Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-959/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Quba Rayon Icra Hakimiyyəti başçısının Küpçal inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ##.##.1997-ci il tarixli, ** nömrəli sərəncamından görünür ki, Dağlı kənd sakini İddiaçı-II qrup Qarabağ əlilinə 0,08 ha Dağlı kəndindən Həyətyanı torpaq sahəsi ayrılması qərara ayrılmışdır. Quba Rayon Icra Hakimiyyəti Başçısının Aparatı Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli rəydən görünür ki, fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi Küpçal-Dağlı bələdiyyəsinə aid olan ərazinin hüdudları çərçivəsində yerləşir. Həmin ərazidə Azərbaycan Respubilikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq yaşayış məntəqəsinin əıazı planlaşdırma sənədlərinə və tikinti layihələri əsasında mövcud tikinti norma və qaydalarına riayət etmək şərti ilə fərdi yaşayış evi tikintisi üçün Torpaq qanunvericiliyinin tələblərini nəzərə almaqla torpaqayırma sənədlərinin hazırlanmasına etiraz etmir. Quba rayonu Küpçal-Dağlı bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir. 17.Məhkəmənin sorğusuna əsasən, Quba Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**/*-****/**** saylı məktubdan görünür ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, milli arxiv fondu sənədlərinin rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün arxivlərdə müvəqqəti mühafizə müddətləri 5 il müəyyən edilmişdir. cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı ##.##.2025-ci il tarixli, məktubdan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, Quba rayonu, Dağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi vətəndaş İddiaçı adına Quba rayon Icra Hakimiyyəti başçısının Küpçal Inzibati Ərazi Nümayəndəsinin ## ###### 1997-ci il tarixli ** saylı sərəncamı ilə ayrılmışdır. Bununla bağlı Quba rayon Icra Hakimiyyəti başçısının Küpçal Inzibati Ərazi Nümayəndəliyinin ##.##.2017-ci il tarixli *** saylı “Quba rayon Icra Hakimiyyəti Başçısının Küpçal kənd IƏD üzrə nümayəndəliyinin 2011-2015-ci illər üzrə təsərrüfat başına kitabdan Çıxarış”ı müraciətə əlavə edilmişdir. Belə ki, araşdırmalar zamanı İddiaçı adına Quba rayonu, Dağlı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair JN: ***F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin verildiyi aşkar edilmişdir və həmin şəhadətnamə əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənilmişdr. Həmçinin tərəfindən göstərilən ərazi torpaqların elektron kadastr uçotu informasiya sistemində 455 F nömrə ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi işlənilmişdir. Bundan əlavə, 0.08 ha torpaq sahəsi üçün bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı yerquruluşu sxemində işarələnmiş torpaq sahəsi X3 torpaqları kimi qeyd edilmişdir. cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-21- *- **/*-*****/**** saylı məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbələri tərəfindən verilmiş Dövlət aktlarının, şəhadətnamələrin, Torpaq sahəsinin planı ölçüsünün verilməsinə əsas olan sənədlər * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilməmişdir. JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surəti təqdim edilmişdir. cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-21- *- **/*-*****/**** saylı məktubdan görünür ki, iddiaçıya məxsus 0,08 ha torpaq sahəsi ilə çıxarış verilmiş 0,10 ha torpaq sahəsinin yerləşmə koordinatları fərqlidir. cavabdeh1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubdan görünür ki, Mərkəzin arxivində İddiaçı adına verilmiş JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi aşkar edilməmişdir. Arxivdə saxlanılan Quba rayonu, Dağlı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin əlyazma və elektron siyahılarından İddiaçı adıqeyd edilmiş hissədən, eləcə də Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli * nömrəli Qərarından çıxarışların təsdiq olunmuş surəti təqdim edilmişdir. cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-21- *- **/*-*****/**** saylı məktubdan görünür ki, JN-***F saylı nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsi aşkar edilməmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi naturada 0,12 ha təşkil edir. Iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi DWJ baza məlumatlarında X3 Torpaqları (BEF) kimi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) əsasən yaşayış məntəqəli torpaqları kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi, mülkiyyət növü isə xüsusi mülkiyyəti kimi göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) faktiki koordinatları bütövlükdə ***F nömrəli cizgi üzərinə düşür. Istifadəçi adı X1 göstərilmişdir. Torpaq sahəsində S=115kv.m olan fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsi naturada heç bir mühafizə zolağında yerləşmir. Qonşu torpaq sahələri üzərində heç bir mülkiyyət hüququ DƏDRX tərəfindən qeydiyyata alınmamışdır. 23.X1 Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş ərizəsində qeyd olunur ki, “Bildirirəm ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-***F saylı Şəhadətnaməyə əsasən, mənim adımın qeyd olunduğu torpaq sahəsinə İddiaçı adına dövlət reyestrindən çıxarış verilməsinə etiraz etmirəm. Qeyd edilən torpaq sahəsi ilə bağlı heç bir şikayət və tələbim yoxdur.”. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Quba rayonu, Dağlı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, müharibə veteranıdır. Bununla əlaqədar ona yaşadığı ərazidən 0,08 ha torpaq sahəsi ev tikmək üçün ayrılmışdır. Bu barədə Quba Rayon Icra Hakimiyyəti başçısının Küpçal IƏV üzrə nümayəndəsinin ## ###### 1997-ci il tarixli, ** saylı sərəncamı mövcuddur. Torpaq sahəsi həmin vaxtdan ona təhkim olunmuş (akt mövcuddur) və orada yaşayış evi tikmişdir. Həmçinin, Rayon Icra Hakimiyyəti tərəfindən sənədlərin hazırlanmasına müsbət rəy də verilmişdir. Bütün orqanlar onun həmin torpaq sahəsi üzərində olan hüquqlarını təsdiq etmişdir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etdikdə oradan bildirmişlər ki, ona 0,10 ha torpaq sahəsi ilə əlaqədar şəhadətnamə və çıxarış verilmişdir. Həmçinin, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Iddiaçı hesab edir ki, qeyd olunan imtina səbəbləri əsassızdır. Ona 0,10 ha torpaq sahəsi ilə əlaqədar verilmiş sənəd şəhadətnamə olmuş və o, tamam başqa yerdə və başqa məqsədlə verilmişdir. Həmin torpaq sahəsi üzərində də yaşayış evi mövcuddur. Hazırkı ərazi (torpaq) müharibə veteranı olduğu üçün ayrılmış və o istiqamətdə sənədləşdirilmişdir. Torpaq sahəsi müvafiq vəzifəli şəxslər tərəfindən yerində müayinə edilərək təqdim edilmişdir. Orada təsərrüfat salmışdır. Həmçinin, imtinada bildirilmişdir ki, torpaq sahəsi hazırda TEKUlS-də kənd təsərrüfatı təyinatlı sahədir. Bununla əlaqədar bildirilir ki, torpaq sahəsi alınarkən onun ayrılması üçün müvafiq sənədləşmə aparılmış və razılıqlar alınmışdır. Hazırki sistemdə torpaq sahəsinin başqa kateqoriya kimi göstərilməsi özbaşına hərəkət olmuşdur. Sonradan özbaşına aparılan bu kimi hərəkətlər idarə tərəfindən vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır, Eyni zamanda, qonşuluğunda olan bu tip torpaq sahələri ilə əlaqədar çıxarışlar verilmişdir və həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar hesab edilməmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin ##.##.2016-cı il tarixli *** saylı Fərmanında qeyd olunmuşdur ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmalıdır. Belə ki, mütəxəssislər tərəfindən torpaq sahələri faktiki yerində yoxlanılaraq xəritələrə işlənməli olduğu halda bu proses də, formal olaraq aparılmış və yerində baxış keçirilmədən özbaşına qərarlar verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı imtina məktubuna uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Quba rayonu, Dağlı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Məhkəmə cavabdehin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) faktiki koordinatları bütövlükdə ***F nömrəli cizgi üzərinə düşməsi, istifadəçi adı X1 göstərilməsi dəlilinə münasibətdə qeyd edir ki, X1 Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş ərizəsinə əsasən, Torpağın mülkiyyətə verilməsinə dair JN-***F saylı Şəhadətnaməyə əsasən adının qeyd olunduğu torpaq sahəsinə İddiaçı adına dövlət reyestrindən çıxarış verilməsinə etiraz etmir. Qeyd edilən torpaq sahəsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun imtina məktubunu dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:....8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ..... 2.3. 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; ..... 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; ...... “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 7. Bələdiyyə torpaqları
1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Maddə 8. Xüsusi mülkiyyətdə olan torpaqlar Xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanması, habelə torpaqların hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ yaranmış torpaq sahələri aiddir. Maddə 9. Vətəndaşların qanuni istifadəsində olan torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə 14. Sovxoz və kolxoz torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Maddə 19. Torpaqların alqı-satqısının ümumi qaydası və şərtləri Bələdiyyə ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar alqı-satqı müqavilələrinin predmeti ola bilər. Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə X3ndan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir. Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri qeyri-kənd təsərrüfatı ehtiyacları üçün X3nun kənd təsərrüfatına yararsız torpaqlarını texniki, tikinti və digər müvafiq normativlərə uyğun olaraq müəyyən edilmiş ölçüdə və qaydada satın ala bilərlər. Dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda fiziki və hüquqi şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan bütün torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahələrinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaqların alqısatqısının digər xüsusiyyətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Torpağa mülkiyyət hüququ qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq dövlət orqanı tərəfindən qeydə alınır. Torpağa mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Maddə 25. Keçid müddəaları Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki inzibati iş üzrə iddiaçının hüquqi marağı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq islahatı zamanı iddiaçının adına müvafiq Şəhadətnamə verildiyi və onun əsasında mülkiyyət hüququnun qeydə alındığını, çıxarışın verildiyini, göstərilən torpaq sahəsi isə TEKUIS də başqa nömrə ilə başqa şəxsin adına kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi işlənilməsi, yeruquruluşu planından çıxarış məlumatında isə bələdiyyə ehtiyat fondu torpaqları kimi qeyd edilməsini əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanının kənd inzibati ərazi dairə nümayəndəliyinin ## ###### 1997-ci il tarixli ** nömrəli sərəncamı ilə iddiaçının adına II qrup Qarabağ əlili kimi fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsinin ayrılması, sənədlərin hazırlanması və torpaq şöbəsi tərəfindən təsdiq edilməsi üçün göndərilməsi qərara alınmışdır, habelə Nümayəndələyin sərəncamları arxivə təhvil verilmədiyindən həmin sərəncamın arxiv nüsxəsi aşkar olunmamışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu AIK-nin ## ###### 1998-ci il tarixli qərarı ilə iddiaçının adına 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış, onun əsasında ***F nömrəli Şəhadətnamə tərtib edilmiş, həmin Şəhadətnamə əsasında iddiaçının adına 0,10 torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 174,4 kv.m. olan fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ qeydə alınmışdır (2020-ci ildə). Işin müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu, Dağlı kəndi üzrə həyətyanı torpaq sahələrinə dair subyektlərin əlyazma və elektron siyahılarında “Quba rayonu Dağlı kəndi üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair subyektlərin adlı siyahısında” iddiaçının adı mövcud olmuş, yalnız bir həyətyanı torpaq sahəsinə dair məlumat aşkar edilmiş, torpaq sahəsinin ölçüsü kimi 0,08 ha, zəbt sahəsi kimi 0,02 ha, mülkiyyətə verilən torpaq sahəsi 0,1000 ha, ailə üzvlərinin sayı 1 nəfər, xəritədə nömrəsi 323-323F kimi qeyd edilmiş, başqa həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair məlumat mövcud olmamışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq Nümayəndəlik tərəfindən 2017-ci il tarixdə verilmiş 2011-2015-ci illər üzrə təsərrüfatbaşına kitabdan çıxarış məlumatında iddiaçıya Dağlı kəndində özünə məxsus olan 2008-ci ildə tikilmiş 3 yaşayış otağından ibarət ümumi sahəsi 100 kv.m. olan yaşayış evi ( əsas sahə 86 kv.m. və köməkçi sahəsi 14 kv.m. olan) və mülkiyyətində 0,10 ha torpaq sahəsi olduğu, təsərrüfatbaşına kitabın 110 səhifəsində **** saylı şəxsi hesabında qeydə alındığı, torpaq sahəsinin ## ###### 1997-ci il tarixli sərəncama əsasən təhkim edildiyi qeyd edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsi bələdiyyənin ərazi hüdudları daxilində yerləşdiyi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına etiraz etməməməsi barədə 2023-cü il tarixdə rəy verilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, həyətyanı torpaq sahəsinin təhkim edilməsi barədə akt tərtib edilmiş, aktın məzmununda 0,10 ha torpaq sahəsinin ## ###### 1997-ci il tarixli ** nömrəli sərəncam əsasında iddiaçıya təhkim edilməsi qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsi müayinə edilərək, müayinə aktı tərtib edilmiş, aktın məzmununda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,12 ha təşkil etdiyi, DVG məlumatında bələdiyyə ehtiyat fondu torpaqları kimi, TEKUIS-də yaşayış məntəqəli torpaqlar kimi, mülkiyyət növü xüsusi mülkiyyət kimi, istifadəçi kimi X1 qeyd edilmiş, TEKUIS-da ***F nömrəli cizgi ilə üst-üstə düşdüyü, ümumi sahəsi 115 kv.m. olan fərdi yaşayış evinin olduğu, mühafizə zolağında yerləşmədiyi, üzərinə mülkiyyət hüququnun qeydə alınmadığı qeyd edilmişdir, habelə naturada 0,08 ha torpaq sahəsi ilə 0,10 ha torpaq sahəsinin yerləşmə mövqeyinin fərqli olduğu müəyyən edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, X1 notarial qaydada təsdiq edilmiş yazılı ərizə verərək, onun adına qeydə alınmış torpaq sahəsi ilə bağlı tələbinin olmadığını, iddiaçının adına mülkiyyət hüququnun qeydə alınmaısna etiraz etmədiyini bildirmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının iddia etdiyi 0,08 ha torpaq sahəsinin yerləşmə mövqeyinə dair müvafiq bələdiyyə tərəfindən yeruquruluşu planından çıxarış tərtib edilmiş, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi ilə birlikdə təsdiq edilmişdir. Kollegiya qeyd edir ki, indiki halda iddiaçı onun adına iki həyətyanı torpaq sahəsinin ayrıldığını, 0,08 ha və 0,10 ha torpaq sahəsi olmaqla, həmin torpaqların fərqli olduğunu, 0,08 ha torpaq sahəsinin müharibə veteranı olması ilə bağlı ona verildiyini bildirmişdir. Cavabdeh inzibati orqan isə iddiaçıya müvafiq Sərəncam əsasında ayrılmış torpaq sahəsinin sonradan aparılmış aqrar islahatının təsiri altına düşdüyünü, islahat nəticəsində Şəhadətnamə verildiyini, onun əsasında isə mülkiyyət hüququnun artıq qeydə alındığını bildirmiş, habelə ## ###### 2001-ci ilədək tərtib edilmiş təsərrüfatbaşına kitabdan çıxarış məlumatının mövcud olmadığını, təqdim edilən təsərrüfatbaşına kitabdan çıxarış məlumatının 2011-2015-ci il tarixli məlumat olmaqla, 2008-ci ildə tikilmiş evlə bağlı olduğunu bildirmişdir. Kollegiya qeyd edir ki, iddianın əsaslılığı baxımından məhz iddiaçının iddia etdiyi 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı dəyərləndirmə aparılması zəruridir. Bununla bağlı, kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn qeydə alınması əsasları qanunvericilikdə dəqiq və birmənalı şəkildə imperativ norma olaraq müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən kənd ərazisində aparılmış torpaq islahatı nəticəsində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların mülkiyyətinə (əvəzsiz) istifadə etdikləri ölçüdə verilmişdir. Həmçinin, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə X3ndan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir, dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda fiziki və hüquqi şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi həmin dövrdə kənd ərazisində torpaq islahatı həyata keçirilmiş, həmin islahatın təsirinə məhz vətəndaşalrın qanuni istifadəsində olan bütün torpaq sahələri düşmüşdür. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi müvafiq kənd inzibati ərazi dairə nümayəndəliyinin ## ###### 1997-ci il tarixli ** nömrəli Sərəncamı ilə ayrılmış və təhkim aktı əsasında ona verilmiş 0,10 ha torpaq sahəsi aparılmış torpaq islahatının təsiri altına düşərək, onun əsasında ***F nömrəli müvafiq Şəhadətnamə verilmiş, həmin sənəd əsasında iddiaçının adına mülkiyyət hüququ qeydə alınmışdır. Nəticə etibarilə iddiaçının istinad etdiyi Sərəncam əsasında onun mülkiyyət hüququ qeydə alınmış, onun adına çıxarış verilmişdir. Həmçinin, kollegiya torpaq sahəsinin ölçüsünün sənədlərdə fərqli, yəni sərəncamda 0,08 ha, təhkim aktında və nümayəndəlik tərəfindən verilmiş arayışda 0,10 ha qeyd edildiyindən, bu ziddiyyətli hala aydınlıq gətirərək, qeyd edir ki, aparılmış torpaq islahatı zamanı məhz vətəndaşların qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsünə uyğun olaraq verildiyindən, təhkim aktının məzmununda da məhz 0,10 ha ölçü qeyd edildiyindən, islahat nəticəsində torpaq sahəsinin ölçüsü kimi müvafiq Şəhadətnamədə 0,10 ha qeyd edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, torpaq sahəsinin ölçüsünün fərqli qeyd edilməsi halı islahat zamanı iddiaçıya iki dəfə ayrı-ayrı həyətyanı torpaq sahəsinin əvəzsiz qaydada mülkiyyətinə verilməsini deməyə əsas vermir. Çünki, qanunvericiliyin tələbinə əsasən şəxsə yalnız bir dəfə əvəzsiz qaydada mülkiyyətinə torpaq sahəsinin verilməsinin mümkünlüyü imperativ norma şəklində müəyyən edilmişdir (hətta müharibə veteranı olmuş şəxslərə də yalnız bir dəfə əvəzsiz qaydada torpaq sahəsi ayrıla bilərdi). Bundan əlavə, kollegiya onu qeyd edir ki, hazırda iddiaçı onun faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsinin 0,08 ha hissəsinin məhz ## ###### 1997-ci il tarixli Sərəncam əsasında ayrıldığını, onun adına ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsindən fərqli yerdə yerləşdiyini, ona görə də onun adına iki torpaq sahəsinin ayrıldığını əsas gətirərək, tələbini həmin hallarla əsaslandırmışdır. Bununla bağlı, kollegiya qeyd edir ki, müvafiq Sərəncam əsasında ayrılmış torpaq sahəsinin aqrar islahatın təsiri altına düşməsi, onun əsasında Şəhadətnamə verilməsi, daha sonra isə həmin hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüququnun qeydə alınması halı müəyyən edilmişdir. Həmçinin, həmin Sərəncama aid qeyd edilən torpaq sahəsinin yerinin və koordinatlarını müəyyən edən sənəd (ayrıc aktı və s.) mövcud olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları istinad edilən Sərəncamın iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə aid olduğunu təkzib etmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, indiki halda iddiaçı 0,08 ha torpaq sahəsinin onun adına məhz müvafiq Sərəncam əsasında ayrıldığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim edə bilməmiş, habelə Sərəncamın həmin torpaq sahəsinə aid olmadığını deməyə əsas verən işin müəyyən edilmiş hallarını təkzib edən heç bir dəlil təqdim etməmişdir. Kollegiya bu hissədə iddiaçının istinad etdiyi sənədlərlə bağlı qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsinin yerləşmə mövqeyinə aid sənəd təqdim etsə də, həmin sənədin torpaqayıran qurum tərəfindən deyil, müvafiq bələdiyyə tərəfindən tərtib edildiyi müəyyən edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, DVG məlumatında həmin torpaq sahəsi X3, TEKUIS də isə başqa şəxsin adına istifadəçi, xüsusi mülkiyyət kimi qeyd edilmiş, 455F cizgi ilə üst-üstə düşmüşdür. Göründüyü kimi hazırda iddiaçının istinad etdiyi 0,08 ha torpaq sahəsi islahat zamanı bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar kimi köhnə xəritə məlumatında əks olunmuş, vətəndaşların qanuni istifadəsində olan torpaq sahəsi kimi nəzərə alınmamış, yeni xəritə məlumatında isə başqa şəxsin adı qeyd edilmişdir (həmin şəxs isə notarial razılıq ərizəsi ver, bu hal isə torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün hüquqmüəyyənedici sənəd qimsində çıxış etməməklə, onu əvəz etməmişdir). Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsində 2008-ci ildə ev tikilmiş, bu barədə 2011-2015-ci illərdə təsərrüfatbaşına kitabda məlumat qeyd edilmişdir. Həmçinin, kollegiya qeyd edir ki, torpaq islahatı həyata keçirildikdən sonra qüvvəyə minmiş qanunvericiliyin tələbinə əsasən vətəndaşlar qanunla müəyyən edilmiş qaydada alqı-satqı yolu ilə torpaq sahəsini əldə edə bilərdi, pulsuz torpaq sahəsi yalnız bir dəfə verilə bilərdi. Indiki halda isə sözügedən torpaq sahəsinin başqa hər hansı hüquqmüəyyənedici sənəd əsasında iddiaçıya satılması və ya verilməsi halı müəyyən edilməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, işin müəyyən edilmiş halları iddianın əsaslılığının müvafiq Fərmanın 2.3 və 2.7-ci bəndinin tələblərinə əsasən də müəyyən edilməsinə imkan vemrəmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (sözügedən torpaq sahəsinin müvafiq Sərəncam əsasında ayrılmasının təkzib edilməsi, başqa əsaslarla torpaq sahəsinin satılması və ya verilməsi halının müəyyən edilməməsi, torpaq sahəsinin yerini müəyyən edən sənədlərin bələdiyyə tərəfindən tərtib edilməsi, köhnə xəritə məlumatında bələdiyyə ehtiyat fonduna aid torpaqlar olması, ## ###### 2001-ci ilədək evin inşa edilməsi və bu barədə təsərrüfatbaşına kitabdan çıxarış məlumatının mövcud olmaması və s.) iddianın əsaslılığını təkzib etmişdir. Başqa sözlə desək, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hansı hüquqmüəyyənedici sənəd əsasında iddiçaıya ayrılması halı müəyyən edilməmişdir, hansı ki yalnız belə bir sənədin mövculduğu əmlak üzərində mülkiyyət hüquuqnun yaranması əsası qismində çıxış edə bilərdi. Bu baxımından kollegiya hesab edir ki, istinad edillən Sərəncamın həmin torpaq sahəsinə aid olması halı müəyyən edilmədiyindən, iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair başqa hüquqmüəyyənedici sənədin və əsasın mövcudluğu müəyyən edilmədiyindən, nəticə etibarilə ilkin dəyərləndirmə mərhələsində iddianın əsaslılığını müəyyən edilməsi mümkün olmadığından, bu hal özlüyündə iddianın rədd olunması üçün əsas hesab olunduğundan, cavabdehin imtina, etiraz və şikayətinin digər dəlilləri üzrə əlavə qiymətləndirmə aparılması zərurəti mövcud olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdeh inzibati orqanın imtina və şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi halları düzgün dəyərlənidrmə aparılmamış, iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.