Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-935/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Dəmirov Ilqar Kamal oğlu və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi X1, vəkili və nümayəndəsi vəkil1, Üçüncü şəxsin nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahələrinin üst-üstə düşən hissəsində düzəliş edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron ərazi idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “X2 Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə Icra Nümayəndəsinin ## #### 1997-ci il tarixli sərəncamı ilə ayrılmış, daşınmaz əmlakın dövlət reyestrində ************ nömrəsi ilə qeydə alınmış, halhazırda Üçüncü şəxs adına təkrar qeydiyyata alınmış 0.07 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədində Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1990-cı il tarixli qərarına əsasən iddiaçıya ayrılmış və hal-hazırda istifadəsində olan 0,04 ha torpaq sahəsi ilə 0.0195 ha üst-üstə düşən hissədə düzəliş edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayon X5 Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli qərarına əsasən Saray qəsəbəsinə gedən yolun kənarında şimal qərbdən Bakı-Sumqayıt magistralı, cənub-şərqdən Saray kəndi ilə əhatə olan 0.04 ha torpaq sahəsi fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün maşınlara texniki xidmət göstərilməsi məqsədi ilə ayrılmışdır. Həmin qərar əsasında iddiaçıya verilmiş 0.04 ha torpaq sahəsi hal-hazırda da istifadə və sahibliyindədir. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə əvvəllər cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, ona ayrılmış 0.04 ha torpaq sahəsinin 0.02 ha hissəsi başqa şəxsin xüsusi mülkiyyətinə verilmişdir. Bundan sonra tərəfindən Sumqayıt Inzibati Məhkəməsinə müraciət edilmiş Abşeron rayon Icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin X2 0.07 ha torpaq sahəsinin ayrılması haqqında ##.##.1997-ci il tarixli ** saylı sərəncamının Abşeron rayon X5 Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli qərarına əsasən iddiaçı İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsinin 0.02 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Iddia ərizəsi uzun müddət məhkəmələrin icraatında olmuş, əvvəlcə iddia birinci instansiya məhkəməsi tərəfindən mümkün sayılmamış, sonradan həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası tərəfindən ləğv edilmiş, sonradan Sumqayıt Inzibati Məhkəməsi tərəfindən iddia təmin edilmiş, ardınca isə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yenidən mümkünsüz hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi son qərardadını onunla əsaslandırmışdır ki. iddiaçı hüquqi marağına uyğun olaraq öz məqsədinə çatmaq üçün XDS IK-nin 1990-cı il tarixli sərəncamı ilə ona ayrılmış və faktiki istifadə etdiyi torpaq sahəsinə dair üçüncü şəxsin adına reyestr xidməti tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların ləğv edilməsi və ya ona düzəliş edilməsi ilə bağlı inzibati orqana müraciət etməli, müraciətinə imtina cavabı verildiyi halda bununla bağlı məhkəmədə iddia qaldırmalıdır. Qeyd olunan iddianın uğurlu olub-olmaması məsələsinə həmin məhkəmə araşdırması zamanı qiymət veriləcəkdir. Bundan sonra tərəfindən cavabdeh inzibati orqana razılı müraciət edilmiş və X2 Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə Icra Nümayəndəsinin ## #### 1997-ci il tarixli sərəncamı ilə ayrılmış, daşınmaz əmlakın dövlət reyestrində ************ nömrəsi ilə qeydə alınmış, hal-hazırda Üçüncü şəxs adına təkrar qeydiyyata alınmış 0.07 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədində Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1990-cı il tarixli qərarına əsasən ayrılmış və hal-hazırda istifadəsində olan 0.04 ha torpaq sahəsi ilə 0,0195 ha üstüstə düşən hissədə düzəliş edilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixində imtina cavabı vermişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi mübahisə predmetidir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun”un 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1990-cı il tarixli qərarına əsasən Saray qəsəbəsinə gedən yolun kənarında şimal-qərbdən Bakı-Sumqayıt magistralı, cənub şərqdən Saray kəndi ilə əhatə olan 0,04 ha torpaq sahəsi fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün maşınlara texniki xidmət göstərilməsi məqsədi ilə ayrılmışdır. Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin ## #### 1997-ci il tarixli ** saylı Sərəncamının surətindən görünür ki, X2 0.10 ha torrpaq sahəsi ayrılmış və həmin sahədə mənzil tikməyə icazə verilmişdir. RX Seriyalı ******* saylı, ************ reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.07 ha torpaq sahəsi Üçüncü şəxs mülkiyyətindədir. Iş materiallarına əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Abşeron rayon XDS IK-nin ##.##.1990-cı il tarixli qərarına əsasən iddiaçı İddiaçı məxsus 0,04 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən üçüncü şəxs Üçüncü şəxs mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin koordinatları üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Hazırda İddiaçı faktiki istifadəsində olan 0,0434 ha torpaq sahəsinin cənub-şərq istiqamətində 0,0204 hissəsi üçüncü şəxs Üçüncü şəxs mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin koordinatlarının hüdudları daxilində yerləşir. 3-cü sualın cavabı 2-ci sualda öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova) Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona verilmiş torpaq sahəsinin arxa tərəfində 1000 kv olmaqla yüksək gərginlikli elektrik xətti yerləşir. Azərbaycan Respublikasının qanunvericiliyin tələblərinə əsasən 1000 kv olan yüksək gərginlikli xəttin hər iki tərəfindən 10 metr məsafə mühafizə zolağı sayılır. X2 mənzil tikintisi üşün 0.10 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında necə ayrılması, həmin sahəyə mülkiyyət hüququnun necə verilməsi və ya alqı-satqı edilməsi mümkünlüyünü məhkəmə araşdırmalı olduğu halda bunu etməmişdir. Məhkəmə mülkiyyət hüququ tanınarkən və alqı-satqı zamanı 0.07 ha sahənin bilavasitə Səlimə Tağıyevaya ##.##.1997-ci il tarixdə ayrılmış 0.10 ha sahə olub-olmamasını dəqiqləşdirməmiş, mülkiyyət hüququnun verilməsinin və alqı-satqı edilməsinin qanunauyğunlunu dəqiqləşdirməmişdir. Sumqayıt Inzibati Məhkəməsi tərəfindən işə baxılarkən Səlimə Tağıyevanın adına verilmiş 0.10 ha sahənin həqiqətən harada olması, sonradan isə Üçüncü şəxs satılaraq birgə iddia etdikləri 0,07 ha torpaq sahəsinin kordinatlarının müəyyən edilməsi üşün müvafiq mütəxəsis dəvət edilməmiş, hazırda onun sahəsinin arxasında olan torpaq sahəsi ölçülərək faktiki nə qədər olması müəyyən edilməmişdir. ##.##.2017-ci il tarixdə 0.10 ha ayrılmış olan sahəyə nədənsə 0.07 ha kimi 1617016088 və ************ reyestr nömrəsi ilə Üçüncü şəxs adına mülkiyyət hüququ tanınmışdır. Məhkəmə bu fakta heç fikir verməmiş, 0.10 ha olan sahənin harada olmasını dəqiqləşdirməmişdir. Bütün bunlarla yanaşı nə üçün Səlimə Tağıyevaya verilmiş 0.10 ha yox, 0,07 ha torpaq sahəsinə mülkiyyət hüququ tanınmasına məhkəmə heç fikir verməmiş, fərqli sahələrin ümumiyyətlə harada olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin verdiyi ##.##.2019-cu il tarixli ************ saylı məktubdan da görünür ki, ona məxsus torpaq sahəsinə texniki baxış keçirilərək torpağın koordinatları müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ## ###### 1990-cı il tarixdə Saray qəsəbəsinə gedən yolun kənarında şimal-qərbdən Bakı- Sumqayıt magistralı, cənub şərqdən Saray kəndi ilə əhatədə olan fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün maşınlara texniki xidmət gostərilməsi məqsədilə ona verilmiş 0,04 ha torpaq sahəsi ilə ##.##.1997-ci il tarixdə Səlimə Tağıyevaya ayrılmış 0.10 ha sahənin ( sonradan 0.07 ha-ya mülkiyyət hüququ tanınmış) sahələrin 0.0195 ha hissəsi ilə üst-üstə düşür. Nədənsə ##.##.1997-ci il tarixdə verilmiş 0.10 ha torpaq sahəsinə ##.##.2017-ci il tarixdə isə Səlimə Tağıyevanın adına 0.07 ha üçün 1617015605 və ************ reyestr nömrəsi verilməsi faktı məhkəmə tərəfindən lazımınca araşdırılmamış, sonuncuya verilmiş torpaq sahəsinin koordinatları mütəxəsiss dəvət olunaraq CPS vasitəsi ilə müəyyən edilmədən, həmin sahənin sağ, sol, arxa və qabaq tərəfində kimlərə məxsus torpaq sahələri və ya tikililərin olması müəyyən edilmədən, ##.##.1997-ci il tarixli Abşeron rayon Icra Hakimiyyəti başçısının Saray qəsəbə nümayəndəliyi üzrə 03 nömrə ilə 3-cü sırada olmaqla Səlimə Tağıyevaya 0.10 ha sahə ayrılması qeyd olunsa da 2-ci və ya 4-cü sırada və başqa qonşu sıralarda kimlərə torpaq sahəsi ayrılması və həmin torpaq sahələrinin Səlimə Tağıyeva ilə qonşu sahələr olubolmaması müəyyən edilmədən əsassız qərar qəbul edilmişdir. Ona görə də Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı ləğv edilməklə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinə qarşı “torpaq sahələrinin üst-üstə düşən hissəsində düzəliş edilməsi” tələbinə dair iddia təmin edilməli, mülkiyyət hüququnun verilməsinə dair sənədlərin koordinatlarında düzəliş edilməli Səlimə Tağıyevaya verilmiş torpaq sahəsinin koordinatları dəqiq göstərilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə qərar qəbul etməzdən əvvəl Səlimə Tağıyevanın adına verilmiş 0.10 ha sahənin həqiqətən harada olması, sonradan isə Üçüncü şəxs satılaraq birgə iddia etdikləri 0,07 ha torpaq sahəsinin kordinatlarının müəyyən edilməsi üşün müvafiq mütəxəsis dəvət edilməmiş, həmin torpaq sahəsi ölçülərək faktiki nə qədər olması müəyyən edilməmişdir. ##.##.2017-ci il tarixdə 0.10 ha ayrılmış olan sahəyə nədənsə 0.07 ha kimi 1617016088 və ************ reyestr nömrəsi ilə Üçüncü şəxs adına mülkiyyət hüququ tanınmışdır. Məhkəmə bu fakta heç fikir verməmiş, 0.10 ha olan sahənin harada olmasını dəqiqləşdirməmişdir. Bütün bunlarla yanaşı nə üçün Səlimə Tağıyevaya verilmiş 0.10 ha yox 0,07 ha torpaq sahəsinə mülkiyyət hüququ tanınmasına məhkəmə heç fikir verməmiş, fərqli sahələrin ümumiyyətlə harada olması müəyyən edilməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işdə olan subutları düzgün təhlil etməyərək vaxtından əvvəl və əsassız qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı X2 Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə Icra Nümayəndəsinin ## #### 1997-ci il tarixli sərəncamı ilə ayrılmış, daşınmaz əmlakın dövlət reyestrində ************ nömrəsi ilə qeydə alınmış, hal-hazırda Üçüncü şəxs adına təkrar qeydiyyata alınmış 0.07 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədində Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1990-cı il tarixli qərarına əsasən iddiaçıya ayrılmış və hal-hazırda istifadəsində olan 0,04 ha torpaq sahəsi ilə 0.0195 ha üst-üstə düşən hissədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə razılaşmaqla iş materiallarının araşdırılması nəticəsində ilk növbədə qeyd edir ki, hazırkı mübahisə öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu iddia növü çərçivəsində cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi, o cümlədən texniki sənədə düzəliş edilməsi öhdəliyinin qoyulması yalnız iddiaçının tələb etdiyi inzibati hərəkətin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün maddi-hüquqi şərtlərin mövcud olduğu halda mümkündür. Kollegiya qeyd edir ki, belə mübahisələrə baxılarkən məhkəmənin araşdırması yalnız inzibati orqanın imtina məktubunda göstərilən əsasların qanuniliyinin və əsaslılığının yoxlanılması ilə məhdudlaşmır. Məhkəmə, eyni zamanda, iddiaçının tələb etdiyi inzibati hərəkətin həyata keçirilməsini şərtləndirən faktiki və hüquqi halların mövcud olub-olmadığını müəyyən etməlidir Bu baxımdan, zəruri hüquqmüəyyənedici sənədlər mövcud olmalı, həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilməli, onların hüquqi qüvvəsi şübhə doğurmamalı, sənədlərdə göstərilən əmlak naturada fərdiləşdirilə bilməlidir. Hazırki iş üzrə iddiaçı hüquqmüəyyənedici sənəd qismində Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1990-cı il tarixli qərarına istinad edir. Sözügedən qərara əsasən iddiaçıya Saray qəsəbəsinə gedən yolun kənarında şimal-qərbdən Bakı-Sumqayıt magistralı, cənub şərqdən Saray kəndi ilə əhatə olan 0,04 ha torpaq sahəsi fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün maşınlara texniki xidmət göstərilməsi məqsədi ilə ayrılmışdır. Bununla bağlı, kollegiya qeyd edir ki, Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1990-cı il tarixli qərarı ilə iddiaçıya 0.04 ha torpaq sahəsi ayrılsa da, həmin qərarda torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilməmiş, eləcə də, yerquruluşu qaydasında torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi aparılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçıya ayrılan torpaq sahəsinin ayrıc aktı, sahənin yeri, sərhədləri, döngə nöqtələrinin koordinatları göstərilən digər texniki sənədlər aşkar edilməmiş, iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Hazırki iş üzrə iddiaçı Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1990-cı il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsinin üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü sübut etməlidir. Yalnız bundan sonra iddiaçı ona məxsus torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşən hissəsi ilə əlaqədar plan-ölçü sənədində düzəliş edilməsini tələb etməkdə haqlı olar. Lakin yuxarıda da istinad olunduğu kimi iddiaçıya məxsus hüquqmüəyyənedici sənəd əsasında müvafiq torpaq sahəsi ayrılmış olsa da, texniki göstəriciləri özündə əks etdirən sənədlər təqdim edilmədiyindən həmin torpaq sahəsinin iddiaçının hazırda istinad etdiyi torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, hazırkı iş üzrə əlaqəli məhkəmə mübahisələri mümkün hesab edildiyindən və iddiaçının iddia etdiyi torpaq sahəsindən faktiki istifadə etdiyi müəyyən edildiyindən iddiaya mahiyyəti üzrə baxılmasını mümkün hesab edilir. Beləliklə kollegiya qeyd edir ki, iddia mümkün olsa da, əsaslı olmadığından birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, üçüncü şəxsə məxsus torpaq sahəsi ilə bağlı isə zəruri hüquqmüəyyənedici və texniki sənədlər iş materiallarına əlavə edilmişdir. Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin ## #### 1997-ci il tarixli ** saylı Sərəncamının surətindən görünür ki, X2 0.10 ha torpaq sahəsi ayrılmış və həmin sahədə mənzil tikməyə icazə verilmişdir. RX Seriyalı ******* saylı, ************ reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.07 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. ## ###### 2017-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,07 ha torpaq sahəsi X2 tərəfindən Üçüncü şəxs satılmışdır. RX Seriyalı ******* saylı, ************ reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.07 ha torpaq sahəsi üzərində Üçüncü şəxs mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinə dair AN ****** nömrəli, ## ###### 2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi də tərtib edilmişdir. Göründüyü kimi üçüncü şəxsə məxsus torpaq sahəsinə dair zəruri hüquqmüəyyənedici və texniki sənədlər mövcud olmuş, iddiaçıda isə hüquqmüəyyənedici sənəd mövcud olsa da, texniki göstəriciləri özündə əks etdirən sənəd mövcud olmamış, beləliklə də torpaq sahəsinin eyniliyinin müəyyən edilməsi mümkün olmamaqla iddiaçı tələbinin faktiki və hüquqi əsaslarını sübuta yetirə bilməmişdir. Iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-935/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-935/2026
16.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver