Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-953/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3 oğlu, iddiaçı2, iddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (Açar sözlər: torpaq sahəsi və onun üzərində yerləşən evə dair mülkiyyət hüququnun qeydə alınması, dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iddiaçı5 iştirakı ilə, İddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi və onun üzərində yerləşən evə dair mülkiyyət hüququnun qeydə alınması, reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli imtina məktubunun məzmunundan görünür ki, 0,31 ha torpaq sahəsinə dair JN-***A nömrəli (KOD 30318028) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” idarəyə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır, bundan əlavə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında müvafiq Aqrar İslahat Komissiyasının qərarı əsasında Sizin və ailə üzvlərinin adlarına 0,15 ha ölçüdə JN-***F nömrəli (KOD 30318028) seriyalı “Torpağın mülkiiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. JN-178A KOD 30318028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin məzmunundan görünür ki, iddiaçı5 və 4 nəfər ailə üzvlərinin adına Quba rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə Quba rayonu Üçgün kəndi ərazisində həyətyanı 0,31 ha torpaq sahəsi ayrılmışdır. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş ## ######## 2025ci il tarixli məktubun məzmunundan görünür ki, Mərkəzin arxivində JN-178A (kod 303018028) və JN- 178F (kod ********) nömrəli “Torpağın mülkiyyətə veirlməsinə dair” Şəhadətnamələrin arxiv nüsxələri olmadığından, həmin Şəhadətnamələrin rayon aqrar islahat komissiyasının hansı qərarı əsasında işlənilməsinə dair məlumatın axtarışı mümkün olmamışdır, arxivdə saxlanılan Quba rayonu, Üçgün kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin əyazma və elektron siyahılarından 178 nömrə ilə qeydiyyata alınmış iddiaçı5 (ailə üzvləri ilə birgə) adı qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surəti təqdim edilir, “Quba rayonu Üçgün kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəl”in məzmununda iddiaçı5 və 5 nəfər ailə üzvinin adı, Dövlət Aktının nömrəsi 116, xəritə nömrəsi 178, ailə üzvlərinin sayı 5 nəfər, torpaq sahəsinin ölçüsü 0,15 ha, elektron siyahıda həyətyanı torpaq sahəsinin ölçüsü 0,15 ha, zəbt sahəsi kimi 0,25 ha qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 02 sentyab 2025-ci il tarixli məktubun məzmunundan görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1998ci il tarixli ** saylı iclas protokolunun kserosurəti göndərilir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş müayinə aktının məzmunundan görünür ki, Quba rayonu Üçgün kəndi ərazisində yerləşən torpaq sahəsinin naturada ölçüsü 0,43 ha təşkil edir, Şəhadətnamə DVG və TEKUİS məlumatında öz əksini tapmamışdır, iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi TEKUİS-də kənd təsərrüfatı təyinatlı torpaqlar olub, uqodiyası fərdi yaşayış kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir, torpaq sahəsi baza məlumatlarında olan xəritə məlumatları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür, heç bir mühafizə zolağında yerləşmir,torpaq sahəsində S=111,6 kv.m. olan fərdi yaşayış evi mövcuddur,qonşu torpaq sahələrinə mülkiyyət hüququ qeydə alınmamışdır. 303013160950-***** reyestr nömrəli Çıxarış məlumatından görünür ki, Quba rayonu Üçgün kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsi və orada yerləşən ümumi sahəsi 98,80 kv.m. olan fərdi yaşayış evinə dair iddiaçıların adına birgə mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə qeydə alınmışdır. Jn-116 KOD ********* nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının məzmunundan görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** nömrəli qərarı ilə iddiaçı5 və 4 nəfər ailə üzvlərinin adına Quba rayonu Üçgün kəndi ərazisində yerləşən 1,15 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmışdır. Cavabdeh inzibati orqanın ## ###### 2026-cı il tarixli məktubunun məzmunundan görünür ki, 303013160950-***** reyestr nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin surəti təqdim edilmiş, JN-***A nömrəli Şəhadətnamə, qeydiyyat vəsiqəsi, texniki pasport əlavə edilmişdir. Cavabdeh inzibati orqanın 12 fevaral 2026-cı il tarixli məktubunun məzmunundan görünür ki, 303013160950-***** reyestr nömrəli Çıxarışın verilməsinə əsas olan sənədlərdən torpaq sənədi kimi ***F saylı şəhadətnamə olmuşdur, həmin şəhadətnamənin surəti təqdim edilir, Şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə iddiaçı5 və onun 5 nəfər ailə üzvlərinin adına Quba rayonu Üçgün kəndi ərazisində 0,15 ha həyətyanı torpaq sahəsinin ayrılmışdır. Quba rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ## #### 2026-cı il tarixli məktubun məzmunundan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli protokolunun və digər sənədlərin surəti təqdim edilir, sözügedən protokollarda hər hansı şəxsə pay torpaq sahəsi və həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı qeyd mövcud deyildir, iddiaçıların qeydiyyatda olduqları yer barədə məlumatlar əlavə edilmədiyindən onların adına təsərrüfatbaşına kitab məlumatlarının təqdim edilməsi mümkün olmamışdır. Kadstr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli məktubun məzmunundan görünür ki, Mərkəzin arxivində JN-116 KOD 303018028 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının arxiv nüsxəsi,eyni zamanda Quba rayonunun Üçgün kəndi ərazisində torpaq islahatı aparılan zaman adambaşına düşən orta pay torpaq norması barədə məlumat aşkar edilməmişdir,işin dəqiq və hərtərəfli araşdırılması məqsədilə arxivdə saxlanılan Quba rayonunun Üçgün kəndi (keçmiş N.Nərimanov adına sovxoz) üzrə həyətyanı və pay torpaq sahələrinə dairsubyektlərin siyahılarından iddiaçı5 (ailə üzvləri ilə birgə) adı qeyd edilmiş hissədən, eləcədə Quba rayonu Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** nömrəli Qərarından çıxarışların və N.Nərimanov adına sovxoz yerli Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** nömrəli Protokolunun təsdiq edilmiş surəti təqdim edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN-178A, KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilmiş Quba rayonu, Üçgün kəndi ərazisində yerləşən 0,31 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi, eyni zamanda həmin torpaq sahəsi üzərində inşa edilmiş evə dair çıxarışın verilməsi”öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının ## ###### 1988-ci il tarixli ** saylı Qərarı ilə iddiaçılara Quba rayonun Üçgün kəndi ərazisindən 0,31 ha həyətyanı torpaq sahəsi ayrılmış və adlarına ləğv edilmiş DT və XK-nin Quba rayon Şöbəsi tərəfindən mülkiyyətlərini təsdiq edən JN-178 A KOD ******** saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işləmiş, həmin vaxtdan hal-hazıra kimi qeyd edilən torpaq sahəsində inşa edilən evdə yaşayaraq torpağa sahiblik edərək istifadə edirlər. Qeyd edilən torpaq sahəsi və üzərində inşa etdikləri evə çıxarış almaq üçün cavabdeh təşkilata müraciət etmiş, cavabdeh təşkilat JN-178 A N-li Şəhadətnamənin onların qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyini və elektron məlumat bazasında Öz əksini tapmadığını bildirib çıxarışın verilməsinə imtina etmişdir. Ona görə də pozulmuş hüquqların bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz fərdi yaşayış evinin yerləşdiyi 0.31 ha tprpaq sahəsi üçün ərizənizə əlavə olunmuş JN-178 A nömrəli (KOD 30318028) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır. Bundan əlavə, ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında müvafiq Aqrar İslahat Komissiyasının qərarı əsasında Sizin və ailə üzvlərinizin adlarına 0.15 ha ölçüdə JN-178 F nömrəli (KOD 30318028) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edənsənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından ##.##.2024-cü il tarixli, 3-21-3-34/2- ****/**** nömrəli məktubla imtina edilmişdir. Qeyd edildiyi kimi, JN- 178 A nömrəli (KOD 30318028) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində və torpaq sahəsi almış subyektlərin adlı siyahısında öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsiniməhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar 0.31 ha torpaq sahəsinə iddia etməsinə əsas kimi JN-178A, KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni göstərsələr də məhkəmə araşdırması zamanı sözügedən şəhadətnamənin arxiv nüsxəsi aşkar edilməmişdir. Həmçinin, JN-***A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə DWJ baza məlumatlarında və torpaqların elektron kadastrı uçotu informasiya sistemində TEKUİS-də əksini tapmamışdır. Bundan əlavə, şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdirMəhkəmə sorğusuna cavab olaraq cavabdeh1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı məktubu ilə arxivdə saxlanılan Quba rayonu, Üçgün kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin əlyazma və elektron siyahılarından 178 nömrə ilə qeydiyyata alınmış iddiaçı5 (ailə üzvləri ilə birgə) adı qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surəti təqdim edilmişdir. Qeyd edilən çıxarışlardan görünür ki, iddiaçı5 və ailə üzvlərinə 178F nömrə ilə 0.15 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən edilir ki, JN-***F saylı Kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-nin arxiv nüsxəsi mövcudur və 303013160950-***** reyestr nömrəli çıxarışın verilməsinə əsas olan sənədlərdən torpaq sənədi kimi ***F saylı şəhadətnamə olmuşdur. Beləliklə, JN- 178A, KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mötəbərliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən mötəbər hüquqmüəyyənedici sənədə malik deyil. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir, əlavə olaraq qeyd edilmişdir ki, çıxarış verilmiş 0,15 ha torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evinin hazırki iddia tələbinə heç bir aidiyyəti olmamışdır.həmin torpaqlar arasında 800 metrdən çox məsafə vardır. İddia etdikləri və hazırda icraatda olan torpaq sahəsi aqrar islahat zamanı onun və ailə üzvlərinin istifadəsind olan həyətyanı torpaq sahəsidir,islahat aparılarkən ona və ailə üzvlərinə Aqrar İslahat Komissiyasının qərarı ilə 1,15 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Hazırki iddiaları üzrə mübahisə predmeti olan torpaq sahəsi faktiki istifadələrində olduğu üçün kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üün pay verilmiş torpaqdan 0,40 ha azalaraq faktiki istfadəsində olan həyətyanı torpaq sahəsinə JN-178A KOD ********* saylı Torpağın mülkiyyətə veirlməsinə dair Şəhadətnamə işlənilmişdir və həmin vaxtdan torpağa sahiblik edərək istifadə edirlər və üzərində 2004-cü ildə fərdi yaşayış evi inşa edərək yaşayırlar, məhkəmə isə bu hala heç bir əhəmiyyət verməyərək sübut kimi qəbul etməmişdir. Həmin şəhadətnamə hüquqmüəyyənedici snəd hesba olunur.Məhkəmə bu sənədin hüquqi qüvvəsini lazimi qaydada qiymətləndirməmiş, müayinə aktından görünür ki, torpaq sahəsi onların istifadəsindədir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..... 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: ..... 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;.... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mübahisə predmeti olan torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi üzərində birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinə dair müvafiq şəhadətnamənin qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmaması, elektron kadastr məlumatına mövcud olan Şəhadətnamə əsasında mülkiyyət hüququnun qeydə alınması halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə iddiaçıların adına 0,15 ha həyətyanı torpaq sahəsi ayrılmış və onun əsasında ***F nömrəli Şəhadətnamə tərtib edilmiş, həmin hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıların adına birgə mülkiyyət hüququ qeydə alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, elektrin kadastr uçot baza məlumatlarında iddiaçıların adına həmin qərar əsasında 0,15 ha torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilmiş, ## ###### 1998-ci il tarixli ** saylı qərar aid subyektlərina dlı siyahısında iddiaçıların adı mövcud olmuş və onların adına yalnız 0,15 ha torpaq sahəsinin ayrılması barədə məlumat mövcud olmuş, 0,31 ha əlavə həyətyanı torpaq sahəsinin verilməsinə dair hər hansı məlumat aşkar edilməmiş, habelə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi ***A nömrəli Şəhadətnamənin də arxiv əsası elektron kadastr baza məlumatında mövcud olmamışdır. İndiki halda iddiaçılar həmin kənd üzrə aqrar islahatın aparılması zamanı onların adına 1,55 ha pay torpağı və 0,15 ha həyətyanı torpaq sahəsi verildiyini, lakin pay torpaq sahəsi 1,15 ha verildiyindən, az olan 0,40 ha hissənin tamamlanması üçün əlavə olaraq 0,31 ha həyətyanı torpaq sahəsi verildiyini bildirərək, iddia tələbinin əsası kimi həmin hallar istinad etmişdir. Kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı dəyərlədnirmə apararaq, qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi 1,15 ha pay torpaq sahəsinin ayrılmasına dair JN-*** saylı Dövlət Aktı və onun verilməsinə əsas olmuş sənədlərin arxiv əsaslarının mövcudluğu, habelə islahat zamanı ayrılmış bir pay torpaq normasının nəqədər olması halının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş kadastr baz məlumatlarına aid arxiv sənədlərin məzmunundan görünür ki, aqrar islahat zamanı iştirak edən subyektlərin siyahısında iddiaçıların adları mövcud olmuş, ayrılan torpaq sahəsinin ölçüsü 0,15 ha kimi, zəbt sahəsi kimi bir halda 0,25 ha, digər halda artıq istifadə edilən torpaq sahəsi 0,40 ha kimi qeyd edilmiş, habelə yerli aqrar islahat komissiyasının qərarında püşkatmada iştirak etməyən torpaq sahələrinin bələdiyyə fonduna verilməsi qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada 0,43 ha olmaqla, DVG xəritə məlumatında mülkiyyət növü bələdiyyə kimi qeyd edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən torpaq sahəsinin indiki halda iddiaçıların adına aqrar islahat zamanı məhz 0,15 ha torpaq sahəsinin ayrılması barədə arxiv məlumatı mövcud olduğundan, islahat zamanı iştirak edən subyektlərin siyahısına iddiaçıların adları daxil olduqlarından (püşkatmada iştirak edən subyektlər olmuşlar), həmin kənd üzrə aqrar islahat zamanı başqa adlı siyahının mövcudluğu müəyyən edilmədiyindən, pay torpaq sahəsinin az verilməsi nəticəsində tərtib edilən əlavə subyetklərin siyahısının verilməsinə dair hər hansı qərar və ya məlumatın mövcudluğu müəyyən edilmədiyindən, habelə JN-***A nömrəli Şəhadətnamənin özünün də arxiv əsası aşkar edilmədiyindən iddia tələbinin əsası kimi istinad edilmiş hallar (pay torpaq sahəsi az verildiyindən, əlavə həyətyanı torpaq sahəsi verilməsinə dair) öz təsdiqini tapmamışdır. Həmçinin, kollegiya qeyd edirki, iddiaçıların hazırda iddia etdiyi torpaq sahəsinin mülkiyyət növünün DVG xəritə məlumatlarında bələdiyyə mülkiyyəti kimi qeyd edilməsi və yerli aqrar islahat komissiyasının qərarında püşkatmada iştirak etməyən subyektlərə çatacaq torpaq fondunun Bələdiyyə fonduna keçirilməsi qərara alındığından, iddiaçılar isə püşkatmada iştirak edən subyektlər olduğundan və əlavə torpaq payı verilməsinə dair başqa subyektlər siyahısı olmadığından, bu hallar da həmin torpaq sahəsinin islahat zamanı iddiaçıların adına ayrılması halını təkzib edən hallar kimi çıxış etmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, iddia tələbinin əsası kimi istinad edilən ***A nömrəli Şəhadətnamənin verilməsinə məhz müvafiq AİK-nin ## ###### 1998-ci il tarixli ** saylı qərarı çıxış etsə də, həmin qərar əsasında iddiaçılara yalnız 0,15 ha torpaq sahəsinin ayrılmasına dair arxiv əsasları mövcud olmuş, hətta həmin sənədlərin məzmununda onların faktiki istifadəsində bir halda zəbt sahə kimi 0,25 ha olduğu, digər halda faktiki istifadələrində 0,40 ha artıq torpaq sahəsinin olduğu qeyd edilmişdir, 0,15 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları isə qeydə alınmışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, həmin qərar əsasında iddiaçılara əlavə olaraq 0,31 ha torpaq sahəsinin ayrılması halının müəyyən edilməsi mümkün olmadığından, iddiaçılar qanuni əsasla onların adına ayrılmış torpaq sahəsi ilə bağlı tələb irəli sürməmiş, məhz zəbt olunan, artıq istifadə edilən torpaq sahəsi ilə bağlı tələb irəli sürmüşlər. Bu hallar isə iddianın əsaslılığını təkzib edən hal kimi çıxış etmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında ***A nömrəli Şəhadətnamənin mötəbərliyi müəyyən edilmədiyindən, habelə aqrar islahat zamanı əlavə torpaq sahəsi kimi 0,31 ha torpaq sahəsinin iddiaçıların adına ayrılmasına dair hər hansı mötəbr hüquqmüəyyənedici sənədin mövcudluğu aşkar edilmədiyindən, nəticə etibarilə iddiaçıların sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, bu hissədə cavabdehin imtina ilə bağlı hərəkətləri qanunauyğun olmuş, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya iddia tələbinin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina əsasının olub-olmaması ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən fərdi yaşayış üzərində müılkiyyət hüququnun yaranması və bu hüququn qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı mövcud olmalıdır. Indiki halda mülkiyyət hüququnun yaranması üçün tələb olunan zəruri şərt kimi sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı iddiaçıların əmlak hüququnun mövcudluğu (mülkiyyət və ya digər əmlka hüququ) müəyyən edilmədiyindən, bu hal isə mülkiyyət hüququnun yaranması halını təkzib etdiyindən, iddia tələbi həmin hissədə də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-953/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-953/2026
09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver