Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-978/2026 23.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Dəmirov Ilqar Kamal oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli 25002002319219, 25002002319153, 25002002319161 və ********З***** nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** saylı qərarına əsasən qanunla müəyyən edilmiş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində, ##.##.2025-ci il tarixli ************** saylı qərarına əsasən təsərrüfat subyektinin (obyektinin) müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində, ##.##.2025-ci il tarixli ************** saylı qərarına əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində, ##.##.2025ci il tarixli ************** saylı qərarına əsasən qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Iddiaçı bildirir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Abşeron rayonu, Hökməli dairəsi, Bakı- Şamaxı yolu ünvanında yerləşən “Tatlı təndir” adlı təsərrüfat subyekti (obyekti) istər mülkiyyətçi, istərsə də istifadəçi olaraq ona məxsus olmamışdır. Lakin buna baxmayaraq vergi orqanı əməkdaşı ##.##.2025-ci il tarixdə iddiaçı ilə telefon əlaqəsi saxlamışdır. Iddiaçı ona “Tatlı təndir” adlı təsərrüfat subyektinin (obyektinin) sahibinin qohumu (əmioğlu) X4 olduğu və məcburi köçkün olaraq Bakı şəhərinin Biləcəri qəsəbəsində yaşadığı haqqında məlumat vermişdir. Telefon danışığından sonra vergi əməkdaşı nə iddiaçı ilə, nə də ki, X4 ilə əlaqə saxlamamış və obyektin həqiqi sahibini müəyyən etməmişdir. Məhəmmədəli Hacıyevin və onun təsərrüfat subyekti (obyekti) olan “Tatlı təndir”in vergi uçotunda olmamasından iddiaçının xəbəri olmamışdır. Iddiaçı adının “obyektin sahibi” kimi hallanması barədə bildirir ki, qohumu Məhəmmədəli Hacıyev birinci qrup Qarabağ Müharibəsi əlilidir, fiziki hərəkət imkanı məhdud olduğundan ona köməklik göstərməyini xahiş etmiş və iddiaçı da onun bu xahişini nəzərə alaraq “Tatlı təndir” adlı obyektə ara-sıra baş çəkmiş, obyektin fəaliyyəti ilə maraqlanmış və faktiki vəziyyət barədə Məhəmmədəli Hacıyevə məlumat vermişdir. Eyni zamanda vergi məsuliyyəti tədbiri görərkən nə iddiaçının, nə də ki, Məhəmmədəli Hacıyevin iştirakı təmin edilməmiş, vergi uçotu ilə bağlı qanunla müəyyən edilmiş qaydada araşdırma aparılmamışdır. Iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığına görə istinad edilən qanunun normaları ona tətbiq edilə bilməz. Bundan başqa, cavabdeh tərəfindən qanunun tələbləri pozularaq nəzarət tədbirinin nəticələri olaraq tərtib edilmiş yoxlama aktlarının surətləri təqdim edilməmiş, inzibati işə baxılmasının vaxtı və tarixi barədə məlumat verilməmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh vergi orqanının maliyyə sanksiyalarının tətbiq edilməsi barədə inzibati qərarları ona münasibətdə tamamilə ədalətsiz və qanunsuzdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2025-ci il tarixli ************** nömrəli qərarına əsasən iddiaçının fəaliyyət göstərdiyi Abşeron rayonu, Bakı-Şamaxı şossesi, Hökməli dairəsi ünvanında yerləşən təsərrüfat subyektində Vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumat təqdim edən vergi ödəyicilərinin aşkar edilməsi, Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə ##.##.2025-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilən tədbir zamanı vergi ödəyicisinin Vergi orqanlarında uçota durmadan fəaliyyət göstərməsi müəyyən edilmiş, bu səbəbdən Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən 40 manat maliyyə sanksiyası, təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumat təqdim edilməsi müəyyən edilımiş, bu səbəbdən Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyası, Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması aşkar edilmiş, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 1000 manat maliyyə sanksiyası və obyektdə işlərin görülməsinə və ya xidmətlərin göstərilməsinə cəlb edilmiş 3 nəfər fiziki şəxs əmək müqaviləsi (kontraktı) olmadan hər hansı işlərə cəlb edilməsi halı müəyyən edilərək, həmin şəxslərdən müvafiq izahatlar alınaraq tərtib edilmiş akta əlavə edilmiş və Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 6000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Iddiaçı əmək qanunvericiliyinin qeyd edilən tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işə cəlb etmişdir. Həmin fiziki şəxslərin fərdi əmək müqaviləsi bağlamalarına və müvafiq hökümət portalında qeydiyyatda olmalarına fərdi əmək müqaviləsi bağlanıldıqdan və həmin müqavilələr elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edildikdən, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallar: Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında ##.##.2025-ci il tarixli ************** nömrəli qərarına əsasən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. ##.##.2025-ci il tarixli ****** nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktdan görünür ki, Baş Idarənin ##.##.2025-ci il tarixli ************** nömrəli qərarının icrası ilə əlaqədar obyektdə operativ vergi nəzarəti gedişatı prosesi zamanı vergi ödəyicisinin sahibkarlıq məqsədləri üçün istifadə etdiyi əraziyə habelə sənədlərə baxış həyata keçirilmiş, izahat işləri aparılmış və nəticəsi protokolla rəsmiləşdirilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** saylı qərarına əsasən qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** saylı qərarına əsasən qanunla müəyyən edilmiş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** saylı qərarına əsasən təsərrüfat subyektinin (obyektinin) müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** saylı qərarına əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi orqanlarında uçotda olmayan və təsərrüfat subyektinin sahəsi barədə təhrif olunmuş məlumat təqdim edən vergi ödəyicilərinin aşkar edilməsi haqqında ##.##.2025ci il akta əsasən vergi ödəyicisi obyektdə olmadığından aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyaılarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” ************** nömrəli tələbnaməsində qeyd edilmişdir ki, büdcəyə ödənilməli olan 40 manat vəsait ##.##.2025-ci il tarixə kimi Sumqayıt YXO-nun AZ**CTRE******************** nömrəli hesabına ödənilməlidir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyaılarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” ************** nömrəli tələbnaməsində qeyd edilmişdir ki, büdcəyə ödənilməli olan 1000 manat vəsait ##.##.2025-ci il tarixə kimi Sumqayıt YXO-nun AZ**CTRE******************** nömrəli hesabına ödənilməlidir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyaılarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” ************** nömrəli tələbnaməsində qeyd edilmişdir ki, büdcəyə ödənilməli olan 6000 manat vəsait ##.##.2025-ci il tarixə kimi Sumqayıt YXO-nun AZ**CTRE******************** nömrəli hesabına ödənilməlidir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyaılarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” ************** nömrəli tələbnaməsində qeyd edilmişdir ki, büdcəyə ödənilməli olan 40 manat vəsait ##.##.2025-ci il tarixə kimi Sumqayıt YXO-nun AZ**CTRE******************** nömrəli hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Qəşəm Məmmədli). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 41. Baxış protokolu 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 49.6. Vergi orqanı tərəfindən aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilməli olduqda, vergi yoxlamasını keçirən vergi orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tərtib edir. Bu hüquq pozuntuları haqqında işlərə baxılma və inzibati tənbeh tədbirlərinin həmin pozuntuların edilməsində günahkar olan vergi ödəyicisinin vəzifəli şəxslərinə və vergi ödəyicisi – fərdi sahibkara münasibətdə tətbiq edilməsi vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.6-1. qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi; 50.1.15. kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda icarəyə götürülən təsərrüfat subyektlərinin (obyektlərinin) vergi orqanında uçota alınması təmin edilmədən icarəyə götürən şəxslərin həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaradılması hallarının aşkar edilməsi; 50.1.16. kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməsi (yerləşdirilməsi) hallarına nəzarət edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. “Inzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli 25002002319219, 25002002319153, 25002002319161 və ********З***** nömrəli qərarların ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. Iş materiallarından göründüyü kimi Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli qərarına əsasən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Vergi orqanının əməkdaşları tərəfindən qeyd edilən obyektdə operativ vergi yoxlaması həyata keçirilmiş və ##.##.2025-ci il tarixli ****** nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmişdir. Sözügedən aktdan görünür ki, Baş Idarənin ##.##.2025-ci il tarixli ************** nömrəli qərarının icrası ilə əlaqədar obyektdə operativ vergi nəzarəti gedişatı prosesi zamanı vergi ödəyicisinin sahibkarlıq məqsədləri üçün istifadə etdiyi əraziyə habelə sənədlərə baxış həyata keçirilmiş, izahat işləri aparılmış və nəticəsi protokolla rəsmiləşdirilmişdir. Bundan sonra operativ vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə 4 qərar qəbul edilmişdir. Belə ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** saylı qərarına əsasən qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** saylı qərarına əsasən qanunla müəyyən edilmiş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** saylı qərarına əsasən təsərrüfat subyektinin (obyektinin) müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** saylı qərarına əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı tərəfindən sözügedən qərarlar mübahisələndirilir. Iddiaçının əsas dəlili təndir sexinin ona deyil, X4 məxsus olması ilə əlaqəli olmuş, apellyasiya şikayətində də həmin dəlili əsas götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi dəlillə bağlı iş materiallarında hər hansı sübut olmamış, birinci instansiya məhkəməsində icraat zamanı aparılmış araşdırma nəticəsində qeyd olunanların əksi müəyyən edilmişdir. Belə ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunmuş X2 və şahid2 ##.##.2025-ci il tarixli izahatlarında qeyd edilmişdir ki, Abşeron rayonu, Hökməli dairəsi ünvanında yerləşən təndir sexi İddiaçı məxsusdur və əmək haqqı onun tərəfindən verilir. Eləcə də birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X4 da həmin obyektin ona məxsus olduğunu bildirmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunmuş şahid2 və şahid3 da şahid qismində ifadə verərək təndir sexinin X4 məxsus olduğunu qeyd etmişlər. Həmçinin birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi məhkəmə iclasına operativ vergi yoxlaması zamanı aparılmış audio-video yazıya baxış keçirilmiş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunmuş şəxslərin həmin obyektin X4 məxsus olması barədə hər hansı bir fikir bildirmədikləri və təndir sexinin İddiaçı tərəfindən işlədildiyini qeyd etdikləri müəyyən edilmişdir. Eyni zamanda şahid qismində dindirilmiş şəxslər izahatların vergi orqanının əməkdaşlarının təzyiqi ilə yazıldığını bildirsələr də, audio-video yazıya baxış keçirilən zaman həmin şəxslərə hər hansı bir təzyiqin edildiyi müəyyən olunmamışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mübahisələndirilən qərarların ləğvinə dair sübutlar təqdim edilməmiş və belə sübutlar müəyyən olunmamışdır. Həmçinin həm iddiaçı, həm də onun tərəfindən işlərinin yerinə yetirilməsinə cəlb edilən fiziki şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işləmə faktını öz izahatları ilə təsdiq etmişlər. Göründüyü kimi hazırkı işdə olan sübutlarla mübahisələndirilən qərarların qəbuluna əsas olmuş hal - iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10cu maddəsinin tələbinin pozulması, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsi tam təsdiq edilmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə qeyd edir ki, göründüyü kimi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı yeni dəlillər irəli sürülməmiş, eləcə də irəli sürülmüş dəlillərlə əlaqədar da zəruri sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.