Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-943/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilərək, əvvəlki pensiya məbləğinin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və müdaxilədən əvvəlki pensiya məbləği bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2026-cı il tarixli *-**-*/*-Q-*****/**** saylı məktubundan görünür ki, araşdırma zamanı, pensiya işinizə dair sənədlərinizdə “xxxx” QSC-də ##.##.1995-ci il tarixindən eskalator maşinisti vəzifəsində işlədiyiniz qeyd olunub. Göründüyü kimi işlədiyiniz vəzifə sözügedən müəssisənin sizə dair # #### 2018-ci il tarixli ** nömrəli arayışında istinad edilmiş yuxarıda qeyd olunan eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri vəzifəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajınız 12 il 6 aydan az (11 ay 1 gün (##.##.1994-##.##.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə # #### 2017-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun keçmiş Zəngilan rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilib. Eyni zamanda bildiririk ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “Inzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün ## ###### 2026-cı il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur. Cavabdehin ##.##.2026-cı il tarixli *-**-*/*-*-****/**** saylı qərarından görünür ki, İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərar ləğv edilmiş, əmək pesiyasının ödənilməsi dayandırılmışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə təyin edilmiş pensiyanın dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və əvvəlki (2017-ci ildə təyin edilmiş) güəştli pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı barədə cavabdeh Cavabdeh “Əmək pensiyasının təyin edilməsi haqqında” *- **-*/*-*-****/**** saylı ##.##.2026 tarixli qərarının ləğv edilməsi və Iiddiaçı İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi vəzifəsi cavabdeh Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1981-ci il tarixdən əmək fəlaiyyətinə başlamışdır. Hal-hazırda da Eskalator Xidmətinin * saylı eskalator distansiyasına 5-ci eskslator maşinisti işləyir. 2017-ci il tarixdə güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Həmin tarixdən də pensiyası ödənilmişdir. 2026-cı il tarixdə heç bir əsas olmadan güzəştli şərtlərlə təyin edilmiş pensiya əsassız təyin edilmişdir. Əsas kimi gətirmişlər ki, guya onun işlədiyi eskalator maşinisti güzəştli şərtlərlə pensiya təminatına imkan vermir. Hesablamalarına görə guya 11 ay 1 gün güzəştli stajı mövcuddur. Bütün bunlar əsassızdır. Həmin vaxtı pensiyası təyin edilmiş və 9 il ərzində heç vaxt mübahisələndirilməmişdir. Halbuki, inzibati akt 1 il ərzində mübahisələndirilə bilər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, iddiaçıya # #### 2017-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun keçmiş Zəngilan rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin daha sonra araşdırma zamanı iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi # ######## 1981-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçasının surətində və “xxxx” QSC-nin # #### 2018-ci il tarixli ** nömrəli arayışında “xxxx” QSC-də ##.##.1995-ci ii tarixindən eskalator maşinisti vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Iddiaçının işlədiyi vəzifə həmin arayışda istinad edilən eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri vəzifəsinə aid deyil. Həmçinin eskalator maşinisti vəzifəsi sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 ay 01 gün (##.##.1994- ##.##.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Yuxarıda göstərilən səbəbdən iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsinə uyğun olaraq, yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında iddiaçının mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona ## ###### 2026cı il tarixində məktub göndərilməklə ## ###### 2026-cı il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. Lakin iddiaçı mülahizələrinin dinlənilməsi üçün gəlməmişdir. Daha sonra, pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv edilmiş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının cari ilin yanvar ayından dayandırılması haqqında inzibati akt qəbul olunmuşdur. Qeyd olunanlara nəzərə alaraq, iddiaçıya ümumilikdə 22789,56 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndinin (21.5) tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələr yarımbəndində (21.5.1) eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı, iddiaçının pensiya işinə dair sənədlərdə “xxxx” QSC-də ##.##.1995-ci il tarixindən eskalator maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə sözügedən müəssisənin iddiaçıya dair # #### 2018- ci il tarixli ** nömrəli arayışında istinad edilmiş yuxarıda qeyd olunan eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri vəzifəsinə aid deyil. Həmçinin eskalator maşinisti vəzifəsi sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az-11 ay 01 gün: ##.##.1994-##.##.1995-ci il tarixləri arasındakı dövr təşkil edir. Məlumat üçün bildirilir ki, iddiaçıya # ###### 2026-cı il tarixində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən pensiya hüququnun yarandığı # #### 2025-ci il tarixindən Qanununun 7-ci maddəsinə əsasən, ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin artıq ödənilmiş 22789,56 manat vəsaitin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığını qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpası qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında ##.##.2026-cı il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarın ləğv edilməsi və müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi qərara alınmışdır (hakim Mehriban Mahmudlu- Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır, lakin cavabdeh qurum faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində həmin aktı qəbul etməyə haqlı olduğunu qeyd edir. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinspinin pozulması ictimai maraqlara ziyan vura bilər. Odur ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: - inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də: i) ya maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli, ii) ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli; iii) ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. (i)və (ii) halların hazırki situasiyaya aidiyyəti yoxdur. Lakin (iii) hala münasibətdə qeyd edilməlidir ki, əksi, yəni məhz həmin qanuni əlverişli inzibati aktın ləğvi ictimai maraqlara ziyan vura bilər, yəni qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz “etimad” prinsipinə riayət etməklə təmin edilmiş olur. .Iddia tələbinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması” haqqında ##.##.2026-cı il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarın ləğv edilməsi hissəsində məhkəmənin mövqeyi Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli 2- *(***)-****/**** nömrəli qərarında qeyd edilmiş mövqeyi ilə uyğundur. Cavabdeh inzibati orqan ## ###### 2026-cı il tarixli qərarı qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətlərində hansı hallara görə pensiya təyin edilməsi haqqında qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz ## ###### 2026-cı il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir. Iddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır. Qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “Inzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia tələbinə qarşı etirazın dəlilləri təşkil edir və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən əlverişli inzibati aktın ləğv edilməsi üçün əsaslar ##.##.2025-ci il aşkar edilmiş və 1 il keçmədən ##.##.2026-cı il tarixində *-**-*/*-*-****/**** nömrəli qərarla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv edilmiş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının cari ilin yanvar ayından dayandırılmışdır. Lakin həmin qərar “Inzibati Icraat haqqında” Qanunun tələblərinə uyğun qəbul edilmədiyindən ləğv olunmuşdur. Daha sonra isə cavabdeh sözügedən qanunun tələblərinə uyğun inzibati icraat apararaq Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2026-cı il tarixli 3- **-*/*-*-****/**** nömrəli qərar qəbul edilmişdir. Belə olan halda “Inzibati Icraat Haqqında” Qanunun 67.12-ci maddəsinin tələbi pozulmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. …. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında ## #### 1997-ci il tarixli, 321-IQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il ######un #-dən başlayaraq, 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. Iş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... Iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktorant urada və klinik ordinaturada təhsil müddəti ….. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il traixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı əmək pensiyasının yenidən hesablanması barədə qərarı ləğv edilməklə, əvvəlki pensiya məbləğinin bərpa edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə vaxtilə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyasının yenidən hesablanması zamanı əmək pensiyası təyin edilməsi haqqında qərar ləğv edilmiş və əmək pesiyasının ödənilməsi dayandırmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı ##.##.1950-ci il təvəllüdlü olmaqla, ona 0# #### 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh inzibati orqan iddiaçı barəsində 2026-cı ildə araşdırma apararaq, iddiaçının barəsində 2017-ci ildə güzəştli şərtlərlə pensiya təyin edilməsi zamanı səhvə yol verildiyini, iddiaçının qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olmadığını bildirmişdir. Həmçinin, cavabdeh iddiaçıya münasibətdə pensiya təyinatı zamanı yol verilmiş səhvin əsası kimi iddiaçının “xxxx” QSC-də1995-ci ildən işlədiyi “eskalator maşinisti” peşəsinin müvafiq Siyahıda Nəqliyyat bölməsinin metropolitenlər bölməsində nəzərdə tutulmadığından, həmin dövrün güzəştli iş stajı kimi nəzərə alınmamalı olduğu halda, nəzərə alınması halına istinad etmiş, bu səbəbdən də iddiaçının qanunal tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olmadığını (11 ay 1 gün güzəştli iş stajına malik olduğunu) qeyd etmişdir. Nəticə etibarilə cavabdeh inzibati orqan həmin hallara istinad edərək, iddiaçı barəsində 2017-ci il tarixdə aparılmış pensiya təyinatını ləğv etmiş, 2017-2026-cı ilə aid dövr üzrə 22789,56 manat artıqödəmə halını müəyyən etmiş,bu barədə ##.##.2026-cı il tarixli qərar qəbul etmişdir. Kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı qəbul etdiyi qərarın və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması, habelə həmin halların hansı tarixdən ona məlum olması halının araşdırılması zəruridir. Bununla bağlı kollegiya qeyd edir ki, indiki halda iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasının qanuni əsası qismində məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndi çıxış etmişdir. Indiki halda iddiaçıya münasibətdə işlədiyi müəssisə tərəfindən işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması barədə ətraflı arayış verilmiş, bu halı təsdiq etmiş, cavabdeh qurum da məhz həmin arayış əsasında iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olduğunu qəbul etmiş, bu əsasla pensiya təyinatı aparmışdır. Bu baxımından kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqan iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmaması halına, habelə işəgötürən müəssisə tərəfindən verilmiş arayışı təkzib edən heç bir dəlilə istinad etmədiyindən, cavabdehin pensiya təyinatınln ləğv edilməsi və artıqödəmə halının müəyyən edilməsi ilə bağlı hərəkətləri qanunazidd olmuşdur. Bununla yanaşı, kollegiya hesab edir ki, hətta cavabdehin istinad etdiyi hallar əsaslı olsa idi belə, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərə aid tələbə də riayət etmədiyindən, həmin əsasla da iddiaçı barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə iddia tələbinin əsaslılığının onun qanuni əsası qismində çıxış edən qanunvericilik normasının dispozitiv şərltərinə və oxşar işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələblərinə uyğun olaraq yoxlanılması həyata keçirildiyindən, habelə hüquqi qiymətləndirmənin əsasları ətraflı şəkildə qeyd edildiyindən, kollegiya həmin dəyərləndirmə ilə razı olduğundan, həmin hissədə işin hallarının dəyərləndirməsinin təkrarən qeyd edilməsi zərurəti mövcud olmamışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli Qərarı). Işin müəyyən edilmiş hallarından görünür ki, indiki halda cavabdehin istinad etdiyi hal (işlədiyi peşənin xarakteri, sahəsi) iddiaçı barəsində əmək pensiyasının təyin edildiyi vaxtda ona məlum olması aşkardır. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən həmin halın ona müvafiq qərarın qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan həmin qərarı qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə də əməl etməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə də uyğun olaraq qəbul edilməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, indiki halda iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş etimadın qorunmadığı hallara dair IPM-in 67.6-cı maddəsində nəzərdə tutulmuş başqa hər hansı əsasın da mövcudluğu müəyyən edilməmiş, cavabdeh tərəfindən də həmin hala dair heç bir dəlil təqdim edilməmişdir. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan qərarın qəbul edilməsinə əsas olan halın 2025-ci ildə aşkar edildiyini bildirsə də, həmin hala dair heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçının işlədiyi peşənin aşkar olması, işəgötürən tərəfindən işin xarakteri barədə arayışın mövcudluğu, cavabdehin pensiya təyinatı zamanı həmin hallar barədə məlumatlı olması, habelə həmin halları bilmək onun səlahiyyətinə aid olan hal olmaqla, vəzifəsi kimi çıxış etməsi halları özlüyündə cavabdehin həmin arqumentini təkzib etmişdir. Cavabdeh tərəfindən isə işin müəyyən edilmiş həmin hallarını təkzib edən heç bir dəlil təqdim edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi əmək pensiya məbləğinin yenidən hesablanmasına dair qərarı və onunla bağlı həyata keçirdiyi hərəkətləri qanuna zidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-943/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-943/2026
14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver