Məhkəmə qərarları › İş №2-1(3-8)-944/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-944/2026

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-944/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları ***** reyestr nömrəli, 2209 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən yaşayış sahəsi 56.5 kv m, köməkçi sahəsi 9.3 kv m olan 3 otaqlı yaşayış evi X3 adına qeydə alınmışdır. ## #### 2002-ci il tarixli müqavilənin surətindən görünür ki, X1 rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 65.3 kv m torpaq sahəsində yerləşən 3 otaqlı, yaşayış sahəsi 56.5 kv m, köməkçi sahəsi 9.3 kv m olan yaşayış evini X4. Abşeron rayon Icra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə Nümayəndəliyinin ##.##.1995-ci il tarixli ** saylı sərəncamının surətindən görünür ki, qeyd edilən sərəncamla Xırdalan Südçülük-tərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə ev tikdirilməsi məqsədəuyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə X1 qeydiyyat vəsiqəsi verilməsi üçün ilkin hüquqmüəyyənedici sənədləri, ***** qeydiyyat nömrəli texniki pasportun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Masazır Icra nümayəndəliyinin ##.##.1995-ci il tarixli ** saylı sərəncamında vətəndaş X1 adı aşkar edilməmişdir. Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Icra Hakimiyyətinin 1995-ci ilə dair sərəncamlarında ##.##.1995-ci il tarixli sərəncam aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəmsinə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən 1000 kv m torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən cavabdeh1 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ildə notarial qaydada alqı-satqı yolu ilə həyət evi və 1000 kv m həyətyanı torpaq sahəsini almış, həmin torpaq sahəsində bağ salmış, həyətyanı təsərrüfat yaratmışdır. Torpaq sahəsi 23 ildir onun istifadəsindədir, vergilərini ödəmişdir. Torpaq sahəsinə çıxarış almaq üçün hüquqi sənəd kimi 1995-ci ildə Masazır nümayəndəliyi tərəfindən sərəncam verilmişdir. Evə dair qeydiyyat vəsiqəsi vardır, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaısı üçün müraciət etdikdə ona imtina cavabı verilmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi, müraciət üzrə təqdim edilmiş Abşeron rayon Icra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ## ##### 1995-ci il tarixli ** nömrəli sərəncamının fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verildiyi və müraciət üzrə əlavə edilmiş sənədlərdə hüquq sahibinin adına, ata adına və soyadına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Axundova Aynur). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Məhkəmə araşdırması zamanı X1 ilkin hüquqmüəyyənedici sənədlərinin aşkar edilməsi istiqamətində sorğular verilmiş, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Masazır Icra Nümayəndəliyinin ##.##.1995-ci il tarixli ** saylı sərəncamında vətəndaş X1 adının aşkar edilmədiyi müəyyən edilmişdir. Iş materiallarında mövcud olan Abşeron rayon Icra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ## ##### 1995-ci il tarixli, ** nömrəli sərəncamının surətindən görünür ki, qeyd edilən sərəncamla Xırdalan Südçülük-tərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə ev tikdirilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə araşdırması zamanı X1 həmin dövrdə səlahiyyətli olan hər hansı qurum tərəfindən 0.10 ha torpaq sahəsinin ayrılması barədə mötəbər sənəd müəyyən edilməmişdir. Beləliklə, iddia edilən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən qanunvericiliyin tələblərinə uyğun hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya yeni qərar qəbul edilməsi mümkün olmadığı halda iş yenindən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən cavabdehin imtina verməsinə səbəb göstərilən hər iki faktın tam, hərtərəfli və obyektiv araşdırılması aparılmışdır. Birinci səbəb torpağın verilmə sənədinin əlavə olunmaması göstərilir. Bəyan edir ki, torpağın verilmə sənədi ## ##### 1995-ci il sərəncamıdır. Çünki məhkəmə əksini sübut etməmişdir. 1995-ci ildə torpaq ayrılması və verilməsi ümumi siyahı ilə bölünmüş, sənədləşmədə ümumi bölgü sərəncamına fərdi olaraq ad, soyad və ata adı yazılıb. Həmin sərəncamda torpağın yeri, təyinatı və sahəsi dəqiq göstərilmişdir. Sərəncam həmin torpaqda ev tikməyi məqsədəuyğun sayır. Nə cavabdeh, nə məhkəmə bu sərəncamla verilmiş yüzlərlə torpaq sahəsinə aid başqa versiyalı sənəd nümunəsini təqdim etməmiş, sadəcə bu torpaq verilmə sənədi demək deyil, faktla sübut etmək lazımdır. Sərəncam dövlət idarəsi tərəfindən verilmişdir. Bu sərəncamın hüquqi nəticəsi kimi qeyd olunan torpaqda ev tikilib, evə qeydiyyat vərəqəsi və çıxarış alınmışdır. Çıxarışın arxiv sənədi kimi * saylı Abşeron Əmlak Məsələləri üzrə Dövlət Xidməti məhkəməyə həmin sərəncamın təsdiq olunmuş surətini göndərmişdir. Məhkəmənin sənədə iradı olmamışdır. ## ##### 1995ci il sərəncamının özü var amma, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda ## ##### 1995-ci il tarixli ** saylı sərəncamda X1 adı aşkar edilməmişdir. Abşeron rayon Icra Hakimiyyətinin daha bir sərəncamı ##.##.1995-ci il tarixli sərəncam da aşkar edilməmişdir. Bu sənədin taleyi də naməlum qalmış, araşdırılma olmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin etirazlarını əsas götürərək, iddianın təmin edilməsindən imtina etmiş, lakin həmin etirazların əsaslı olub-olmamasını kifayət qədər araşdırılmamış, onların sübut olunubolunmadığı müəyyən etmədən nəticəyə gəlmişdir. Onun məhkəməyə təqdim etdiyi sənədlər qüvvədə olan inzibati aktlar və onların əsasında verilmiş hüquqmüəyyənedici sənədlər olub, etibarlıdır. Ona görə öz hüquqi qüvvəsini saxlayır və nəticələr doğurur. Yəni evin yerləşdiyi torpaq sahəsinə sahiblik hüququ yaranır. Birinci instansiya məhkəməsi bu mühum hala hüquqi qiymət verməmişdir.Bundan əlavə torpaq sahəsinin ilkin sənədlərinin onların saxlanmasına cavabdeh olan dövlət orqanlarından tələb olunması daha əsaslı sübut olardı. Bu isə məhkəmə tərəfindən tələb olunmayıb. Cavabdehin ikinci iradı onun təqdim etdiyi sənədlərdə (çıxarış, müqavilə) ad, soyad, ata adı buraxılmış hərf səhvləri ilə bağlıdır. Bu məsələyə məhkəmə ümumiyyətlə heç bir araşdırma aparmadı, hüquqi qiymət vermədi, onların işin nəticəsinə təsir edib-etmədiyi araşdırmamışdır. Sənəd almağa, müqavilə bağlamağa təqdim etdiyi şəxsiyyət vəsiqəsində yazılanları düzgün yazmayan icraçının günahına görə onun hüquqları məhdudlaşdırılır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Abşeron rayonu Masazır kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olan 1000 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına yönəlmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi, müraciət üzrə təqdim edilmiş Abşeron rayon Icra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ## ##### 1995-ci il tarixli, ** nömrəli sərəncamının fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verildiyi, müraciət üzrə əlavə edilmiş sənədlərdə hüquq sahibinin adına, ata adına və soyadına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən edilir ki, iddiaçı mübahisəli fərdi yaşayış evini ## #### 2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmiş, hüququnun əsaslandırılması üçün qeydiyyat vəsiqəsi, texniki pasport və Abşeron rayon Icra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ## ##### 1995-ci il tarixli ** nömrəli sərəncamını təqdim etmişdir. Lakin iş üzrə toplanmış sübutlarla müəyyən olunur ki, təqdim edilmiş ## ##### 1995-ci il tarixli ** nömrəli sərəncam torpaq sahəsinin konkret olaraq X1 ayrılmasını təsdiq etmir. Əksinə, həmin sərəncam ümumi xarakter daşımaqla Xırdalan Südçülük-Tərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə ev tikintisinin məqsədəuyğun hesab edilməsinə dair olmuşdur. Bundan başqa, Abşeron rayon Dövlət Arxivinin ##.##.2026-cı il tarixli məktubu ilə həmin sərəncamda X1 adının aşkar edilmədiyi, eləcə də ona 0,10 ha torpaq sahəsinin ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənədin mövcud olmadığı bildirilmişdir. Iş üzrə aparılmış məhkəmə araşdırması zamanı da X1 mübahisəli torpaq sahəsi üzərində hüququnun yaranmasına əsas olan hər hansı mötəbər sənəd əldə edilməmişdir. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçının istinad etdiyi texniki pasport 2002-ci ildə tərtib edilmişdir. Halbuki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.4-cü bəndinə əsasən, 2001-ci il ######ın #-dək texniki inventarlaşdırma orqanları tərəfindən tərtib edilmiş və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilən texniki pasportlar hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur. Iddiaçı tərəfindən təqdim olunan texniki pasport isə 2002-ci ilin iyun ayında tərtib edilmişdir. Texniki pasportun 2001-ci il yanvar ayının 01-dək tərtib olunmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan iddiaçının təqdim etdiyi texniki pasport mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına əsas kimi qiymətləndirilə bilməz. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9 və 11-ci maddələrinin tələblərinə əsasən dövlət qeydiyyatı zamanı hüquqların yaranmasını təsdiq edən sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmalı, 15-ci maddəsinə əsasən isə belə sənədlər mövcud olmadıqda hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun yaranmasını təsdiq edən qanunvericiliyin tələblərinə cavab verən hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, cavabdeh inzibati orqanın dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar