Məhkəmə qərarları › İş №2-1(3-8)-942/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-942/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-942/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Iddiaçı ##.##.1957-ci il təvəllüdlüdür. Iddiaçıya ##.##.2022-ci il tarixdə (65 yaşından) yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçıya aid əmək kitabçasından görünür ki, o, 1974-cü ildən əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə və peşələrdə, o cümlədən, ##.##.1985-ci il tarixdən ##.##.1988-ci il tarixədək Mardakert rayonu M.Qasımov adına maldarlıq sovxozunda fəhlə, ##.##.1997-ci il tarixdən ##.##.2001-ci il tarixədək Bakı xxxx Idarəsində (“xxxx” fərdi müəssisəsində) fəhlə işləmişdir. “xxxx” fərdi müəssisəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli arayışdan görünür ki, ## ###### 1957-ci ildə anadan olmuş İddiaçı həqiqətən də ##.##.1997-ci ildə xxxx fərdi müəssisəsində IV dərəcəli fəhlə işinə qəbul edilib (Əmr № **/k). ##.##.2002-ci ildə sürücü vəzifəsinə keçirilmiş (Əmr №**/k), ##.##.2015-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən (tərəflərin birinin təşəbbüsünə əsasən) öz xahişi ilə işdən azad edilmiş və əmək müqaviləsi pozulmuşdur (Əmr №**). ##.##.2016-cı ildə müəssisəyə sürücü qəbul edilmişdir (Əmr № **). ##.##.2017-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) öz xahişi ilə işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir (Əmr № **). Cavabdehin ## ###### 2026-cı il tarixli, *-**-*/*Ə-*****/**** nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubundan görünür ki, ##.##.2026-cı il tarixədək 25 il sığorta stajı, ##.##.2006-cı il tarixdən ##.##.2022-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 5707,16 manat (2022-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2022-ci il tarixdən işdən çıxdığı tarixədək 3120,90 manat (2025- ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, ##.##.2025-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2025-ci il tarixdən işdən çıxdığı tarixədək 487,65 manat (2025-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və məbləğində (404,12 manat) dəyişiklik olmamışdır. Təqdim etdiyi sənədlərin surətinə əsasən ##.##.2006-cı il tarixinədək sığorta stajı 14 il 7 ay 14 gün təşkil etdiyi halda Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il nəzərə alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınansosial sığorta stajı 2006-cı il ######ın #-dək olan dövr üzrə "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında Işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda Işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1985-ci il tarixdən ##.##.1988-ci il tarixədək (işdən azadolma əmrinin nömrəsi və tarixi olmadığından), ##.##.1997-ci il tarixdən ##.##.2006cı il tarixədək (işdənçıxma barədə qeyddə ##.##.1999-cu il tarixdən qüvvədə olan Əmək Məcəlləsinə istinad edilməli olduğu halda, Əmək Qanunları Məcəlləsinə istinad edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının müvafiq məktubuna əsasən Ağdərə rayonu "Mirbəşir Qasımov" adına maldarlıq sovxozunun ##.##.1985-ci il tarixindən ##.##.1988-ci il tarixinədək sənədləri arxivə təhvil verilmədiyindən qeyd edilən dövr üzrə əmək haqqı alıb-almamağının müəyyən edilməsi mümkün olmamışdır. X5 "xxxx" fərdi müəssisəsi ilə birgə tərtib etdiyi ##.##.2026-cı il tarixli akta əsasən ##.##.1997-ci il tarixindən ##.##.2006-cı il tarixədək olan dövr üzrə arxiv sənədləri aşkarlanmadığından həmin dövr üzrə sığorta stajını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, ##.##.1993-cü il tarixindən ##.##.1996-cı il tarixinədək və ##.##.1997-ci il tarixindən ##.##.1997-ci il tarixinədək adına əmək haqqı hesablanan dövrlər sığorta stajına daxil edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçının “xxxx” fərdi müəssisəsində ##.##.1997-ci il tarixindən ##.##.2006-cı il tarixinədək olan dövr üzrə əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoulması barədə qərar edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında əksini tapmış ##.##.1985-ci il tarixdən ##.##.1988-ci il tarixədək və ##.##.1997-ci il tarixdən ##.##.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə əmık pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1957-ci ilin yanvar ayının 25-də keçmiş Ağdərə rayonunun Sırxavənd kəndində anadan olmuş, məcburi köçkün və Qarabağ müharibəsi veteranıdır. O, ## ######## 2025-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, həmin vaxta qədər 39 il əmək stajı olduğunu, sonuncu iş yerinin Sumqayıt şəhəri ** saylı Mənzil Kommunal Sahəsində bağban vəzifəsi olduğunu, 2025-ci ilin # ####unda oradan işdən çıxarıldığını, 2022ci ilin yanvar ayının 25-də yaşa görə əmək pensiyasına çıxdığını, həmin vaxt aldığı pensiya məbləğinin minimum həddə - 240 manat hesablandığını, hazırda isə 368 manat pensiya aldığını bildirib və ona pensiya məbləğinin düzgün hesablanmadığını, fərdi hesabının yığım hissəsində toplanan vəsaitin – pensiya kapitalının nəzərə alınmadığını, buna görə də, ona təyin edilən pensiya məbləğini fərdi hesabının yığım hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. Həmin müraciət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilib və oradan iddiaçıya filialın direktor müavini Anar Mirzəyevin imzası ilə ## ####### 2025-ci il tarixli, *-**-*/*-Ə-******/**** saylı cavab məktubu göndərilmişdir. Iddiaçı ## ###### 2025-ci ildə həmin məkubla bağlı cavabdehə məktub ünvanlayıb, “xxxx” Dövlət Şirkətinin Ağdam Elektrik şəbəkəsi üzrə şəbəkənin direktoru T.Ş.Allahverdiyevin ## #### 1993-cü il tarixli 78№-li əmrinə əsasən, onun ## #### 1993-cü il tarixdən Ağdam şəhər sahəsinə IV qrup elektrik montyoru qəbul edildiyini və aylıq əmək haqqının 13493 manat təşkil etidiyini, (Əsas. İddiaçı oğlunun ərizəsi və şəbəkənin baş mühəndisi Məmmədov E.M. yoldaşın dərkənarı), ## ##### 1997-ci il tarxili ** saylı protokola əsasən isə o və daha 9 nəfər uzun müddət işə gəmədikləri, faktiki olaraq şəbəkə ilə əlaqələrini kəsdikləri üçün şəbəkənin müdiriyyətinin təşəbbüsü ilə işdən azad edildiyini (Sədr Q.M.Əliyev) qeyd edib və bunu təsdiq edən arxiv sənədlərini ərizəyə əlavə etmişdir. Həmçinin əmək kitabçasının surətində ##.##.1997-ci il tarixdən ##.##.2006-cı il tarixədək işdən azadolma rekvizitlərində düzəliş olduğu və işdən azadolma zamanı həmin dövrdə qüvvədə olan məcəlləyə istinad olunmadığı ilə bağlı iradla bağlı bildirib ki, həmin dövrdə o Bakı şəhərində fəaliyyət göstərən “xxxx” fərdi müəssisəsində çalışıb (Ümumilikdə isə həmin müəssisədə 2017-ci ilə qədər). Həmin müəssisəsinin müdiri X3 ona verdiyi ## ###### 2025-ci il tarixli, ** saylı Arayışa əsasən o, ##.##.1997-ci ildə sözügedən müəssisədə IV dərəcəli fəhlə işinə qəbul edildiyi (Əmr №**/k), ##.##.2002-ci ildə sürücü vəzifəsinə keçirilib (Əmr №**/k), ##.##.2015-ci Üdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsünə əsasən) öz xahişi iiə işdən azad edilib və əmək müqaviləsi pozulub (Əmr №**), ##.##.2016-cı ildə yenidən müəssisəyə sürücü vəzifəsinə işə qəbul edilib (Əmr №**), ##.##.2017-ci ildə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsünə) əsasən öz xahişi ilə işdən azad edilib və əmək müqaviləsinə xitam verilib (Əmr №**). Bu arayışın surəti də ərizəyə əiavə edilib. Məktubda təqdim ediimiş arxiv sənədiəri və arayış əsasında ona ##.##.2022-ci ildə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanaması xahişi təkrarlanıb. Cavabdehin ## ###### 2026-cı il tarixli, *-**-*/*-Ə-*****/**** saylı cavab məktubunda qeyd edilib ki, “Əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.1985-ci il tarixindən ##.##.1988-cı il tarixinədək (işdən azadolma əmrinin nömrəsi və tarixi olmadığından), ##.##.1997-ci il tarixindən ##.##.2006-cı il tarixinədək (işçdənçıxma barədə qeyddə ##.##.1999-cu il tarixindən qüvvədə olan Əmək Məcəlləsinə istinad edilməli olduğu halda, Əmək Qanunları Məcəlləsinə istinad edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının müvafiq məktubuna əsasən Ağdərə rayonu “Mirbəşir Qasımov” adına maldarlıq sovxozunun ##.##.1985-ci il tarixindən ##.##.1988ci il tarixinədək sənədləri arxivə təhvil verilmədiyindən qeyd edilən dövr üzrə əməkhaqqı alıbalmamasının müəyyən edilməsi mümkün olmamışdır. X5 “xxxx” fərdi müəssisəsi iiə birgə tərtib etdiyi ##.##.2026-cı il tarixli akta əsasən ##.##.1997-ci il tarixindən ##.##.2006-cı il tarixinədək olan dövr üzrə arxiv sənədləri aşkarlanmadığından həmin dövr üzrə sığora stajınızı müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. ##.##.1993-cü il tarixindən ##.##.1996-cı il tarixinədək və ##.##.1997-ci il tarixindən ##.##.1997-ci il tarixədək əməkhaqqı hesablanan dövrlər sığorta stajınıza daxil edilmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmişdir.. Cavabdeh imtina cavabını belə əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixinədək İddiaçı 25 il sığorta stajı mövcuddur. ##.##.2006-cı il tarixindən ##.##.2022-ci il tarixinədək onun fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 5707,16 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir. Qanunun 37.3.1-ci maddəsinə əsasən, iddiaçı ##.##.2025-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir. Bu səbəbdən ##.##.2022- ci il tarixindən işdən çıxdığı tarixədək hesablanmış pensiya kapitalı 3120,90 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) olmuşdur. Məlumat üçün bildirilir ki, İddiaçı ##.##.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, İddiaçı ##.##.2025-ci il tarixində yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2025-ci il tarixindən işdən çıxdığı tarixədək olan dövr üzrə 487,65 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı müəyyən edilmişdir. Bu göstəricilər əsasında onun yaşa görə əmək pensiyası yenidən hesablanmış, lakin məbləğində dəyişiklik baş verməmiş və 404,12 manat olaraq qalmışdır. Təqdim edilmiş sənədlərin surətlərinə əsasən, ##.##.2006-cı il tarixinədək İddiaçı sığorta stajı 14 il 7 ay 14 gün təşkil etsə də, Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 25 il nəzərə alınmışdır. Əmək kitabçasında göstərilmiş bəzi dövrlərdə isə doldurulma qaydalarının pozulması müəyyən edilmişdir. Belə ki, ##.##.1985-ci il tarixindən ##.##.1988-ci il tarixinədək olan dövrdə işdən azadolma əmri ilə bağlı nömrə və tarix qeyd olunmamış, həmçinin ##.##.1997- ci il tarixindən ##.##.2006-cı il tarixinədək olan dövrdə işdən çıxma qeydində qüvvədə olan Əmək Məcəlləsinə deyil, əvvəlki Əmək Qanunları Məcəlləsinə istinad edilmişdir. Bu səbəbdən həmin dövrlərin araşdırılmasına zərurət yaranmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının məlumatına əsasən, Ağdərə rayonu “Mirbəşir Qasımov” adına maldarlıq sovxozunun ##.##.1985-ci il tarixindən ##.##.1988-ci il tarixinədək sənədləri arxivə təhvil verilmədiyi üçün həmin dövr üzrə İddiaçı əməkhaqqı alıbalmaması müəyyən edilə bilməmişdir. Həmçinin, Mərkəzi Filialın “xxxx” fərdi müəssisəsi ilə birgə tərtib etdiyi ##.##.2026-cı il tarixli akta əsasən, ##.##.1997-ci il tarixindən ##.##.2006-cı il tarixinədək olan dövr üzrə arxiv sənədləri aşkar edilmədiyindən bu müddət üzrə sığorta stajının müəyyən olunması mümkün olmamışdır. Göstərilən səbəblərə görə, qeyd olunan dövrlərin İddiaçı sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Əlavə olaraq qeyd edilir ki, ##.##.1993-cü il tarixindən ##.##.1996-cı il tarixinədək və ##.##.1997- ci il tarixindən ##.##.1997-ci il tarixinədək İddiaçı adına əməkhaqqı hesablanan dövrlər onun sığorta stajına daxil edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının ##.##.1985-ci il tarixdən ##.##.1988-ci il tarixədək və ##.##.1997-ci il tarixdən ##.##.2006-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, əmək kitabçasının düzgün və qanunvericiliyə uyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifəsidir və bu səbəbdən işçinin sosial təminat hüququ pozulmamalıdır. Sovxozun sənədlərinin arxivə təhvil verilməməsi əmək kitabçasında aparılan qeydlərin mötəbərliyini şübhə altına alması üçün əsas hesab edilməməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, Nazirlər Kabinetinin ##.##.2025-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Işçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları"nın 3.5-ci bəndinə əsasən əmək kitabçasında işə qəbul və başqa daimi işə keçirilmə barəsində bütün qeydlər işəgötürən tərəfindən müvafiq əmr (sərəncam, qərar) verildikdən 5 (beş) gündən gec olmamaq şərtilə əmək müqaviləsinə xitam verilmə haqqında isə işçinin əmək müqaviləsinə xitam verildiyi gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın, qərarın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Qaydaların 3.6-ci bəndinə əsasən işə qəbul və başqa daimi işə keçirilmə barəsində səhv və qeyri-dəqiq qeydlər aşkar edildikdə işəgötürən tərəfindən düzəliş aparılır. Bu hallarişçi iş yerini dəyişdikdən sonra aşkar olunduqda yeni iş yerindəki işəgötürən bu barədə Işçiyə lazımi kömək göstərməlidir. Qeyd ediririk ki, əmək kitabçasının doldurulması işəgötürənin səlahiyyətində olsa da, bu hal işçinin məsuliyyətini istisna etmir. Belə ki, işçi öz əmək kitabçasının hüquqi və fakiki düzgünlüyü yoxlamalı və gələcəkdə yaranacaq hüquqi məsuliyyətini dərk etməlidir. Bu kimi hallar inzibati orqanın qanunauyğun fəaliyyətinə maneə törətməməli və hüquqi müəyyənlik və bərabərlik prinsipinin tətbiqini kölgədə qoymamalıdır. Xüsusi olaraq vurğulayırıq ki, məhkəmə tərəfindən iş üzrə obyektiv və qərəzsiz araşdırılma aparılmamış, sorğular verilməmiş, şübhəli məqamlarla bağlı aydınlıq gətirilməmişdir. Beləliklə, iddiaçı İddiaçı əmək kitabçasında əksini tapmış ##.##.1985-ci il tarixdən ##.##.1988-ci il tarixinədək, ##.##.1997-ci il tarixdən ##.##.2006-cı il tarixinədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir. Daha sonra cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək, apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, qeyd olunan dövrlərin sosial sığorta stajına daxil edilməsi halında iddiaçının əmək pensiyasının məbləğində dəyişiklik olub olmayacağı barədə ##.##.2026-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məktub yazılmış və Mərkəzi Filialın ##.##.2026-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məktubuna əsasən bildirilmişdir ki, ##.##.1985-ci il tarixdən ##.##.1988-ci il tarixədək və ##.##.1997-ci il tarixdən ##.##.2006-cı il tarixədək olan dövr iddiaçının sığorta stajına daxil edildiyi təqdirdə onun pensiyasının məbləği dəyişməyəcəkdir". Apellyasiya şikayətinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinici instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. ... 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. ... 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi ona əmək kitabçasında əksini tapmış ##.##.1985-ci il tarixdən ##.##.1988-ci il tarixədək və ##.##.1997-ci il tarixdən ##.##.2006-cı il tarixədək işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə yenidən hesablanmasına yönəlmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin əsası kimi, birinci instansiya məhkəməsi əmək kitabçasındakı qeydlərin hüquqi qiymətləndirilməsini düzgün aparmamış, əmək kitabçasındakı qeydlərin əmrlərə uyğunluğu və düzgünlüyünün təmin edilməsində işçinin də məsuliyyət daşıdığını nəzərə almamış, iş üzrə tam, obyektiv və qərəzsiz araşdırma aparmamış, zəruri sorğular verməmiş və şübhəli məqamları aydınlaşdırmamışdır. Həmçinin cavabdeh apellyasiya baxışı zamanı təqdim etdiyi əlavə ilə əsaslandırmışdır ki, iddiaçının ##.##.1985-ci il–##.##.1988-ci il və ##.##.1997-ci il–##.##.2006-cı il tarixləri arasındakı dövrlər sosial sığorta stajına daxil edilsə belə, bu hal onun əmək pensiyasının məbləğinin dəyişməsinə səbəb olmayacağı hallarına istinad etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında mübahisə hal iddiaçının əmək kitabçasında əks olunmuş ##.##.1985-ci il tarixdən ##.##.1988-ci il tarixədək və ##.##.1997-ci il tarixdən ##.##.2006-cı il tarixədək əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun, habelə əmək pensiyalarının təyin edilməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əsasən, ##.##.2006-cı il tarixədək olan dövr üzrə sığortaolunanın qazanılmış əmək pensiyası hüquqlarının müəyyən edilməsi zamanı əsas sübut kimi əmək kitabçası qəbul edilir. Yalnız həmin sənədin mötəbərliyinə əsaslı şübhələr mövcud olduqda əlavə araşdırmaların aparılması mümkündür. Iş materiallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdə əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmış, həmin qeydlərin saxtalaşdırılması, həqiqətə uyğun olmaması və ya etibarsızlığı barədə iş materiallarında hər hansı mötəbər sübut mövcud deyildir. Cavabdehin istinad etdiyi hallar, yəni əmək kitabçasında bəzi rekvizitlərin natamam göstərilməsi, habelə işəgötürənin sənədlərinin dövlət arxivinə təhvil verilməməsi özlüyündə əmək kitabçasındakı qeydlərin etibarsız hesab edilməsi və həmin dövrlərin sosial sığorta stajına daxil edilməsindən imtina üçün kifayət qədər hüquqi əsas yaratmır. Iddiaçı müəyyən dövrlərdə X1 adına maldarlıq sovxozunda işləmiş, cavabdeh onun 1985- 1988-ci illərdə işlədiyi dövrü onun sosial sıöğorta stajına daxil etməkdən imtina edir və bunu onunla əsaslandırır ki, işdənçıxma barədə əmrdə rekvizitlər göstərilməmişdir. Burada nəzərə alınmaldır, ki, iddiaçının ##.##.1988-ci il tarixdə işdən çıxması barədə əmrin qarşısında qeydin tarixi ##.##.1988-ci il qeyd edilmiş, lakin əmrin nömrəsi və tarixi qeyd edilməmişdir. Bu hal iddiaçının üzərinə düşən öhdəlik deyildir və iddiaçı bu məlumatların əmək kitabçasın daxil edilməsini tələb etməli deyildir. Bundan başqa cavabdeh iddiaçının ##.##.1997-ciil tarixdən ##.##.2006-cı il tarixədək işlədiyi dövrü sığorta stajına daxil etməkdən imtina edir və bunu onunla əsaslandırır ki, işdən çıxma barədə əmrdə o dövrdə artıq qüvvədən düşmüş X6 istinad edilmişdir. Bununla bağlı da məhkəmə kollegiyası hesab edir ki, əmrin tərtib edilməsi və əmək kitabçasının qanunauyğun şəkildə doldurulması işgötürən müəssisənin vəzifələrinə aid olmuş və məcəllənin adınını səhv göstərilməsi iddiaçının uzun illər ərzində işlədiyi dövrün onun sığrota stajına daxil edilməsindən imtina üçün əsas ola bilməz. Kollegiya cavabdehin əmək kitabçasının düzgün tərtib edilməsinə görə işçinin də məsuliyyət daşıması barədə dəlilini əsaslı hesab etmir. Əmək kitabçasının qanunvericiliyin tələblərinə uyğun aparılması işəgötürənin vəzifəsi olmaqla, həmin vəzifənin lazımi qaydada icra edilməməsinin mənfi nəticələri işçinin sosial təminat hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Cavabdehin apellyasiya baxışı zamanı təqdim etdiyi, mübahisələndirilən dövrlərin sosial sığorta stajına daxil edilməsi halında iddiaçının əmək pensiyasının məbləğinin dəyişməyəcəyinə dair əlavə dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, hazırkı mübahisənin predmeti pensiyanın məbləğinin artırılması deyil, iddiaçının qanunla nəzərdə tutulmuş sosial sığorta stajının düzgün müəyyən edilməsidir. Bu səbəbdən həmin hal cavabdehin mübahisələndirilən dövrləri sosial sığorta stajına daxil etmək vəzifəsini aradan qaldırmır və iddianın təmin edilməsinə maneə təşkil etmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar