Məhkəmə qərarları › İş №2-1(3-8)-940/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-940/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-940/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu”nda İddiaçı adına icra edilmiş ##.##.2023-cü il tarixli Th1-L4 fəqərələr səviyyəsində onurğanın AP və döş fəqərələrinin lateral proyeksiyada R-qrammasında qeyd edilmişdir: açıqlığı sola baxan mülayim torokal skolioz qeyd edilir. L1, L2 fəqərə cisimləri hündürlüyü öndə kəskin azalıb (pazvari deformasiya), L1, L2, L3 səviyyələrində fəqərələr arası məsafələr kəskin daralıb: keçirilmiş spondilodissit əlamətləri. Buna bağlı TH12-L3 fəqərələr səviyyəsində Cobb bucağı 61° olan III dərəcə lokal patoloji kifoz izlənir. Fəqərə cismi künclərində osteofıtik sivriləşmələr qeyd edilir: yayılmış spondilyoz. Faset oynaqlarında artroz əlamətləri mövcuddur. Bilateral sakroiliak məsafələr açıqdır. Rentgen şəklinə daxil olan digər sümük toxumalar və yumşaq toxuma kölgəlikləri norma daxilindədir. “MedEra Hospital”da İddiaçı adına icra edilmiş ##.##.2023-cü il tarixli elektroneyromioqrafıya nəticəsində qeyd edilmişdir: Bu əlamətlər aşağı ətraflar, L2-L3-L4 kökcük innervasiyalı əzələlərdə xroniki dövr ağır aksonal degenerasiyalı neyropatik dəyişiklik lehinədir. “Şamaxı şəhər mərkəzi xəstəxanası” phş-da tərtib edilmiş ##.##.2024-cü il tarixli, L********YPH saylı Forma 88 haqqında məlumatdan görünür ki, İddiaçı ##.##.2023-cü il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır. Xəstəliyi ##.##.2011- ci ildən başlamış, xəstəliyin gedişi xronikidir, dərəcəsi orta ağırdır. “M40-kifoz və lordoz” xəstəliyinə görə ambulator müraciəti olmuş, həmin diaqnozla 2011, 2022 və 2023-cü il tarixlərdə stasionar müalicələr almışdır. TSEK-na göndərilərkən XBT-10 kodu ilə diaqnoz: “Əsas diaqnoz: M40-kifoz və lordoz, üçüncü dərəcəli kifoz (cobb bucağı 61 dərəcə). Ağırlaşmalar: R52.0-kəskin ağrı, daimi ağrı sindromu, G54.1-bel-oma kələfinin zədələnməsi, aşağı ətrafa irradiasiya verən kəskin kökcük ağrıları, M43.0-spondiloliz, L1-L2 fəqərələrinin pazvari deformasiyası və sinostozu, M42-onurğanın osteoxondrozu, döş, bel fəqərələrinin yayılmış spondilyozu, osteoxondrozu, R26-hərəkətin və yerişin pozulmaları, yerişin çətinləşməsi. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə dövlət tibb müəssisəsinin L********YPH nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin * nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmiş, imtina səbəbi olaraq göndərişin nataman doldurulması qeyd edilmişdir. “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu”nda İddiaçı adına tərtib edilmiş ##.##.2025-ci il tarixli, ********** saylı arayışda qeyd edilmişdir: Diaqnoz: “Onurğanın döş-bel tipli soltərəfli İ (birinci) dərəcəli skoliozu, dördüncü dərəcəli kifozu, L1-L3 fəqərələrinin pazvari deformasiyası, spondilyozu, osteoxondrozu, kəskin kökcük ağrıları ilə, ağrıların aşağı ətrafa irradiasiyası, yerişin çətinləşməsi-(M41; M40; M42; M43.0; R52.0; G54.1; R26.1)”. “X2”ndə İddiaçı adına icra edilmiş bel-oma nahiyəsinin ##.##.2025-ci il tarixli MR müayinəsinin nəticəsində Lumbal osteoxondroz, L1 və L2 fəqərə cisimləri qeyri-intakt olub, bu fəqərə cisimlərin L1 alt, L2 üst beyninin distal hissəsi və dural kisənin proksimal hissəsinin öndən korpusların fuzyonu və ön korpuslarının çökməsinə bağlı olaraq bu səviyyədə şiddətli anqulyasiya, şiddətli anqulyasiya fonunda bu səviyyədə onurğa kompressiyası, bəhs olunan dəyişikliklər keçirilmiş əməliyyata ikincili dəyişikliklər lehinədir. Th11-12 diskdə onurğa beynini, sağda daha çox olmaqla hər iki sinir kökünü sıxan, 3 mmdən kiçik, geniş əsaslı, arxa-mərkəzi-sağa meyilli protruziya. Th12-L1 diskdə anterior subaraxnoidal sahəni, solda daha çox olmaqla hər iki sinir kökünü sıxan, 2 mm-dən kiçik, geniş əsaslı, arxa-mərkəzi-sola meyilli protruziya. L2-3 diskdə qonşu tamamlayıcı lövhələrdəki qaba osteofıtlərin bərabərliyində, dural kisəni, sağ sinir kökünü sıxan, sağ fəqərəarası dəliyi daraldan, 4 mm-lik, geniş əsaslı, arxa-sağ lateroforaminal yırtıq, L3-4 diskdə qonşu tamamlayıcı lövhələrdəki osteofıtlərin bərabərliyində, dural kisəni, hər iki sinir kökünü sıxan, 3 mm-dən kiçik, geniş əsaslı, arxa-mərkəzi protruziya, L5-S1 diskdə anterior epidural sahəni sıxan, geniş əsaslı, arxa-mərkəzi qabarma qeyd edilmişdir. İddiaçı adma tərtib edilmiş qiymətləndirmə nəticələrində qeyd edilmişdir: Müayinə tarixi: ##.##.2025-ci il. Akt №-*******0011. Müvəqqəti əmək qabiliyyəti itirilməmişdir. Əmək qabiliyyətinin itirilməsi (%-lə)-0. Qeyd: 3- 17-4/3-1-26012/2025. Diaqnozun mətni: Ağırlaşmalar: R52.0-kəskin ağrı, daimi ağrı sindromu, G54.1-bel-oma kələfinin zədələnməsi, aşağı ətrafa irradiasiya verən kəskin kökcük ağrıları. Əsas diaqnoz: M40-kifoz və lordoz, üçüncü dərəcəli kifoz (cobb bucağı 61 dərəcə). Ağırlaşma: M42- onurğanın osteoxondrozu, döş, bel fəqərələrinin yayılmış spondilyozu, osteoxondrozu. Mərkəzə göndəriImənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X9- sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarından görünür ki, İddiaçı əlillik müddəti bitdikdən sonra müraciəti əsasında göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibatı aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyanı müayinəsi aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən müəyyən olundu ki, İddiaçı əlillik vəziyyəti ilkin olaraq Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən “Qobustan rayon mərkəzi xəstəxanasf’nın “Onurğa sütunun ağır hiperkifozu, L1 fəqərəsinin pazvari deformasiyası, dayaq-hərəkət funksiyasının pozulması” diaqnozlu göndərişi əsasında əyani müayinə olunmuş və ona ##.##.2014-cü il tarixindən ##.##.2015-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmış, növbəti dəfə ##.##.2015-ci il tarixindən ##.##.2016-ci il tarixinədək qüvvədə saxlanılmışdır. Daha sonra ##.##.2016-cı il tarixindən həmin əlillik təyinatı “Əlillik” altsistemi tərəfindən avtomatlaşdırılmış qaydada 5 (beş) il müddətinə (##.##.2021-ci il tarixinədək) uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndərişlər rəsmiləşdirilsə də, həmin göndərişlər əsasında əlillik təyinatının aparılması mümkün olmamışdır. Sonuncu dəfə əlillik vəziyyəti “Şamaxı rayon mərkəzi xəstəxanası” tərəfindən rəsmiləşdirilmiş L********YPH nömrəli “Kifoz və lordoz, üçüncü dərəcəli kifoz (cobb bucağı 61 dərəcə), spondiloliz, L1- L2 fəqərələrinin pazvari deformasiyası və sinostozu, onurğanın osteoxondrozu, döş, bel fəqərələrinin yayılmış spondilyozu, osteoxondrozu, hərəkətin və yerişin pozulmaları, yerişin çətinləsməsi, bel-oma kələfinin zədələnməsi, aşağı ətrafa irradiasiya verən kəskin kökcük ağrılari kimi” diaqnozlu göndərişi DTSERA tərəfindən ##.##.2024-cü il tarixində qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan tibb müəssisəsinə geri qaytarılmışdır (səbəb: Aparılan müayinələr diaqnozun təsdiqi üçün yetərli olmamışdır). Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, ##.##.2025-ci il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmişdir. Müayinə əsnasında xəstəyə dair rəsmiləşdirilmiş sonuncu göndərişdə qeyd olunmuş diaqnozlar araşdırılmış, həmçinin hazırkı vəziyyəti qiymətləndirilmişdir. Müayinə zamanı İddiaçı belindəki və ayaqlarındakı ağrılardan, ağrıların fasiləli kəskinləşməsindən, bununla əlaqədar yerişin və ümumi hərəkətlərin məhdudlaşmasından şikayətlənmişdir. Anamnestik məlumatlara əsasən uşaqlıqdan xəstədir. Obyektiv olaraq əyani müayinədə birinci (İ) dərəcə skolioz, ikinci (II) dərəcə kifoz müəyyən edilmiş, bu vəziyyət göndərişdə və tibbi sənədlərdə qeyd olunmuş patofunksional pozuntular ilə uyğunsuzluq təşkil etmişdir. Təqdim olunan tibbi sənədlərdən: ##.##.2023-cü il tarixli EMG müayinəsinin nəticəsi: “Bu müayinə zamanı bilateral alt ekstremite sinirlərinə sinir impulsu verilərək yoxlanıldı və iynə EMQ tətbiq edildi. Müayinə olunan sinirlərdən bilateral peroneal motor sinir amplitudası asağı izlənildi. Müayinə olunan əzələlərdən bilateral mus.TA, mus. VL-də amplitudası böyümüş, seyrəlmiş, interferens patterni artmış MÜP-lər izlənildi. Bu əlamətlər aşağı ətraflar, L2-L3-L4 kökcük innervasiyalı əzələlərdə xroniki dövr ağır aksonal degenerasiyalı neyropatik dəyişiklik lehinədir” kimi müəyyənləşdirilmişdir. AR ITS Dövlət Agentliyi TƏBIB PHŞ “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu”nun ##.##.2025-ci il tarixli Arayışında diaqnoz: “Onurğanın aşağı döş-bel tipli soltərəfli İ (birinci) dərəcə skoliozu, dördüncü dərəcəli kifozu (cobb bucağı 71 dərəcə) müəyyən olunur. L1-L2 fəqərə nahiyəsində pazvari deformasiyası qeyd olunur. Bel fəqərələri nahiyəsində kəskin kökcük ağrılar var və aşağı ətrafa irradiasiyası. Yerisi çətinləşib” kimi müəyyənləşdirilmiş, lakin əyani müayinə zamanı təsdiqlənməmişdir. Hazırda anamnestik məlumatlar, obyektiv və instrumental müayinənin nəticələri, ixtisaslaşmış tibb müəssisəsindən təqdim edilmiş müayinə sənədlərinə əsasən, vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnoz əlillik əlamətini təyin etmir” qərarı qəbul edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin ##.##.2026-cı il tarixli T106/2026 ekspert rəyində qeyd edilmişdir ki, 1. vətəndaş İddiaçı tibbi sənədlərinin təhlili zamanı adına Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu”nda tərtib edilmiş ##.##.2025-ci il tarixli, ********** saylı arayışdan görünür ki, həmin tarixdə müayinə zamanı ona “Onurğanın döş-bel tipli soltərəfli İ (birinci) dərəcəli skoliozu, dördüncü dərəcəli kifozu, L1-L3 fəqərələrinin pazvari deformasiyası, spondilyozu, osteoxondrozu, kəskin kökcük ağrıları ilə, ağrıların aşağı ətrafa irradiasiyası, yerişin çətinləşməsi-(M41; M40; M42; M43.0; R52.0; G54.1; R26.1)” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komis-siyası tərəfindən qiymətləndirilməsi ilə bağlı adma “Şamaxı şəhər mərkəzi xəstəxanası” phş-da tərtib edilmş ##.##.2024-cü il tarixli, L********YPH saylı Forma 88 haqqında məlumatda XBT-10 kodu ilə qeyd edilmiş “əsas diaqnoz: M40-kifoz və lordoz, üçüncü dərəcəli kifoz (cobb bucağı 61 dərəcə). Ağırlaşmalar: R52.0-kəskin ağrı, daimi ağrı sindromu, G54.1-bel-oma kələfinin zədələnməsi, aşağı ətrafa irradiasiya verən kəskin kökcük ağrıları, M43.0-spondiloliz, L1-L2 fəqərələrinin pazvari deformasiyası və sinostozu, M42-onurğanın osteoxondrozu, döş bel fəqərələrinin yayılmış spondilyozu, osteoxondrozu, R26-hərəkətin və yerişin pozulmaları, yerişin çətinləşməsi” diaqnoz ona stasionarda müalicəsi zamanı qoyulmuşdur. Onun ##.##.2026-cı il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı yerişin çətinləşməsi müşahidə edilməmişdir. Yuxarıda qeyd edilən diaqnozlardan “R26-hərəkətin və yerişin pozulmaları, yerişin çətinləşməsi” diaqnozuna hazırda rast gəlinmədi. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən (TSEK) mənə göndərilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*- P-****/**** saylı imtina qərarının ləğv edilməli və ona əlillik dərəcəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair ##.##.2022-ci il tarixli qərarından görünür ki, “Yanaşı xəstəliklər A18.0 Sümük və oynaqların vərəmi. L1-L2 fəqərələrinin vərəm sponliti keçirilmiş sağ ağ ciyərin vərəmindən sonrakı kalsinatları Ağırlaşma G54.1 Bel-oma kələfinin zədələnməsi, ağrıların aşağı, ətrafa irodiyasiyası Əsas diaqnoz M40 Kifoz və lordoz, onurğanın III dərəcəli (-70 dər) hiperkifozu. Ağırlaşma M49* Digər rubrikalarda təsnif olunan xəstəliklərdə spondilopatiya, onurğanın L1-L2 fəqərə cisimlərinin pazvari deformasiyası və sinostozu Ağırlaşma. M42 Onurğanın osteoxondrozu. bel və döş fəqərələrinin osteoxondrozu Yanaşı xəstəliklər M41.1 Gənclik, idiopatik skoliozu, onurğa sütununun döş bel tipli 1ci dərəcəli skoliozu Ağırlaşma R52 başqa rubrikalarda təsnif olunmayan ağrı, ağrı sindromu” tibbi diaqnozu ilə əlillik qrupu verilməsindən imtina verilmişdir. Notarial təsdiqli surətini bu ərizəyə daxil etdiyi “xxxx” X3 verilmiş ********** saylı, ##.##.2023-cü il tarixli arayışdan görünür ki, ona “onurğanın aşağı döş-bel tipli soltərəfli birinci dərəcəli skoliozu, üçüncü dərəcəli kifozu, L1-L2 fəqərələrinin pazvari deformasiyası və sinostozu. Döş-bel fəqərələrinin spondilozu, osteoxondrozu. yerişin çətinləşməsi, Th 12-13 fəqərələr səviyyəsində Cobb bucağı 610 olan III dərəcə lokal patoloji kifoz” tibbi diaqnozu qoyulmuşdur. Surətini bu ərizəyə daxil etdiyi bir il əvvəl MedEra Hospitalından verilmiş ##.##.2022- ci il tarixli “Eomber MR” tibbi müayinəsi, ##.##.2023-cü il tarixli, “Thl-L4 fəqərələr səviyyəsində onurğanın AP və Döş fəqərələrinin lateral proyeksiyada R-Qramması” müayinəsi və ##.##.2023-cü il tarixli “Elektroneyromioqrafıya” müayinəsi zamanı da yuxarıda qeyd olunmuş xəstəliklərin mövcud olması yazılmışdır. Odur ki, dəfələrlə X5 ərizə və sonradan isə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciətlər etmişdir. Cavabdeh Azərbaycan .Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən sonuncu dəfə göndərilmiş ##.##.2025-cü il tarixli, *-**-*/*-P-****/**** saylı imtina aktında yazılmışdır ki, “Əlillik vəziyətiniz sonuncu dəfə dövlət tibb müəssisəsinin L*******SYPH nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri göndəriImişdir. Müraciətiniz əsasında ##.##.2024-cü il tarixində Agentlikdə rəhbər şəxsin qəbulunda olmusunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq səhhətinizdə əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər müəyyən olunmamışdır”. Bu imtina cavabı ## ##### 2025-ci il tarixdə verilmişdir. Bu ərizəyə daxil etdiyi tibbi sənədlərdən görünür ki, səhhəti çox ağır olduğundan əmək fəaliyyəti ilə məşğul ola bilmir, ayrı heç yerdən gəliri yoxdur. Dolana bilmir. Yaşamağı üçün iynə-dərmana, stasionar müayinə və müalicələrinə pul lazımdır. Beləliklə, səhhəti çox ağır olduğundan və əmək qabiliyyəti faktiki olaraq olmadığına görə əlillik dərəcəsi verilməlidir. Tibbi müəssisənin əməkdaşı göndərişi natamam doldurubsa, bu onun təqsiri deyildir. Tibbi sənədləri təsdiq edir ki, səhhətində əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər vardır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilib və “göndərişin natamam doldurulması - Səbəb: Aparılan müayinələr diaqnozun təsdiqi üçün yetərli deyil” səbəbi ilə göndəriş tibb müəssisəinə geri qaytarılmışdır. Lakin tibb müəssisəsi tərəfindən vətəndaş barəsində yeni göndəriş rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi ##.##.2024-cü il tarixdən orqanizm funksiyalarının 40-60 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının XBT 10 kodu G54.1 Beloma kələfinin zədələnməsi 6.10.1. bəndinə əsasən bel-oma kələfinin zədələnməsi orqanizmin funksiyalarının 40-60 faiz pozulması və 1 il müddətinə əlilliyin təyini üçün əsas müəyyən edilmişdir. Bu halda iddiaçıya orqanizmin funksiyalarının 40-60 faiz pozulmasına görə 1 il müddətinə əlillik müəyyən edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Iş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı ##.##.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2-1(102)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazın dəlilləri təşkil edir və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Iddiaçının apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 6.10. XBT 10 kodu G54.1 Beloma kələfinin zədələnməsi Qiymətləndirmə üzrə əlamətləri: 6.10.1. bəndinə əsasən bel-oma kələfinin zədələnməsi orqanizmin funksiyalarının 40-60 faiz pozulması və 1 il müddətinə “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarını bütövlüklə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı əlilliyin müəyyən edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində “göndərişin natamam doldurulması” əsası ilə imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Həmçinin, kollegiya cavabdeh inzibati orqanın iddianın mümkünlüyü ilə bağlı iddia müddətinin ötürülməsi və müddətin bərpa edilməsinin yolverilməz olması ilə bağlı istinad etdiyi arqumentinə dair qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində əlilliyin müəyyən edilmsəindən imtinaya dair qərarı ##.##.2024-cü il tarixdə qəbul etmiş, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadı ilə qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən ötürülməsi müəyyən edilərək, hazırki iş üzrə iddia müddəti bərpa edilmişdir. Indiki halda cavabdeh inzibati orqan iddiaçı tərəfindən iddia müddətinin 1 ildən artıq müddətə ötürüldüyünü, bu halda isə qanunla ötürülmüş müddətin bərpasına yol verilmədiyini əsas gətirərək, iddia müddətinin hazırki iş üzrə tətbiq edilməsini xahiş etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, sözügedən imtina qərarının iddiaçıya rəsmi qaydada göndərilməsi və ya çatdırılması halı müəyyən edilmədiyindən, sms bildiriş formada çatdırılma halı isə qərarın məzmunun rəsmi qaydada çatdırılması kimi dəyərləndirilməsi məqsədəuyğun olmadığından, iddia müddətinin axımının məhz ##.##.2024-cü il tarixdən və ya sms bildirişin tarixindən hesablanması iddiaçının mənafeyinin pozulmasına səbəb olmaqla, qanunauyğun deyildir. Bu baxımından kollegiya hesab edir ki, hazırki işin xarakteri (həssas təbəqə olan əhali qrupu ilə bağlı halların mövcudluğu)nəzərə alınmaqla, rəsmi xəbərnamə və ya digər rəsmi çatdırılmaya dair sənədin, poçt qəbzi və s. olmaması müəyyən ediliyindən, cavabdeh iddia müddətinin bərpa edilməsinə dair məhkəmənin qərardadını mübahisələndirməkdə haqlı olmamış, bu hissədə məhkəmənin gəldiyi nəticə qanunauyğun olmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, hazırki iş üzrə iddia müddətinə aid iddianın mümkünlük şərti də ödənilmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş (##.##.2024-cü il), həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “kifoz və lordozüçüncü dərəcəli kifoz (cobb bucağı 61 dərəcə) (XBT kodu M40)”, ağırlaşmaları “Kəskin ağrı, daimi ağrı sindromu ilə (XBT kodu R52.0)”, “Bel-oma kələfinin zədələnməsiaşağı ətrafda irradiasiya verən kəskin kökcük ağrıları (XBT kodu G54.1)”, “Spondilyoz L1-L2 fəqərələrinin pazvari deformasiyası və sinostozu (XBT kodu M43.0)”, “Onurğaının osteoxondrozu, döş bel fəqərələrinin yayılmış spondilyozu osteoxondrozu (XBT kodu M42)”, “Hərəkətin və yerişin pozulması, yerişin çətinləşməsi (XBT kodu R26)” kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən həmin tibbi göndəriş əsasında iddiaçının əlilliyi qiymətləndirilərək, iddiaçı barəsində “göndərişin natamam doldurulması” əsası ilə ##.##.2024-cü il tarixdə imtina qərarı qəbul etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi həyata keçirilmiş, iddiaçıda əlilliyin təyini üçün əsas olan xəstəlik əlamətləri mövcud olmadığından“diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərara gəlinmişdir Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2014-2015, 2015-2016, sonuncu olaraq 2016-2021-ci ilədək əlilliyi müəyyən edilmiş şəxs olmuşdur. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklər (XBT kodu M40,M;1,M42,M43.0,G54.1) stasionar müayinə və müalicə zamanı müəyyən edilmiş, XBT kodu R26 ola xəstəlik əlamətləri aşkar edilməmişdir. Iş materiallarında olan həkim-mütəxəsssi rəyinin məzmunundan görünür ki, iddiaçı ixtisaslaşmış həkim-travamtoloq tərəfindən müyainə olunmuş, müayinənin nəticəsinə dair tibbi rəy tərtib edilmiş, rəyin məzmununda iddiaçıda XBT kodu M41, M42, M43.0, M40, R52.0, G54.1, R26 olan diaqnoz xəstəliklərin aşkar edildiyi qeyd edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sözügedən diaqnoz xəstəliklərlə bağlı mütəmadi olaraq stasionar və ambulator müalicə və müayinə olunmuşdur (ambulator kartadan çıxarış və s. tibbi sənədlər əsasında müəyyən edilmişdir). Kollegiya hesab edir ki, indiki halda iş materiallarında olan ekspert rəyi, həkim-mütəxəsis rəyi, amulator kartadan çıxarış və digər tibbi sənədlər əsasında iddiaçıda məhz XBT kodu G54.1olan diaqnoz xəstəliyin müvafiq Meyarların 6.10.1-ci bəndində (bel-oma kələfinin zədələnməsi) əks olunmuş qiymətləndirmə üzrə əlamətlərinin mövcudluğu öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, müvafiq Meyarlara əsasən həmin XBT kodu G54.1 olan diaqnoz xəstəliyi və onun 6.10.1-ci bəndində əks olunmuş qiymətləndirmə əlamətləri orqanizmin funksiyasının pozulmasının 40-60 faiz dərəcəsi bir il müddətinə əlilliyin müəyyən edilməsi üçün əsasdır. Indiki halda isə cavabdeh tərəfindən həmin halları təkzib edən heç bir sübut təqdim edilməmiş, imtina və şikayətin dəlili kimi istinad etdiyi hallara dair heç bir tibbi sənəd təqdim edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı barəsində məhz həmin diaqnoz xəstəlikləri və qiymətləndirmə üzrə əlamətlərini əsas götürərək, orqanizmin funksiyasının 40-60 faiz pozulması ilə bir il müddətinə əlilliyin təyin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş, cavabdehin şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Bundan əlavə,kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya əlilliyin müəyyən edilməsi üzrə qiymətləndirmə XBT kodu G54.1 olan diaqnoz xəstəlik və onun qiymətləndirmə üzrə əlamətləri əsasında aparılmış, həmin əsasla əlillik müəyyən edilmiş, digər xəstəlik əlamətləri əsas götürülməmişdir, iddiaçı tərəfindən isə məhkəmə qərarından apellyasiya şikayəti verilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçıya münasibətdə digər diaqnoz xəstəliklər üzrə əlilliyin qiymətləndirməsi aparılması apellyasiya baxışının predmeti olmadığından, bu hissədə əlavə araşdırma və dəyərləndirmə aparılması zərurəti mövcud olmamışdır. Eyni zamanda kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndəriş ##.##.2024-ci il tarixdə tərtib edilmiş, cavabdeh inzibati orqan iddiaçı barəsində məhz həmin tibbi göndəriş əsasında aparılmış yoxlamanın nəticəsinə dair ##.##.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul etmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əlilliyin hansı tarixdən müəyyən edilməsi üçün məhz müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsini ehtiva edən əlilliyin təyin edilməsindən imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarın tarixi əsas götürülməli olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, kollegiya cavabdehin müalicə müddəti ilə bağlı istinad etdiyi arqumentinə aid hissədə onu qeyd etməyi zəruri hesab edir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaların * nömrəli Əlavəsində təkrar əlilliyin müəyyən edilməsi üçün müvafiq tibbi göndərişin tərtib edilməsi ilə bağlı XBT kodu G54.1 olan xəstəliklər üçün 10 gün stasionar müddəti, 3 dəfə ambulator müalicə müddəti tələb edilir. Indiki halda işin müəyyən edilmiş halları əsasında iddiaçı barəsində tələb olunan həmin şərtin ödənilməsi iş materiallarında olan tibbi sənədlər əsasında öz təsdiqini tapmışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi həmin arqumenti də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddianının əsaslılığı işin yuxarıda müəyyən edilmiş halları əsasında öz təsdiqini tapdığından, habelə cavabdehin apellyasiya şikayətinin dəlilləri təkzib edildiyindən, apellyasiya şikayəti əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar