Məhkəmə qərarları › İş №2-1(3-8)-932/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-932/2026

28.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-932/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi verilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları ## #### 2005-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin surətindən görünür ki, Quba rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli ** nömrəli qərarı ilə JN 213 KOD 30307018 №li Dövlət Aktına əsasən Quba rayonu Amsar kəndində yerləşən 2299.92 kv.m torpaq sahəsi X3 və X5 tərəfindən İddiaçı satılmışdır. JN 213 KOD 30307028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli 04 №li qərarı ilə X3 və X5 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.46 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının ## ###### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Quba rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli ** saylı protokolunda X3 və X5 aid məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ##.##.2025-ci il taruxli məktubunda qeyd edilmişdir ki, Quba rayon Dövlət Notariat ofisində ##.##.2005-ci il tarixdə 4Ə-349 və ##.##.2005-ci il tarixdə 4Ə-*** reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələr və onların qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, JN-213 KOD ******** saylı Dövlət aktında göstərilən ***A nömrəli planşetdə göstərilən torpaq sahəsi naturada 0.23 ha təşkil edir. Həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı olub uqodiyası çoxillik əkmə kimi göstərilib. JN-213 KOD 30307018 dövlət aktında göstərilən **ЗА nömrəli cizgilər DWJ və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) oz əksini tapmışdır. Naturada iddiaçının istifadə etdiyi torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) göstərilən cizgilərə uyğundur. cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin iddiaçının nümayəndəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Quba rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2005-ci il tarixli 4-Ə-349 reyestr və ##.##.2005-ci il tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqavilələri əsasında əldə olunmuş 0.23 ha, 0.2299.92 ha torpaq sahələri üçün ərizələrə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ##.##.2024-cü il tarixli *-**-*/*-**-***/**** nömrəli məktubuna əsasən məlum olmuşdur ki, ##.##.2005-ci il tarixdə 4Ə-349 və ##.##.2005-ci il tarixdə 4Ə-*** reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələr və onların qeydə alındığı reyerstr kitabı arxivə təhvil verilməmişdir. cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin *-**-*-**/*-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli məktubundan görünür ki, Quba rayonu, Amsar kəndi ərazisində yerləşən 0.46 ha torpaq sahəsinə verilmiş JN-*** nömrəli Torpağa mülkiyyətə hüququna dair dövlət aktı qeydiyyat kitablarında 0.46 ha ilə qeydiyyatdan keçmişdir. Torpağa mülkiyyətəhüququna dair dövlət aktlarının verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş DTXK tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinin arxiv şöbəsinə təhvil verilməmişdir. Dövlət Notariat Arxivinin ##.##.2026-cı il tarixli, *-**-*-***/*-******/**** nömrəli məktubundan görünür ki, Şəki rayonu * saylı notariat ofisində 2013-cü ildə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. Eyni zamanda bildiririk ki, «Elektron notariat» Informasiya sistemində X3 adına vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. cavabdeh1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin *-**-*-**/*-****/**** nömrəli, ## #### 2026-cı il məktubundan görünür ki, Mərkəzin arxivində JN-213 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi aşkar edilməmişdir. Eyni zamanda Quba rayonunun Amsar kəndi (keçmiş Bakıxanov adına sovxoz) üzrə islahat qovluğunda Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli ** nömrəli Qərarı (yerli AIK qərarı daxil) olmadığından, təqdim edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Dövlət Notariat Kontorunda ##.##.2005-ci il tarixdə 4-Ə-*** reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Amsar kəndində yerləşən JN 213 Koc ******** saylı Torpağa Mülkiyyət Hüququna X1 əsasən X3 və ailə üzvlərinin mülkiyyətində olan 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin aldığı 0.23 ha (2299,92 kvm) hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb Çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Dövlət Notariat Kontorunda ##.##.2005-ci il tarixdə 4-Ə-*** reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə Quba rayonu Amsar kəndində yerləşən JN 213 Kod ******** saylı Torpağa Mülkiyyət Hüququna X1 əsasən X3 və ailə üzvlərinin mülkiyyətində olan 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin aldığı 0.23 ha (2299,92 kvm) hissəsini almışdır. Alqı-satqı müqaviləsini və Dövlət Aktının surətini Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə təqdim edib 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Çıxarışın və Torpaq plan və ölçü Sənədinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsi Quba rayon Dövlət Notariat Kontorunun ##.##.2005-ci il tarixli 4-Ə-*** reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsinin və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilməməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin ##.##.2024-cü il tarixli *-**-*/*-**-***/**** saylı məktubuna istinad etməklə ərizənin icrasından imtina etmişdir. Bununla bağlı imtina məktubu * saylı Ərazi Idarəsindən tərəfindən 2025-ci ilin may ayında alınmışdır. Həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən imtina olunması “Inzibati icraat haqqında’’ Azərbaycan Respublikası Qanununun 13.1, 13.3 və 13.4-cü maddələrinin tələblərində qeyd olunan səlahiyyətli inzibati orqanların qərarlarına fiziki və ya hüquqi şəxslərin etimadının qorunması ilə bağlı müddəalara ziddir. Belə ki, torpaq sahəsinin alqı-satqısına dair Quba rayon DNK-da ##.##.2005-ci il tarixdə 4-Ə-*** reyestrlə təsdiqlənmiş alqı-satqı müqaviləsinin və onun qeydiyyatı kitabının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə təhvil verilməməsinə vətəndaş olaraq, heç bir cavabdehlik və ya öhdəlik daşımır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, Quba rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2005-ci il tarixli 4-Ə-349 reyestr və ##.##.2005-ci il tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqavilələri əsasında əldə olunmuş 0.23 ha, 0.2299.92 ha torpaq sahələri üçün ərizələrə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ##.##.2024-cü il tarixli *-**-*/*-**-***/**** nömrəli məktubuna əsasən məlum olmuşdur ki, ##.##.2005-ci il tarixdə 4Ə-349 və ##.##.2005-ci il tarixdə 4Ə-*** reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələr və onların qeydə alındığı reyerstr kitabı arxivə təhvil verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayon Dövlət Notariat ofisində ##.##.2005-ci il tarixdə 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Quba rayon Dövlət Notariat Kontorunda ##.##.2005-ci il tarixdə, *-Ə-*** nömrəli reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsinin əsli məhkəməyə təqdim edilsə də, müqavilənin mötəbərliyinin məhkəmə tərəfindən müəyyən olunması mümkün olmamışdır. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə X3 və X6 vəfat etdiyindən üçüncü şəxs kimi prosessual statusları ləğv edilmişdir. Beləliklə, iddia edilən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən mötəbər sənəd aşkar edilməmişdir. Qeyd edilənlər cavabdeh inzibati orqanın hərəkətləri və imtinasının əsaslı olduğunu göstərir. Iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmışdır. Imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Qərarla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin iddia tələbinin rədd olunması üçün istinad etdiyi dəlillər qeyri müəyyənlik əks etdirməklə onun təqdim etdiyi notarial alqı-satqı müqaviləsini, torpaq sahəsinə dair Dövlət Aktınınmövcudluğunu təkzib etmədiyi halda birinci instansiya məhkəməsində iddianın rədd olunması kimi əsassız nəticəyə gəlinmişdir. Halbuki, məhkəmə çıxışında hazırkı iş üzrə iddiaçı İddiaçı mübahisəli torpaq sahəsi ilə bitişik, eyni massivdə, eyni ölçüdə yerləşən torpaq sahəsi ilə bağlı məhkəmənin icraatında olan həyat yoldaşı X4 iddiasına dair *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarın qəbul edildiyi iş üzrə dəlillərlə eynilik təşkil edir. Fərq yalnız məhkəmə təcrübəsinin vahidliyinin pozulmasındadır. Vətəndaşın Dövlət notariusunun arxiv məlumatlarına, reyestr orqanının ona qədər reyestr məzmununu əks etdirən sənədlərin kitablarda, xəritələrdə əksini tapmamasına cavabdehlik daşımadığı dəfələrlə vurğulansa da, çox təəssüf ki, məhkəmə təcrübəsində buna vahid mövqedən yanaşmayıb fərqli mövqe ortaya qoyan məhkəmə qərarları qəbul edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; .... 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. aşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “ HYPERLINK "http://e-qanun.az/framework/107" \o "Azərbaycan Respublikasının 1999-cu il 26 noyabr tarixli 762-IQ nömrəli Qanunu" \t "_blank" Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;...8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması əsası olan notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin və ona aid reyestr kitabının arxivə təhvil verilməməsi halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsini Quliyev Sabir və Quliyeva Ruxsarə adlı şəxslərdən notaril qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında əldə etmiş, müqavilənin predmeti qimsində JN-*** nömrəli Dövlət Aktına əsasın satıcı qismində şəxslərə məxsus olan 2299,92 kv.m. ölçüdə torpaq sahəsi təşkil etmiş, müqavilə reyestrdə 4-Ə-*** nömrə ilə qeydə alınmışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən alqı-satqı müqaviləsi və onun qeydə alındığı reyestr kitabı notariat arxivinə təhvil verilməmiş, müqaviləin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, satıcı qismində çıxış edən şəxslərin adına Quba rayonu AIK-in ## ### 1997-ci il tarixli ** nömrəli qərarı ilə 0,46 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında onların adına JN-*** nömrəli Dövlət Aktı tərtib edilmiş, həmin aktın arxiv nüsxəsi kadastr məlumatında aşkar edilməsə də, cavabdehin özündə mövcud omuş, habelə qərarın aid olduğu adlı siyahıda həmin şəxslərin adları 213 nömrə ilə qeyd edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, *** nömrəli Dövlət Aktı iki planşetdən ibarət olmaqla, ***A nömrəli planşetdə əks olunan torpaq sahəsinin ölçüsü 2299,92 kv.m., ***B nömrəli planşetdə əks olunan torpaq sahəsinin ölçüsü 2299,99 kv.m. qeyd edilmiş, habelə torpaq sahələrinin yerləşmə mövqeyi və koordinatları həin aktda əks olunmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, *** nömrəli Dövlət Aktının hər iki planşetində əks olunmuş torpaq sahələri naturada mövcud olmaqla, ona dair mülkiyyət hüquqları qeydə alınmamış, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada 0,23 ha təşkil etməklə, faktiki onun istifadəsindədir, təyinatı kənd təsərrüfatı təyinatlı olmaqla, uqodiyası çoxillik əkmə kimi qeyd edilmiş, TEKUIS də öz əksini tapmış, iddiaçının iddia etdiyi torpaq sahəsi TEKUIS məlumatına uyğun olmuşdur. Kollegiya torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtinə əsasən torpaq sahəsinin ayrılmasına dair müvafiq Dövlət Aktı və alqı-satqı müqaviləsi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və dövlət qeydiyytana alınması üçün əsas qismində çıxış edir. Həmçinin, kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən torpaq sahəsinə dair alqı-satqı müqaviləsi notarial qaydada bağlandığı zaman onun bir nüsxəsi şəxsə verilməklə yanaşı, digər nüsxəsi məhz notariat qurumu tərəfindən saxlanılmalı, mühafizə olunmalı, qanunla müəyyən edilmiş qaydada arxivləşdirilməlidir (Dövlət Notariat Arxivinə təhvil verilməlidir). Indiki halda isə müvafiq notariat qurumu tərəfindən sözügedən torpaq sahəsinə dair bağlanılmış alqı-satqı müqaviləsi və onun aid olduğu reyestr kitabı arxivə təhvil verilməmiş, nəticə etibarilə notariat qurumu öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Göründüyü kimi müqavilənin əsli iddiaçıda mövcud olduğu halda, müqavilənin arxiv nüsxəsinin mövcud olmaması məhz notariat qurumunun öz öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində ortaya çıxmışdır. Nəticə etibarilə həmin müqvailənin arxiv nüsxəsinin mövcud olmaması iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi mövcud olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, müvafiq dövlət qurumunun öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının mövcud hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın müvafiq inzibati orqanın öz səlahiyyətlərini lazimi qaydada icra etməməsinin nəticəsi kimi çıxış edən bir hala istinad edilməklə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi halı onun hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda bilər ki, bu hal özlüyündə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinə (mütənasiblik prinsipinin) tələblərinə ziddir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, sözügedən torpaq sahəsi ilə bağlı müqavilənin əslinin mövcud olduğundan, satıcı qismində çıxış edən şəxslərin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin (Dövlət Aktı, AIK-in qərarının arxiv nüsxələrinin mövcud olması, kadastr arxiv məlumatlarında adlarının qeyd edilməsi) mövcud olduğundan,cavabdeh inzibati orqan inzibati icraat çərçivəsində həmin müqavilənin mötəbərliyini işin faktiki halları əsasında yoxlamaq imkanına malik olduğu , habelə işin bütün faktiki hallarını dəyərləndirmək imkanına malik olduğu halda, formal yanaşma tətbiq etmişdir, bu hal isə inzibati icraatın mahiyyətinə zidd olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə arqumenti əsassız olmuşdur. Kollegiya işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, indiki halda sözügedən müqavilənin mötəbər hüquqmüəyyənedici sənəd qismində çıxış edib-etməməsini halını dolayı sübutlar əsasında dəyərləndirmə aparmaqla, müəyyən edilməsi zəruridir. Bununla bağlı kollegiya qeyd edir ki, müqavilənin əslinin iddiaçıda mövcud olması, arxiv nüsxəsinin mövcud olmaması səbəbi kimi məhz həmin sənədin notariat qurumu tərəfindən arxiv təhvil verilməməsi halının çıxış etməsi, habelə satıcı qismində çıxış edən şəxslərə məxsus olan hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin və kadastr arxiv baza məlumatlarının mövcud olması, torpaq sahəsinin naturada mövcud olması, iddiaçının faktiki istifadəsində olması, torpaq sahəsinin məhz *** nömrəli Dövlət Aktının 213A planşet nömrəsində əks olunmuş koordinatlara uyğun olması, TEKUIS-də öz əksini tapması kimi işin müəyyən edilmiş halları həmin müqavilənin mötəbər hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilməsinə imkan verir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında sözügedən torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin mötəbərliyi müəyyən edildiyindən və həmin sənəd əmlak üzərində mülkiyyət hüququnun yaranması əsasında çıxış etdiyindən, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır. Indiki halda isə sözügedən əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün qanunla müəyyən edilmiş başqa əsaslar aşkar edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, cavabdehin hərəkətləri üzrə qanunvericiliyin tələbləri və formalaşdırılmış məhkəmə təcrübəsinin tələbləri baxımından düzgün dəyərləndirmə aparılmamış, bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən, cavabdehin imtina ilə bağlı hərəkətlərinin qanunauyğunluğu müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Həmçinin, kollegiya mülkiyyət hüququ qeydə alınmalı olan torpaq sahəsinin hansı ölçüdə qeyd edilməsinin zəruri olması ilə bağlı qeyd edir ki, IPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Kollegiya qeyd edir ki, indiki halda iddiaçının hüquqi marağı məhz alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmağa yönəlmişdir, müqavilənin predmeti qismində isə 2299,92 kv.m. torpaq sahəsi çıxış etmişdir. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçının tələbdə torpaq sahəsinin ölçüsünün 2299,92 kv.m. və həmin rəqəmi yuvarlaqlaşdıraraq 0,23 ha kimi qeyd etsə də, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, işin müəyyən edilmiş halları əsasında satın aldığı torpaq sahəsinin ölçüsü 2299,92 kv.m. olduğundan, mülkiyyət hüququ qeydə alınmalı olan torpaq sahəsinin ölçüsü kimi 2299,92 kv.m. qeyd edilməsi zəruridir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. Quba rayon Dövlət Notariat Kontorunda ##.##.2005-ci il tarixli, 4-Ə-*** reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Amsar kəndi ərazisində yerləşən JN-213 KOD 30307018 №li Dövlət Aktına əsasən X3 və X5 məxsus olan 0.46 ha torpaq sahəsinin həmin Dövlət Aktının 213A planşet nömrəsində əks olunmuş koordinatlarda yerləşən 2299,92 kv.m. torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 həvalə olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar