Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-968/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı Iddiaçı iştirakı ilə, Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları: Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2016-cı il tarixli *** nömrəli qərarından görünür ki, Cəbrayıl RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş Iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin iyul ayında aldığı və ##.##.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: "Qəlpə yaralanmalarından sonra başın ön alın nahiyyəsində bir ədəd, alt dodaq üzərində bir ədəd, döş qəfəsinin sol arxa səthində bir ədəd, sağ bazunun aşağı 1/3-nin arxa səthində bir ədəd, dirsək oynağından bir qədər yuxarı bir ədəd, sol saidin yuxarı 1/3-nin arxa səthində bir ədəd çapıq toxumaları" (Azərbaycan Respublikası SHXÇDX-nin Cəbrayıl rayon bölməsinin ##.##.2016-cı il tarixli *** nömrəli göndərişi, ##.##.2016-cı il tarixli *** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsinin ##.##.2016-cı il tarixli *** nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). "HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ZAMANI ALINMIŞDIR" kimi qiymətləndirilmişdir. Iddiaçıya ##.##.2016-cı il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdehin ## ####### 2025-ci il tarixli, *-**-**/*-Ə-*****-**/** nömrəli imtina məktubuna görə Cavabdeh Mərkəzi Arxivinin ##.##.2018-ci il tarixli */*-**** nömrəli arayışına əsasən iddiaçı döyüş əməliyyatları aparılan dövrdə uzun müddət hərbi hissəni özbaşına tərk etdiyinə görə ona müharibə meteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1969-cu il təvəllüdlüdür. ##.##.1989-cu ildə hərbi xidmətdən ehtiyata buraxılmış və ##.##.1992-ci ildə məlum hadisələrlə əlaqədar hərbi xidmətə çağırılmışdır. Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə Füzuli döyüşərkən xəstələndiyinə görə müalicə olunmuşdur. Bu barədə hərbi biletində xidmət etdiyi hərbi hissə tərəfindən qeydiyyat aparılmışdır. Iddiaçı Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrundan gedən döyüşlərdə bilavasitə iştirak etmişdir. N saylı hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirərkən Cəbrayıl rayonun Qazanzəmi kənd ətrafında gedən döyüşlərdə 1992-ci ilin iyul ayında müxtəlif qəlpə yaraları almışdır. Lakin ona hazıradək mühairbə veteranı adı verilməmişdir. Onun hərbi biletində də qeyd edilib ki, iddiaçı ##.##.1992-ci ildən ##.##.1994-cü ilə qədər N saylı hərbi hissədə və ##.##.1994-cü ildən ##.##.1994-cü ilə qədər N saylı hərbi hissədə xidmətdə olmuşdur. Mühairbədə yaralanması zamanı ilə əlaqədar ona 2016-cı ildə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2018-ci il tarixli */*-**** nömrəli arayışına əsasən iddiaçı döyüş əməliyyatları aparılan dövrdə uzun müddət hərbi hissəni özbaşına tərk etdiyinə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılmasıdır. Həmçinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2018-ci il tarixli */*-**** nömrəli arayışında iddiaçının N nömrəli hərbi hissədən fərarilik etdiyi və uzun müddət hərbi hospitala gedib qayıtmadığı üçün N nömrəli hərbi hissə komandirinin ## ####### 1994-cü il tarixli *** nömrəli əmrilə ştatdankənar edilməklə ilkin istintaq materialları hazırlanıb hüquq mühafizə orqanlarına və RHK-na göndərildiyi qeyd olunmuşdur. Bundan başqa iş materiallarında olan Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli *** nömrəli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almışdır. Lakin müalicəsi başa çatdıqdan sonra iddiaçı sağlamlıq vəziyyəti imkan verdiyi təqdirdə hərbi hissəyə qayıtmalı və xidmətini davam etdirməli, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq əmrlərlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmalı idi. Çünki hərbi xidmət keçmə dedikdə, şəxsin (hərbi qulluqçu) hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması nəzərdə tutulur. Iş materiallarında olan sənədlə iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən yaralanması qeyd olunsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kı, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 1992-ci ildə müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü ## ### 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyyata buraxılması haqqında” *** saylı Fərmanı, ## ###### 1996- cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” *** saylı Fərmanı ## #### 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” *** saylı Fərmanı ## ######## 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi ilə razı deyil, çünki "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin qeyd bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** saylı Qərarı ilə təsbit edilmiş "Əsasnamə"nin 1-ci hissəsinin qeydində imperativ (məcburi) xarakterli bir istisna təsbit edilmişdir: "Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə... görə məhkum edilmiş şəxslərə şamil edilmir." Işdə mövcud olan və şikayətə əlavə edilən rəsmi sənədlər bu qanuni istisnanın birbaşa subyekti olduğunu sübut təsdiq edir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli Qərarı) əsasən, onun 1993-cü ilin iyulunda döyüş zonasında aldığı çoxsaylı ağır qəlpə yaralarının səbəb əlaqəsi rəsmi olaraq "HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ZAMANI ALINMIŞDIR" kimi rəsmiləşdirilib. DTSEAX-in ##.##.2016-cı il tarixli, *******0005 nömrəli reyestr arayışına əsasən, həmin hərbi travma ilə birbaşa səbəb əlaqəsində olmaqla ona "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ikinci dərəcəli əlillik verilmişdir. Qanunverici orqan ərazi bütövlüyü uğrunda canını fəda edərək hərbi travma nəticəsində əlillik qazanmış şəxsləri arxivdəki hər hansı administrativ və ya intizam xarakterli qeydlərdən (özbaşına tərk etmə və s.) asılı olmayaraq müharibə veteranı statusundan məhrum etməyi qəti qadağan edir. Birinci instansiya məhkəməsi qanunun bu birbaşa qoruyucu normasını və rəsmi sənədləri tamamilə görməzdən gəlmişdir. Qeyd edilir ki, cavabdeh Müdafiə Nazirliyi tərəfindən onun Konstitusion bərabərlik hüququ pozulmuşdur. Belə ki, Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, etnik mənsubiyyətindən, eləcə də digər hallarından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. "Inzibati icraat haqqında" Qanunun 11-ci maddəsinə (Bərabərlik prinsipi) görə, inzibati orqanlar tərəfindən analoji faktiki hallarda olan şəxslərə münasibətdə fərqli qərarların qəbul edilməsi qadağandır. Şikayətə əlavə etdiyi cavabdeh Cavabdeh "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası" tərəfindən ## ######## 2025-ci il tarixdə verilmiş № ****** nömrəli "Müharibə veteranı vəsiqəsi" sübut edir ki, onunla eyni hərbi hissədə xidmət etmiş, eyni dövrdə döyüşlərdə iştirak etmiş və yaralanmış əsgər yoldaşı Bəşirov Fərhada bu status maneəsiz olaraq verilmiş və sənəd R Teymur Niftəliyev tərəfindən imzalanmışdır. Eyni hüquqi statusda və eyni faktiki şəraitdə olan iki şəxsdən birinə Müdafiə Nazirliyi tərəfindən statusun tanınması, ona münasibətdə isə analoji arxiv qeydlərinin bəhanə edilərək imtina olunması inzibati orqanın subyektivliyi, qanunsuzluğu və aşkari ayrı- seçkiliyidir. Birinci instansiya məhkəməsi inzibati orqanın bu qanunsuz hərəkətinə hüquqi qiymət verməli olduğu halda, bərabərlik prinsipinin tapdalanmasına şərik olmuşdur. Bununla yanaşı qeyd edir ki, məhkəmə tərəfindən bu kateqoriya işlər üzrə vahid məhkəmə təcrübəsinə, Ali Məhkəmənin qərarlarına da əməl edilməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Qanunvericiliyinin və mütərəqqi hüquq prinsiplərinin tələbi olaraq, aşağı instansiya məhkəmələri hüquq normalarının təfsiri zamanı Ali Məhkəmənin qərarlarında formalaşmış vahid praktikanı rəhbər tutmalıdırlar. Hüquqi müəyyənlik prinsipi bunu tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, iş No *-*(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş qərarı ilə tamamilə analoji hüquqi mübahisə həll edilmişdir. Ali Məhkəmə həmin qərarında qəti olaraq müəyyən etmişdir ki: "Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə Əlaqədar hərbi travma alması və bununla bağlı əlilliyinin müəyyən edilməsi faktı olduqda, arxiv sənədlərində hərbi hissəni özbaşına tərk etmə və ya fərarilik barədə qeydlərin olması ona "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsini məhdudlaşdıra bilməz". Sumqayıt Inzibati Məhkəməsi Ali Məhkəmənin bu məcburi presedentini və hüquqi yanaşmasını tətbiq etməyərək, qüvvədə olan məhkəmə təcrübəsinə zidd, əsassız və fərqli qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, iddiaçının izahatını dinləyərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməlidir. Hazırda iddiaçının tələbi ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsinə yönəlmişdir. Cavabdeh orqanın mövqeyinə görə isə iddiaçının uzun müddət hərbi hissəni özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur . Birinci instansiya məhkəməsi iddia tələbini təmin edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Iş materiallarında olan Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2016-cı il tarixli, *** nömrəli qərarı ilə müəyyən edilir ki, iddiaçı 1993-cü ilin iyul ayında döyüş zonasında hərbi xidmət keçərkən müxtəlif qəlpə yaralanmaları almış və həmin xəsarətlər "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" nəticəsi ilə qiymətləndirilmişdir. Bundan əlavə, iş materiallarında olan əlillik altsistemindən çıxarışla iddiaçıya həmin hərbi travmanın nəticələri ilə əlaqədar ##.##.2016-cı il tarixdən ikinci dərəcə əlillik təyin edilməsi də öz təsdiqini tapmışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsinə əsasən, həmin maddənin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş məhdudiyyət Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə şamil edilmir. Başqa sözlə, döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etməyə görə məhkum edilmiş və ya bu əsasla müharibə veteranı statusunun verilməsindən imtina edilə biləcək şəxslər sırasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna təşkil edir. Cavabdeh iddiaçıya münasibətdə yalnız Cavabdeh Mərkəzi Arxivinin ##.##.2018-ci il tarixli arayışına istinad edərək onun uzun müddət hərbi hissəni özbaşına tərk etməsini müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina üçün əsas kimi qəbul etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının döyüş əməliyyatları zamanı aldığı xəsarətlə bağlı hərbi travma faktı və həmin travma ilə əlaqədar əlilliyinin müəyyən edilməsi nəzərə alınmamış, bununla da «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş istisna norma düzgün tətbiq edilməmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan və bununla bağlı qanunvericilik normalarında xüsusi qeyd nəzərdə tutulduğu halda cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarında qeyd edilmişdir: “35. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. (...)
37. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»).
38. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar.
39. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.
40. Inzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.” Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilsin. Iddiaçı Iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.