Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-933/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları: Iddiaçıya aid ZE******* nömrəli hərbi biletin surətindən görünür ki, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N saylı hərbi hissədə tağım komandiri kimi, ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək N saylı hərbi hissədə minaatan batereyasının 2-ci taqımında minaatn komandiri kimi hərbi xidmət keçmişdir. Hərbi biletin xüsusi qeydlər bölməsində, “Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib” qeydi aparılmışdır. Müdafiə Nazirliyinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, sözügedən hərbi biletin 17-ci bölməsinin xüsusi qeydlər hissəsində yazılmış “Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib kadrlar bölmə rəisi k-n Ramil Rəsulov” yazıları və imza X1 aid deyildir. Cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-M-*****-**/**** nömrəli imtina məktubundan görünür ki, Müdafiə nazirinin ## #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddianın təmin edilərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışır. Ehtiyatda olan zabitdir. Hərbi rütbəsi Rdır. 44 günlük müharibənin gedişində, ##.##.2020-ci il tarixdə səfərbərlik üzrə orduya çağırılaraq Ağcabədidə yerləşən N saylı hərbi hissəyə xidmət üçün göndərilmişdir. Hissə "Tamamlama Mərkəzi" kimi fəaliyyət göstərmişdir. Belə ki, hissə səfərbərlik üzrə xidmətə çağırılmış şəxsləri qəbul edərək onlara təlim keçilməsi və döyüş zonasında dislokasiya olmuş hərbi hissələrə göndərilməsini təmin etmişdir. Orada ##.##.2020-ci il tarixədək tağım komandiri kimi xidmət etmiş, bu müddətdə, xüsusilə ##.##.2020-ci il tarixədək təlimi bitirmiş hərbiçilərin döyüşən hissələrin komplektləşdirilməsi üçün bilavasitə aparılaraq təhvil verilməsi ilə də məşğul olmuşdur. Bir qayda olaraq həmin hərbiçiləri gecə qaranlığında avtobuslarla Cəbrayıl və Qubadlı rayonları ərazisində döyüşən 286 və N saylı hərbi hissələrə apraraq təhvil verərək səhərə qədər hissəyə qayıtmışlar. Hətta # ###### 2020-ci il tarixdə gecə Qubadlı ərazisində atəş altına da düşmüşdür. Xidmətini ##.##.2020-ci il tarixdən Qubadlı rayon mərkəzində yerləşən N saylı hərbi hissədə davam etdirmişdir. ##.##.2021-ci il tarixdə ordudan tərxis edilmişdir. Məhz döyüş zonasındakı fəaliyəti ilə bağlı hərbi biletində də "Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştitak etməyi" barədə qeyd edilmişdir. O, müharibə veteranlarına qiqqətin artırılıması ilə bağlı cənab Prezidentin sərəncamından ruhlanaraq veteran adının və vəsiqəsinin verilməsi üçün ərizə ilə Cavabdehnın Aparatı nəzdində Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Kommissiyası müraciət etmişdir. ##.##.2024-cü il tarixli *-**-*/*-M-*****-**/**** saylı məktubla həmin qurumun katibi Elbrus Mehtixanov tərəfindən ona imtina verilmişdir ki, N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hissələrin siyahısında olmadığına görə xahişi təmin edilməmişdir. Cavabdehin imtinası ilə razı deyildir. Hesab edir ki, səfərbərlik üzrə xidmətə çağırılmış və təlim keçmiş hərbiçilərin komandanlığın tapşırığı ilə döyüşən hərbi hissələrə çatdırılması zamanı o, vəzifəsini döyüş zonasında həyata keçirdiyi və hətta risklərlə də üzləşdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsi aşağıda qeyd olunanlara əsasən təmin edilə bilməz. Belə ki, komissiyanın ##.##.2024-cü il tarixli məktubu ilə imtina olunaraq göstərilmişdir ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığından, ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası müdafiə nazirinin ##.##.2021-ci il tarixli müvafiq əmrinə əsasən, N nömrəli hərbi hissə ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməmişdir. Iddiaçının ##.##.2020-ci il tarixli ** nömrəli əmrlə N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilməsi ilə bağlı qeyd etmək lazımdır ki, ##.##.2020-ci il tarixdən sonra döyüş əməliyyatları dayandırılmışdır. (Əsas: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin ##.##.2020-ci il tarixli Bəyanatı, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamə). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kı, Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyən hərbi hissə hesab edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının hərbi biletində “Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak olub” qeydi yazılsa da, araşdırma zamanı onun xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapmamışdır. Belə ki, Müdafiə Nazirliyinin ##.##.2026-cı il tarixli, *-**-*/*-***/** nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının hərbi biletin 17-ci bölməsinin xüsusi qeydlər hissəsində imza X1 aid deyildir. Bu səbəbdən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, normaya əsasən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə də müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, səfərbərlik üzrə xidmətə çağırılmış və təlim keçmiş hərbiçilərin komandanlığın tapşırığı ilə döyüşən hərbi hissələrə çatdırılması zamanı İddiaçı vəzifəsini döyüş zonasında həyata keçirdiyi və hətta risklərlə də üzləşdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Norma müəyyən edir ki, “Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər”. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Azərbaycan RespublikasıMüdafiə Nazirinin ##.##.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməyən hərbi hissə hesab edilməsi 44 günlük müharibənin gedişində həmin hissədə xidmət keçmiş və döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş (o cümlədən döyüşlər gedən ərazidə hissələrin komplektləşdirilməsi üçün hərbiçilərin müçaiyət edilərə çatdırılmasını təmin etmiş) ayrı-ayrı hərbiçinin “müharibə iştirakçısı” sayılmasını istisna etmir. Hərbi biletin 17-ci bölməsinin xüsusi qeydlər hissəsində iddiaçının “Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştitak etməsi” barədə qeydin orada adı keçən X1 tərəfindən deyil, qeyrisi tərəfindən həyata keçirilməsi ilə bağlı cavabdehin məhkənməyə ünvanladığı məktub aparılmış qeydin etibarsız hesab edilməsi üçün kifayət deyildir. Bu qeyd yalnız müfaviq hüquqi prosedurlar çərçivəsində etibarsız hesab edilə bilər ki, bu da baş verməmişdir. Çünki hərbi biletində “Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştitak etməsi” barədə hissənin müvafiq xidməti tərəfindən 2021-ci ildə edilmiş qeyd həmin qeydi aparmış zabitin imzası ilə yanaşı hərbi hissənin gerbli möhürü ilə də təsdiq edilmişdir. Əslində hərbi biletdə hissənin təmsilçisi tərəfindən “Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştitak etməsi” barədə kargüzarlıq qaydalarına uyğun olaraq aparılmış, imza və möhürlə təsdiq edilmiş qeyd inzibati orqanın hərəkətləri kimi qiymətləndirilməli idi. Məhkəmə həmin fakta münasibətdə “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin müddəalarını tətbiq etməli idi. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmiin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2006-cı il tarixli, *** nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının və onun nümayəndəsinin və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən, müharibə veteranı adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi və ya həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi mötəbər sübutlarla təsdiq olunmalıdır. Həmin Əsasnamənin tələblərinə görə, belə iştirak hərbi biletlər (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birlikdə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və digər rəsmi sənədlərlə sübuta yetirilməlidir. Iş materiallarından görünür ki, iddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək isə N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2021-ci il tarixli müvafiq əmrinə əsasən, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısına daxil edilməmişdir. Iddiaçı özü də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bilavasitə döyüş əməliyyatlarında iştirak etmədiyini təsdiq etdi. Belə ki, onun müharibə dövründə funksiyalarının təlim keçmiş hərbi qulluqçuların müvafiq hərbi hissələrə təhvi verib Ağcabədi rayonunda yerləşən hərbi hissəyə qayıtmasından ibarət olmuşdur. Bu hal özlüyündə veteran adı və vəsiqəsinin verilməsini istisna edir. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçının hərbi biletinin “xüsusi qeydlər” hissəsində “Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib” qeydi mövcud olsa da, Cavabdeh ##.##.2026-cı il tarixli, *-**-*/*-***/** nömrəli məktubunda həmin qeydin altında olan yazı və imzanın kadrlar bölmə rəisi X1 məxsus olmadığı göstərilmişdir. Belə olan halda, hərbi biletin “xüsusi qeydlər” hissəsindəki qeyd iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən müstəqil və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Iddiaçı tərəfindən həmin qeydi təsdiq edən hərbi hissələrin nizami hissə üzrə əmrləri, arxiv arayışları, əmrlərdən çıxarışlar və ya digər rəsmi sənədlər məhkəməyə təqdim edilməmişdir. Inzibati məhkəmə icraatında sübutetmə yükü əsasən iddia tələbinin əsaslandığı hallara istinad edən şəxsin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı müharibə veteranı adının verilməsi üçün zəruri olan döyüş əməliyyatlarında iştirak faktını qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirə bilməmişdir. Hazırkı iş üzrə isə iddiaçının döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədə xidmət etməsi faktını təsdiq edən mötəbər və kifayət qədər sübutlar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqanın imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməməklə düzgün nətcəyə gəlmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-933/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-933/2026
08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver