Məhkəmə qərarları › İş №2-1(3-8)-945/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-945/2026

16.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-945/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı “Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya tərəfindən cavabdeh cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayonu, Qobu Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** saylı qərarına əsasən iddiaçıya fərdi ev tikmək məqsədi ilə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin satılması barədə X3 Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmaqla vətəndaş Heydərov Məcid Imran oğluna bələdiyyə ehtiyat fondunun alqısatqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək məqsədi 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır. Abşeron rayonu Qobu Bələdiyyəsinin ** nömrəli ## ##### 2008- ci il tarixli qərarına əsasən torpaqların alqı-satqısına dair AKTA əsasən iddaçıya məxsusdur. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə edilən müraciətimizə əsassız və iddiaçının qanunu hüquqları heç bir halda nəzərə alınmadan imtina cavabı verilmişdir. Əsasız olaraq verilən imtinada Abşeron rayonu, Qobu Bələdiyyəsinin ## ##### 2008- ci il tarixli, ** saylı qəran ilə 0.08 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, torpaq sahəsinin hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olmasına istinad edilməsi iddiaçının qanunu hüquqlarını heç bir halda nəzərə alınmaması deməkdir. Həmçinin verilən imtinada Azərbaycan Respublikasının ərazisində yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının saxlanılması Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə əsasında əldə edə bilmələri göstərilmişdir. Beləki, iddiaçı Heydərov Məcid Imran oğlu Azərbaycan Respublikası vətəndaşıdır və onun Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi vardır. Həmçinin sözügedən torpaq sahəsi mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsində və mülkiyyətindədir. Abşeron rayonu, Qobu Bələdiyyəsinin ** nömrəli ## ##### 2008-ci il taixli qərarına əsasən torpaqların alqı-satqısına dair AKTA əsasən iddaçıya məxsusdur. Bunu təstiqləyən Qobu Bələdiyyəsinin aldığı "Kapital Bank”-ın hesabına ödənilən ## ###### 2007-ci il tarixli ** nömrəli beş yüz manat məbləğin qəbzidə mövcuddur. Abşeron rayonu Qobu bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək məqsədi 0.08 ha torpaq sahəsi satılmasının və iddiaçı Heydərov Məcid Imran oğlunun aldığı torpaq sahəsinə görə Qobu bələdiyyəsinin xüsusi hesabına ödəməsidə rəsmi qaydada öz təstiqini tapmışdır. Abşeron rayonu Qobu bələdiyyəsinin vətəndaşlara torpaq sahəsinin satılması barəsindəki qərarı ## ##### 2008-ci il tarixdə verilsə də, Abşeron rayonu Qobu Bələdiyyəsinin aldığı “Kapital Bank"-ın hesabına ödənilən qəbzindən də aydın görünür ki, vətəndaş Heydərov Məcid Imran oğlu torpaq rüsumu haqqında ödənişi məhz ## ###### 2007-ci il tarixdə etmişdir. Abşeron Rayonu Qobu Bələdiyyəsinin nümayəndələri tərəfindən rəsmi imzalanaraq AKT-da torpaq sahəsinin yerində ölçüb ayrılması, bütün sərhəd dönüşlərində naturada qeydtərəfindən olunmuş daimi nişangahların qoyulması və vətəndaş Heydərov Məcid Imran oğluna yerində təhvil verilməsi və həmin AKT-ın vətəndaş Heydərov Məcid Imran oğlu tərəfindən rəsmi imzalanaraq iddiaçının cizgidə olduğu kimi yerində qəbul etməsi təstiq edilmişdir. Abşeron Rayonu Qobu X8 çıxarış mövcuddur və bu çıxarışın mövcudluğu özü çox önəmli sübutdur. Bütün bu sadalanan sübutlarla və sənədlərlə yetərincə təsdiq olunur ki, iddiaçı Heydərov Məcid Imran oğlunun cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı inzibati orqanın hərəkətinin qanunsuz hesab etməklə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiasının təmin edilməsi qanuni və əsaslıdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu Qobu bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı; Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada tərtib və təsdiq edilmədiyi; Daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyqun olub- olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayon Qobu bələdiyyə Şurasının ## ##### 2008-ci il tarixli ** saylı qərarının surətindən görünür ki, bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında Heydərov Məcid Imran oğluna fərdi mənzil tikintisi məqsədilə 0.08 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin təhvil aktı, bələdiyyənin yerquruluşu planından çıxarış, ## ###### 2007ci il tarixli ödəniş qəbzi məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Qobu bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı qərarında Heydərov Məcid Imran oğlunun adı aşkar edilməmişdir. Abşeron rayon Qobu bələdiyyəsinin ##.##.2025-ci il tarixli, *** saylı məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Qobu bələdiyyəsinin 2013-cü ilədək olan torpaqayırma sənədləri qorunması və mühafizə olunması üçün Abşeron rayon Dövlət Arxiv Idarəsinə göndərilmişdir . Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti X1 “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının qanunun tətbiq edilməsi barədə ## ###### 2007-ci il tarixində *** nömrəli fərmanına əsasən bələdiyyələr torpaq sahəsinin satışını ##.##.2007-ci il tarixdən etibarən yalnız hərrac və ya müsabiqə yolu ilə edə bilərlər. Odur ki, vətəndaş İddiaçı torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon Qobu bələdiyyəsinin ##.##.2008- ci il tarixli ** saylı qərarı qüvvəsiz qərar hesab olunur. Abşeron rayon Qobu bələdiyyəsinin ##.##.2025-ci il tarixli, *** saylı məktubunda qeyd edilmişdir ki, Qobu bələdiyyəsi tərəfindən tərtib edilmiş akta əsasən torpaq sahəsi yerində ölçülüb ayrılmış bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangalar qoyulub vətəndaş X4ma yerində təhvil verilmişdir . Belə ki, təhvil verilmə Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışla və cizgi aktı ilə rəsmiləşdirilmişdir.Həmin akt ## ##### 2008-ci il tarixində tərtib edilmişdir. Lakin vətəndaş Heydərov Məcid Imran oğluna torpaq sahəsinin ayrılması ilə bağlı ## ##### 2008- ci il tarixli ** saylı qərar qəbul olunaraq torpaq sahəsi ayrılmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2007-ci il tarixli *** nömrəli fərmanına əsasən sənəd tərtib edilməmişdir. Eyni zamanda vətəndaş Heydərov Məcid Imran oğlu tərəfindən bələdiyyə büdcəsinə 2007-ci il tarixində 500,0 manat torpaq rüsumu və ## ### 2008ci il tarixində 10,0 manat torpaq vergisi ödənilməsi müəyyən edilmişdir. ##.##.2025-ci il tarixli müayinə aktında torpaq sahəsinin sənəd üzrə və faktiki 0.08 ha olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Aynur Axundova) Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılaraq qeyd edtmişdir ki, Abşeron rayonu, Qobu Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** saylı qərarına əsasən iddiaçıya fərdi ev tikmək məqsədi ilə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin satılması barədə X3 Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmaqla vətəndaş İddiaçı bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək məqsədi 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır. Abşeron rayonu Qobu Bələdiyyəsinin ** nömrəli ## ##### 2008-ci il tarixli qərarına əsasən torpaqların alqı-satqısına dair AKTA əsasən iddaçıya məxsusdur. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə edilən müraciətimizə əsassız və iddiaçının qanunu hüquqları heç bir halda nəzərə alınmadan imtina cavabı verilmişdir. Əsasız olaraq verilən imtinada Abşeron rayonu, Qobu Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** saylı qərarı ilə 0.08 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, torpaq sahəsinin hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olmasına istinad edilməsi iddiaçının qanunu hüquqlarını heç bir halda nəzərə alınmaması deməkdir. Həmçinin verilən imtinada Azərbaycan Respublikasının ərazisində yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının saxlanılması Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə əsasında əldə edə bilmələri göstərilmişdir. Beləki, iddiaçı İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və onun Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi vardır. Həmçinin sözügedən torpaq sahəsi mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsində və mülkiyyətindədir. Abşeron rayonu, Qobu Bələdiyyəsinin ** nömrəli ## ##### 2008-ci il taixli qərarına əsasən torpaqların alqı-satqısına dair AKTA əsasən iddaçıya məxsusdur. Bunu təstiqləyən Qobu Bələdiyyəsinin aldığı “Kapital Bank”-ın hesabına ödənilən ## ###### 2007-ci il tarixli ** nömrəli beş yüz manat məbləğin qəbzidə mövcuddur. Abşeron rayonu Qobu bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək məqsədi 0.08 ha torpaq sahəsi satılmasının və iddiaçı İddiaçı aldığı torpaq sahəsinə görə Qobu bələdiyyəsinin xüsusi hesabına ödəməsidə rəsmi qaydada öz təstiqini tapmışdır. Abşeron rayonu Qobu bələdiyyəsinin vətəndaşlara torpaq sahəsinin satılması barəsindəki qərarı ## ##### 2008-ci il tarixdə verilsə də, Abşeron rayonu Qobu Bələdiyyəsinin aldığı “Kapital Bank”-ın hesabına ödənilən qəbzindən də aydın görünür ki, vətəndaş İddiaçı torpaq rüsumu haqqında ödənişi məhz ## ###### 2007-ci il tarixdə etmişdir. Abşeron Rayonu Qobu Bələdiyyəsinin nümayəndələri tərəfindən rəsmi imzalanaraq AKTda torpaq sahəsinin yerində ölçüb ayrılması, bütün sərhəd dönüşlərində naturada qeydtərəfındən olunmuş daimi nişangahların qoyulması və vətəndaş İddiaçı yerində təhvil verilməsi və həmin AKT-ın vətəndaş İddiaçı tərəfindən rəsmi imzalanaraq iddiaçının cizgidə olduğu kimi yerində qəbul etməsi təstiq edilmişdir. Abşeron Rayonu Qobu X8 çıxarış mövcuddur və bu çıxarışın mövcudluğu özü çox önəmli sübutdur. Bütün bu sadalanan sübutlarla və sənədlərlə yetərincə təsdiq olunur ki, iddiaçı Heydərov Məcid Imran oğlunun cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı inzibati orqanın hərəkətinin qanunsuz hesab etməklə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiasının təmin edilməsi qanuni və əsaslıdır. Lakin cavabdeh tərəfindən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş, cavabdeh etirazinda qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayonu Qobu bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə 0,08 ha torpaq sahəsinin bilvasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı: Qobu X8 çıxarışının qanuna uyğun müvafiq qaydada tərtib və təsdiq edilmədiyi: Daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şəaritin yaradılmadığı müəyyən edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmiş, işin faktiki halları tam və obyektiv araşdırılmamışdır. b) Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.(hazırda qüvvədə olan redaksiya) 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının hüquqi marağı Abşeron rayonu Qobu bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarı əsasında Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir. Cavabdeh inzibati orqanın mübahisəli torpaq sahəsi ilə bağlı imtinasının əsaslarını aşağıdakılar təşkil etmişdir: 1) Abşeron rayonu Qobu bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satılması; 2) Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib və təsdiq edilməməsi; 3) daşınmaz əmlakın naturada quruluşunun və ölçülərinin təqdim olunmuş sənədlərə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə müayinə baxışının keçirilməsinə şərait yaradılmaması. Məhkəmə kollegiyası imtinanın əsaslarını iş materiallarında olan sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, hazırkı mübahisənin həlli üçün əsas hal iddiaçının istinad etdiyi bələdiyyə qərarının və ona əsaslanan sənədlərin qanunla müəyyən edilmiş qaydada hüquq əldə edilməsini təsdiq edib-etməməsidir. Iş materiallarından görünür ki, iddiaçının təqdim etdiyi sənədlərdə Qobu bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə ona 0,08 ha torpaq sahəsinin satıldığı göstərilsə də, Abşeron Rayon Dövlət Arxivinin ## ####### 2025-ci il tarixli məktubuna əsasən arxivdə saxlanılan həmin tarixli və nömrəli qərarda X4 adı aşkar edilməmişdir. Təqdim edilmiş sənədlə rəsmi arxiv məlumatı arasındakı bu uyğunsuzluq həmin qərarın iddiaçıya münasibətdə hüquqmüəyyənedici sənəd kimi mötəbərliyini şübhə altına alır. Bundan başqa, Qobu bələdiyyəsinin ## ###### 2025-ci il tarixli, *** nömrəli məktubunda ## ###### 2007-ci il tarixdən etibarən bələdiyyə torpaqlarının yalnız hərrac və ya müsabiqə yolu ilə satıla bildiyi göstərilmiş və iddiaçıya torpaq sahəsinin ayrılmasına dair ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarın qüvvəsiz hesab olunduğu bildirilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, bələdiyyənin sonrakı məktubunda qərarın qüvvəsiz hesab edildiyinin bildirilməsi özlüyündə həmin inzibati aktın qanunla müəyyən edilmiş qaydada ləğv edilməsi kimi qiymətləndirilə bilməz. Bununla belə, dövlət qeydiyyatı barədə tələbə baxılarkən qeydiyyat orqanı və məhkəmə təqdim olunan aktın sadəcə formal mövcudluğunu deyil, daşınmaz əmlak üzərində hüququn yaranması üçün qanunvericiliyin tələb etdiyi qaydada qəbul edilib-edilmədiyini yoxlamalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin normanın məzmunundan görünür ki, bələdiyyə aktının dövlət qeydiyyatı üçün əsas təşkil etməsi onun yalnız səlahiyyətli orqan tərəfindən qəbul olunması ilə deyil, həm də daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün qanunla müəyyən edilmiş maddi və prosedur qaydalara riayət edilməklə qəbul olunması ilə şərtlənir. Iddiaçıya torpaq sahəsinin satıldığı tarixdə qüvvədə olmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi aşağıdakı məzmunda olmuşdur: “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.” Göründüyü kimi həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının bilavəsitə əldə edilməsinin istisnaları da olmamışdır. Sonradan qanunvericiliyə müvafiq istisnalar əlavə edilsə də, qeyd edilən bələdiyə qərarı qəbul edilən zaman bu istisnalar olmamışdır. Bu isə iddiaçı üçün hüquq yaradan sənədin qanunsuz olduğunu göstərir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan imperativ tələb ## ###### 2007-ci il tarixdən qüvvədə olmuşdur. Iddiaçının istinad etdiyi ## ###### 2007-ci il tarixli ödəniş qəbzi də, Qobu bələdiyyəsinin ## ##### 2008-ci il tarixli qərarı da həmin qanunvericilik dəyişikliyinin qüvvəyə minməsindən sonrakı dövrə aiddir. Buna görə mübahisəli hüquq münasibətlərinə torpaq sahəsinin açıq hərrac və ya müsabiqə vasitəsilə verilməsini tələb edən hüquqi tənzimləmə tətbiq edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Qobu bələdiyyəsinin hesabına 500 manat ödəməsini təsdiq edən ## ###### 2007-ci il tarixli, ** nömrəli qəbz müvafiq ödəniş edildiyini göstərsə də, özlüyündə hərracın və ya müsabiqənin keçirildiyini, iddiaçının həmin prosedurun qalibi olduğunu, yaxud torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunla müəyyən edilmiş qaydada əldə edildiyini təsdiq etmir. Məhkəmə nəzərə alır ki, iş materiallarında mübahisəli torpaq sahəsinin açıq torpaq hərracına və ya müsabiqəyə çıxarıldığını, belə prosedurun nəticələrinə dair protokolun tərtib edildiyini və iddiaçının qalib elan olunduğunu təsdiq edən hər hansı sübut yoxdur. Əksinə, təqdim edilmiş ## ##### 2008-ci il tarixli qərarın məzmunundan torpaq sahəsinin iddiaçıya bilavasitə satıldığı görünür. Eyni zamanda iş materiallarından bələdiyyənin mübahisəli 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun özgəninkiləşdirmədən əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı və torpaq sahəsinin özgəninkiləşdirilməsinin notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə rəsmiləşdirildiyi müəyyən olunmur. Həmçinin iddiaçı tərəfindən də yalnız bələdiyyə qərarı, torpağın təhvil aktı, yerquruluşu planından çıxarış və ödəniş qəbzi təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırkı işdə iddiaçının təqdim etdiyi sənədlər məcburi hərrac və ya müsabiqə proseduruna əməl olunduğunu təsdiq etmədiyindən, habelə bələdiyyə qərarının arxiv əsası ilə bağlı mühüm uyğunsuzluq mövcud olduğundan, həmin sənədlər Qanunun 8.0.1 və 11.1-ci maddələrinin mənasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün yetərli hüquqmüəyyənedici əsas hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması, naturada mövcudluğu və ölçüsünün təqdim olunmuş sxemdə göstərilən 0,08 ha sahəyə uyğun gəlməsi hüququn obyektini və faktiki istifadə vəziyyətini təsdiq edə bilər. Lakin bu hallar qanunla məcburi müəyyən edilmiş hərrac və ya müsabiqə prosedurunu əvəz etmir və qanunsuz qaydada aparılmış özgəninkiləşdirmə əsasında mülkiyyət hüququnun yaranmasına səbəb olmur. Beləliklə, yerquruluşu planından çıxarışın tərtibatındakı çatışmazlıqların və müayinə baxışına ilkin olaraq şərait yaradılmamasının ayrıca qiymətləndirilməsindən asılı olmayaraq, torpaq sahəsinin açıq hərrac və ya müsabiqə keçirilmədən bilavasitə satılması iddia tələbinin təmin edilməsini istisna edən həlledici hüquqi haldır. Məhkəmə kollegiyası hesab edir ki, bələdiyyə qərarının formal olaraq mövcud olması və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən geri çağırılanadək, ləğv edilənədək və ya başqa səbəbdən qüvvədən düşənədək hüquqi qüvvəsini saxlaması həmin qərarı avtomatik olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün yararlı sənədə çevirmir. Qeydiyyat üçün akt həm də xüsusi qanunvericilikdə müəyyən edilmiş əldəetmə qaydasına uyğun olmalıdır. Apellyasiya şikayətində iddiaçının Azərbaycan Respublikası vətəndaşı olması, torpaq sahəsinin faktiki istifadəsində saxlanılması, bələdiyyəyə ödəniş edilməsi və sahənin naturada ona təhvil verilməsi barədə irəli sürülən dəlillər yuxarıda göstərilən imperativ hüquqi tələblərə əməl edilmədiyini aradan qaldırmır. Buna görə həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas təşkil etmir. Kollegiya əlavə olaraq qeyd edir ki, hazırda iddiaçıya qarşı hər hansı bir tələb irəli sürülmür və məhkəmə cavabdeh inzibati orqanın hərkətlərinin qanuni olub-olmamasını yoxlayır. Kollegiya hesab edir ki, hazırda iddiaçının hüquqi vəziyyətində olan şəxslərə güzəşt formasında hər hansı bir hüquqi tənzimləmə olmadığına görə, cavabdeh inzibati orqanın imtinası yuxarıda istinad edilən normalara uyğun olmuş və birinci instansiya məhkəməsi hazırda formalaşmış məhkmə təcrübəsinə uyğun olaraq düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar