Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-957/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilmiş iddiaçıya dair ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 29 il 9 ay 29 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 24 il 4 ay 26 gün, güzəştli xidmət ili 3 il 5 ay 3 gün, ali təhsil müddəti 2 il) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, iddiaçıya ## ###### 2024-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilib. Aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinə sorğu verilib. Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi iddiaçının xidmət illəri 19 il 4 ay 28 gün (təqvimi xidmət illəri 13 il 11 ay 25 gün, güzəştli xidmət ili 3 il 5 ay 3 gün, ali təhsil müddəti 2 il), qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddəti olduğu müəyyən edilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının dayandırılması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərarına əsasən iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərarına əsasən iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında ##.##.2024-cü il tarixli qərar ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının yenidən hesablanması haqqında ##.##.2025 il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarına əsasən pensiya məbləği yenidən hesablanaraq iddiaçıya yaşa görə ##.##.2025-ci il tarixdən 3267,99 manat məbləğində pensiya təyin edilmişdir. Əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqindən görünür ki, iddiaçının cəmi iş stajı və xidmət illəri 29 il 9 ay 29 gün olaraq müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının dayandırılması və ödənilmiş pensiya ödənişlərinin geri tələb edilməsinə dair cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın qərarının ləğv edilməsini və ##.##.2025-ci il tarixdən etibarən onun əmək pensiyasından bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının dayandırılması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** nömrəli və əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2000-ci il tarixdən ##.##.2007-ci il tarixədək Sədərək rayon Polis Şöbəsinin PPX vızvodunda polis nəfəri vəzifəsində, ##.##.2008-ci il tarixdən ##.##.2018-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı X7 və maddi-texniki təchizat idarəsinin təchizat xidməti şöbəsində baş məsləhətçi vəzifəsində, ##.##.2018-ci il tarixdən ##.##.2024-cü il tarixədək isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin struktur bölmələrində müxtəlif vəzifələrdə xidmət etmişdir. Dövlət qulluğunda xidmət etdiyi dövrdə, ##.##.2010-cu il tarixdə R, ##.##.2012-ci il tarixdə R və ##.##.2014-cü il tarixdə 2-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcələri verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ***-**** nömrəli məlumat vərəqi əsasında 29 il 9 ay 9 gün xidmət illərinə əsasən (təqvim üzrə xidmət illəri 24 il 4 ay 26 gün, güzəştli xidmət ili 3 il 5 ay 3 gün, ali təhsil müddəti 2 il) “Əmək pensiyaları haqqında” AR Qanununun 20.14.1-ci maddəsinin # ###### 2024-cü ilədək qüvvədə olan redaksiyasına uyğun olaraq ## ###### 2024-cü il tarixdə xüsusi rütbəli şəxs kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçı AR ƏƏSMN DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-Y-*****/**** nömrəli məktubu əsasında inzibati icraatın aparılması və mülahizələrin öyrənilməsi üçün XŞT üzrə Mərkəz Filiala dəvət olunmuşdur. ##.##.2025-cı il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən inzibati icraata dair akt qəbul edilmiş, o, həmin akta “etiraz edirəm” qeydini əlavə edərək imzalamışdır. Cavabdehin ##.##.2025-ci il tarixli *-**- */*-Y-*****/**** nömrəli məktubunda qeyd edilir ki, aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən Dövlət Gömrük Komitəsinə sorğu verilib. Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən iddiaçının xidmət illərinin 19 il 4 ay 28 gün (təqvimi xidmət illəri 13 il 11 ay 25 gün, güzəştli xidmət ili 3 il 5 ay 3 gün, ali təhsil müddəti 2 il) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilib. Beləliklə də ona ödənilən əmək pensiyanın dayandırılması və ödənilmiş məbləğin geri tələb edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş iddiaçının əmək pensiyasının dayandırılması barədə qərarı qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilmiş iddiaçı İddiaçı dair ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 24 il 04 ay 26 gün xidmət müddətinə görə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinedək qüvvədə olmuş redaksiyasına əsasən, ərizəçiyə ## ###### 2024-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən Dövlət Gömrük Komitəsinə sorğu verilmişdir. Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən ərizəçinin xidmət illərinin 19 il 04 ay 28 gün (təqvimi xidmət illəri 13 il 11 ay 25 gün, güzəştli xidmət illəri 03 il 05 ay 03 gün, ali təhsil müddəti 2 il) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007- ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"na 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən Fonda ötürülür. Müvafiq məlumat vərəqinə uyğun olaraq, pensiya təyin edilməsi üçün sözügedən sənəddə xidmət etmiş şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar göstərilir. Göründüyü kimi, şəxsin hərbi qulluqçu kimi pensiya hüququnun olubolmamasının, xidmət illərinin və təminat xərcliyinin müəyyənləşdirilməsi onun xidmət keçdiyi orqanın öhdəliyidir. Buna görə də pensiyanın təyin edilməsi üçün Fonda yalnız məlumat vərəqi göndərilir, həmin məlumat vərəqində göstərilmiş məlumatların (xidmət illəri və s.) hansı qaydada hesablanmasına dair hər hansı sənəd təqdim edilmir. Beləliklə, məlumat vərəqindəki məlumatların qanunauyğunluğuna görə məsuliyyəti xidmət keçilən qurum daşıyır. Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri "Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarına uyğun hesablanır. Qərarın adından göründüyü kimi, gömrük orqanlarının əməkdaşlarına hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün onların xidmət illəri sözügedən Qərarla müəyyən edilir. Həmin Qərarda xidmət illərinin hesablanması zamanı şəxslərin dövlət qulluqçusu kimi işlədiyi müddətin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının ## ### 2021-ci il tarixli ***-VIQD nömrəli Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri" əmək pensiyaçılarının deyil, işləməkdə olan şəxslərin qulluq illərinin hesablanmasını tənzimləyir. Buna görə də sözügedən Qayda və şərtlərə əsasən, gömrük orqanlarının xüsusi rütbəli əməkdaşlarının əmək pensiyasının hesablanması üçün xidmət illəri müəyyən edilərkən onların dövlət qulluqçusu kimi fəaliyyət müddətlərinin nəzərə alınması və buna uyğun məlumat vərəqi göndərilməsi qanunvericiliyə ziddir. Beləliklə, göründüyü kimi iddiaçı M.Qurbanova dair ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 24 il 04 ay 26 gün xidmət müddətinə görə ## ###### 2024-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Aparılan araşdırma ilə əlaqədar, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən iddiaçının xidmət illərinin 19 il 04 ay 28 gün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh pensiya təyinatı aparan zaman iddiaçının xidmət müddətinin 20 ildən çox olduğunu nəzərə alınmışdır. Daha sonra isə sözügedən müddətin yalnız 19 ilinin hərbi qulluğa, digər 5 ilin isə dövlət qulluğuna aid olduğunu aşkar etmişdir. Qərardadda da qeyd olunduğu kimi "..hərbi qulluqçu kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajı birə-bir hərbi xidmət müddətinə daxil edildikdə dövlət qulluğunun xüsusi növündə xidmətin ağır şərtlərinə görə "Əmək pensiyaları haqqında" Qanunla müəyyən edilmiş həmin fərq aradan qalxmış olur". "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi, habelə pensiya təminatı ilə əlaqəli digər hüquqi münasibətlər ümumi (publik) hüququn tənzimləmə predmetinə aiddir. Bu isə pensiya təyin edən inzibati orqan (Dövlət Sosial Müdafiə Fondu) tərəfindən "Inzibati icraat haqqında" Qanunun III fəslində nəzərdə tutulan prosedur qaydalara və təminatlara riayət edilməsini labüd edir. Belə ki, işin hallarının obyektiv araşdırılması prinsipi inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılmasını tələb edir. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir ("Inzibati icraat haqqında" Qanunun 24.1-24.3-cü maddələri). Göstərilənlərlə yanaşı Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları"nın 4 və 5-ci hissələrinə uyğun olaraq bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən icra edilən hərəkətlərin obyektivliyinin, o cümlədən pensiya təyinatı ilə əlaqədar müvafiq normaların tələblərinə nail olunmasının, bununla da dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli şəkildə istifadəsinin təmin edilməsi təqdim edilmiş sənədlərdə müvafiq məlumatların (o cümlədən məlumat vərəqindəki məlumatların) pensiya təyinatı üçün kifayət edib-etməməsinin yoxlanılmasını tələb edir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məlumat vərəqindəki məlumatların Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılmasının həddi yalnız texniki xarakterli səhvlərin (uyğunsuzluqların) müəyyən edilməsi ilə məhdudlaşmamalı, aparılan yoxlama zamanı təqdim edilən məlumatların tamlığı araşdırılmalıdır. Bu zaman "Inzibati icraat haqqında" Qanunun 67.12-ci maddəsinin tələbinə də riayət olunmalıdır. Buna münasibətdə bildirmək istərdik ki, "Inzibati icraat haqqında" Qanunun 67.12.-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının dayandırılması haqqında ##.##.2025-ci il tarixli, 3-17-1/3-3- ***/**** nömrəli və əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının xidmət illəri və sığorta stajı ilə bağlı 20 ildən artıq stajının olması işin mübahisəsiz hallarıdır. Cavabdehin ona təqdim edilmiş məlumat vərəqindəki məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən dövlət qulluğu stajının gömrük orqanlarında xidmət illərinə daxil edilməsinin güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün hüquqi əsas yaratmaması ilə bağlı olmuşdur. Iddiaçının xidmət keçdiyi dövlət orqanı onun pensiya hüququnu qazandığı qənaətinə gələrək, xidmətinə xitam vermiş və barəsində olan məlumat vərəqəsini Fonda təqdim etmişdir. Belə bir vəziyyətdə pensiya hüququ cavabdeh orqan tərəfindən dar şərh yolu ilə ləğv edilə bilməz. Dövlət qulluğunda və dövlət qulluğunun xüsusi növündə keçilmiş xidmət illəri vahid dövlət xidmətinin tərkib hissəsi olmaqla, pensiya hüququnun müəyyən edilməsində birlikdə nəzərə alınmalıdır; əks yanaşma hüquqi müəyyənlik, etimadın qorunması və mütənasiblik prinsiplərini pozmaqla, şəxsin qazanılmış sosial təminat hüququna əsassız müdaxilə yaradır. "Dövlət qulluğu haqqında" Qanunda qeyd edilir ki, dövlət qulluqçusunun xüsusi növ dövlət qulluğunda keçdiyi müddət onun ümumi dövlət qulluğu stajına, eləcə də əksinə-dövlət qulluğu stajı xüsusi növ qulluq illərinə daxil edilir. 35. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh orqanın iddiaçıya təyin edilmiş əmək pensiyasının ləğv edilməsi hüquqi müəyyənlik, legitim gözlənti və inzibati akta etimad hüququnu pozmaqla, nəticədə onu həm əmək, həm də pensiya hüququndan məhrum etmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilmiş iddiaçı İddiaçı dair ***-**** nömrəli məlumat vərəqində qeyd edilən24 il 04 ay 26 gün xidmət müddətinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun (bundan sonra – Qanun) 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, ərizəçiyə ##.##.2024-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bildiririk ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən Dövlət Gömrük Komitəsinə ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli sorğular verilmişdir. Həmin sorğularda adları göstərilən şəxslərin xidmət illəri (qulluq keçdikləri orqan və qurumlar üzrə dövrlər və qulluğun növü ayrı-ayrılıqda göstərilməklə) barədə məlumatların təqdim edilməsi xahiş olunmuşdur. Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli məktubda qeyd edilmiş məlumatlara əsasən iddiaçının xidmət illərinin xidmət illərinin 19 il 4 ay28 gün (təqvimi xidmət illəri 13 il 11 ay25 gün, güzəştli xidmət illəri 3 il 5 ay 3 gün, ali təhsil müddəti 2 il) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barənizdə inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılması zamanı artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Belə ki, iddiaçıya vaxtilə qanunvericiliklə müəyyən edilmiş hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilməsi üçün xidmət keçdiyi sonuncu qurum tərəfindən göndərilmiş məlumat vərəqində göstərilmiş xidmət illəri düzgün hesablanmamışdır. Qeyd edilənlərə əsasən, iddiaçıya vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ##.##.2024cü il tarixli *-**-*/*-Y-******/**** nömrəli nömrəli məktub göndərilməklə ##.##.2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. Iddiaçı qeyd edilən tarixdə Mərkəzi Filiala gəlmiş, ona əmək pensiyası ilə bağlı qanunvericiliyin tələbləri ətraflı izah edilmişdir. Lakin mülahizənin dinlənilməsi ilə bağlı tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Bununla bağlı aktın aşağı hissəsində qeyd yazaraq imzası ilə təsdiq etmişdir. Bundan sonra, ona ödənilən “əmək pensiyasının dayandırılması haqqında” ##.##.2025-ci il tarixli *-**-*/*-*-***/**** nömrəli və “əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” ##.##.2025-ci il tarixli *-**-*/*-*-***/**** nömrəli qərarlar qəbul edilmişdir. Eyni zamanda, ##.##.2024-##.##.2024-cü il tarixləri arasındakı dövrlər üzrə ümumilikdə 30543,93 manat artıq ödənilmiş pul vəsaiti müəyyən olunmuşdur. Belə ki, dövlət qulluğu stajının hərbi xidmət stajı ilə birləşdirilərək pensiya təyin edilməsinin mümkünlüyü məsələsi Qanunla tənzimlənib. Belə ki, həmin Qanunun 9.5.2-ci və 9.5.3-cü maddələrinə əsasən hərbi xidmətdən yaşa, xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilir. Göründüyü kimi, 15 il hərbi xidmət müddəti olan şəxslərin hərbi xidmətə qəbul edilməzdən əvvəlki mülki iş stajı, o cümlədən dövlət qulluğu stajı da əmək pensiyası təyin edilərkən nəzərə alınır və həmin iş stajlarına görə əlavə faizlər hesablanır. Deməli, pensiyanın müəyyən edilməsi mülki iş stajının, o cümlədən dövlət qulluğu stajının hərbi xidmət illərinə birləşdirilməsi Komitənin sözügedən məlumat vərəqlərində tərtib etdiyi kimi Qanunun 9.5.1- ci maddəsi üzrə deyil, 9.5.2-ci və 9.5.3-cü maddələri üzrə təyinat zamanı tətbiq olunur. Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, Qanunun 1.0.3-cu maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli 499 nomrəli Fərmanının 2.4-cu bəndinə əsasən, Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları" dedikdə Dövlət Gömrük Komitəsidə nəzərdə tutulur. Qanunun 9.5-ci maddəsinin 0# ###### 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, aşağıdakı hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (9.5.1-ci maddə); - hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.2-ci maddə); hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.3-cü maddə). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ##.##.2021-ci il tarixli ***-VIQD nömrəli Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli 91 nomrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” əmək pensiyaçılarının deyil, işləməkdə olan şəxslərin qulluq illərinin hesablanmasını tənzimləyir. Sözügedən Qayda və şərtlərin qanuni əsası “Dövlət qulluğu haqqında” Qanunun “Dövlət məvacibi” başlıqlı maddəsində (maddə 22.7-2) göstərilmişdir. Həmin Qanunun 22-ci maddəsinin ümumi strukturuna nəzərə saldıqda görünür ki, maddədə dövlət məvacibinin tərkibindən, dövlət qulluqçularına tətbiq edilən əmək haqqına əlavələrdən, habelə əmsallardan bəhs olunur. Eyni zamanda, Qanunun 22.7-ci maddəsində dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqqın ödənilməsi nəzərdə tutulmuşdur. Məhz bu maddənin məntiqi davamı olaraq Qanunun 22.7-1-ci maddəsində aylıq əlavə haqqın ödənilməsi üçün əsas olan dövlət qulluq stajına dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin, habelə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə dövlət qulluq stajının daxil edilməsi, 22.7-2-ci maddədə isə həmin dövrlərin bir-birinə daxil edilməsinin qaydasının və şərtlərinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi qeyd olunmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, sonuncu normadan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” qəbul edilmişdir. Bu səbəbdən sözügedən qərar əmək pensiyası təyin edilərkən pensiya hüququ verən qulluq (xidmət) illərinin hesablanması zamanı nəzərə alınmamalıdır. O da vurğulanmalıdır ki, bəhs edilən qərarın müddəaları Azərbaycan Respublikası Prezidentinin28.01.2002-ci il tarixli *** nömrəli Fərmanıilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”na uyğun əlavə haqqı müəyyən edilərkən nəzərə alınır. Bu həm sözügedən Qaydanın 7-1-ci hissəsindən, həm də “Dövlət qulluğu haqqında” Qanunun 22.7-ci maddəsindən irəli gəlir. Beləliklə, qeyd olunanlardan aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli ** nömrəli Qərarı yalnız “Dövlət qulluğu haqqında” Qanuna əsasəndövlət qulluqçusu olan şəxslərin əmək fəaliyyətini tənzimləyən qayda və şərtləri özündə ehtiva edir. Buna görə də sözügedən Qayda və şərtlərə əsasən, gömrük orqanlarının xüsusi rütbəli əməkdaşlarının əmək pensiyasının hesablanması üçün xidmət illəri müəyyən edilərkən onların dövlət qulluqçusu kimi fəaliyyət müddətlərinin nəzərə alınması qanunvericiliyə ziddir. Bundan əlavə, dövlət qulluqçuların pensiya təminatı ilə bağlı məsələ “Dövlət qulluğu haqqında” Qanunun 23-cü maddəsində göstərilmiş və həmin Qanunun 23.1-ci maddəsində dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Qanununa uyğun olaraq həyata keçirildiyi birbaşa göstərilmişdir. Qanuna və ondan irəli gələn normativ hüquqi aktlara əsasən hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli Qərarına uyğun hesablanır. Qərarın adından göründüyü kimi, gömrük orqanlarının əməkdaşlarına hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün onların xidmət illəri sözügedən Qərarla müəyyən edilir. Həmin Qərarda xidmət illərinin hesablanması zamanı şəxslərin dövlət qulluqçusu kimi işlədiyi müddətin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. Bundan başqa, dövlət qulluğu stajının fəaliyyət müddətinin dövlət qulluğunun xüsusi növündəki xidmət illərinə daxil edilib, əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanmasına analoji halla bağlı Ali Məhkəmənin ## ###### 2023-cü il tarixində qəbul etdiyi və iddianı (vətəndaşın Fonda qarşı “Əmək pensiyaları haqqında” Qanunun məqsədləri üçün dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi... iddiası) rədd edən *-*(***)-****/**** nömrəli qərarında bildirilir ki: “iddia olunan məzmunda tələb o halda təmin oluna bilərdi ki, ... şəxs... qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun. Bu qərar Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsini müəyyən edən qərarların siyahısına daxil edilərək, *** (üç ulduz) nişanı ilə nömrələnmişdir. Beləliklə, həm imtina məktubunda, həm də iddia ərizəsinə etirazda hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydası aydın və konkret şəkildə göstərilmişdir. Həmçinin dövlət qulluğundakı qulluq stajının hansı hallarda hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi zamanı nəzərə alındığı izah edilmişdir. Lakin işə baxan məhkəmə qeyd edilən xüsusatları nəzərə almadan iddianı təmin etməklə iddiaçıya təyin edilmiş gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyasının bərpası qənaətinə gəlmişdir. Məhkəmə yekun qənaətə gələrkən əsas mövqe kimi Mərkəzi Filial tərəfindən mübahisələndirilən qərarların qəbul edilməsi zamanı iddiaçının “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsi ilə təsbit edilmiş etimad hüququnun pozulduğunu göstərmiş və hüquqi əsas olaraq isə adıçəkilən Qanuna, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı” ##.##.2026-cı il tarixli qərardadına istinad etmişdir. Məhkəmənin qeyd edilən mövqeyi ilə də razılaşmayaraq bildirilir ki, əvvəla, mövcud qanunvericilikdə Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə pensiya təyin edilməsi qaydasını dəqiq şəkildə müəyyən edilmiş, hərbi qulluqçu və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiya təyinatının məhz aidiyyəti dövlət orqanı tərəfindən təqdim edilən məlumat vərəqəsi əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən Fonda ötürülür. Müvafiq məlumat vərəqinə uyğun olaraq, pensiya təyin edilməsi üçün sözügedən sənəddə xidmət etmiş şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar göstərilir. Göründüyü kimi, şəxsin hərbi qulluqçu kimi pensiya hüququnun olub-olmamasının, xidmət illərinin və təminat xərcliyinin müəyyənləşdirilməsi onun xidmət keçdiyi orqanın öhdəliyidir. Buna görə də pensiyanın təyin edilməsi üçün Fonda yalnız məlumat vərəqi göndərilir, həmin məlumat vərəqində göstərilmiş xidmət illərinin hansı qaydada hesablanmasına dair hər hansı sənəd təqdim edilmir. Beləliklə, məlumat vərəqindəki məlumatların qanunauyğunluğuna görə məsuliyyəti xidmət keçilən qurum daşıyır. Bundan əlavə, sözügedən Qaydaların 5-ci hissəsinə görə məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Qeyd edilən müddəadan məlum olur ki, Mərkəzi Filialın əməkdaşının məlumat vərəqinin yoxlama səlahiyyəti yalnız 5 iş günü müddəti ilə məhdudlaşır və həmin hüquqi aktda müddətin uzadılması nəzərdə tutulmur. Həmçinin Qaydaların * nömrəli əlavəsi olan “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqi”nin “Xidmət illəri və sığorta stajı ilə bağlı məlumatlar” başlıqlı 2-ci hissəsində hərbi qulluqçunun konkret olaraq hansı dövlət orqanında (dövlət orqanının adı, xidmətin növü və s.) xidmət etməsinin göstərilməsi də müəyyən edilməmişdir. Beləliklə, hazırki iş üzrə Mərkəzi Filialın əməkdaşının 5 iş günü ərzində həyata keçirdiyi yoxlama iddiaçıya münasibətdə Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş məlumat vərəqində göstərilən məlumatlar əsasında mümkün olmuşdur. Həmin məlumatlar sırasına isə iddiaçının xidmət illərinin konkret tərkibi (dövrləri) ilə bağlı məlumatlar daxil olmadığından Mərkəzi Filialın əməkdaşı tərəfindən yoxlama səlahiyyətini icra edərkən hər hansı təqsirə yol verilməmişdir və bu səbəbdən Mərkəzi Filiala münasibətdə etimad hüququnun qorunmasına istinad edilməsi hüquqauyğun deyil. Son olaraq o da xüsusi ilə nəzərə alınmalıdır ki, məlumat vərəqindəki məlumatların Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılmasının həddi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ##.##.2026-cı il tarixli(yəni iddiaçıya pensiya təyin edildiyi ##.##.2023-cü il tarixdən sonra) qərardadda göstərilmişdir. Sözügedən qərardad isə iddiaçıya əmək pensiyası təyin edildikdən sonra qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərlə yanaşı, onu da vurğulayırıq ki, aşağıdakılara da əsasən məhkəmə iddiaçının Mərkəzi Filiala münasibətdə etimadın qorunması hüququna istinad edə bilməzdi. Belə ki, qanunvericilikdə etimadın qorunması hüququnu müəyyən edilməklə yanaşı, həmin hüququ istisna edən halların dairəsini də dəqiq göstərmişdir. Bu hallardan biri də şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar təşkil edir (IIHQ maddə, 67.6.3). Qeyd edilən halda inzibati aktın və ya inzibati orqanın faktiki xarakterli hərəkətlərinin qanunsuz olması şəxsə məlum olur və ya şəraitə görə ondan gözlənilən diqqət və ehtiyyatlılığı göstərsəydi məlum ola bilərdi. Eyni zamanda, hazırkı mübahisəyə münasibətdə iddiaçının dövlət qulluğu stajının hərbi xidmət müddətinə daxil edərək hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsinin qanunsuz olduğunu bilməsində və ya ən azından bilməli olmasında ifadə olunan davranışı inzibat icraat hüququnun müddəaları və şəxsin etimad hüququ baxımından qiymətləndirilərkən, həmçinin iddiaçının vəzifəsi, statusu, peşəsi, təhsil və bilik səviyyəsi, hüquqi aktın məzmunu və bununla bağlı digər hallar da nəzərə alınmalıdır. Oxşar mövqe Ali Məhkəmənin bu kateqoriyandan olan üç ulduz nişanı ilə işarələnmiş ##.##.2023-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarında da ifadə edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı, uzun müddət, yəni 19 il 04 ay 28 gün Dövlət Gömrük Komitəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində Komitənin fəaliyyəti, o cümlədən Komitədə xidmət etmiş şəxslərə pensiya təyinatı ilə bağlı hüquqi aktları bilirdi və ya bilməli idi. Həmçinin iddiaçı bir müddət də dövlət qulluqçusu kimi fəaliyyət göstərmişdir. Belə olan halda, iddiaçı, ən azından dövlət qulluğunun xüsusi növündə (hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət edən şəxslərin digər dövlət qulluqçularına nisbətdə daha ağır şərtlərdə fəaliyyət göstərdiyini bilirdi və ya bilməli idi. Iddiaçının bu qənaətə dövlət qulluğunun hər iki növü üzrə işlədiyi dövrdə ona münasibətdə tətbiq edilən imtiyazlar, məhdudiyyətlərin fərqli olmasından da gələ bilərdi. Hazırki iş üzrə etimadın qorunması hüququnun istisna edən hal, yəni iddiaçının pensiya təyin edilməsinə dair inzibati aktın qanunsuz olduğunu bilməli olduğu məqam Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərardadında da göstərilmişdir. Belə ki, həmin qərardadda qeyd edilmişdir ki, “hərbi qulluqçu kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajı birə-bir hərbi xidmət müddətinə daxil edildikdə dövlət qulluğunun xüsusi növündə xidmətin ağır şərtlərinə görə “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş həmin fərq aradan qalxmış olur. Bu halda, məsələn, 24 il dövlət qulluğu stajı olan şəxs cəmi 1 il hərbi qulluqçu və ya həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan xüsusi rütbəli şəxs kimi xidmət etdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edir. Bu isə davamlı olaraq daha ağır şərtlərdə xidmətə görə nəzərdə tutulmuş “əlahiddə status”u zəiflədə, həmçinin dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmayan erkən pensiya hüququnun qazanılması üçün sui-istifadə hallarının yaranmasına gətirib çıxara bilər.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu da hərbi qulluqçu kimi əmək pensiyası təyinatı zamanı dövlət qulluğu stajının birə-bir hərbi xidmət müddətinə daxil edilməsini hüquqauyğun hesab etməmişdir. Beləliklə, iddiaçının uzun müddət həm dövlət qulluğunun xüsusi, həm də ümumi növündə xidmət etdiyini, dolayasıyla hər iki xidmət növünün fərqliyinin bildiyini, onun təhsilini və diqqətəlayiq digər halları nəzərə alaraq hesab edirik ki, iddiaçının etimadın qorunması hüququ istisna edilməlidir. Eyni zamanda, onu da vurğulayırıq ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərardadında pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilmişdir. Bu hal və konstitusion nəzarəti həyata keçirən orqanın yuxarıda göstərilən qənaəti isə ona dəlalət edir ki, gömrük orqanlarının əməkdaşlarına pensiya təyin edilməsi üçün hərbi xidmət illəri bir qayda olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun hesablanmamalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Bütün bu hallar sözügedən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırmışdır ki, Apellyasiya şikayəti mahiyyət etibarilə birinci instansiyada irəli sürülmüş etirazların təkrarından, qanunvericiliyin ayrı-ayrı müddəalarının sistemdən kənar şərhindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli Qərardadından seçilmiş hissələrin həmin Qərardadın yekun hüquqi mövqeyindən ayrılaraq təqdim edilməsindən ibarətdir. Şikayətdə birinci instansiya məhkəməsinin hansı konkret sübutu tədqiq etmədiyi, hansı faktı yanlış müəyyən etdiyi və ya hansı normanı nə üçün yanlış tətbiq etdiyi əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi mübahisənin faktiki və hüquqi əsaslarını tam araşdırmış, iddiaçının xidmət dövrlərini, Dövlət Gömrük Komitəsinin ilkin və sonrakı məlumatlarını, pensiyanın təyin və dayandırılması ilə bağlı inzibati icraat materiallarını, qüvvədə olan normativ aktları və Konstitusiya Məhkəməsinin birbaşa bu kateqoriya mübahisələrə aid hüquqi mövqeyini birlikdə qiymətləndirmişdir. Qərar qanuni, əsaslı və iş materiallarına uyğundur. ş materiallarından müəyyən olunur ki, iddiaçı ##.##.2000-ci ildən ##.##.2007-ci ilədək daxili işlər orqanlarında, ##.##.2008-ci ildən ##.##.2018-ci ilədək Fövqəladə Hallar Nazirliyinin strukturunda dövlət qulluğu vəzifəsində, ##.##.2018-ci ildən ##.##.2024-cü ilədək isə Dövlət Gömrük Komitəsinin struktur bölmələrində xidmət etmişdir. Dövlət Gömrük Komitəsinin 084- **** nömrəli məlumat vərəqində 24 il 4 ay 26 gün təqvimi xidmət müddəti, güzəştli xidmət və ali təhsil müddəti də nəzərə alınmaqla ümumilikdə 29 il 9 ay 9 gün xidmət göstərilmiş, həmin rəsmi məlumat əsasında iddiaçıya ##.##.2024-cü ildən xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçı pensiya hüququnu özünün təqdim etdiyi saxta və ya təhrif edilmiş məlumatla deyil, xidmət keçdiyi səlahiyyətli dövlət orqanının hazırlayıb elektron informasiya sistemi vasitəsilə Fonda göndərdiyi məlumat vərəqi və Fondun həmin məlumatı yoxlayıb qəbul etməsi nəticəsində əldə etmişdir. Sonradan Dövlət Gömrük Komitəsinin ##.##.2024-cü il tarixli məktubuna əsasən xidmət dövrlərinin hüquqi təsnifatına fərqli yanaşılmış, cavabdeh də bu yeni yanaşmanı əsas götürərək əvvəlki əlverişli inzibati aktı ləğv etmiş və pensiyanı dayandırmışdır. Deməli, mübahisə iddiaçının hər hansı faktı gizlətməsi və ya yanlış məlumat təqdim etməsi ilə bağlı deyil. Mübahisə eyni dövlət orqanlarının əvvəlcə qəbul etdikləri hüquqi qiymətləndirməni sonradan dəyişmələrinin nəticəsinin vətəndaşın üzərinə qoyulmasının mümkün olub-olmaması ilə bağlıdır. Birinci instansiya məhkəməsi məhz bu həlledici fərqi düzgün müəyyən etmişdir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü mövqenin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə (Mübahisələndirilən inzibati aktların qəbul edildiyi tarixdə qüvvədə olmuş) təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.3-cü bəndinə zidd olması Belə ki, həmin Qərarla təsdiq edilmiş Qaydanın 4.3-cü bəndində təsbit edilmişdir ki, “Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il ## ###### tarixli *** nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il ## #### tarixli ** nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il # #### tarixli *** nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il # ###### tarixli * nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il ## ####### tarixli *** nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il ## ### tarixli *** nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2006-cı il tarixli, * nömrəli qərarının 2-ci bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət daxil edilir. Qərarın həmin bəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı mübahisəsiz olaraq gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir. Cavabdehin Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin yalnız işləməkdə olan şəxslərə şamil edilməsi barədə mövqeyinin həmin normativ hüquqi aktın mətninə zidd olması. “Dövlət qulluğu haqqında” Qanunun 22.7- 1-ci maddəsi imperativ şəkildə müəyyən edir ki, dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına, dövlət qulluğu stajı isə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Qanunverici bu qarşılıqlı daxil edilməni yalnız əməkhaqqına əlavə hesablanması ilə məhdudlaşdırmamış, “yalnız işlədiyi dövrdə” və ya “pensiya məqsədilə tətbiq edilmir” şəklində istisna müəyyən etməmişdir. Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Qayda və şərtlərin 3.1-ci bəndinə görə dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq illəri hesablanarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı nəzərə alınır. Qaydanın 4.4-cü bəndi isə onun qüvvəyə minməsindən əvvəl dövlət qulluğunda işləmiş və sonra xüsusi növə aid dövlət orqanında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmiş şəxslərin qulluq illərinin yenidən hesablanmasını birbaşa nəzərdə tutur. “Əvvəllər işləmiş” şəxslərə aid bu keçid müddəası cavabdehin Qaydanı yalnız hazırda işləyən şəxslərlə məhdudlaşdıran mövqeyini təkzib edir. Normativ aktın qəbul edilməsinin hüquqi əsası Qanunun 22-ci maddəsində yerləşdiyinə görə onun nəticəsinin yalnız aylıq əlavədən ibarət olduğunu söyləmək düzgün deyil. Maddənin sistem daxilində yerləşməsi onun açıq mətnini dəyişmir. Qanunda və Qaydada olmayan məhdudiyyət inzibati orqanın şərhi ilə yaradıla bilməz. Əks yanaşma “daxil edilir”, “nəzərə alınır” və “yenidən hesablanır” ifadələrini hüquqi nəticəsiz qoyar. Cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1 və 22.7-2-ci maddələrinin Qanunun “Dövlət məvacibi” adlanan 22-ci maddəsində yerləşməsinə əsaslanaraq, həmin normaların yalnız aylıq əlavə haqqın hesablanmasına xidmət etdiyini və pensiya münasibətlərinə tətbiq olunmadığını iddia edir. Bu yanaşma hüquq normasının sistemdə yerləşdiyi bölmənin adını normanın özünün açıq mətnindən üstün tutmaq deməkdir. Halbuki 22.7-1-ci maddədə qarşılıqlı hesablamanın məqsədi “aylıq əlavə haqqın müəyyən edilməsi üçün” sözləri ilə məhdudlaşdırılmamış, ümumi və imperativ formada dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə, xüsusi növdə qulluq illərinin isə dövlət qulluğu stajına daxil edildiyi təsbit olunmuşdur. Qanunverici bu normanı yalnız dövlət məvacibinin tərkib elementi kimi nəzərdə tutsaydı, onu açıq şəkildə “qulluq stajına görə aylıq əlavə haqqın hesablanması məqsədilə” ifadəsi ilə məhdudlaşdırardı. Belə məhdudiyyət olmadığı halda inzibati orqan normanın tətbiq sahəsini öz mülahizəsi ilə daralda bilməz. Maddənin başlığı hüquq normasının mətnini ləğv etmir, onun əhatə dairəsini dəyişdirmir və imperativ “daxil edilir” göstərişini “yalnız əlavə haqq üçün daxil edilir” formasına çevirə bilməz. Cavabdehin şərhi qəbul edilərsə, eyni xidmət dövrü əmək fəaliyyəti zamanı qulluq stajı sayılacaq, lakin həmin qulluq stajının əsas sosial-hüquqi nəticələrindən biri olan pensiya hüququ müəyyən edilərkən birdən-birə hüquqi əhəmiyyətini itirəcəkdir. Qanunvericilikdə belə ikili hüquqi rejim nəzərdə tutulmamışdır. Qulluq stajı şəxsin dövlətə xidmət müddətini ifadə edən vahid hüquqi kateqoriyadır; onun mövcudluğu inzibati orqanın qarşısındakı konkret məsələdən asılı olaraq yaradılıb aradan qaldırıla bilməz. Konstitusiya Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərardadı da 22.7-1-ci maddəni yalnız dövlət məvacibi norması kimi qiymətləndirməmiş, həmin maddəni məhz hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin hesablanması kontekstində təhlil etmişdir. Əgər norma pensiya münasibətlərinə ümumiyyətlə aid olmasaydı, Konstitusiya Məhkəməsinin həmin normanı pensiya hüququ baxımından geniş təhlil etməsinə və tənzimləmənin təkmilləşdirilməsini tövsiyə etməsinə hüquqi zərurət qalmazdı. “Qayda” və “şərt” anlayışlarının hüquqi mənası cavabdehin mövqeyini təkzib edir. “Dövlət qulluğu haqqında” Qanunun 22.7-2-ci maddəsi Nazirlər Kabinetinə yalnız texniki hesablama üsulunu deyil, dövlət qulluğunun xüsusi növündə qulluq illəri ilə dövlət qulluğu stajının qarşılıqlı daxil edilməsinin “qaydasını və şərtlərini” təsdiq etmək səlahiyyəti vermişdir. Bu iki anlayış eyni məna daşımır. “Qayda” qarşılıqlı hesablamanın kim tərəfindən, hansı sənədlər əsasında və hansı prosedurla aparılmasını; “şərt” isə hansı şəxslərin və hansı xidmət dövrlərinin bu hesablamaya daxil edilməli olduğunu müəyyən edir. Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli ** nömrəli Qərarı məhz bu qanunvericilik tapşırığını yerinə yetirmişdir. Qaydanın 3.1-ci bəndi dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq illəri hesablanarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajının nəzərə alınmasını müəyyən edir. Bu, sadəcə hesablamanın texniki üsulu deyil, hansı dövrün hüquqi baxımdan qulluq illərinə daxil edilməli olduğunu müəyyən edən maddi şərtdir. Qaydanın 4.2-ci bəndi hesablamanı şəxsin çalışdığı dövlət orqanının həyata keçirdiyini, 4.4-cü bəndi isə Qayda qüvvəyə minənədək yaranmış xidmət münasibətlərinə görə stajın yenidən hesablanmasını təsbit edir. Beləliklə, qanun “qayda və şərtlər”in müəyyən edilməsini Nazirlər Kabinetinə həvalə etmiş, Nazirlər Kabineti isə dövlət qulluğu stajının xüsusi növdə qulluq illəri hesablanarkən nəzərə alınmasını açıq şərt kimi müəyyən etmişdir. Cavabdehin bu tənzimləməni yalnız məvacib əlavəsinə aid texniki mexanizm kimi təqdim etməsi həm qanunvericinin istifadə etdiyi iki müstəqil anlayışı eyniləşdirir, həm də ** nömrəli Qaydanın 3.1 və 4.4-cü bəndlərini faktiki hüquqi nəticəsiz qoyur. Xüsusilə 4.4-cü bənd göstərir ki, Qayda yalnız həmin anda işləməkdə olan şəxslərin cari əməkhaqqı əlavəsini tənzimləmir. Bu bənd Qayda qüvvəyə minənədək dövlət qulluğunda işləmiş və sonradan dövlət qulluğunun xüsusi növünə aid orqanda rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmiş şəxslərin əvvəlki qulluq dövrlərinin yenidən hesablanmasını birbaşa tələb edir. Keçmiş xidmət dövrlərinin yenidən hesablanması barədə norma cavabdehin “yalnız hazırda işləyən şəxslər və yalnız məvacib” tezisi ilə uzlaşmır. IV. Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli Qərarında dövlət qulluğu stajının sadalanmamasının qadağanedici norma kimi şərh edilməsinin yolverilməzliyi. Cavabdeh Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli Qərarında dövlət qulluğu müddətinin ayrıca göstərilməməsinə istinad edir. Lakin normativ aktda müəyyən halın sadalanmaması, həmin məsələ daha sonrakı və daha yüksək hüquqi qüvvəli aktlarla açıq tənzimləndiyi halda, qadağa yaratmır. *** nömrəli Qərar 2021-ci ildə Qanuna əlavə edilmiş 22.7-1-ci maddəni və onun icrası üçün 2024-cü ildə qəbul edilmiş ** nömrəli Qaydanı etibarsız edə bilməz. Bundan başqa, Konstitusiya Məhkəməsi ##.##.2026-cı il tarixli Qərardadında *** nömrəli Qərarla yanaşı, gömrük orqanlarının fasiləsiz xidmət illərinin hesablanmasına dair ##.##.2006-cı il tarixli * nömrəli Qərarı və ** nömrəli Qaydanı da nəzərə almış, dövlət qulluğu və xüsusi növ dövlət qulluğunu vahid dövlət xidməti sisteminin formaları kimi qiymətləndirmişdir. Buna görə yalnız *** nömrəli Qərarı təcrid olunmuş şəkildə tətbiq etməklə sonrakı tənzimləmələri kənarlaşdırmaq sistemli təfsir tələbinə uyğun deyildir. V. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.2 və 9.5.3-cü maddələrinə istinadın mübahisənin predmetini əvəz etməməsi. Apellyasiya şikayətində göstərilir ki, mülki iş və dövlət qulluğu stajının nəzərə alınması yalnız Qanunun 9.5.2 və 9.5.3-cü maddələrindəki qarışıq staj modeli üzrə mümkündür. Lakin bu müddəalar 9.5.1-ci maddənin, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsinin və ** nömrəli Qaydanın qarşılıqlı əlaqəsini aradan qaldırmır. Iddiaçının stajı adi mülki əmək fəaliyyəti kimi deyil, qanunla dövlət qulluğu hesab edilən və xüsusi dövlət qulluğu ilə qarşılıqlı daxil edilməsi nəzərdə tutulan xidmət kimi qiymətləndirilmişdir. Cavabdehin yanaşması dövlət qulluğu stajını istənilən mülki əmək stajı ilə eyniləşdirir. Halbuki Konstitusiya Məhkəməsinin vurğuladığı kimi, dövlət qulluqçularının və xüsusi növdə çalışan şəxslərin xidməti mahiyyət etibarilə dövlətə xidmətin formalarıdır. Bu hüquqi keyfiyyət nəzərə alınmadan 9.5.2 və 9.5.3-cü maddələrə mexaniki istinad etmək mübahisənin mahiyyətinə cavab vermir. VI. Konstitusiya Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərardadındakı hüquqi mövqeyin təhrif edilməsinin yolverilməzliyi. Cavabdeh Qərardadda yer alan, xidmətin daha ağır şərtlərinə görə fərqləndirmənin zəifləyə və sui-istifadə ehtimalının yarana biləcəyinə dair ümumi mülahizəni qəti qadağa kimi təqdim edir. Halbuki Konstitusiya Məhkəməsi dövlət qulluğu stajının xüsusi növdə qulluq illərinə daxil edilməsini qanunsuz elan etməmiş, 22.7-1-ci maddəni qüvvədən salmamış və ** nömrəli Qaydanın tətbiqini dayandırmamışdır. Əksinə, mövcud qanunvericiliyin bu kateqoriya mübahisələri həll etməyə imkan verdiyini, tənzimləmə təkmilləşdirilənədək hüquq tətbiqedənin əmək pensiyası və dövlət qulluğu qanunvericiliyi ilə yanaşı etimadın qorunması və digər inzibati hüquq prinsiplərini rəhbər tutmalı olduğunu bildirmişdir. Qərardadın hazırkı iş üçün ən birbaşa hüquqi mövqeyi budur ki, “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsindəki hallar olmadıqda güzəştli pensiya təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyasının dayandırılması Konstitusiyanın 12, 16 və 38-ci maddələrinin, habelə etimad hüququnun pozulmasına səbəb ola bilər. Birinci instansiya məhkəməsi məhz bu hüquqi mövqeyi tətbiq etmişdir. Cavabdehin Qərardadın pensiya təyin edildikdən sonra qəbul olunmasına dair arqumenti də əsassızdır. Qərardad yeni məsuliyyət müəyyən edən norma deyil; mövcud Konstitusiya və qanun normalarının məzmununu açıqlayan hüquqi mövqedir. Üstəlik, mübahisələndirilən məhkəmə qərarı ##.##.2026-cı ildə, Qərardaddan sonra qəbul olunmuşdur və məhkəmə həmin vaxt qüvvədə olan məcburi konstitusion-hüquqi şərhi nəzərə almağa borclu idi. VII. Iddiaçının inzibati aktın qanunsuzluğunu bildiyinin və ya kobud ehtiyatsızlıqla bilmədiyinin sübut edilməməsi. Cavabdeh etimad hüququnu istisna etmək üçün “Inzibati icraat haqqında” Qanunun 67.6.3- cü maddəsinə istinad edir. Həmin istisnanın tətbiqi üçün konkret olaraq şəxsin aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi sübut edilməlidir. Bu, fərziyyə ilə deyil, işin faktlarına əsaslanan sübutlarla müəyyən olunmalıdır. Iddiaçı xidmət müddətini özü hesablamamış, məlumat vərəqini özü tərtib etməmiş və Fondun yoxlama funksiyasını həyata keçirməmişdir. Məlumat vərəqi Dövlət Gömrük Komitəsinin səlahiyyətli şəxsləri tərəfindən hazırlanmış, elektron sistemlə göndərilmiş və Fond tərəfindən qəbul edilmişdir. Iki ixtisaslaşmış dövlət orqanının qanuni saydığı hesablamanın hüquqi baxımdan yanlış olduğunu adi vətəndaşın həmin orqanlardan daha əvvəl müəyyən etməli olduğunu tələb etmək etimad prinsipini mənasızlaşdırardı. Cavabdehin iddiaçının vəzifəsi, təhsili və uzun müddət xidmət etməsi səbəbindən qanunsuzluğu bilməli olması barədə mülahizəsi də konkret sübut deyil. Iddiaçının pensiya qanunvericiliyinin tətbiqinə və məlumat vərəqinin hüquqi yoxlanılmasına dair xüsusi səlahiyyəti olmayıb. Ümumi təhsil və xidmət təcrübəsi mürəkkəb, müxtəlif normativ aktların qarşılıqlı tətbiqini tələb edən hüquqi məsələdə “kobud ehtiyatsızlıq” prezumpsiyası yaratmır. Əksinə, cavabdeh özü apellyasiya şikayətində ilkin məlumat vərəqində xidmət dövrlərinin tərkibinin göstərilmədiyini və Fond əməkdaşının bunu müəyyən edə bilmədiyini bildirir. Əgər xüsusi səlahiyyətli Fond özünün dediyinə görə həmin məlumatlarla uyğunsuzluğu aşkar edə bilmirdisə, eyni uyğunsuzluğun iddiaçı tərəfindən bilinməli olduğunu iddia etmək daxili ziddiyyətdir. VIII. Məlumat vərəqinə görə məsuliyyətin Dövlət Gömrük Komitəsinə aid olmasının iddiaçının etimadını aradan qaldırmaması. Cavabdeh məlumat vərəqinin düzgünlüyünə görə xidmət keçilən qurumun məsuliyyət daşıdığını bildirir. Bu arqument iddiaçının əleyhinə deyil, xeyrinə nəticə doğurur. Çünki dövlət orqanları arasında səlahiyyət bölgüsündən yaranmış səhvin nəticəsi həmin bölgüdə heç bir rolu olmayan vətəndaşın üzərinə keçirilə bilməz. Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 5-ci hissəsi məlumat vərəqinin Fond tərəfindən yoxlanılmasını tələb edir. Beş iş günlük müddət və Fondun yoxlamasının həcmi dövlətin daxili idarəetmə məsələsidir; bu, vətəndaşın rəsmi məlumat vərəqinə və onun əsasında qəbul olunmuş əlverişli inzibati akta etimadını aradan qaldıran norma deyil. Dövlətin bir qurumunun səhvinə görə digər qurumun məsuliyyətsiz olması barədə arqument vətəndaşın sosial təminat hüququnun ləğvinə əsas ola bilməz. Həmçinin yeni məlumatın təqdim edilməsi əvvəlki məlumatın mütləq “saxta” və ya faktiki səhv olduğunu deyil, xidmət dövrlərinin hüquqi təsnifatına yanaşmanın dəyişdiyini göstərir. Belə hüquqi qiymətləndirmə fərqi 67.6.3cü maddə üzrə iddiaçının vicdansız davranışını sübut etmir. IX. Əlverişli inzibati aktın ləğvi zamanı etimadın və mütənasibliyin qorunmasının nəzərə alınmalı olması. Iddiaçı səlahiyyətli dövlət orqanlarının qərarlarına etimad edərək xidmətinə xitam verilməsi və pensiyaya çıxması kimi geri dönməsi son dərəcə çətin olan qərar qəbul etmişdir. Pensiya təyin edildikdən, ödənişlər aparıldıqdan və iddiaçı həyatını həmin hüquqi vəziyyətə uyğun qurduqdan sonra dövlətin öz daxili hüquqi qiymətləndirməsini dəyişərək pensiyanı tam dayandırması iddiaçıya çox ağır fərdi yük qoymuşdur. Cavabdeh daha yüngül vasitələrin mümkün olub-olmadığını, iddiaçının vəziyyətə təsir imkanını, onun qanuni gözləntisini, əvvəlki işə qayıtmasının real olub-olmadığını və sosial təminatdan məhrum edilmənin nəticələrini qiymətləndirməmişdir. Inzibati aktların ləğvi avtomatik mexanizm deyil; qanunla qorunan etimad və mütənasiblik ayrıca əsaslandırılmalıdır. Mübahisələndirilən aktlarda bu balanslaşdırma aparılmamışdır. 30543,93 manat məbləğində artıq ödənişin müəyyən edilməsi barədə şikayətdə qeyd olunan hal da etimadın müdafiəsini daha aktual edir. Iddiaçının təqsiri, yanlış məlumat təqdim etməsi və ya vicdansız davranışı sübuta yetirilmədən həm gələcək pensiyanın dayandırılması, həm də keçmiş dövr üzrə böyük məbləğin tələb edilməsi hüquqi təhlükəsizlik və mütənasiblik prinsipləri ilə uzlaşmır. X. Inzibati icraatın formal başlanması qəbul edilmiş qərarların qanuniliyini təmin etməməsi. Cavabdeh iddiaçını dinləməyə dəvət etdiyini və akt tərtib etdiyini göstərir. Lakin dinlənilmə hüququnun formal təmin edilməsi inzibati icraatın obyektiv, tam və qərəzsiz aparıldığı anlamına gəlmir. “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsi həm şəxsin əleyhinə, həm də xeyrinə olan halların araşdırılmasını tələb edir. Iddiaçının etimadı, dövlət orqanlarının ilkin qərarları, ** nömrəli Qaydanın 4.4-cü bəndi, alternativ hüquqi şərhlər və müdaxilənin mütənasibliyi araşdırılmadan yalnız sonrakı məktuba əsasən qərar qəbul edilməsi obyektiv araşdırma tələbinə cavab vermir. Bundan əlavə, şikayətin özündə tarix uyğunsuzluğu mövcuddur: iddiaçıya ##.##.2025-ci ilədək gəlmək üçün vaxt verildiyi göstərildiyi halda, mübahisələndirilən qərarlar ##.##.2025-ci il tarixində qəbul edilmişdir. Bu hal mülahizələrin təqdim olunması üçün verilmiş müddət bitmədən qərarların rəsmiləşdirildiyi ehtimalını yaradır və dinlənilmənin real təsir imkanına malik olubolmadığını şübhə altına alır. XI. Ali Məhkəmənin ##.##.2023-cü il tarixli qərarının hazırkı işə tətbiq edilməsinin yolverilməzliyi. Cavabdehin istinad etdiyi *-*(***)-****/**** nömrəli qərar fərqli faktiki və normativ şəraitdə qəbul edilmişdir. Həmin qərar qəbul edilərkən Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli ** nömrəli Qaydası mövcud deyildi. Hazırkı işdə isə ** nömrəli Qayda iddiaçının pensiya təyinatı və mübahisələndirilən aktların qəbulu zamanı qüvvədə olmuş, onun 4.4-cü bəndi əvvəlki xidmət dövrlərinin yenidən hesablanmasını açıq nəzərdə tutmuşdur. Bundan başqa, 2023-cü il qərarının predmeti və şəxsin xidmət sahəsi hazırkı işlə eyni deyil. Məhkəmə təcrübəsinin vahidliyi oxşar fakt və eyni normativ baza olduqda əhəmiyyət daşıyır; sonradan qəbul edilmiş normativ aktı və Konstitusiya Məhkəməsinin 2026-cı il hüquqi mövqeyini nəzərə almadan əvvəlki qərarın nəticəsini avtomatik köçürmək olmaz. XII. Birinci instansiya məhkəməsinin sübutları tam və hərtərəfli araşdırması Apellyasiya şikayətində Inzibati Prosessual Məcəllənin 12.1, 12.2 və 58.7ci maddələri sadalanır, lakin məhkəmənin hansı konkret araşdırma hərəkətini etmədiyi göstərilmir. Birinci instansiya məhkəməsi tərəflərin mövqelərini, xidmət və pensiya sənədlərini, inzibati icraat materiallarını, tətbiq olunan qanun və qərarları, eləcə də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini araşdıraraq motivləşdirilmiş nəticəyə gəlmişdir. Cavabdehin sübutların qiymətləndirilməsindən narazı qalması həmin sübutların araşdırılmaması demək deyildir. Apellyasiya şikayətində yeni həlledici sübut təqdim edilmir; yalnız eyni sənədlərin cavabdehin marağına uyğun başqa cür şərhi təklif olunur. Bu isə qanuni və əsaslı məhkəmə qərarının ləğvi üçün kifayət etmir. XIII. Apellyasiya şikayətinin arqumentlərindəki əsas ziddiyyətlər. Birincisi, cavabdeh Fondun ilkin mərhələdə məlumat vərəqinin tərkibini yoxlamaq imkanının olmadığını bildirir, lakin eyni zamanda iddiaçının həmin məlumat əsasında qəbul olunmuş aktın qanunsuzluğunu bilməli olduğunu iddia edir. Ikincisi, məlumat vərəqinə görə məsuliyyətin Dövlət Gömrük Komitəsində olduğunu deyir, amma həmin qurumun səhvinin bütün hüquqi nəticəsini iddiaçının üzərinə qoyur. Üçüncüsü, ** nömrəli Qaydanın yalnız işləyən şəxslərə aid olduğunu söyləyir, halbuki 4.4-cü bənd əvvəlki dövrlərin yenidən hesablanmasını nəzərdə tutur. Dördüncüsü, Konstitusiya Məhkəməsinin Qərardadındakı ümumi risk mülahizəsini qadağa kimi təqdim edir, lakin həmin Qərardadın 67.6-cı maddədəki hallar olmadıqda pensiyanın dayandırılmasının konstitusion hüquqları poza biləcəyinə dair birbaşa nəticəsini nəzərə almır. Bu ziddiyyətlər cavabdehin mövqeyinin vahid və ardıcıl hüquqi əsasa deyil, artıq qəbul edilmiş əlverişsiz aktların nəticəsini qorumağa yönəlmiş seçici şərhə əsaslandığını göstərir. XIV. Azərbaycan Respublikası Ali Məhkəmənin Fuad Əlizadə işi üzrə qərarının ən azı vahid məhkəmə təcrübəsi, hüquqi müəyyənlik, bərabərlik və inzibati fəaliyyətin proqnozlaşdırıla bilməsi baxımından nəzərə alınması. Fuad Əlizadə işi eyni hüquqi məsələnin məhkəmələr tərəfindən qəti həll olunduğunu göstərir. Hazırkı mübahisə üçün xüsusi əhəmiyyət daşıyan X1 işi eyni hüquqi məsələnin bütün instansiyalar üzrə yoxlanılmış nümunəsidir. Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə Fuad Əlizadəyə pensiya təyin edilməsi üçün məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuşdur. Həmin qərarın əsasını Fuad Əlizadənin dövlət qulluğunda mövcud olan stajının gömrük orqanlarındakı xidmət stajına daxil edilməsi təşkil etmişdir. Dövlət Gömrük Komitəsi bu qərardan apellyasiya şikayəti verməmiş, qərar qanuni qüvvəyə minmiş və Komitə onu icra edərək ##.##.2023cü il tarixli, ***-**** nömrəli məlumat vərəqini tərtib edib Fonda göndərmişdir. Bu, təsadüfi və ya texniki hərəkət deyil. DGK məhkəmə qərarında müəyyən edilmiş hüquqi yanaşmanı qəbul etmiş, dövlət qulluğu stajının gömrük xidmət illərinə daxil edilməsi əsasında məlumat vərəqi vermiş və həmin yanaşmanı digər eyni vəziyyətdə olan əməkdaşların pensiyaya buraxılmasında inzibati praktika kimi tətbiq etmişdir. Fond həmin məlumat vərəqi əsasında Fuad Əlizadəyə ##.##.2023-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Daha sonra eyni cavabdeh ilkin hüquqi qiymətləndirməni dəyişərək ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarla pensiya təyinatını ləğv etmiş, *-**-*/*-*-*****/**** nömrəli qərarla pensiyanın ödənişini dayandırmışdır. Fuad Əlizadə həmin aktları məhkəmədə mübahisələndirmiş və Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin olunaraq hər iki akt ləğv edilmiş, pensiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə təmin edilməmişdir. Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qəti qərarı ilə cavabdehin kassasiya şikayəti də təmin edilməmiş və apellyasiya qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə xüsusi olaraq müəyyən etmişdir ki, Fuad Əlizadənin dövlət qulluğundakı stajının gömrük orqanlarındakı xidmət stajına hesablanaraq məlumat vərəqinin tərtib edilməsi vəzifəsi DGK-nın üzərinə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qoyulmuş, pensiya təyinatına əsas verən məlumat vərəqinin hüquqi əsası həmin qərarda artıq həll edilmişdir. Bu yanaşma onu göstərir ki, DSMF sonradan həmin hüquqi əsası yox sayaraq məlumat vərəqinin nəticəsini ləğv edə bilməz. Fuad Əlizadə işi yalnız nümunə deyil, hüquqi müəyyənlik və ardıcıl inzibati praktikanın konkret sübutudur. Fuad Əlizadə işi İddiaçı işindən kənar, əlaqəsiz presedent kimi qiymətləndirilə bilməz. Hər iki halda söhbət dövlət qulluğu stajının gömrük orqanlarında xüsusi rütbəli xidmət illərinə daxil edilməsindən, DGK tərəfindən məlumat vərəqinin tərtib olunmasından, Fondun həmin vərəq əsasında pensiya təyin etməsindən və təxminən bir il sonra həmin təyinatı ləğv etməsindən gedir. Hüquqi məsələ, iştirak edən inzibati orqanlar və onların hərəkətlərinin ardıcıllığı eynidir. DGK Fuad Əlizadə üzrə ##.##.2023-cü il tarixli qərardan şikayət verməməklə həmin qərarın qanuni qüvvəyə minməsinə imkan vermiş, onu icra etmiş və həmin yanaşmanı əsas götürərək pensiya hüququ yaranan başqa əməkdaşları da pensiyaya buraxmışdır. Dövlət orqanı bir şəxsin işində qəbul etdiyi və icra etdiyi hüquqi yanaşmanı eyni vəziyyətdə olan digər şəxslərə münasibətdə heç bir əsaslı fərqləndirmə meyarı göstərmədən inkar edə bilməz. Bu, “Inzibati icraat haqqında” Qanunun 12-ci maddəsindəki bərabərlik, 13-cü maddəsindəki etimadın qorunması və 14-cü maddəsindəki inzibati praktikanın ardıcıllığı prinsiplərindən irəli gəlir. Daha sonra Fuad Əlizadənin pensiyasının dayandırılması barədə qərarlar ayrıca məhkəmə nəzarətindən keçirilmiş və üç instansiyada, o cümlədən Ali Məhkəmənin qəti qərarı ilə qanunsuz sayılmışdır. Deməli, cavabdehin hazırkı apellyasiya şikayətində yenidən irəli sürdüyü “dövlət qulluğu stajı pensiya məqsədilə nəzərə alına bilməz”, “** nömrəli Qayda yalnız dövlət məvacibinə aiddir” və “məlumat vərəqinə görə Fond məsul deyil” arqumentləri artıq eyni hüquqi münasibətdə ən yüksək məhkəmə instansiyasının təsdiq etdiyi nəticə ilə uzlaşmır. IPM-in 1.2-ci maddəsi ilə əlaqəli tətbiq edilən MPM-in 82.3-cü maddəsində nəzərdə tutulan preyudisiallığın formal subyektiv hədləri ayrıca qiymətləndirilsə belə, Ali Məhkəmənin Fuad Əlizadə işi üzrə qəti qərarı ən azı vahid məhkəmə təcrübəsi, hüquqi müəyyənlik, bərabərlik və inzibati fəaliyyətin proqnozlaşdırıla bilməsi baxımından nəzərə alınmalıdır. Cavabdeh eyni hüquqi konstruksiyanı bir işdə qəbul edib digər işdə inkar etməsinin əsaslı səbəbini göstərə bilməmişdir. Cavabdehin “Inzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə istinadı Fuad Əlizadə üzrə formalaşmış dövlət praktikasının fonunda xüsusilə əsassızdır. Iddiaçının aktın qanunsuzluğunu bildiyi və ya kobud ehtiyatsızlıqla bilmədiyi barədə nəticə üçün onun dövlət orqanlarının rəsmi mövqeyinə zidd davranması tələb olunardı. Hazırkı işdə isə tam əks vəziyyət mövcuddur: DGK məhkəmə qərarı ilə təsdiqlənmiş hüquqi yanaşmanı qəbul etmiş, həmin yanaşma əsasında məlumat vərəqləri tərtib etmiş, DSMF həmin vərəqləri yoxlayıb pensiyalar təyin etmişdir. Vətəndaş məhz dövlətin açıq, rəsmi və ardıcıl görünən davranışına etimad etmişdir. Fuad Əlizadə üzrə ilkin qərarın DGK tərəfindən mübahisələndirilməməsi, qərarın icra edilməsi və daha sonra pensiyanın dayandırılmasının üç məhkəmə instansiyasında qanunsuz sayılması şəraitində İddiaçı həmin dövlət praktikasının əksinə olaraq pensiya təyinatının qanunsuzluğunu əvvəlcədən bilməsinin tələb edilməsi hüquqi absurd nəticəyə gətirərdi. Dövlət orqanlarının və məhkəmələrin qanuni saydığı yanaşmaya etimad edən şəxs “kobud ehtiyatsız” hesab edilə bilməz. XV. XVII. Iddiaçı barəsində tərtib edilmiş məlumat vərəqinin beş iş günü ərzində yoxlama öhdəliyinin yerinə yetirilməməsinin nəticəsi vətəndaşa yüklənə bilməz. Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 5-ci hissəsinə görə məlumat vərəqindəki məlumatlar təsdiq edildiyi tarixdən beş iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılmalı, uyğunsuzluq aşkar edilmədikdə qəbul edilərək pensiya təyinatı aparılmalı, uyğunsuzluq olduqda isə səbəbi göstərilməklə qəbuldan imtina edilməlidir. Bu müddəa Fonda passiv qeydiyyatçı deyil, pensiya hüququnun şərtlərini yoxlayan səlahiyyətli inzibati orqan statusu verir. Konstitusiya Məhkəməsi də ##.##.2026-cı il tarixli Qərardadında Fondun yoxlamasının yalnız texniki səhvlərin müəyyən edilməsi ilə məhdudlaşmadığını, təqdim olunmuş məlumatların tamlığının və pensiya təyinatı üçün kifayət edib-etmədiyinin araşdırılmalı olduğunu açıq göstərmişdir. Buna görə cavabdehin “məlumat vərəqində xidmət dövrlərinin tərkibi göstərilmirdi, yoxlama mümkün deyildi” arqumenti onu məsuliyyətdən azad etmir; əksinə, məlumatın natamam olduğu qənaətində idisə, beş iş günü ərzində əlavə məlumat tələb etmək və ya vərəqi qəbul etməmək onun qanuni vəzifəsi idi. Fond bu yoxlamanı lazımi qaydada aparmamış, məlumat vərəqini qəbul etmiş, pensiya təyin etmiş və uzun müddət ödəniş həyata keçirmişdir. Bir ildən sonra dövlət orqanlarının öz aralarındakı hüquqi yanaşmanı dəyişərək pensiyanı dayandırmaları və əvvəlki ödənişləri geri tələb etmələri dövlət idarəçiliyinin səhvinin bütün nəticələrini vətəndaşın üzərinə qoyur. Hüquqi dövlət prinsipinə görə inzibati orqanın öz qanuni yoxlama vəzifəsini vaxtında yerinə yetirməməsi sonradan vətəndaşın qazanılmış hüququnun və legitim gözləntisinin əleyhinə istifadə edilə bilməz. Cavabdehin mövqeyində aşkar ziddiyyət vardır: bir tərəfdən Fondun ilkin məlumatlar əsasında uyğunsuzluğu müəyyən edə bilmədiyi bildirilir, digər tərəfdən isə xüsusi pensiya qanunvericiliyini tətbiq etmək səlahiyyəti olmayan iddiaçının həmin uyğunsuzluğu bilməli olduğu iddia edilir. Ixtisaslaşmış inzibati orqanın müəyyən edə bilmədiyini söylədiyi mürəkkəb hüquqi məsələni vətəndaşın bilməli olması barədə nəticə nə məntiqi, nə də hüquqi baxımdan qəbul edilə bilər. XVI. Apellyasiya şikayətinin əsas arqumentlərinin iş materialları və məhkəmə təcrübəsi ilə təkzib olunması. Cavabdehin ** nömrəli Qaydanın yalnız işləyən şəxslərə və məvacib əlavəsinə aid olması barədə arqumenti Qaydanın 3.1 və 4.4-cü bəndləri, “qaydalar və şərtlər” anlayışlarının hüquqi məzmunu və Konstitusiya Məhkəməsinin həmin normanı pensiya münasibətləri daxilində təhlil etməsi ilə təkzib olunur. *** nömrəli Qərarda dövlət qulluğu stajının ayrıca sadalanmaması barədə arqument sonrakı tarixli Qanun və ** nömrəli Qayda ilə, habelə normativ aktların sistemli tətbiqi tələbi ilə təkzib olunur. Məlumat vərəqinə görə yalnız DGK-nın məsuliyyət daşıması barədə arqument *** nömrəli Qaydanın Fondun üzərinə qoyduğu beş iş günlük yoxlama öhdəliyi və Konstitusiya Məhkəməsinin yoxlamanın məzmununa dair hüquqi mövqeyi ilə təkzib olunur. Iddiaçının qanunsuzluğu bilməli olması barədə arqument onun məlumatı özü hazırlamaması, iki səlahiyyətli dövlət orqanının rəsmi hərəkətlərinə etimad etməsi və Fuad Əlizadə işi üzrə formalaşmış dövlət və məhkəmə praktikası ilə təkzib olunur. Konstitusiya Məhkəməsinin “birə-bir hesablamanın sui-istifadə yarada bilməsi” barədə ümumi mülahizəsinə istinad isə həmin Qərardadın ədalət, etimad və 67.6-cı maddədəki istisnalar olmadıqda pensiyanın dayandırılmasının konstitusion hüquqları poza bilməsi barədə birbaşa hüquqi nəticəsini aradan qaldırmır. İddiaçı halında sui-istifadə, saxta məlumat, gizlətmə və ya vicdansız davranış yoxdur; dövlət orqanlarının özlərinin yaratdığı hüquqi vəziyyətə etimad vardır. XVII. Nəticə Hazırkı işdə iddiaçı tərəfindən yanlış məlumat verilməsi, hər hansı halın gizlədilməsi, aldatma və ya digər vicdansız davranış sübut olunmamışdır. Pensiya səlahiyyətli dövlət orqanının rəsmi məlumat vərəqi və cavabdehin yoxlaması əsasında təyin edilmişdir. Iddiaçı həmin qərara etimad etməklə xidmətinə xitam verilməsi və gələcək həyatının planlaşdırılması barədə geri dönüşü çətin qərarlar qəbul etmişdir. Sonradan dövlət orqanları arasında hüquqi qiymətləndirmənin dəyişməsi həmin etimadı avtomatik aradan qaldırmır. Birinci instansiya məhkəməsi 67.6-cı maddədəki istisnaların mövcud olmadığını, dövlət qulluğu ilə xüsusi dövlət qulluğunun vahid sistem daxilində nəzərə alınmalı olduğunu, hüquqi müəyyənlik və legitim gözləntinin pozulduğunu düzgün müəyyən etmişdir. Cavabdehin şikayəti qərarın faktiki və hüquqi əsaslarını təkzib etmir. Cavabdehin apellyasiya şikayəti təmin edilməməsi, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; .. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; ..... 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. 22.5. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.6. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2006-cı il tarixli *** nömrəli Fərmanının: 2.1. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.7-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.2. həmin Qanunun 22.4-cü və 24.0.1-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 2.4. həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyininhesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının:
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. 2-1. Hərbi və xüsusi rütbəli şəxslərin təqvimi xidmət müddətinə aşağıdakı dövrlər aid edilir: 2-1.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə başladıqları gündən həqiqi hərbi xidmətin son gününədək olan dövr; 2-1.5. daxili işlər, fövqəladə hallar, ədliyyə, gömrük orqanlarının və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin rəis və sıravi heyətinə mənsub şəxslər və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq keçən şəxslər həmin vəzifələrə təyin edildikləri gündən qulluq (xidmət) keçmələrinə xitam verilən günədək olan dövr; 2-1.14. zabit heyətinə və xüsusi rütbəli şəxslərə (daxili işlər, fövqəladə hallar və ədliyyə orqanlarında kiçik rəis heyəti və gömrük orqanlarında kiçik heyət istisna olmaqla) Qanunun 9.5.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilərkən beş ilədək müddət daxilində təhsilin bir ili altı ay sayılmaqla (ən çoxu iki il altı ay hesablanmaqla) hərbi və xüsusi rütbə nəzərdə tutulan vəzifələrə qəbul edilməzdən əvvəl mülki ali (qiyabi və axşam təhsilalma formalarında təhsil dövrü daxil olmaqla), habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində təhsil dövrü.
4. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** saylı Qərarının: 2.1. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: 2.1.1. rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti; 2.1.7. sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət; 2.3. “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il # ###### tarixli *** nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 3.1. Dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən dövlət qulluğunda aşağıdakı dövrlər nəzərə alınır: 3.1.1. dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; 3.1.2. dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı; 3.1.4. dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti; 4.2. Dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluğunda qulluq stajına və dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajının rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinə daxil edilməsi şəxsin çalışdığı dövlət orqanı tərəfindən həyata keçirilir Azərbaycan Respublikasının 1999-cu il # ###### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş” Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin:
1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.
2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı
“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı onun barəsində cavabdeh inzibati orqan tərəfindən onun barəsində qəbul edilmiş əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi, əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa eidlməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya ## ###### 2024-cü il tarixdə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi pensiya təyin edilsə də, sonradan xidməti araşdırma zamanı işlədiyi inzibati orqan tərəfindən təqdim edilmiş məlumatlarda yanlışlığa yol verildiyindən, həmin məlumatların dəqiqləşdirilməsi nəticəsində xüsusi rütbəli şəxs kimi xidmət illərinin 19 il 4 ay 28 gün olduğunu, qalan dövrün isə dövləöt qulluqçusu kimi fəaliyyət göstərdiyi müəyyən edildiyindən, ## ###### 2025-ci il tarixdə əmək pensiyasının dayandırılması və artıqödəmə halının müəyyən edilməsi barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən ## ###### 2024-cü il tarixdə iddiaçı barəsində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müxtəlif inzibati orqanlarda işləmiş, sonuncu olaraq Dövlət Gömrük Komitəsində xidmət etmiş, daha sonra həmin qurum tərəfindən məlumat vərəqəsi tərtib edilərək, cavabdeh inzibati orqana göndərilmiş, onun əsasında yaşa görə pensiya təyin edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, üçüncü şəxs inzibati orqan tərəfindən tərtib edilmiş məlumat vərəqəsində iddiaçının barəsində ümumilikdə 29 il 9 ay 29 gün təqvim xidmət illəri olmaqla, 24 il 4 ay 26 gün təqvim xidmət ili, güzəştli xidmət ili 3 il 5 ay 3 gün, 2 il təhsil müddəti kimi qeyd edilmiş, iddiaçı barəsində yeni məlumat vərəqəsi tərtib edilməmiş, habelə mövcud məlumat vərəqəsində hər hansı dəyişiklik edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da məlumat vərəqəsində əks olunmuş məlumatların mötəbərliyinin yoxlanılması məqsədilə onu tərtib edən üçüncü şəxs inzibati orqana məktub ünvanlanmış, inzibati orqan məlumat vərəqəsinin qanunvericiliyin tələbinə uyğun tərtib edildiyini, həmin məlumatların düzgünlüyünü təsdiq etmişdir Indiki halda cavabdeh tərəfindən iddiaçı barəsində mübahisə predmeti olan qərarın qəbul edilməsinə əsas kimi iddiaçının xidmət etdiyi qurum tərəfindən məlumat vərəqəsində əks olunmuş məlumatların təsdiq olunmaması, xidmət illərinin tərkib hissəsinə sorğu əsasında aydınlıq gətirilməsi, xidməti araşdırma zamanı sorğu əsasında iddiaçının xidmət etdiyi illərin tərkibində dövlət qulluğuna aid illərin olduğunun müəyyən edilməsi, həmin ilin xüsusi rütbəli şəxs kimi xidmət ilinə daxil edilməsinin qanunazidd olmasının müəyyən edilməsi çıxış etmişdir. Lakın məhkəmə araşdırması zamanı cavabdehin istinad etdiyi həmin məlumatların həqiqliyi Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilməmiş, əksinə iddiaçı barəsində verilmiş məlumat vərəqəsində əks olunmuş məlumatların düzgünülüyü təsdiq edilmiş, həmin məlumat vərəqəsinin qanunvericiliyin təlbəinə uyğun tərtib edildiyi qeyd edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın əsaslılığına dövlət qulluğu ilə bağlı xidmət illərinin xüsusi rütbəli şəxs kimi xidmət illərinin müəyyən edilməsi zamanı hesablanması məsələsi ilə bağlı hissədə qanunvericilik normasının və formalaşdırılmış məhkəmə təcrübəsinin tələblərinə uyğun olaraq, ətraflı dəyərləndirmə aparılaraq, işin faktiki və hüquqi halları qeyd edildiyindən, kollegiya həmin dəyərləndirmə ilə razı olduğundan, təkrarən həmin halların qeyd edilməsini zəruəti mövcud olmamışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqan xüsusi rütbəli şəxs kimi pensiya təyinatının aparılması zamanı şəxsin xidmət illərini məhz onun sonuncu xidmət etdiyi qurum tərəfindən verilmiş məlumat vərəqəsi əsasında müəyyən etməklə, həmin məlumatlar əsasında pensiya təyinatı həyata keçirilir, cavabdehin həmin məlumatlarda dəyişiklik etmək kimi bir səlahiyyəti mövcud olmamışdır. Başqa sözlə düəsk, xüsusi rütbəli şəxs kimi pensiya təyinatı zamanı xidmət illərinin müəyyən edilməsi ilə bağlı hissədə cavabdeh inzibati orqan məhz təqdim edilmiş məlumat vərəqəsi və təminat xərcliyində əks olunmuş məlumatlardan asılıdır, onun tərəfindən bu zaman məhz həmin məlumatlar əsas götürülür, öz mülahizəsinə əsasən həmin məlumatları dəyişə və ya düzəliş edə bilməz, şəxsin yalnız xidmət etdiyi qurum tərəfindən həmin məlumatlara düzəliş edilməklə, yeni məlumat vərəqəsi verildikdə, cavabdeh yeni məlumat vərəqəsinə əsaslanmaqla pensiyanın yenidən hesbalanmasını apara bilər və ya təyin edilmiş pensiyanı ləğv edə bilər. Həmçinin, kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan həmin məlumatlara aydınlıq gətirilməsi məqsədilə şəxsin xidmət etdiyi quruma sorğu ünvanlaya bilər, məlumatları dəqiqləşdirə bilər, lakin bu hal yeni məlumat vərəqəsinin verilməsi demək deyil və ya belə bir sorğunun və sorğuya dair cavabın mövcudluğu mahiyyət etibarilə məlumat vərəqəsini əvəz etmir. Indiki halda da cavabdeh qurum məlumat vərəqəsində əks olunmuş məlumatlara aydınlıq gətirilməsi məqəsdilə sorğu ünvanlasa da, onun nəticəsində iddiaçı barəsində tərtib edilmiş və pensiya təyinatının əsasını təşkil edən məlumat vərəqəsində hər hansı dəyişiklik edilməmiş, yeni məlumat vərəqəsi verilməmiş, həmin məlumat vərəqəsində əks olunmuş məlumatlar qüvvədə olmuşdur. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan məktub əsasında deyil, yalnız iddiaçının xidmət etdiyi qurum tərəfindən yeni məlumat vərəqəsi verildiyi və ya məlumat vərəqəsinə düzəliş edilməsi nəticəsində iddiaçı barəsində təyin edilmiş pensiyanın dayandırılmasını həyata keçirə bildiyindən, iddiaçı barəsində məktub əsasında təyin edilmiş pensiyann dayandırılması barədə qərar qəbul etməkdə haqlı olmamış, nəticə etibarilə bununla bağlı hərəkətləri qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi qərarları və onunla bağlı həyata keçirdiyi hərəkətləri qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətin təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.