Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-966/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X6 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarının qanunsuz hesab edilməsi və ##.##.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Iddiaçı ##.##.1964-cü il təvəllüdlüdür. Iddiaçının əmək kitabçasında aparaılan qeydlərə görə o, ##.##.1985-ci il tarixdən hazıradək “X3 Kəmərləri” idarəsinin Sumqayıt Xətti Istismar Sahəsində qazpaylayıcı stansiyasının operatoru vəzifəsində işləmişdir. Iddiaçıya ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-S-******/**** nömrəli məktubundan görünür ki, iddiaçının işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsinə aid olmamasına baxamayaraq ona ##.##.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Iddiaçının barəsində tərtib edilmiş “Şəxsin güzəştli şərtlə əmək pesniyası hüququ verən işdə çalışmasına” dair arayışdan görünür ki, iddiaçının işlədiyi vəzifə üzrə əmək stajı 39 il 6 ay 25 iyirmi gün təşkil edir. Işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-cü il tarixli ** nömrəli və ##.##.2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 və 1.2.1.1.4 bəndinə / (yarımbəndinə) və (və ya) a) fəhlələr və 5-ci sətir vəzifə koduna uyğundur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarının qanunsuz hesab edilməsi, ##.##.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində texniki səhv nəticəsində "60 yaşında güzəştli şərtlərlə pensiya" ifadəsi qeyd edilmişdir. Halbuki, o, ##.##.1964- cü il təvəllüdlüdür və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli və ##.##.2024-cü il tarixli ** nömrəli qərarları ilə təsdiq edilmiş Siyahıya əsasən qazpaylayıcı stansiyanın operatoru vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr sırasına daxildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci tunda maddəsinə əsasən qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 55 yaşdan təyin olunur. Iddiaçının ümumi sosial sığorta stajı 39 il 6 ay 25 gündür ki, bu da qanunvericilikdə tələb olunan 25 il ümumi sığorta stajı və ən azı 12 il 6 ay güzəştli iş stajından xeyli artıqdır. Bu səbəbdən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 55 yaşı tamam olduğu tarixdən, yəni ## ###### 2019-cu il tarixdən yaranmışdır. Əlavə olaraq bildirilir ki, iddiaçı bu iş üzrə əvvəllər də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Lakin sonradan **Azərbaycan Respublikasının Ali Məhkəməsi-nin Inzibati Kollegiyası tərəfindən ## ###### 2026-cı il tarixdə analoji hüquqi məsələ üzrə (X4 işi üzrə) yeni qərar qəbul edilmişdir. Həmin qərarın 29-cu bəndində məhkəmə kollegiyası qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsində əsas meyar yalnız vəzifənin adı deyil, həm də faktiki yerinə yetirilən əmək funksiyaları və iş şəraitidir. Qərarda göstərilmişdir ki, qazpaylayıcı stansiyanın operatoru vəzifəsi üzrə həyata keçirilən fəaliyyət qazın qəbulu, tənzimlənməsi, uçotu, təzyiqin saxlanılması, avadanlıqların istismarı və təhlükəsizlik qaydalarına riayət olunması kimi xüsusi riskli və zərərli istehsalat proseslərini əhatə etdiyinə görə bu vəzifə güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aid edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi-nin formalaşdırdığı bu hüquqi mövqeyə uyğun olaraq, onun da həmin vəzifədə uzun müddət işləməyi və tələb olunan güzəştli iş stajına malik olmağı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququmun mövcud olduğu qəbul edilməlidir. Cavabdeh iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əməkpensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq Qanununun (bundan sonra dayandırılır. Qeyd olunur ki, İddiaçı vaxtilə təyin edilmiş əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmış və məlum olmuşdur ki, "X3 Kəmərləri" sahəsində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində ##.##.1985-##.##.2024-cü il tarixləri arasında çalışmışdır. Lakin bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli peşə və vəzifələr siyahısına aid edilmədiyindən, bu dövr güzəştli iş stajı kimi tanınmamışdır. Buna baxmayaraq, # ###### 2024-cü il tarixindən etibarən vətəndaşa güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuş və bu məsələ ilə bağlı "Inzibati icraat haqqında" Qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılmışdır. ## ######## 2024-cü il tarixində vətəndaşa müvafiq məktubla məlumat verilmiş və # ####### 2024-cü il tarixinədək mülahizələrin təqdim edilməsi üçün Mərkəzi Filiala yaxınlaşması istənilmişdir. Lakin qeyd olunan tarixədək İddiaçı tərəfindən müraciət edilmədiyindən, 2024-cü ilin sentyabr ayından etibarən ona təyin olunmuş əmək pensiyasının ödənişi dayandırılmışdır. Fond tərəfindən əlavə olaraq bildirilmişdir ki, bu müddət ərzində vətəndaşa əsassız şəkildə ödənilmiş 3284,21 manat məbləğində vəsait müəyyən edilib və həmin vəsaitin könüllü şəkildə dövlət büdcəsinə geri qaytarılması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının çalışdığı qaz paylayıcı stansiyasının operatoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli peşə və vəzifələr siyahısına aid edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən müəyyən edilir. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.1964-cü il təvəllüdlüdür və uzun illər “Qaz Ixrac” Idarəsinin X3 Kəmərləri Sahəsində qazpaylayıcı stansiyanın operatoru vəzifəsində çalışır. Ümumi sığorta stajı 39 il 6 ay 25 gündür. ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh orqan Nazirlər Kabinetinin 2024-cü il tarixli qərarından sonra pensiya təyin etmişdir. Faktiki hallar arasdirıldıqdan sonra Ali Məhkəmənin mövqeyi isə bundan ibarət olmuşdur ki, qaz paylayicı stansiya operatoru Nazirlər Kabinetinin 2007-ci il tarixli qərarı ilə xüsusi şərtlərlə pensiya hüququna malikdir. Cavabdeh orqan pensiya təyin etmiş, sonradan pensiyanı dayandırmışdır. Demək olar ki, bu peşə üzrə yaşı çatan bütün qaz paylayıcı stansiya operatorlarına pensiya təyin edilmiş, bir müddət pensiya verilmiş, sonradan əsassız olaraq ləğv edilmişdir. Bəhanə olaraq isə Nazirlər Kabinetinin qərarının ləğvini göstərmişlər. Lakin ortada ləğv edilmiş qərarla bağlı hec bir sənəd, sübut ortaya qoyulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarına ( X4 işi üzrə ) əsasən güzəştli pensiya hüququ müəyyən edilərkən əsas meyar vəzifənin adı deyil, faktiki əmək funksiyası və iş şəraitidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını iddia tələbinə qarşı etirazla eyni məzmunda əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-) 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarının qanunsuz hesab edilməsi, ##.##.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan cavabdeh tərəfindən aparılmış araşdırma zamanı onun təqdim etdiyi sənədlərdə göstərilən əmək fəaliyyətinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olmadığı müəyyən edilmiş və ##.##.2024-cü il tarixli qərarla əmək pensiyasının ödənişi dayandırılmışdır. Cavabdehin mövqeyinə əsasən, iddiaçının ##.##.1985-ci ildən ##.##.2024-cü ilədək “X3 Kəmərləri” sahəsində qaz paylayıcı stansiyasının operatoru vəzifəsində çalışdığı, lakin həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan vəzifələrə aid olmadığı müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, anoloji iş üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Qaz Ixrac Idarəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının sorğusuna cavab olaraq ünvanlanmış ## ###### 2026-cı il tarixli, **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, Abşeron MQKS “Qaz Ixrac” Idarəsinin strukturuna daxil olan hüquqi şəxs statusuna malik olmayan qurumdur. Abşeron MQKS-in rəisi “Qaz Ixrac” Idarəsinin rəisinə tabedir. Yaranmış vəziyyətə aydınlıq gətirmək məqsədi ilə bir daha qeyd edilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlı 10cu bəndinin “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” adlı 10.2ci yarımbəndinin “a) fəhlələr:” abzasına Nazirlər Kabinetinin # ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə əlavə edilmiş qazpaylayıcı stansiyanın operatoru peşəsi “Qaz Ixrac” Idarəsində olan qazpaylayıcı stansiyanın operatoru peşəsi ilə eynilik təşkil etmir. Belə ki, “Qaz Ixrac” Idarəsinin fəaliyyətinə təbii qazın idarə olunması, nəqli xidmətlərinin göstərilməsi, qazın nəql sistemləri ilə enerji dəhlizinə ötürülməsi üzrə texniki, texnoloji və metroloji əməliyyatların aparılması aiddir. Qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması “Qaz Ixrac” Idarəsinin və onun struktur bölməsi olan MQKS-lərin, o cümlədən Abşeron MQKS-in fəaliyyətinə aid deyildir. Qeyd edilir ki, “Qaz Ixrac” Idarəsinin strukturuna daxil olan MQKS-lərdə qaz paylayıcı stansiyasının operatorları əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə 6 təqvim günündən ibarət əlavə məzuniyyət hüquqları ilə təmin edilir. Iş yerlərinin attestasiyanın nəticələrinə uyğun olaraq həmin peşədə çalışan işçilərin əmək şəraitinin ağır və zərərliliyi müəyyən edilmədiyindən, buna görə əmək haqqına artım əmsalı tətbiq edilmir. Kollegiya qeyd edir ki, müvafiq vəzifə üzrə çalışan şəxslərin əmək şəraitinin ağır və zərərliliyi məhz həmin şəxsin çalışdığı müəssisə tərəfindən müəyyən edilir. Hazırki iş üzrə isə yuxarıda da qeyd olunduğu kimi iddiaçının çalışdığı vəzifə üzrə əmək şəraitinin ağır və zərərliliyi müəyyən edilmədiyindən, buna görə əmək haqqına artım əmsalı tətbiq edilməmiş, eləcə də müvafiq qərarda nəzərdə tutulmuş qazpaylayıcı stansiyanın operatoru peşəsi “Qaz Ixrac” Idarəsində olan qazpaylayıcı stansiyanın operatoru peşəsi ilə eynilik təşkil etməmişdir. Buradan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan əmək şəraiti ağır və zərərli işlərdə çalışması müəyyən edilməmiş, bu səbəbdən də inzibati orqan tərəfindən qəbul edilən və hazırda mübahisələndirilən qərarı qanuni olmuşdur. Sözügedən qərarın ləğv edilməsi üçün əsas mövcud deyildir. Eləcə də inzibati orqan tərəfindən müvafiq qərarlar qəbul edilərkən qanunvericilikdə nəzərdə tutulmuş 1 illik müddətlə bağlı tələbə də riayət edilmişdir. Belə ki, ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, cavabdeh orqan tərəfindən qəbul edilmiş # ####### 2024-cü il tarixli qərarla pensiya ödənişi əvvəlcə dayandırılmış, daha sonra isə eyni tarixdə əmək pensiyasının təyin edilməsi haqqında qərarı ləğv edilmişdir. Beləliklə də, kollegiya hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh inzibati orqan tərəfindən hər hansı yalnışlığa yol verilməmiş, bu səbəbdən də iddiaçının tələbi əsassız olmuşdur Iş üzrə toplanmış sübutlar məcmu halda qiymətləndirildikdə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi əmək fəaliyyəti dövrünün güzəştli iş stajı kimi nəzərə alınması üçün qanunla müəyyən edilmiş zəruri hüquqi və faktiki əsaslar mövcud olmamışdır. Bu səbəbdən cavabdehin pensiyanın təyin edilməsi barədə qərarını ləğv etməkdə haqlı olmuş və onun bu qərarı qanunvericiliyin tələblərinə uyğun olmaqla hüquqların pozulması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmişdir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-966/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-966/2026
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver