəlləsinin 38.7-ci maddesinden suiistifadəyə zəmin yaradır ki, bu da yolverilməzdir. Lakin hazırki iş üzrə vergi orqanı öz təşəbbüsü ilə ##.##.2024-##.##.2024 tarixlərində mütəxəssislər üçün, ##.##.2024-##.##.2024-cü il tarixlərdə isə ekspertlər üçün yoxlamanı bir nemə dayandırsa da sonda ekspert və mütəxəssis rəyi almamış və bu rəylərə istinad edilməklə vergi hesablamamışdır. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsində "vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekpertiza keçirilməsi” halının dayandırmaya əsas kimi göstərilməsi və bununla da yoxlama müddətinin uzadılması qanunvericinin niyyəti, yuxarıda qeyd edildiyi kimi, inzibati icraat çərçivəsində obyektiv araşdırma və ve obyektiv həqiqətə nail olunması kimi prinsiplərə xidmət edir ki, cavabdeh vergi orqanı 38.7.3-cü maddayə istinadən yoxlamanı dayandırdıqda ve sonradan ekspertiza və mütəxəssis rəyinı almadan vergiləri hesablanması nəticəsinə gəldikdə, bu halın obyektiv arasdırma prinsipinə kölgə salacağı halından (əsaslı ehtimaldan) çıxış etməlidir. Göründüyü kimi, hazırkı halda cavabdeh vergi orqanı yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu yoxlamamış, dayandırmanın inzibati icraatın qarşısındakı məqsədlərə xidmət etməsi halından çıxış etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, yoxlamanın bu qədər müddətdə və qeyd olunan nəticəsi olmayan əsasla dayandırılması qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparılmışdır, bu isə inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır. Yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY********* saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi ##.##.2023, sona çatma tarixi ##.##.2023 tarixidir. Halbuki, yoxlama ##.##.2023-cü il tarixində başlasa da, yoxlama müddəti 16 dəfə dayandırılmış (təxirə salınmışdır), bir dəfə artırılmış və yalnız yoxlamanın başlanmasından 1 (bir) il keçdikdən sonra ##.##.2024-cü il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi “##.##.2023” tarixi göstərilsə də, faktiki olaraq yoxlama ##.##.2024-cü il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 3.4.16cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY********* saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyetrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə birinci qərar ümumiyyətlə düzgün tarixdə qeydiyyata alınmamışdır. Belə ki, çıxarışın yoxlamanın müddətinin artırılması hissəsində yoxlamanın ilk dəfə ##.##.2023-cü il tarixdən ##.##.2024- cu il tarixədək (76 gün müddətinə) uzadılması göstərilmişdir. Halbuki yoxlamanın müddəti ##.##.2023-cü il tarixli qərarla 60 iş günü müddətinə uzadılmış və müddət uzatma qərarı qəbul edildiyi andan 1 gün sonra ##.##.2023-cü il tarixdə yoxlamaların reyestr məlumatlarında qeydiyyata alınmışdır. Göründüyü kimi, vergi yoxlaması müddətinin uzadılması ilə bağlı qərarın dövlət reyestrində düzgün qeydiyyata alınmaması ilə cavabdeh vergi orqanı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin tələblərini pozmuşdur. Bundan əlavə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə (yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması, aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar) nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə ## ###### 2024-cü il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, Əsasnamənin qeyd olunan tələblərinə baxmayaraq yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatları yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da Əsasnamənin tələblərini pozmuşdur. Səyyar vergi yoxlaması aktında ƏDV-yə dair hissədə ƏDVnin müqayisəli cədvəlindən müəyyən olunur ki, cavabdeh iddiaçının 2023- cü ilin yanvar, fevral, mart, aprel, iyul ayları üzrə büdcədən qaytarılan(Əvəzləşmələr) ƏDV-ni ləğv etməsinə baxmayaraq akta əvəzləşmələrin ləğvinə dair heç bir əsaslanma verməmişdir. Belə ki, səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, təqdim edilən mallar üçün ödəmənin bank hesabına və NKA aparatının göstəricilərinə əsasən təşkil etdiyı bildirilmişdir. Səyyar vergi yoxlamasında bank hesabına olan ödənişlər və NKA aparatının göstəriciləri düzgün müəyyən olunmayaraq iddiaçıya əsassız vergi öhdəliyi yaradılmışdır. Həmçinin cavabdeh yoxlama aktında hansı əməliyyatlar üzrə əvəzləşmərin ləğv etdiyini qeyd etməyərək sadəcə Vergi Məcəlləsinin 175- ci maddəsini sadalamaqla kifayətlənmişdir. Halbuki, cavabdeh özünün yoxlama aktında əvəzləşmərin ləğvinın səbəbini, hansı əməliyyatlar və sənədlər(qaimə və s.) uzrə əvəzləşmələrin ləğvinə dair açıqlama verməli idi. Həmçinin cavabdeh aktda hesablamaya əsas verən dövriyyənin təqdim edilən mallar üçün ödəmənin bank hesabına və NKA aparatının göstəricilərinə əsasən müəyyən edildiyini qeyd etsə də, bu barədə heç bir açıqlama verməmişdir. Bundan əlavə yoxlama aktında 2023-cü ilin mart ayı üzrə ƏDV məbləğinin azaldılmasının əsası kimi balansda olan qalıq dəyəri müvafiq olaraq 118753.83 və 172589.84 manat olan 2 ədəd nəqliyyat vasitəsinin təqdim edilməsini əsas göstərərək vergi tutulan dövriyyəyə cəlb edilməsi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh müvafiq təqdim olunma üzrə hər hansı dəyər əldə olunduğunu, malların dəyərinin ödənildiyini sübut edə bilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur. Yoxlama aktında vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim olunan istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları və əmtəəmaterial ehtiyatlarının uçotu sənədlərinə əsasən 2022 və 2023-cü illər üzrə alış dəyəri 405133.76 manat xammalın uçotdan silinməsinə, 8196.94 malın təqdim edilməsinə baxmayaraq gəlirə cəlb edilmədiyi, dəyəri 179304.34 manat dəyərində xammalın uçotdan silməsinə baxmayaraq gəlirə cəlb edilmədiyi üçün kənarlaşma aşkar edildiyi qeyd edilsə də, cavabdeh vergi orqanı pozuntunun mahiyyətini izah etməmiş, pozuntunu təsdiq edən sənədlərə istinad etməmiş, yalnız sadə ümumi sözlərlə qanun pozuntusuna yol verildiyi göstərilmişdir. Yoxlama aktında qeyd olunanlardan görünür ki, cavabdeh mütəxəssis dəvət etmiş, mütəxəssis rəy verə bilmədiyi sahə üzrə bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə mütəxəssis rəyi olmadan hesablama aparmış və öz fəaliyyət dairəsinə aid olmayan məsələlərə qiymət vermişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Bundan əlavə iddiaçının iddia ərizəsinə dair cavabdeh vergi orqanı tərəfindən təqdim olunan etirazda da iddia ərizəsində göstərilənləri təkzib edəcək və hesablamanın qanuni olmasını sübut edəcək sənədlər, məlumatlar məhkəməyə təqdim edilməmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə kollegiyası mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Işə baxan məhkəmə qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli ekspertiza rəyinə istinad edərək iddia tələbini təmin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli */**** nömrəli rəy əsassızdır və qeyd edilən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməməlidir. 1-ci sualla bağlı ekspert rəyində yazılanlara cavab olaraq bildiririk ki, vergi ödəyicisi tərəfindən təqdim olunan reseptura (istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları) sənədlərinə və mal- material hərəkəti cədvəllərinə əsasən 2022 və 2023-cü illərdə respeturada olmayan 405 133,76 manat malı ((2022-ci il üzrə : 152 540,0 kq dəyəri 64458,28 manat X3 98%, 91 350,0 kq dəyəri 168070,71 manat Sodium Sulfat THIRD Elements, 21400 kq dəyəri 131 106,74 manat TITANIUM 2023-ci il üzrə : 16 000,0 kq 41 498,04 manat Kaustik Soda ), 179304,34 manat xammalı, 8196,94 manat malı mühasibat uçotu sənədlərində artıq sildiyi aşkar edildiyi üçün Vergi Məcəlləsinin 159,5 və 166-cı maddələrinə əsasən 405133,76+179304,34+8196,94=592 738,36 manat dəyərində mal və xammal vergiyə cəlb olunmuşdur. Eyni zamanda vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları bank hesabına və kassa aparatı vasitəsilə 2 761 931,51 manat daxilolma olmuşdur, vergi ödəyicisi tərəfindən bəyan edilən 2023-cü il avqust ƏDV bəyannaməsində 2763661,92 bəyan edilmiş və nəticə olaraq (592 738,36+2 761 931,51-2763661,92)*18%=106362,83 manat kənarlaşma aşkar edilmişdir. 4, 6, 7 və 15-ci suallara cavab - Qeyd olunan rəydə sentyabr 2022, noyabr 2022, yanvar 2023, fevral 2023, aprel 2023, may 2023, iyul 2023, avqust 2023 dövrlərininin Vergi Məcəlləsinin 166-cı və 175-ci maddələrinin tələblərinin yoxlanılması zamanı ƏDV bəyannamələrində hesablamalar aşağdakı kimidir: 1) 2022-ci il sentyabr ayının sonuncu bəyannamə məlumatına əsasən 18% cəlb olunan əməliyyatlar üzrə daxilolmalar 2 359 470.45 manat qeyd edilsə də bank məlumatları və kassa məlumatları araşdırılan zaman vergi ödəyicisinin bank hesabına 2847986,27 manat pul vəsaiti, kassa üzrə dövriyyə 1524,32 olduğu məlum olmuşdur və nəticə olaraq (2847986,27+1524,322359 470.45) *18%=88 207,23 manat vergi məbləği yayındırılmışdır. 2) 2022-ci il noyabr ayının sonuncu bəyannamə məlumatına əsasən 18% cəlb olunan əməliyyatlar üzrə daxilolmalar 2 161 233,45 manat qeyd edilsə də bank məlumatları və kassa məlumatları araşdırılan zaman vergi ödəyicisinin bank hesabına 2162114,31 manat pul vəsaiti, kassa üzrə dövriyyə 1 531,86 olduğu məlum olmuşdur və nəticə olaraq (2847986,27+1531161 233.45) *18%=434,29 manat vergi məbləği yayındırılmışdır. 3)2023-cü il yanvar ayının sonuncu bəyannamə məlumatına əsasən (##.##.2023 tarixində təqdim olunan) 18% cəlb olunan əməliyyatlar üzrə daxilolmalar 975 651,83 manat qeyd edilsə də bank məlumatları və kassa məlumatları araşdırılan zaman vergi ödəyicisinin bank hesabına qaytarma nəzər alınmaqla 1 941 657,86 manat pul vəsaiti , kassa üzrə dövriyyə 1706,0 olduğu məlum olmuşdur və nəticə olaraq (2 847 986,27+1 706,0-975 651,83)*18%=173 881,09 manat vergi məbləği yayındırılmışdır. 4) 2023-cü il fevral ayının sonuncu bəyannamə məlumatına əsasən (##.##.2023 tarixində təqdim olunan) 18% cəlb olunan əməliyyatlar üzrə daxilolmalar 0,00 manat qeyd edilsə də, bank məlumatları və kassa məlumatları araşdırılan zaman vergi ödəyicisinin bank hesabına qaytarma nəzər alınmaqla 1 724 507,32 manat pul vəsaiti, kassa üzrə dövriyyə 1 682,3 olduğu məlum olmuşdur, həmçinin həmin bəyannamənin 308-ci "VM 175.1 -ci maddəsinə əsasən alınmış elektron qaiməfakturalar (elektron vergi hesab- fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 311.535,63 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 78.429,88 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır, yoxlama zamanı bank və ƏDv depozit məlumatlarının araşdırılması zamanı həmin məbləğin 81 003.66 olduğuu məlum olmuşdur, Vergi məcəlləsinin 153.1 maddəsinə əsasən X4 vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir və nəticə olaraq (1724507,32+1682,3)*18%+311535,63- 81003,66=541 246,1 manat vergi məbləği yayındırılmışdır.5) 2023-cü il aprel ayının sonuncu bəyannamə məlumatına əsasən 18% cəlb olunan əməliyyatlar üzrə daxilolmalar 797 024,09 manat qeyd edilsə də bank məlumatları və kassa məlumatları araşdırılan zaman vergi ödəyicisinin bank hesabına 795 511,87 manat pul vəsaiti, kassa üzrə dövriyyə 1 531,86 olduğu məlum olmuşdur və nəticə olaraq(2847986,27+1531,862161 233,45)*18%=37,97 manat vergi məbləği yayındırılmışdır. 6)2023-cü il may ayının sonuncu bəyannamə məlumatına əsasən (##.##.2023 tarixində təqdim olunan) 18% cəlb olunan əməliyyatlar üzrə daxilolmalar 943 493,77 manat qeyd edilsə də bank məlumatları və kassa məlumatları araşdırılan zaman vergi ödəyicisinin bank hesabına qaytarma nəzər alınmaqla 943 649,77 manat pul vəsaiti , kassa üzrə dövriyyə 1 577,29 olduğu məlum olmuşdur və nəticə olaraq (943 649,77+1 577,29-943 493,77)*18%=311,99 manat vergi məbləği yayındırılmışdır. 7) 2023-cu il iyun ayının sonuncu bəyannamə məlumatına əsasən (##.##.2023 tarixində təqdim olunan) 18% cəlb olunan əməliyyatlar üzrə daxilolmalar 1 404 142,26 qeyd edilsə də bank məlumatları və kassa məlumatları araşdırılan zaman vergi ödəyicisinin bank hesabına qaytarma nəzər alınmaqla 1 396 176,79 (1362278,48 mal və xidmət, 33898,31 - əsas vəsaitin Toyota camry satışından) manat pul vəsaiti , kassa üzrə dövriyyə 1 773,22 olduğu məlum olmuşdur, həmçinin AZ SMART MƏHDUD MƏSULIYYƏTLI CƏMIYYƏTI (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBDG seriyalı ****** nömrəli elektron qaimə- faktura artıq məbləğdə əvəzləşdiyi üçün ƏDV məbləği 2,29 və nəticə olaraq (1 396 176,79+1 773,22-1 404 142,26)*18% +2,29 = -1 112,3 manat vergi məbləği artıq hesablanmışdır.8) 2023-cü il iyul ayının sonuncu bəyannamə məlumatına əsasən (##.##.2023 tarixində təqdim olunan) 18% cəlb olunan əməliyyatlar üzrə daxilolmalar 23 863,99 manat qeyd edilsə də bank məlumatları və kassa məlumatları araşdırılan zaman vergi ödəyicisinin bank hesabına qaytarma nəzər alınmaqla 1 802 575,82 manat pul vəsaiti , kassa üzrə dövriyyə 1 740,67 olduğu məlum olmuşdur və nəticə olaraq (1 802 575,82+1 740,67-23 863,99)*18%=320 481,45 manat vergi məbləği yayındırılmışdır. 9) 2023-cü il avqust - birinci sualla etiraz bildirilmişdir. Həmçinin ekspert rəyində qeyd olunan 5, 8, 9, 10, 11, 12 və 13-cü suallara cavab olaraq bildiririk ki, Vergi məcəlləsinin 72.5-ci maddəsinə əsasən həmin Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Həmçinin növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. ##.##.2023-ci il tarixində vergi ödəyicisinə **************** nömrəli 10.10.20223-cü ildən səyyar vergi yoxlamasının başlayacağı barədə yazılı bildiriş göndərilmişdir. Vergi ödəyicisi tərəfindən ##.##.2023-cü il tarixində iyun 2023, ##.##.2023-cü il tarixində may 2023, ##.##.2023-cü il tarixində yanvar, fevral, iyul, avqust 2023-cü dövrlər üzrə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Həmin məbləğlər vergi orqanı tərəfindən azaldılmamışdır, qeyd edilən dövrlər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələrin nəticəsidir. 14-cü suala cavab olaraq bildiririk ki, Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Maddədə qeyd olunduğu kimi 30 gün müddətinin başlanğıcı aktın tərtib olunduğu ##.##.2024- cü il tarixindən deyil aktın verilməsi günündən, yəni ##.##.2024- cü il tarixindən hesablanır. 16, 17, 20-ci suallara cavab olaraq bildiririk ki, qeyd olunan elektron qaimə faktura, ixrac yük bəyannaməsi, bank məlumatları, banka daxil olan vəsaitlər barədə məlumatlar qoşma şəklində təqdim edirik. Verginin hesablanması ilə bağla aşağıdakılar bildiririk; Əlavə deyər vergisi üzrə: Vergi məcəlləsinin 153-cü maddəsinə əsasən X4 (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin məcəllənin 159.1 -ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, vergitutma obyektidir. Vergi məcəlləsinin 161 -ci maddəsinə əsasən Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Yuxanda qeyd olunan Məcələnin 166.1-ci maddəsinə əsasən Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt 166.1.1-1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarət-kassa aparatı çekinin vurulduğu tarix hesab edilir. Eyni zamanda Həmin məcəllənin 174.1-cü maddəsinə əsasən Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Həmin məcəllənin 175.1 -ci mədəsinə əsasən Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin mallan (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün mallann (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş mallann (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin mallan (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman ə vəzləşd irilən ƏDV- nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə mallann (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində mallann idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. Nəticədə Vergi ödəyicisinin təqdim edilən mallar, xidmətlər (işlər) üzrə ödəmələri bank məlumatları və Nəzarət kassa aparatını göstəriciləri ilə müqayisəsi zamanı aşağdakı kənarlaşmalar yaranmışdır. 2020 Sentyabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 71 222.64 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 73 772.17 manat olduğu üçün 458.92 manat ((73 772.17-71 222.64)*18% vergi məbləği Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1 -ci maddəsinə əsasən 229.46 manat (458.92*50%) kənarlaşma aşkar edilmişdir. 2020 Oktyabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 87 618.5 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 87 110.64 manat olduğu üçün 91.41 manat ((87 618.5-87 110.64)*18%) vergi məbləği artıq hesablanmışdır. 2020 Noyabr ƏDV üzrə üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 41366,31 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 41 069,29manat olduğu üçün 53.46 manat ((41366,31 - 41069,29)*18%) vergi məbləği artıq hesablanmışdır. 2020 Dekabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 31753.8 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 29922.8 manat olduğu üçün 329.58 manat ((31753,08 - 29922.08)*18%) vergi məbləği artıq hesablanmışdır. 2021 Yanvar ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 904,73 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 802.21 manat olduğu üçün 18.45 manat ((904,73 - 802.21* 18%))vergi məbləği artıq hesablanmışdır. 2021 Fevral ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 11 186,44 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 4366,76 manat olduğu üçün 1227.54 manat ((11186,44- 4366,76*18%)) vergi məbləği artıq hesablanmışdır. 2021 Mart ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 8046,19 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 9346,18manat olduğu üçün 234 manat ((8046,19- 9346,18)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1 -ci maddəsinə əsasən 117 manat (234*50%) kənarlaşma aşkar edilmişdir. 2021 Aprel ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 7577,44 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 243.36 manat olduğu üçün 1227.54 manat ((7577,44-6225,46*18%)) vergi məbləği artıq hesablanmışdır. 2021 Avqust ƏDV üzrə təqdim edilən bəyannamənin 301 -ci sətrinin daxil olmuş məbləğ sütununda 36 053,96 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 5834,89manat olduğu üçün 5439.43 manat ((36 053,96 - 5834,89*18%)) vergi məbləği artıq hesablanmışdır. 2021 Sentyabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 9697,12 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 9057.12 manat olduğu üçün 115.2 manat ((9697,12- 9057.12)*18%) vergi məbləği artıq hesablanmışdır. 2021 Oktyabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 799 398 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 798741,79manat olduğu üçün 118.12 manat ((799 398- 798741,79)*18%) vergi məbləği artıq hesablanmışdır. 2021 Noyabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 1176750,96manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 1175537.11 manat olduğu üçün 218.49 manat ((1176750,96 - 1175537.11)*18%) vergi məbləği artıq hesablanmışdır. 2021 Dekabr ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 2 157 658,43 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 2158247,49 manat olduğu üçün 106.03 manat ((2 157 658,43 - 2158247,49)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 53.02 manat (106.03 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 Yanvar ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 166074,23 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən (geri qaytırlan ödəmələr də nəzərə alınmaqla 165129.54 manat olduğu üçün 170.04 manat ((166074,23- 165129.54)*18%) vergi məbləği artıq hesablanmışdır. 2022 Fevral ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 1 124 386,66 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 1 125 531,99 manat olduğu üçün 206.16 manat ((1 124 386,66 - 1 125 531,99)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin Məcələnin 58.1-ci maddəsinə əsasən 103.08 manat (206.16 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 Mart ƏDV üzrə təqdim edilən bəyannamənin 301 -c-i sətrinin daxil olmuş məbləğ sütununda 3304640,15 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 3306157,23 manat olduğu üçün 273.08 manat ((3304640,15-3306157,23)*18% vergi məbləği Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1- ci maddəsinə əsasən 136.54 manat (273.08 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 Aprel ƏDV üzrə təqdim edilən bəyannamənin 301 -ci sətrinin daxil olmuş məbləğ sütununda 2576417,93 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 2587475.29 manat olduğu üçün 1990.32 manat ((2576417,93- 2587475.29 3)*18% vergi məbləği Vergi məcəlləsinin 166cı maddəsinə əsasən Həmin Məcələnin 58.1-ci maddəsinə əsasən 995.16 manat (1990.32 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 May ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 1105104,1 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 1106458,25 manat olduğu üçün 243.75 manat ((1105104,1-1106458,25)*18% vergi məbləği Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin Məcələnin 58.1-ci maddəsinə əsasən 121.87 manat (243.75 *50%) kənarlaşma aşkar edilmişdir. 2022 Iyun ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 1328616,56manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 1335550,08 manat olduğu üçün, eyni zamanda SUMQAYIT TELEKOMMUNIKASIYA QOVŞAĞI (VÖEN **********) alınmış HT seriyalı ****** nömrəli əsas məbləği 93.65 ƏDV məbləği 16.86 manat olan faktura Vergi məcəlləsinin 175-ci maddəsinə uyğun əvəzləşdirilə bilmədiyi ü ödənilmədiyi 1264.9 manat ((1328616,56- 1335550,08- 93.65)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 632.45 manat (1264.9 *50%) kənarlaşma aşkar ^edilmişdir. 2022 Iyul ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 1648680,85 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən ((975651,83-1941657.86)*18% vergi məbləği Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1 -ci maddəsinə əsasən 86940.54 manat (173881.09 *50%) kənarlaşma aşkar edilmişdir. 2023 Fevral ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 0.0 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 17026189.62 manat olduğu üçün, Əvəzləşdirilən əsas məbləğinin 2370747,16 ƏDV məbləğinin 426734,49 qeyd olunmasına baxmayaraq əvəzləşdirilən əsas məbləğin 1090014 ƏDV məbləğin 196202,52 olduğu üçün 541246.1 manat ((0.0 - 17026189.62+2370747,16 - 1090014 )*18% vergi məbləği Vergi məcəlləsinin 166 və 175-ci maddəsinə əsasən Həmin məcələnin 58.1 -ci maddəsinə əsasən 270 623.05 manat (541246.1 *50%) kənarlaşma aşkar edilmişdir. 2023 Mart ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 830807,89 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 832877,09 manat olduğu və balansda olan qalıq dəyəri müvafiq olaraq 118753,83 və 172589,94 manat olan AUDI A8 və Mercedes-Benz PKW S 500 4MATIC Sedan Long markalı nəqliyyat vasitələrini əsas vəsaitlərin hərəkəti cədvəllərinə əsasən baza məlumatlarına əsasən təqdim etməsinə baxmayaraq vergi tutulan dövriyyəyə cəlb etmədiyi üçün 52814.34 manat ((830807,89- 1124220.87)*18% vergi məbləği Vergi məcəlləsinin 166cı maddəsinə əsasənHəmin məcələnin 58.1-ci maddəsinə əsasən 26407.17 manat (52814.34 *50%) kənarlaşma aşkar edilmişdir. 2023 Aprel ƏDV üzrə təqdim edilən bəyannamənin 301- ci sətrinin daxil olmuş məbləğ sütununda 797024,09 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 797234,05 manat olduğu üçün 37.79 manat ((797024,09-797234,05)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1-ci maddəsinə əsasən 18.9 manat (37.79 *50%) kənarlaşma aşkar edilmişdir. 2023 May ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 943493,77 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 945227,06manat olduğu üçün 311.99 manat ((943493,77- 945227,06)*18% vergi məbləği Vergi məcəlləsinin 166-cı maddəsinə əsasənHəmin məcələnin 58.1-ci maddəsinə əsasən 156 manat (311.99 *50%) kənarlaşma aşkar edilmişdir. 2023 Iyun ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 1404142,26manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 1397950,01 manat olduğu, AZ SMART MƏHDUD MƏSULIYYƏTLI CƏMIYYƏTI (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBDG seriyalı ****** nömrəli elektron qaimə-faktura artıq məbləğdə əvəzləşdiyi üçün 1112.3 manat ((1404142,26- 1397950,01 )*18%) vergi məbləği artıq hesablanmışdır. 2023 Iyul ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 23863,99 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 1804316,49 manat olduğu üçün 320481.45 manat ((23863,99- 1804316,49)*18% vergi məbləği Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1 -ci maddəsinə əsasən 160 240.73manat (320481.45 *50%) kənarlaşma aşkar edilmişdir. 2023 Avqust ƏDV üzrə təqdim edilən bəyannamənin 301-ci sətrinin daxil olmuş məbləğ sütununda 2763661,92 manat qeyd edilməsinə baxmayaraq Vergi ödəyicisin təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin bank hesabına və NKA aparatın göstəricilərinə əsasən 2761828,19 manat olduğu və vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim olunan istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları və Əmtəə-material ehtiyatlarının uçotu sənədlərinə əsasən 2022 və 2023-cü illər ərzində alış dəyəri 405 133,76 manat xammalı (kaustik soda və titanium) uçotdan silməsinə , 8196,94 malı təqdim etməsinə baxmayaraq gəlirə cəlb etmədiyi, dəyəri 179 304.34 manat dəyərində xammalı uçotdan silməsinə baxmayaraq gəlirə cəlb etmədiyi üçün 106362.83 manat ((2763661,92-3354566.55)*18% vergi məbləği Vergi məcəlləsinin 159 və 166-cı maddəsinə əsasən Həmin məcələnin 58.1 -ci maddəsinə əsasən 53181.42manat (106362.83 *50%) kənarlaşma aşkar edilmişdir. Yekun olaraq ƏDV üzrə 1 922 448.73 manat (əsas məbləğ üzrə 1 277 566.81 manat sanksiya üzrə 644 881.92 manat) kənarlaşma aşkar edilmişdi. Əlavə olaraq, Sumqayıt Apeliyasiya Məhkəməsinin Inzibati Kollegiyası ##.##.2025-ci il tarixli **(***)-**/**** nömrəli qərardadında qeyd olunmuşudur ki, iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə arizə ilə məhkəməyə müraciət etdikdən sonra hesablanmış 1.277,576 manat vergi borcu ilə razılaşmış və 1.003,000 manat hissəsini ödəmişdir. Bu isə onu deməyə əsas verir ki, iddianın uğurluluq ehtimalını təsdiq edən kifayət qədər ilkin sübutlar mövcud deyildir. Sumqayıt Apeliyasiya Məhkəməsinin Inzibati Kollegiyası müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi haqqında ##.##.2025-ci il tarixli **(***)-**/**** nömrəli qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli 15(102)-150/2025 qərardadı ilə qüvvədə qalmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazda cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Maddə 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 92. Ödəmə mənbəyində verginin tutulmamasına və ya büdcəyə köçürülməməsinə görə məsuliyyət Bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. 96.1....Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Maddə 101.1-3. Fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu Məcəllənin 101.1-ci və 101.1-1-ci maddələrində nəzərdə tutulan dərəcələrə uyğun olaraq hesablanır və aidiyyəti üzrə ödənilir. Bu Məcəllənin 150.1.3-cü və 150.1.7-ci (vergi orqanlarında uçota alınmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) münasibətdə) maddələri tətbiq edilərkən gəlir vergisi bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan verginin dərəcəsi müvafiq olaraq pensiya alan və xidməti göstərən şəxsin gəlirlərinə tətbiq edilməklə hesablanır. Maddə 58.1-1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması üfüqi monitorinq zamanı aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq; 125.1.2. faizlər - bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq; 125.1.3. rezident müəssisəsinin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri - 4 faiz; 125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir; Maddə 153.X4 anlayışı 153.1. X4 (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDVnin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il ######ın #-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli (xarici mənşəli balıq məhsulları istisna olmaqla)) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Maddə 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Maddə 161.2. Əgər vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir. Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.1-1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarət-kassa aparatı çekinin vurulduğu tarix; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. 166.2. Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyrikommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. 166.3. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) sayılır.[1121] 166.4. Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir: 166.4.1. mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt; 166.4.2. mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt. 166.5. Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır. 166.6. Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Maddə 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Maddə 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:[1154] 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütöv mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqanın onun barəsində qəbul etdiyi əlavə vergi məbləğinin hesablanması barədə ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarın qismən-X4, mənfəət vergisi və ÖMV üzrə hesablanmış vergi məbləği ilə bağlı hissədə ləğv edilməsinə nail olmağa yönəlmişdir. Cavabdeh inzibati orqan tərəfindən mübahisə predmeti olan qərar əsasında iddiaçıya ƏDV üzrə 2022-ci ilin müvafiq aylarına 90.599,62 manat, 2023-cü ilin müvafiq aylarına 1.194.023,29 manat olmaqla, ümumilikdə 1277566,8 manat əlavə vergi məbləği hesablanmış və ona uyğun olaraq 644881,94 manat maliyyə sanksiyası tətbiq edilmiş, ÖMV üzrə 2020-ci və 2023-cü ilin müvafiq dövrlərinə ümumilikdə 44193,92 manat əlavə vergi məbləği hesablanmış və ona uyğun olaraq 22096,96 manat maliyyə sanksiyası tətbiq edilmiş, əmlak vergisi üzrə isə 2020-2022-ci illər üzrə ümumililikdə 182483,15 manat vergi məbləğinin artıq hesablandığı müəyyən edilmişdir. Indiki halda iddiaçı tərəfindən sözügedən qərar yalnız X4 və ÖMV üzrə hesbalanmış vergi məbləği ilə bağlı hissədə mübahisələndirildiyindən, məhkəmə baxışının predmeti qimsində həmin hissədə qərarın qnauniliyinin yoxlanılması çıxış edir. Cavabdeh inzibati orqan mübahisə predmeti olan hissədə həmin qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində 2023-cü il tarixdə növbəti səyyar vergi yoxlaması keçirilmiş, yoxlama dövründə 2022 və 2023-cü il üzrə ƏDV ilə bağlı təqdim edilmiş vergi bəyannaməsində əks olunmuş vergiyə cəlb olunan dövriyyə və əvəzləşdirilən ƏDV məbləğinə dair məlumatlar ilə, vergi ödəyicinin təqdim etdiyi mallar üzrə həyata keçirilmiş faktiki ödəmə məbləğləri (bank hesabı əməliyyatları və NKA aparatı göstəriciləri) və ƏDV sub-uçot hesabı üzrə həyata keçirilmiş əməliyyatlar arasında uyğunsuzluq olduğundan, aylar üzrə bəyan edilmiş vergi məbləğləri üzrə kənarlaşma müəyyən edilmiş, həmçinin beynəlxalq daşımanın həyata keçirilməsi ilə bağlı qeyri-rezidentlərə edilmiş ödənişlər üzrə ÖMV məbləğlərinin dövlət büdcəsinə ödənilmədiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübhasəli halları ilə bağlı onu qeyd edir ki, işin faktiki və hüquqi halları baxımından hazırki iş üzrə sübutetmə yükü hər iki tərəfin üzərinə düşür, yəni cavabdeh əlavə vergi məbləğinin hesbalanması əsasını sübutetmək öhdəliyini daşıyır, iddiaçı isə vergi bəyannaməsində və digər vergi uçot hesabtalarında yaranmış uyğunsuzluğun təkzib edilməsinə dair halları sübutetmək öhdəliyini daşıyır. Kollegiya mübahisə predmeti olan qərarın ÖMV üzrə əlavə vergi məbləğinin hesbalanması ilə bağlı hissədə iddianın əsaslılığına dair qeyd edir ki, yoxlama zamanı iddiaçı tərəfindən 2020-ci və 2023-cü illərin müvafiq dövrləri üzrə baş tutmuş beynəlxalq daşımalar ilə bağlı VM-nin 125.1.4-cü maddəsinin tələbinə əsasən rabitə və ya nəqliyyat xidmətləri üzrə ödəmələrin 6 faizi məbləğində vergi məbləğinin ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilmədiyi, nəticədə 44.193,92 manat vergi məbləğinin azaldıldığı müəyyən edilmiş və vergi qanunvericiliyinin tələbinə əsasən həmin məbləğin 50 faizi məbləğində (22.096,96 manat) maliyyə sanksiyası tətbiq edilmişdir. Indiki halda ÖMV üzrə qeyd edilən məbləğdə kənarlaşmanın olması halı iş materiallarında olan ekspert rəyi, ekspertin izahatı, vergi öədyicisinin özünün təqdim etdiyi vergi bəyannamə məlumatları, cavabdehin təqdim etdiyi yoxlama sənədləri əsasında öz təsdiqini tapmışdır. Iddiaçı tərəfindən həmin halı təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, həmin vergi öhdəliyinin mövcud olmaması və ya həmin vergi ödəməsinin həyata keçirilməsinə dair heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, mübahisə predmeti olan qərar ÖMV üzrə əlavə vergi məbləğinin hesablanması və ona müvafiq olaraq maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində əsaslı olmuş, iddiaçının tələbi həmin hissədə əsassız olmuşdur. Bundan əlavə, kollegiya ƏDV üzrə əlavə vergi məbləğinin hesablanması ilə bağlı hissədə onu qeyd edir ki, səyyar vergi yoxlaması zamanı ƏDV üzrə əlavə vergi məbləğinin aylar üzrə vergi ödəyicisnin təqdim etdiyi bəyannamə məlumatları, habelə vergi ödəyicisinin təqdim etdiyi və aldığı mallar (işlər və xidmətlər) üzrə həyata keçirilmiş ödənişlərə dair məlumatlar (bank hesabı əməliyyatları, NKA aparatı göstəriciləri, ƏDV sub-uçot üzrə əməliyyatlar) aşkar şəkildə mövcud olmuşdur. Indiki halda məhz vergi ödəyicisinin təqdim etdiyi həmin məlumatların yoxlama ilə əhatə olunan vergi dövrləri üzrə müqayisəli təhlili nəticəsində ƏDV-yə münasibətdə müxtəlif təqvim ayları üzrə vergilərin azaldılması və ya artıq hesablanması halları müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı barəsində ƏDV üzrə kənarlaşma halının müəyyən edilməsinin əsası məhz təqdim etdiyi vergi hesabtlarında bəyan edilən (vergiyə cəlb edilən dövriyyə, əvəzləşdirilən ƏDV məbləği, dövlət büdcəsinə ödənilməli ƏDV məbləği və s.) məlumatlar ilə uçot baza məlumatları arasında uyğunsuzluqların yaranması səbəb olmuşdur. Iddiaçı tərəfindən isə həmin uyğunsuzluqların mövcud olmaması və ya təkzib eidlməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş yazılı mülahizədə (iş materialları səh. 157-167) yoxlama ilə əhatə olunan hər bir ay üzrə vergi bəyannaməsində qeyd edilmiş məlumatlar ilə həmin aylar üzrə bank hesab əməliyyatları, NKA göstəriciləri və ƏDV sub-uçotu hesabı üzrə əməliyyatlar, o cümlədən mədaxil və məxaric edilmiş nağd və nağdsız pul vəsaitləri barədə göstəricilər müqayisə şəkildə konkret rəqəmlər ilə ifadə edilmiş, və müvafiq aylar üzrə kənarlaşmaları dəqiq şəkildə təsdiq edən həmin sənədlər məhkəməyə təqdim edilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyinin məzmununda 2020-ci ilin sentyabr ayı üzrə 458,91 manat, 2021-ci ilin mart ayı üzrə 234 manat, dekabr ayı üzrə 106,03 manat, 2022-ci ilin fevral ayı üzrə 206,16 manat, mart ayı 273,07 manat, aprel ayı üzrə 1990,32 manat, may ayı üzrə 243,75 manat, iyun ayı üzrə 1264,9 manat, iyul ayı üzrə 326,67 manat, avqust ayı üzrə 882,67 manat, 2023-cü ilin mart ayı üzrə 52814,34 manat ƏDV-nin az hesablandığı, digər bir neçə ay üzrə isə artıq hesablandığı müəyyən edilmiş, bir qisim aylar ürzə isə hər hansı kənarlaşma müəyyən edilməmiş, habelə vergi ödəyicisinin bank hesabları və kassası üzrə mədaxil və məxaric olunan nağd və nağdsız pul vəsaitlərinin məbləğləri cəvdəl şəklində illər və aylar üzrə aşkar şəkildə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı ekspert rəyinin gəldiyi nəticə ilə həmin cədvəldə əks olunan rəqəmlər arasında uyğunsuzluq olduğundan, həmin ziddiyyətli hala aydınlıq gətirilməsi məqsədilə ekspert rəyini təqdim edən ekspertin məhkəmə iclasında dinlənilməsi təmin edilmişdir. Məhkəmə araşdırması zamanı ekspertin verdiyi izahat da nəzərə alınaraq, ekspert rəyində müvafiq aylar üzrə ƏDV məbləğinin az hesablanması halları ilə bağlı gəlinən nəticənin cavabdehin təqdim etdiyi məlumatlar ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı bəzi təqvim ayları üzrə ekspert rəyində olan məlumatlar ilə cavabdehin təqdim etdiyi məlumatlar arasında uyğunsuzluq aşkar edilmişdir. Indiki halda ekspert rəyi ilə cavabdehin təqdim etdiyi məlumatlar arasında uyğunsuzluq ondan ibarətdir ki, cavabdeh 2022-ci ilin sentyabr ayı üzrə vergi bəyannaməsində vergiyə cəlb edilən daxilolma məbləği kimi 2359470,45 manat qeyd edildiyi halda, bank hesabına 2847986,27 manat nağdsız, kassasına isə 1524,32 manat nağd pul vəsaitlərinin mədaxil olunduğunu nəzərə alaraq, 88207,23 manat kənarlaşma, 2022-ci ilin noyabr ayı üzrə bəyannamədə vergiyə cəlb edilən daxilolma məbləği kimi 2161233, 45 manat qeyd edildiyi halda, bank hesabına 2162114,31 manat nağdsız, kassa üzrə isə 1531,86 manat nağd pul vəsaitlərinin mədaxil olunduğunu nəzərə alaraq, 434,29 manat kənarlaşma, 2023-cü ilin yanvar ayı üzrə bəyannamədə vergiyə cəlb edilən daxilolma məbləği kimi 975651,83 manat qeyd edildiyi halda, bank hesabına 1941657,86 manat nağdsız, kassasına isə 1706 manat nağd pul vəsaitlərinin mədaxil olunduğunu nəzərə alaraq, 173881,09 manat kənarlaşma, 2023-cü ilin fevral ayı bəyannamədə vergiyə cəlb edilən daxilolma məbləği kimi 0 manat qeyd edildiyi halda, bank hesabına 1724507,32 manat nağdsız, kassasına isə 1682,3 manat nağd pul vəsaitlərinin mədaxil olunduğunu nəzərə alaraq, nəticədə 541246,1 manat kənarlaşma, 2023-cü ilin aprel ayı bəyannamədə vergiyə cəlb edilən daxilolma məbləği kimi 797024,09 manat qeyd edildiyi halda, bank hesabına 795511,87 manat nağdsız, kassasına isə 1531,86 manat nağd pul vəsaitlərinin mədaxil olunduğunu nəzərə alaraq, nəticədə 37,97 manat kənarlaşma, 2023-cü ilin may ayı üzrə bəyannamədə vergiyə cəlb edilən daxilolma məbləği kimi 943493,77 manat qeyd edildiyi halda, bank hesabına 943649,77 manat nağdsız, kassasına isə 1577,29 manat nağd pul vəsaitlərinin mədaxil olunduğunu nəzərə alaraq, nəticədə 311,99 manat kənarlaşma, 2023-cü ilin iyun ayı üzrə bəyannamə üzrə vergiyə cəlb edilən daxilolma məbləği kimi 1404142,26 manat qeyd edildiyi halda, bank hesabına 1396176,79 manat nağdsız, kassasına isə 1773,22 manat nağd pul vəsaitlərinin mədaxil olunduğunu, eləcə də elektron qaimə faktura üzrə artıq əvəzləşmənin yarandığını nəzərə alaraq, 1112,3 manat kənarlaşma, 2023-cü ilin iyul ayı üzrə vergiyə cəlb edilən daxilolma məbləği kimi 23863,99 manat qeyd edildiyi halda, bank hesabına 1802575,82 manat nağdsız, kassasına isə 1740,67 manat nağd pul vəsaitlərinin mədaxil olunduğunu nəzərə alaraq, nəticədə 320481,45 manat kənarlaşma müəyyən edilmişdir. Başqa sözlə desək, yuxarıda qeyd olunan təqvim ayları üzrə vergi ödəyicisinin bank hesabına və kassasına mədaxil olunan pul vəsaitlərinin ümumi məbləğinin həmin aylar üzrə vergi bəyannamələrində daxilolmalar üzrə bəyan edilmiş məbləğlərdən artıq olduğu müəyyən edilmişdir. Ekspert tərəfindən təqdim edilmiş rəydə isə həmin aylar üzrə hər hansı kənarlaşma müəyyən edilməmiş, halbuki rəyin məzmununda aylar üzrə bank hesabı və kassa üzrə mədaxil və məxaric olunan pul vəsaitlərinin məbləğləri aşkar şəkildə qeyd edilmiş və həmin cədvəldə olan məlumatlar ilə cavabdehin təqdim etdiyi məlumatlar uyğunluq təşkil etmişdir. Belə olan halda kollegiya qeyd edir ki, təqdim edilən və alınan mal (iş və xidmətlər) üzrə nağd və ya nağdsız qaydada mədaxil və məxaric olan pul vəsaitləri barədə məlumatlar mövcud və aşkar olduğu, eləcə də cavabdehin verdiyi məlumatlarla uyğunluq təşkil etdiyi və bütün məlumatların ona tam şəkildə təqdim ediliyini də bildirdiyi halda, ekspert həmin aylar üzrə faktiki daxilolma ilə bəyannamədə öz əksini tapan daxilolma məbləği arasındakı kənarlaşmanı hansı səbəbdən nəzərə almadığına aydınlıq gətirə bilməmiş və hansı səbəbdən vergilərin az hesablanma halının müəyyən edilməməsini izah edə bilməmişdir. Hətta məhkəmə araşdırması zamanı ekspertin özü tərəfindən də həmin cədvəldə olan məlumatlar əsasında vergi məbləği üzrə kənarlaşma halının aşkar şəkildə göründüyü, uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, ekspert rəyində ƏDV üzrə kənarlaşmanın müəyyən edilmədiyi aylar üzrə (2022-ci ilin sentyabr, noyabr,2023-cü ilin yanvar, fevral,aprel, may,iyun,iyul ayları üzrə) rəyin mötəbərliyi məhkəmə araşdırması zamanı eskpertin izahatı, rəyin özünün məzmununda olan cədvəl məlumatı, ekspertizaya təqdim edilmiş məlumatlar əsasında təkzib edildiyindən, habelə cavabdehin təqdim etdiyi məlumatların həqiqiliyi öz təsdiqini tapdığından, iddianın əsaslılığının müəyyən edilməsi ilə bağlı həmin hissədə ekspert rəyi mötəbər sübut qismində qəbul edilməməlidir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində ƏDV üzrə 2020-2023-cü illərin müxtəlif aylarında əlavə vergi məbləğinin hesablanmasının düzgünlüyü ekspert rəyi (azalma müəyyən edildiyi aylar üzrə), ekspertin izahatı, cavabdehin təqdim etdiyi məlumatlar, vergi ödəyicisinin özünün təqdim etdiyi vergi bəyannamə məlumatları, bank hesabı və kassas aparatı üzrə məlumatlar, elektron qaimə faktura məlumatları əsasında öz təsdiqini tapdığından, iddiaçı həmin hissədə də qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmamış, cavabdehin şikayətinin dəlilləri də həmin hissədə əsaslı olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, idniki halda iddiaçının şəxsi hesab vərəqəsində borc öhdəliyinin mövculduğu müəyyən edilməmiş, həmin borc məbləği onun tərəfindən tam olaraq ödənilmiş, əksinə artıq ödəməsi mövcud olmuşdur.Bu hal da özlüyündə iddianın əsaslılığını təkzib edən hal kimi qiymətləndirilməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, iddia tələbinin əsaslılığı qanunvericiliyin tələbi baxımından düzgün dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar