Məhkəmə qərarları › İş №2-1(3-8)-950/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-950/2026

23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-950/2026 23.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı, JN 405 KOD 30126028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 5.77 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Yasaboba kəndində yerləşən 2.60 ha və 5.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri əvvəllər hüquqların dövlət qeydiyyatını həyata keçirən orqan olmuş və sonradan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla 2.60 ha torpaq sahəsi KOD 30126028 JN-*** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, 5.77 ha torpaq sahəsi isə KOD30126028 JN*** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə təkrarən adına qeydiyyata alınması və bu barədə adına müvafiq Çıxarışların verilməsi üçün müvafiq ərizələrlə cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, həmin idarə tərəfindən ##.##.2025-ci il tarixli 3-21-3-34/2-Ş- ****-*/**** saylı və 3-21-3- 34/2-Ş-0074- */**** saylı məktublarla ərizələrinin icrasından imtina olunmuşdur. Ərizələrin icrasında imtina olunmasının səbəbləri kimi aşağıdakılar göstərilmişdir: Mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi 2.60 ha torpaq sahəsi üçün təqdim etdiyi JN-*** nömrəli (KOD 30126028), 5.77 ha torpaq sahəsi üçün təqdim etdiyim JN-*** nömrəli (KOD30126028) Torpağa mülkiyyət hüququna dair dövlət Aktlarının arxiv nüsxəsi və qeydiyyatı cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsində aşkar edilməmişdir. JN-*** nömrəli (KOD 30126028) və JN-*** nömrəli (KOD30126028) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları elektron məlumat bazasında olan xəritə üzərində, pay torpaq sahəsi almış subyektlərin adlı siyahısında öz əksini tapmamışdır. JN-*** nömrəli (KOD 30126028) və JN-*** nömrəli (KOD30126028) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlar torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKİUS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestjri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin adına Çıxarışların verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi adına verilmiş Dövlət Aktları, onların verildiyi anda torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirən orqan olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmişdir. Həmin Dövlət Aktları ləğv edilməmiş, hazırda da qüvvədədir. Həmin Dövlət Aktlarının arxiv nüsxəsinin və qeydiyyatının cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsində aşkar edilməməsinin məsuliyyəti iddiaçının üzərinə qoyula bilməz, çünki, Dövlət Aktlarının arxiv nüsxəsinin və qeydiyyatı barədə məlumatın həmin idarəyə ötürülməsi iddiaçının deyil, müvafiq icra hakimiyyəti orqanının, yəni qeydiyyat orqanının vəzifə səlahiyyətlərinə aid olmuşdur. Ona görə də, müvafiq icra hakimiyyəti orqanının hərəkətsizliyi onun qanuni əsaslarla əldə etdiyi torpaq sahələrindən məhrum olunmağı üçün əsas sayıla bilməz. Eyni zamanda bildirir ki, Dövlət Aktlarında göstərilən torpaq sahələri təxminən 20 ildir ki, faktiki sahibliyində və istifadəsindədir, torpaq sahələrindən təyinatı üzrə istifadə edir, torpaq sahələrində həyata keçirdiyi əkib-becərmə fəaliyyətinə görə müvafiq əkin illəri üzrə müvafiq səlahiyyətli dövlət qurumundan subsidiyalar almışdır. Bundan başqa, həmin Dövlət Aktları torpaqların elektron kadastrı informasiya uçotu sistemi (TEKUİS) formalaşdırılarkən elektron bazaya işlənilməklə qeydiyyata alınmışdır. Bu barədə cavabdeh orqanın müvafiq məktubu ilə hüquqlarının təkrar dövlət qeydiyyatı üçün müraciət etməmişdən əvvəl bildirilmişdir. Bu isə ona dəlalət edir ki, Dövlət Aktları iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən əsas hüquqmüəyyənedici sənədlər kimi həmin orqan tərəfindən qəbul edilməklə tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Daşınmaz əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinin imtina məktubunda göstərdiyi birinci səbəb, yəni Dövlət Aktlarının arxiv nüsxəsinin və qeydiyyatları barədə məlumatların aşkar olunmaması barədə mövqeyi əsassız hesab olunmalıdır və həmin hal onun torpaq sahələri üzərində mülkiyyət hüququnun təkrar dövlət qeydiyyatına alınmasına maneə kimi qəbul edilməməlidir. Bundan başqa, hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçının adına Çıxarışların verilməsindən imtina etməsinin 2-ci səbəbi, yəni JN-*** nömrəli (KOD 30126028) və JN-*** nömrəli (KOD30126028) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının elektron məlumat bazasında olan xəritə üzərində, pay torpaq sahəsi almış subyektlərin adlı siyahısında öz əksini tapmaması barədə mövqeyi də əsassızdır. Belə ki, əvvəla qeyd etdiyi kimi qeydiyyat orqanının əvvəllər iddiaçıya ünvanlamış olduğu məktubla müəyyən olunur ki, həmin Dövlət Aktları Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən torpaqların elektron kadastrı uçotu informasiya sisteminə işlənilmişdir. Belə olan halda, həmin Dövlət Aktları Azərbaycan Respublikasının həmin Fərmanının tələblərinə əsasən elektron məlumat bazasında olan xəritəyə də işlənilməli və bu da, məhz cavabdeh orqanın vəzifəsidir və buna görə də, üzərinə məsuliyyət qoyula bilməz. Bundan başqa, qeydiyyat orqanı iddiaçının müraciət ərizəsi əsasında təqdim etdiyi Dövlət Aktlarının pay torpaq sahəsi almış subyektlərin adlı siyahısında öz əksini tapıbtapmamasını tədqiq etməsi qanuni və əsaslı olmamışdır. Çünki, Dövlət Aktlarında göstərilən torpaq sahələri iddiaçıya pay torpaq sahəsi kimi verilməmişdir. Başqa, sözlə torpaq sahələrini torpaq islahatı çərçivəsində əldə etməmişdir. Həmin torpaq sahəsi əvvəllər bələdiyyəyə məxsus torpaq sahəsi olmuş və həmin bələdiyyə torpaq sahələrini işlərin görülməsi müqabilində iddiaçıya vermişdir. Bununla da, torpaq sahələri əvəzsiz deyil, əvəzli qaydada əldə edilmişdir. Bu səbəbdən də, Dövlət Aktlarının pay torpaq sahəsi almış şəxslərin adlı siyahısında olmaması normal haldır və bu hal iddiaçının mülkiyyət hüquqlarının təkrar qeydiyyatına mane olan hal kimi qəbul edilməsi əsassız sayılmalıdır. Bundan başqa, hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındaƏmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinin imtina etməsinin 3-cü səbəbi, yəni JN-*** nömrəli (KOD 30126028) və JN-*** nömrəli (KOD30126028) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKİUS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilməsi barədə mövqeyi də əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, 5.77 ha torpaq sahəsi üçün JN-*** nömrəli (KOD 30126028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” təqdim edilmişdir. JN*** nömrəli (KOD 30126028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və qeydiyyatı cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsində aşkar edilməmişdir. Həmçinin, JN-*** nömrəli (KOD 30126028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” elektron məlumat bazasında olan xəritə üzərində, pay torpaq sahəsi almış subyektlərin adlı siyahısında öz əksini tapmamışdır. Eyni zamanda JN-*** nömrəli (KOD 30126028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi kimi göstərilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: JN 405 KOD 30126028 Torpağa Mülkiyyət Hüququna X2 surətindən görünür ki, Qusar rayon Məhkəməsinin ## ###### 2006-cı il tarixli *-**/**** saylı qətnaməsi ilə İddiaçı 5.77 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. Qusar rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-**/**** saylı qətnaməsinin surətindən görünür ki, Qusar rayonu Yasaboba kəndi ərazisində yerləşən 5.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququ tanınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Qusar rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, qeydiyyat kitablarının, həmçinin statistik kartoçkalarının qeydiyyatında mövcud olan 2- **/**** saylı mülki iş üzrə qəbul edilmiş ##.##.2006-cı il tarixli qətnamə başqa şəxslər arasında olan tələb ilə əlaqədardır. 2-29/2006 mülki iş üzrə qəbul edilmiş ##.##.2006-cı il tarixli qətnaməsinin mövcud olmadığından hər hansı sənədin verilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh1 Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı iddiaçının adına verilmiş JN *** nömrəli Torpağa mülkiyyət hüququna X2 arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin ##.##.2026-cı il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi naturada şərti sərhədlərlə ayrılaraq əkin kimi istifadə olunur, torpaq sahəsinə verilmiş JN-405, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktı”n koordinatları naturaya uyğundur, lakin 5.76 hektar ölçüdə təşkil təşkil edir. Torpaq sahəsinin koordinatlarını “islahat - kompleks yerquruluşu layihəsində” (DWG-də) dəqiqləşdirildikdə, həmin sahənin “bələdiyyə” mülkiyyətinə aid, “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına daxil olduğu və uqodiyasının “kollu örüş” kimi işarələndiyi müəyyən edilmişdir, bundan əlavə torpaq sahəsinin faktiki koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə isə, “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, sənədin növünü “Dövlət Aktı” qeyd edilməklə 5.76 hektar ölçüdə “405” sənəd nömrəsi ilə uqodiyası isə “əkin” olmaqla “bələdiyyə” mülkiyyəti kimi uçota alınmışdır. Torpaq sahəsinə verilmiş JN-405, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktı’ nın DBF və DWG məlumatı aşkar olunmamışdır. Torpaq sahəsinə bitişik qonşuluğunda, X5 301013146379, ************ reyestr nömrəli çıxarış və plan-ölçü sənədləri, X4 və onun ailə üzvlərinə ************ reyestr nömrəli çıxarış və plan-ölçü sənədi, X6 isə ************ reyestr nömrəli çıxarış və plan-ölçü sənədi işlənib verilmişdir. Qeyd: Torpaq sahəsinin sərhədləri ilə bağlı qonşu torpaq mülkiyyətçiləri ilə sərhəd mübahisəsi aşkar olunmamışdır, torpaq sahəsi kommunikasiya xətlərinin qoruma zolağına düşmür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Aynur Axundova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI Apellyasiya şikayətinin dəlilləri: a) İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Qusar rayon məhkəməsinin arxivində onun adına tərtib olunmuş Dövlət Aktının verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin aşkar edilməməsinin məsuliyyəti də onun üzərinə qoyula bilməz. Belə ki, məhkəmə qətnaməsi arxivdə aşkar olunmasa da, onun saxta olması faktı öz təsdiqini tapmamışdır. Qeydiyyat orqanının müraciəti əsasında istər Dövlət Aktının, istərsə də, qətnamənin saxta olubolmaması araşdırılmış, lakin belə fakt müəyyən olunmamışdır. Araşdırma zamanı qətnamə verilən zaman məhkəmənin iclas katibi olmuş şəxsin izahatı alınan zaman həmin şəxs özü də bildirmişdir ki, məhkəmənin statistik kartoçkalarında qətnamənin mövcud olmaması texniki səhvə görə ola bilər. Qeyd olunan texniki səhvin isə onunla heç bir əlaqəsi yoxdur. Belə olan halda, həmin səhvin məsuliyyətinin onun üzərinə qoyulması əsassızdır. Lakin, Sumqayıt İnzibati Məhkəməsi qeyd olunan hallara münasibət bildirməmiş, həmin halları nəzərə almamış və Dövlət Aktında göstərilən qətnamənin məhkəmənin arxivində mövcud olmamasını qeyd etməklə kifayətlənmişdir. Bundan başqa, Sumqayıt İnzibati Məhkəməsi Dövlət Aktında göstərilən torpaq sahəsinin qeydiyyat orqanı tərəfindən torpaqların elektron uçotu informasiya sistemində ona aid torpaq sahəsi kimi qeydiyyata alınmasını da nəzərə almamış, həmin fakta da hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mübahisənin predmetini cavabdehin JN 405 KOD 30126028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 5.77 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridir. İddiaçı hüquqmüəyyənedici sənəd qismində “JN 405 KOD 30126028 Torpağa Mülkiyyət Hüququna X2” təqdim etmişdir. Dövlət Aktının verilməsinə əsas “Qusar rayon Məhkəməsinin ## ###### 2006-cı il tarixli *-**/**** saylı qətnaməsi” qeyd edilmişdir. Qusar rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-**/**** saylı “qətnaməsi” kimi məhkəməyə təqdim edilmiş sənədin surətindən görünür ki, həmin bir səhifəlik “Qətnamə” ilə Qusar rayonu Yasaboba bələdiyyəsinin adı qeyd edilməyən “nümayəndəsinin” iddianı qəbul etməsi nəticəsində Qusar rayonu Yasaboba kəndi ərazisində yerləşən 5.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququ tanınmışdır. İddiaçı ##.##.2025-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı məhkəməyə təqdim etmiş və Qusar Rayon Məhkəməsinin adından tərtib edilmiş ##.##.2006-cı il tarixli, *-**/**** saylı və ##.##.2006-cı il tarixli, *-***a/**** saylı qətnamələri və həmin qətnamələr əsasında tərtib edilmiş ##.##.2006-cı il tarixli JN-*** nömrəli və ##.##.2006-cı il tarixli, JN-*** nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktlarının təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2ci maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq əldə olunmuş Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, qeydiyyat kitablarının, həmçinin statistik kartoçkalarının qeydiyyatında mövcud olan 2- **/**** saylı mülki iş üzrə qəbul edilmiş ##.##.2006-cı il tarixli qətnamə başqa şəxslər arasında olan tələb ilə əlaqədardır. 2-29/2006 mülki iş üzrə qəbul edilmiş ##.##.2006-cı il tarixli qətnaməsinin mövcud olmadığından hər hansı sənədin verilməsi mümkün olmamışdır. Göründüyü kimi “Dövlət Aktında” istinad olunan qətnamənin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara istinad etməsinə baxmayaraq, iş üzrə toplanmış sübutlar, o cümlədən Qusar Rayon Məhkəməsinin arxiv məlumatları ilə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin əsaslandığı məhkəmə qətnaməsinin mövcud olmadığı müəyyən edilmiş, nəticə etibarilə həmin hüquqmüəyyənedici sənədlərin mötəbərliyi təsdiqini tapmamışdır. Beləliklə də, mübahisəli torpaq sahəsinin ayrılmasına əsas olmuş Qusar Rayon Məhkəməsinin ## ###### 2006-cı il tarixli, *-**/**** saylı “qətnaməsi” nə məhkəmədə, nə də cavabdeh inzibati orqanda mövcud olmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırkı iddiaya oxşar olan işlər üzrə məhkəmə təcrübəsidə mövcuddur. Bu kateqoriya “məhkəmə qətnamələri” bir çox hallarda cavabdeh inzibati orqanda saxlanılır. Həmin “qatnamələr” ilə əksər halarda üçüncü şəxslərin konkret mülkiyyət sənədlərinə istinad edilməklə iddiaçılara mülkiyyət hüququ tanınır. Hazırkı işin xüsüsiyyəti isə ondan ibarətdir ki, Qusar rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-**/**** saylı “qətnaməsi” ilə Qusar rayonu Yasaboba bələdiyyəsinin adı qeyd edilməyən “nümayəndəsinin” iddianı qəbul etməsi nəticəsində Qusar rayonu Yasaboba kəndi ərazisində yerləşən 5.77 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququ tanınmışdır. Bundan əlavə birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı iddiaçının adına verilmiş JN *** nömrəli Torpağa mülkiyyət hüququna X2 arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsininə təqdim edilmiş cavabdeh orqanın rəyində qeyd edilir ki, “Torpaq sahəsinin koordinatlarını “islahat - kompleks yerquruluşu layihəsində” (DWG-də) dəqiqləşdirildikdə, həmin sahənin “bələdiyyə” mülkiyyətinə aid, “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına daxil olduğu və uqodiyasının “kollu örüş” kimi işarələndiyi müəyyən edilmişdir, bundan əlavə torpaq sahəsinin faktiki koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə isə, “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, sənədin növünü “Dövlət Aktı” qeyd edilməklə 5.76 hektar ölçüdə “405” sənəd nömrəsi ilə uqodiyası isə “əkin” olmaqla “bələdiyyə” mülkiyyəti kimi uçota alınmışdır. Torpaq sahəsinə verilmiş JN-405, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktı’ nın DBF və DWG məlumatı aşkar olunmamışdır.” Göründüyü kimi rəsmi səlahiyyətli dövlət qurumlarında məhkəməyə təqdim edilən nə “dövlət aktı” nə də “məhkəmə qərarı” barədə məlumat olmamışdır. Bu səbəbdən də iddiaçının istinad etdiyi “Torpağa mülkiyyət hüququna dair” JN *** nömrəli Dövlət aktını və həmin sənədin verilməsinə əsas olmuş “Qusar Rayon Məhkəməsinin ## ###### 2006-cı il tarixli qətnaməsi” məhkəmə kollegiyası tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Məhkəmə kollegiyası iş materiallarında olan Qusar rayon Quxuroba Bələdiyyəsinin ## ####### 2024-cü il tarixli məktubuna münasibətdə qeyd edir ki, həmin məktubda istinad edilən məhkəmə qətnaməsinin surətinin saxlanılması və rəsmi sənəd kimi təqdim edilməsi bələdiyyənin deyil, onu qəbul etmiş məhkəmənin səlahiyyətinə aid məsələdir. Lakin iş üzrə Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə təsdiq edilmişdir ki, məhkəmənin 2006-cı il üzrə arxiv sənədləri, qeydiyyat kitabları və statistik kartoçkaları araşdırılarkən ##.##.2006-cı il tarixli *-**/**** saylı qətnamənin mövcudluğu müəyyən edilməmiş, həmin nömrə ilə qeydiyyatda olan ##.##.2006-cı il tarixli qətnamənin isə başqa şəxslər arasında yaranmış mübahisə üzrə qəbul edildiyi aşkar edilmişdir. Belə olan halda, bələdiyyənin məktubunda göstərilən məlumat mübahisələndirilən qətnamənin mövcudluğunu təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası eyni zmanda hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməsi faktı mübahisələndirilən qətnamələrin mövcudluğunu və qanuniliyini təsdiq edən hüquqi əsas hesab edilə bilməz. Əksinə, iş materiallarında olan sübutlar, xüsusilə Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə həmin qətnamələrin məhkəmənin rəsmi uçot sənədlərində mövcud olmadığı təsdiq edilmişdir. Belə olan halda, faktiki olaraq mövcudluğu müəyyən edilməyən qətnamələrə istinad edilməklə tərtib edilmiş sənədlərin hüquqi nəticə doğurduğu qəbul edilə bilməz. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi JN 405 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktındakı məlumatların həqiqiliyi – həqiqətən də, mübahisəli torpaq sahəsinin iddiaçı İddiaçı ayrılması barədə Qusar Rayon Məhkəməsinin ## ###### 2006-cı il tarixli, *-**/**** saylı qətnaməsinin mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də, iddiaçının təqdim etdiyi Dövlət Aktındakı göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi üçün, torpaq sahəsinin kateqoriyasına, eləcə də elektron məlumat bazasında kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi kimi qeyd olunmasına dair dəlillərin qiymətləndirilməsi işin həlli baxımından hüquqi əhəmiyyət kəsb etmir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası əsaslıdır. Məhkəmə kolegiyası məhkəməyə təqdim edilən sənədləri və apellyasiya şikayətinin dəlillərini, rəsmi qaydada mövcudluğu təsdiqlənməmiş “məhkəmə qərarı” və “dövlət aktı” əsasında qanunsuz verilmiş sənədlərin məhkəmə qaydadsında qanuniləşdirilməsinə cəhd kimi qiymətləndirir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar