Məhkəmə qərarları › İş №2-1(3-8)-972/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-972/2026

30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanșRespublikasıșadından Qərar Sumqayıtșşəhəri İşș№ș2-1(3-8)-972/2026 30.07.2026 SUMQAYITșAPELLYASIYAșMƏHKƏMƏSI Hakimlər QuliyevșİsmayılșRzașoğluș(sədrlikședənșvəșməruzəçi), ƏzizovașVəfașEhtiramșqızıșvəșDəmirovșİlqarșKamalșoğlundanșibarətștərkibdə, ŞərifovașMahirəșVahidșqızınınșkatibliyi, İddiaçıșX2șvəșonunșnümayəndəsi-vəkilișVəkil, CavabdehinșnümayəndəsișX1șiştirakıșilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması nəticəsində əlil olmuş şəxsə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasındașşifahișməhkəməșbaxışıșqaydasındașbaxaraqșaşağıdakıșqərarıșqəbulșetdi.ș İŞİN HALLARI: İddiaçı İddiaçı, təyin edilmiş 2-ci dərəcəli Çernobıl əlillik dərəcəni nəzərə almaqla Çernobıl AES-da baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etdiyi müddətdə aldığını əmək haqqının 4 qatı mislində pensiyanın yenidən hesablanması tələbi ilə məhkəməyəșmüraciətșetmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1965-ci ildə anadan olmuş, bir sıra müəssisələrdə işləmiş, işlədiyi Sumqayıt Elektrik Quraşdırma Īdarəsinin göndərişi əsasında 10.01.988-ci ildən ##.##.1988-ci il tarixə kimi va ##.##.1988-ci ildan ##.##.1988- ci il tarixə kimi Ukraynanın Slavutiç şəhərində Çernobil AES-da baş vermış qəzanın aradan qaldırılması ilə baglı aparılan bərpa-təmir işlərində elektrik quraşdırıcısı vəzifəsində işləmiş və əmək haqqı almışdır. Lakin Çernobil AES qəzasının nəticələrinin aradan qaldırılması ilə həmin zonada olarkən șüalanmaya məruz qalmışdır, 2-ci dərəcəli Çernobil əlilidir. ##.##.1994-cü ildə əlilliyə görə əmək pensiyası təyin edilmiş, pensiyamın yenidən hesablanması aparılmış və hazırda 393,35 manat pensiya alır. Pensiyaya çıxanda Ukraynada işləməyi nəzərə alınmamış, nəticədə onun kimi şüalanmaya məruz qalanlar və hətta ondan sonra bu ərazidə olan şəxslərdən az pensiya alır,aldığı pensiya iddiaçının maddi ehtiyaclarını ödəmir. Aldığı bu pensiya nəinki davadərmana, heç yeməyə belə çatmır, ağır və acınacaqlı bir vəziyyətdə yaşayır. İddiaçı bu səbəbdən də ona təyin olunmuş pensiyanın yenidən hesablanaraq artırılması ilə bağlı cavabdeh organa müracıət etmiş, cavabdeh orqan isə verdiyi cavab məktubunda guya pensiyanın qanunauyğun hesablandığını qeyd etmişdir. Göründüyü kimi cavabdeh orqan .üalanmaya məruz qaldığı va sağlamlığını itirdiyi zonada əmək fəaliyyətini və aldığı əmək haqqını nəzərə almamış və pensiyanı artırmamışdır, őzü də bunu verdiyi cavab məktubunda etiraf etmişdir. Hüquq műnasibətləri yaranan vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 80-ci maddəsinə əsasən iş stajından asıl olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarinda Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri iş stajından asılı olmayaraq Çernobil qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobil AES-də qəza nəticəsində șüa xəstəliyinə tutulmuş șəxslər, Çernobil qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər: köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Cernobil AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiș müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanıșa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilərșpenssiyașalmaqșhüququnașmalikdirlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iş materiallarına əsasən ##.##.1965-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzindən daxil olmuş ##.##.2025-ci il tarixli *- **-*/*-M-******/**** nömrəli müraciətinə Mərkəzi Filialda baxılmış və cavabdehin ##.##.2025-ci il tarixli 3-17-1/2-M******/2025 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbətșhəllininșmümkünșolmadığıșbildirilmişdir. Daha sonra iddiaçı məhkəməyə müraciət edərək, iddia ərizəsində işlədiyi Sumqayıt Elektrik Quraşdırma İdarəsinin göndərişi əsasında ##.##.1988-ci il tarixindən ##.##.1988-ci il tarixinə kimi və ##.##.1988-ci il tarixindən ##.##.1988-ci il tarixinə kimi Ukraynanın Slavutiç şəhərində Çernobıl AES-da baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı aparılan bərpatəmir işlərində elektrik quraşdırıcısı vəzifəsində işlədiyini və əməkhaqqı aldığını qeyd etmişdir. Həmçinin İddiaçı iddia ərizəsində Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı həmin zonada olarkən şüalanmaya məruz qaldığını, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyinin müəyyən edildiyi və ##.##.1994-cü il tarixindən əlilliyə görə əmək pensiyasının təyin edildiyini bildirmişdir. Sözügedən pensiyanın yenidən hesablanması aparılmış və hazırda iddiaçının pensiyası 393,35 manat məbləğində müəyyən edildiyindən, İddiaçı cavabdeh tərəfindən təyin olunmuş əmək pensiyasının düzgün hesablanmadığını qeyd edərək, pensiyasının yenidən hesablanmasını məhkəmədənșxahişșetmişdir.ș “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra - Qanun) (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 80- ci maddəsinə əsasən, pensiya almaq hüququ olan şəxslər iş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin #####in ##-dən 1990-cı ilin ######ın ##-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. Qanunun 83-cü maddəsinə əsasən (Azərbaycan Respublikasının ##.##.1995-ci il tarixli, **** nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyada) pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əməkhaqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əməkhaqqından və ya minimum əməkhaqqının beşqat məbləğindən. İş materiallarına əsasən, İddiaçı "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən ##.##.1994cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və ##.##.2006-cı il tarixindən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə aldığı əməkhaqqının 4 misli məbləğində əmək pensiyasının yenidən hesablanmasına və yaranmış fərq məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir. Analoji işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ######## 2025- ci il tarixli *-*(***)-****/**** nömrəli qərarına əsasən, bu kateqoriya işlərdə məhkəmə təcrübəsinin olduğunu nəzərə alaraq, ilk öncə iddiaçının cavabdehə müraciətinin əsaslı olub-olmaması yoxlanılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. Hazırki iş üzrə iddiaçı ona təyin olunmuş pensiyanın Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə aldığı əməkhaqqının 4 misli məbləği əsasında yenidən hesablanaraq artırılması ilə bağlı cavabdehə müraciət etmişdir. Halbuki, iddiaçının pensiyasının aldığı əməkhaqqının dördqat məbləği əsasında hesablanması üçün əsas ola biləcək sənədlər nə cavabdeh filiala, nə məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının pensiyanın Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə aldığı əməkhaqqının dördqat məbləği əsasında yenidən hesablanması üçün əsaslar mövcud deyil: tələb olunan sənədlər iddiaçının ##.##.2025-ci il tarixli *-**-*/*-M-******/**** nömrəli müraciətində cavabdehə təqdim edilməmiş; əlilliyə görə pensiya işinə əlavə edilmiş sənədlərdə aşkarlanmamış; məhkəməyə müraciəti zamanı iddia ərizəsinə qoşma edilməmişdir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.ș Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarıșiləșiddiaștəminședilməmişdirș(hakim Aynur Axundova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinəșdairșqərarșqəbulședilməsinișxahişșetmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında "zəruri sənədlərin təqdim edilməməsi" dedikdə, cavabdeh orqanın (Nazirliyin) iddia etdiyi kimi, guya mənim Çernobıl qəzasının ləğvində iştirak etdiyim dövrdə 4 qat artımlı əmək haqqını faktiki olaraq aldığımı sübut edən əlavə sənədin nəzərdə tutulması tamamilə qanunsuz və maddi hüquq normalarının təhrif olunmasıdır. Məhkəmənin bu yanaşması aşağıdakı fundamental hüquqi əsaslarla tamamilə rədd edilir. 4 qat əmsal "alınan" deyil, "hesablanmalı olan" qanuni normadır: 1993-cü il tarixli “Çemobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” AR Qanununun məqsədi vətəndaşın o dövrün çətin və qarışıq şəraitində faktiki hansı məbləği nağd almasını yox, dövlətin həmin şəxslər üçün müəyyən etdiyi güzəştli tarifi tənzimləməkdir. Vətəndaşın vəzifəsi yalnız həmin dövrdə Çernobılda xidmət etdiyini və orada aldığı faktiki baza əmək haqqını rəsmi DOST (və ya arxiv) arayışı ilə sübut etməkdir. İnzibati orqanın (cavabdehin) birbaşa vəzifəsi: Həmin baza əmək haqqı rəsmi sənədlə təsdiq olunduqdan sonra, onun 4 qat artırılaraq pensiya kapitalına daxil edilməsi və pensiyanın bu artımla hesablanması vətəndaşın yox, Dövlət Sosial Müdafiə Fondunun (inzibati orqanın) qanunla müəyyən edilmiş birbaşa vəzifəsidir. Müəllifindən asılı olmayan səbəblərdən o dövrün mühasibatlıq sənədlərində 4 qat artımın vizual olaraq yazılmaması və ya yalnız baza məbləğinin qeyd olunması vətəndaşın hüququnu məhdudlaşdıra bilməz. Əvvəla, məhkəmə sənəd yoxdur deməklə nəyi nəzərdə tutduğunu izah etməmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını təhrif edərək, qanunla dövlət orqanının üzərinə qoyulmuş '4 qat tariflə hesablama aparmaq' öhdəliyini (öhdəlik icraatını) iddiaçının üzərinə sənəd yükü kimi qoymuşdur. O Çernobıl zonasında işlədiyini və baza əmək haqqını DOST xidmətinin rəsmi arayışı ilə tam sübut etmişdir. Həmin məbləğin qanunvericiliyin tələbinə uyğun olaraq 4 qat mislində pensiyaya hesablanması riyazi-inzibati prosedurdur və ondan bu barədə əlavə sənəd tələb edilməsi qanunsuz olmuşdur. Bundan əlavə, məhkəmənin gəldiyi bu nəticə iş materialları ilə tam təkzib edilir. Beləki, o Slavutiç şəhərində aldığı əmək haqqı barədə arayışları məhkəməyə təqdim etmişdir. Həmin sənədlər ona rəsmi olaraq DOST Xidməti tərəfındən verilmiş və məhkəməyə təqdim edilmişdir. Belə olan təqdirdə guya onun iddiasını əsaslandıran sənədləri məhkəməyə təqdim etməməsi barədə gəldiyi nəticə və bunun əsasında da iddianı rədd etməsi qanunsuz olmuşdur və belə bir qanunsuz qərar mütləq ləğv edilməlidir. İş materiallarında onun Slavutiç şəhərində işləyərkən aldığı əmək haqqı barədə arayışlar mövcuddur. Bundan əlavə,məhkəmənin öz qərarında da istinad etdiyi kimi, AR Nazirlər Kabinetinin ##.##.1991 -ci il tarixli *** saylı qərarına əsasən, Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üşün çalışanlara əmək haqqının 4 qat məbləğində mükafat ödənilmişdir .Belə olan təqdirdə iddianın tam qanuniliyi və əsaslılığı öz təsdiqini tapır və məhkəmə tərəfindən iddia təmin edilməli idi. Çünki cavabdehin də etirazından da görünür ki, ona pensiya hesablanarkən əmək haqqının 4 qatı nəzərə alınmamışdır və pensiya həmin 4 qat məbləğ nəzərə alınmadan hesablanmışdır.Bunun da nəticəsdində onunla eyni şəraitdə olanlarla onun pensiyanı arasında köklü surətdə fərqlər yaranmışdır. Bu isə onun pensiya və vətəndaş hüquqlarının pozulması deməkdir. Çünki cavabdeh onun əmək haqqının 4 qat misli nəzərə alınmaqla pensiya hesablasaydı, o daha artıq pensiya alacaqdır. Cavabdeh bundan imtina etməklə və məhkəmə də iddianı təmin etməməklə 2-ci qrup Çernobıl əlili kimi onun hüqüqlarımı pozmuşdur. b) Cavabdeh inzibati orqan apellyasiya şikayətinə etiraz ünvanlayaraq onu iddia tələbinəșetirazlașeynișməzmundașəsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərəkșşikayətinștəminședilməsișbarədəșqərarșqəbulședilməsinișxahişșetmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsininșqərarınınșdəyişdirilmədənșsaxlanılmasınıșxahişșetmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il # #### tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) șșMaddəș80.șPensiyașalmaqșhüququșolanșşəxslər İş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onlarınșailələri.ș șİşșstajındanșasılıșolmayaraqșÇernobılșqəzasıșnəticəsindəșzərərșçəkmişșvətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); șköçürməșzonasındașxidmətșetmişșmüddətlișxidmətșhərbișqulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmışșvəșköçürməșzonasındașişəșcəlbședilmişșhərbișvəzifəlilər;ș 1987-ci ilin #####in ##-dən 1990-cı ilin ######ın ##-nə qədər olan dövrdə Slavutiç şəhərininștikintisindəșiştirakșetmişșşəxslər;ș Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikincișhissəsindəșsadalanmışșşəxslərșsırasındanșolanșvəfatșetmişșəlillərinșailəșüzvləri.ș Maddə 83 (Azərbaycan Respublikasının ##.##.1995-ci il tarixli, **** nömrəli Qanunu iləședilmişșdəyişikliyəșqədərșqüvvədəșolanșredaksiyada).ș Pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalarașuyğunșolaraqșmüəyyənləşdirilmişșəməkșhaqqındanșhesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablanașbilər:ș 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqatșməbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəkișaylarınșsayınașbölünərəkșaylıqșpensiyanınșüzərinəșəlavəședilməkləșödənilir.ș Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-cișmaddəsindəșgöstərilənșşərtșnəzərəșalınmaqlașödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il ## #### tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həminștarixdənșsonrașmüraciətșetmişșşəxslərəșmünasibətdəșdəștətbiqședilməlidir. İnzibati Prosessual Məcəllə: Maddəș12.șİşinșhallarınınșaraşdırılmasıșprinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağașborcludur.ș

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumatșvəșsübutlarștələbședəșbilər.ș Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və yașqismən)șyenișqərarșqəbulședəșbilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinəșmünasibətșbildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanatșyazılıșşəkildəșməhkəməyəștəqdimșolunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasınaș(bundanșsonraș–șAlișMəhkəməyə)șşikayətșveriləșbilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətșüzrəșapellyasiyașmümkünșhesabședilmişdir.ș Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədənșsaxlanılmalıdır. Belə ki, iddiaçı Çernobıl AES-da baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etdiyi müddətdə aldığını əmək haqqının 4 qatı mislində pensiyanın yenidən hesablanmasıșvəșödənilməsinișistəyir. Cavabdeh isə qeyd edir ki, hazırki iş üzrə iddiaçı ona təyin olunmuş pensiyanın Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə aldığı əməkhaqqının 4 misli məbləği əsasında yenidən hesablanaraq artırılması ilə bağlı cavabdehə müraciət etmişdir. Halbuki, iddiaçının pensiyasının aldığı əməkhaqqının dördqat məbləği əsasında hesablanması üçün əsas ola biləcək sənədlər nə cavabdeh filiala,șnəșməhkəməyəștəqdimședilməmişdir. Birincișinstansiyașməhkəməsiștərəfindənșiddiaștələbiștəminședilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququnașmalikdirlər. HəminșQanunun: 81-ci maddəsinin 1-ci abzasına görə bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyișQaydalarașuyğunșolaraqșsəhhətinəșdəymişșzərərșmüqabilindəștəyinședilir. 83-cü maddəsinə (##.##.1996-cı il tarixədək qüvvədə olan redaksiyası) müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edəninșarzusunașəsasənșpensiyașəməkșhaqqındanșaşağıdakıșkimișdəșhesablanașbilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqatșməbləğindən;ș 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Kollegiya qeyd edir k, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun sadalanan normalarında, həm də Nazirlər Kabinetinin ##.##.1991-ci il tarixli, *** nömrəli qərarında Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara pensiya təyinatı zamanı pensiyanın hesablanması müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmişșəməkșhaqqındanșhesablanırdı. Lakin qanunvericiliyin tələbinə əsasən bu kateqoriya şəxslərin müraciəti zamanı onlarınșșarzusunașəsasənșpensiyașaşağıdakıșkimișüçșfərqlișqaydadașhesablanașbilərdi:

1. Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən

2. Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından 3.șminimumșəməkșhaqqınınșbeşqatșməbləğindən. Göründüyü kimi iddiaçıya pensiya təyinatı aparılan zaman onun seçim etmək imkanı mövcud olmuşdur, lakin bu iddiaçının arzusuna (tələbinə) və təqdim etdiyi sənədlərin mövcudluğunașuyğunșolaraqșinzibatișorqanștərəfindənșhəyatașkeçiriləșbilərdi. Hazırkı işdən görünür ki, iddiaçıya aldığı əmək haqqı əsasında pensiya təyin edilmişdir. Lakin iddiaçının Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqatșməbləğișbarədəșməlumatșmövcudșdeyil. Bușqeydședilənșhallarșisəșiddianınștəmininișistisnaședir. Məhkəməșkollegiyasıșapellyasiyașşikayətininșdəlillərinișdəșəsassızșhesabședir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, “birinci instansiya məhkəməsinin qərarında "zəruri sənədlərin təqdim edilməməsi" dedikdə, cavabdeh orqanın (Nazirliyin) iddia etdiyi kimi, guya onun Çernobıl qəzasının ləğvində iştirak etdiyi dövrdə 4 qat artımlı əmək haqqını faktiki olaraq aldığımı sübut edən əlavə sənədin nəzərdə tutulması tamamilə qanunsuz və maddi hüquq normalarının təhrif olunmasıdır. Məhkəmənin bu yanaşması aşağıdakı fundamental hüquqi əsaslarla tamamilə rədd edilir. 4 qat əmsal "alınan" deyil, "hesablanmalı olan" qanuni normadır: 1993-cü il tarixli “Çemobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” AR Qanununun məqsədi vətəndaşın o dövrün çətin və qarışıq şəraitində faktiki hansı məbləği nağd almasını yox, dövlətin həmin şəxslər üçün müəyyən etdiyi güzəştli tarifi tənzimləməkdir. Vətəndaşın vəzifəsi yalnız həmin dövrdə Çernobılda xidmət etdiyini və orada aldığı faktiki baza əmək haqqını rəsmi DOST (və ya arxiv) arayışı ilə sübut etməkdir. İnzibati orqanın (cavabdehin) birbaşa vəzifəsi: Həmin baza əmək haqqı rəsmi sənədlə təsdiq olunduqdan sonra, onun 4 qat artırılaraq pensiya kapitalına daxil edilməsi və pensiyanın bu artımla hesablanması vətəndaşın yox, Dövlət Sosial Müdafiə Fondunun (inzibati orqanın) qanunla müəyyən edilmiş birbaşa vəzifəsidir.” Məhkəmə kollegiyası ilkin olaraq “İnzibati orqanın (cavabdehin) birbaşa vəzifəsi: Həmin baza əmək haqqı rəsmi sənədlə təsdiq olunduqdan sonra, onun 4 qat artırılaraq pensiya kapitalına daxil edilməsi və pensiyanın bu artımla hesablanması vətəndaşın yox, Dövlət Sosial Müdafiə Fondunun (inzibati orqanın) qanunla müəyyən edilmiş birbaşa vəzifəsidir.” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi istinad edilən normalar hazırda qüvvədə deyil, iddiaçıya pensiya təyin edilən zaman isə iddiaçının aternativ seçim imkanları olmuşdur. Bu isə inzibati orqanın vəzifəsinin iddiaçınınșmüraciətindənșasılıșolmasınıșgöstərir. Məhkəmə kollegiyası iddiaçının yuxarıda qeyd edilən “4 qat əmsal "alınan" deyil, "hesablanmalı olan" qanuni normadır” dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda izah olunduğu kimi qanunverici “Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından” və ya “Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən” seçim imkanı yaratmaqla bu kateqoriya şəxslərin dövrün şərtlərinə uyğun olaraq faktiki aldıqları yüksək əmək haqqı əsasında pensiya hesablanmasına şərait yaratmaqdan ibarətdir. Kollegiya qeyd edir ki, məhkəmə praktikasındada bu hallara vəșəsaslarașrastșgəlinir.șLakinșhazırkıșişdəșqeydședilənșhallarșvəșəsaslarșmövcudșdeyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin işșüzrəșgəldiyișnəticəșdüzgünșolmuşdur.ș Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsininșqərarıșdəyişdirilmədənșsaxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən)șyenișqərarșqəbulședəșbilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininș87,ș90șvəș94-cüșmaddələrinișrəhbərștutaraq,șməhkəməșkollegiyası

QƏRARA ALDI:

Apellyasiyașşikayətiștəminședilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarıșdəyişdirilmədənșsaxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülhșprospekti,ș70)șvasitəsiləșkassasiyașşikayəti veriləșbilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar