Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-939/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X6 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn ** saylı Şamaxı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək “ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsi tərəfindən cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. Sumqayıt Inzibati Məhkəməsi tərəfindən Şamaxı icra hakimiyyəti üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı daimi qeydiyyatda olmaqla yaşadığı mənzilə 1977-ci ildə köçmüşdür. Surətini bu ərizəyə daxil etdiyi X1 Filialından verilmiş *** saylı, ## ###### 2019-cu il tarixli Arxiv Çıxarışından görünür ki, İddiaçı Şamaxı şəhərində o vaxtkı Fialetov küçəsi ** saylı ünvanda 5 nəfərlik ailə üzvü ilə 13 dekabr 197-ci ildən qeydiyyatdadır. Həmçinin iddiaçı 1977-ci ildən kommunal mənzil növbəsinə qəbul olunmuşdur. Əslini bu ərizəyə daxil etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı. ##.##.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı ## ####### 2005-ci il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır.Surətlərini bu ərizəyə daxil etdiyi cəmi 9 ədəd olan Azəriqaz. Azərişıq və Azərsu qəbzlərindən görünür ki. Şamaxı şəhəri Dədə Qorqud küçəsindəki yaşadığı evin kommunal xərcləri onların adınadır. Indiyədək bu kommunal xərclərini onlar ödəyir. Iddiaçı bildirir ki, ünvan 3 ünvanının yerləşdiyi mənzil bina tiplidir və orada başqa ailələr də yaşayırlar. Bu bina yataqxana kimi əvvəllər Su Idarəsinə məxsus olmuşdur və o da o vaxt Su Idarəsində işlədiyindən oradan ev vermişlər. Indiyədək 48 ildir ki, ailəlikcə orada məskunlaşıb yaşayırlar. Orada yaşayanlar iddiaçıya bildiriblər ki, onlar hər birisi yaşayış sahələrinə Çıxarış alıblar. Iddiaçı yaşadığı ünvana Çıxarış verilməsı tələbi ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn ** saylı Samaxı Ərazi Idarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş *-**-***/*-Q-****-*/**** saylı, ## ###### 2024-cü il tarixli imtina aktında yazılmışdır ki, iddiaçı daşınmaz əmlak üzərində hüquqmüəyyənedici sənədlərin hər hansı birini onlara təqdim etməmiş və buna görə də müraciətinin icrasından imtina edilmişdir. Qeyd edir ki, bu akt ##.##.2024-cü il tarixli olsa da ona göndərilməmişdi, özünün təkrar müraciətindən sonra ona ## ###### 2025-ci il tarixdə verilmişdir. Ərizəyə daxil etdiyi sənədlərdən görünür ki, 48 ildir ailəlikcə məskunlaşdığı yaşayış sahəsi üçün cavabdehin Çıxarış verməkdən imtina etməsi tam əsassızdır. Ona görə də iş üzrə cavabdehin *-**-*-**/*-Q-****-*/**** saylı, ## ###### 2024-cü il tarixli imtina aktında Sumqayıt Inzibati Məhkəməsinə şikayət edir Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı İddiaçı Cavabdeh publik hüquqi şəxsinin ** saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir, lakin ərizəsinə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı birini əlavə etməmişdir. Bu səbəbdən İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddia ərizəsinə daxil etdiyi sənədlərdən görünür ki, 48 ildir ailəlikcə məskunlaşdığı yaşayış sahəsi üçün cavabdehin çıxarış verməkdən imtina etməsi tam əsassızdır. Bununla əlaqədar Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarında maddi və prosessual hüquq normaları ciddi şəkildə pozulmuş, işin faktiki hallarına düzgün qiymət verilməmiş və qanunvericilik normaları düzgün tətbiq olunmamaqla, nəticə etibarı ilə birinci instansiya məhkəməsi tərəfindən əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 (otuz) il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Həmçinin qeyd edir ki, iddia etdiyi ünvan 3 ünvanındakı mənzil Şamaxı Su Idarəsində işlədiyi dövrdə verilmişdir. Həmin evin onun qanuni istifadəsinə verilməsi və orada qeydiyyaı ilə bağlı məlumatlar yazılmışdır. Beləliklə, həmin ev 48 ildən çoxdur ki, onun istifadəsindədir. Evin su, işıq və qaz sayğacları onun adınadır. Bu ev, Sovet dövründə ona verilmişdir və indiyədək hər hansı bir Dövlət Qurumu yaşadığı həmin mənzilin boşaldılması ilə bağlı məhkəmələrdə hər hansı iddia qaldırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Inzibati icraat haqqında” Qanun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mübahisənin predmetini iddiaçının ünvan 4 ünvanında faktiki istifadə etdiyi yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona çıxarış verilməsi barədə müraciətinin cavabdeh tərəfindən təmin edilməməsinin qanuniliyinin yoxlanılması təşkil edir. Ilk növbədə qeyd edilməlidir ki, hazırkı mübahisə üzrə iddia tələbi öhdəliyin icrası haqqında iddia xarakteri daşıyır. Belə iddia üzrə cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi, yəni konkret halda iddiaçının adına olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması yalnız o halda mümkündür ki, həmin hərəkətlərin edilməsini şərtləndirən bütün hüquqi və faktiki əsaslar mövcud olsun. Iş materiallarından müəyyən olunur ki, iddiaçı tələbinin faktiki əsası kimi uzun müddət yaşayış sahəsində məskunlaşmasına, yaşayış yeri üzrə qeydiyyatda olmasına, kommunal xidmətlərə görə ödənişləri həyata keçirməsinə, habelə mübahisəli binanın vaxtilə X7 Idarəsinin balansında yataqxana kimi olmasına istinad etmişdir. X3 filialının ## ###### 2019-cu il tarixli *** nömrəli arxiv çıxarışında iddiaçının beş nəfərdən ibarət ailə tərkibi ilə ## ###### 1977-ci ildən Şamaxı şəhəri, keçmiş Fialetov küçəsi, ** nömrəli ünvanda qeydiyyatda olduğu və həmin ildən kommunal mənzil növbəsinə götürüldüyü göstərilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ## ######## 2024-cü il tarixli arayışda isə iddiaçının ünvan 4 ünvanında ## ####### 2005-ci ildən qeydiyyatda olduğu qeyd edilmişdir. Kollegiya hesab edir ki, göstərilən sənədlər iddiaçının ayrı-ayrı dövrlərdə müvafiq ünvanlarda qeydiyyatda olmasını və mənzil növbəsinə qəbul edilməsini təsdiq etsə də, həmin yaşayış sahəsinin ona mülkiyyətə verildiyini, özəlləşdirildiyini və ya başqa hüquqi əsasla onun xüsusi mülkiyyətinə keçdiyini təsdiq etmir. Bundan əlavə, iş materiallarında keçmiş Fialetov küçəsi, ** nömrəli ünvanla Dədə Qorqud küçəsi, ev 32 ünvanının eyni daşınmaz əmlak obyekti olduğunu təsdiqləyən ünvan arayışı, inventar məlumatı və ya digər mötəbər sənəd mövcud deyildir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qaz, elektrik enerjisi və su təchizatı üzrə ödəniş qəbzləri də yaşayış sahəsindən faktiki istifadəni və kommunal öhdəliklərin yerinə yetirilməsini göstərir. Lakin kommunal abonentliyin şəxsin adına rəsmiləşdirilməsi, yaşayış yeri üzrə qeydiyyat və əmlakın uzun müddət faktiki istifadədə saxlanılması mülkiyyət hüququnun yaranmasının qanunla müəyyən edilmiş müstəqil əsası deyildir. Bu sənədlər faktiki istifadə halını təsdiqləsə də, mülkiyyət hüququnun əldə edilməsini rəsmiləşdirən inzibati aktı, müqaviləni, orderi, özəlləşdirmə sənədini və ya məhkəmə qərarını əvəz etmir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin X4 Xidmətinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli məktubunda mübahisəli binanın təxminən qırx il əvvəl X7 Idarəsinin balansında yataqxana kimi mövcud olduğu, sonradan 1990-cı illərdə Üçüncü şəxs nəzdində fəaliyyət göstərmiş Şamaxı Evlər Idarəsinin balansına təhvil verildiyi bildirilmişdir. Üçüncü şəxs ## #### 2025-ci il tarixli, *-**/*-***/**** nömrəli məktubunda isə binanın hazırda həmin orqanın balansında olmadığı göstərilmişdir. Məhkəmə kollegiyası qeyd olunan məlumatları qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, həmin sənədlər mübahisəli binanın əvvəlki dövrlərdə dövlət və ya idarə mənzil fonduna aid yataqxana kimi istifadə edildiyini göstərir. Binanın sonradan başqa qurumun balansına verilməsi və hazırda Üçüncü şəxs balansında olmaması həmin binanın, yaxud onun tərkibində iddiaçının istifadə etdiyi yaşayış sahəsinin iddiaçının xüsusi mülkiyyətinə keçməsi nəticəsini doğurmur. Balans mənsubiyyətinin dəyişməsi mülkiyyət hüququnun konkret fiziki şəxsə verilməsi barədə sərəncamın, müqavilənin və ya digər hüquqmüəyyənedici sənədin mövcudluğunu əvəz etmir. Cavabdeh inzibati orqan imtina əsası ondan ibarətdir ki, iddiaçı mülkiyyət hüququnun qeydiyyatı ərizəsinə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı birini əlavə etməmişdir. Bu səbəbdən İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi mülkiyyət hüququnun qeydiyyat əsaslarını müəyyən edən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri iddiaçıda mövcud deyil. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanının qüvvədə olan 5-ci hissəsində dövlət və ya ictimai mənzil fonduna daxil olan mənzillər üzərində hüquqların dövlət qeydiyyatı ilə əlaqədar mənzil orderləri, kirayə müqavilələri, mənzilin verilməsinə dair sərəncamlar, habelə həmin mənzilin xüsusi mülkiyyətə verilməsi barədə yerli dövlət hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr, təşkilatlar və ya müvafiq kooperativ, həmkarlar ittifaqı və digər ictimai təşkilatlarla hüquq əldə edən şəxs arasında notariat qaydasında təsdiq edilmiş müqavilələr nəzərdə tutulmuşdur. Hazırkı işdə isə iddiaçıya konkret yaşayış sahəsinin verilməsi, həmin sahəyə dair kirayə münasibətinin rəsmiləşdirilməsi, özəlləşdirilməsi və ya onun xüsusi mülkiyyətinə keçirilməsi barədə hər-hansı sənəd təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da belə sənəd aşkar olunmamışdır. Iddiaçının Mülki Məcəllənin 178.6-cı maddəsinə istinad edərək mülkiyyət hüququnun yaranması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin norma hazırkı işə tətbiq edilə biləcək norma kimi qəbul edilə bilməz. Beləki, Azəbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair ## ###### 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il ########ın #-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Konstitusiya məhkəməsinin mövqeyinə əsasən mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. Göründüyü kimi hazırkı şərtlərdə hazırkı işə Mülki Məcəllənin 178.6-cı maddəsinin tətbiqi istisna edilir. Iddiaçının eyni binada yaşayan digər şəxslərin mənzilləri üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair dəlili də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni dəyişdirmir. Belə ki, cavabdehin ## ##### 2025-ci il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, həmin binada * nömrəli mənzil üzrə X2 mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış və qeydiyyat ## ######## 1957-ci il tarixli notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi də daxil olmaqla həmin mənzilə aid hüquqmüəyyənedici sənədlər əsasında aparılmışdır. Beləliklə, digər mənzil üzrə dövlət qeydiyyatının aparılması həmin şəxsin də uzun müddət yaşayış sahəsindən istifadə etməsinə deyil, konkret mənzilə aid ayrıca hüquqmüəyyənedici sənədin mövcudluğuna əsaslanmışdır. Faktiki və hüquqi əsasları fərqli olan hallara eyni hüquqi nəticənin tətbiq edilməsi inzibati praktikaya etimad və bərabərlik prinsiplərindən irəli gəlmir. Inzibati icraat haqqında Qanunun 13.1-ci maddəsi yalnız qanuni və müqayisə edilə bilən inzibati praktikaya etimadı qoruyur və hüquqmüəyyənedici sənədi olmayan şəxsə başqa şəxsin sənədlərinə əsaslanan qeydiyyat nəticəsindən istifadə etmək hüququ vermir. Eyni qaydada, Inzibati icraat haqqında Qanunun 19.1-ci maddəsi iddiaçının təqdim etdiyi sənədlərin həqiqətə uyğunluğuna dair əsassız əlavə təsdiqlər tələb edilməsini qadağan etsə də, həmin sənədlərin hüquqi məzmununu genişləndirmir. Yaşayış yeri arayışının, arxiv qeydinin və kommunal qəbzlərin həqiqiliyi qəbul edilsə belə, bu sənədlər öz məzmununa görə mülkiyyət hüququnun yaranmasını deyil, qeydiyyat və faktiki istifadə hallarını təsdiq edir. Kollegiya nəzərə alır ki, Konstitusiyanın 13 və 29-cu maddələri ilə mülkiyyət hüququnun qorunması təmin edilir. Bununla belə, həmin konstitusion təminatlar qanunda nəzərdə tutulmuş əldəetmə əsasları olmadan mülkiyyət hüququnun yaranması kimi şərh edilə bilməz. Mülkiyyət hüququnun müdafiəsi ilk növbədə şəxsin bu hüququ qanuni əsasla əldə etdiyinin müəyyən edilməsini tələb edir. Apellyasiya şikayətində işin hallarının tam araşdırılmadığına dair dəlilə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdeh qeydiyyat orqanından, Üçüncü şəxs və X4 Xidmətindən məlumat və sənədlər tələb etmiş, bundan başqa yuxarıda sadalanan digər araşdırmaları aparmış, müvafiq sorğular vermiş, həmin sorğular əsasında əldə etdiyi sübutlar əsasında hazırki nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən halların məcmusuna əsasən hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsində uzun müddət yaşaması və həmin sahədən faktiki istifadə etməsi mübahisəsiz olsa da, onun həmin sahə üzərində mülkiyyət hüququnun qanunla müəyyən edilmiş əsaslardan biri üzrə yarandığı sübuta yetirilməmişdir. Bu səbəbdən də iddiaçının apellyasiya şikayətinin dəlləri əsassız olmuşdur. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.