Məhkəmə qərarları › İş №2-1(3-8)-976/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-976/2026

20.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-976/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Açar sözlər: kirayə haqqı məbləğinin müəyyən edilməsi və kompensasiyanın ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı və mənzil uçotuna alınmış şəxs kimi kirayə müqaviləsi bağlandığı ##.##.2023-cü il tarixdən Nazirlər Kabinetinin ##.##.2012-ci il tarixli, *** nömrəli qərarına uyğun qaydada kirayə pulunun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları ##.##.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin surətindən görünür ki, X1 tərəfindən ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı kirayəyə verilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddiaçı X2 müharibə veteranı (əlili) kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüşdür. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2026-cı il tarixli məktubundan görünür ki, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinin arayışına əsasən Siz ## #### 2016-cı i! tarixdən ## ###### 2022-ci il tarixədək AR Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (əsgər) qismində xidmət keçmisiniz. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsmn 410.3 bəndinə (xəstəliyə) əsasən AR Silahlı Qüvvələrindən ehtiyata (istefaya) buraxılmısınız. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Sizin müharibə veteranı (əlili) kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməniz öhdəliyi Sumqayıt şəhər icra Hakimiyyətinə həvalə edilmişdir. Şəhər icra Hakimiyyəti başçısının 10.10,2024-oü il tarixli, *** saylı sərəncamı iiə Siz 3-cü dərəcəli Vətən müharibəsi əlili kimi imtiyazınız əsasında 5 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmısınız. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, Rləri və Rları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil o i m adıq da müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər Həm də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki,15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, # ###### 2012-ci il tarixli qərarına əsasən, yaşa xəstəliyə aıiə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerii icra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, Rlərə və Rlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gətdikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göründüyü kimi, Siz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu-əsgər kimi 15 təqvim ilindən az xidmət etmiş və xəstəliyə görə ehtiyata buraxılmısınız. Sizə müvəqqəti mənzil kirayə xərci ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də, xahişinizin müsbət həlli mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun “müharibə veteranı və mənzil uçotuna alınmış şəxs kimi kirayə müqaviləsi bağlandığı ##.##.2023-cü il tarixdən Nazirlər Kabinetinin ##.##.2012-ci il tarixli, *** nömrəli qərarına uyğun qaydada kirayə pulunun verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə yaşayır və bununla bağlı mənzil sahibi ilə aralarında notarial qaydada təsdiq edilmiş kirayə müqaviləsi bağlanmışdır. ##.##.2016-cı il tarixdən ##.##.2022-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ön xəttində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir, döyüşlər zamanı yaralandığı üçün və hərbi xidməti davam etdirmək iqtidarında olmadığı üçün N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli 082 əç nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır, qazidir, müharibə veteranıdır, həmçinin “Cəsur Döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Hal-hazırda qeydiyyatda olduğum ünvan anası X3 adınadır və birlikdə yaşamağı maddi və sosial cəhətdən mümkün olmadığı üçün kirayə yaşamaq məcburiyyətindədir. Bu səbəbdən də müharibə veteranı olduğu üçün mənzil uçotuna alınmaq istəməyi ilə bağlı ilk olaraq Cavabdeh müraciət etdim, icra hakimiyyətindən mənfi cavab verildikdən sonra isə Sumqayıt Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və həmin məhkəmənin ##.##.2024-cü il tarixli 2-1 (***)-****/**** nömrəli qərarı ilə müharibə veteranı (əlili) kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş, həmin qərar ##.##.2024-cü il tarixdə qanuni qüvvəyə-minmişdir. Lakin bugüə kimi evlə təmin edilməmişdir. Bununla yanaşı ##.##.2023- cü ildən ünvan 1 ünvanında kirayə yaşayır və ev sahibi ilə aralarında həmin tarixdə Bakı şəhəri ** saylı notariat ofisində 5 illik kirayə müqaviəsi bağlanmışdır. Belə ki, mənzil ilə təmin edilənədək kirayədə yaşadığı üçün kirayə pulunun icra hakimiyyəti tərəfindən qarşılanması ilə bağlı ##.##.2026-cı il tarixdə Cavabdeh müraciət etmişdir, lakin icra hakimiyyəti tərəfindən Nazirlik Kabinetinin ##.##.2012-ci il tarixli *** nömrəli qərarını kobud formada təhrif edilərək ##.##.2026-cı il tarixdə mənim müraciətinə *-*/*-H-*-***/**** nömrəli məktubla cavab vermilmiş və Nazirlər Kabinetinin həmin qərarının 1-ci bəndində xəstəliyə görə təqaüdə çıxmış və mənzil uçotuna götürülmüş 5 ildən artıq xidmət edən şəxslərə kirayə pulu verilməsi qeyd edildiyi halda, müraciətinə yazılmış cavab məktubunda isə həmin müddət 15 il qeyd olunaraq xahişinin müsbət həllinin mümkün olmadığı qeyd edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı ##.##.2016-cı il tarixdən ##.##.2022- ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvəlırində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət keçmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.3 bəndinə (xəstəliyə görə) əsasən ehtiyata (istefaya) buraxılmışdır. İddiaçı 3-cü dərəcəli Vətən müharibəsi əlilidir. Imtiyazı əsasında şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2024-cü il tarixli, *** saylı sərəncamı əsasında 5 nəfərdən ibarət ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, Rləri və Rları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki,15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, # ###### 2012-ci il tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli Icra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, Rlərə və Rlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, # ###### 2012-ci il tarixli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41- ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərardadında ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Bura hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən: yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla); qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. Göründüyü kimi, İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olmuş, 15 təqvim ilindən az xidmət etmiş və xəstəliyə görə ehtiyata buraxılmışdır. Bu halda qanunvericilikdə mənzil kirayə haqlarının ödənilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının eyni faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarında hüquqi mövqe hazırki işə uyğun olmuşdur. Qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ ....

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, Rlər və Rları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.

7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2012-ci il *** nömrəli Qərarı ..... Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, Rlərə və Rlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: -Bakı şəhərində - 150 manat, -Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 100 manat, -başqa şəhər və rayon mərkəzlərində 75 manat, -digər yaşayış məntəqələrində 55 manat məbləğində hər ay nağdsız qaydada kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, həmin qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mənzil uçotuna alınmış şəxs kimi mənzillə təmin edilənədək kirayə müqaviləsi üzrə kirayə pulunun ödənilməsi ilə bağlı ona kompensasiyanın ödənilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu-əsgər kimi 15 təqvim ilindən az xidmət etməsi və xəstəliyə görə ehtiyata buraxılması kimi hallara istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın mümkün sayılmaması əsasları aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, hazırki iş üzrə işin faktiki və hüquqi halları birinci instansiya məhkəməsi tərəfindən qanunvericilik normasının və formalaşdırılmış məhkəmə təcrübəsinin tələbləri baxımdan ətraflı şəkildə dəyərləndirmə aparıldığından, kollegiya həmin dəyərləndirmə ilə razıdır. Bundan əlavə, kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının müharibə veteranı (əlil) kimi mənzil uçotuna alınması qərara alınmış, onun əsasında cavabdeh inziabti orqanın ##.##.2024-cü il tarixli *** saylı sərəncamı ilə mənzil uçotuna alınmışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.2016-ci il tarixdən ##.##.2022-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş hərbi qulluqçu olmuş, üçüncü dərəcə müharibə əlili olmaqla, xəstəliyə görə ehtiyata buraxılmışdır. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin qanuni əsası qimsində məhz yuxarıda istinad edilən Qanunun 12-ci maddəsi çıxış edir, həmin normanın dispoztiv şərtinə əsasən 15 qəvim ili xidmət etmiş şəxslərin yaşayış sahəsi Alana kimi kirayə haqqı ilə təmin edilmək hüququnun olması və inzibati orqanın bu halda hərbi qulluqçunu kirayə haqqı ilə təmin etmək öhdəliyi müəyyən edilmişdir. Indiki halda iddiaçının 15 təqvim ilindən az müddətdə hərbi xidmətdə olması işin mübahisəsiz halı olmaqla, hər iki tərəf bu halı qəbul edir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının tələbi qanunun normasının dispoztiv şərti ilə uzlaşmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi hüququ normasının tətbiq, habelə kolliziya yarandığı halda qanunun üstün hüquqi qüvvəyə malik olması ilə bağlı hissədə ətraflı dəyərləndirmə aparılaraq, qeyd edilmişdir, bu səbəbdən təkrarən həmin halların qeyd edilməsi zərurəti mövcud olmamışdır.\ Həmçinin, kollegiya qeyd edir ki, oxşar işlərlə bağlı formalaşdırılmış məhkəmə təcrübəsinə dair hüquqi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, “…. Bu qərarın 16-cı bəndində istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il ## ###### tarixli, *** nömrəli qərarının adından və məzmunundan göründüyü kimi, həmin normative akt ehtiyata və ya istefaya buraxılmış və artıq yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş müəyyən kateqoriyadan olan hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi məbləğini və qaydasını təsbit edir.27. Şəxsin hərbi qulluqçu qismində güzəştli qaydada yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülməsinin əsaslarını, o cümlədən şərtlərini və qaydasını isə “Hərbi qulluqçuların status haqqında Qanunun 12-ci maddəsi müəyyən edir….Nəzərə almaq lazımdır ki, iyerarxiya və hüquqi qüvvə baxımından formal, yəni parlament tərəfindən qəbul olunmuş qanun Nazirlər Kabinetinin qəbul etdiyi normative aktlardan daha üstün qüvvəyə malikdir və normalar arasında kolliziya yarandığı halda qanun tətbiq edilir….” Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar