Məhkəmə qərarları › İş №2-1(3-8)-936/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-936/2026

07.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-936/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (üçüncü şəxs1 və üçüncü şəxs2 üçüncü şəxs qismində cəlb edilməklə (Açar sözlər: order əsasında verilmiş yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin ##.##.2006-cı il tarixli, ***/* nömrəli orderin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanda yerləşən ** saylı mənzil verilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ##.##.2021-ci il tarixli bildirişdən görünür ki, ərizənizə əlavə olunmuş sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı sözügedən mənzilə yaşayış qeydiyyatı yoxdur. Bundan əlavə mənzil sahəsində texniki inventarlaşdırma aparılmasına tərəfinizdən şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “##.##.2006-ci ildə order əsasında onun adına verilmiş Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən ** saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən ** saylı mənzil ## ###### 2006-cı il tarixli ***/* saylı order əsasında ona məxsusdur. ##.##.2021-ci ildə o, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən ** saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Sumqayıt Ərazi idarəsinin ##.##.2021-ci il tarixli bildirişi ilə ərizənin icrasından imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Sumqayıt Ərazi İdarəsi qanunsuz və əsassız olaraq Sumqayıt şəhəri, 47ci məhəllə, ev 12 ünvanında yerləşən ** saylı mənzil üzərinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh orqan belə nəticəyə gəlib ki, onun sözügedən mənzilə yaşayış qeydiyyatı yoxdur. Cavabdeh orqanın gəldiyi nəticə ilə razılaşmır. Belə ki, mənzil order əsasında ona məxsusdur. Mənzildə qeydiyyatı olmasa da, mənzil faktiki olaraq onun istifadəsidə və sahibliyindədir və o həmin ünvanda yaşayır. Ailə üzvləri də həmin mənzilin onun adına özəlləşdirilməsinə razıdırlar. Belə olan halda ərizəin icrasından imtina olunması tamamilə qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi Səfərov Habil Adil oğlu ünvan 3 ünvanda yerləşən 56 mənzil üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ## #### 2021- ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti 1421004965 nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Səfərov Habil Adil oğluna bildirilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı sözügedən mənzilə yaşayış yeri üzrə qeydiyyatı yoxdur. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Bundan əlavə mənzil sahəsində texniki inventarlaşdırma aparılmasına İddiaçı tərəfindən şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ünvan 3 ünvanda yerləşən 56 mənzil üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə onun etibarnamə üzrə nümayəndəsi Səfərov Habil Adil oğluna ## ##### 2021 -ci il tarixli ************ qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. İPM-in 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Birinci instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı adına ##.##.2006-ci il tarixli ***/* saylı order əsasında verilmiş Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən ** saylı mənzil üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardad narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə aplleyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. ##.##.2025-ci il tarixdə üçüncü şəxs2 Sumqayıt İnzibati Məhkəməsinə vəsatətlə müraciət edərək onun iş üzrə 3-cü şəxs qismində cəlb edilməklə, Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ## #### 2021-ci il tarixli qərarını ləğv edib, məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv olunmuş və icraat təzələnmiş, üçüncü şəxs2 zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsində ikinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı adına ##.##.2006-ci il tarixli ***/* saylı order əsasında verilmiş Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən ** saylı mənzil üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən ünvan 3 ünvanda yerləşən ** saylı mənzili İddiaçı 2006-cı ildə ##.##.2006-cı il tarixli, ***/* nömrəli order ilə verilmişdir. ** saylı Mənzil-Kommunal Sahəsinin ** nömrəli, ##.##.2026-cı il tarixli məktubu bu halı təsdiqləyir. İddiaçı həmin mənzili üçüncü şəxs üçüncü şəxs1 satmış və ************-*****-****** nömrəli reyestrdən çıxarışla mənzil üçüncü şəxs1 adına rəsmiləşmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilibedilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Qərarla razılaşmayan üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayəti verərək, qərarın tamamilə ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi olaraq ##.##.2006-cı il tarixli, ***/* saylı order əsasında verilmiş ünvan 4 ünvanında yerləşən ** saylı mənzil üzərində iddiaçının hüquqlarının DƏDR-də qeydiyyata alınması vəzifəsinin cavabdeh * saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasından ibarət olmuşdur. Sözügeden mənzil hüquqlarını müdafiə etdiyi şəxs atası-üçüncü şəxs2 DİN-nin Daxili Qoşunlarının N saylı hərbi hissəsi tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mənzilləri qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin 18№-li ##.##.1998-ci il tarixli məktubu, ##.##.1998-ci il tarixli, ** saylı Protokol əsasında 4 nəfər ailə üzvü olmaqla ayrılmışdır. Birinci instansiya məhkəməsinin çıxardığı qərar tamamilə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Belə ki, ilk məhkəmə (№*-1(118)-1040/2021) iş üçün həlledici əhəmiyyət kəsb edən sübutları obyektiv və hərtərəfli araşdırmamış, aşkar qanunsuz sənədi əsas götürmüşdür. Onunla da, əsaslandırmışdır ki, İddiaçı həmin ünvanda qeydiyyatdadır, ailə üzvləri ilə yaşayır, mənzil istifadəsindədir. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə təmin edilməmişdir. Digər iş üzrə məhkəmə isə əsaslandırmasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 -ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunduğunu vurğulamışdır. Halbuki, məhkəmənin sorğuları əsasında Şəhər İcra Hakimiyyətinin ## #### 2025-ci il 5-6/2- ***/**** nömrəli və Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt Filialının # #### 2025-ci il *-**-DA-**F/*-**/**** nömrəli məktublarında bildirmişdir ki, göstərilən orderlə bağlı nə sərəncam var, nə də arxiv məlumatları öz əksini tapır. İnzibati iş materiallarına iddiaçı tərəfindən sübut qismində daxil edilmiş ***/* saylı orderdə sənədi tərtib edən, imzalayan və ya təsdiqləyən vəzifəli şəxsin adı, soyadı ümumiyyətlə göstərilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə və kargüzarlıq qaydalarına əsasən, rəsmi rekvizitləri (vəzifəli şəxsin kimliyi) əks olunmayan sənəd rəsmi sənəd hesab edilə bilməz və hüquqi qüvvəyə malik deyil. Birinci instansiya məhkəməsi isə bu hala tamamilə göz yummuşdur. İş üzrə apardığı araşdırmalar və sorğulara cavablar sübut edir ki, sözügedən ***/* saylı orderin verilməsinə əsas yaradan hər hansı bir rəsmi sərəncam Sumqayıt Şəhər İcra Hakimiyyətində mövcut deyil. İcra Hakimiyyətinin rəsmi sərəncamı olmadan belə bir orderin formalaşması sənədin qanunsuz yollarla tərtib edildiyini göstərir. Müvafiq Arxiv İdarəsinə edilən sorğular nəticəsində rəsmi olaraq təsdiqlənmişdir ki, dövlət arxivində bu orderin varlığına, qeydiyyatına və ya onun verilmə əsaslarına dair heç bir məlumat yoxdur. Dövlətin arxiv və icra orqanlarında heç bir hüquqi izi və sərəncamı olmayan bir kağız parçasının məhkəmə tərəfindən "mötəbər sübut" kimi qiymətləndirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 70-ci (Sübutların qiymətləndirilməsi) maddəsinin tələblərinə tamamilə ziddir. Sumqayıt İnzibati Məhkəməsi özü tərəfindən bu sənədin saxtalığı və etibarsızlığı barədə təqdim olunan rəsmi imtina məktublarını, faktları diqqətə almamış, işin hallarını birtərəfli araşdıraraq ədalətsiz qərar çıxarmışdır. Həmçinin, bu qanunsuz qərar səbəbindən hazırda Sumqayıt Şəhər Məhkəməsində olan mülki iş üzrə də hüquqlarımın pozulması təhlükəsi yaranmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ..... Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin III-IV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. # ####### 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Maddə 51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 46. İctimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. (-) Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunalməişət vəziyyəti barədə arayış (* №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki inzibati iş üzrə iddiaçının hüquqi marağı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının sözügedən mənzilə yaşayış qeydiyyatının olmaması, bundan əlavə mənzil sahəsində texniki inventarlaşdırma aparılmasına şərait yaradılmamamasına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı mübahisə premdeti olan mənzilin ## ###### 2006-cı il tarixli order əsasında ona və ailə üzvlərinə verildiyini əsas gətirərək, hazırki iddia tələbini irəli sürmüşdür. Üçüncü şəxs isə sözügedən mənzilin müvafiq icra hakimiyyəti orqanının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə ona və ailə üzvlərinə verildiyini bildirmişdir. Kollegiya hesab edir ki, hazırki iş üzrə iddianın əsaslılığı baxımından məhz iddiaçının sözügedən order əsasında mənzil üzərində mülkiyyət hüququnun yaranıb-yaranmaması, yəni həmin order qanunvericiliyin tələbinə əsasən mülkiyyət hüququnun yaranması üçün mötəbər hüquqmüəyyənedici sənəd qimsində çıxış edib-etməməsi ilə bağlı olan hal aydınlaşdırılmalıdır. Kollegiya bu istiqamətdə dəyərləndirmə apararaq, qeyd edir ki, ##.##.2006-ci il tarixli ***/* saylı order Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzillərin uçotu,bölüşdürülməsi və dəyişdiirlməsi şöbəsi tərəfindən tərtib edilmiş, onun tərtib edilməsi əsası kimi iddiaçının işlədiyi müəssisə olan TTİ-14-ün müdiriyyəti və həmkarlar təşkilatının ##.##.1994-cü il tarixli ** nömrəli protokoluna istinad edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanı sözügedən mənzilin iddiaçıya verilməsinə dair order və onun verilməsinə əsas olmuş sənədlərin aşkar edilmədiyini, əksinə üçüncü şəxsin adına həmin mənzilin verildiyini, ona dair ##.##.1998-ci il tarixli protokolun arxiv nüsxəsinin mövcud olduğunu bildirmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, ##.##.2006-cı il tarixli order və onun verilməsinə əsas olmuş sənədlər müvafiq arxiv idarəsində aşkar edilməmiş (sənədlər təhvil verilmədiyindən), habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil verilmiş 2006-cı ilə aid sərəncamların məzmununda həmin məsələ ilə bağlı hər hansı məlumat mövcud olmamış, həmin orderin arxiv nüsxəsi Mənzil-Kommunal Təsərrüfat Birliyinin Mənzil-Kommunal Sahəsində mövcud olmuş, iddiaçı və onun ailə üzvləri həmin mənzildə qeydiyyatda olmamışdır. Göründüyü kimi indiki halda iddiaçının adına orderi tərtib edən qurum qismində müvafiq icra hakimiyyəti orqanı çıxış etsə də, həmin qurumun özü sözügedən mənzilin ##.##.1998-ci il tarixli protokol əsasında üçüncü şəxsə verildiyini qəbul etmiş, iddiaçı barəsində isə hər hansı sənəd və məlumatın aşkar edilmədiyini bildirmiş, nəticə etibarilə orderin onun tərəfindən tərtib edildiyini təsdiq etməmişdir. Bu hal özlüyündə iddiaçının adına tərtib edilmiş orderin mötəbərliyini şübhə altına almışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, orderin özünün arxiv nüsxəsi Mənzil Kommunal Sahəsində mövcud olsa da, onun tərtib edilməsinə əsas iddiaçının işlədiyi müəssisə və onun həmkarlar ittifaqının ##.##.1994-cü il tarixli protokolu çıxış etsə də, həmin sənədin də arxiv nüsxəsi və ya əsli (surəti) mövcud olmamışdır. İddiaçı tərəfindən də həmin müəssisədə işləməsi halına dair hər hansı sənəd (əmək kitabçası məlumatları və ya müəssisə ilə bağlılığına dair digər sənədlər) təqdim edilməmişdir. Bu hal da özlüyündə iddiaçının adına tərtib edilmiş orderin mötəbərliyini şübhə altına almışdır. Nəticə etibarilə kollegiya qeyd edir ki, orderin özünün arxiv nüsxəsi Mənzil Kommunal Sahəsində mövcud olsa da, onun verilmə əsasları aşkar edilmədiyinən, orderi tərtib edən qurum tərəfindən onun verilməsi halı təsdiq edilmədiyindən, habelə iddiaçıya mənzil onun işlədiyi müəssissənin müdiriyyəti və həmkarlar təşkilatı tərəfindən verildiyi halda, iddiaçının həmin müəssisə ilə bağlılığın müəyyən edilməsi mümkün olmadığından, orderin mötəbərliyini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, indiki halda iddiaçının mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış edən orderin verilməsinə əsas olmuş sənədin arxiv nüsxəsi mövcud olmadığından, orderin mötəbərliyinin aşkar (birbaşa sübutlar əsasında) müəyyən edilməsi mümkün olmadığından, iddianın əsaslılığının dolayı sübutlar əsasında da qiymətləndirilməsi də zəruridir. Belə ki, kollegiya qeyd edir ki, sözügedən mənzilin iddiaçıya 1994-cü il tarixdə verildiyi halda, müvafiq orderin 2006-cı il tarixdə tərtib edilməsi, habelə iddiaçının 1994-cü ildən indiyədək həmin mənzildə yaşaması, uzun müddət ərzində əmlaka sahiblik etməsinə yönələn aktiv hərəkətlər etməsi halının müəyyən edilməməsi də (iddiaçı tərəfindən həmin hala dair heç bir sübut təqdim edilməmişdir), iddianın əsaslılığını təkzib edən hallar kimi qiymətləndirilməsinə əsas verir. Bununla bağlı, kolegiya qeyd edir ki, iddianın əsaslılığı baxımından məhkəmə təcrübəsinə və ümumi hüququn prinsilərinə əsasən şəxsin uzun müddət ərzində yaşayış sahəsindən fasiləsiz və etirazsız istifadə etməsi onun hüquqlarının qorunması baxımından nəzərə alınmalı mühüm haldır və buna biganə yanaşılması yolverilməzdir. İndiki halda iddiaçı ailə üzvləri ilə birlikdə uzun müddət ərzində (1994-cü ildən) orada yaşaması halına və əmlaka aşkar şəkildə sahiblik etməsi dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı bu hissədə sübut kimi kommunal xidmətlərin ödənilməsinə dair qəbzlər və kommunal xidmətlərə dair abonent məlumatlarına istinad etmişdir. Kollegiya həmin sübutla bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi ödəniş qəbzlərinin tarixi 2021ci ilin sentyabr, noyabr aylarına aid olmuş, habelə abonent məlumatlarının məzmununda sudan istifadə ilə bağlı bağlanmış müqavilənin tarixi ##.##.2021-ci il, qazdan istifadə ilə bağlı sayğacın quraşdırma tarixi ##.##.2021-ci il kimi qeyd edilməklə, həmin sənədlər iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi ##.##.2021-ci il tarixdən sonrakı tarixlərə aid olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi həmin sənədlər onun ailə üzvləri ilə birlikdə 1994-cü ildən uzun müddət ərzində orada yaşaması, əmlaka sahiblik etməsi, həmin mənzillə davamlı və sabit əlaqəsini, faktiki istifadə hüququnu təsdiq edən mühüm sübut kimi qiymətləndirilməməlidir. İddiaçı tərəfindən də bu halları təkzib edən və ya uzun müddət orada yaşaması halını təsdiq edən heç bir başqa mötəbər sübut təqdim edilməmişdir. Üçüncü şəxs isə həmin mənzildə “məcburi köçkün şəxslərin” yaşadığını, ona görə order ala bilmədiyini və s. bildirmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan da araşdırma zamanı iddiaçının orada yaşamadığını müəyyən etməsi halına istinad etmiş, habelə işin müəyyən edilmiş halları əsasında İddiaçı və onun ailə üzvlərinin həmin mənzildə indiyədək papsort qeydiyyatında olmadığı müəyyən edilmişdir. Bu hallar da iddianın əsaslılığını təkzib edən hallar kimi çıxış etmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, indiki halda iddiaçı tərəfindən onunla eyni vəziyyətdə olan şəxslərlə bağlı hər hansı hala istinad edilmədiyindən, habelə orderi verən qurum tərəfindən onun verilməsi halı təsdiq edilmədiyindən (əksinə üçüncü şəxsə verilməsinə dair sənədin mövcud olduğu bildirmişdir), iddianın əsaslılığının bərabərlik prinsipinin tələbləri əsasında yoxlanılması zərurəti (əsasları) mövcud olmamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçıya münasibətdə icarəçi ilə icarə müqaviləsinin bağlanılması və ya mənzilin verilməsinə dair həmkarlar ittifaqı təşkilatının müvafiq icra hakimiyyəti orqanı ilə birgə qərarının da mövcud olması halı müəyyən edilməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları (iddiaçının həmin mənzildə yaşamaması, sahiblik etməməsi, orderin verilməsinə əsas olmuş sənədlərin mövcud olmaması, orderi tərtib edən qurum tərəfindən təsdiq edilməməsi və s.) etimadın qorunması prinsipinin tələbləri baxımından da dəyələndirilmə aparılmaqla, iddianın əsaslılığının müəyyən etməyə imkan verməmişdir. Nəticə etibarilə, kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd əsasında sözügedən mənzil üzərində mülkiyyət hüququnun yaranmadığını deməyə əsas verdiyindən, cavabdehin imtina ilə bağlı hərəkətləri qanunauyğun olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş həmin halları iddianının əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları, iddianın əsaslılığı qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından düzgün qiymətləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuş, apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar