Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-948/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Xaçmaz rayon Palçıqoba bələdiyyəsinin ** saylı, ##.##.2007-ci il tarixli qərarı ilə İddiaçı Xaçmaz rayon Palçıqoba bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən 0.26 ha torpaq sahəsinin satılması qərara alınmışdır. “Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Xaçmaz rayon Palçıqoba bələdiyyəsinin ilə iddiaçı arasında 0.26 ha torpaq sahəsinin ona satılması barədə alqı-satqı aktı bağlanmışdır. Qəbzin surətindən görünür ki, iddiaçı Xaçmaz rayon Palçıqoba bələdiyyəsinin hesabına 1080 manat pul köçürmüşdür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyi ilə iddiaçıya torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı əsasında sahibkarlıq fəaliyyəti üçün iddiaçıya ayrılmış 0.26 ha torpaq sahəsinin torpaqların elektron bazasında ümumi istifadədə olan torpaq sahəsi kimi öz əksini tapmışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “Xaçmaz rayonu, Çinartala kəndi ərazisində yerləşən ona məxsus 0.26 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ##### 2007-ci il tarixdə Xaçmaz rayonu, Palçıqoba Bələdiyyəsinin ** saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədi ilə 0.26 ha torpaq sahəsi satılmışdır. Həmçinin həmin tarixdə Xaçmaz rayon Palçıqoba Bələdiyyəsi ilə aralarında ## ### 2007-ci il tarixdə torpaqların alqı-satqısına dair akt imzalanmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sahibkarlıq məqsədilə satılmış 0.26 ha torpaq sahəsinə rəy verilmiş, Palçıqoba bələdiyyəsi tərəfindən yerqruluşu planından çıxarış bələdiyyə tərəfindən təqdim edilmişdir. Sözügedən torpaq sahəsi ## ##### 2007-ci il tarixdən hal-hazıradək onun istifadəsindədir və heç bir mübahisə yoxdur və vaxtıvaxtında torpaq vergisini ödəyir. Nərəcan Bələdiyyəsi tərəfindən ## ##### 2007-ci il tarixli ** saylı qərarın qüvvədə olması barədə arayış təqdim edilmişdir. Bu torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə ********** nömrəli ərizə ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmişdir. Inzibati orqan tərəfindən *-**-*-**/*-*****/**** nömrəli cavab məktubu ilə iddiaçıya imtina edilmişdir. Imtina məktubunda müraciət etdiyi Xaçmaz rayon, Palçıqoba bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı əsasında sahibkarlıq fəaliyyəti məqsədi ilə ona satılmış 0.26 ha torpaq sahəsi torpaqların elektron məlumat bazasında ümumi istifadədə olan torpaq sahəsi kimi qeyd edildiyi bildirilmişdir. Imtina əsassızdır. Torpaq sahəsi təyinatı üzrə ona satılmışdır və uzun illərdirki mənim istifadəmdədir. Belə ki, lazım olan hüquqmüəyyənedici sənədlər - Bələdiyyənin qərarı, torpaqların alqı-satqısına dair akt, rəy, yerqruluşu planından çıxarış, arxiv arayışı, bələdiyyənin arayışı, qəbz və digər hüquqmüəyyənedici sənədlər inzibati orqana təqdim edilmişdir. Imtina məktubunda göstərilən səbəb tam olaraq əsassızdır. Bütün hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satıldığı qeyd edilmişdir. Qonşuluqda yerləşən torpaq sahələri xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və fərdi yaşayış evlərini yerləşdiyi torpaq sahələrinə çıxarışlar verilmişdir. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə daxil olmuş məktubunuza baxılmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Xaçmaz rayonu, Çinartala kəndi ərazisində yerləşən 0.26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı əsasında sahibkarlıq fəaliyyəti üçün ayrılmış 0.26 ha torpaq sahəsinin bir hissəsi “torpaqların elektron kadastr uçotu informasiya sistemində “ümumi istifadədə olan torpaqlar” kimi öz əksini tapmışdır. Eeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon Palçıqoba bələdiyyəsinin ** saylı, ##.##.2007-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış 0.26 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi vətəndaşa Xaçmaz rayon Palçıqoba bələdiyyəsinin ** saylı, ##.##.2007-ci il tarixli qərarına əsasən satılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin mart 2007-ci il tarixli rəyi ilə torpaq sahəsinin satılmasına etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Iddiaçıya ayrılmış 0.26 ha torpaq sahəsi naturada mövcuddur və torpaq sahəsinə dair hər hansı mübahisə halı yoxdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: ....7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;... Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı müvafiq bələdiyyə qərarı əsasında ayrılmış 0,26 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin bir hissəsinin “torpaqların elektron kadastr uçotu informasiya sistemində “ümumi istifadədə olan torpaqlar” kimi öz əksini tapması halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın mümkün sayılmaması əsasları aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış, alqı-satqı aktı tərtib edilmiş, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz mövcuddur, həmin sənədlrəin arxiv nüsxələri aşkar edilmişdir. Həmçinin, həmin torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yeruqruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, torpaqayıran qurum olan bələdiyyə sözügedən torpaq sahəsinin iddiaçının adına satıldığını, bu barədə qərarın qüvvədə olduğunu, uzun illərdir həmin sahənin iddiaçının faktiki istifadəsində olduğunu, mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda iş materiallarından görünür ki, torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki vəziyyətinə dair müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, 0.26 ha torpaq sahəsinin (müayinə aktında göstərilmiş koordinatlarda yerləşən) naturada müəyyən edilmiş koordinatları ilə qonşu torpaq sahələri ilə üst-üstə düşmür, kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUIS) sistemində 0.26 ha torpaq sahəsindən 0.10 ha hissəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, qalan 0.16 ha hissəsi isə ümumi istifadədə olan torpaqlarına aiddir, ərazi bələdiyyə mülkiyyəti kimi göstərilmişdir, Xaçmaz- Xudat yolunun sol tərəfində yerləşir. Kollegiya torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Indiki halda həmin inzibati aktın ləğv edilməsi, etibarsız sayılması və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Kollegiya mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir. Həmçinin, qeyd edilməlidir ki, torpaqayırma sənədlrəinin məzmununda həmin torpaq sahəsinin təyinatının “bələdiyyənin ehtiyat fondu” kimi qeyd edilmiş, həmin sənədlər hazırda qüvvədədir. Bundan əlavə, cavabdehin özünün təqdim etdiyi TEKUIS məlumatından çıxarış məlumatı və ortofoto görüntüsündə həmin torpaqların təyinatının alt kateqoriyası kimi “yaşayış məntəqələri torpaqları”, “şərti yararsız” kimi qeyd aparıldığı, həmin məlumatlarda “ümumi istifadədə olan torpaqlar” ilə bağlı hər hansı məlumat qeyd edilmədiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinin onlayn qaydada iştirakı ilə sözügedən torpaq sahəsinin TEKUIS xəritə məlumatında yerləşmə mövqeyi, qonşu torpaq sahələrinə dair məlumatlaraq baxış keçirilmiş, baxış zamanı sözügedən torpaq sahəsinin avtomobil yolunun və ya su kanalının mühafizə zonasında yerləşmədiyi,ətraf ərazilərdə qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alındığı, təyinatlarının yaşayış məntəqələri torpaqlar olduğu müəyyən edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi sözügedən torpaq sahəsinin 0,16 ha hissəsinin təyinatının TEKUIS məlumatında ümumi istifadədə olan torpaqlar kimi işlənilməsinin əsas səbəbinin onun kateqoriyasının köhnə məlumatında “digər” kimi qeyd edildiyindən, TEKUIs məlumatları hazırlanarkən həmin kateqoriya torpaqların ümumi istifadədə olan torpaqlar kimi qeyd edildiyini bildirmiş, habelə TEKUIS xəritə məlumatında hazırda da alt katqeoriya kimi “yaşayış məntəqələri torpaqları, şərti yararsız” kimi qeyd aparıldığı halda, hansı səbəbdən “ümumi istifadədə olan torpaqlar” kimi yanaşılmasına aydınlıq gətirə bilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən torpaq sahəsinin 0,16 ha hissəsinin “ümumi istifadədə olan” torpaqlar kimi qeyd edilməsi halının əsası müəyyən edilmədiyindən, cavabdeh inzibati orqan formal yanaşma tətbiq edərək, inzibati icraat çərçivəsində torpaq sahəsinin kateqoriyasına dair məlumatların həqiqiliyinin müəyyən edilməsi istiqmaətində heç bir araşdırma aparmamış, ümumi söz şəklində formal olaraq bu hala istinad etmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh iznibati orqan imtina əsası kimi həmin hala istinad etməkdə haqlı olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ yarandığından və bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.