Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-931/2026 10.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı ünvan 1 ünvanında yerləşən * saylı mənzilin cavabdeh X1 adına keçməsinə dair iddiaçının adına tərtib edilmiş ##.##.2000-ci il tarixli saxta ərizənin, həmin ərizə əsasında aparılmış özəlləşdirilmənin etibarsız hesab edilməsi və qeyd edilən özəlləşdirmə əsasında mübahisəli mənzilə dair verilmiş ##.##.2000-ci il tarixli, ***** nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil atasınıın evidir. O həmin evdə anadan olmuş, orada böyümüşdür, qeyd olunan mənzildə yaşamışdır. Sonuncu dəfə 2025-ci ilin avqust ayında qardaşı - hazırki iş üzrə cavabdeh onu atasının evinə buraxmamış və münaqişə yaratmışdır. Bu səbəbdən də o polisə müraciət etmiş, lakin polisdən ona aidiyyəti üzrə müvaffiq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qardaşı ilə arasında olan məhkəmə çəkişməsi zamanı ona məlum olub ki, mənzil 2000-ci ildə cavabdeh tərəfindən özəlləşdirilmişdir. O 1967-ci ildən mübahisəli mənzildə pasport qeydiyyatındadır, həmin mənzildə doğulmuş, orada yaşamış, istifadə etmiş, lakin son bir iki ildə qardaşı X3 həyat yoldaşının təkidi ilə onu mənzilə buraxmamışdır. Onun 1967-ci ildən mübahisəli mənzildə pasport qeydiyyatında olmağına baxmayaraq cavabdeh qeyri-qanuni yolla onun yaşadığı mənzili özəlləşdirmiş və Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Sumqayıt ərazi idarəsi tərəfindən ##.##.2000-ci il tarixli ***** nömrəli qeydiyyat vəsiqəsi almağa nail olmuşdur. Aralarında olan mülki mübahisəyə baxılarkən məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə özəlləşdirmə üçün əsas olmuş sənədlərin məhkəməyə göndərilməsi barədə məhkəmə sorğu göndərmişdir. Sorğu zamanı müəyyən olunmuşdur ki, özəlləşdirməyə əsas olmuş sənədlərdə olan yazı və imza nümunələri ona məxsus deyildir.Özəlləşdirilmə zamanı sənədlər hamısı saxtalaşdırılmışdır. Mənzil özəlləşdirilərkən onun məlumatı olmamış, heç bir notariat kontoruna getməmiş və ya heç bir razılıq ərizəsi yazmamış və ya imzalamamışdır. Mütəmadi olaraq mübahisəli mənzildən istifadə etmiş, cavabdeh heç vaxt ona bildirməmişdir ki, o mənzili özəlləşdirib. O, heç vaxt onun belə bir saxtakalıq edəcəyini ağlına gətirməmiş, çünki atası bütün əmlakını 20 sentyabr, 2007-ci il tarixdə ona vəsiyyət etmiş və bu barədə vəsiyyətnamə tərtib olunmuşdur. O bu vəsiyyətnamədən xəbərdar olduğu üçün heç vaxt cavabdehin hərəkətlərindən şübhələnməmişdir. Hesab edir ki, cavabdeh qurumun imtinası tamamilə qanunsuz və əsassızdır, süründürməçilik xarakteri daşıyır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblərlə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələblərinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbləri ilə bağlı cavabdeh qismində qoyduğu inzibati orqana məhkəməyə müraciət etməmişdən öncə müraciət edilməmişdir. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbləri ilə bağlı cavabdeh qismində qoyduğu inzibati orqana məhkəməyə müraciət etməmişdən öncə müraciət edilmiş, bununla bağlı iddia ərizəsi inzibati məhkəmənin dəftərxanasına təqdim olunarkən iddia ərizəsinə imtina məktubu əlavə edilmiş, iddia ərizəsində müvaffiq qeydlər olmuş, qoşma hissəsində isə imtina məktubu göstərilmişdir. Ərizənin mükün sayıılmamasının yeganə əsası məhs bu hal olduğundan hesab edir ki, qərar qanuni və əsaslı hesab edilə bilməz. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi imtina məktubunu məhkəməyə təqdim edərək şikayətin təmin edilib-edilməmə məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 45.4. Iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Maddə 55.3 Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.4. Iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. Iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 4/55 ünvanında yerləşən * saylı mənzilin qardaşı X1 adına keçməsinə dair iddiaçının adına tərtib edilmiş ##.##.2000-ci il tarixli ərizənin, həmin ərizə əsasında aparılmış özəlləşdirilmənin etibarsız hesab edilməsi və qeyd edilən özəlləşdirmə əsasında mübahisəli mənzilə dair verilmiş ##.##.2000-ci il tarixli, ***** nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti iddiaçının iddia tələbləri ilə bağlı cavabdeh qismində qoyduğu inzibati orqana məhkəməyə müraciət etməmişdən öncə müraciət etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 6-cı maddəsinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmçinin sözügedən qərarın 8-ci bəndinin tələblərinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun tələbinə görə iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Birinci instansiya məhkəməsi hazırki iddianın iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbləri ilə bağlı cavabdeh qismində qoyduğu inzibati orqana məhkəməyə müraciət etməmişdən öncə müraciət edilməli olduğunu qeyd etməklə iddianın mümkün sayılmaması qənaətinə gələrkən cavabdehin qeyd olunan məsələyə dair mövqeyini nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə iddiaçının müvafiq inzibati orqana müraciəti üzrə imtina məktubu təqdim edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmədiyi qənaətinə gələrək iddianı mümkün saymamışdır. Halbuki, birinci instansiya məhkəməsi həmin halın mövcudluğunu tam araşdırmamış, bu məqsədlə cavabdehdən müvafiq sənədlərin təqdim edilməsini tələb edən sərəncam verməmiş, habelə cavabdehin bu məsələyə dair mövqeyini öyrənməmişdir. Nəticədə, iddianın mümkünlüyü ilə bağlı nəticə işin faktiki halları tam araşdırılmadan qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda qeyd edilən əsaslarla iddianın mümkün sayılmaması yolverilməzdir. IPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünsüzlüyü iş materiallarından açıq-aşkar müəyyən edilmədiyi hallarda, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini formal mülahizələr əsasında həll etməməli, işin hallarının tam və hərtərəfli araşdırılması məqsədilə müvafiq prosessual tədbirlər görməli, cavabdehdən iddiaya qarşı mülahizə və etirazının təqdim edilməsini tələb edən sərəncam qəbul etməli idi. Yalnız bundan sonra iddianın mümkünlüyünə dair əsaslandırılmış nəticəyə gəlmək mümkün olardı. Yuxarıda göstərilənləri ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, işə yenidən birinci instansiya məhkəməsində baxılarkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün hallar tam və hərtərəfli araşdırılmalı, iddianın mümkünlüyü məsələsinə yalnız zəruri prosessual hərəkətlər həyata keçirildikdən, cavabdehin bu məsələyə dair mövqeyi öyrənildikdən və lazım gəldikdə müvafiq sərəncam qəbul edilməklə zəruri sübutlar toplandıqdan sonra hüquqi qiymət verilməlidir. Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməkdə haqlı olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə hazırki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi iddiaçının konstitusion məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından zəruridir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi imtina məktubunu məhkəməyə təqdim edərək şikayətin təmin edilib-edilməmə məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 4/55 ünvanında yerləşən * saylı mənzilin cavabdeh X1 adına keçməsinə dair iddiaçının adına tərtib edilmiş ##.##.2000-ci il tarixli saxta ərizənin, həmin ərizə əsasında aparılmış özəlləşdirilmənin etibarsız hesab edilməsi və qeyd edilən özəlləşdirmə əsasında mübahisəli mənzilə dair verilmiş ##.##.2000-ci il tarixli, ***** nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.