Məhkəmə qərarları › İş №2-1(3-8)-941/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-941/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-941/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi nümayəndə3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Bakı Inzibati Məhkəməsinin qərarına əsasən təyin edilmiş əlilliyə görə ödənişlərin ##.##.2019-cu il tarixindən hesablanması, ödənişlərin birdəfəlik ödənilməsi və 24 min manat maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Işin halları Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh və Cavabdeh tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, Bakı Inzibati Məhkəməsinin qərarının icrasının təmin olunması və əlilliyin təyin olunma müddətinin 2018ci ilin iyul ayından hesablanması, 24000 min manat maddi və mənəvi ziyana görə ödənişlərin verilməsi üçün cavabdelərin üzərinə öhdəlik qoyulması barədə qərar, vəzifəli şəxslər barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçının nümayəndəsi bir neçə dəfə ərizə təqdim edilsə də sonuncu dəfə ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinənə dair ərizə təqdim edərək, yenidən cavabdeh kimi Cavabdeh qəbul edilməsini və Bakı Inzibati Məhkəməsinin qərarına əsasən təyin edilmiş əlilliyə görə ödənişlərin ##.##.2019-cu il tarixindən hesablanması, ödənişlərin birdəfəlik ödənilməsi və 24 min manat maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Iddiaçının nümayəndəsi qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzürlü hesab edilərək Sumqayıt Inzibati Məhkəməsinin qərardadının ləğv edilməsi və işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin qəradadında apellyasiya şikayəti vermiş, qərardadı da ##.##.2026-cı il tarixində almış, lakin bildirişdə ona ##.##.2026-cı il tarixində verildiyi, şikayətin isə ##.##.2026-cı il tarixində göndərildiyi göstərilib. Halbuki AR IPM-nin maddələrinə əsasən şəxs qərarı rəsmi qaydada aldığı gündən 10 gün müddətində şikayət verə bilər. Apelllasiya şikayəti bidirişdə göstərildiyi kimi yox, ##.##.2026-cı il tadrixində göndərilib. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndə3 qərardaddan apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürlmədiyindən, apellyasiya şikayətinin mümkün hesab edilərək, işə baxılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 qərardaddan apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. Inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. .... Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ..... Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ..... Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ..... Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ərizənin dəlillərini, işdə iştirak edən şəxsin izahatını dinləyib, hesab edir ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına” dair ərizəsi təmin edilməməli, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Kollegiya ərizənin əsaslılığı və şikayətin mümkülüyü məsələsi ilə bağlı qeyd edir ki, hazırki iş üzrə ##.##.2026-cı il tarixdə yekun məhkəmə aktı qəbul edilmiş, ##.##.2026-cı il tarixdə həmin məhkəmə aktı poçt şöbəsi vasitəsilə iddiaçıya, həmçinin həmin tarixdə məhkəmə aktı elektron kabinet vasitəsilə iddiaçının nümayəndəsi və cavabdeh orqana göndərilmişdir. Həmçinin, elektron məhkəmə informasiya sistemində əks olunmuş məlumatdan görünür ki, iddiaçının nümayəndəsinə məxsus şəxsi elektron kabinet ##.##.2022-ci il tarixdən mövcud olmuş, məhkəmə qərardadı elektron kabinetə yerləşdirilməklə, ona çatdırılması təmin edilmişdir. Göründüyü kimi iddiaçının nümayəndəsinin ##.##.2026-cı il tarixdən elektron kabinet vasitəsilə müvafiq məhkəmə qərardadı barədə məlumatlı olması halı işin mübahisəsiz halıdır. Iddiaçının nümayəndəsi tərəfindən isə iş üzrə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Nəticə etibarilə iddiaçının nümayəndəsi müvafiq məhkəmə qərardadını elektron kabinet vasitəsilə təhvil aldığı vaxtdan, qanunla müəyyən edilmiş qaydada 10 gün müddətində (##.##.2026-cı il tarixədək) şikayət verməli olduğu halda, apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim edildiyindən, məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Indiki halda isə iddiaçının nümayəndəsi elektron kabineti əvvəllər mövcud olsa da, sonradan deaktiv etməsi, elektron kabinetinin aktiv olmadığını, ona görə də müvafiq məhkəmə qərardadını məhkəməyə müraciət edərək, ##.##.2026-cı il tarixində almasını, buna dair qəbzə imza etməsi halına istinad edərək, qanunla müəyyən edilmiş prosessual müddətin axımının həmin tarixdən hesablanmalı olduğundan, müddətin ötürülmədiyini bildirmiş, bu səbəbdən də şikayətin mümkün hesab edilərək, baxılmalı olduğunu qeyd etmişdir. Kollegiya iddiaçının nümayəndəsinin istinad etdiyi hallarla bağlı qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə aktından şikayət vermə müddətinin axımı məhz həmin məhkəmə qərardadının şəxsə çatdırıldığı vaxtdan hesablanır. Indiki halda isə iddiaçının adına aktiv elektron kabinet mövcud olduğundan, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aktı məhz ona məxsus olan elektron kabinetə yerləşdirilmişdir (deaktiv olduğu halda elektron məhkəmə informasiya sistemində aktiv şəkildə mövcud olmayan elektron kabinet vasitəsilə sənədin yerləşdirilməsi texniki cəhətdən mümkün deyildir),məhkəmə aktın yerləşdirməsi zamanı isə elektron kabinetin deaktiv olması ilə bağlı hər hansı məlumatın mövcudluğu ilə qarşılaşmamışdır. Indiki halda da həmin tarixə dair məlumatlarda iddiaçıya məxsus elektron kabinetin deaktiv olmasına dair hər hansı məlumatın mövcudluğu aşkar edilməmişdir.Həmçinin, iddiaçı tərəfindən də həmin hala dair məhkəməyə heç bir məlumat verilməmiş, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçının birinci instansiya məhkəməsinə ünvanladığı ## #### 2026-cı il tarilxi ərizənin məzmununda da özü həmin hala dair heç bir məlumata istinad etməmiş, yalnız “dəfələrlə müraciət etməsinə baxmayaraq, qərarın ona göndərilməməsi” halına istinad etmişdir. Iddiaçının məhkəmə qərarını əldə etmək üçün məhkəməyə ünvanlanmış başqa müarciətinin olması halı da müəyyən edilməmişdir. Bu hallar da özlüyündə iddiaçının istinad etdiyi halın müəyyən edilməsinə imkan verməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi halların mövcudluğu müəyyən edilmədiyindən, həmin hallar məhkəmə aktından şikayət vermə müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi kimi qəbul edilə bilməsinin əsası kimi çıxış etməmişdir. Nəticə etibarilə iddiaçının nümayəndəsinin qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməməsi ilə bağlı istinad etdiyi arqumenti əsassız olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə məhkəmə qərardadından apellyasiya şikayəti verilməsi üçün qanuna müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılması və müddətin bərpa olunması üçün əsaslar müəyyən edilmədiyindən, iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizə əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iş üzrə yekun məhkəmə aktından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, habelə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilmədiyindən, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair ərizə təmin edilməməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 22, 24 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına” dair ərizə təmin edilməsin. Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar