Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-952/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X7 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Iddiaçı ##.##.1963-cü il təvəllüdlüdür. Iddiaçıya aid əmək kitabçasına görə o, ##.##.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə və peşələrdə, o cümlədən ##.##.2003-cü il tarixdən ##.##.2007-ci il tarixədək “xxxx” MMC-də boru quraşdırıcısı, ##.##.2007-ci il tarixdən ##.##.2017-ci il tarixədək “xxxx” şirkətində boru çilingəri və ##.##.2017-ci il tarixdən ##.##.2007-ci il tarixədək və ##.##.2017-ci il tarixdən ##.##.2020-ci il tarixədək “xxxx” LTD şirkətində dənizdə boru quraşdırıcısı və ##.##.2022-ci il tarixdən hazıradək “xxxx” şirkətində dənizdə boru quraşdırıcısı peşəsində işləyir. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X6 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə həqiqətən də “xxxx” MMC-də fərdi əmək müqaviləsi əsasında ##.##.2003-cü il tarixdən, (52/knömrəli əmrlə), ##.##.2007-cu il tarixədək, (**/k nömrəli əmr) boru quraşdırıcısı işində işləmişdir. Güzəştli şərtlərlə cəmi iş stajı 04 il 01 ay 22 gün təşkil edir. Qəniyev Cünışüd B. o. işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ‘"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə ## ###### 2007-ci il tarixli ** saylı Qərarının 29-cu maddəsində “Biııa, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin fəhlələr bəndinin “polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarım bəndinə uyğun olduğu üyün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. “xxxx” X1 Cəmiyyətinin ##.##.2019-cu il tarixli arxiv arayışında qeyd edilmişdir ki, həqiqətən İddiaçı “Azneftkimyaquraşdırma” trestinin 1-ci Bakı Quraşdırma Idarəsinə ##.##.1984-cIi il tarixdən netl və kimya avadanlıqları üzrə quraşdırıcı-çilingər vəzifəsinə işə qəbul edilmişdir. ##.##.1988-ci il tarixində texnoloji boru kəmərləri üzrə quraşdırıcı-çilingər vəzifəsinə keçirilmişdir. ##.##.1999-cu il tarixində ona ikinci vəzifə "yükbağlayıcı" verilmişdir. ##.##.2003-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ”a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə Əmək Müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. “AzQUR” SF-nın 1-ci Bakı Mexaniki Quraşdırma Idarəsi ##.##.1999-cu il tarixdə Səhmdarların ümumi yığıncağının qərarına əsasən adı dəyişdirilərək "X2 Səhmdar Cəmiyyətinə çevrilmişdir. “xxxx” MMC-nin şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında qeyd edilmişdir ki, İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən boru çilingəri peşəsində ##.##.2003-cü il tarixdən ##.##.2007-ci il tarixədək işləmişdir. Güzəştli şərtlərlə cəmi iş stajı 4 il 1 ay 22 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinə uyğundur. “xxxx Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında qeyd edilmişdir ki, İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən boru çilingəri peşəsində ##.##.2007-ci il tarixdən ##.##.2017-ci il tarixədək işləmişdir. Işlədiyi peşə üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı 9 il 8 ay 28 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 29cu bəndinə uyğundur. “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialının şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında qeyd edilmişdir ki, İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən dənizdə boru quraşdırıcısı peşəsində ##.##.2022-ci il tarixədək çalışmışdır. Işlədiyi vəzifə üzrə sosial stajı 2 il 8 ay 23 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinə uyğundur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən “xxxx” MMC-nin sizə dair arayışında ##.##.2007- ##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə boru çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (3 il 7 ay 16 gün (##.##.2017-##.##.2020-ci il və ##.##.2022- ##.##.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən “xxxx LLC-nin” sizə dair ##.##.2022-cü il tarixli 383 L nömrəli arayışında iddiaçının işlədiyi sahə və vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahə və vəzifəyə uyğun olması barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda “xxxx” MMC-nin arayışında ##.##.2007-##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə boru çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunna polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən “xxxx” “MMC”-nin iddiaçıya dair ##.##.2024-cü il tarixli 170 L nömrəli arayışında ##.##.2003-##.##.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə boru quraşdırıcısı, "xxxx”-in arayışında ##.##.2007 -##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində boru çilingəri, “xxxx” MMC-nin arayışında ##.##.2017-##.##.2017-ci il tarixlər arasındakı dövr ərzində boru quraşdırıcısı, ##.##.2017- ##.##.2020-ci il tarixləri arasındakı dövr ərzində dənizdə boru quraşdırıcısı və ##.##.2022- 31.01,2023-cü il tarixləri arasındakı dövr ərzində isə borı quraşdırıcısı vəzifələrində işlədiyi qeyd olunub, işlədiyi boru quraşdırıcısı, dənizdə borı quraşdırıcısı və boru çilingəri vəzifələr sözügedən arayışda istinad edilən, yuxanda qeyd olunan qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan polad və dəmir-beton konstruksiyalarınır quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Göstərilən səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “xxxx” MMC tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı "xxxx” (2006-cı ilədək “xxxx”) MMC-də fərdi əmək müqaviləsi əsasında ##.##.2003-cü il tarixdən ##.##.2008-ci il tarixədək boru quraşdırıcısı vəzifəsində işləmişdir. “xxxx” MMC-də çalışdığı müddətdə “xxxx” MMC-nin həyata keçirdiyi, demək olar ki, bütün tikinti layihələrində iştirak etmişdir, o cümlədən, Gürcüstan 50108, Azəri - dəniz, Mərkəzi Azəri-dəniz layihələrində. Boru xətlərii layihələrində və eləcə də, Technip layihəsində çalışmışdır. Göstərilən layihələrdə müxtəlif peşələr üzrə, o cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı mn təsdiq edilməsi barədə ## ###### 2007-ci il tarixli ** saylı Qərarının 29-cu maddəsində "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bəndinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar yarını bəndinə uyğun olan peşə fəaliyyəti həyata keçirmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “xxxx Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı “xxxx” MMC-də (“Cəmiyyət”) ##.##.2017-ci il tarixdə boru quraşdırıcısı (dənizdə) vəzifəsinə təyin edilmiş, ##.##.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2023-cü il tarixdə SDL-NO-OOl/** saylı əmrə əsasən dənizdə boru quraşdırıcısı vəzifəsinə təyin edilmişdir. Bildirilir ki, İddiaçı işlədiyi dənizdə boru quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bəndinə (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarının * №-li Siyahısında öz əksini tapmış 2290100a-19931 bəndinə (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) uyğundur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ## #### 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilib ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, ## #### 1963-cü il təvəllüdlüdür. 60 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı üçün cavabdehə 2 dəfə ərizə ilə müraciət etmişdir. ## #### 2023-cü il tarixli ərizəsinə ## ###### 2023-cü il tarixli 3-17-1 /2-Q-195194/2023 il tarixli, ## #### 2024-cü il tarixli ərizəsinə ## #### 2024-cü il tarixli *-**-*/*-Q-******/**** saylı məktubla güzəştli şərtlərlə pensiya təyinatından imtina barədə məktub göndərmişlər. Imtina məktublarının 6-cı abzasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək penisyasının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın (bunnan sonra Qaydanın) 4.1.20-ci yarımbəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək penisiyası hüququ verən istehsalatların, peşələrənin, vəzifələrin və göstəricilərin Siyahısını’' (bundan sonra Siyahıda) göstərilən tələblərə müvafiq güzəştli şərtlərlə əmək pensiya hüququ verən işdə çalışdığına dair arayışlarda dəqiq göstərilmədiyinə istinad edərək güzəştli şərtlərlə iddiaçının iş stajının 3 il 7 ay 16 gün olduğunu göstərmişlər. Iddiaçı # #### 2024-cü il tarixli cavab məktubunu aldıqdan sonra MMC-yə təkrar müraciət edib ##.##.2003- cü ildən ##.##.2007-ci il tarixədək boru quraşdırıcısı işlədiyi barədə güzəştli arayışı alıb təkrar ərizəsinə əlavə etmişdir. Iddiaçı “xxxx LIMITED” Şirkətində boru quraşdırma sexində ##.##.2007-ci ildən ##.##.2017-ci ilədək boru quraşdırıcısı işləmişdir. Onu işə qəbul edərkən boru çilingəri peşəsinə qəbul ediblər. Həmin şirkət tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək penisyası hüququ verən arayışda cavabdehin cavab məktublarının 6-cı abzasında göstərdikləri tələblərə müvafiq işlədiyi peşə üzrə güzəştli şərtlərlə yaşa görə əmək penisyası hüququ verən iddiaçının iş stajının 9 il 8 ay 28 gün olduğunu, iddiaçının işlədiyi peşənin güzəştli əmək penisyası hüququna əsas olan xüsusiyyətləri barədə tam məlumat vermişlər. Siyahının 29- Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təhcizatı, bərpası və təmiri bəndinin avadanlıqların təmiri üzrə və növbətçi elektrik çilingəri (çilingərlər) yarımbəndinə uyğun olduğunu göstərmişlər. Bu yarımbəndə mötərizədə göstərilən çilingərlər sözünün hüququ mənası adı çəkilən Siyahıda nəzərdə tutulan sahələrdə işləyən bütün adlarda çalışan çilingərələrə o cümlədən boru çilingərlərinə də aid olduğu deməkdir. ##.##.1984-cü il tarixdən hal-hazıradək iddiaçının 40 ildən çox iş stajının hamısı güzəştli şərtlərlə əmək penisyası hüququ verən iş stajına aiddir. Iddiaçının işlədiyi müəssisələr tərəfindən verilən “Şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işdə çalışdığına dair” arayışlar Qaydaya edilmiş * nömrəli əlavənin və Azərbaycan Respublikası Ali Məhkəmənin Inzibati Kollegiyası tərəfindən inzibati orqanlara və məhkəmələrə göndərdiyi ## ###### 2020-ci il tarixli icmal məktubunda göstərilən tələblərə müvafiq müəssisələrin gördüyü işlər, xüsusiyyətlər göstərilməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iddiaçının iş stajları Siyahının bəndləri və yarımbəndlərinin tələblərinə müvafiq verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının icmal məktubunda (bundan sonra icmal məktubu) şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Şəxsin gördüyü iş, vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlətlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (şəxsin tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alinmaqla müəyyən edildiyini göstərilmişdir. Iddiaçının işədiyi müəssisədə 2 sex var. Bunlar mexaniki və boru quraşdırma sexləridir. Iddiaçının boru quraşdırma sexində boru çilingəri peşəsinə qəbul edilməyinə baxmayaraq rəsmi olaraq boru quraşdırıcısı işləmiş və boru quraşdırıcılarının ixtisas tariflərinə uyğun gördüyü işə görə həmin sexdə onunla birlikdə işləyən boru quraşdırıcılarına ödənilən əmək haqlarına uyğun əmək haqqı almışdır. Iddiaçı ilə birlikdə işləyən iş yoldaşları onun boru quraşdırıcısı işlədiyini təsdiqləyə bilərlər. 2023-cü ildən həmin şirkət tərəfindən verilmiş güzəştli şərtlərlə yaşa görə penisya hüququ verən arayışda da iddiaçının boru quraşdırıcısı işlədiyinə görə Siyahının 29- cu bəndinə və “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” vəzifə koduna uyğun olduğunu göstərmişdilər. Məktublarının 8-ci abzaslarında ##.##.2007-ci ildən ##.##.2017-ci il tarixləri arasındakı ”xxxx MMC” şirkətində boru çilingəri vəzifəsində işlədiyi dövrün polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun olmadığına istinad edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirirlər. Iddiaçının etdiyi Icmal məktubunda və Qaydaya 2 №- li əlavədə tələb olunan müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsi, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi fuksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından ibarətdir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlaradan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edildiyi, arayışın məzmunu sadəcə səxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməvə aid olmasından ibarət olmalı deyil işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək ücün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloii məlumatları, eyniləşdirmək ücün zəruri olan meyar əlamətlərini əks etdirməli, konkret işin bu və ya digər istehsalata aid edilməsi müəssisədə tətbiq olunan ixtisastarif dərəcələrinə, faktiki texnoloji proseslərə, əməyin ödənilməsi şərtlərinə əsasən həll edildiyi tələblərinə uygun “xxxx MMC’' şirkəti tərəfindən verilimiş şirkətdə boru çilingəri işlədiyim dövrün Siyahının 29- polad və dəmir- beton konustruksiyaların quraşdırılması və quraşdırıcılar vəzifə koduna uyğun olduğunu təsdiqlədiklərinə görə ##.##.2007-ci il tarixdən ##.##.2017-ci il tarixədək iddiaçının işlədiyi dövrün güzəştli şərtlərlə yaşa görə əmək penisyası hüququ verən iş stajına hesablanmalıdır. Iddiaçı ##.##.1984-cü il tarixdən “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Bakı Quraşdırma Idarəsinə neft və kimya avadanlıqları üzrə quraşdırıcı-çilingər, ##.##.1988- ci il tarixdən texnoloji boru kəmərləri üzrə quraşdırıcı-çilingər vəzifəsinə keçirilmiş və ##.##.2003- cü il tarixdən öz xahişimlə işdən azad olmuşdur. Adı çəkilən idarənin hüquqi varisi “xxxx” X4 Cəmiyyəti tərəfindən ## ###### 2019- cu il tarixli *** saylı arxiv arayışında iddiaçının güzəştli şərtlərlə əmək penisyası hüququ verən iş stajının 18 il 1 ay 7 gün olduğunu nəzərə alıb ## #### 2023- cü ildən güzəştli şərtlərlə penisya təyin edib ödəyə bilərdilər. Cavabdeh iddiaçının əvvəlki ərizələrinə cavab verdikləri imtina məktublarının hər ikisində də iddiaçının güzəştli iş stajının 3 il 7 ay 16 gün olduğu üçün imtina verdiklərini göstərdiklərinə baxmayaraq ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli sonuncu imtina məktublarında Siyahının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təhcizatı, bərpası və təmiri bölməsinin yarımbəndi polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulduğunu bildirdilər, imtina verdikdə isə iddiaçının işlədiyi müəssisələr tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən arayışlarda boru quraşdırıcısı, dənizdə boru quraşdırıcısı, boru çilingəri vəzifələri Siyahıda nəzərdə tutulan dəmir-beton konustitusiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun olmadığına görə iddiaçının güzəştli iş stajının olmadığını bildirirlər. Iddiaçının işlədiyi bütün müəssisələr tərəfindən ona güzəştli iş stajının təsdiq edən arayışlarda müəssələrin gördükləri işlərin xarakteri fəaliyyəti istiqaməti işçilərin gördükləri işlərin xarakteri bilavasitə icra etdiyi funksional işin eyniliyi, yəni boru çilingərinin gördüyü işin boru quraşdırıcısının gördüyü işə uyğun olduğu göstərilmişdi. Imtina məktublarının 4-cü abzasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərancamların rəhbər tutuqlarını bildirirlər. “xxxx MMC" şirkəti və “xxxx” ATSC tərəfindən verilmiş arayışların mötəbərliyinə əsaslı şübhələri var idisə yuxarıda adı çəkilən Qaydanın 4- Sosial sığorta stajının hesablanması bölməsinin 4.1.1-2006-cı ilin ######ın #-dək dövr üzrə: bəndinin 1 yarımbəndinin tələblərinə “Inzibati icraat haqqında’' Azərbaycan Respublikası Qanunun 19-mötəbirlik prezumeyapiyası və 24 inzibati halların aidiyatı üzrə araşdırılması maddələrin tələblərinə müvafiq işlədiyi müəssələr tərəfindən verilmiş güzəştli şərtlərlə penisiya hüququ verən arayışları yerində yoxlayıb qərar qəbul edə bilərdilər. Həmin dövrlər Siyahının 29- Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar yarımbəndinə aiddir. Cavabdeh iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 60 yaşının tamam olduğu ##.##.2023-cü ıl tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsinə imkan verən qanunvericiliyin tələblərinə cavab verdiyini iddia edir. Iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlər əsasında, müraciəti üzrə aparılmış inzibati icraatın nəticəsində güzəştli sığorta stajının olmadığı müəyyən olunmuşdur. Iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli 170 L nömrəli, “xxxx” və “xxxx” MMC-nin iddiaçıya dair arayışlarında iddiaçının ##.##.2003-##.##.2007-ci il tarixədək (4 il 1 ay 22 gün) boru quraşdırıcısı vəzifəsində, ##.##.2007- ##.##.2017-ci il tarixədək (9 il 9 ay) boru çilingəri vəzifəsində, ##.##.2017- ##.##.2017-ci il tarixədək (28 gün) boru quraşdırıcısı vəzifəsində, ##.##.2017- 01,03.2020-ci il tarixədək (2 il 8 ay 1 gün) dənizdə boru quraşdırıcısı vəzifəsində, ##.##.2022- ##.##.2023- cü il tarixədək (1 ay 2 gün) boru quraşdırıcısı vəzifəsində sözügedən müəssisədə işlədiyi qeyd olunmuşdur. Mübahisə edilən məqam iddiaçının işlədiyi vəzifələrin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısr'nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli qərarında göstərilən vəzifələrə uyğun olmaması ilə bağlıdır. Iddiaçıya ünvanlanmış imtina məktunun məzmunundan göründüyü kimi iddiaçı tərəfindən təqdim edilən arayışda boru çilingəri, boru quraşdırıcısı və dənizdə boru quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin həmin vəzifə sözügedən arayışda istinad edilmiş, müvafiq siyahıda qeyd olunan vəzifəyə (polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri vəzifəsi) uyğun deyildir. Eyni zamanda, arayışda iddiaçının boru quraşdırıcısı vəzifəsində çalışdığı müddətdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə daim məşğul olub-olmamağı barədə də hər hansı məlumat göstərilməyib. Belə ki, sözügedən arayışlar, iddiaçının boru çilingəri, boru quraşdırıcısı və dənizdə boru quraşdırıcısı vəzifələrində işlədiyi dövrün güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən staj kimi qəbul olunması üçün mötəbər sübut kimi qəbul oluna bilməz Çünki əvvəla, həmin arayışda iddiaçının boru quraşdırıcısı, boru çilingəri, dənizdə boru quraşdırıcısı kimi icra etdiyi işi “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri vəzifəsi” kimi xarakterizə etməyə əsas verən məlumatlar qeyd olunmamış, çəkilən boruların dəmir borular və ya dəmir-beton boruların olması, boruların quraşdırılması zamanı elektrikdən istifadə edilib-edilmədiyi əksini tapmamışdır. Arayışda “iddiaçının işlədiyi sahələrin zərərli olduğu uçun güzəştli şərtlərlə təqaüd almaq hüququ daşıması" göstərilsə də, bu mövqe əsaslandırılmamış, iddiaçının işlədiyi peşənin 2007-ci ildə təsdiq olunmuş Siyahıda hansı sahədə öz əksini tapması konkret göstərilməmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” və “xxxx” MMC-nin iddiaçıya dair arayışlarında boru çilingəri, boru quraşdırıcısı və dənizdə boru quraşdırıcısı vəzifələrinin eyni xüsusiyyətləri olduğu göstərilmişdir. Belə olan halda bu onu deməyə əsas verir ki, iddiaçı müxtəlif tarixlərdə, fasilələrlə həmin müsəssisədə. müxtəlif vəzifələrdə işləsə də. eyni vəzifə funksiyalarını yerinə yetirməsi arayışlarda qeyd olunan məlumatların mötəbərliyinə dair əsaslı şübhələr yaradır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı ## #### 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçının güzəştli iş stajı ilə bağlı sorğular göndərilmiş və sorğulara cavab olaraq “xxxx” MMC tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı "xxxx” (2006-cı ilədək “xxxx”) MMC-də fərdi əmək müqaviləsi əsasında ##.##.2003-cü il tarixdən ##.##.2008-ci il tarixədək boru quraşdırıcısı vəzifəsində işləmişdir. “xxxx” MMC-də çalışdığı müddətdə “xxxx” MMC-nin həyata keçirdiyi, demək olar ki, bütün tikinti layihələrində iştirak etmişdir, o cümlədən, Gürcüstan 50108, Azəri - dəniz, Mərkəzi Azəri-dəniz layihələrində. Boru xətlərii layihələrində və eləcə də, Technip layihəsində çalışmışdır. Göstərilən layihələrdə müxtəlif peşələr üzrə, o cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı mn təsdiq edilməsi barədə ## ###### 2007-ci il tarixli ** saylı Qərarının 29-cu maddəsində "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bəndinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar yarını bəndinə uyğun olan peşə fəaliyyəti həyata keçirmişdir. Eyni zamanda məhkəmənin sorğusuna cavab olaraq “xxxx Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı “xxxx” MMC-də (“Cəmiyyət”) ##.##.2017-ci il tarixdə boru quraşdırıcısı (dənizdə) vəzifəsinə təyin edilmiş, ##.##.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2023-cü il tarixdə SDLNO-OOl/** saylı əmrə əsasən dənizdə boru quraşdırıcısı vəzifəsinə təyin edilmişdir. Bildirilir ki, İddiaçı işlədiyi dənizdə boru quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm 29-cu bəndinə (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun, 1993-cü il tarixli, *** nömrəli qərarının * №-li Siyahısında öz əksini tapmış 2290100a-19931 bəndinə (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) uyğundur. Göründüyü kimi iddiaçının tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması halı öz təsdiqini tapmışdır. Nəticə etibarilə iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər ödənilir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən arayışda boru çilingəri, boru quraşdırıcısı və dənizdə boru quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin vəzifə sözügedən arayışda istinad edilmiş, müvafiq siyahıda qeyd olunan vəzifəyə (polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri vəzifəsi) uyğun deyildir. Eyni zamanda, həmin arayışda iddiaçının boru quraşdırıcısı vəzifəsində çalışdığı müddətdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə daim məşğul olubolmamağı barədə də hər hansı məlumat göstərilməmişdir. Məhkəmənin "iddiaçının işlədiyi müəssisələr tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmaması" barədə mövqeyine münasibətdə bildiririk ki, həmin arayışlarda iddiaçının boru quraşdırıcısı, boru çilingəri, dənizdə boru quraşdırıcısı kimi icra etdiyi işi "polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri vəzifəsi kimi xarakterizə etməyə əsas verən məlumatlar qeyd olunmamış, çəkilən adis boruların dəmir borular ve ya dəmir-beton boruların olması, boruların quraşdırılması zamanı elektrikdən istifadə edilib-edilmədiyi öz əksini tapmamışdır. Həmçinin, arayışda "iddiaçının işlədiyi sahələrin zərərli olduğu üçün güzəştli şərtlərlə pensiya almaq hüququ daşıması" göstərilsə də, bu mövqe esaslandırılmamış, iddiaçının işlədiyi peşənin 2007-ci ildə təsdiq olunmuş Siyahıda hansı sahədə öz əksini tapması konkret göstərilməmişdir. Məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmayaraq, diqqətə çatdırılması vacib hesab edilir ki, iddiaçı tərəfindən təqdim edilmiş xxxx MMC-nin, "xxxx" və "xxxx" MMC-nin iddiaçıya dair arayışlarında boru çilingəri, boru quraşdırıcısı və dənizdə boru quraşdırıcısı vəzifələrində eyni xüsusiyyətləri olduğu göstərilmişdir. Belə olan halda bu onu deməyə əsas verir ki, iddiaçı müxtəlif tarixlərdə, fasilələrlə, həmin müsəssisədə, müxtəlif vəzifələrdə işləsə də, eyni vəzifə funksiyalarını yerinə yetirmişdir. Hesab edilir ki, belə bir fakt arayışlarda qeyd olunan məlumatların mötəbərliyinə dair əsaslı şübhələr yaradır. Bununla bağlı məhkəmə sorğusuna gələn "xxxx Limited" Şirkətinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının işlədiyi boru quraşdırıcısı vəzifəsi, Nazirlər Kabinetinin 21 iyun, 1993-cü il tarixli, *** nömrəli qərarının 1 No-li Siyahısında öz əksini tapmış avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri vəzifəsinə uyğundur. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala müraciəti zamanı, eləcə də, məhkəməyə təqdim etdiyi arayışlarda Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı Qərarının 29-cu maddəsində "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bəndinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar yarımbəndinə uyğun olan peşə fəaliyyəti həyata keçirdiyi qeyd edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən güzəştli iş stajına daxil edilməyən ##.##.2017-##.##.2020 və ##.##.2022- ##.##.2023 tarixlərini əhatə edən iş dövrlərinin güzəştli iş stajına aid olmadığı iddia edilərək məhkəmə tərəfindən araşdırılmadığına istinad edilmişdir. O isə 1984-cü ildən etibarən dəniz və quruda boru quraşdırıcısı,boru çilingəri işləmişdir. Işlədiyi peşələr həm ##.##.2017-ci ilədək qüvvədə olmuş, həm də ##.##.2017-ci ildən sonra qüvvədə olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən bütün sahələrdə işləyən boru quraşdırıcısı-çilingərlər, təmirçi çilingərlərə şamil olunur. Ali Məhkəmənin Inzibati Kollegiyasının icmal məktublarında da göstərildiyi kimi, işçinin bilavasitə yerinə yetirdiyi funksional vəzifələrin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən müvafiq sorğular verilmiş, həmin sorğulara daxil olmuş cavablar əsasında Sumqayıt Inzibati Məhkəməsi qanuni və əsaslandırılmış qərar qəbul etmişdir. Buna baxmayaraq, cavabdeh apellyasiya şikayətində qanunvericiliyə deyil, Dövlət Sosial Müdafiə Fondunun daxili qərarlarına, sərəncam və əmrlərinə istinad edərək Sumqayıt Inzibati Məhkəməsinin qanuni qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki, cavabdeh apellyasiya şikayətində iddianın əsaslı olduğunu təsdiqləyir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi ## #### 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması; b) azı 25 ümumi iş stajına malik olması; c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.1963-cü il təvəllüdlü olmaqla, ##.##.2023-cü il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Qeyd edilməlidir ki, imtina əsası kimi cavabdeh inzibati orqan yalnız güzəştli iş stajına aid şərtin ödənilməməsi ilə bağlı hallara istinad etmişdir. Bu baxımından indiki halda işin mübahisəli halı qimsində iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olub-olmaması ilə bağlı olan haldır. Cavabdeh apellyasiya şikayətində iddiaçının işlədiyi boru quraşdırıcısı, dənizdə boru quraşdırıcısı və boru çilingəri vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan peşələrə uyğun gəlmədiyini, təqdim olunmuş arayışlarda iddiaçının daim polad və dəmir-beton konstruksiyalarının quraşdırılması işləri ilə məşğul olmasının öz əksini tapmadığını, habelə müəssisələr tərəfindən verilmiş arayışların mötəbərliyinə əsaslı şübhələr yarandığını göstərmişdir. Kollegiya cavabdehin dəlili ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq iddiaçının işlədiyi müəssisələrə məhkəmə sorğuları göndərmiş, həmin sorğulara cavab olaraq təqdim edilmiş rəsmi məktublarla iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə uyğunluğu təsdiq edilmişdir. Belə kI, "xxxx" MMC-nin ##.##.2025-ci il tarixli məktubunda, həmçinin "xxxx Limited" Şirkətinin Azərbaycan Respublikasındakı filialının ##.##.2026-cı il tarixli məktubunda iddiaçının yerinə yetirdiyi işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində göstərilən “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmitri” bölməsinin fəhlələr bəndinin “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarımbəndinə (vəzifə koduna) uyğun olduğu açıq şəkildə göstərilmişdir. Cavabdehin arayışlarda işin xarakterinin kifayət qədər ətraflı təsvir edilməməsi, yaxud boruların növü və ya istifadə olunan avadanlıq barədə məlumatların göstərilməməsi ilə bağlı dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, işəgötürənlər tərəfindən təqdim edilmiş rəsmi arayış və məhkəmə sorğularına verilmiş cavablarda iddiaçının yerinə yetirdiyi işlərin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə uyğunluğu birbaşa təsdiq edilmiş, həmin sənədlərin həqiqiliyini və ya etibarlılığını şübhə altına alan hər hansı obyektiv sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Bundan başqa, cavabdehin iddiaçının müxtəlif dövrlərdə eyni xarakterli əmək funksiyalarını yerinə yetirməsinin arayışların mötəbərliyinə şübhə yaratması barədə arqumenti ehtimala əsaslanan mülahizədən ibarətdir. Eyni və ya oxşar əmək funksiyalarının müxtəlif işəgötürənlər yanında icra olunması özlüyündə həmin sənədlərin etibarsızlığı və ya iddiaçının güzəştli stajının mövcud olmaması nəticəsinə gəlmək üçün hüquqi əsas təşkil etmir. Hazırkı işdə isə cavabdeh iddiaçının təqdim etdiyi sənədlərin dəqiqləşdirilməsi istiqamətində zəruri tədbirləri görmədən, yalnız vəzifə adlarının formal müqayisəsinə əsaslanaraq imtina qərarı qəbul etmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, yalnız qeyd edilən əsasa istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşıdırlması ilk növbədə qanunvericiliyin norma prinsiplərinin tələbinə zidd olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlil əsassız olmaqla iddiaçının hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Belə ki, iddiaçı əmək şəraiti ağır olan işlərdə çalışmasına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən imtina edilməsi iddiaçının konstitusion hüquqlarının pozulması kimi nəzərə alına bilər. Beləliklə iddiaçının 60 yaşı tamam olduğu vaxtda (##.##.2023-cü ildə) qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş stajı) tamamlandığından, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmişdir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-952/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-952/2026
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver